Məhkəmə qərarları › İş №1(051)-49/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-49/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-49/2021 15.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs qızının Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975–ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 mənzil 45-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə saat 21 radələrində ünvan 1 mənzil 45 ünvanında analığı-Zərərçəkmiş şəxs ona işləyib qazanc əldə edə bilmədiyini irad bildirdiyi üçün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə sifətinin sağ hissəsinə vuraraq, eyni zamanda sağ qolundan tutub sıxmaqla ona sağ göz almasının əzilməsi, sağ gözün ağlı qişasına qansızına, göz qapaqlarında, sağ saidində. sağ sifətində və sağ sağrı nahiyəsində qançırlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun analığıdır. Mərhum atası X1 Abbasova ilə rəsmi ailə həyatı qurmuşdur. Lakin onların birgə nikahlarından uşaqları doğulmamışdır. O, uşaqlıqdan analığına nənə deyə müraciət etmişdir. Son beş ildir ki, analığıla halhazırda yaşadığı ünvanda onunla birlikdə yaşayır. Həmişə münasibətləri yaxşı olmuşdur. O, əvvəllər işləyib pul qazanmış, lakin son zamanlar işsizliklə əlaqədar olaraq pul qazana bilmədiyi üçün analığı ilə aralarında bir neçə dəfə mübahisə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində sərxoş halda evə gəldiyinə görə analığı ona yenə içib evə gəlməsini irad tutmuş, hətta həmyaşıdlarının evə pul qazınıb gətirdiyini bildirmişdir. O, analığının ona təkrar irad tutmasından əsəbiləşib qəsdən analığının sifətinə, sağ gözünün altına bir dəfə əli ilə vurmuş, eyni zamanda sağ qolundan qəsdən tutub sıxmışdır. Həmin vaxt bacısı Səyalı araya girib onları ayırmış və 102 xidmətinə bu barədə məlumat vermişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs vəfat etmiş atası X4 ilə rəsmi ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Semur uşaqlıqdan ona «nənə» deyə müraciət etmişdir. O da uşaqlıqdan Semura baxmış və ona mehriban münasibət bəsləmişdir. Semur əvvəllər işləyib pul qazansa da, son zamanlar işsizliklə əlaqədar olaraq pul qazana bilməmişdir. Ona görə də aralarında mübahisələr olmuşdur. Semur hazırda onun pensiyası ilə dolanmışdır. O isə işləmədiyinə görə Semura irad tutmuşdur. Semurun isə pandemiya ilə bağlı iş olmadığını və iş yerləri açılan zaman işləyəcəyini bildirmişdir. xx.xx.2021 -ci il tarixdə saat 21 radələrində yaşadığı ünvanda olan zaman həmin vaxt Semur sərxoş halda evə gəlmişdir. Ona görə də o, Semura evə içkili gəldiyinə görə irad tutmuşdur. Semur onun təkrarən irad tutmasından əsəbləşərək onun qəsdən sifətinə, sağ gözünün altına bir dəfə ali lə vurmuş, həmçinin sağ qolundan qəsdən tutub sıxmışdır. Həmin vaxt Səyalı araya girərək onu Semurun əlindən almışdır. Sonra Səyalı onun döyülməyi barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Ondan sonra o, ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Lakin hadisədən sonra oğlu Semuru bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx xxxxxx 2021–ci il tarixli 31 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədən səthində aşkar edilmiş xəsarətlər–sağ göz almasının əzilməsi, sağ gözün ağlı qişasına qansızma, göz qapaqlarında, sağ saidində, sağ sifətində və sağ sağrı nahiyyəsində qançırlar, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qırarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Migəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirləndirilərək 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhəri Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx.xx.2021 -ci tarixdə saat 21 radələrində ünvan 2 mənzil 45 ünvanında analığı Zərərçəkmiş şəxs qızını vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs qızı ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onunla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı aradan qaldırdığını bildirmiş və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam həcmdə aradan qaldırmışdır. Zərərçəkmiş şəxs qızı onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsaəsn Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs qızı ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X2 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344– 347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X2 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar