Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-47/2021 18.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası, Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə saat 21:30 radələrində birlikdə yaşadıqları ünvan 2 mənzil 15 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs hansı səbəbdən icazəsiz atasının yaşadığı mənzilə getdiyini deyib sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən onun burun nahiyyəsinə başı ilə zərbə endirərək burun sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən başlayaraq yaşadıqları mənzildə Türkana məxsus “whatsapp” nömrəsinə yad nömrədən mesaj gəldiyi üçün onunla arasında qısqanclıq zəminində mübahisə olduğunu, həmin vaxtı sərxoş vəziyyətdə olduğunu,xx.xx.2021-ci il tarixdə saat 11 radələrində işə getmək üçün yaşadıqları mənzildən çıxdığını, həmin günü saat 17 radələrində sərxoş vəziyyətdə geri qayıtdığını, yaşadıqları mənzildə olarkən bir gün əvvəlki söhbəti yenidən açdığını və Türkanla mübahisə etməyə başladığını, mübahisədən sonra Türkanın uşaqları da götürüb atasının yaşadığı mənzilə getdiyini, qayınatası Vaqifin gəlib onunla söhbət etdikdən təxminən 2-3 saat sonra Türkanı və uşaqları götürüb geri gətirdiyini, Türkanın digər otaqda uşaqları yatızdırmağa hazırlaşarkən içəri daxil olduğunu, hansı səbəbdən icazəsiz atasının yaşadığı mənzilə getdiyini soruşaraq Türkanla mübahisə etdiyini, mübahisə zamanı başı ilə Türkanın burun nahiyyəsinə bir dəfə vurduğunu göstərmişdir. Şikayət vermiş şəxslə barışdıqlarını bildirmiş və məhkəmədən barəsində olan cinayət işi üzrə xitam verilməsini xahiş etmişdir. Aşkar cinayət üzrə şikayət vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən başlayaraq yaşadıqları mənzildə ona məxsus “whatsapp” nömrəsinə yad nömrədən mesaj gəldiyi üçün sərxoş vəziyyətdə olan həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında qısqanclıq zəminində mübahisə olduğunu, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Muradın işə getmək üçün yaşadıqları mənzildən çıxdığını, həmin günü saat 17 radələrində Muradın sərxoş vəziyyətdə geri qayıtdığını, yaşadıqları mənzildə olarkən Muradın bir gün əvvəlki söhbəti yenidən açdığını və onunla mübahisə etməyə başladığını, mübahisədən sonra uşaqlarını da götürüb atasının yaşadığı mənzilə getdiyini, atası Vaqifin gedib Muradla söhbət etdikdən təxminən 2-3 saat sonra onları götürüb geri apardığını, digər otaqda uşaqları yatızdırmağa hazırlaşarkən Muradın içəri daxil olduğunu, hansı səbəbdən icazəsiz atasının yaşadığı mənzilə getdiyini soruşaraq onunla mübahisə etdiyini, mübahisə zamanı Muradın başı ilə onun burun nahiyyəsinə bir dəfə vurduğunu göstərmişdir. Hal hazırda barışdıqlarına görə təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmiş, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun burun sümüyünün qapalı sınığı, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-47/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-47/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver