Məhkəmə qərarları › İş №1(051)-49/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-49/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-49/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1962-ci ildə Cəlilabad rayonu, Privolneye kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Privolneye kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu Şahid1 Mingəçevir şəhər Mühafizə Şöbəsinə polis nəfəri kimi işə düzəlməsinə köməklik edəcəyini yalan vəd verib onu aldadaraq, 28 dekabr 2020-ci il tarixdə 1500 (min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 5500 (beş min beş yüz) manat pulun Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx"ASC-nin Mingəçevir şəhər filialındakı ödəniş terminalından "xxxx"da olan özünə məxsus 4169 7416 1047 1193 saylı bank hesabına köçürülməsinə nail olaraq, Zərərçəkmiş şəxs ümumilikdə 7.000 (yeddi min) manat məbləğində pul alaraq sonuncuya məxsus xeyli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 1987-ci ildən 2005-ci ilə qədər Dövlət Sərhəd Xidmətində çalışmış və ehtiyata buraxılan zaman mayor rütbəsini daşımışdır. Qızı Bakı şəhərində oxuduğundan müvəqqəti olaraq Bakı şəhərində yaşamışdır. 2020-ci ilin sentyabr ayının 27-də Vətən Müharibəsi başlamış və həmin vaxt o, Bakı şəhərində olmudur. Orada hazırda adını xatırlamadığı tanış şəxs ona qardaşı və ya bacısı oğlunun müharibədə yaralandığını və Mingəçevir şəhərində yerləşən xəstəxanada müalicə aldığını demişdir. O təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında həmin şəxslə birlikdə Mingəçevir şəhərinə gəlmişdir. Xəstəxanaya yaxınlaşmış və əllərində xəstə üçün yemək gətirmişlər. Həmin vaxt xəstəxanada Şahid1 mülki mühafizəçi kimi çalışmış və o, Turala yaxınlaşıb yaralı olan əsgərə yemək gətirdiklərini demiş və Tural da onlara köməklik etmişdir. Sonra Turalla danışmış və Tural Ağdamdan məcburi köçkün olduğunu demiş, o da Turala özümün Ağdamda kənd təsərrüfatı texnikomunda oxuduğunu, Ağdamda futbol oynadığını və orada tanışlarımın olduğunu demişdir. Tural da yaşının az olduğunu atası Ələddinin onu tanıya biləcəyini demişdir. Belə Turalla münasibətləri yaranmış və o orada özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini Turala vermişdir ki, Turalın atası Ələddinlə danışsın. Həmin gün bir neçə saatdan sonra o, tanışı ilə Bakı şəhərinə qayıtmışdır. Təxminən 2-3 gün sonra Turalın atası Ələddin onunla əlaqə saxlamışdır. Həmin vaxt Ələddin və o ortaq olan tanışlarından danışmış və o. Ələddinlə Ağdamdan olan Milli Qəhrəman Allahverdi Bağırov, Nizami, Eldar və digər şəxslərlə tanışlığından danışmış. Ələddin də həmin şəxsləri tanıdığını demişdir. Həmin ərəfələrdə o və nəvəsi “Covid-19” infeksiyasına yoluxduğundan və ipoteka ilə Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsində ev qazandığından ilkin ödəniş kimi 6.597 manat pul verməli olmuşdur. Həmçinin aylıq 189 manat pul ödəməli olmuşdur. O, pulu olmadığına görə Ələddindən borca 7.000 (yeddi min) manat borca pul istəmişdir. Ələddin həmin məbləğdə pulu olmadığını, bankdan götürüb ona həmin məbləğdə pul verə biləcəyini demişdir. Belə ki Ələddin 1.500 manat özündə olduğunu, qalan 5.500 manatı isə bankdan götürüb verəcəyini demişdir. Danışıqlarına görə o, həmin 7.000 manat pulu 2-3 ay ərazində qaytaracaqmış, lakin pulun faizinin ödənilməsi ilə bağlı olaraq aralarında heç bir danışıq olmamışdır. O, Ələddinə həmin məbləğdə pulu kart hesabına göndərməsini istəmiş və kartının şəklini çəkib Ələddinə atmışdır. Əvvəlcə 2020-ci ilin dekabr ayının sonunda 1.500 manat, 2021-ci ilin yanvar ayında 5.500 manat pulu Ələddin onun kart hesabına göndərmişdir. Əldə olunan pulu özünün və nəvəsinin müalicəsinə xərcləmiş, həmçinin digər ehtiyaclarına sərf etmişdir. O. 7000 manat məbləğində pulu kredit alıb qaytarmaq istəsə də, kredit verilmədiyinə görə pulu qaytara bilməmişdir. xx.xx.2021 -ci il tarixdə bilet alaraq Rusiya Federasiyasına Kazan şəhərinə, oradan Moskvaya və Murmansk şəhərinə getmişdir. Orada mühafizəçi kimi çalışmışdır. Pul qazansa da, Ələddinin ünvanını idridiyindən onunla əlaqə saxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə miqrasiya xidmətinə qeydiyyata düşmək üçün getmiş və orada ona axtarışda olduğunu bildirmişlər. Buna görə da saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Verilən suallara cavab olaraq Ələddin, Nübar və Şahid1lərin onun 7.000 manat pulu Şahid1 mühafizə polisinə işə düzəltmək adı ilə alması barədə ifadələrin yalan olduğunu, Şahid1 işə düzəltmək adı ilə onlardan 7.000 manat pul almadığını, həmin pulu borc kimi aldığını, lakin əlaqə saxlaya bilmədiyindən pulu qaytara bilmədiyini bildirmişdir. Şahid1 onu işə düzəltmək adı ilə ondan müxtəlif sənədləri istəməsi və həmin sənədlərin şəkillərini istifadəsinə olan mobil telefon nömrəsinə göndərməsi ilə bağlı şəkillər və sənədlərin surətini təqdim etməsi ilə bağlı olaraq Turalın həmin sənədləri ona göndərməsini dəqiqi xatırlamadığını, lakin Turalın atası Ələddinlə bir neçə dəfə telefonla danışdığını xatırladığını bildirmişdir. Zərərçəkmiş şəxslə qabaqcadan hər hansı bir tanışlığı və ya münasibəti olmadığı halda aralarında hansı formada etibar yarandığına görə Zərərçəkmiş şəxs ona borc kimi 7.000 manat pul verməsi ilə bağlı bildirmişdir ki, o, Ağdamda təhsil alması və orada olan tanışları ilə münasibətlərindən danışdıqdan sonra Ələddinlə münasibətləri yaranmış və buna görə Ələddin ona borc vermişdir. Zərərçəkmiş şəxs kredit götürməklə ona borc verməsi və aralarında bankın faizinin ödənilməsi ilə bağlı heç bir məsələnin müzakirə aparılmamasmm nə dərəcədə məntiqə uyğun davranış olması ilə bağlı olaraq Ələddinlə danışan zaman pula ehiyacı olduğunu, borc tapmasını, həmin pulu 2-3 ay ərzində ödəyəcəyini, eyni zamanda Ələddinin nəsə işi olsa və ya gələcəkdə pul lazım olarsa, hər cür köməklik edə biləcəyin dediyinii bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona məxsus kart hesabına 1500 və 5500 manat olmaqla göndərilmiş ümumilikdə 7.000 manat pulu Bakı şəhərində "xxxx"a məxsus bankomatda nağdlaşdırdığını, lakin Bakı şəhərinin hansı rayonu ərazisində nağdlaşdırmağını xatırlamadığını bildirmişdir. Daha sonra bildirdi ki, Zərərçəkmiş şəxs dəymiş ziyandan 3000 manat ödəmiş və onunla barışıq əldə edilmişdir. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Paşayev X2 şəhəri Mühafizə Şöbəsində mülki mühafizəçi işləyir və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına mühafizəçi kimi xidmətə çıxır. Sonuncu dəfə 2-ci Qarabağ müharibəsi vaxtında oğlu Şahid1 Mingəçevir ŞMX-nın mühafizəsi üçün xidmətdə olan zaman o əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfərlə tanış olmuşdur. Təqsirləndirilən şəxs Tural X6 Nazirliyində işlədiyini bildirirək onu Mingəçevir şəhəri Mühafizə şöbəsinə polis nəfəri kimi işə düzəlməyi təklif etmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan mobil telefon nömrəsini almışdır. Bundan təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən Turalın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq təklif etdiyi işlə əlaqədar olaraq onunla danışmaq istədiyini bildirmişdir. Tural istifadəsində olan mobil telefonu gətirib ona verərək bu barədə ona məlumat vermişdir. O, Təqsirləndirilən şəxsla görüntülü mobil telefon vasitəsi ilə danışan zaman həmin şəxs ondan oğlum Turalı düzlətməsi üçün 2000 manat pul və Turala aid sənədləri istəmişdir. O, maddi vəziyyətinin aşağı olduğunu bildirərək 1500 manat pula gücü çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla razılaşaraq həmin 1500 manat pulu Kapital Bankdan öz adına olan 4169 7416 1047 1193 nömrəli kart hesabına və sənədlərin surətini Whatsapp vasitəsi ilə onun istifadəsində olan mobil telefon nömrəsinə göndərməsini istəmişdir. O, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1 193 nömrəli kart hesabına 1500 manat pul göndərmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs yenidən mobil telefon vasitəsi ilə Turala zəng edərək onunla görüntülü danışmaq istədiyini bildirdiyi üçün o, Ədalətlə görüntülü danışan zaman Ədalət ondan 5.500 manat pul göndərməsini bildirmişdir. O Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Daha sonra xx.xx.2021 -ci il tarixdə Tural Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adına olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 5.500 manat pul göndərmişdir. Beləliklə, onlar Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 7.000 manat pul göndərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ilə hər dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirərək verdiyi vədinə əməl etmədiyinə görə o, xx.xx.2021 -ci il tarixdə bu barədə Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Verilən şullara cavab olaraq o, oğlu Şahid1 Mingəçevir şəhəri Mühafizə şöbəsinə polis nəfəri kimi işə düzəltmək məqsədilə xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 1.500 manat, xx.xx.2021 -ci il tarixdə Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adına olan həmin kart hesabına 5.500 manat pul olmaqla ümumilikdə 7000 manat pul göndərdiklərini bildirmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən 3000 manat məbləği ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirmiş və ona dəymiş ziyanın yalnız 4000 manat hissəsini qaytarılmasına dair məhkəmədən qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 il olarkı Mingəçevir ŞMX-da mülki mühafizəçi kimi çalışır. 2020-ci ilin oktyabr ayında xəstəxanada xidmətdə olarkən Vətən müharibəsi ərəfəsi olduğundan xəstəxanaya xeyli sayda yaralı hərbiçilər daxil olmuşdur. Həmin vaxtlarda adım sonradan bildiyi Təqsirləndirilən şəxs da xəstəxanaya müharibədə yaralanmış qohumunun yanma gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xəstəxananın direktorunun yanma daxil olan zaman o, Ədaləti otağa buraxmamış və Ədalət ona vəsiqəsini göstərərək Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra Ədalətlə aralarında olan söhbət zamanı Ədalət ona mühafizəçi işlədiyini, mühafizəçinin fəhlədən fərqi olmadığını, onu çalışıb mühafizə polisində işə düzəldə biləcəyini bildirmiş və onun istifadəsində olan mobil telefon nömrəsini götürmüşdür. Bir müddət o, Ədalətlə danışdıqdan sonra Ədalət onun atası Zərərçəkmiş şəxslə görüntülü danışmışlar. Bundan sonra atası Ələddin və Ədalət onu mühazifə polisinə işə düzəltməkdə razılaşmışlar. Belə ki. Ədalət atasından əvvəlcə 13 000 manat pul istəsə də, atası həmin məbləğdə pulunun olmadığını demiş və yekunda onlar 7000 manata razılaşmışlar. Bundan sonra Ədalət əvvəlcə onun sənədlərinin hazırlanmasına və onun sənədlərə imza çəkmək üçün Bakı şəhərinə getməməsi üçün 2.000 manat pul istəmiş, lakin o, xalası Aybəniz. Hüseynovadan borca 1500 manat pul almış və xx.xx.2020-ci il tarixdə atası Təqsirləndirilən şəxs göndərdiyi 4169 7416 1047 1193 saylı kart hesabına 1500 manat pul göndərmişdir. Növbəti dəfə Ədalət 5.500 manat pulu istədikdə isə bacısının qayınatası Məhərrəm Məmmədovdan 2.000 manat və xalası Aybənizdən 3.500 manat pul alaraq xx.xx.2021 -ci il tarixdə Ədalətin əvvəl verdiyi kart hesabına göndərmişlər. Bundan sonra Ədalətlə bir müddət əlaqə yarada bilsələr də may ayından etibarən Ədalət zənglərə cavab verməmiş, o cümlədən vermiş olduğu vədinə əməl etməmişdir. Buna görə də polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Verilən suallara cavab olaraq atası Zərərçəkmiş şəxs onu Mühafizə Polisində işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 saylı kart hesabına xx.xx.2020-ci il tarixdə 1.500 manat, xx.xx.2021 -ci il tarixdə isə 5.500 manat olmaqla ümumilikdə 7.000 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Paşayev X2 şəhəri Mühafizə Şöbəsində mülki mühafizəçi işləyir və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına mühafizəçi kimi xidmətə çıxır. Sonuncu dəfə 2-ci Qarabağ müharibəsi vaxtında Tural Mingəçevir ŞMX-nın mühafizəsi üçün xidmətdə olan zaman əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfərlə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü Turala Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyini bildirirək ona Mingəçevir şəhəri Mühafizə şöbəsinə polis nəfəri kimi işə düzəlməyi təklif etmişdir. Tural Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Turalın istifadəsində olan mobil telefon nömrəsini almışdır. Bundan təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən Turalın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq təklif etdiyi işlə əlaqədar olaraq onun əri Zərərçəkmiş şəxslə danışmaq istədiyini bildirmişdir. Turala istifadəsində olan mobil telefonu Ələddinə gətirib verərək bu barədə məlumat vermişdir. Ələddin Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə görüntülü danışan zaman həmin şəxs Ələddindən Turalı işə düzlətməsi üçün 2000 manat pul və Turala aid sənədləri istəmişdir. Ələddin maddi vəziyyətinin aşağı olduğunu bildirərək 1500 manat pula gücü çatdığını bildirmişdir. Ədalət Ələddinlə razılaşaraq həmin 1.500 manat pulu Kapital Bankdan öz adma olan 4169 7416 1047 1193 nömrəli kart hesabına və Turala aid sənədlərin surətini Whatsapp vasitəsi ilə istifadəsində olan mobil telefon nömrəsinə göndərməsini istəmişdir. Ələddin xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 1.500 manat pul göndərmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs yenidən mobil telefon vasitəsi ilə Turala zəng edərək Ələddinlə görüntülü danışmaq istədiyini bildirdiyi üçün Ələddin Ədalətlə görüntülü danışan zaman Ədalət həmin kart hesabına 5.500 manat pul göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs Ədalətlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Şahid1 Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 5500 manat pul göndərmişdir. Beləliklə onlar ümumilikdə Mingəçevir şəhərində yerləşən Kapital Bank filialından Təqsirləndirilən şəxs adına olan 4169 7416 1047 1193 nömrəli kart hesabına 7.000 manat pul göndərmişlər. Bundan sonra Ədalətlə Ələddin hər dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman həmin şəxs Ələddinə müxtəlif bəhanələr gətirərək verdiyi vədinə əməl etmədiyinə görə Zərərçəkmiş şəxs xx.xx.2021 -ci il tarixdə bu barədə Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq o, əri Zərərçəkmiş şəxs oğlu X3 işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs adma olan 4169 7416 1047 1193 saylı kart hesabına xx.xx.2020-ci il tarixdə 1.500 manat xx.xx.2021-ci tarixdə isə 5.500 manat olmaqla ümumilikdə 7.000 manat pul göndərdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. 04 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi üçün barəsində axtarış və tutulma haqqında qərar qəbul edilmişdir . 04 senyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 10 noyabr 2021-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* № li cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işi üzrə icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 10 noyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qəraradan görünür ki. Təqsirləndirilən şəxs barəsində olan ********* № li cinayət işi üzrə icraat dayandırılmışdır. 08 dekabr 2022-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* № li cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işi üzrə icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli qərarla qəbul olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, Murmansk şəhəri, Oktyabr inzibati Ərazi prokuroru T.Stepanovanın Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarılan 1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi təmin edilmiş, 1967-ci il təvəllüdlü Əzimovun barəsində 40 günlük, yəni xx.xx.2022-ci ilə kimi həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli götürmə və baxış prokolundan görünür ki, Şahid1 təqdim etdiyi atası Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 1.500 (min beş yüz) manat, xx.xx.2021 -ci il tarixdə 5.500 (beş min beş yüz) manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" kartına göndərməsi ilə bağlı məlumatları əks etdirən 2 ədəd qəbz və işə qəbul üçün Təqsirləndirilən şəxs “Whatsapp” mesajlaşma sistemi vasitəsilə göndərmiş olduğu sənədlərin surəti və sənədlərin fotoşəkillərinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona göndərilməsi ilə bağlı fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki. təqdim edilmiş qəbzlərdən biri xx.xx.2020-ci il tarixdə “Kapital Bank" ASC-nin Mingəçevir şəhər filialından Təqsirləndirilən şəxs istifadəsində olmuş 4*****1193 saylı Kapital Bank hesabına 1.500 manat göndərilməsi, digər qəbz isə xx.xx.2021 -ci il tarixdə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından Təqsirləndirilən şəxs istifadəsində olmuş 4*****1193 saylı Kapital Bank hesabına 5.500 manat göndərilməsi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərin surətlərinə baxış zamanı müəyyən edildi ki. həmin sənədlər işə qəbul olunmaq üçün Şahid1 tərəfindən şəxsi məlumatların qeyd olunduğu CV, Dövlətqaçqınkomunun Mənzil İstismar departamenti Mingəçevir şəhəri “Yeni Həyat” qəsəbəsi M.İ.K.S.-nin rəisi tərəfindən Şahid1 adma verilmiş xasiyyətnamə, Şahid1 məxsus hərbi biletin surəti, Şahid1 məxsus tam orta təhsil haqqında atestatın notarial qaydada təsdiq olunmuş surəti, nikah haqqında şəhadatnamə, Şahid1 ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrinin surətləridir. Həmiçin Şahid1 təqdim etdiyi fotoşəkillərə baxış zamanı müəyyən edildi ki, təqdim olunmuş fotoşəkillərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon vasitəsilə “Whatsapp” ani mesajlaşma sitemi ilə kiril əlifbası ilə "Salam Tural necəsən, Ədalət müəllimdir”, Tural isə həmin sistem vasitəsilə “Salam kimiydi, Netersiz mellim, Bagisdayin nomreler silinib diye tanimadim, Rus dilində yaxsi bilmirem cox basa duse bilmirem”, şəkilində yazışmalar, daha sonra silindiyi üçün təqdim oluna bilməyən göndərilmiş səs yazıları, sonrakı şəkildə Təqsirləndirilən şəxs istifadəsində olan digər ***-***-**-** saylı mobil telefon nömrəsini Şahid1 göndərmiş, kiril əlifbası ilə “hə oldu sənin işin” yazısı göndərmiş, daha sonra təqdim olunmayan səs yazılarından sonra Şahid1 “Allah canınızı sag elesin mellim var olun, Birez imkansizlikdi melim basa dusurem ona gore qalmisam bele, Xeyre qarsi allah canivizi sag elesin” yazıları qeyd olunmuş, növbəti şəkildə isə Şahid1 Edalet Ezimov Sim deyə qeyd etdiyi mobil telefon nömrəsinə işə düzəlmək üçün Təqsirləndirilən şəxs təqdim etdiyini qeyd etdiyi 18 ədəd şəkili göndərməsi ilə bağlı qeydiyyat əks olunmuş, sonra Şahid1 “Atmisam set zəifdi deye gec gelir”, Təqsirləndirilən şəxs “Ok” cavabından sonra Şahid1 "Mellim atdim" cavabını verməsi müəyyən edilmişdir. Eləmin sənədlər və fotoşəkillər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. xx.xx.2021-ci il tarixli diskə baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7416 1047 1193 saylı "xxxx" kartına xx.xx.2020-ci il tarixdə 1.500 manat, 07.01,2021-ci il tarixdə 5.500 manat pul göndərməsi və Təqsirləndirilən şəxs həmin kart hesabına yüklənmiş ümumilikdə 7.000 manat pulu çıxarması ilə bağlı məlumatları özündə əks etdirən "xxxx" ASC-dən göndərilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı DVD diskdə ilkin olaraq Zərərçəkmiş şəxs adı ilə qeyd olunmuş qovluq içərisində foto və video adları ilə qeyd olunmuş 2 ədəd qovluq vardır. Foto adlı qovluğa baxış keçirən zaman orada xx.xx.2020 və xx.xx.2021-ci il tarixi ilə qeyd olunan qovluqların içərisində Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində və xx.xx.2021 -ci il tarixdə saat 11:40 radələrində "Kapital Bank” ASC-yə məxsus bankomatlardan pul nağdlaşdırması ilə bağlı olan fotoşəkillər əks olunmuşdur. Video adı ilə qeyd olunan qovluqda olan videoya baxış keçirən zaman Təqsirləndirilən şəxs "Kapital Bank”a məxsus Yasamal ATM-dən xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində pul nağdlaşdırması ilə bağlı görüntülərin əks olunması müəyyən edildi. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 7416 1047 1193 saylı "xxxx" kartına xx.xx.2020-ci il tarixdə 1.500 manat, xx.xx.2021 -ci il tarixdə 5.500 manat pul göndərməsi və Təqsirləndirilən şəxs həmin kart hesabına yüklənmiş ümumilikdə 7.000 manat pulu "xxxx" ASC-nin bankomatlarmda aparılan nağdlaşdırma əməliyyatlarına dair məlumatları özündə əks etdirən sorğu əsasında "xxxx" ASC-dən göndərilmiş DVD diskə baxış keçirilmiş və baxış keçirilən zaman DVD diskdə ilkin olaraq “X5" adı ilə qeyd olunmuş qovluq içərisində xx.xx.2020. xx.xx.2021 və xx.xx.2021 -ci il adları qeyd olunan 3 ədəd qovluq qeyd olunması aşkar olunmuşdur. Eləmin qovluqlardan xx.xx.2020 qeyd olunmuş qovluqda Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində, xx.xx.2021-ci il tarixdə saat 11:38 radələrində, xx.xx.2021 -ci il tarixdə saat 13:30 radələrində "xxxx"m bankomatlarından istifadəsində olan 4169 7416 1047 1193 saylı kart hesabından nağdlaşdırma əməliyyatları aparması ilə bağlı olaraq fotoşəkillərin qeyd olunması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli götürmə və baxış prokolundan görünür ki, üzrə Təqsirləndirilən şəxs şəxsi işində toplanmış rus dilində tərtib edilmiş onun saxlanılması və barəsində qəbul edilmiş məhkəmə qərarlarına baxış zamanı müəyyən edildimişdir ki, qeyd olunan rus dilində tərtib edilmiş sənədlər Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisində saxlanılması, üzərinə baxış keçirilməsi, anket məlumatları, xasiyyətnamə, barəsində Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddətinin Rusiya Federasiyası Murmask şəhəri Oktyabr rayon Məhkəməsi tərəfindən uzadılması ilə bağlı olan sənədlərdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 08 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Mingəçevir şəhər məhkəməsinin 4(051)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək xx.xx.2023-cü il tarixədək 1 ay 5 gün müddətə uzadılması qərara alınmışdır. 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-cü maddəsi ilə ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il və 07.-1.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs məxsus **********471193 saylı "xxxx" hesabına Mingəçevir şəhərində 1500 və 5.500 manat olmaqla ümumilikdə 7000 manat məbləğində pulu göndərdiyi andan, yəni Mingəçevir şəhəri ərazisində dələduzluq cinayəti başa çatmış hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə mülki iddiaçı şayev Ələddin Səfi oğlu tərəfindən iddia ərizəsi ilə məhkəməyə mürciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyan kimi 7000 manat pulun, əldən çıxmış gəlir kimi 2000 manat, mənəvi ziyan kimi 10000 manat, cəmi 22000 manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyandan Təqsirləndirilən şəxs tərəfindən 3000 manatı ödənilmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı razılaşmışlar. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxslə barışımışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ziyanın qismən ödənilməsi CM-nin 59.1-ci maddəsinə əsasən, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 05 avqust 2022-ci il tarixdən 01 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 8 ay 26 gün təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs qətimkan” tədbiri dəyişdirilərək başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Cəlilabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Cəlilabad ayonu İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, mülki iddiaçının Zərərçəkmiş şəxs ərizəsinə və ifadəsinə əsasən aralarında barışıq əldə olunduğundan və ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənildiyindən Zərərçəkmiş şəxs iddia ərizəsinə əks olunan məbləğinin yalnız 4000 manat hissəsini tələb etdiyindən mülki iddia qismən təmin edilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən 01 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 8 ay 26 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 17 ay 22 gün ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 6 (altı) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Cəlilabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 4000 (dörd min) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut və digər məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar