Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-49/2025 10.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi 12-ci küçədə yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 iri və xırda buynuzlu mal-qaranın alqı-satqısı ilə məşğul olub, əldə olunmuş gəliri aralarında bərabər şəkildə böləcəkləri barədə yalan vəd verərək, 2024-cü ilin aprel ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Mingəçevir şəhəri ərazisində, istintaqa məlum olmayan ünvanlarda hissə-hissə olmaqla və vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 47.600 (qırx yeddi min altı yüz) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin aprel ayından başlayaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi, 12 saylı evinin həyətində saxladığı, təxminən 1 ədədinin çəkisi 28-34 kiloqram arasında dəyişən 130 baş xırda buynuzlu mal- qarasının (quzusunun) dəyərini yuvarlaq olaraq 35.845 (otuz beş min səkkiz yüz qırx beş) manatdan hesablayıb, razılaşdıqdan sonra, həmin mal-qaranm satışından əldə edəcəyi, qeyd olunan məbləğdə pulu Zərərçəkmiş şəxs2 verəcəyini vəd verərək, sonuncuya məxsus 130 baş xırda buynuzlu mal-qarasını özünə məxsus «QAZ 33021» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 saylı evdən qeyd olunan müddət ərzində hissə-hissə apararaq, sonradan istintaqa məlum olmayan ünvanlara satıb, əldə etdiyi gəlirdən Zərərçəkmiş şəxs2 verəcəyini vəd verdiyi 35.845 (otuz beş min səkkiz yüz qırx beş) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin may ayından başlayaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixədək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 Yevlax rayonu, Havarlı kəndində yerləşən təsərrüfatında saxladığı, təxminən 1 ədədinin çəkisi 28-32 kiloqram arasında dəyişən 82 baş xırda buynuzlu mal-qarasını (quzusunu) yuvarlaq olaraq 22.920 (iyirmi iki min doqquz yüz iyirmi) manatdan hesablayıb, həmin mal- qaranm satışından əldə edəcəyi qeyd olunan məbləğdə pulunu verəcəyini Zərərçəkmiş şəxs3 vəd verərək, sonuncuya məxsus 82 baş xırda buynuzlu mal-qaranı istifadəsində olan « QAZ 33021 » markalı **-VH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Yevlax rayonu, Havarlı kəndində yerləşən təsərrüfatından hissə-hissə apardıqdan sonra istintaqa məlum olmayan ünvanlara satıb, həmin satışdan Zərərçəkmiş şəxs3 verəcəyini vəd verdiyi 22.920 (iyirmi iki min doqquz yüz iyirmi) manat məbləğdə pulu ələ keçirdikdən sonra vahid niyyətlə əhatə olunan qəsdlə hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs3 həmçinin mal-qara alıb-satacağını və əldə edəcəyi gəliri aralarında bərabər böləcəyini vəd verərək, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivində 3000 manat və həmin tarixdə 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.700 manat təşkil edən 3.000 ABŞ dollar olmaqla, 5100 (beş min yüz) manat məbləğdə pulunu Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Poçtun» yaxınlığında alıb, ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 31.020 (otuz bir min iyirmi) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 məxsus olan və Yevlax rayonu, Havarlı kəndində yerləşən, fərdi təsərrüfatda saxladığı 1 ədədinin çəkisi 390-521 kiloqram arası dəyişən, 25 ədədinin qiymətini yuvarlaq olaraq 48.000 (qırx səkkiz min) manata hesabladığı, ətlik iribuynuzlu mal-qarasını (danasını) satıb, həmin məbləğdə pulu Zərərçəkmiş şəxs4 verəcəyini vəd verərək, 2024-cü ilin may ayından başlayaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixədək olan müddət ərzində sonuncunun təsərrüfatda olmadığı, lakin şifahi razılığı olduğu halda, azyaşlı uşaqları Hüseyn və Əbəlbəz Rəhimovlara məlumat verməklə Yevlax rayonu, Havarlı kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus təsərrüfatdan istintaqa məlum olmayan yük avtomobillərinə yüklədikdən sonra istintaqa məlum olmayan ünvanlara sataraq, əldə etdiyi gəlirdən Zərərçəkmiş şəxs4 verəcəyini vəd verdiyi 48.000 manat məbləğdə pulunu ələ keçirərək və bununla da ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 1 həftə ərzində aldığı xırda buynuzlu mal-qaranın (quzunun) pulunu verəcəyini vəd verərək, 2024-cü ilin may ayının sonunda Zərərçəkmiş şəxs5 Yevlax rayonu, Havarlı kəndində yerləşən qayınatası X4 məxsus fərdi yaşayış evinin həyətində saxladığı, təxminən 1 ədədinin çəkisi 28-32 kiloqram arasında dəyişən 30 baş xırda buynuzlu, habelə eyni vədlə xx.xx.2024-cü il tarixdə yenə də X4 məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı təxminən 1 ədədinin çəkisi 28-32 kiloqram arasında dəyişən 34 baş xırda buynuzlu mal-qarasını (quzusunu), ümumilikdə 64 baş xırda buynuzlu mal-qaranm qiymətini yuvarlaq olaraq 18.550 (on səkkiz min beş yüz əlli) manatdan hesablayıb, satışdan əldə edəcəyi gəlirdən ona qeyd olunan məbləğdə pul verəcəyini vəd verərək, həmin mal-qaranı Yevlax rayonu, Havarlı kəndində X4 məxsus fərdi yaşayış evinin həyətindən özünə məxsus « QAZ 33021 » markalı **-VH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib, sonradan istintaqa məlum olmayan ünvanlara sataraq, əldə etdiyi gəlirdən Zərərçəkmiş şəxs5 verəcəyini vəd verdiyi 18.550 (on səkkiz min beş yüz əlli) manat məbləğdə pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 iri və xırda buynuzlu malqara alıb, sataraq əldə olunmuş gəliri aralarında bərabər şəkildə böləcəkləri barədə yalan vəd verərək, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs6 oğlu Şahid7 vasitəsilə zərərçəkmiş şəxsə məxsus 26.500 (iyirmi altı min beş yüz) manat məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 təxminən 1 ədədinin çəkisi 28-32 kiloqram arasında dəyişən 17 ədəd xırda buynuzlu mal-qaranm (quzunun) qiymətini yuvarlaq olaraq 5.000 manata razılaşdıqdan sonra, həmin mal- qaranı satıb, qeyd olunan məbləğdə pulunu 2 gün ərzində verəcəyini vəd verərək, xx.xx.2024- cü il tarixdə Zərərçəkmiş şəxs7 məxsus danaları Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi təsərrüfatdan özünə məxsus «QAZ 33021» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə aparıb, istintaqa məlum olmayan ünvanlara sataraq, əldə etdiyi və Zərərçəkmiş şəxs7 verəcəyini vəd verdiyi 5.000 (beş min) manat məbləğdə pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 diri çəkisi 934 kiloqram təşkil edən 2 ədəd iri buynuzlu mal-qaranm (dananın) qiymətini yuvarlaq olaraq 5.600 manat müqabilində almağa razılaşdıqdan sonra, həmin mal-qaranı satacağını və pulunu 2 gün ərzində verəcəyini vəd verərək, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs8 məxsus danaları Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən "xxxx" ASC-nin həyətində olan tərəzidə çəkisini müəyyən etdikdən sonra alıb, sonradan istintaqa məlum olmayan ünvanlara sataraq, əldə etdiyi və Zərərçəkmiş şəxs8 verəcəyini vəd verdiyi 5.600 (beş min altı yüz) manat məbləğdə pulunu ələ keçirməklə və bununla da zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun oğlu Elvin Məhərrəmovu təxminən 3 il bundan əvvəl tanımışdır. Belə ki, o, Müslümə məxsus Mingəçevir şəhəri, Günəşli bağ massivində yerləşən obyekti icarəyə götürmüş və orada müxtəlif məhsulların satışı ilə məşğul olmuşdur. Təxminən 2 ildən bir qədər artıq vaxt olardı ki, mal-qara alverinə başlamışdır. Belə ki, o, iri və xırda buynuzlu mal-qara alveri ilə məşğul olduqca həmin işdə yaxşı gəlir qazanc olmasını görmüş və buna görə də əvvəlcə Müslümün oğlu Elvinə mal-qara alverində yaxşı pul olduğunu, həmin alver işlərini görmək üçün əlində maya olmadığını, ona pul verməsini, mal-qaranı alıb satdıqca əldə olunan pulu bərabər şəkildə böləcəklərini demişdir. Elvin də bu barədə atası Müslümə məlumat vermiş və Müslüm də buna razılıq verdikdən sonra ona hissə-hissə olmaqla pul vəsaitləri verməyə başlamışdır. Müslümdən pulları alıb heyvanların alqı-satqısmı həyata keçirərək əldə olumuş gəliri bölməyə başlamışlar. Bu şəkildə onların yaxşı qazancları olmuşdur. Sonuncu dəfə isə Şəki rayonu, Cəyirli kəndində yerləşən fermada olan heyvanlar ucuz qiymətə satıldığından 2024-cü ilin aprel ayında Müslümə təxminən 47.000 manat dəyərində heyvan satıldığını və həmin heyvanları alıb sataraq yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Buna görə də, Müslüm ona hissə-hissə olmaqla pul vəsaiti verməyə başlamışdır. Sonuncu 6.000 manat pulu isə xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın qarşısında vermişdir. Eləmin pulu da götürəndən sonra Müslümün ona verdiyi pulun miqdarı ümumilikdə 47.600 manat olmuşdur. Müslüm verdiyi pulları da hissə-hissə heyvan alqı-satqısı edərək gəlir əldə etməyə çalışmışdır. O, alverin pulunu həmişə üzərində olan qara rəngli çantada, həmçinin ayrı-ayrılıqda olan sellofan paketlərdə saxlamışdır. 2024-cü ilin may ayında heyvan almaq üçün Bərdə mal bazarına tək getmişdir. Həmin vaxt alverin pulunu, yəni 70.000 manat pulu və 2.300 manat pulu ayrı-ayrılıqda idarə etdiyi “Qazel” markalı avtomobilin salonuna qoymuşdur. Heyvanı alıb «Qazelə» yüklədikdən sonra pulun olduğu yerə baxanda pulun olduğu çanta və sellofan paketin yerində olmadığını görmüşdür. Lakin o, pulu oğurlamış şəxsi müəyyən etmək üçün çalışsa da, həmin şəxsi tapa bilməmişdir. Bundan sonra həmin pulu yerinə qoymaq və ayrı- ayrı şəxslərdən aldığı pulları qaytarmaq üçün tanışlarından aralarında yaranmış etibardan sui- istifadə etməklə aldığı heyvanları nisbətən ucuz qiymətə sataraq düşdüyü vəziyyətdən çıxmağa çalışmışdır. Lakin Müslüm və digər şəxslərin pullarını ödəyə bilmədiyindən onun barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs2 və onun qardaşı Xaqaninin Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən fərdi yaşayış evinə gedərək ondan alver üçün xırda buynuzlu mal-qara, yəni quzu alıb-satmışdır. Belə ki, Eyvaz ona 10-12 kiloqram təmiz çəkisi olan quzunu 310 manatdan satmışdır. Eyvaz ona heyvanların qiymətini deyəndə quzunu baha verməsinə baxmayaraq qeyd etdiyi kimi oğurlanmış pulun məbləğini yerinə qoymaq və alver üçün pulunu aldığı şəxslərin pullarını qaytarmaq üçün məcbur olub Eyvazın özündən quzuları almışdır. Belə ki, o, 2024-cü ilin may-iyun ayları ərzində ümumilikdə aldığı 130 ədəd quzuya görə təxminən 36.000 manata yaxın borcu qaldığını qeyd etmişdir. Lakin o, Eyvazdan aldığı quzuları isə borc yiyələri onu sıxışdırdıqlarından aldığı qiymətdən ucuz qiymətə satmışdır. Həmçinin o, əvvəllər Eyvazdan aldığı quzulara görə ona təxminən 60.000-70.000 manat məbləğində xeyir vermişdir. Həmçinin Eyvazdan quzuları alan zaman Eyvaz özündə olan dəftərdə müvafiq qeydiyyatlar aparmışdır və o da həmin qeydiyyata imzalarını çəkmişdir. Zərərçəkmiş şəxs3 təxminən 2023-cü ilin sonunda tanımışdır. Belə ki, Yevlax rayonu, Havarlı kəndinin girişində Məhəmməd avtoqəza edən zaman ona köməklik etmiş və bundan sonra aralarında münasibət yaranmışdır. Həmçinin həmin vaxtlar Mingəçevir şəhəri, Günəşli qəsəbəsi ərazisində yerləşən obyektdə satışla məşğul olduğundan və Məhəmməd də teztez ora gəlib-getdiyindən münasibətləri olmuşdur. Bundan sonra Məhəmmədin də həyətində quzu saxladığını bildiyindən Məhəmmədə də alver etməyi təklif etmişdir. Məhəmməd də onunla razılaşmışdır. Beləliklə, o, Məhəmməddən və onun işçisi olan Əhmədin yanında heyvanları götürüb satıb əldə olunan gəliri Məhəmmədlə birlikdə bölmüşdür. Məhəmmədin özünə də təxminən 60-70 manat arasında qazanc vermişdir. Lakin qeyd etdiyi kimi 2024-cü ilin may ayının sonlarında pulu oğurlandığından Məhəmməddən də aldığı heyvanları sataraq pullarını qaytara bilməmişdir. Belə ki, o, Məhəmməddən hissə-hissə olmaqla aralarında olan razılaşmaya görə diri halda quzunun 1 kiloqramını 8.50-9.50 manat arasında dəyişən qiymətlə aldığını, çəkisindən asılı olaraq quzuların 1 ədədinin qiymətinin təxminən 250-330 manat arasında dəyişdiyini və beləliklə aldığı ümumilikdə 82 ədəd quzuya görə ümumilikdə 22.920 manat məbləğində borcu qaldığını bildirmişdir. Həmçinin heyvandan əlavə olaraq 2024-cü ilin iyun ayı ərzində 3000 manat və 3000 ABŞ dolları məbləğdə pulu da Məhəmməddən almışdır. Həmin pulları da alverə qoyaraq gəlir əldə edib oğurlanmış pulları yerinə qoymaq istəmişdir. Lakin buna baxmayaraq Məhəmməddən də aldığı heyvanların pulunu və nağd şəkildə aldığı pulu geri qaytara bilməmişdir. Bundan sonra Məhəmməd də şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 təxminən 20 il əvvəl şəhər sakini kimi tanımışdır. Təxminən 2-3 il olar ki, mal-qara alveri ilə məşğul olduğunu bildirmişdir. Ruslandan əvvəl bir neçə dəfə malqara almış və aldığı mal-qaraya uyğun olaraq onun pulunu vermişdir. Əvəllər aralarında heç bir narazılıq olmamışdır. Ruslandan sonuncu dəfə hansı tarixdə mal-qara almasını dəqiq şəkildə xatırlamır. Lakin o, Ruslandan 3 dəfə mal-qara aldığını, onları da 8 baş, 3 baş və 2 baş olmaqla 3 dəfəyə ümumilikdə 13 baş iribuynuzlu mal-qaranı (dana) aralarında 3 gün fərq olmaqla aldığını bildirmişdir. Mal-qaranı Ruslanın özündən tərəzidə çəkməklə almışdır. Ruslanla heyvanların diri çəkisini 6 manata almaq barədə razılaşmışlar. Onun Ruslanla danışığına görə heyvanları satdıqdan sonra pulunu hissəhissə olmaqla verməli olmuşdur. Lakin Ruslana qeyd olunan mal-qaraya görə heç bir məbləğdə pul vəsaiti verməmişdir. Sonradan hesablamasına görə Ruslana ümumilidə 20.000 manat verəcəyi qalmışdır. Sonradan isə Ruslandan yenə onun Yevlax rayonu, Havarlı kəndində yerləşən təsərrüfatından iribuynuzlu heyvanları alver edib pulunu qaytarmaq məqsədilə ondan götürmüşdür. Qeyd olunan heyvanları da sataraq pullarını yerinə qoymaq istəmişdir. Ona görə də həmin heyvanları borcu olduğundan Sumqayıt, Bakı, Bərdə və Tərtər rayonu ərazisində aldığından da ucuz qiymətə satıb həmin pulları borcularına vermişdir. Lakin buna baxmayaraq pulları tam şəkildə bağlaya bilməmişdir. Zərərçəkmiş şəxs5 təxminən 2024-cü ilin aprel-may ayından etibarən tanımışdır. Belə ki, Nurlan Mingəçevir şəhərində xırda buynuzlu mal-qaranın satışı ilə məşğul olmasını digər şəhər sakinlərindən, alver etdiyi şəxslərdən öyrənmişdir. Sonra Nurlanla əlaqə yaradaraq özünü təqdim edib, Mingəçevir şəhərində mal-qara satışı ilə məşğul olduğunu ona nisyə heyvan verməsini, 1 həftə ərzində heyvanları satıb onun pulunu verəcəyini demişdir. Bundan sonra keçən müddətdə Nurlandan 2 dəfə xırda buynuzlu mal-qara almışdır. Həmin quzuların pulunu verəndə üzərinə əlavə olaraq Nurlana 1.000 manat olmaqla ümumilikdə 2.000 manat xeyir vermişdir. Sonucu dəfə isə 2024-cü ilin may ayının sonunda və 2024-cü ilin iyun ayında Nurlanın Yevlax rayonu, Havarlı kəndində yerləşən qaynatasınm evindən Nurlandan 30 baş və 34 baş olmaqla ümumilikdə 64 baş quzunu götürmüşdür. Heyvaların təmiz ətini isə 16-17 manatdan hesablamaqla almışdır. Ümumilikdə onun Nurlandan aldığı heyvaların qiyməti 18.550 manat olmuşdur. Qeyd olunan heyvanları borcu olduğu üçün ucuz qiymətə satıb öz borclarını vermişdir. Nurlana sonuncu dəfə aldığı hevanlarm pulundan heç bir məbləğdə pul vəsaiti verməmişdir. Zərərçəkmiş şəxs6 Nüşrəvan oğlunu sonuncunun oğlu Ruslana görə tanımışdır. Belə ki, o, Ruslanla həm qonşuluqda yaşamış, həm də hərbi xidmətdə birlikdə olmuşdur. Sonradan onlar Mingəçevir şəhəri, Günəşli bağ massivinə köçən zaman orada da qonşu olmuşlar. Onun Ruslanla yaxşı münasibəti olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, mağaza işlətdiyindən Ruslan da tez-tez onun yanma gəlmişdir. Bu şəkildə münasibətləri yaxşılaşmışdır. Təxminən 1 il əvvəl Ruslana mal-qara alveri ilə məşğul olduğunu, alver ilə məşğul olmaq üçün ona pul verməsini, verdiyi puldan əldə etdiyi gəliri böləcəklərini demişdir. Bundan sonra Ruslan atasından götürüb ona qeyd etdiyi 18.500 manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra həmin pula uyğun olaraq gəliri yarı bölüb Ruslana vermişdir. Bu bir neçə dəfə təkrarlanmış və Ruslanın pulunu həmişə vaxtıvaxtmda vermişdir. Lakin oğurluq hadisəsi olandan sonra çətinliklər yaşamağa başlamışdır. Buna görə də sonuncu dəfə 2024- cü ilin iyun ayında Ruslandan Mingəçevir şəhərində arxa yol deyə adlandırılan ərazidə 26.500 manat pul almışdır. Lakin işləri qaydasında getmədiyindən alver edərək pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs7 təxminən 2024-cü ilin may ayında tanımışdır. Zərərçəkmiş şəxs7 Yevlax rayonu, Havarlı kəndində Şahid5la birlikdə quzu alveri ilə məşğul olmuşdur. O, Aqşinlə münasibət yaratmış və alveri Aqşinlə etmişdir. Bir neçə dəfə Aqşinlə alış-veriş etmiş və bundan sonra əldə etdiyi pula uyğun olaraq ondan aldığı quzuların pulunu artıqlaması ilə vermişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Aqşindən 17 baş quzunu 5.000 manata almaq barədə aralarında razılıq olmuşdur. Həmin heyvanları da borclarını vermək üçün ucuz qiymətə tez bir zaman ərzində satmalı olduğundan onları satmış və əldə etdiyi pulla borclarına ödəmişdir. Lakin Aqşinin pulunu verə bilməmişdir. Borclarını verə bilmədiyindən Rusiya Federasiyasına getmiş və oradan qazandığı pulları ödəməsi üçün atasına göndərmişdir. Sonradan atasının həmin puları Aqşinə verdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra atası Aqşinin pulunu tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs8 birlikdə mal-qara satışı ilə məşğul olduğu Şahid1 qohumu olan Şahid3 vasitəsilə tanımışdır. Belə ki, Valehlə birlikdə bir neçə dəfə mal- qara almışlar və Fuad bir neçə dəfə mal-qara almağa onlara kömək etdiyinə görə pul vermişlər. xx.xx.2024-cü il tarixdə Fuad Valehə zəng edərək qohumunun dana satdığını dediyindən Valehlə birlikdə Yevlax rayonu, Salahlı kəndinə getmişlər. Sonra Mahirin həyətində olan mal-qaraya baxmışlar və orada 2 ədəd dananı almaq barədə aralarında razılıq olan zaman Mahirə onun pulunu dananı satdıqdan sonra yəni bir neçə gün ərazində verəcəyini demişdir. Lakin həmin vaxt Mahir nisyə mal vermədiyini dediyindən çıxıb getmişlər. Ertəsi gün xx.xx.2024-cü il tarixdə Valehlə birlikdə Yevlax rayonu, Salahlı kəndinə gedib Fuadla görüşmüşlər və Fuada Mahirlə danışmasını heyvanları ona satmasını demişdir. Danışıq zamanı Fuad Mahirə özünün cavabdeh olduğunu dediyindən Mahir heyvanları satmağa razılıq vermişdir. Heyvanları gətirib Mingəçevir şəhərində Gəncə şossesidə yerləşən “Dormaş” zavodunun həyətində olan tərəzidə çəkmişlər. Danışığa görə diri çəkisi 6 manatdan olmaqla hesablayaraq Mahirə 5.600 manat pul vermək barədə razılaşmışlar. Sonra o, aldığı heyvanları satıb həmin pulları öz borclarını ödəmək üçün sərf etmişdir. Verilən suallara cavab olaraq o, xx.xx.2024-cü il tarixdə pulunu və mal-qarasını alıb pulunu verə bilmədiyi şəxslərin pullarını qaytarmaq üçün işləmək məqsədilə Azərbaycan Respublikası ərazisini tərk edərək Rusiya Federasiyası ərazisinə getdiyini və oradan atasının istifadəsində olan karta 700, 1200, 1000 manat olmaqla pul vəsaitləri göndərdiyini bildirmişdir. Həmçinin o, cinayət işinin materiallarına əlavə edilmiş “VAZ 2106” markalı 66- BB-839 və “QAZ 33021 YÜK” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini alverlə məşğul olan zaman aldığını və Rusiya Federasiyası ərazisinə gedən zaman həmin avtomobilləri etibarnamə ilə satdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 və oğlu Şahid6 mal-qara alveri etməsi üçün ona 2024-cü ilin aprel ayından sonuncu dəfə xx.xx.2024-cü il tarixdə olmaqla ümumilikdə 47.600 manat məbləğində pul vəsaiti verdiklərini bildirmələri ilə razılaşdığını, Müslümün ona həmin məbləğdə pul verdiyini, lakin bundan əvvəl də aralarında olan alver zamanı Müslümə də xeyli miqdarda qazanc verdiyini bildirmişdir. Həmçinin o, Bərdə rayonu ərazisində yerləşən mal bazarında idarə etdiyi «Qazel» markalı avtomobildən ümumilikdə 72.300 manat nağd pulun oğurlanması ilə bağlı olaraq rəsmi qaydada heç bir quruma şikayət etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində 2024-cü ildə 3 ay ərzində ona quzu satan 28.300 manat borcu qalmasını, əvvəlki alqı-satqının müəyyən hissəsinin pulunu verməsi, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə onun evinə gələrək həmin borcları verəcəyini deyərək əlavə olaraq 36 baş quzu götürməsi və Eyvaza 35.845 manat borcu qalması barədə qeydiyyat aparılması və orada imzasının qeyd olunması ilə bağlı olaraq ilkin ifadəsində Eyvazın dedikləri ilə razılaşmasa da, Eyvazın dediklərinin düzgün olmasını bildirmişdir. Belə ki, Eyvazdan hər dəfə quzu aldıqca Eyvaz həmin quzuların sayının və pulunun qeydiyyatını aparmış və Eyvaz quzunu baha qiymətə satsa da, o, özü Eyvazla razılaşaraq heyvanları almışdır. Orada qeyd olunan imzaların ona məxsus olduğunu, lakin Eyvaza alverdən xeyli miqdarda gəlir qazanc verməsinə baxmayaraq onun barəsində şikayətlə müraciət etdiyindən ilkin ifadəsində Eyvazın dediklərinin yalan olmasım bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində 2024-cü ilin may ayında 21 baş quzuya görə 6720 manat, 15 baş quzuya görə 3675 manat, 12 baş quzuya görə 3280 manat, 23 baş quzuya görə 6325 manat, 4 baş quzuya görə 1020 manat, 7 baş quzuya görə 1900 manat pulu olmaqla quzuların alverinə görə ümumilikdə 22.920 manat pul verməli olduğunu, həmçinin nağd şəkildə ona 3000 manat və 5.100 manat kimi hesabladığı 3000 ABŞ dolları məbləğində pul vəsaitlərini verdiyini, lakin pulları geri qaytarmadığını bildirməsi ilə bağlı olaraq Məhəmmədin dedikləri ilə razılaşdığını, həqiqətən də may ayından etibarən aldığı quzuların pullarını və nağd şəkildə olan pulları geri qaytara bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində ona məxsus 25 baş iribuynuzlu mal-qaranm onun tərəfindən alver adı ilə götürülərək ona ümumilikdə 48.000 manat dəyərində maddi ziyan dəyməsini bildirməsi ilə bağlı olaraq Ruslanın dedikləri ilə razılaşdığını, ilkin ifadələrində Ruslana ümumilikdə 20.000 manata yaxın ziyan vurmasını bildirsə də, Ruslana verdiyi qazancı da hesablayaraq bu şəkildə ifadə verdiyini, həqiqətdə isə dəymiş maddi ziyan təxminən 48.000 manat məbləğində olduğunu qeyd etmişdir. İlkin ifadəsində X1 dəfə 26.500 manat pul vəsaitini almadığını qeyd etdiyi halda, hazırda həmin məbləğdə pulu aldığını bildirməsi ilə bağlı olaraq ilkin ifadəsində vurduğu maddi ziyanın məbləğləri çox olduğundan həmin pulun məbləğini inkar etdiyini, lakin həqiqətdə həmin məbləğdə pul vəsaitini aldığını və pulu qaytara bilmədiyini bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs8 2 ədəd dananı alan zaman Valehin onun Mahirin pulunu qaytara biləyəcəyini bilmədiyini, özünün də həmin pulu qaytarmaq niyyətinin olduğunu, lakin borcaları bağlaya bilmədiyindən həmin pulu da borclara verdiyini bildirmişdir. Həmçinin o, heyvan alqısatqısı zamanı özünə məxsus olan “QAZ 33021 YÜK” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etdiyini, həmin avtomobillə həm xırda buynuzlu həm də az sayda olan iri buynuzlu heyvanların daşınmasını həyata keçirə bildiyini, yalnız Zərərçəkmiş şəxs4 aldığı iribuynuzlu heyvanların onun avtomobili vasitəsilə daşınması mümkün olmadığından daha böyük olan yük maşınlarından istifadə etdiyini qeyd etmişdir. O, Zərərçəkmiş şəxs4 məxsus iri buynuzlu heyvanların daşınması üçün daha çox “Ateco” markalı yük avtomobilindən istifadə etdiyini, lakin hər dəfə başqa tanımadığı və hazırda telefon nömrələrini xatırlamadığı şəxslərə zəng edərək çağırıb həmin avtomobillərlə heyvanları satmaq üçün Bakı, Sumqayıt şəhərlərinə, həmçinin Bərdə və Tərtər rayonlarına apardığını bildirmişdir. Eyni zamanda o, Zərərçəkmiş şəxs4 aldığı heyvanların cinayətkar yolla ələ keçirilməsi həmin şəxslərə məlumat verədiyini, qeyd olunan şəxslərin yalnız danışma işini həyata keçirdiyini, həmin şəxslərə işi barədə və həmin heyvanları hansı şəkildə, yəni nağd və nisyə şəklində alması barədə heç nə demədiyini bildirmişdir.Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən hadisədən 3 ay əvvəl tanımışdır. Belə ki, o və qardaşı Xəqani Məmmədov onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində xırda buynuzlu mal-qara saxlayıb satmaqla məşğul olmuşlar. Təxminən 3 ay əvvəl Mingəçevir şəhərində onun kimi quzu satışı ilə məşğul olan bir neçə nəfər şəxsin Təqsirləndirilən şəxs quzu satmaları barədə məlumatı olmuşdur. Buna görə də o, Vüsalı çağırıb danışmış və özündə olan quzuları satdığını demişdir. Vüsal da onunla alış-veriş etmək istədiyini, ondan quzu alıb, kəsdikdən sonra onları “Ateco” markalı avtomobillə Bakı şəhərinə göndərdiyini və 2-3 gündən sonra quzunun pulunu verəcəyini demişdir. O, ilkin olaraq Vüsala nisyə quzu verməyəcəyini demişdir. Lakin Vüsala razı olmadığını dediyindən Vüsal onun razılaşması üçün beh kimi 1.500 manat pul vermişdir. Həmin gün Vüsal ondan 17 baş quzu almış və ona 4.200 manat borcu qalmışdır. Həmin pulu bir neçə gün ərzində gətirib ona vermiş və buna görə də onda Vüsala qarşı onda inam formalaşmışdır. Bundan sonra hər həftənin şənbə-bazar günləri Vüsal ona zəng edərək quzu lazım olduğunu demiş və hər dəfə ondan təxminən 30-35 baş aralığında quzu almışdır. Keçən müddət ərzində isə Vüsal ondan quzunu aldıqca hissə-hissə onların pulu qaytarmışdır. Məsələn Vüsal ona 5.000 manat, 11.000 manat məbləğində pulları vermişdir ki, hər dəfə Vüsalın nə qədər quzu alıb və nə qədər pul verməsi barədə qeydiyyat aparmış və həmin qeydiyyatları da təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə Vüsalın ona 28.300 manat borcu qalmış və Vüsal gəlib pulun hamısını verib onunla hesabı təmizləyəcəyini demişdir. Həmin tarixdə Vüsal onun evinə gəlmiş və ona 4.000 manat pul vermişdir. Həmçinin Vüsal ondan 36 baş quzunu da götürüb bir neçə gündən sonra satdığı quzulara görə quzuları satdığı şəxslər tərəfindən 200.000 manat pul veriləcəyini, həmin pulu götürüb onun pulunu tam şəkildə qaytaracağını demişdir. O da Vüsalın ona hissə-hissə pul verməsinə görə Vüsala inanaraq onunla razılaşmışdır. Bir neçə gündən sonra artıq Vüsala zəng çatmamış və Vüsalın Bakı şəhərində olmasını bilmişdir. Daha sonra Vüsalın atası Nüşrəvanla əlaqə saxladıqda sonuncu Vüsalın ölkəni tərk etdiyini demişdir. Sonradan isə Vüsalın onun quzularını hara satması ilə bağlı olaraq tanış şəxslərdən maraqlanmış və ona məlum olmuşdur ki, Vüsal ondan təxminən çəkisini 9 manat 50 qəpiyə aldığı quzuları kiloqramını 7 manatdan Tərtər rayonu ərazisində yerləşən qəssablara satmışdır. Odur ki, Vüsalın törədiyi əməl nəticəsində ona ümumilikdə 36.000 manat maddi ziyan dəymiş və Vüsal vurduğu maddi ziyandan ona heç bir məbləğdə pul vəsaiti ödəməmişdir. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs ondan əvvəllər aldığı quzuların pulunu verdiyini, lakin donradan götürdüyü ümumilikdə 130 baş xırda buynuzlu mal-qara olan quzuya görə ona verməli olduğu 36.000 manat məbləğində pulun ödənmədiyini qeyd etmişdir. Onun tərəfindən təqdim edilmiş qeydiyyatlarda Təqsirləndirilən şəxs ilə aralarında aparılmış alverdən sonra Vüsalın ona 35.845 manat borcu qalması, lakin şikayət ərizəsində Vüsalın ona 36.000 manat maddi ziyan vurması ilə bağlı olaraq ona həqiqətdə 35.845 manat ödənilməmiş pulun qaldığını və şikayət ərizəsi verən zaman həmin rəqəmi yuvarlaqlaşdırmaqla 36.000 manat ziyanın dəyməsini bildirmişdir. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Firkət Eminli və Fuadın vasitəsilə tanımışdır. Belə ki, o, təxminən 1 il 6 ay olar ki, həyətində 2 ədəd erkək dananı bordax kimi saxlamış və son vaxtlar banka borcu olduğundan onları satıb borclarını bağlamaq istəmişdir. Özünə məxsus olan mal-qaranı satması barədə qohum- qonşuya məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Yevlax rayonu, Salahlı kəndində çayxanada qohumu Fuadla birlikdə əyləşmişlər. Həmin vaxt o, çayxanada malqara alveri ilə məşğul olan Məhəmmədlə mal-qaranı satmaq barədə söhbət etmək üçün gözləyirmiş. Fuada çayxanada Məhəmmədi gözlədiyini demişdir. Fuad mal-qara alveri ilə məşğul olan tanışı olduğunu və mal-qara axtardığını demişdir. Sonra o, xalası qızının yoldaşı Valehə zəng etmişdir. Təxminən 10 dəqiqə sonra Valeh və onunla şərik kimi işləyən Vüsal kəndə gəlmişlər. Valeh, Vüsal və Fuad onun yaşadığı həyətə gəlmişlər. Orada Vüsal və Valeh mal-qaraya baxmışlar. Aralarında şifahi razılıq olmuş, lakin Vüsal və Valeh alacaqları 2 baş mal-qaranı Bakı şəhərinə göndərəcəklərini və 2 gün ərzində malın çəkisinə uyğun olaraq onun pulunu verəcəklərini demişlər. Həmin vaxt o, nisyə heç nə vermədiyini demişdir. Fuad da məsələni öz aralarında danışıb razılaşmalarını dediyindən və o da adlarını çəkdiyi şəxsləri tanımadığından heyvanları onlara verməmişdir. Bunun səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 09-10 radələrində Fuad, Vüsal və Valeh onun Yevlax rayou, Salahlı kəndində yerləşən evinə gəlmişlər. Həmin vaxt Valeh Fuadın yeznəsi olduğunu, pulun 2 gün ərzində veriləcəyini demişdir. O, yenə də onlarla razılaşmaq istəməmişdir. Lakin Fuad heç bir narahatçılıq olmadığını, özünün pulun verilməsinə görə cavabdehlik daşıdığını demişdir. Bundan sonra o, mal-qaranı nisyə olaraq verməyə razı olmuşdur. Daha sonra həyətdə olan 2 baş malqaranı Vüsalın idarə etdiyi “Qazel” markalı avtomobilə yükləyib, çəkisini müəyyən etmək üçün Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən “DORMAŞ” zavodunun həyətinə gəlmişlər. Orada olan tərəzi vasitəsilə heyvanları çəkib və diri çəkilərini 6 manatdan hesablamaqla, ümumilikdə 934 kiloqram çəkiyə görə 5.600 manat müqabilində razılaşmışlar. O, heyvanları Mingəçevir şəhərində Vüsal və Valehə təhvil verib yaşadığı Yevlax rayonu, Salahlı kəndinə qayıtmışdır. Lakin üzərindən 2 gün və daha çox vaxt keçməsinə baxmayaraq Vüsal onun pulunu verməmişdir. Sonra Fuadla əlaqə saxlasa da Fuad pulun verilməsinə zamin durmasına baxmayaraq o da pulu qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də hadisə ilə bağlı olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sonlarında tanımışdır. Belə ki, həmin vaxt ona məxsus “Qazel” markalı avtomobil Yevlax rayonu, Havarlı kəndinin giriş hissəsində xarab olmuş və həmin vaxt Vüsal avtomobilində olan heyvanları Ağdaşda olan heyvan bazarına aparmağa ona köməklik etmiş və həmin vaxtdan onların münasibəti yaranmışdır. X9 şəhərinin giriş hissəsində yerləşən bir neçə mağazanı icarə əsasında işlətmişdir. O da həmin mağazalara gedib gələn zaman Vüsalı tanımış və bir-birilərini tanıdıqlarından bir neçə dəfə söhbət etmişlər. Bir müddətdən sonra 2024-cü ilin fevral ayında yenə də Vüsalın şəhərin girişində işlətdiyi mağazada olan zaman Vüsal özünə “Qazel” markalı avtomobil aldığını və heyvan alveri ilə məşğul olduğunu hazırda “Qazef’in yük yerində quzu olmasını və “gör nə quzu almışam” deyərək onları göstərmək istədiyini demişdir. O da həmin quzulara baxmışdır. Bundan bir müddət sonra elə 2024-cü ilin fevral ayında Vüsal onun Yevlax rayonu, Havarlı kəndində yerləşən fərdi təsərrüfatıma gələrək quzu alveri etmək istədiyini demişdir. Belə ki, Vüsal onun təsərrüfatına gələndə quzuları bazardan hansı qiymətə aldığını soruşmuş, o da quzuları aldığı qiymətləri Vüsala deyərək onların ümumi qiymətini hesablamış və Vüsal da quzuların hər birinin üzərinə əlavə olaraq 10 manat pul qoyub verməsini quzuları satıb 1 həftə ərzində pulu verəcəyini demişdir. Belə ki, Vüsal əvvəllər aldığı quzuların pullarını vaxtı-vaxtmda 3 gün - 1 həftə ərzində qaytarmışdır. Təxminən 2024-cü ilin may ayının 15nə kimi olan müddətdə Vüsal aldığı heyvanların pulunu versə də, həmin tarixdən sonra puları verməmişdir. Belə ki, Vüsal alver edən zaman üzərində olan hər zaman qara rəngli çantanın içərisində hər zaman nağd şəkildə 100 manatlıq əskinazlardan ibarət nağd pullar olmuşdur. Ona görə də Vüsala qarşı hər kəs kimi onun da etibarı yaranmışdır. Bundan sonra 2024-cü ilin may ayının 15-dən sonra Vüsal onun həyətindən 6.720 manat məbləğində 21 baş quzu, 3.675 manat məbləğində 15 baş quzu, 8750 manat məbləğində 25 baş quzu, 3280 manat məbləğində 12 baş quzu, 6325 manat məbləğində 23 baş quzu, 1.020 manat məbləğində 4 baş quzunu almışdır. Həmin quzuların alqı-satqısmda onun işçisi olan Əhməd də iştirak etmişdir. Vüsal may ayı ərzində ondan aldığı quzulardan yalnız 25 baş quzunun pulunu, yəni 8.750 manatı ödəmişdir. Ona yaranmış etibardan istifadə edərək may ayının sonunda o, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində olan zaman Vüsal zəng edərək Daşkəsən rayonunda heyvan olduğunu, həmin heyvanları almaq üçün getdiyini 3.000 manat pul verməsini əldə edəcəyi gəlirin bir hissəsini ona verəcəyini demişdir. O da həmin vaxt üzərində alverin pulu olduğundan 3000 manat pulu Vüsala vermişdir. Həmin gün Vüsal yenə də ona zənglər edərək əlavə olaraq 5.000 manat pul istəmişdir. Lakin o, əvvəlcə pulu olmadığını desə də, Vüsalın zənglərinə görə 3.000 ABŞ dolları məbləğində pulu 2024-cü ilin iyun ayının 6-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Poçtun» yaxınlığında Vüsala vermişdir. Vüsal işin yekununda əldə edəcəyi gəlirdən əlavə olaraq ona pul verəcəyini desə də, dəqiq şəkildə hansı məbləğdə pul verəcəyini deməmişdir. Sonuncu dəfə isə 2024-cü ilin iyun ayının 7də gəlib ondan Yevlax rayonu, Havarlı kəndində yerləşən təsərrüfatdan 7 baş 1900 manat dəyərində quzuları alıb pulunu da verəcəyini demişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Vüsal aldığı quzuların pulunu verməmiş, həmçinin nağd pulları da geri qaytarmamışdır.Verilən suallara cavab olaraq o, Vüsalın ondan 2024-cü ilin may ayında aldığı 21 baş quzuya görə 6.720 manat, 15 baş quzuya görə 3.675 manat, 12 baş quzuya görə 3.280 manat, 23 baş quzuya görə 6.325 manat, 4 baş quzuya görə 1.020 manat, 7 baş quzuya görə 1.900 manat pulu olmaqla quzuların alverinə görə ümumilikdə 22.920 manat, həmçinin nağd şəkildə 3000 manat və 5.100 manat kimi hesabladıqları 3000 ABŞ dolları məbləğində pul vəsaitləri olmaqla ümumilikdə verilmiş nağ pullara görə 8.100 manat olmaqla verməli olduğu 31.020 manat pulu geri qaytarmadığını bildirmişdir. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il əvvəl tanımışdır. Belə ki, o, Mingəçevir şəhəri, Günəşli bağ massivində evinin olduğunu və Vüsalın ailəsinin də onunla qonşuluqda yaşadığını bildirmişdir. Eyni zamanda onun bağ massivində obyektinin olduğunu və onu da Vüsala icarəyə verdiyini bildirmişdir. Vüsal həmin obyektdə paltar, ev quşları üçün yem və s. kimi məhsullar satmışdır. Həmçinin bundan əlavə olaraq Vüsal iri və xırda buynuzlu mal-qaranm alqı-satqısı ilə də məşğul olmuşdur. Vüsalın toy və yas məsarimlərinə, kəsilmək üçün mal-qara verməsi, o cümlədən «Qurban Bayramı» ərəfəsində də «qurbanlıq» heyvanların alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmuşdur. Həmin ərəfələrdə Vüsalın onunla və oğlu Elvinlə yaxın münasibəti yaranmışdır. 2023-cü ilin sentyabr ayında Elvin Vüsalın ona mal-qara alıb satmağı, pulu onların verməsini və əldə olunacaq gəliri bölmələri barədə təklif etdiyini bildirmişdir. Belə ki, Vüsal Elvinə əlində mayasının az olduğunu ona pul vermələrini və beləliklə daha çox gəlir əldə edə biləcəklərini demişdir. Vüsala pul verəndən sonra başqa heç bir iş görməyəcəklərini, həftədə bir dəfə hesabat aparacaqlarını və ümumi gəlir nə qədər olacaqsa həmin pulu yarıbayarı böləcəklərini demişdir. O da Vüsala etibar etdiyindən onunla razılaşmışdır. Birinci dəfə Vüsala alver etməsi üçün 5.000 manat pul vermişdir. Bundan sonra Vüsal alver etməyə başlamış və getdikcə ondan pul məbləğini artırmasını istəmişdir. Belə ki, bir neçə ay ərzində Vüsala əlavə olaraq 10.000, 15.000 və s. məbləğlərdə pul vəsaiti vermişdir. 2024-cü ilin aprel ayına kimi olan müddət ərzində Vüsalla alver etdikcə ona alver üçün verdiyi pulları borc aldığı şəxslərə qaytarmış və keçən müddət ərzində Vüsalla olan alverdən 30.000 manata yaxın gəlir əldə etmişdir. Təxminən 2024-cü ilin aprel ayında X13 rayonu, Cəyirli kəndində ferma satıldığını, fermanın sahibinin fermada olan iri və xırda buynuzlu mal-qaranı dəyərindən nisbətən ucuz qiymətə topdan təxminən 47.000 manata satdığını, həmin mal-qaranı alaraq aparıb, Sumqayıt şəhəri ərazisində satacağmı və bunun nəticəsində xeyli miqdarda gəlir əldə etməli olduqlarını bildirmişdir. Vüsal əldə olunacaq pulun 2.000 manatım mal-qaranm Sumqayıt şəhərinə aparılması üçün nəqliyyat xərcinə xərcləyəcəyini yerdə qalan pulu isə aralarında bərabər şəkildə böləcəklərini demişdir. Bundan sonra 2024-cü ilin aprel ayı ərzində Vüsalla işləyərək əldə etdiyi gəlirdən, həmçinin özüdə olan pulları da üzərinə qoymaqla ümumilikdə 41.600 manat pulu əlbəəl şəkildə Vüsala vermişdir. Pulun əksər hissəsini Vüsala Mingəçevir şəhəri, Günəşli bağ massivində vermişdir. Belə ki, Vüsal Mingəçevir şəhəri, Günəşli qəsəbəsində ona məxsus mağazanı icarə əsasında işlətdiyindən pulun bir hissəsini orada, bir hissəsini isə Vüsalın yaşadığı evin yaxınlığında vermişdir. Sonuncu dəfə isə Vüsal ondan əlavə olaraq 6.000 manat pul istəmiş və həmin pulu verəndən sonra Vüsal artıq işlərə başlayacağını bildirmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Mingəçevir filialından kreditə 6.000 manat pul götürmüşdür. Pulu götürməsi barədə Vüsala məlumat vermiş və Vüsal elə bankın qarşısına gəlib həmin 6.000 manat pulu ondan götürmüşdür. Danışıqlarına əsasən, «Qurban Bayramına» kimi, yəni xx.xx.2024-cü il tarixə kimi Vüsal ondan aldığı 47.600 manat pulu və gəlir kimi əldə olunacaq pulun yarısını təhvil verməli olmuşdur. Bundan sonra «bayramla» bağlı olaraq alver edəcəklərmiş. Lakin buna baxmayaraq Vüsal aldığı ümumilikdə 47.600 manat pulu ona geri qaytarmamışdır. Bundan sonra Vüsalın ondan başqa şəxslərə qarşı da dələdulzuq etməsini bilmişdir. Bir neçə dəfə də Vüsalın valideynlərindən pul almaq üçün yaşadığı evə getsə də valideynləri onun pulunu verməmişlər. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin sentyabr ayından etibarən mal-qara alveri ilə məşğul olaraq gəlir əldə etdiyindən aralarında yaranmış etibarlı münasibətə görə Vüsal ondan Şəki rayonunda yerləşən kəndlərdən birində olan fermanda olan heyvanların satışa çıxarıldığını və buna görə də həmin heyvanların topdan alınması üçün təxminən 47.000 manat məbləğində pul vəsaiti lazım olduğunu və əldə edəcəyi gəliri bərabər şəkildə böləcəklərini dediyindən 2024-cü ilin aprel ayı ərzində 41.600 manat pulu Mingəçevir şəhəri Günəşli bağ massivi ərazisində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs verdiyini, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 6000 manat məbləğind pul vəsaitini «ABB-nin» Mingəçevir filialından təhvil alaraq həmin bankın inzibati. binasının qarşısında Vüsala verdiyini bildirmişdir. Həmçinin o, Vüsalın alver edərək gəlir əldə etməsi və gəliri aralarında böləcəkləri barədə razılıqlarından ailə üzvlərindən oğlu Şahid6 məlumatı olduğunu, lakin Vüsalın heyvanları kimdən alıb kimə satması barədə və ya kimlərlə şəriklik etməsi barədə ona heç bir məlumat vermədiyini, sadəcə olaraq aralarında olan etibarlı münasibətə görə Vüsala inanaraq pulları ona verdiyini bildirmişdir. Həmçinin şikayət ərizəsində Təqsirləndirilən şəxs sonuncu dəfə pulu xx.xx.2024-cü il tarixdə verdiyini qeyd etməsi, lakin izahatda isə sonuncu pul məbləğini xx.xx.2024-cü il tarixdə verdiyinizi qeyd etməsi ilə bağlı olaraq şikayət ərizəsini yazan vaxt sonuncu pulun xx.xx.2024-cü il tarixdə verildiyini zənn etdiyini, lakin kredit müqaviləsində pulun xx.xx.2024-cü il tarixdə alınmasının qeyd olunduğunu və pulu da həmin tarixdə Vüsala verdiyini qeyd etmişdir. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında tanışdır. Belə ki, Vüsal onun Yevlax rayonu, Havarlı kəndində mal-qara saxladığı qaynatası X5 məxsus fərdi yaşayış evi ilə qonşuluqda yaşayan şəxslərdən mal-qara alan zaman Vüsalı orada görüb tanış olmuşdur. Qeyd olunan təsərrüfat sahəsi qayınatası Baloğlana məxsus olsa da Baloğlan Bakı şəhərində yaşadığından o, həmin həyətdən mal-qarasını saxlamaq üçün istifadə etdiyini və etdiyi alver barədə Baloğlan Şükürovun heç bir məlumatının olmadığını bildirmişdir. Vüsal ona yaxınlaşaraq saxladığı quzulardan ona nisyə satmasını 1 həftə ərzində heyvanların pulunu verəcəyini demişdir. Həmin vaxt Vüsal qonşulardan da alver etdiyindən və qonşulardan bir nəfər şəxs də Vüsalın pulu verəcəyini ilə bağlı özünün zamin durduğunu dediyindən Vüsala nisyə quzu vermək barədə razılaşmışdır. Birinci dəfə Vüsal ondan 15 baş quzu almışdır. Belə ki, o, quzunun təmiz çəkisinə görə ətini 16-17 manatdan satmış və buna görə 1 ədəd quzunun qiyməti təxminən 290-295 manat etmişdir. Qeyd olunan heyvanları Vüsal qaynatasmm Yevlax rayonu, Havarlı kəndində yerləşən həyətinə gəlib ondan götürmüşdür. Söz verdiyi kimi Vüsal 1 həftəyə onun pulunu vermişdir. Daha sonra Vüsal ondan 35 baş quzu almış və yenə də söz verdiyi kimi 1 həftə ərzində aldığı quzunun pulunu vermişdir. 2024-cü ilin may ayının sonunda Vüsal həmin həyətə gələrək ondan 30 baş mal-qara almışdır. Lakin Vüsal pulu verəcəyini desə də verməmişdir. Bundan 1 həftə sonra yenidən gəlib ondan 34 baş quzu almış və Vüsalın ona ümumilikdə 18.550 manat borcu qalmışdır. Lakin bundan sonra keçən müddətdə Vüsal onun pulunu verməmişdir. Verilən suallara cavab olaraq o, Vüsalın ondan aldığı 64 baş quzuya görə ümumilikdə 18.550 manat pul verməli olduğunu, lakin verdiyi vədinə əməl etməyərək pulu vermədiyini, Vüsalın əvvəlllər ondan 2 dəfə aldığı quzuların pulunu 1 həftə ərzində razılaşdıqları qiymətə qaytardığına görə 2.000 manat xeyri olduğunu, kakin souncu dəfələrdə aldığı heyvanların pulunu isə vermədiyini bildirmişdir. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid7 əsgər yoldaşı kimi təxminən 6 il bundan əvvəl tanımışdır. Belə ki, Vüsal Ruslanla birlikdə hərbi xidmətdə olmuş və təxminən 6 il bundan əvvəl onların yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivinə köçmüşdürlər və həmin vaxtdan Vüsalla münasibəti olmuşdur. Təxminən 2024-cü ilin fevral ayında oğlu Ruslan ona Vüsalın mal-qara alveri ilə məşğul olduğunu, mal-qara alveri üçün əlində maya lazım olduğunu, ona müəyyən məbləğdə pul vəsaiti vermələrini, əldə olunacaq gəliri böləcəklərini demişdir. Bundan əvvəl də Vüsal onlarla qonşuluqda yaşadığından bir neçə dəfə həyətinə mal-qara gətirib töküb sonra satdığından Vüsalın mal-qara alveri ilə məşğul olduğunu bildiklərindən Vüsalın dediyinə inanmışdır. Sonra Vüsalla oturub qeyd olunan məsələ barədə özü şəxsən danışmış və Vüsala inanmışdır. Vüsal mal-qaranı alıb satdıqdan sonra pul verəcəyini, satışın isə 3-4 gün yaxud da bir qədər gec ola biləcəyini demişdir. O da Vüsalın dedikləri ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Ruslana Vüsala verməsi üçün ilkin olaraq 18.500 manat pul vermişdir. Ruslan pulu elə həmin gün Mingəçevir şəhəri ərazisində Vüsala vermişdir. xx.xx.2024-cü il tarixdə Ruslan Mingəçevir şəhəri 10-cu küçədə olan zaman Vüsal ona zəng edərək 18.500 manat pulu Ruslana vermiş, həmçinin Vüsal Ruslana gəlir kimi 215 manat pul vermiş, bir neçə gündən sonra Ruslana gəlirdən qalan qalıq kimi əlavə olaraq . 15 manat vermiş və beləliklə, həmin puldan gəlir kimi onlara 230 manat pul vermişdir. Vüsal yenidən pul istədiyindən xx.xx.2024-cü il tarixdə yenə Ruslana Vüsala verməsi üçün 18.500 manat pul vermişdir. Ruslan da qeyd olunan məbləği həmin gün Mingəçevir şəhəri ərazisində Vüsala vermişdir. xx.xx.2024-cü il tarixdə Vüsal Ruslana 18.500 manat pulu və alverdən qalan gəlir kimi 235 manat pulu vermişdir. xx.xx.2024-cü il tarixdə Vüsal yenidən pul istədiyindən Ruslana Vüsala verməsi üçün 10.000 manat pul vermişdir. Ruslan həmin pulu Mingəçevir şəhəri ərazisində Vüsala vermişdir. Həmin ilin may ayının əvvəlində Vüsal Ruslana 10.000 manat pulu və alverdən qalan xeyir kimi 170 manat pul vermişdir. Lakin Vüsala qeyd olunan məbləğdə pul vəsaitlərini verəndə Vüsalın verdikləri pulla nə alması, həmin heyvanların kiloqramını hansı qiymətdən almasını, nə qədər xeyir götüməsini bilməmişlər. Bir neçə dəfə Ruslan Vüsaldan alverdə özünün də iştirak etməsini təklif etmiş, həmçinin heyvanları hansı qiymətdən alıb-satmasım soruşanda Vüsal ona bu məsələnin sirr olduğunu demişdir. Sonuncu dəıfə Vüsal pul istədiyindən xx.xx.2024-cü il tarixdə 26.500 manat pulu Vüsala verməsi üçün Ruslana vermişdir. Ruslan həmin pulu Mingəçevir şəhəri Samux küçəssində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında Vüsala vermişdir. Vüsal qeyd olunan məbləğdə pul vəsaitini aldıqdan təxminən 10 gündən sonra onunla əlaqə demək olar ki, təmamilə kəsilmişdir. Bundan sonra Vüsalın başqa şəxslərdən də qeyd olunan adla pul vəsaiti alması və onların da pulunu ələ keçirməsi barədə məlumatıları olmuşdur. Buna görə də Vüsalın barəsində şikayətlə müraciət etmişdir. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs mal-qara alveri edib gəlir əldə etmək adı ilə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə onun oğlu Şahid7 verdiyi 26.500 manat pulu Mingəçevir şəhəri, Samux küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində alaraq ələ keçirdiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən zərərçəkmiş şəxslərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıyır. Belə ki, o, Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə yerləşən fərdi yaşayış evində yaşayan vaxtlarda Vüsal və ailəsi həmin küçəyə onların yaşadığı evlə qonuşuluqda olan evə köçmüşlər. Həmçinin Vüsal onların yaşadığı küçənin başlanğıcında mağaza işlətdiyindən Vüsalla münasibəti yaranmış və normal münasibəti olmuşdur. Belə ki, Vüsal mağaza işlətməkdən əlavə olaraq iri və xırda buynuzlu mal-qaranm alveri ilə məşğul olmuşdur. Təxminən 2024-cü ilin aprel ayında Vüsalla danışan zaman alver üçün ona iribuynuzlu mal- qara lazım olduğunu, əgər tanışlarından kimdəsə belə bir heyvan varsa almaqda köməklik etməsini istəmişdir. Onun həyat yoldaşının xalası oğlu Eminli X10 rayonu, Salahlı kəndində yaşamış və Fuadın satılıq heyvanı olduğunu bildiyindən Fuada zəng edərək heyvanı satıb-satmadığmı soruşmuşdur. Fuad heyvanı satmadığını dediyindən Fuada heyvanı satmamasmı tanışı Vüsalın gəlib ona baxacağını demişdir. Sonra Vüsalla birlikdə Fuadın Yevlax rayonu, Salahlı kəndində yerləşən evinə getmişlər və həyətdə Vüsal Fuada məxsus 1 baş inəyə baxmışdır. Onlar inəyə görə 2.650 manat müqabilində razılaşmışlar. Həmin vaxt Vüsal Fuada pulunu 2 gün ərzində verəcəyini demiş və Fuad da onunla razılaşmışdır. Təxminən 2 gündən sonra Vüsal Fuaddan aldığı inəyə görə ödəməli olduğu 2.650 manat pulu ona vermiş və o da pulu Fuada vermişdir. Təxminən 2024-cü ilin iyun ayında Fuad ona zəng edərək yaşadıqları Salahlı kəndində uyğun qiymətə dana satdıqlarını Vüsala xəbər etməsini demişdir. O da Vüsala bu barədə məlumat vermişdir. Vüsal da gedib heyvana baxa biləcəklərini demişdir. Vüsalla birlikdə Salahlı kəndinə getmişlər və orada Fuadın əvvəllər tanımadığı qohumu Zərərçəkmiş şəxs8 ilə Vüsal arasında danışıq olmuşdur. Həmin danışıq zamanı Vüsal heyvanların pulunu 2 gün ərzində verəcəyini demişdir. Lakin Mahir heyvanın pulunu əvvəldən heyvan tərəziyə çıxan kimi yerində verilməsini istəmişdir. Buna görə də onlar arasında alver baş tutmamış və o, Vüsalla Mingəçevir şəhərinə gəlmişdir. Bundan bir müddət keçəndən sonra Fuad ona zəng edərək Vüsalla əlaqə saxlaya bilmədiklərini, onun yanında çəkilərkən 2 ədəd dananı elə növbəti gün onu tanıdıqlarına görə Vüsala verdiklərini, lakin Vüsalın zənglərə cavab vermədiyini demişdir. Lakin o, Vüsalın onun yanında gələn zaman aralarında razılıq olmadığını, onun yanında Vüsala dana vermədiklərini bu məsələdən heç bir məlumatı olmadığını demişdir. Sonradan isə Vüsalın bir neçə şəxslərdən qeyd olunan şəkildə heyvan almasını, lakin pullarını verməsi ilə bağlı olaraq məlumatı olmuşdur. Sonuncu dəfə isə Vüsalla birlikdə Salahlı kəndinə gedib gələndən sonra onu bir daha görməmişdir. Verilən suallara cavab olaraq o, Vüsalla birlikdə birinci dəfə qohumu Şahid3 məxsus inəyi alandan sonra 2.650 manat pulu Vüsal onun vasitəsi ilə Fuada göndərmiş və növbəti dəfə Fuad münasib qiymətə heyvan satıldığını deyəndə və buna görə Vüsala məlumat verəndə Vüsalın yenə də pulu vaxtında verəcəyini düşünmüşdür. Lakin Mahir pulu əvvəlcədən istədiyindən onların arasında razılıq olmamış və Vüsalla birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Bir müddətdən sonra isə Fuad ona zəng edərək həmin 2 ədəd dananı Vüsala satdıqlarını və Vüsalın onların pulunu vermədiyini bildirmişlər. Yalnız bundan sonra Vüsalın 2 ədəd dananı götürməsi və pulunu verməməsi barədə məlumatı olmuşdur. Həmin vaxta kimi də Vüsalın Mahirin pulunu vermək niyyətinin olmadığını bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, onlar əvvəllər Mingəçevir şəhəri, Nizami küçəsi 5 və Zərərçəkmiş şəxs7 küçəsi, 8 saylı binalarda yaşadıqdan sonra təxminən 2019-cu ildə Mingəçevir şəhəri, Günəşli bağ massivi 12- ci də yerləşən fərdi yaşayış evinə köçmüşlər. Vüsal həmin vaxt küçənin başlanğıcında Zərərçəkmiş şəxs1 məxsus mağazanı Müslüm və oğlu Elvinlə razılaşaraq icarəyə götürmüş və həmin mağazada un məmulatları, xırdavat, meyvə və digər məhsulların satışı ilə məşğul olmuşdur. Təxminən 2024-cü ilin əvvəllərindən başlayaraq Vüsal mağazadan əlavə olaraq mal-qara alveri işinə də başlamışdır. Vüsal işi barədə evdə tam şəkildə məlumat verməsə də, onun mal-qara alveri ilə məşğul olmasını bilmişdir. Bir neçə dəfə Vüsal yaşadıqları həyətə iri və xırda buynuzlu mal-qara gətirib saxlayaraq növbəti günlərdə onların satışını həyata keçirmişdir. Belə ki, yaşadıqları evin həyətində heyvanların saxlanılması üçün şərait olmadığından Vüsal çox vaxt onları yaşadıqlrı həyətə gətirməmişdir. Həmçinin Vüsalın alver nəticəsində ümumilikdə nə qədər gəlir əldə etməsindən də məlumatı olmamışdır. Vüsalın yalnız Müslüm və oğlu Elvinlə mal-qara alveri etməsi barədə məlumatı olmuşdur. Təxminən 2024-cü ilin iyun ayında Vüsal evə gələndə ona xeyli miqdarda borcunun olduğunu, həmin pulları ödəyə bilmədiyini, Rusiya Federasiyasında yaşayan dostlarının işləməsi üçün gəlirli iş yeri təşkil edə biləcəklərini və buna görə də Rusiya Federasiyası ərazisinə gedib pul qazanıb borclu olduğu şəxslərin pulunu verəcəyini demişdir. Vüsal bunu deyəndə ona nə deyəcəyini bilməmişdir. Vüsaldan nə üçün bu qədər borclandığmı soruşanda Vüsal yalnız müflis olduğunu demişdir. O da Vüsala borclarını ödəməsi üçün ölkədən getməsinə icazə vermişdir. Lakin Vüsalın kimlərə nə qədər borcunun olmasını tam şəkildə bilməmişdir. Vüsal ölkədən gedəndən sonra borc yiyələri bir-bir onun yaşadığı evə gələrək pullarını tələb etməyə başlamışlar. Həmin vaxt o, borc məbləğinin həddindən artıq çox olduğunu görmüş və onların hər birinə dəymiş ziyan məbləğini və telefon nömrələrini qeyd edərək Vüsalla əlaqə saxlayaraq həmin şəxslərlə əlaqə saxlamasını və onlara dəymiş ziyanı ödəməsini istəmişdir. Vüsal 2024-cü ilin iyun ayından 2024-cü ilin avqust ayı da daxil olmaqla olan müddət ərzində ona hissə-hissə pul məbləğləri göndərmişdir. Həmin pulun tam məbləğini xatırlamasa da, həmin pulu 1.800 manat hissəsini Zərərçəkmiş şəxs7 istifadəsində olan kart hesabına ödədiyini, həmçinin Vüsalın və özünün adma olan kredit borclarından ödədiyini, 2024-cü ilin avqust ayında isə Vüsal Azərbaycana qayıtdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Verilən suallara cavab olaraq o, oğlu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir hissəsindən alver adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alması, digər bir qisim zərərçəkmiş şəxslərə məxsus iri və xırda buynuzlu mal-qaranı alaraq onların pulunu verəcəyini qeyd edərək pullarını ödəməsi, həmin pulları və ya mal-qaranın satışından əldə etdiyi pulları necə və hansı şəraitdə xərcləməsi və istifadə etməsi barədə heç bir məlumatı olmadığını, yalnız Vüsal ölkədən gedəndən sonra pulllarını tələb etmək üçün vətəndaşlar onun evinə gələndə Vüsalın qeyd olunan əməlləri törətməsi barədə məlumatı olduğunu qeyd etmişdir. Həmçinin Zərərçəkmiş şəxs7 Qürdət oğlunun yazdığı şikayət ərizəsində Vüsala və ona ümumi dəyəri 5.000 manat olan quzu verdiyini bildirməsi, həmçinin həmin quzuları onun yanında yaşadığı həyətə boşaltmasını bildirməsi ilə bağlı olaraq Aqşini əvvəllər tanımadığını, nə Aqşindən nə də başqa şəxsdən quzu alaraq alveri etmədiyini, ifadəsində də bir neçə dəfə onun yanında yaşadığı həyətə heyvan boşaldıldığını, lakin mən nə Aqşinlə nə də başqa şəxslə qeyd olunan heyvanların alqı-satqısı ilə bağlı danışıq aparmadığını və ya pulun alınıb verilməsində heç bir iştirakının olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun qohumudur. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə xalası qızının həyat yoldaşı Valehin vasitəsilə tanımışdır. Belə ki, Valeh Vüsalın onun şəriyi olmasını demişdir. 2024-cü ilin aprel ayının sonunda o, özünə məxsus olan 1 baş inəyi satmaq istəmişdir. Həmin ərəfələrdə Yevlax rayonu, Havarlı kəndində yaşayan dayısı vəfat etmiş və yas mərasimində olan zaman bu barədə Valehə də məlumat vermişdir. Həmin vaxt Valeh Vüsal adlı şəriyi ilə birlikdə malqara alıb-satmaqla məşğul olduğunu, onlara iribuynuzlu mal-qara lazım olduğunu demişdir. Elə aprel ayının sonlarında Valeh gəlib ona olan inəyə baxmış və çəkisinə uyğun olaraq 2.650 manat qarşılığında razılaşmışlar. Həmin vaxt da Valeh onun pulunu verməmiş və 2 gün ərzində pulu qaytarıb verəcəyini demişdir. Valeh onun qohumu olduğundan onunla razılaşmışdır. 2 gündən sonra Valeh gətirib 2.650 manat pulu vermiş və satdığı maldan 300 manat xeyir götürdüyünü, əgər yenə ətlik heyvan olarsa məlumat verməsini onun da vasitəçi kimi hörmətini edəcəyini demişdir. 2024-cü ilin iyun ayında Yevlax rayonu, Salahlı kəndində yerləşən çayxanada qohumu Zərərçəkmiş şəxs8 ilə birlikdə oturan zaman Mahir kənddə mal-qara alveri ilə məşğul olan şəxslərlə özündə olan iribuynuzlu mal-qaranı satmaq barədə danışmışdır. Lakin orda olan qəssablar Mahirdəki heyvanın iri olduğunu, onlara təxminən 80-90 kiloqram çəkidə heyvan lazım olduğunu, əti sata bilmədiklərindən əlilərində qalıb köhnəldiyini demişlər. Həmin vaxt Valehə zəng edərək heyvanı ona satmaq ağlına gəlmiş və buna görə də Valehə zəng etmişdir. Təxminən 10-15 dəqiqədən sonra Valeh və özünü onun şəriyi kimi təqdim edən Vüsal adlı şəxs gəlmişlər. Sonra gedib Mahirin həyətində heyvana baxmışlar. Qiymət barədə də razılıq olandan sonra Vüsal və Valeh ona verdikləri kimi pulu 2 gün ərzində verəcəklərini demişlər. Lakin Mahir onlarla razılaşmayaraq nisyə mal vermədiyini demişdir. Ona görə də Valeh və Vüsal çıxıb getmişlər. Bir qədər sonra Vüsal onun istifadəsində olan telefon nörməsinə zəng edərək Mahirlə danışıb onu yola gətirməsini, onu aldatmadıqlarını deyərək əgər aldatmış olsalar birinci dəfə ondan aldıqları heyvanın da pulunu verməyəcəklərini demişdir. Bundan sonra Valeh də onunla danışıb ondan Mahiri razı salmasını xahiş etmişdir. Ona görə də o, gedib Mahirlə danışıb ortada onun olduğunu pulun tam şəkildə veriləcəyini demişdir. Bundan sonra Mahiri razı salmış və birlikdə Mingəçevir şəhəri ərazisində yerləşən “Dormaş” zavodunun həyətinə getmişlər və orada 2 ədəd iribuynuzlu heyvanı çəkib Vüsal və Valehə vermişlər. Belə ki heyvanların çəkisi 930 manatdan çox etmiş və ümumilikdə onlar Mahirə 5.600 manat pul vermək barədə razılaşmışlar. Üzərindən 2 gün keçdikdən sonra Valehlə və onun qohumları olan xalasıgillə əlaqə saxlayaraq Mahirin pulunu vermələrini istəmişdir. Lakin onlar malı alan Vüsal adlı şəxsin qaçıb getdiyini bildirmişlər. Keçən müddət ərzində də Mahirə ödənilməli olan pul verilməmişdir. İş üzrə şahid qismində tanınmış Şahid4, Şahid5, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmışdır (İ cild i.v.01). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v.38). xx.xx.2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 08 may 2024-cü il tarixli kredit müqaviləsində “Azərbaycan Beynəlxalq Bank”m Mingəçevir şəhər filialından Zərərçəkmiş şəxs1 adma 48 ay ərzində aylıq ödənişi 182.27 manat olan 6.000 manat pulun kreditin götürülməsi qeyd olunmuşdur (İ cild i.v.52). xx.xx.2024-cü il tarixli, 3-13-16/2-121832/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdən “VAZ 2106” markalı **-BB-*** və “QAZ 33021 YÜK” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır (İ cild i.v.84). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından onun barəsində «ittihamın elan edilməsi üçün şübhəli şəxsin tutulması haqqında» qərar çıxarılmış və barəsində axtarış elan edilmişdir (İ cild i.v.100). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə, saat 06:10dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (İ cild i.v.119). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (İ cild i.v.127-128). xx.xx.2024-cü il tarixdə ********* №li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Mingəçevir şəhər Məhkəməsinə təqdimatla müraciət olunmuşdur (İ cild i.v.144-146). xx.xx.2024-cü il tarixli 4(051)-58/2024 saylı Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirlən Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 1 ay 27 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i.v.149-151). xx.xx.2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi qeydiyyatlarda alt-alta şəkildə olmaqla 6.720-21; 3.675-15, + 8.750- 25; 3.280-12; 6.325 -23, 1.020- 4 alt hissəsindən şəkilmiş xətdən sonra 21.020; + 7 quzu - 1900 22.920 m. şəklində yazıların olması aşkar olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 qeyd olunmuş rəqəmlərdən ilkin olaraq qeyd olunanların quzuların qiyməti, defıs işarəsindən sonra yazılan rəqəmlərin isə quzuların sayı olduğunu, qeyd olunan sayda və məbləğdə olan quzuları Təqsirləndirilən şəxs verdiyini, həmin quzulardan yalnız qarşısında “plus” işarəsi qoyduğu 25 baş quzunun 8.750 manat dəyərinin Vüsal tərəfindən ödənildiyini qalan pulların isə verilməmiş qaldığını bildirdi. Həmçinin aşağı hissədə qoyulmuş “plus” işarəsinin isə Vüsalın borclu olduğu 21.020 manat pulun üzərinə sonuncu dəfə aldığı 7 baş quzuya görə olan 1.900 manat pulu toplamaq üçün qoyduğunu və bununla da Vüsalın quzu alverindən ona məxsus ümumilikdə 22.920 (iyirmi iki min doqquz yüz iyirmi) manat pulunu vermədiyini qeyd etmişdir (İ cild i.v.171-172). xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2- 11741/2024 saylı məktuba əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (İ cild i.v.183). xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 istifadəsində olan 523915*****5765 saylı kart hesabından çıxarışı təqdim edərək Təqsirləndirilən şəxs atası Şahid2 tərəfindən xx.xx.2024-cü il tarixdə 50 manat, həmin tarixdə yəni xx.xx.2024-cü ildə 70 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 80 manat, xx.xx.2024-cü il tarixdə 100 manat olmaqla ümumilikdə 1.800 manat məbləğində pul vəsaitinin həmin kart hesabına göndərildiyini qeyd etmişdir (İ cild i.v.195-197). xx.xx.2024-cü il tarixdə Məmmədov X6 şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 5.000 manat dəyərində 17 baş quzusunu ələ keçirməsi faktı ilə bağlı olaraq ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona görə də heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (İ cild i.v.198). xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (İİ cild i.v.20-21). xx.xx.2024-cü il tarixli, 4(051)-68/2024 saylı Mingəçevir şəhər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır (İİ cild i.v.46-48). xx.xx.2024-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qeydiyyatlarda onun Təqsirləndirilən şəxsla arasında quzu alqı-satqısı edilməsi, Təqsirləndirilən şəxs tərəfindən pulun bir hissəsinin ödənilməsi və sair şəkildə qeydiyyatlar aparılmış və hər bir qeydiyyatın sonunda imza və Vüsal adının qeyd olunması əks olunmuşdur. Qeydiyyatların sonunda isə 35.845, kirill əlifbası ilə «Vüsalın borcu», sonra «imza və Vüsal» adının qeyd olunması aşkar olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 sonda qeyd olunan məbləğin Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan 35.845 manat olduğunu, həmçinin imzanın isə digər hissələrdə də qeyd olunan Təqsirləndirilən şəxs məxsus imza olmasını qeyd etmişdir (İİ cild i.v.52-57). xx.xx.2024-cü il tarixli internet saytına baxış keçirilməsi protokolundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytı olan www.cbar.az saytına daxil olduqda “AZN məzənnələri” adlı bölməyə keçid edən zaman müxtəlif tarixlərdə olan valyutaların Azərbaycan məzənnəsi olan manata nisbətdə seçilmiş tarixlərə uyğun olaraq məzənnəsi qeyd olunmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi 3.000 ABŞ dolları məbləğində pulun həmin vaxta olan məzənnəsinin müəyyən edilməsi xx.xx.2024-cü il tarixdə baxış zamanı həmin tarixdə ABŞ dollarının Azərbaycan manatına nisbətdə olan məzənnəsi 1.7000 şəklində qeyd olunması müəyyən edilmişdir (İİ cild i.v.58-59). xx.xx.2024-cü il tarixli 845 saylı arayışa əsasən Ağdam rayonundan məcburi köçkün düşmüş Xəlilov X3 şəhəri, Günəşli bağ 12-ci küçə, ev 30 ünvanında müvəqqəti qeydiyyatdadır (İİ cild i.v.60). Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Xəlilov X3 şəhəri, Günəşli bağ evində yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v.61). AA 168409 №li xx.xx.2007-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olaraq Mingəçevir şəhərində məskunlaşmış, 88743 saylı qeydiyyat vərəqəsinin nömrəsi ilə qeydiyyata alınmışdır (İİ cild i.v.62) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmış, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən xırda və iribuynuzlu mal-qaranın orta bazar qiyməti deyil, həmin mal-qaranın sahibləri ilə onun arasındakı pul məbləği ilə bağlı olan razılaşma maddi ziyanla bağlı hissədə sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (İİ cild i.v.71-99). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (İİ cild i.v.100- 102). xx.xx.2024-cü il tarixli, 4(051)-77/2024 saylı Mingəçevir şəhər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır (İİ cild i.v.169-171). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 178.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1- ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 az yaşlı uşağının olması (59.1.4), cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsi (CM-59.1.14) müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 az yaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsi, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 31020 manat məbləğində maddi ziyanın, 5000 manat əldən çıxmış faydanın, 5000 manat mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 214 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 18550 manat məbləğində maddi ziyanın və ödənilmiş 146 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 47600 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 36000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, ona görə zərərçəkmişlər tərəfindən mülki iddiada qeyd edilən maddi ziyan məbləğləri təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçılar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalı, mülki iddialar təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçılar pozulmuş hüquqlarının bərpası və pul vəsaitinin alınması üçün iddia ərizəsinin verilməsi məqsədilə, “Dövlət rüsumu haqqında” Qanunun tələblərinə müvafiq məbləğdə dövlət rüsumu ödəmişdir. Ona görə həmin pul vəsaitinin əvəzi mülki cavabdehdən mülki iddiaçıların xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 18550 (on səkkiz min beş yüz əlli) manat maddi ziyan və 146 (bir yüz qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 36000 (otuz altı min) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 47600 (qırx yeddi min altı yüz) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 31020 (otuz bir min iyirmi manat) manat maddi ziyan, 5000 (beş min) manat əldən çıxmış fayda, 5000 (beş min) manat mənəvi ziyan olmaqla, cəmi 41020 (qırx bir min iyirmi) manat pul və 214 (iki yüz on dörd) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-49/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-49/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver