Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-48/2022 17.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ev 49, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Fərzanlı X4 şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, 29.05.2021-ci il tarixdə cəzası bitsə də islah olunmamış, ödənilməmiş məhkumluğu olduğu halda, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq mqidarda ümumi təmiz çəkisi 9,81 qram olan narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan gödəkçəsinin sol iç yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.10.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 9,81 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 30.10.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü ibtidai istintaq zamanı təqsirli bilməmişdir. Hazırda isə təqsirini etiraf edir. 28.10.2021ci il tarixdə saat 14:45 radələrində Mingəçevir şəhər H.Əliyev prospektində “Lider” mağazasının qarşısında mülki geyimli polis əməkdaşları ona və qardaşı X6 yaxınlaşdılar. Onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib polis şöbəsinə gətirdilər. Qardaşını ayrı onu isə ayrı dindirdilər. Ona müdafiəçi kimi vəkil X7 təyin olundu. Sonra müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun əynindəki gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı o cibindən aşkar edilmiş həmin bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və bir neçə gün əvvəl Mingəçevir şəhər 12 nömrəli məktəbin yaxınlığından yerdən taparaq üzərində saxladığını bildirmişdir. Onu saxlamasında məqsədi istifadə etmək olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmədən cavanlığını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir, 28.10.2021-ci il tarixdə məxfi əməkdaşdan Xəyal və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 28.08.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Şahid4 ilə birlikdə Xəyal və Təqsirləndirilən şəxs qardaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider ”parfümeriyasının qarşısında onlar tərəfindən saxlanılmışlar. Fərzan və Xəyal Fərzanlıya izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə Mİngəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərlərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Buna görə də onlar Xəyal və Təqsirləndirilən şəxsları polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində olarkən Xəyal Fərzanlıya dövlət hesbına müdafiəçi təyin olundu və vəkil X9 dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında videoçəkilişlə Xəyal Fərzanlının üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Xəyal Fərzanlının əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Xəyal Fərzanlı üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və təxminən bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisində yol kənarında yabanı halda bitmiş çətənə bitkisindən taparaq topladığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq Xəyal Fərzanlı və müdafiəçisi Tubu Hüseynova da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs vəkil X7 dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra Növbətçi Hissənin qarşısında müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş həmin bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və bir neçə gün əvvəl Mingəçevir şəhər 12 nömrəli məktəbin yaxınlığından yerdən taparaq üzərində saxladığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə- qurudulmuş marixuana qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilərək və zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Davam edən tədbirlər zamanı Fərzanlı Xəyal və Təqsirləndirilən şəxs yaşadıqları mənzilə məhkəmə qərarı əsasında gedilərək baxış keçiriləcəyi elan olunmuşdur. Bundan sonra Xəyal Fərzanlı və onun müdafiəçisi Tubu Hüseynova, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Dərgah Mehdiyevin də iştirakları ilə onların yaşadığı ünvan 1 ünvana getmişlər. Polis əməkdaşları Şahid4, Şahid3 da həmin baxış zamanı iştirak etmişlər. Mənzilə daxil olmamışdan əvvəl Xəyal və Səttarın anası Şahid1 məhkəmə qərarı təhqiqatçı Elşən Şükürov tərəfindən elan olunmuş və mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1, Xəyal və Təqsirləndirilən şəxslar mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında Xəyal Fərzanlının yatdığı çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofanın içərisində narkotik vasitə - qurudulmuş marixuananı təqdim etmişdir. Həmçinin bildirmişdir ki, həmin sellofan torbada olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır və bir ay əvvəl Yevlax rayon Xanabad kəndi ərazisindən yabanı halda bitmiş çətənə bitkisindən toplayıb saxlamışdır. Mənzildə narkotik vasitə saxlamasından anası Ziyafət və qardaşı Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Bundan sonra aşkar olunmuş sellofanın torbanın içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Tərtib olunmuş protokolu Xəyal, Səttar və Şahid1 ilə yanaşı vəkillər Tubu Hüseynova və Dərgah Hüseynov habelə polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs və X8 əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər N.Nərimanov küçəsi ev 49, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 2 ünvanda övladları Səttar və Xəyal ilə birlikdə yaşayır. Ona müstəntiq tərəfindən izah olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və ifadə verməməyə görə təqibə məruz qala bilməz. Övladları Səttar və Xəyal uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidirlər. Dəfələrlə qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. Səttar və Xəyal hər gün ondan pul istəyir, aldıqları pulu isə narkotik vasitələrə verib istifadə edirlər. Yaşadıqları evdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Buna görə də polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 28.10.2021-ci il tarixdə isə polis əməkdaşları övladları Səttar, Xəyal və onların müdafiəçiləri ünvan 1 ünvanda yerləşən yaşadıqları evə gəlmişlər. Evə baxış keçirilərkən Xəyalın yatdığı otaqda çarpayının döşəyinin altından narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin otağa uzun müddətdir ki, girməmiş çünki Xəyal həmin otağa girməsini qadağan etmişdir. Evlərində narkotik vasitə qurudulmuş marixuana olmasından həmin günədək onun məlumatı olmamışdır. Həmin gün protokol tərtib olunmuş və o da imzası ilə təsdiq etmişdir. Şahid4 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ilə eyni məmunlu ifadə verərək onun ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 17/776 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. X5 üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-7,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs və Xəyal Fərzanlının yaşadığı mənzildən Xəyal Fərzanlıya məxsus aşkar olunaraq götürülmüş ... ” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi -172,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş.....” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 9,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə və 01 (bir )ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Cinayət işi materiallarında olan 28.10.2021-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 9,81 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işi materiallarında olan 28.10.2021-ci tarixdə Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Elşən Şükürov tərəfindən çəkilmiş DVD-diskə tərəfimdən baxış keçirilmişdir. DVD-ə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması, sorğu zamanı həmin narkotik vasitəni Mingəçevir şəhər 14 nömrəli məktəbin yaxınlığından taparaq əldə etməsini bildirməsi müəyyən olunmuşdur. Həmin DVD-diskə baxış protokolu və DVD-diskin özü iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut kimi qiymətləndirilməli və cinayət işinə əlavə edilməlidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06.01.2022-ci il tarixli 18 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannoabidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfin içərisində təmiz çəkisi 9,81 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 9,76 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanca verilməsi haqqında qəbul edilmiş qərar nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşular tərəfindən 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Fərzanlı X4 şəhər Məhkəməsinin 02.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz ) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, 29.05.2021-ci il tarixdə cəzası bitsə də islah olunmamış, ödənilməmiş məhkumluğu olduğu halda, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq mqidarda ümumi təmiz çəkisi 9,81 qram olan narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan gödəkçəsinin sol iç yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 28.10.2021-ci il tarixdə saat 14:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Lider” parfümeriyasının yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilərək, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol iç yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 9,81 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-137/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Fərzanlı X4 şəhər Məhkəməsinin 1(051)-137/2022 saylı, 02.10.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 01 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu gündən yəni, 03 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması haqqında 03.05.2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün verilmiş axtarış qərarına əsasən 03.05.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə Mingəçevir ŞPŞ-in MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs oğlu məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 9,76 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34 manat 55 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən yəni, 03 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 9,76 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-48/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-48/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver