Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-49/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1979-cu il il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, X.Şuşinski küçəsi ev 15 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.01.2022-ci tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Şüa-Diaqnostika otağının qarşısında xəstə növbəsinin gözlənilməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir neçə dəfə sonuncunun sol qaşının üst nahiyəsinə vuraraq, ona sol gözünün üst nahiyəsinin çapılmış yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol ayaq pəncəsində qançır, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 17.01.2021-ci il tarixdə saat 10:30 radələrində şəhərin Mərkəzi xəstəxanasında USM müayinəsinə gələn zaman Sevda həkimin otağının qarşısında növbə gözləyərkən, həmin vaxt adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs ondan kim olduğunu soruşmuşdur. Eyni zamanda o, Zamirdən neçənci olmasını soruşan zaman Zamir ona 8-ci növbədə olduğunu bildirmişdir. O isə Zamirdən neçənci növbədə olduğunu soruşduqda 18-ci olduğunu bildirmişdir. Bundan sonra o, Zamirə növbəsinin keçdiyini bildirmiş, Zamir isə həkimin otağına keçib soruşan zaman oradan ona 14-cü adam keçdiyini, əyləşib növbə gözləməli olduğunu və çağıracaqlarını bildirmişdirlər. Həmin vaxt o, Zamirə keçib növbəsini gözləməli olduğunu bildirmiş, Zamir isə kobud cavab qaytarmış və aralarında sözlə mübahisə yaranmışdır. Ondan sonra o, Zamirin sözündən əsəbləşib yumruqla iki dəfə sol qaşının üstünə zərbələr endirmiş, həmin anda isə Zamir yerə yıxılmış, sonra yaxınlıqdakı insanlar onları ayırmışdır. O isə oradan uzaqlaşmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 17.01.2021 -ci il tarixdə saat 10:30 radələrində şəhərin Mərkəzi xəstəxanasında Sevda həkimin otağının qarşısında USM müayinəsinin növbəsini gözləyən zaman oradakı adamlardan sonuncu kimin növbəsinin olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə ondan neçənci olmasını soruşduqda, o, 8-ci növbədə olduğunu bildirmişdir. Elşən isə 18-ci növbədə olduğunu və onun növbəsinin keçdiyini bildirmişdir. O isə həkimin otağının qapısını açıb oradan kimin növbəsi olması ilə maraqlanmış, oradan isə ona 14-cü adam keçdiyini, əyləşib növbəsini gözləməli olduğunu bildirmişlər. O isə Elşənə hansı səbəbə sadə bir məsələ ilə bağlı mübahisə etməsini soruşduqda, Elşən ona kobud cavab qaytarmış, cavabında ona təkrar irad bildirən zaman Elşən yumruqla bir neçə dəfə onun sol qaşının üstünə zərəblər endirmişdir. Bundan sonra o, huşunu itirib yerə yıxılmış, sonra yaxınlaqdakı insanlar onları aralayaraq onu sakitləşdirib uzaqlaşdırmışdır. Onun sol qaşının üstü partladığı üçün həkimlər ona ilkin tibbi yardım göstərmişlər, sonradan isə polis əməkdaşları oraya gələrək, hadisə yerinə baxış keçirmişlər. Bundan sonra isə bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etdimişdir. Lakin hadisədən sonra o, Elşəni bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Mingəçevir şəhər Mərkəzi xəstəxanasında Şüa-Diaqnostika şöbəsində həkim radioloq, USM həkimi işləyir. 17.01.2022-ci il tarixdə cədvəl üzrə saat 09 radələrində işə başlamış, xəstələri növbə üzrə qəbul etmişdir. Saat 10:30 radələrində iş otağında olan zaman həmin vaxt iki nəfər şəxsin qapının çöl tərəfində mübahisə etdiklərini eşidib qapını açıb çölə çıxmaq istəyən zaman bir nəfərin yerdə uzanıb başının qanadığını görmüş, dərhal ona kömək edib ayağa qaldırmışdır. Bundan sonra ona ilkin tibbi yardım göstərilmişdir. Sonradan isə qapının qarşısında növbəni gözləyən iki nəfər xəstələrdən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini öyrənmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Mingəçevir şəhər Mərkəzi xəstəxanasında Şüa-Diaqnostika şöbəsində tibb bacısı işləyir. 17.01.2022-ci il tarixdə cədvəl üzrə saat 09 radələrində işə başlayaraq, xəstələri növbə üzrə qəbul etmişdir. Saat 10:30 radələrində iş otağında olan zaman həmin vaxt iki nəfər şəxsin qapının çöl tərəfində mübahisə etdiklərini eşidən Sevda həkim qapını açıb çölə çıxmaq istəyən zaman yerdə uzanan bir nəfər şəxsin baş nahiyəsinin qanadığını görmüşdür. Dərhal ona kömək edib ayağa qaldırmış və ona ilkin tibbi yardım göstərmişdirlər. Bundan sonra qapının qarşısında növbəni gözləyən iki nəfər xəstələrdən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini öyrənmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Mingəçevir şəhər Mərkəzi xəstəxanasında Təhlükəsizlik şöbəsində mühafizəçi işləyir. 17.01.2022-ci il tarixdə cədvəl üzrə saat 09 radələrində işə başlamışdır. Saat 10:30 radələrində xəstəxananın inzibati binasının giriş qapısının yaxınlığında xidmətdə olan zaman həmin vaxt Şua Diaqnostika şöbəsində dəhlizdə səsküy eşidib iş yoldaşı ilə birlikdə oraya tərəf getmişdir. Həmin vaxt bir nəfər şəxsin yerdə uzanıb başı qanadığını görmüş, dərhal həkimlərin köməyi ilə ona kömək edib ayağa qalmışlar və ona ilkin tibbi yardım göstərilmişdir. Sevda həkimin qapının qarşısında növbəni gözləyən iki nəfər xəstələrdən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən Zərərçəkmiş şəxs vurub ona xəsarət yetirdiyini öyrəndiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid4 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid5 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, xəstələyi ilə bağlı əziyyət çəkir və müalicə alır. Bununla bağlı oğlu Elşənin də onunla bərabər əziyyət çəkdiyini bildirmişdir. Bu səbəbdən də, oğlu Elşən son zamanlar səbirsiz, hər sözə tez reaksiya verən, əsəbiləşib özündən çıxan, daimi olaraq fikirli olan biri olmuşdur. 17.01.2022-ci il tarixdə səhər saatlarında oğlunun Mingəçevir şəhər Mərkəzi xəstəxanasına gedib geri qayıdan zaman fikirli dayandığını görmüşdür. Oğlundan səbəbini soruşduqda isə o, xəstəxanada növbə gözləyən zaman Zamir adlı şəxslə mübahisə etdiyini, həmin şəxsi yumruqla vurduğunu, ancaq əməlindən peşman olduğunu bildirmişdir. İşdə olan 17.01.2022-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Şüa-Diaqnostika otağının qarşısıdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Şüa-Diaqnostika otağının qarşısında həkim növbəsini gözləyən zaman Təqsirləndirilən şəxs ilə növbə ilə bağlı aralarında mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs əli ilə onun sol qaşının üst hissəsinə vuraraq ona xəsarət yetirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin 18.01.2022-ci il tarixli, 36 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol gözüstü nahiyədə yara və sol ayağında qançır, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən 17.01.2022-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə sol qaşında olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol ayağında qançır sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 17.01.2022-ci tarixdə saat 10 radələrində Mingəçevir şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Şüa-Diaqnostika otağının qarşısında Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-49/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-49/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver