Məhkəmə qərarları › İş №1(051)-47/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-47/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-47/2023 02.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə baxaraq Müəyyən etdi: X3 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə ittiham olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası 26 yanvar 2023-cü il tarixə saat 09:10-ə təyin edilmiş lakin şikayət verən Z.Kərimli məhkəməyə gəlməmişdir. Ona görə də məhkəmə hazırlıq iclası 02 fevral 2023-cü il tarixə saat 09:10-ə təxirə salınmış, bu barədə Z.Kərimliyə məlumat verilmişdir. Ancaq Z.Kərimli üzrlü səbəb olmadan təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələrinə əsasən məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Z.Kərimlinin xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1, 302.1.8-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 gün müddətində apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar