Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-46/2025 18.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, məhkumluğu olmayan, Ağdam rayonu, Novruzlu ərazi dairəsi, Novruzlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və «erməni işğalçılarından» təmizlənməsi ilə bağlı aparılan «Antiterror əməliyyatı» zamanı şəhid olmuş Bərdə rayonu, Alaçadırlı kənd sakini X7 «arvadı» kimi təqdim edib, «şəhid arvadı» statusunda olan şəxs kimi X7 xatirəsinə görə guya ki, ona (Təqsirləndirilən şəxs) dövlət tərəfindən Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Qələbə dairəsi» adlanan ərazinin yaxınlığındakı binaların birindən, qiyməti təxminən 80.000 manat təşkil edən mənzil sahəsinin ayrılacağını, həmin mənzili onun (Zərərçəkmiş şəxs) qızı Qanuni nümayəndə adına sənədləşdirəcəyini, həmin mənzilin sahəsinin artırılmasına nail olacağını, habelə həmin mənzilin Qanuni nümayəndə adına rəsmiləşdirilməsi ilə bağlı zəruri olan digər hərəkətlər edəcəyini Zərərçəkmiş şəxs vəd verərək, 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/2 saylı binanın 7 nömrəli mənzilində ondan ilkin olaraq 8000 (səkkiz min) manat, 2024-cü ilin yanvar ayında yenə də Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/2 saylı binanın 7 nömrəli mənzilində ondan 4000 (dörd min) manat, 2024-cü ilin fevral ayında növbəti dəfə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 8/2 saylı binanın 7 nömrəli mənzilində ondan 5000 (beş min) manat, 2024-cü ilin aprel ayında Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Əşya bazarının» ərazisindəki Zərərçəkmiş şəxs məxsus 1-ci sırada yerləşən 183 nömrəli mağazada sonuncudan 3000 (üç min) manat, 2024-cü ilin iyul ayının əvvəllərində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən «Əşya bazarı»nın ərazisindəki Zərərçəkmiş şəxs məxsus 1-ci sırada yerləşən 183 nömrəli mağazada sonuncudan 1000 (bir min) manat pulu şəxsən, 2024-cü ilin iyul ayında istintaqa məlum olmayan plastik kart hesabına Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, M.Maqomayev küçəsi, 5+ supermarketdə quraşdırılmış MilliÖn terminal vasitəsi ilə köçürmə yolu ilə göndərdiyi 500 (beş yüz) manat, habelə 2024-cü ilin iyul ayının sonunda Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Regional Hospital»da Zərərçəkmiş şəxs şəxsən 1000 (bir min) manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 22.500 (iyirmi iki min beş yüz) manat məbləğdə pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb, ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ailəvi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Mingəçevir şəhəri. Əşya bazarında mərasim geyimlərini icarəyə verirmiş.O isə həmin vaxtlar Zərərçəkmiş şəxs icarəyə paltar götürürmüş və onların münasibətləri bu səbəbdən yaranmışdır. Həmçinin o, özünə cəmiyyət içində hörmət qazanmaq üçün və ona hörmətlə yanaşılması üçün özünü Afət Nəsibovaya şəhid arvadı kimi təqdim etmişdir. X12 onun qohumudur və 2023-cü il tarixdə Antiteror zamanı şəhid olmuşdur. X12 anası Validə ilə birlikdə Bərdə rayonunda yaşamış və o, Turalı Mingəçevir şəhərində çox adamın tanımayacağmı düşünüb belə bir addım atmışdır. Onun Zərərçəkmiş şəxs ilə münasibəti yarandıqdan sonra Afətin qızı Çinarənin ərindən boşandığını və yeni ev almaq istədiyini öyrənmişdir. Onun isə həmin vaxtar borcları olmuş və o, Afəti aldadıb sonuncuya məxsus pulları ələ keçirtmək niyyəti yaranmışdır.Bundan sonra o, Afətlə görüşüb söhbət edən zaman o, Afətə şəhid arvadı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə təxminən 20 000 manat ödəniş etməklə həmin mənzili Afətin qızı Çinarəyə verə biləcəyini bildirmiş və Afətin verəcəyi məbləğin sənədləşmə üçün xərcləcəyini bildirmişdir. Afət onun dedikləri ilə razılaşmış və həmin ərəfələrdə Afət onu qızı Çinarə ilə də tanış etmişdir. O. Afət və Çinarəyə bu barədə heç kimin yanında bir kəlmədə danışmamağı tənbeh etmişdir. 2023-cü ilin noyabr ayında o, Afətə ev verəcəyi adı ilə ilkin pul almaq məqsədinə gəlmiş və ilkin olaraq Afətdən 8000 manat pul istəmişdir. Afət isə ona pulu hazır edib xəbər verəcəyini bildirmişdir. 2023-cü ilin noyabr ayında Afət ona zəng vurub onu qızı Afətin yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 8/2 saylı binanın 7 nömrəli mənzilinə dəvət etmişdir. O isə həmin mənzilə getmiş və X10 və Çinarənin 2 azyaşlı övladının yanında onun guya şəhid arvadı olduğuna görə alacağı evin sənədləşməsi üçün ilkin olaraq ona 8000 manat pul vermişdir. O, 8000 manat pulu aldıqdan sonra evdən çıxmış və həmin 8000 manat pulu öz şəxsi xərlərinə xərcləmiş və Bakı və Gəncə şəhərində həmin pulları gündəlik xərclərinə xərcləmişdir. Afət Nəsibova ona zəng edib maraglanan zaman o, yalandan Afətə bəhanələr gətirirmiş. 2024-cü ilin yanvar ayında o, yenədə Afət Nəsibovaya zəng edib evin sənədləşməsi üçün nazirliyə 4000 manat pul göndərmək lazım olduğunu bildirmiş və 2024-cü ilin yanvar ayında o, yenədə Afətin qızı Çinarənin yaşadığı ünvan 2 ünvanına getmişdir. O, yenədə Afətdən guya onun şəhid arvadı olduğu üçün veriləcək evin sənədləşməsi adı ilə 4000 manat pulu qızı Çinarənin və Çinarənin 2 azyaşlı övladlarının yanında almışdır.O, Afətdən 4000 manat pulu aldıqdan sonra həmin pulu yenədə gündəlik xərclərimə xərcləyirmiş.O, Afətin pulu olduğunu və Afətin onu aldadtığmı başa düşməməsi üçün yenədə ondan pul almağı düşünürdü. 2024-cü ilin fevral ayında o, yenədə Afətə zəng vurub veriləcək evin otaqlarının və kvadratının çox olacağını yalandan bildirib əlavə olaraq 5000 manat pul verilməli olduğunu bildirmiş, Afət isə evin kvardatının artırılacağını eşidib sevinmiş və 2024-cü ilin fevral ayında yenədə o. Afətdən qızı Çinarənin yaşadığı ünvan 2 ünvanında qızı Çinarənin və Çinarənin 2 azyaşlı övladlarının yanında guya onun şəhid arvadı olduğu üçün veriləcək evin kvadratının artırılması məqsədi ilə 5000 manat pul almışdır. Həmin ərəfələrdə Afət ona zəng vurub mütamadi olaraq evin verilməsi ilə bağlı maragalanan zaman o, yalandan ona şəhid arvadı olduğu üçün tədbirlərdə olduğunu və qısa müddətdə evin veriləcəyini və açılış olacağını deyirdi. O, Afətin aldadılmasını başa düşəcəyini düşünüb Atəti inandırmaq məqsədi ilə yalandan bazardan kilid açarı alıb aparıb Afətə vermiş və Afətə yalandan verdiyi açarın onun köçəcəyi evin açarı olduğunu və səbirli olmasını, açılış olmamış evlərə köçməyin qadağan olunduğunu bildirmişdir. Bundan sonra o. yenədə Afətdən əlavə pul almaq istəyirmiş və Afətə zəng vurub əlavə sənədləşmə üçün 3000 manat pul vermək lazım olduğunu bildirmişdir.Afət isə razılaşmış və bundan sonra 2024-cLi ilin aprel ayında o, Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən Afət Nəsibovanın geyim satışları ilə məşğul olduğu əşya bazarında 1-cı sıra 183 nömrəli mağzasında 3000 manat pulu Afət Nəsibovadan veriləcək evin sənədləşməsi üçün almışdır. Lakin Afət artıq evin hansı səbəbdən gecikdiyini soruşurdu.O isə inamı itirməmək üçün yalandan tez tez vatsapda şəhid arvadı olmağı ilə bağlı qohumum şəhid olmuş Tural Əmirovun şəkillərini paylaşıb özünü Turalın arvadı kimi göstərirmiş. Həmin statusları yalnız Afət Nəsibova üçün açıq imiş. O, Afətin verdiyi pulları artıq xərcləyib qurtardığından 2024-cü ilin iyul ayında o. Afətə zəng vurub ona orderi aldığını deyib aldatmış və təcili olaraq 1000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, yenədə 2024-cü ilin iyul ayında Afəti aldadaraq Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən əşya bazarındakı mağazasında 1000 manat, daha sonra 2024-cü ilin iyul ayının ortalarından özünə məxsus bank kart hesabına 500 manat göndərtdirmiş, sonuncu dəfə 2024-cü ilin iyul ayının sonlarında Mingəçevir şəhəri. X1 yanında 1000 manat almışdır.Lakin bi müddət sonra Afət onu yığıb mütamadi olaraq evlə bağlı soruşmuş və o Afətə müxtəlif bəhanələrə gətirmişdir.Həmçinin o ifadəsində Zərərçəkmiş şəxs almış olduğu 22500 manat puldan heç kimə heç bir məbləğdə pul vermədiyini, həmin pulları özü üçün xərclədiyini, həmçinin ilkin ifadəsində özünü müdafiə etmək üçün yalandan Zərərçəkmiş şəxs pul verdiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Həmçinin bildirir ki, zərərçəkmiş şəxslə ziyanın ödənilməsi ilə bağlı aralarında razılğa gələrək barışıq sazişi imzalamışlar. Onunla barışmışdır. Ona görə də, məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 17 ildir ki, Mingəçevir şəhəri, Əşya bazarında ziyafət geyimlərinin satışı ilə məşğul olurmuş.2023-cü ilin oktyabr ayında adını sonradan bildiyi Rəsmiyyə adlı qadın onun yanma gələrək özünü xx.xx.2023-cü il tarixdə keçirilən antiterror zamanı şəhid olmuş X7 arvadı kimi təqdim edib ondan 15 manat müqabilində kirayə ziyafət geyimi götürmüşdür. Bundan sonra Rəsmiyyə onunla isti münasibət yaratmış və həmin münasibət əsnasında qızı Qanuni nümayəndə kirayədə qaldığını öyrənmişdir. Bundan sonra Rəsmiyyə ona "mən ölməmişəm ki. sənin qızın Çinarə kirayədə qalır” demiş və Rəsmiyyə ona şəhid arvadı olduğu üçün ona müxtəlif yerlədə pulsuz ev verildiyini və həmin evləri öz yaxın adamlarma bağışlanma əsasında verdiyini bildirmişdir. Bundan sonra Rəsmiyyə ona əlavə olaraq Qələbə dairəsi yaxınlığında 1 otaqlı ev veriləcəyini həmin evin qiymətinin 80 000 manat olduğunu, həmin evin öz adına sənədləşdirdikdən sonra həmin evi qızı Çinarənin adına sənədləşdircəyəini bildirmişdir. Lakin sənədləşmə zamanı xırda xərclə olacağını və onun həmin xərcləri qarşılamağını bildirmiş, o isə razılaşmışdır. 2023-cü ilin noyabr ayında Rəsmiyyə ona zəng vurub ilkin Bakıya nazirliyə evin sənədləşməsinə 8000 manat pul vermək lazım olduğunu bildirmiş, o isə Rəsmiyyəyə pulu hazırlayıb xəbər verəcəyimi bildirmişdir. 2023-cü ilin noyabr ayında o. qızı Çinarə ilə birlikdə Rəsmiyyəni qızının kirayədə qaldığı ünvan 3 ünvanına dəvət etmiş və o, qızı Qanuni nümayəndə, nəvələrim Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə alıb verəcəyini evin sənədləşməsi üçün ilkin olaraq 8000 manat pul vermişdir. Bundan sonra Rəsmiyyə ona qısa müddətdə sənədləşmənin hazır olacağını bildirmişdir. 2024-cü ilin yanvar ayında Rəsmiyyə ona yenədə zəng vurub evin sənədləşməsi üçün 4000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, yenədə pulu hazırlamış və yenədə 2024-cü ilin yanvar ayında ünvan 2 ünvanında o, qızı Qanuni nümayəndə, nəvələri Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə alıb verəcəyini evin sənədləşməsi üçün əlavə olaraq 4000 manat pul vermişdir. 2024-cü ilin fevral ayında Rəsmiyyə ona zəng vurub evin 3 otaqlı ev olacağını və evin kvadratının əlavə olaraq artılrılması üçün əlavə 5000 manat pul vermək lazım olduğunu bildirmişdir. O isə Rəsmiyyəyə inanıb yenədə 2024-cü ilin fevral ayında ünvan 2 ünvanında qızı Qanuni nümayəndə, nəvələri Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə onlara alıb verəcəyini evin sənədləşməsi üçün əlavə olaraq 5000 manat pul vermişdir. Bu ərəfələrdə Rəsmiyyə onunla mütamadi olaraq zəng vurub əlaqə saxlayır və şəhid arvadı olduğu üçün mütamadi olaraq tədbirlərdə olduğunu deyirmiş. Daha sonra isə gətirib sənədləşdirdiyi evin açarlarını ona vermişdir. 2024-cü ilin aprel ayında Rəsmiyyə ona zəng vurub qısa müddətdə evə köçəcəyini deyib əlavə olaraq evin sənədləşməsi üçün 3000 manat pul vermək lazım olduğunu bildirmiş, o isə 3000 manat pulu hazırlayaraq 2024-cü ilin aprel ayında o, Rəsmiyyəyə Mingəçevir şəhəri, əşya bazarı 1-ci sıra 183 nömrəli mağazasında Rəsmiyyəyə evin sənədləşməsi üçün 3000 manat pul vermişdir.2024-cü ilin iyul ayında Rəsmiyyə ona zəng vurub evin orderini aldığım əlavə olaraq pul vermək lazım olduğunu bildirmişdir. Bu məqsəd ilə o, Rəsmiyyəyə 2024-cü ilin iyul ayında 1000 manat əşya bazarında, 500 manat Rəsmiyyənin göndərdiyi bank kart hesabına, 1000 manat isə Reginal hospitalda qızı Çinarənin yanında vermişdir. Lakin daha sonra o, Rəsmiyyənin şəhid arvadı olmadığını bilərək onu aldatdığını və ona məxsus 22500 manat pulu ələ keçirtdiyini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, anası Afət 17 ildir ki, Mingəçevir şəhəri, Əşya bazarında ziyafət geyimlərinin satışı ilə məşğul olurmuş. 2023-cü ilin oktyabr ayında adını sonradan bildiyi Rəsmiyyə adlı qadın anasının yanına gələrək özünü şəhid arvadı kimi təqdim edib anasından 15 manat müqabilində kirayə ziyafət geyimi götürmüş və bu minvalda Rəsmiyyə ilə aralarında isti münasibət yaranmışdır.O, boşandıqdan sonra özümə mənzil almaq istəyirdi və anası Afətdə ona bu barədə köməklik etmək istəyirdi. 2023-cü ilin oktyabr ayında anası onbun yanma gələrək Rəsmiyyə adlı şəhid arvadı ilə tanış olduğunu və Rəsmiyyəyə dövlət tərəfindən Mingəçevir şəhəri, Qələbə dariəsi yaxınlığında pulsuz ev verildiyini və Rəsmiyyənin həmin evi ona cüzi məbləğdə sənədləşmə üçün pul verdiyi halda həmin evi onlara verəcəyini bildirmişdir.2023-cü ilin noyabr ayında anası ona zəng vurub Rəsmiyyənin ilkin sənədləşmə üçün 8000 manat pul istədiyini bildirmişdir.2023-cü ilin noyabr ayında Rəsmiyyə onun yaşadığı evə onlardan 8000 manat pul götürmək məqsədi ilə gəlmiş və anası Afət onun və övladları Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə onlara alıb verəcəyini evin sənədləşməsi üçün ilkin olaraq 8000 manat pul vermişdir. Bundan sonra Rəsmiyyə onlara qısa müddətdə sənədləşmənin hazır olacağım bildirmişdir. 2024-cü ilin yanvar ayında Rəsmiyyə anasına yenədə zəng vurub evin sənədləşməsi üçün 4000 manat pul vermək lazım olduğunu bildirmişdir. Anası Afət 2024-cü ilin yanvar ayında ünvan 4 ünvanında onun və övladları Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə onlara alıb verəcəyi evin sənədləşməsi üçün əlavə olaraq 4000 manat pul vermişdir. 2024-cü ilin fevral ayında Rəsmiyyə anasına zəng vurub evin 3 otaqlı ev olacağını və evin kvadratının əlavə olaraq artırılması üçün əlavə 5000 manat pul vermək lazım olduğunu bildirmişdir. Onlar isə Rəsmiyyəyə inanıb yenədə 2024-cü ilin fevral ayında ünvan 5 ünvanında anası onun və övladları Zahid Əzizovun və Şahid3 yanında Rəsmiyyəyə onlara alıb verəcəyini evin sənədləşməsi üçün əlavə olaraq 5000 manat pul vermişdir. Bu ərəfələrdə Rəsmiyyə anasi ilə mütamadi olaraq zəng vurub əlaqə saxlamış və şəhid arvadı olduğu üçün mütamadi olaraq tədbirlərdə olduğunu deyib əlavə olaraq gətirib sənədləşdirdiyi evin açarlarını anasına vermişdir və gözləməyi bildirmişdir. 2024-cü ilin aprel ayında Rəsmiyyə anası Afətə zəng vurub qısa müddətdə evə köçəcəklərini deyib əlavə olaraq evin sənədləşməsi üçün 3000 manat pul vermək lazım olduğunu bildirmiş, anası Afət 3000 manat pulu Rəsmiyyəyə 2024-cü ilin aprel ayında Mingəçevir şəhəri, əşya bazarı 1-ci sıra 183 nömrəli mağazasında evin sənədləşməsi üçün vermişdir.2024-cü ilin iyul ayında Rəsmiyyə anasına zəng vurub evin orderini aldığını əlavə olaraq pul vermək lazım olduğunu bildirdi. Bu məqsəd ilə anam Afət Rəsmiyyəyə 2024-cü ilin iyul ayında 1000 manat əşya bazarında, 500 manat Rəsmiyyənin göndərdiyi bank kart hesabına, 1000 manat isə Reginal hospitalda onun yanında vermişdir. Lakin daha sonra o, Rəsmiyyənin şəhid arvadı olmdığım, Rəsmiyyənin onları aldatdığını başa düşüb pullarını təlbə etməklərinə baxmayaraq bu günə kimi Rəsmiyyə onların pullarını geri qaytarmamışdır. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, X13 və Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 və Şahid3 şahid Qanuni nümayəndə ilə eyni məzmunlu ifadə vermişlər. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixdə X4 istintaqa təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:3:38-də ünvan 6 ünvanında yerləşən MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə 51207 nömrəli terminal vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus Leobank kart hesabına 4000 manat, xx.xx.2024-cü il tarixdə saat 16:36-da “mpay” vasitəsi ilə Mingəçevir şəhəri, Heydr Əliyev prospekti 53 ünvanında yerləşən Bazastoredə yerləşən “mpay"’ vasitəsi ilə Təqsirləndirilən şəxs bank kart hesabına 2000 manat xx.xx.2024cü il tarixdə saat 21:54:09-də Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən Qədiroğlu marketdə olan MilliÖn 11029 nömrəli terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus Leobank kart hesabına 200 manat pul göndərməsi öz təqsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəhid arvadı olduğu üçün veriləcək mənzilin Çinarənin övladlarına verəcəyini və 22000 manat pulu qısa müddətə geri qaytaracağını bildirməsi barədə səs yazıları öz əksini tapmışdır. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(051)-74/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 1540 saylı arayışdan görünür ki, Kazımova X3 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatı yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2450 saylı arayışdan görünür ki, Kazımova X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatı yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-21-2- 5/2-487 nömrəli məktuba əsasən X5 barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində hər hansı cinayət işi yoxdur və ya araşdırma aparılmır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-13-16/2-158373 nömrəli məktuba əsasən DİN Baş X18 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-21-3-35/2-4001 nömrəli mətkuba əsasən Təqsirləndirilən şəxs adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat yoxdur. xx.xx.2024-cü il tarixli, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Mingəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1036 nömrəli, arayışdan görünür ki, Kazımova X3 şəhəri, 504 mənzilli məcburi köçkün qəsəbəsində bina 4, mənzil 3 ünvanda müvəqqəti məskunlaşıb. xx.xx.2024-cü il tarixli, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Mingəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 35 nömrəli, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində rəsmi orqanlardan və qonşulardan Mingəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 arasında xx.xx.2012-ci il tarixdə 15 nömrə ilə nikah qeydə alınmış, arvada “Kazımova” soyadı verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15,07.2013-cü il təvəllüdlü Nuranə, xx.xx.2015-ci il təvəllüdlü Rza və xx.xx.2016-cı il təvəllüdlü Nihad adlı uşaqları vardır. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında mediasiya prosesində razılıq əldə olunmuş, təqsirləndirilən şəxs barışıq sazişinə əsasən dəymiş zərəri ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Cinayət işi materiallarında olan qəbzlərdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan 8500 manat ödəniş etmişdir. Cinayət işi materiallarında olan Ambulator Məhkəmə Psixatirik Ekspertizasının xx.xx.2025ci il tarixli 661 saylı rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adma tərtib edilmiş tələbnaməyə cavabdan görünür ki, o hazırda məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 22500 manat məbləğində pulun ələ keçirilməsi ilə bağlı hissədə Təqsirləndirilən şəxs əməli vahid niyyətlə əhatə olunan qəsdlə törədilmiş dələduzluq kimi qiyməltəndirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı qismən ödəməsi, CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 01 il 03 ay 06 gün müddət həbsdə və ev dustaqlığında saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzaya hesablanmalı, (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhər ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui istifadə edərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs tərəfindən dəymiş zərər ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxs şikayətinin və tələbinin olmadığına dair ərizə təqdim etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 01 il 03 ay 06 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın 1 (bir) günü bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş, cəzadan çıxılaraq üzərində qəti olaraq 05 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alınığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00–dan səhər saat 08:00–dək yaşayış yerini və Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil müəsisəsini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia rədd edilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-46/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-46/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver