Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-5/2021 24.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 oğlu, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 11.01.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Ləki kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 17 mənzil 37-də yaşayan, barəsində polisin nəzarəti altına vermə təqtimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə, 18.09.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 58 mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.11 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram olan narkotik vasitə - qurudulmuş marixuananı 19.01.2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 20 manata alıb əldə edərək üzərində saxlayıb daşımış və 19.01.2020-ci il tarixdə, saat 18:50 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, DRES qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - qurudulmuş marixuana Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinin MSY-də onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 2 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.1 1 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram olan narkotik vasitə qurdulmuş marixuananı 19.01,2020-ci il tarixdə, saat 17 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, DRES qəsəbəsi ərazisində 20 (iyirmi) manata qanunsuz olaraq satmış, 19.01.2020-ci il tarixdə, saat 20:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 58 saylı binanın blokunda saxlanıldıqdan sonra Mingəçevir şəhər Polis Şöbəsinin MSY-də tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.11 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram çəkidə iki ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş qurudulmuş marixuana bükümlərini sataraq əldə etdiyi bir ədəd B24850056 seriyalı, 20 manatlıq pul əskinası üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 19 yanvar 2020-ci il tarixdə, saat 18:50 radələrində Mingəçevir şəhəri, DRES qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etdi. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O, da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni 19.01.2020-ci il tarixdə 2 saat öncə “Tete” ləqəbi ilə tanıdığı, Mingəçevir şəhər sakini Tehran adlı şəxsdən 20 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmişdir. 17.01.2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhərində olarkən Nərimanov rayon parkında zibil qutusunun yanında yerdə 2 ədəd siqaretin gümüşü kağızının bükümü diqqətini cəlb etdiyi üçün götürüb açaraq içərisinə baxdıqda içərisindəki kütlələrin görünüşündən və iyindən qurudulmuş marixuana olmasını bildi və öz istifadəsi üçün 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş marixuananı üzərində saxladı və həmin gün saat 20 radələrində Mingəçevir şəhərinə gəldi. 18 yanvar 2020-ci il tarixdə, saat 01 radələrində bükümün birinin içərisindəki kütlədən götürüb siqaretin içərisinə dolduraraq çəkdi, sonra yaşadığı mənzilə getdi. 19.01.2020-ci il tarixdə, saat 17 radələrində qohumu Əfqan ona zəng vuraraq marixuana istifadə etmək istədiyini və onda marixuana olub-olmadığını soruşdu. O da Əfqana üzərində marixuana olduğunu, həmin narkotik vasitə marixuanadan birlikdə istifadə etmələrini təklif etdi. Əfqan onunla razılaşdı. O, həmçinin Əfqana ona olan borcundan 20 manat pul verməyini bildirdi. Onlar DRES qəsəbəsində görüşdülər və Əfqanla birlikdə oturub çay içməyə başladılar. Bir qədər keçdikdən sonra ona zəng gəldi və o, oradan getməyə məcbur oldu. O, gedərkən üzərində gətirdiyi 2 ədəd siqaretin gümüşü kağıza bükülmüş bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı Əfqana verdi. O, həmçinin Əfqandan ona olan borcunun bir hissəsi olan 20 manat pulu almışdır. Həmin pulu saat 20:15-də ünvan 1 ünvanının blokunda olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib Polis Şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə gəldi. Onun istəyi ilə vəkil Dərgah Mehdiyev hüquqlarını müdafiə etməsi üçün polis şöbəsinə dəvət edildi. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. O, yenə də etiraz etmədi. Şəxsi axtarış zamanı onun üzərinə baxış keçirilərkən üzərində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd mobil telefon, həmin gödəkçənin sağ cibindən 30 qəpik pul. üzərində olan sport şalvarın sağ yan cibindən siqaret qutusu, alışqan və 1 ədəd 20 manatlıq, 3 ədəd isə 5 manatlıq əskinaslardan ibarət olan 35 manat pul aşkar edildi. Üzərində aşkar olunmuş 20 manat pul Əfqanın ondan borc almış olduğu və həmin gün ona qaytardığı pul idi. O, narkotik vasitəni Əfqana satış məqsədi ilə verməmişdir. Narkotik vasitəni Əfqana verdiyinə görə əməlindən peşimandır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-də əməliyyat müvəkkili işləyir Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs1 barəsində əməliyyat qeydiyyat işi açılmışdır. 19.01.2020-ci il tarixdə, saat 18:50 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid3, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid4 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, DRES qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında dayanan görüb Təqsirləndirilən şəxs1 yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis Şöbəsinə vəkil Müsaqif Hüseynov dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümlər çıxarıb stolun üzərinə qoydu. Həmin bükümlər açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlələr olması müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar iki ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alındı. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 2(iki) ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümlərdə olan kütlələrin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 19 yanvar 2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri DRES qəsəbəsi ərazisində Mingəçevir şəhərində yaşayan qohumu Tehran adlı şəxsdən 20 manata aldığını bildirdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında 19.01,2020-ci il tarixdə saat, təxminən 20:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri Şahid4 və o, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, H.Əliyev prospekti 58 saylı binanın blokunda olan zaman görüb Təqsirləndirilən şəxs2 yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdi. Polis şöbəsinə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil Dərgah Mehdiyev dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs2 üzərinə öz şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd 20 manatlıq, 3 ədəd beş manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 35 manat pul aşkar olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs2 üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 20 manatlıq əskinas zərfə qoyularaq qablaşdırıldı və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs2 özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Tza oğlu 19.01.2020-ci il tarixdə 20 manat pul müqabilində qohumu Əfqana 2 büküm narkotik vasitə olan marixuana verdiyi üçün Təqsirləndirilən şəxs1 ona 20 manatlıq əskinas verdiyini, üzərindən aşkar edilmiş 20 manatlıq əskinasın Təqsirləndirilən şəxs1 verdiyi əskinas olduğunu, Təqsirləndirilən şəxs1 verdiyi 2 büküm narkotik vasitə olan marixuananı isə Bakı şəhərindən tapdığını və istifadə etmək məqsədi ilə özündə saxladığını bildirdi. Şahidlər-Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid3 və Şahid4 da məhkəmə iclasında şahidlər Şahid2 və Şahid1 ifadələrinə uyğun ifadə verdilər. İşin 27-28-ci vərəqlərində 19.01.2020-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 2 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlər aşkar edilərək götürülmüşdür. İşin 57-58-ci vərəqlərində olan 19.01.2020-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda göstərilir ki, Təqsirləndirilən şəxs2 üzərindən Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satması nəticəsində əldə etdiyi bir ədəd B24850056 seriyalı, 20 manatlıq pul əskinası onun üzərindən aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. İşin 67-69-cu vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 20.01.2020-ci il tarixli 29 №li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki iki ədəd gümüşü-ağ əngli kağız bükümlərdə, ayrı-ayrılqda təmiz çəkiləri 2,59 qram və 3.11 qram olmaqla ümumi təmiz çəkisi 5,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 208-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 01 iyun 2020-ci il tarixli 424 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən eoizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 209-cu vərəqində olan məhkəmə-narkoloji ekspertizasınınn 01 iyun 2020-ci il tarixli 425 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.11 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram olan narkotik vasitə - qurudulmuş marixuananı 19.01.2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 20 manata alıb əldə edərək üzərində saxlayıb daşımış və 19.01.2020-ci il tarixdə, saat 18:50 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, DRES qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında saxlanılıb Mingəçevir şəhər polis şöbəsinə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinin MSY-də onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 2 (iki) ədəd gümüşüağ rəngli kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.1 1 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram olan narkotik vasitə qurdulmuş marixuananı 19.01,2020-ci il tarixdə, saat 17 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, Az.Qres qəsəbəsi ərazisində 20 (iyirmi) manata qanunsuz olaraq satmış, 19.01.2020-ci il tarixdə, saat 20:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 58 saylı binanın blokunda saxlanıldıqdan sonra Mingəçevir şəhər Polis Şöbəsinin MSY-də tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan ayrı-ayrılıqda təmiz çəkiləri 2.59 qram və 3.11 qram olmaqla, ümumi təmiz çəkisi 5,70 qram çəkidə iki ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş qurudulmuş marixuana bükümlərini sataraq əldə etdiyi bir ədəd B24850056 seriyalı, 20 manatlıq pul əskinası üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Təqsirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi üzərində aşkar edilmiş 20 manat pulun Təqsirləndirilən şəxs1 ona borclu olduğu və qaytardığı pul olması barədə ifadəsi inandırıcı deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 155-157-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 161-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 158-160-cı səhifəsində olan şəxsiyyət vəsiqəsinin surətindən və 4 saylı MİS-dən verilmiş 17.03.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 05.11.2007-ci il təvəllüdlü Eşqin və 02.10.2010-cu il təvəllüdlü Ümüd adlı iki nəfər azyaşlı uşaqları var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşaqları olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 19 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dən 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alnmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İşin 159-161-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 11.09.2020-ci il tarixli, 1(051)-95/2020 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 20-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 19 yanvar 2020-ci il tarixdə tutulmuşdur. İşin 122-ci vərəqində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 21 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Mingəçevir şəhər MSY-dən azad edilmişdir. İşin 125-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 22 yanvar 2020-ci ildən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 5 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 5 (beş) ayı CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. 19 yanvar 2020-ci ildən 21 yanvar 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı iki gün ona təyin edilmiş cəzadan çıxılmalıdı. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 35,97 (otuz beş manat doğsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. Hökm Təqsirləndirilən şəxs1 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 5.66 qram olan maddə kustar üsulla hazırlanmış qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd B 24850056 seriyalı 20 manatlıq əskinaz müsadirə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Mingəçevir şəhər məhkəməsinin 11.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasıCM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün CM-nin 66.5-ci maddəsinə əsasən yeni təyin olunmuş hökmə qismən birləşdirilməklə üzərində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 19 yanvar 2020-ci il tarixdən 21 yanvar 2020-ci il kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3(üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 22 yanvar 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərcləri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. Hökm Təqsirləndirilən şəxs1 aid hissədə icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 5.66 qram olan maddə kustar üsulla hazırlanmış qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd B 24850056 seriyalı 20 manatlıq əskinaz müsadirə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-5/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-5/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver