Məhkəmə qərarları › İş №1(051)-5/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-5/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-5/2023 29.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-13/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4–cü və 32.4, 312.1–ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi ev 8 mənzil 3-də qeydiyyatda olmaqla, M.Ə.Sabir küçəsi ev 1, mənzil 38 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mustafayev X6 şəhəri, Bahar küçəsi 61 ünvanında yaşayan Şahid5 adına, 2004-2006cı illərdə torpaq islahatı zamanı «JN-3465A» №-li «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsi ərazisindən 0,20 ha torpaq sahəsinin ayrıldığını, lakin həmin şəhadətnamənin birinci və ikinci nüsxələrinin çap variantlarının olmamasına baxmayaraq, onun elektron baza məlumatlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan «Elektron xəritə bazası» və «Elektron adlı siyahısında» olduğunu 2019-cu ilin may-iyun aylarında öyrəndikdən sonra, Şahid5 adına olan «JN-3465A» seriya nömrəli «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin «elektron baza məlumatlarına» əsasən ayrılmış torpaq sahəsinin şəhərin «Üçxoz» qəsəbəsində olduğunu yəqin bildiyi halda, özü sənədləşdirmə prosesindən kənarda qalmaq üçün həmin ərəfələrdə Şahid5la görüşüb, sonuncunun adına «elektron baza məlumatları» olan torpaq sahəsinə sənədləşdirmənin və sair səlahiyyətlərin həyata keçirilməsi üçün Şahid5 tərəfindən Şahid1 xx.xx.2019-cu il tarixli, 753129 №-li etibarnamənin verilməsini təşkil etdikdən sonra kənardan bütün sənədləşmə prosesinin gedişatına təsir göstərərək, Şahid5 adına 0,20 ha torpaq sahəsinin elektron baza məlumatları Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsinə aid olduğu halda, DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsindən alacağı və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən «çıxarışda» və «plan-ölçü» sənədində ünvanın ünvan 3-nin 17 saylı Yevlax ərazi idarəsinin aidiyyəti əməkdaşlarının razılığını ala bilmədiyini anlayıb, Şahid5 adına Mingəçevir şəhərində ünvan qeyd olunmayan 0,20 ha torpaq sahəsinə yalnız xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli «Çıxarış»ın alınmasına nail olmuş və 2019-cu ilin sonlarında özünə torpaq sahəsi almaq niyyətində olan Zərərçəkmiş şəxs ilə tanışı Şahid6 vasitəsi ilə tanış olduqdan sonra aldatma və etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək niyyəti ilə sonuncuya Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və «Azərsu ASC-nin» balansında olan, hasarlanmış 0,20 ha torpaq sahəsini və Şahid5 adına olan, torpaq sahəsinin ünvanı qeyd olunmayan xx.xx.2019-cu il tarixli, ********** nömrəli «çıxarışı»nı göstərib, şəhərin Q.Nəbi küçəsindəki hasarlanmış 0,20 ha torpaq sahəsi ilə «çıxarışda» ölçüləri qeyd olunan torpaq sahələrinin eynilik təşkil etdiyini yalandan bildirib, məhkəmə qaydasında həmin torpaq sahəsinə ünvan sənədini, yəni «plan-ölçü» sənədini də alacağını vəd verməklə, sənəddə koordinatları və ünvanı əks olunmayan faktiki olaraq xəyali torpaq sahəsini Zərərçəkmiş şəxs satmaqla bağlı onun razılığını aldıqdan sonra, Şahid5 adına 0,20 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli «çıxarış»la bağlı sənədləşdirmənin və sair səlahiyyətlərin həyata keçirilməsi üçün Şahid5 tərəfindən Şahid7 xx.xx.2020-ci il tarixli, 792 saylı etibarnamənin verilməsini, daha sonra isə Şahid7la Zərərçəkmiş şəxs arasında həmin çıxarışda ünvanı qeyd olunmayan 0,20 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edib, vahid niyyətlə əhatə olunan qəsdlə reallıqda «çıxarışda» ölçüləri qeyd olunmuş torpaq sahəsi ilə naturada Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsi ilə eynilik təşkil etməyən xəyali torpaq sahəsinin Zərərçəkmiş şəxs satılmasını təşkil etməklə və buna görə xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində «Asan Xidmət» Mərkəzində Zərərçəkmiş şəxs 8000 manat, torpaq sahəsini əhatə edən hasarı sökməmək, torpaq sahəsinə məhkəmə qaydasında ünvan sənədi almaq və sair bu kimi yalan vədlər verməklə 2020-ci ilin yanvar ayının sonlarından mart ayınadək hissə-hissə olmaqla əlavə 12.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləğdə pulunu alaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və "xxxx" ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə dair hər hansı bir hüquqi, o cümlədən ünvan sənədi olmadan həmin torpaq sahəsinin 20.000 manata Zərərçəkmiş şəxs satılaraq, ona xeyli miqdarda ziyan vurulmaqla dələduzluq edilməsi və digər faktlarla bağlı Mingəçevir şəhər polis şöbəsində cinayət işinin istintaqı aparılmasından məlumatlıdır. Saxta «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin hazırlanması və belə bir şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Çıxarış və sair sənədlərin verilməsi barədə məlumatı yoxdur. Həmin işlərə qətiyyən aidiyyəti yoxdur. Həmin şəhadətnamələrdə olan möhür əkslərinin saxta olubolmamasını bilmir. Əgər onlarda belə bir saxtakarlıq olmuşdursa, bu saxtakarlıq ya Şahid3, ya da sonuncu ilə əlbir olan tanımadığı şəxslər tərəfindən edilmişdir. "xxxx" ASC-nin balansında olan Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə Şahid5 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən «Çıxarış» verilməsinə gəldikdə isə həmin torpaq sahəsi "xxxx" ASC-nin balansında olmamışdır. Həmin torpaq sahəsinə Şahid5 adına «Çıxarış» aşağıdakı qaydada verilmişdir. O, torpaq sahələrinin alqı-satqısı ilə səyyari şəkildə məşğul olmuş, Mingəçevir şəhərində onu tanıyan bütün şəxslər bunu bilmişlər. 2019-cu ilin yay aylarında tanışı Şahid1 onunla əlaqə yaradaraq Mingəçevir şəhəri ərazisində boş torpaq sahəsinin olub-olmamasını, olduğu halda həmin torpaq sahəsini sənədləşdirib satmağı, sənədləşdirmə işində ona maddi dəstək ola biləcəyini, sənədləşdirmə qurtardıqdan sonra isə torpaq sahəsini satıb qazanc əldə etməyi təklif etmişdir. Bundan sonra Torpaq Şöbəsinin sabiq müdiri, hazırda Dövlət Əmlak Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Şahid3 müraciət etmiş, Şahid3 əvvəllər Torpaq Şöbəsini müdiri olmuş və Mingəçevir şəhərinin ərazisini yaxşı tanımışdır. 2019-cu ilin yay aylarında Şahid3la şəhər ərazisində üzbə-üz görüşüb, sonuncudan şəhərdə boş torpaq sahəsinin olub-olmamasını soruşmuş, müraciət etməkdə məqsədi torpaq makleri kimi hər hansı bir torpaq sahəsinə sənədləşdirmə işlərini görüb, satdıqdan sonra qazanc əldə etmək olmuşdur. Əvəzində Şahid3 ona torpaq sahələrinin işlənməsinə dair elektron bazaya baxıb bir söz deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Şahid3la təkrar görüşdükdə sonuncu Mingəçevir şəhərində yaşayan Şahid5 adlı sakinin adına elektron bazada 0,20 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin baza məlumatlarının ilkin olaraq Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsinə işləndiyini, lakin sonradan həmin baza məlumatlarının elə özü tərəfindən dəyişdirilərək Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə işləndiyini və həmin baza məlumatları əsasında Şahid5 adına Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə «Çıxarış» və ünvanı əks etdirən «Plan və Ölçü» sənədi ala biləcəyini, hətta həmin torpaq sahəsinin hasarlandığını bildirmişdir. Lakin Şahid3 torpaq sahəsinin kim tərəfindən hasarlandığını bildirməmişdir. Bir sözlə, Şahid3 şəhərin Q.Nəbi küçəsində hasarlanmış 0,20 ha torpaq sahəsinin olduğunu, bircə onu sənədləşdirmək lazım olduğunu ona demişdir. Şahid5 adına ilkin baza məlumatlarının Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsinə işləndiyi halda sonradan nə səbəbə görə həmin məlumatların şəhərin Q.Nəbi küçəsinə işləndiyini soruşduqda, Şahid3 şəhərin Q.Nəbi küçəsində olan torpaq sahəsinin əvvəllər «Azərsu ASC»-nin balansında olduğunu, lakin sonradan oradan başqa yerə keçirildiyini, bu səbəbdən də bazada dəyişiklik edərək Şahid5 adına olan baza məlumatlarını Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə şəxsən işlədiyini ona bildirmişdir. Həmçinin Şahid3 Şahid5 adına şəhərin Q.Nəbi küçəsində 0,20 ha torpaq sahəsinə olan şəhadətnamənin çap variantının olduğunu, sonradan isə həmin şəhadətnamənin çap variantının naməlum şəraitdə itdiyini, bu səbəbdən də Çıxarış və Plan-Ölçü sənədinin alınması üçün şəhadətnamənin itməsi ilə bağlı yerli qəzetdə həmin şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı elan verilməklə və itməsi ilə bağlı polis şöbəsindən məktub alınmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etməli olduğunu və həmin sənədlərə əsasən qeyd olunan torpaq sahəsinə «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçü» sənədini ala biləcəyini izah etmişdir. Bundan sonra Şahid3 Şahid5 telefon nömrəsini verərək danışıb, sonuncudan etibarnamə aldıqdan sonra həmin torpaq sahəsini sənədləşdirməyə başlaya biləcəyini demişdir. Lakin Şahid3 Şahid5 mobil nömrəsini verməyini Şahid5 bildirməməyini ondan xahiş etmişdir. Bundan sonra 2019-cu ilin yayında Şahid5la zəngləşib Mingəçevir şəhər «Asan Xidmət Mərkəzinin» yanında görüşmüş, söhbət əsnasında Şahid5 adına elektron bazada torpaq sahəsinin olduğunu, lakin həmin torpaq sahəsinə şəhadətnaməsinin olmadığını bildirmişdir. Şahid5 o, sənədləşdirməni aparacağını, əvəzində isə sonuncuya 5000 manat məbləğdə pul verəcəyini bildirmiş, verəcəyi məbləğlə bağlı Şahid5la razılığa gəlmişdir. Bundan sonra sonuncudan sənədləşmə işlərinin aparılması ilə bağlı tanışı Məhəmməd İsmayılova etibarnamə verməsini xahiş etmişdir. Etibarnaməni öz adına almamaqda səbəb isə Şahid3 verdiyi məsləhət olmuşdur. Belə ki, Şahid3 onun adının yaxşı hallanmadığını və etibarnaməni başqa şəxsin adına verilməsini məsləhət bilmişdir. Söhbət əsnasında Şahid5 adına baza məlumatlarında ayrılmış torpaq sahəsinin Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsinin ərazisinə aid olduğunu bildirmişdir. Şahid5 baza məlumatlarına əsasən torpaq sahəsinə Çıxarış alacağını və torpaq sahəsini satdıqdan sonra vəd etdiyi 5000 manat pulu verəcəyini demişdir. Şahid5 adına olan torpaq sahəsini ona əyani şəkildə göstərməmiş, sadəcə qiyabi olaraq şəhərin «Üçxoz» qəsəbəsində daş bazarının arxasında yerləşdiyini bildirmişdir. Şahid3 Şahid5 adına olan torpaq sahəsinin yerini «elektron bazada» dəyişdirdiyini və hazırda «Çıxarış» almaq istədikləri əraziyə yerləşdirdiyini bildirmişdir. Ona görə də həmin torpaq sahəsinin şəhərin Q.Nəbi küçəsində yerləşdiyini zənn etmişdir. Şahid5 isə bazada adına işlənmiş torpaq sahəsinin yerdəyişdirilməsinin aparılmasından ümumiyyətlə məlumatı olmamışdır. Həmçinin Şahid5la aralarında 7000 manata deyil, 5000 manatla bağlı razılaşma olmuşdur. Yəni torpaq sahəsinə Çıxarış aldıqdan sonra onu satıb, Şahid5 5000 manat məbləğdə pul verməli olmuşdur. Belə ki, Şahid5 adına Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə ünvanı qeyd olunmadan çıxarış sənədi olmuşdur. Ünvan sənədini, yəni plan-ölçü sənədini isə Zərərçəkmiş şəxs məhkəmə qaydasında alacağına söz vermişdir. Ona görə də Zərərçəkmiş şəxs həmin Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsi göstərilmiş və məhz həmin torpaq sahəsi də onun istiqaməti əsasında sonuncuya satılmış və alqı-satqı müqaviləsi bağlanmışdır. Şahid5 özü notariat kontorunda olduğu halda Şahid7la Zərərçəkmiş şəxs arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanma səbəblərini bilməmişdir. Sadəcə notariat kontorunda tələskənlik olduğundan müqavilə Şahid7 tərəfindən bağlanmışdır. Keçirdiyi psixi pozğunluqlarla bağlı həmin alqı-satqının təfərrüatlarını xatırlamır. Zərərçəkmiş şəxs və Şahid7 ona qarşı verdikləri ifadələrlə tam olaraq razılaşmır. Belə ki, o, Zərərçəkmiş şəxs ilə Şahid5 arasında Mingəçevir şəhəri Q.Nəbi küçəsində yerləşən 0,20 sot ünvansız torpaq sahəsinin alqı-satqı müqaviləsinin təşkil edilməsinə, Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsinin, torpaq sahəsinə dair «çıxarış»ın alınması üçün banka depozit qoyulması üçün 8000 (səkkiz min) manat məbləğində pulun, həmçinin torpaq sahəsinin hasarının sökülməməsi, o cümlədən məhkəmə qaydasında torpaq sahəsinə dair «Plan və Ölçü » sənədinin alınması üçün əlavə olaraq 12000 (on iki min) manat, ümumilikdə isə Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində pulunun alınıb ələ keçirilməsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs Şahid5 vermək üçün 2500 manat, makler haqqı kimi isə 300 manat almışdır. Alqı-satqı bağlanan zaman o, kənarda olmuşdur. Notariat xərclərini Şahid7 çəkmişdir. Şahid5 torpaq sahəsinin alqı-satqısından 2500 manat pul çatmışdır. Bütün bu işlərə görə 300 manatı makler pulu olaraq özünə götürmüşdür. O, zərərçəkmiş şəxsdən pul almamışdır. Bütün notariat əməliyyatlarının pulunu isə Şahid7 təmin etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, 2019-cu ilin sonlarında Mingəçevir şəhərində torpaq sahəsi alıb, ev tikdirmək qərarına gəlmişdir. Həmin ərəfələrdə uşaqlıqdan tanıdığı, baldızının qonşuluğunda yaşayan Şahid6la şəhərdə görüşdükdə sonuncu ona Mingəçevir şəhərində Gəncə yolunda Uçxoz adlanan yerdə torpaq sahəsinin olduğunu eşidib, oradan özünə torpaq sahəsi almaq istəmişdir. Bundan sonra Şahid6 və onun tanışı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin tapdığı torpaq sahəsini almaq üçün 3800 manat pul vermişdir. Torpaq sahəsinin alqı-satqısı üçün Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə getmişdir. Ona satılacaq torpaq sahəsinin sahibi olan Şahid5 orada olmamışdır. Sonradan adının və soyadının bildiyi şəxsin Şahid7 olduğunu görmüşdür. Həmin şəxsin ora nə üçün gəldiyini bilməmişdir. Alqı-satqı müqaviləsində qiymət yazılmamışdır. Onlar evlərini söküb yenidən tikmək istəmiş, ancaq xərci çox olduğu üçün bunu etməmişlər və ona görə bu torpaq sahəsini almaq qərarına gəlmişlər. Torpaq sahəsinin ünvanı olmadığını bilməmiş, dronla veriləcəyini bilmişdir. Elgizə heç bir pul verməmişdir. Ona görə də ondan şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində qeyd etdiyi hallarla məhkəmə icraatı zamanı verdiyi ifadəsində qeyd etdiklərini müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmə icraatı zamanı verdiyi ifadəsi işin həqiqi hallarına uyğun deyildir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs 20000 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyini xx.xx.2022-ci il tarixdə onunla Təqsirləndirilən şəxs arasında aparılmış üzləşmə (cild 6, səhifə 145) zamanı etiraf etmiş, lakin məhkəmə istintaqında verdiyi ifadəsində həmin halları inkar etmişdir. Öz mövqeyini isə müstəntiq onu çağıran zaman xəstə olması və bu səbəbdən də ifadəsini oxumadan imza etməsi ilə əsaslandırmışdır. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş həmin halı sübut növü kimi qəbul etmir. Belə ki, cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin əlavə dindirilməsi barədə olan xx.xx.2022-ci il tarixli protokoldan da (cild 6, səhifə 134) görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi2 iştirakı ilə dindirilən zaman 20000 manat məbləğində pulu hissə-hissə olmaqla, Təqsirləndirilən şəxs verdiyini, Şahid6 isə heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqirləndirilən şəxslə eyni şəhərdə yaşadığına və ümumi tanışları olduğuna görə məhkəmə istintaqında verdiyi ifadəsini, təqsirləndirilən şəxsə kömək etmək məqsədilə mənəvi-psixoloji hisslərin təsiri altında vermişdir. Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi halları yalnız formal mülahizələr şəklində bildirmiş, hadisənin xırda detallarına münasibət bildirməkdən yayınmışdır. Halbuki, zərərçəkmiş şəxs mübahisəli torpaq sahəsinin başqa ərazidə olduğunu sonradan bilmişdir. Ona görə də nümayəndəsi vasitəsilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsinə münasibətdə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini daha inandırıcı sayaraq sübut növü kimi qəbul edir və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 1995-ci ildən etibarən hal-hazıradək Mingəçevir şəhəri 7 saylı tam orta məktəbdə fiziki hazırlıq müəllimi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2008-ci ildən etibarən tanıyır. Münasibətləri pis olmamışdır. 2008-ci ildə xatırılamadığı vaxtda Təqsirləndirilən şəxs ev və torpaq alqı-satqısı ilə məşğul olanda onunla bir dəfə xatırlamadığı mənzilin alqı-satqısını etməkdə iştirak etmiş, yəni Təqsirləndirilən şəxs maddi cəhətdən köməklik etmişdir. Təqsirləndirilən şəxs pul lazım olanda əl tutub borca pul vermişdir. 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxslə görüşən zaman daşınmaz əmlak alqı-satqısı ilə bağlı banka depozit pul qoymaq lazım olmasını lakin pul tapa bilməməsini demişdir. Ondan ehtiyac olan məbləği soruşanda 15000 manatdan 20000 manat qədər pul lazım olmasını demişdir. O, Təqsirləndirilən şəxs həmin pulu verə biləcəyini, bunun müqabilində isə ona 170 (yüz yetmiş) manat pul verməli olmasını demişdir. Təqsirləndirilən şəxs də razılaşmışdır. 2020ci ilin yanvar ayının 24-də Təqsirləndirilən şəxs zəng edərək Mingəçevir şəhər «ASAN xidmət mərkəzi»nə getməli olduğunu demişdir. Həmin gün saat 16:30 radələrində evdən 10000 ABŞ dolları məbləğində pul götürmüşdür. Təqsirləndirilən şəxslə zəngləşib «Respublika Bank»ın Mingəçevir filialının yanında görüşmüşlər, orada 10000 ABŞ dolları məbləğində pulu manata çevirmişdir. Həmin vaxt Bankdan 16980 manat məbləğində pulu nağdlaşdırıb Mingəçevir şəhər «ASAN xidmət mərkəzinə» nə getmişlər. Oraya çatanda satılası əmlakın sahibi, sonradan adını və soyadını bildiyi Şahid5 və adını bilmədiyi qadının da orada olmasını bilmişdir. Orada Şahid5 ona alqı-satqı prosesində iştirak etmək üçün öz adından etibarnamə, arvadı isə razılıq ərizəsi vermişdir. Həmçinin depozitə qoyulası pulu o, vermişdir. Aradan az müddət keçmiş oraya Şahid6la birlikdə torpağı satın alan Zərərçəkmiş şəxs gəlmişdir. Orada alqı satqı müqaviləsi həyata keçirilmiş, onda olan 16000 manat pulu depozitə qoymuşdur. Həmin gün Zərərçəkmiş şəxs adına çıxarış alandan sonra özünə çatası əlavə 170 manat pulu tərəflərin razılığı ilə alıb getmişdir. Sonrakı proseslərdən isə heç bir məlumatı olmamış, aradan uzun müddət keçəndən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və qeyri şəxslərə qarşı dələduzluq etməsini öyrənmiş, onunla görüşüb bu prosesə onu qatdığı üçün irad tutduqda, Təqsirləndirilən şəxs heç nəyi boynuna almayaraq bütün ittihamları rədd etmiş, baş verənlərin ona aidiyyəti olmadığını demişdir. O da həmin vaxtdan etibarən öz işi ilə məşğul olmuş, onu hər hansı dövlət qurumundan axtaran olmamışdır. Uzun müddətdir ki, Təqsirləndirilən şəxslə də əlaqəsi yoxdur. Onun Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş tutmuş sövdələşmədən məlumatı yoxdur. Təqsirləndirilən şəxs banka depozitə qoymaq üçün pul köməkliyi etmiş, köməyi qarşılığında ona 170 manat məbləğində pul verilmişdir. Alqı-satqıdan sonra pulunu alıb çıxıb getmişdir. Qeyd olunan torpaq sahəsinin iki nəfərə qanunsuz olaraq satılmasını əvvəlcədən bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2004-2005-ci illərdə torpaq islahatı zamanı, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı sərəncamı ilə ona həmin vaxtlar Yevlax rayonu ərazisinə aid olan, hazırda isə Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsi adlanan ərazidən 0,20 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi həmin vaxtlar Yevlax rayonunun inzibati ərazisinə aid olmuş, ona görə də torpaq islahatı zamanı onun adına həqiqətən də torpaq sahəsinin ayrılıb-ayrılmamasını maraqlanmaqdan ötrü Yevlax rayonunun arxiv idarəsinə getdikdə məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi sərəncamla adına həqiqətən də 0,20 ha torpaq sahəsi ayrılmışdır. Daha doğrusu, adına torpaq sahəsi ayrılmış digər şəxslərin adları siyahısında olmuşdur. Həmin siyahıya əsasən o vaxtlar fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu və Layihə İdarəsində «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr hazırlanır və çap olunduqdan sonra həmin şəhadətnamələr topa şəklində vətəndaşlara paylanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumuna göndərilirdi. Sərəncama əsasən ona «Üçxoz» qəsəbəsində ayrılan 0,20 ha torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduqdan sonra, ona ayrılmış həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməni almaqdan ötrü təxminən 2010-2011-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Torpaq şöbəsinin müdiri Şahid3 müraciət etmişdir. Lakin həmin vaxt Şahid3 onun adının siyahıda olmasına baxmayaraq, adına şəhadətnamənin çap variantının olmadığını bildirmişdir. Bir neçə dəfə həmin şəhadətnaməni almaqdan ötrü Torpaq Şöbəsinə müraciət etməyinə baxmayaraq, şəhadətnamənin olmadığını ona bildirmişlər. Bildiyinə görə əmisi Bəşir Abbasov həmin şəhadətnamənin çap variantını görmüş, lakin həmin şəhadətnamə Mingəçevir şəhər Torpaq Şöbəsi tərəfindən möhürlənməmiş və kitaba salınmamışdır. Ona görə də həmin şəhadətnamənin Mingəçevir şəhər Torpaq Şöbəsində itib-itmədiyini və ya bilərəkdən gizlədilib-gizlədilmədiyini bilmir. Adına şəhadətnamənin hazırlanması üçün alt sənədlər olmuş, yəni adı Mingəçevir şəhər İcra Hakimiyyətinin sərəncamına əlavə olunan siyahıda olmuş və həmin torpaq sahəsi ilə bağlı olan bütün məlumatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin elektron xəritə bazasına işlənmişdir. Ona görə də yuxarıda qeyd olunan sərəncamla ona «Üçxoz» qəsəbəsində ayrılan torpaq sahəsini bir neçə il sonra, daha dəqiq 2019-cu ilin əvvəllərində sənədləşdirib satmaq qərarına gəlmişdir. Bu səbəbdən də bu haqda hazırda adlarını xatırlamadığı tanışlarına demiş, torpaq sahəsini almaq istəyən olsa satacağını bildirmişdir. Təxminən 2019-cu ilin ortalarında həmin vaxta qədər tanımadığı, soyad və ata adını bilmədiyi, özünü ona Elşən kimi təqdim edən, sonradan adının və soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsindən istifadə etdiyi 050 *** ** ** mobil nömrəsinə zəng edərək, satdığı torpaq sahəsini almaq istədiyini bildirmişdir. Telefon danışığından sonra Elgizlə Mingəçevir şəhərinin Sahil Parkında görüşmüşdür. Həmin ərəfələrdə də həmin şəxs özünü Elşən kimi təqdim etmişdir. Söhbət əsnasında ona ayrılan torpaq sahəsinin şəhadətnaməsinin olmadığını, lakin adına həqiqətən də belə bir torpaq sahəsinin İcra Hakimiyyətinin sərəncamı ilə ayrıldığını bildirmişdir. Aralarında olan danışığa əsasən Elgiz ondan 0,20 ha torpaq sahəsini hansı qiymətə satdığını soruşduqda, həmin torpaq sahəsini 10.000 manata satdığını bildirmişdir. Elgiz isə torpaq sahəsi ilə bağlı bütün sənədləşmə işlərini görəcəyini, ona da 7.000 manat məbləğdə pul verəcəyini bildirdi. Elgizin təklifini qəbul etdikdən sonra sonuncu sənədləşmə işlərinin aparılması üçün həmin vaxtadək tanımadığı X8 adlı şəxsə etibarnamə verməli olduğunu demişdir. O, etiraz etməmiş, Elşənlə aralarında olan söhbətdən təxminən 1 həftə sonra, xatırladığına görə 2019-cu ilin avqust ayında Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Məhəmməd İsmayılova sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermişdir. Məhəmməd İsmayılovu bircə dəfə etibarnamə verdiyi vaxt görmüş, bundan sonra gedən proseslərdən məlumatı olmamış, sadəcə torpaq sahəsinin sənədləşdirilməsini və ona veriləcək 7000 manat məbləğdə pulu gözləmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək sənədləşmə işlərinin aparılması üçün, artıq bu dəfə başqa bir şəxsin adına etibarnamə vermək lazım olduğunu bildirmiş, bunun səbəbləri ilə maraqlandıqda, X15 sənədləşmə işləri ilə məşğul olmağa vaxtının olmadığını demişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayının əvvəlində növbəti etibarnaməni vermək üçün Elgiz onunla əlaqə saxlayaraq Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə getməyini xahiş etmişdir. Həmin vaxt əmisi Bəşir Abbasova da özünə məxsus torpaq sahəsini satmaq istədiyini və həmin torpaq sahəsini Elşən adlı şəxsin ondan almaq istədiyini bildirmişdir. Beləliklə, Elgiz onunla danışdıqdan sonra o, Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə yollanmış, orada əmisi Bəşir Abbasov və sonuncunun tanışı Vidadi adlı şəxs onu gözləmişlər. Onların yanında artıq ikinci dəfə etibarnamə verəcəyi, sonradan adının və soyadının Şahid1 olduğunu bildiyi şəxs də olmuşdur. Görüşdükdən sonra birlikdə Asan Xidmət Mərkəzinə keçmişlər, orada o, Şahid1 etibarnamə vermişdir. Bütün bu proseslərdə özünü Elşən kimi təqdim edən Təqsirləndirilən şəxs özü iştirak etməmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxslə əlaqə yaratdıqda sonuncu yaxın müddətdə torpağın sənədləşmə işlərini görüb qurtaracağını və vəd verdiyi 7.000 manat məbləğdə pulu verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə zəng edərək torpaq sahəsini alqı-satqı etmək üçün növbəti dəfə «Asan Xidmət Mərkəzinə» getməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs dediyi kimi etmiş və «Asan Xidmət Mərkəzinə» getmişdir. Orada Təqsirləndirilən şəxs sözünə əsasən artıq bu dəfə tamam başqa bir şəxs, daha dəqiq Şahid7 adlı şəxsə etibarnamə vermişdir. Elə orada da Təqsirləndirilən şəxs ona 2.500 manat məbləğdə pul vermiş, qalan 4.500 manat pulu sənəd tam hazır olduqdan sonra verəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs ona ayrılan torpaq sahəsinə ünvanı qeyd olunmayan «Çıxarışın» almasına nail olduğunu, lakin həmin «Torpaq sahəsinə Plan və Ölçü» sənədini ala bilmədiyini bilmişdir. Həmin məsələdən sonra Elgiz ortalıqdan yoxa çıxmış və verməli olduğu 4.500 manat məbləğdə pulu bu günkü günədək verməmişdir. Adına olan torpaq sahəsinin Zərərçəkmiş şəxs satılıb-satılmaması barədə məlumatı olmamış, dindirilərkən ona təqdim olunan sənədlərdən görmüşdür ki, adına «Çıxarışda» qeyd olunan torpaq sahəsi Zərərçəkmiş şəxs adlı qadına satılmışdır. Lakin German adlı şəxsə yalnız etibarnamə vermiş, torpaq sahəsinin alqı-satqısından və Zərərçəkmiş şəxs adına «Çıxarış» alınmasından məlumatı olmamış, lakin xx.xx.2020-ci il tarixdə Şahid7 etibarnamə verərkən Təqsirləndirilən şəxs ona 2.500 manat məbləğdə pul vermiş, qalan 4.500 manat pulu isə torpaq sahəsi ilə bağlı sənədləşmə işləri tam yekunlaşdıqdan sonra verəcəyinə söz vermişdir. Ona ayrılan torpaq sahəsinin Mingəçevir şəhəri «Üçxoz» qəsəbəsinin ərazisində olduğunu Təqsirləndirilən şəxs bildirmiş, hətta həmin torpaq sahəsinin yerləşdiyi yeri Təqsirləndirilən şəxs göstərmiş, həmin torpaq sahəsini 7.000 manata danışaraq Elgizə satmağa razılaşmış və sənədləşmə işlərinin aparılması üçün Təqsirləndirilən şəxs dediyi şəxslərin adına etibarnamə vermişdir. Lakin sənədləşmə işləri ilə bağlı Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən nə kimi saxtakarlıqlar edilməsindən, o cümlədən dövlət torpağına sənəd almaq istəməsindən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs belə bir saxtakarlıq etməsini dindirilərkən bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2012-ci ildən 2021-ci ilin fevral ayınadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi vəzifəsində işləmişdir. Vəzifəsi daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatının aparılması üçün yerində xüsusi cihazlar vasitəsi ilə ölçü və müayinə işlərinin aparılması, koordinatların müəyyən edilməsi və Reyestr Xidməti tərəfindən daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatına alınıbalınmaması məsələsinə baxılmasından ötrü toplanmış sənədlərin Ərazi İdarəsinin rəhbərliyinə təqdim etməkdir. Təxminən 2019-cu ilin sonları, 2020-ci ilin əvvələrində Şahid1 və özünü Göyçay sakini kimi təqdim edən şəxs işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə gələrək inzibati binada onunla görüşlər. Həmin vaxt Şahid1 Şahid5 adlı şəxsin adına olan torpaq sahəsinə «Çıxarış» almağa görə Təqsirləndirilən şəxs ondan külli miqdarda pul aldığını demişdir. Söhbət əsnasında Şahid1 sözündən məlum olmuşdur ki, onun Təqsirləndirilən şəxslə Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən «Azərsu MMC-yə» məxsus 0,20 ha torpaq sahəsinə sənəd düzəldib, həmin sahəni satıb pul əldə etmək istədiklərini anlamışdır. Onların sənədləşdirmək istədiyi torpaq sahəsi şəhadətnamə ilə Şahid5 adına olmuş, Şahid1 isə Şahid5 ona verdiyi etibarnamə əsasında sonuncunu təmsil etmiş, Təqsirləndirilən şəxs isə sənədləşdirmə işlərində qeyri-rəsmi olaraq Bəhruza köməklik etmişdir. Şahid5 adına, torpaq sahəsinin ünvanı qeyd olunmayan «Çıxarış» 2019-cu ilin oktyabr ayının sonlarında verilmişdir. Həmin «Çıxarışın» verilməsinə əsas Şahid5 adına Reyestr Xidmətinin istifadəsində olan elektron baza məlumatlarının və elektron adlı siyahının olmasıdır. Lakin Şahid5 adına «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ikinci nüsxəsi Reyestr Xidmətinin arxivində olmamışdır. Şahid5 adına «Çıxarış» almaqdan ötrü Təqsirləndirilən şəxs 2019-cu ilin ortalarında ona müraciət etmiş, ona «Çıxarış» almaqdan ötrü Şahid5 özünün və ya onu təmsil edən şəxsin ərizə ilə müraciət etməli olduğunu izah etmişdir. Bundan sonra nə Şahid5 özü, nə də ki, onu etibarnamə ilə təmsil edən şəxs Reyestr Xidmətinə müraciət etmişdir. Həmin şəhadətnamə naməlum şəraitdə itdiyi üçün müraciətə həmin şəhadətnamənin itməsi ilə bağlı onun etibarsız hesab edilməsi barədə dərc olunmuş elan və sənədin itməsi ilə bağlı polis şöbəsindən verilən məktub əlavə olunmuşdur. Şahid5 adına elektron baza məlumatları və elektron adlı siyahı olduğu üçün onun adına Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə ünvanı qeyd olunmayan «Çıxarış» verilmişdir. Həmin «Çıxarışın» verilməsində hər hansı bir rolu olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs sənədlərin verilməsinin hüquqi prosedurlarını izah etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs həmçinin torpaq sahəsinə «plan-ölçü» sənədini də almaq istədiyini bildirmişdir. Çıxarışda torpaq sahəsinin ünvanının qeyd olunmaması isə məhz «plan-ölçü» sənədinin olmaması olmuşdur. Şahid5 nümayəndəsi onun faktiki istifadə etdiyi yer kimi Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə «plan-ölçü» almaq istədiyini bildirmiş, lakin baza məlumatları ilə faktiki göstərilən torpaq sahəsi arasında uyğunsuzluq yaranmışdır. Belə ki, baza məlumatlarına əsasən Şahid5 adına olan torpaq sahəsi Mingəçevir şəhəri, Üçxoz qəsəbəsinin ərazisinə aid olmuşdur. Ona görə də faktiki istifadə olunan torpaq ərazisi kimi göstərilən Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə «plan-ölçü» sənədinin verilməsindən imtina olunmuş, sonradan Şahid5 nümayəndəsi onun adına olan baza məlumatlarına əsasən yalnız «çıxarış» almaq istədiyini bildirdikdə onun adına «çıxarış» verilmiş, «plan-ölçü» sənədi verilmədiyi üçün isə onun adına verilmiş «çıxarışda» torpaq sahəsinin ünvanı qeyd olunmamışdır. Vətəndaşın göstərdiyi faktiki torpaq sahəsi elektron baza məlumatlarında olan torpaq sahəsi ilə uyğunluq təşkil etmədikdə və vətəndaş məhz göstərdiyi torpaq sahəsinə iddia etdikdə Reyestr Xidməti ona ünvan qeyd olunan «çıxarış» verə bilməz. Belə olan halda, əgər vətəndaş yalnız Çıxarış almaqdan ötrü müraciət edirsə və onun müraciətində Torpaq sahəsinin Planı və Ölçüsü sənədi almaq istəyi əks olunmursa, ona ünvanı qeyd olunmayan Çıxarış verilir. Yəni əvvəllər yaranmış hüquq qeydə alınır və vətəndaşa dublikat çıxarış verilir. Torpaq sahəsinin Planı və Ölçüsü sənədini isə belə hallarda vətəndaş məhkəmə qaydasında ala bilər. Bu barədə də Təqsirləndirilən şəxs və Şahid5 nümayəndəsinə izah verilmişdir. Şahid5 adına olan şəhadətnamənin reallıqda mövcud olub-olmaması və ya hazırlandığı halda vətəndaşa verildikdən sonra itib-itməməsi barədə heç bir məlumatı yoxdur. Şəhadətnamələr hazırda ləğv olunmuş Dövlət və Xəritəçəkmə Komitəsinin yerli Torpaq şöbələri tərəfindən verilmişdir. Həmin şöbə tərəfindən Şahid5 adına real olaraq şəhadətnamənin hazırlanıbhazırlanmamasını bilmir. Lakin onun adına olan şəhadətnamə vaxtında «şəhadətnamələrin qeydiyyatı kitabına» işlənməmişdir. Lakin Şahid5 adına elektron baza məlumatları adlı siyahı işlənmişdir. 2019-cu ilin sonu və ya 2020- ci ilin əvvəllərində Şahid1la Yevlax şəhərində işlədiyi Reyestr Xidmətində görüşmüş, Şahid5 adına olan torpaq sahəsinə sənədləşmə işlərində ona kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxs dəfələrlə yanına gəlmiş və ona zənglər etmişdir. Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə «Plan və Ölçü» sənədini almaqda köməklik etməkdən ötrü xatırlamadığı vaxt Təqsirləndirilən şəxs təxminən 1300 manat pul almışdır. Belə ki, Təqsirləndirilən şəxs torpaq sahəsinin cizgi sənədinin bələdiyyədən alınmasına köməklik etmək üçün ona yalvarmış, ona görə də bu işə görə ondan həmin pulu Şahid5 Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və Azərsu MMC-nin mülkiyyətində olan 0,20 torpaq sahəsinə «Plan və Ölçü» sənədi almaqda köməklik etmək adı ilə almışdır. Sonradan Şahid5 adına Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə «plan və ölçü» sənədinin verilməsinin mümkün olmadığını görüb, Təqsirləndirilən şəxs aldığı 1300 manat pulu Təqsirləndirilən şəxs özünə Mingəçevir şəhərində «5+» marketin yanında qaytarmışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs həmin pulu Şahid1 almışdır. Aldığı 1300 manat müqabilində Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin adından Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 torpaq sahəsinə «torpaq sahəsinin cizgi» sənədini çəkərək Elgiz Mustayayevə çatdırmış və həmin sənəd əsasında Şahid5 adına şəhərin Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə «plan-ölçü» sənədini ala biləcəyini bildirmişdir. Cizgi sənədini hazırlaması barədə bələdiyyə sədri Coşqun Abdullayevə heç bir söz deməmişdir. Çəkdiyi cizgi sənədinə əsasən şəhərin Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə «plan-ölçü» sənədinin verilməsinin qeyri-mümkün olduğunu bilsə də, həmin cizgini aldığı 1300 manat pula görə etmişdir. Qeyd olunan «cizgi» sənədini Yevlax şəhərində xidməti otağında olan kompyuterdə «Avtokad» proqramı vasitəsi ilə 2019-cu ilin sonlarında hazırlanmış və hazırda xatırlamadığı şəraitdə Təqsirləndirilən şəxs vermişdir. Hazırladığı torpaq sahəsinin cizgi sənədində həqiqətən də Mingəçevir şəhəri, Q.Nəbi küçəsinin koordinatları əks olunsa da həmin torpaq sahəsinin Azərsu MMC-yə məxsus olması Reyestr Xidmətinin elektron xəritə bazasında görünmür. Belə ki, sözü gedən torpaq sahəsinin baza məlumatları şəhərin «Üçxoz» qəsəbəsinə aid olmuş və heç bir vaxt dəyişdirilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2003-cü ilin oktyabr ayından 2012-ci ilin iyun ayınadək olan müddət ərzində hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Torpaq Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2015-ci ilin aprel-may aylarında Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv olunduqdan sonra Dövlət Əmlak Komitəsinin Mingəçevir şəhərində yerləşən 8 saylı ərazi şöbəsində baş məsləhətçi kimi işləməyə başlamışdır. Torpaq şöbəsinin müdiri kimi vəzifəsi Mingəçevir ərazisi üzrə torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirmək, bələdiyyə torpaqlarının ayrılmasında iştirak etmək, dövlət torpaq və xəritəçəkmə komitəsinin «yerquruluşu və layihə institutunun» və «kadastr mərkəzi» tərəfindən hazırlanmış sənədləri, yəni torpaq şəhadətnamələrinin, plan və ölçü sənədlərinin qeydiyyat kitabında qeydiyyata salınaraq vətəndaşlara təqdim etmək olmuşdur. O cümlədən Dövlət və Xəritəçəkmə Komitəsinin əsasnaməsi ilə digər vəzifələri yerinə yetirmişdir. Torpaq Şöbəsinin müdiri kimi bələdiyyə mülkiyyətində olan, bu və ya digər torpaq sahəsini hər hansı bir şəxsə ayırmamışdan öncə torpaq şöbəsindən həmin torpaq sahəsinin ayrılması ilə bağlı müsbət rəy aldıqdan sonra, müraciət edən şəxsə həmin torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən qərarlar çıxarılmışdır. Bələdiyyələrin qərarı ilə ayrılan torpaq sahələrinə Kadastr Mərkəzi tərəfindən «Torpaq sahəsinin Plan və Ölçüsü» sənədi hazırlandıqdan sonra torpaq şöbəsinə təqdim olunmuş, bundan sonra həmin sənəd torpaq şöbəsi tərəfindən imzalanmaqla, möhürlənməklə və «Kadastr kitabında» qeydiyyata salınmaqla 1 nüsxəsi müraciət edən vətəndaşa təqdim olunmuşdur. Şahid5 tanımır, lakin əvvəllər qurum kimi fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin müdiri vəzifəsində işlədiyi illərdə aparılan torpaq islahatı zamanı Şahid5 adlı şəxsə torpaq sahəsi ayrılmışdır. Bundan sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı Sərəncamı ilə torpaq sahəsi ayrılan şəxslərin siyahısı tərtib olunmuş və həmin siyahıya əsasən şəhər ərazisində yaşayan vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu və Layihə İnstitutu tərəfindən şəhadətnamələr hazırlanaraq rəhbərlik etdiyi Mingəçevir şəhər torpaq şöbəsinə təqdim olunmuş, tərəfindən şəhadətnamənin müvafiq səhifələri imzalanmaqla və şöbənin möhürü vurulmaqla həmin şəhadətnamələr vətəndaşlara paylanmışdır. Lakin konkret şəxsləri, o cümlədən Şahid5 adlı şəxsi tanımır və sonuncuya şəhadətnamənin verilib-verilməməsini xatırlamır, ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin istifadəsində olan baza məlumatlarında Şahid5 adı qeyd olunmuşdursa deməli sonuncuya belə bir şəhadətnamə hazırlanmış və ya hazırlanmalı olmuşdur. Şahid5 adına Çıxarış verilməsinə gəldikdə isə bu haqda məlumatı olmamış, çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərinə aid olan məsələdir, buna onun heç bir qarışacağı olmamışdır. Şahid5 adına torpaq sahəsinə dair baza məlumatlarının olması barədə Təqsirləndirilən şəxs məlumat verməyi barədə sonuncunun ifadələrində göstərdikləri yalandır. Belə ki, Şahid5 adına Çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətində olmuş, Təqsirləndirilən şəxs Şahid5 adlı şəxsin adına torpaq sahəsinin baza məlumatlarının olması barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs Şahid5la görüşmək və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı sonuncu ilə danışmaq barədə heç bir təlimat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid5la görüşübgörüşməməsi, sonuncunun adına olan torpaq sahəsini sənədləşdirib satmaq niyyətinin olub-olmaması barədə məlumatı olmamışdır. Sadəcə olaraq hazırda işlədiyi Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi şöbəsinin əməkdaşı olaraq 2019-cu ilin sonlarında şəhər ərazisində monitorinq aparılarkən Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən "xxxx" ASC-nin balansında olmaqla dövlətin müstəsna mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən qanunsuz olaraq tutularaq hasarlanmasını aşkar edərək bununla bağlı akt tərtib edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid5 Mingəçevir şəhəri ərazisində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən, torpaq sahəsinin ünvanı qeyd olunmayan Çıxarış əsasında, Plan-Ölçü sənədi olmadığı halda "xxxx" ASC-nin balansında olan 0,20 ha torpaq sahəsini qanunsuz olaraq hasarlayıb, oranı zəbt etmişdir. Şahid5 adına Çıxarışın necə, hansı qaydada alınmasından məlumatı olmamışdır. Bu və ya digər vətəndaşın adına baza məlumatları vaxtında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu və Layihə İntsitutu tərəfindən işlənmiş, həmin baza məlumatlarında heç bir dəyişiklik aparılmamışdır. Əgər baza məlumatlarında dəyişiklik aparılmış olsaydı Şahid5 adına şəhərin Q.Nəbi küçəsinə də Çıxarış və Plan-Ölçü sənədi verilərdi. Torpaq islahatı zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin məlum sərəncamı ilə torpaq sahələri ayrılan vətəndaşların sayı o qədər çox olmuşdur ki, bunu belə xatırlamaq olmaz. Hazırlanmış və torpaq şöbəsinə verilmiş hər bir şəhadətnaməni o imzası ilə və şöbənin möhürü ilə təsdiq etmiş və şəhadətnamənin sahibinə «şəhadətnamələrin qeydiyyatı kitabına» qeyd etdirməklə təvhil verilməsini təmin etmişdir. Lakin ola bilsin ki, hazırlanmış şəhadətnamələr vətəndaşlar tərəfindən torpaq şöbəsindən təhvil alınmamış, ikinci nüsxəsi isə torpaq şöbəsində saxlanmışdır. Şahid5 adına şəhadətnamənin çap variantı olmuş olsaydı ikinci nüsxəsi Reyestr Xidmətinin arxivində olardı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2015ci ildə ləğv olunduqdan sonra sahibləri tərəfindən təhvil alınmayan şəhadətnamələr və paylanan şəhadətnamələrin ikinci nüsxələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmişdir. Təhvil-təslimdən sonra isə hansısa şəhadətnamənin itməsinə görə onun cavabdehliyi olmamışdır. Şahid5 adına «JN-3465A» seriya nömrəli şəhadətnamə əvvəllər qurum kimi fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu və Layihə Tədqiqat İnstitutu tərəfindən hazırlanaraq çap olunduqdan sonra onun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə təhvil verildiyi halda onun tərəfindən həmin şəhadətnamənin Şahid5 verilməməsi barədə Bəşir Abbasovun ifadəsində göstərdikləri yalandır. Ona təqdim olunan bütün şəhadətnamalər qediyyatdan keçirilmişdir. Şahid5 adına belə bir şəhadətnamənin çap variantı ona təqdim edilsəydi həmin şəhadətnaməni də qeydiyyatdan keçirib vətəndaşa təhvil verərdi. Təqsirləndirilən şəxs tərəfindən şəhərin Q.Nəbi küçəsində yerləşən və "xxxx" ASC-yə məxsus torpaq sahəsinin 0,20 ha hissəsi Təqsirləndirilən şəxs tərəfindən hasarlanması və qanunsuz tutulması 2019-cu ilin noyabr ayının sonlarında keçirilən monitorinq zamanı aşkar olunmuşdur. Həmin torpaq sahəsinin təxminən 10 il bundan qabaq hasarlanması barədə Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" ASC-nin "xxxx" MMC-nin Mingəçevir «Sukanal» İdarəsinin baş mühəndisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdən etibarən isə idarə rəisi vəzifəsini icra edir. Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən "xxxx" ASC-nin Mingəçevir Sukanal İdarəsinin çirkab su təmizləyici qurğularının yerləşdirilməsi üçün nəzərdə tutulmuş, dövlətə məxsus 1,44 ha torpaq sahəsinin 2000 m2 hissəsi 2019-cu ilin sonlarında Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən metal torla hasara alınaraq, qanunsuz olaraq tutulmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi Şöbəsinin əməkdaşları tərəfindən ərazidə monitorinq aparılarkən qeyd olunan torpaq sahəsinin qanunsuz olaraq tutulması aşkar olunaraq, bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmin əraziyə baxış keçirilərkən orada çoxlu sayda çinar və kuknar ağaclarının əkilməsi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən Mingəçevir şəhər sakini Şahid5 Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən, lakin torpaq sahəsinin ünvanı qeyd olunmayan «Çıxarış» olduğunu əsas gətirərək həmin «Çıxarışa» əsasən "xxxx" ASC-nin balansında olan 1,44 ha torpaq sahəsinin 0,20 ha hissəsinin onlara məxsus olduğunu iddia edərək, qeyd olunan ərazini qanunsuz olaraq hasarlayıb tutmuşdur. Halbuki, Şahid5 adına olan «Çıxarışda» torpaq sahəsinin ünvanı qeyd olunmamışdır. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışlarının adına Şahid5 adından etibarnamə aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan elektron baza məlumatlarında Şahid5 adına Mingəçevir şəhəri «Üçxoz» qəsəbəsinin ərazisində 0,20 ha torpaq sahəsinin olduğu halda, «Çıxarışı» və «Plan-Ölçü» sənədini «Üçxoz» qəsəbəsinə almamış, sonuncunun adına yalnız torpaq sahəsinin ünvanı qeyd olunmayan «Çıxarış» almış və həmin «Çıxarışı» əsas gətirərək şəhərin Q.Nəbi küçəsində yerləşən "xxxx" ASCnin balansında olmaqla dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinin 0,20 ha hissəsini istifadəsində olan torpaq sahəsi kimi qələmə verməyə çalışaraq, oranı qanunsuz olaraq tutmuşdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Şahid2 tərəfindən sözü gedən torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayev tərəfindən qanunsuz olaraq «torpaq sahəsinin cizgi» sənədi çəkilərək, Təqsirləndirilən şəxs və Şahid1 adlı şəxslərə təqdim edilməklə, həmin ərazinin hasarlanması üçün faktiki olaraq şərait yaradılmışdır. Bu hərəkətlər nəticəsində "xxxx" ASC-yə mənəvi ziyan dəyərək dövlət torpağı üzərində mülkiyyət hüquqları pozulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktuba həmin ərazinin peyk görüntüsü və şəkli əlavə olunmuşdur. Hazırda həmin ərazinin Çıxarışı və Plan-Ölçü sənədi olmasa da, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məktubda qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansındadır. Əvvəllər də orada çirkab su təmizləyici qurğuları olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti isə həmin məktubu elektron baza məlumatlarına əsaslanaraq vermişdir. Bundan başqa, Mingəçevir Sukanal İdarəsinin 2 saylı qurğusunun «sxematik planını» və torpaq sahəsinin koordinatlarını əks etdirən xəritəni istintaqa təqdim etmişdir. Həmin sxemdə Mingəçevir şəhəri, Q.Nəbi küçəsində 1,44 ha ərazidə "xxxx" ASC-nin torpaq sahəsinin yerləşməsi əks olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin mart ayında tanışı X11 vasitəsi ilə tanış olmuşdur. Təxminən 2019-cu ilin may-iyun aylarında Təqsirləndirilən şəxs ona Mingəçevir şəhəri, Q.Nəbi küçəsində 0,20 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinə «Çıxarış» almaqdan ötrü bəzi sənədləri düzəltmək lazım olduğunu, nəticədə sənədləşdirmə işlərini görüb «Çıxarış» aldıqdan sonra, həmin torpaq sahəsini satıb xeyli miqdarda pul əldə edəcəklərini, lakin sənədləşdirmə işlərinə bir qədər xərcin tələb olunduğunu, həmin vəsaitin özündə olmadığını, ona görə də həmin xərci çəkməyi ona təklif edib, sənəd hazır olduqdan və torpaq sahəsi satıldıqdan sonra həmin xərci artıqlaması ilə ona qaytaracağını vəd vermişdir. Tanışlarına borcu olduğu üçün Təqsirləndirilən şəxs təklifini qəbul edib, onun dediyi torpaq sahəsinin sənədləşdirilməsinə maddi dəstək olacağını və torpaq sahəsinin sənədləşdirilməsinə lazım olan bütün xərcləri qarşılayacağını öhdəsinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs sənədləşdirərək satmaq istədiyi torpaq sahəsinin kimə məxsus olmasını, harada yerləşməsini hansı kateqoriya torpaq sahələrinə aid olduğunu bilməmişdir. Sonradan Təqsirləndirilən şəxslə danışıq əsasında həmin torpaq sahəsinin Şahid5 məxsus olduğunu, həmçinin həmin torpaq sahəsinə aid olan sənədlərin, yəni «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin itdiyini bilmişdir. Lakin Təqsirləndirilən şəxs bütün hüquqi prosedurlara uyğun olaraq həmin şəhadətnaməni alacağını, bunun üçün isə maddi vəsaitlə onu təmin etməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ona torpaq sahəsinin sənədləşdirilməsi başa çatdıqdan sonra, əldə edilən qazancdan həmin torpaq sahəsinin sahibi Şahid5 5000 manat məbləğdə pul verəcəyini, qalan pulu isə aralarında böləcəyini vəd vermişdir. Bundan sonra Şahid5 adına itmiş şəhadətnamənin bərpası, arxiv sənədlərinin əldə edilməsi, sənədi rəsmiləşdirməkdən ötrü müxtəlif vəzifəli şəxslərə pul vermək adı ilə 2019-cu ilin sentyabr ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs ondan pul almağa başlamışdır. Birinci dəfə, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri ərazisində ondan 1000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 600 manat pul almışdır. Sonra Təqsirləndirilən şəxs ona «torpaq sahəsinin mülkiyyətə verilməsinə dair» şəhadətnamənin itməsi ilə əlaqədar polis şöbəsinə müraciət etməsi, eləcə də “Mingəçevir” qəzetində elan verilməli olduğunu bildirmiş və şəhadətnamənin itməsi ilə bağlı həqiqətən də şəhər polis şöbəsindən verilmiş məktubu da ona göstərmişdir. Bu məsələdən sonra Təqsirləndirilən şəxs olan inamı bir qədər də artmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ondan yenidən 1050 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə isə 1600 manat məbləğdə pul almışdır. Həmin pulların hamısı sənədləşmə işlərinə və müxtəlif vəzifəli şəxslərə vermək adı ilə ondan alınmışdır. xx.xx.2019-cu il tarixdə torpaq sahəsinə ünvan sənədi almaqdan ötrü Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində yerləşən «Asudə vaxt» kafesində ondan əlavə olaraq 2000 manat məbləğdə pul almışdır. Sonradan xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 135 manat, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat pulu Təqsirləndirilən şəxs ondan əlavə olaraq torpaq sahəsinə ünvan sənədi almaqdan ötrü Şahid2 vermək adı ilə almışdır. xx.xx.2019-cu il tarixdə Mingəçevir bələdiyyəsinə rüsum keçirməkdən ötrü Təqsirləndirilən şəxs ondan əlavə olaraq 207 manat pul almışdır. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ondan növbəti dəfə 200 manat, xx.xx.2019cu il tarixdə yenə də 200 manat məbləğdə pulu Bəşir Abbasov adlı şəxsin vasitəsi ilə Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Qasım Əliyevə vermək adı ilə almışdır. Bundan sonra Təqsirləndirilən şəxs hər dəfə ona çıxarış aldıqları yerə ünvan sənədinin hazır olduğunu, yeni il bayramı üçün nəzərdə tutulmuş tətil başa çatdıqdan sonra sənədlərin tam hazır olacağı vədini vermişdir. Həmin ərazinin hasarlanmasında şəxsən iştirak etməmiş, lakin, torpaq sahəsinə dair müvafiq «Çıxarışı» aldıqdan sonra sənədlərin tam qaydasında olduğunu fikirləşmişdir. Elgiz də ona həmin ərazinin artıq hasarlanmalı olduğunu, çünki müvafiq təşkilatın gəlib ərazini ölçüb planını hazırlayacağını demişdir. Buna görə də Mingəçevir şəhəri, Samux küçəsində yerləşən tikinti materialları satılan yerdən dəmir tor və dəmir dirəklər alıb həmin əraziyə aparmışdır. Ərazinin hasarlanmasında şəxsən iştirak etməmişdir. Dəqiq olaraq Təqsirləndirilən şəxs 33.530 manat məbləğdə pul vermişdir. Təqsirləndirilən şəxs sözünə əsasən xx.xx.2019-ci il tarixdə Şahid2 Yevlax şəhərində verdiyi 1300 manat məbləğdə pul Təqsirləndirilən şəxs ondan aldığı 33.530 manat məbləğdə pulun hüdudları daxilində olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından 2019-cu ilin dekabr ayınadək pul verməsinin yanakı şahidlərindən biri də Mingəçevir şəhərində taksilik edən Kənan Məmmədov olmuşdur. Əsasən Təqsirləndirilən şəxs 33.530 manat məbləğdə pulu hissə-hissə təklikdə vermişdir. Belə ki, Mingəçevir şəhəri ərazisində boş torpaq sahəsi tapıb, onu sənədləşdirmək təklifi onun tərəfindən deyil, Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüşdür. Çünki torpaq sahələrinin alqı-satqısı ilə Təqsirləndirilən şəxs məşğul olmuşdur. Şahid5 adına Çıxarış, həmçinin Plan və Ölçü sənədinin alınması üçün Təqsirləndirilən şəxs sabiq torpaq şöbəsinin müdiri Şahid3la danışıqlar aparmasının, habelə Şahid5 adına baza məlumatlarında torpaq sahəsinin olması barədə ona məlumatın Şahid3 tərəfindən verildiyinin şahidi olmamışdır. Ümumiyyətlə Şahid5 adına olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Şahid3la hər hansı bir danışıq aparmasını Təqsirləndirilən şəxs ona deməmişdir. Təqsirləndirilən şəxs Şahid5 adına Çıxarış, həmçinin Plan və Ölçü sənədi düzəltdirmək üçün müəyyən vəzifəli şəxslərə pul verməli olduğunu desə də, həmin vəzifəli şəxslərin içərisində Şahid3 adını çəkməmişdir. Təqsirləndirilən şəxs sənədləşmə işlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları, o cümlədən baş mühəndisi Şahid2 və müdir Qasım Əliyevlə etdiyini ona demişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun deyil, çünkü ilkin olaraq şəhərin Q.Nəbi küçəsində olan torpaq sahəsinə Plan və Ölçü sənədi almaq istəyərkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən istədikləri Q.Nəbi küçəsində yerləşən torpaq sahəsinə Plan və Ölçü sənədinin verilməsindən imtina olunmuş, bununla bağlı onlara rəsmi qaydada məlumat verilmiş, əsas kimi bazada olan məlumatlarda göstərilən torpaq sahəsi ilə sənədləşdirmək istədikləri torpaq sahələrinin arasında 5700 metr məsafənin olması qeyd olunmuşdur. Ən azından həmin imtina məktubundan sonra Təqsirləndirilən şəxs baza məlumatlarının dəyişdirilmədiyini bilmişdir. Bu haqda özü də həmin vaxt bilmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq sənədləşdirmək istədikləri torpaq sahəsinə sənəd ala bilməkdə, Reyestr Xidmətinin aidiyyəti əməkdaşlarının kömək edəcəyini dediyinə inanaraq, ona pul vermişdir. Ondan aldığı pulun bir çox hissəsini Şahid3 verməsi barədə Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Çünkü Təqsirləndirilən şəxs ondan aldığı pulu yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşlarına verdiyini və ya verəcəyini ona demişdir. Şahid5 adına olan torpaq sahəsinin sənədləşdirilməsinə görə Təqsirləndirilən şəxs ondan ümumilikdə 28.000 manat məbləğdə pul alması barədə dedikləri yalandır, çünkü reallıqda Təqsirləndirilən şəxs ondan həmin məsələ ilə bağlı 33 min manatdan artıq məbləğdə pul almışdır. Sonradan iş məhkəmədə olan vaxt Elgiz ona dəymiş zərəri tam şəkildə ödəmişdir. Ona görə də o, Təqsirləndirilən şəxs şikayətçi olmamışdır. Şahid5 adına olan «çıxarış» əsasında sonradan şəhərin Q. Nəbi küçəsində olan torpaq sahəsinin Zərərçəkmiş şəxs adlı qadına 20 min manata satılması barədə məlumatı yoxdur. Həmin satışdan ona heç bir məbləğdə pul verilməmişdir. Həmin torpaq sahəsinin sonradan X23 20 min manata satılmasını ifadəsi alınarkən bilmişdir. Şahid6 adlı şəxsi Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Şahid5 adına olan torpaq sahəsinin sənədləşdirilməsi prosesində Şahid6 iştirakı olmamışdır. Xatırladığına görə Şahid5 adına olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxslə Yevlax şəhərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə gedərkən bir neçə dəfə Şahid6 bizimlə yol yoldaşı olmuş, həmçinin Şahid5 adına alınmış «çıxarış» əsasında şəhərin Q.Nəbi küçəsində hasarlama işləri aparılarkən Şahid6 orada olmuşdur. Belə ki, Şahid6 torpaq sahəsinə traktor və ustalar gətirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yerləşən «Asudə» adlanan kafeni işlətməklə xərclərini ödəyir. Təqsirləndirilən şəxs 2003-cü ildən etibarən tanıyır. Münasibətləri pis deyildir. Təqsirləndirilən şəxs 2019-cu ilin sonlarından etibarən ona məxsus «Asudə» kafesini 350 manata icarəyə götürmüş, həmin kafeni 8 ay işlətmişdir. Həmin vaxt obyektin qarşı tərəfində o sərninləşdirici içki, dondurma və boks aparatı qoyub müştərilərə mövsümi xarakter daşıyan xidmət göstərmişdir. 2019-cu ilin sonlarında köhnə qonşusu Zakir ona zəng edərək anası Zərərçəkmiş şəxs torpaq alqı-satqısı etməli olmasını, onu aldadan olmasın deyə, onu «ASAN XİDMƏT» Mərkəzinə aparıb-gətirməyini xahiş etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında «ASAN XİDMƏT» Mərkəzinə aparmışdır. Oraya çatanda Təqsirləndirilən şəxs də Mərkəzin qarşısında olmasını görmüşdür. Mərkəzə daxil olandan bir müddət sonra Mingəçevir şəhəri 7 nömrəli məktəbdə müəllim işləyən German Musayevin də orada olmasını görmüşdür. Mərkəzə daxil olandan sonra divanda oturub bir qədər gözləmiş, Zərərçəkmiş şəxs alqı-satqı otağında tərtib olunan zəruri sənədlər imzanladıqdan sonra onu taksi ilə evinə aparmışdır. Sonra isə Zərərçəkmiş şəxs yaşlı adam olduğundan onun adına etibarnamə vermişdir. Bu barədə biləndən sonra adına etibarnamə verməsinə irad tutanda oğlu Zakirin Azərbaycan Respublikasında olmadığından ona işlərində köməklik etməsi üçün ona etibarnamə verməsini deyəndə, onunla razılaşmışdır. Alqı-satqıdan sonra Zərərçəkmiş şəxs torpağın alqı-satqısına nə qədər xərc çəkməsini maraq üçün soruşduqda, o, 16500 manat pul xərcləməsini demişdir. Banka depozit qismində 16000 manat pul qoyulmasından məlumatı olmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində həmin torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsinin, torpaq sahəsinə dair «çıxarış»ın alınması üçün banka depozit qoyulması üçün Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində pulun, həmçinin torpaq sahəsinin hasarının sökülməməsi, o cümlədən məhkəmə qaydasında torpaq sahəsinə dair «Plan və Ölçü » sənədinin alınması üçün əlavə olaraq 12000 (on iki min) manat, ümumilikdə isə Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində pulunun alınıb ələ keçirilməsindən xəbəri olması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü vicdanlı surətdə yanılmış kimi göstərsə də, iş materiallarına əlavə edilmiş sənədlər və şahid ifadələri onun həmin cinayətləri törətməsini təsdiq edir. Belə ki, məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid6 və Şahid7 öz ifadələrində təqsirləndirilən şəxsin həmin vaxt Mingəçevir “Asan Xidmət” Mərkəzində olduğunu təsdiq etmişlər. Eləcə də, qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs mübahisəli torpaq sahəsi ilə bağlı Şahid1 aldatmışdır. Bu da onu əsas verir ki, təqsirləndirilən şəxsin qabaqcadan formalaşmış niyyəti, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə aldadıb əmlaklarını onun ələ keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin Şahid5 özü notariat kontorunda olduğu halda Şahid7la Zərərçəkmiş şəxs arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanma səbəblərini inandırıcı formada izah edə bilməmişdir. Yalnız notariat kontorunda tələskənlik olduğundan müqavilənin Şahid7 tərəfindən bağlandığını və keçirdiyi psixi pozğunluqlarla bağlı həmin alqı-satqının təfərrüatlarını xatırlamadığını bildirmişdir. Halbuki, Şahid7 öz ifadəsində onun orada iştirak etməsini və depozitə pul keçirməsini Təqsirləndirilən şəxs xahiş etdiyini göstərmişdir. Onun müqabilində isə Təqsirləndirilən şəxs 170 manat muzd aldığını bildirmişdir. Ona görə də təqsirləndirilən şəxsin istinad etdiyi həmin hallar məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Belə ki, məhkəmənin icraatında olmuş 1(051)-13/2022 saylı cinayət işi üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının 18 sentyabr 2020-ci il tarixli 535 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, törədərkən və hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Ona şamil olunan həmin cinayət əməllərini törədərkən, yəni 2017-ci ilin son aylarından 2019-cu ilin son aylarınadək öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Hazırkı cinayət işi materiallarına nəzər yetirdikdə isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi cinayət əməlini də 2019-cu ildə törətmişdir. Yəni həmin cinayət əməlini törətdiyi zaman da anlaqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı törətdiyi cinayət əməlini etiraf etməməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdmüşdür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsini Təqsirləndirilən şəxs üzünə deməklə sonuncunu ifşa etmişdir. Cinayət işinin materiallarında olan Şahid5 Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarışın» verilməsinə əsas olan arxiv sənədlərinin əsli, Reyestr Xidmətində Şahid5 adına «JN 3465A» qeydiyyat nömrəsi ilə şəhadətnamənin baza məlumatları, digər sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin Şahid5 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarışın» verilməsi ilə əlaqədar sənədlər qovluğunun yuxarı hissəsində «İnventar N° 9021/27257» nömrəsi yazılmışdır. Qovluq 16 vərəqədən ibarətdir. Qovluq açıldıqda içərisində Şahid5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarışın» kompyuter proqramından çıxarılan nüsxəsidir. Digər vərəqdə əvvəllər tanınmış hüquqların qeydiyyata alınması üçün Şahid5 7E-10345, xx.xx.2019-cu il tarixli etibarnamə üzrə nümayəndəsi Şahid1 Reyestr Xidmətinə ünvanladığı ərizədir. «Ərizənin məqsədi» xanasında «əvvəllər tanınmış hüquqların qeydiyyatı» qeyd olunmuşdur. Ərizədə mülkiyyət hüquqlarının tanınması üçün müraciət olunan torpaq sahəsinin ünvanı qeyd olunmamışdır. Ərizənin sağ aşağı küncündə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Daşınmaz Əmlaka dair Hüquqların Dövlət Qeydiyyatı və Arayışların verilməsi şöbəsinin ştampı vardır. Ştampın içərisində ********** daxil olma nömrəsi və xx.xx.2019-cu il tarixi qeyd olunmuşdur. Digər vərəqdə X5 məxsus şəxsiyyət vəsiqəsinin surəti vardır. Digər vərəqdə Şahid5 X5 verdiyi ƏN-İ N° 743656 nömrəli xx.xx.2019-cu il tarixli etibarnamənin surəti vardır. Digər vərəqdə Şahid1 Ələvsər oğlunun şəxsiyyət vəsiqəsinin surəti vardır. Digər vərəqdə Şahid5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin hesabına «Kapital bank» vasitəsi ilə ödədiyi 60.00 manat pulun qəbzi vardır. Digər vərəqdə Şahid1 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xidmətlərin smetası, vərəqin sağ aşağı hissəsində «Sifarişçi Şahid1» adlı şəxsin adı yazılmış və adın qarşısında imza vardır. Digər vərəqdə Şahid5 Şahid1 verdiyi ƏN-İ JN 753129 saylı xx.xx.2019-cu il tarixli etibarnamənin surəti vardır. Digər vərəqdə Mingəçevir şəhər polis şöbəsinin rəis müavini X18 şəhəri, N.Rəfıbəyli küçəsi 11 saylı evin 27 saylı mənzilidə yaşayan vət.X5 ünvanladığı xx.xx.2019-cu il tarixli 158-282311-3219 nömrəli məktubdur. Həmin məktubda Şahid5 adına olan 2005-ci il tarixli 3465A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tapılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, lakin həmin sənədin tapılmaması qeyd olunmuşdur. Digər vərəqdə Mingəçevir qəzetinin 18 (584) nömrəli 30 avqust 2019-cu il tarixli tirajı vardır. Həmin qəzetin «ETİBARSİZ SAYİLİR» adlı başlığının yerləşdiyi hissədə «Şahid5 adına Mingəçevir şəhərində yerləşən 20 sot torpaq sahəsinə məxsus 2005-ci ildə verilmiş 3465A saylı şəhadətnamənin itdiyi üçün etibarsız sayılması» barədə elan yerləşdirilmişdir. Digər vərəqdə «Azərpoçtun» qəbzin birinci səhifəsində üzərində X5 Mingəçevir şəh.N.Nəfıbəyli küçəsi 11/27, xx.xx.2019 tarixli, ikinci səhifədə DƏDAX-nin 17 saylı Yevlax Ərazi İdarəsi, Yevlax şəhəri Q.Quliyev 8a, sözləri yazılmışdır. Digər vərəqin yuxarı sol tərəfində **********26 xx.xx.2019 tarixləri qeyd olunmuş, mətndən görünür ki Şahid5 nümayəndəsi Mingəçevir şəhəri, N.Rəfıbəyli küçəsi 11 mənzil 27-də yaşayan X5 daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş yazılmış, həmin imtinanın səbəbi isə 3465 A nömrəli torpaq sahəsinin naturada iddia edilən torpaq sahəsindən 5700 metr kənarda yerləşməsi göstərilmişdir. Digər vərəqdə Şahid5 7E-8526, xx.xx.2019-cu il tarixli etibarnamə üzrə nümayəndəsi X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə vardır. «Ərizənin məqsədi» xanasında əvvəllər tanınmış hüquqların dövlət qeydiyyatına alınması, ilkin texniki pasport, daşınmaz əmlaka ünvan verilməsi və qiymətləndirilməsi qrafaları vardır. Digər vərəqdə üç sətirdən ibarət qrafiklər vardır, qrafik 8 hissədən ibarət olmaqla birinci sətrində 3464, 1 X12, Mingəçevir şəhəri, 0,20, ikinci qrafikdə 3465, 1 Şahid5, Mingəçevir şəhəri, 0,20 sözlərinin üzəri narıncı rəngləngmişdir, üçüncü qrafikdə 3466, 1, X14, Mingəçevir şəhəri, 0,20 sözləri sözləri vardır. Digər vərəqdə qırmızı, göy, yaşıl qara rəngləri sxem şəklində çəkilmiş torpaq sahələrinin cizgilər vardır. Cinayət işinin materiallarında olan «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabına» baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, kitabın üz qabığı köhnəldiyi üçün bir qədər saralmış, sağ aşağı hissəsi yeyilərək cırılmışdır. Kitabın üz qabığında, yuxarı sağ küncdə kiril hərfləri ilə «Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 N°-li fərmanı ilə təsdiq edilmiş əsasnaməyə 4 nömrəli əlavə» sözləri qeyd olunmuşdur. Üz qabığının üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri vardır. Gerbin altında «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı» sözləri yazılmışdır. Kitab 99 səhifədən ibarət olmaqla səhifələnmiş, tikilmiş, qaytanlanmış və surquclanmışdır. Kitabın üz qabığı açıldıqda birinci səhifədə «Mingəçevir şəhərində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabı» sözləri yazılmışdır. Kitabın üçüncü vərəqəsi açıldıqda orada və sonrakı vərəqələrdə cədvəl tərtib olunmuşdur. Cədvəl 13 sütundan ibarətdir. 1-ci sütunun başlığında «torpaq mülkiyyətçisinin və istifadəçisinin soyadı və adı», 2-ci sütunun başlığında «torpaq sahəsi kim tərəfindən verilib», 3-cü sütunun başlığında «qərar və sərəncamın nömrəsi», 4-cü sütunun başlığında «ümumi sahə», 5-ci sütunun başlığında «əkin», 6-cı sütunun başlığında «dinc», yeddinci sütunun başlığında «çoxillik əkmələr», 10-cu sütunun başlığında «tikintilər altında», 11-ci sütunun başlığında «ümumi sahənin normativ qiyməti (man.)», 12-ci sütunun başlığında «şəhadətnamənin nömrəsi», 13-cü sütunun başlığında «şəhadətnamənin alınması barədə sənədin adı, və ya alanın adı, soyadı, imzası və tarixi» kiril qrafikalı əlifba ilə yazılmışdır. 8 və 9-cu sütunların başlığında heç bir söz yazılmamışdır. Kitabın növbəti vərəqələrinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, cədvəlin sütunlarının başlığına uyğun olaraq, həmin başlıqlarda göstərilən qeydiyyatlar aparılmışdır. Bundan başqa «3465A» seriya nömrəsi ilə Şahid5 adına «torpağın mülkiyyətə verilməsinə dair» hər hansı bir şəhadətnanamənin verilib-verilməməsini müəyyən etməkdən ötrü kitabın bütün səhifələrinə baxış keçirilən zamanı Şahid5 şəhadətnamənin verilməsi ilə bağlı heç bir qeydiyyatın aparılmaması müəyyən olunmuşdur. Kitablara baxış zamanı, əlavə nömrələrin qeyd edilməsi, nömrələrin sonradan dəyişdirilməsi müəyyən olunmadı, şəhadətnamələr və Kadastr sənədləri kitablarda sıra sayı üzrə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan «Elektron xəritə bazası» və «Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyahısına» baxış keçirilməsi haqqında xx.xx.2021ci il tarixli protokoldan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan «Elektron xəritə bazası» (DWJ) və «Torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyahısı» (DBF) İdarənin birinci mərtəbəsində «Kadastr üzrə baş mütəxəssisini) otağında yerləşir. Elər iki elektron bazaya giriş üçün nəzərdə tutulmuş «ARK GİS» proqramı «Kadastr üzrə baş mütəxəssisi) Leyla Məhərrəmovanın istifadəsində olan «HPıı markalı kompyuterinə yüklənmişdir. Elektron bazalara baxış keçirilməsi üçün mütəxəssis Leyla Məhərrəmova tərəfindən müvafiq komanda verilməklə «ARK GİS” proqramı açıldı. Bundan sonra istifadədə olan baza məlumatlarına daxil olundu. Elektron bazaya baxış zamanı müəyyən olundu ki, vətəndaşlara verilmiş «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin yerləşdirildiyi bazaya baxış zamanı, həmçinin müəyyən edilmişdir ki, Şahid5 adına 3465 nömrəsi ilə şəhadətnamənin baza məlumatları vardır və həmin məlumatlara əsasən ona ayrılmış 0,20 ha torpaq sahəsi Mingəçevir şəhəri «Üçxoz qəsəbəsinin ərazisində yerləşir. Baxış zamanı Şahid5 adına Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə torpaq sahəsinin ünvanı göstərilməyən Çıxarış verilməsi, lakin qeyd olunan əraziyə «plan-ölçü sənədinin verilməməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göndərdiyi xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən «Azərsu ASC”-nin Mingəçevir Sukanal İdarəsinin su təmizləyici qurğularının yerləşdirilməsi nəzərdə tutulmuş dövlətə məxsus 1,44 ha torpaq sahəsinin təqribən 2000 m2 hissəsi Təqsirləndirilən şəxs tərəfindən metal torla hasara alınaraq zəbt olunmuş və həmin əraziyə çoxlu sayda çinar və küknar ağacları əkilmişdir. Həmin akta Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən «Azərsu ASC-nin Mingəçevir Sukanal İdarəsinin balansında olan 1,44 ha torpaq sahəsinin peyk görüntüsü və zəbt olunmuş ərazinin şəkili əlavə edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən «Azərsu ASC-ninıı Mingəçevir Sukanal İdarəsinin su təmizləyici qurğularının yerləşdirilməsi nəzərdə tutulmuş dövlətə məxsus 1,44 ha torpaq sahəsinin təqribən 2000 m2 hissəsi metal torla hasarlanmış və hasara alınmış torpaq sahəsinin içərisində müxtəlif ağaclar əkilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ərazini hadisə yerində göstərmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-13/2022 saylı hökmündən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1,178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-456/2022 nömrəli qərarının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-13/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-97/2021 saylı qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 0.20 ha torpaq sahəsinə naturadakı vəziyyətinə uyğun torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası iddiaçının ərizəsi əsasında geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanıverdiyi ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Mustafayev X6 şəhəri, Bahar küçəsi 61 ünvanında yaşayan Şahid5 adına, 2004-2006-cı illərdə torpaq islahatı zamanı «JN-3465A» №-li «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsi ərazisindən 0,20 ha torpaq sahəsinin ayrıldığını, lakin həmin şəhadətnamənin birinci və ikinci nüsxələrinin çap variantlarının olmamasına baxmayaraq, onun elektron baza məlumatlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan «Elektron xəritə bazası» və «Elektron adlı siyahısında» olduğunu 2019-cu ilin may-iyun aylarında öyrəndikdən sonra, Şahid5 adına olan «JN-3465A» seriya nömrəli «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin «elektron baza məlumatlarına» əsasən ayrılmış torpaq sahəsinin şəhərin «Üçxoz» qəsəbəsində olduğunu yəqin bildiyi halda, özü sənədləşdirmə prosesindən kənarda qalmaq üçün həmin ərəfələrdə Şahid5la görüşüb, sonuncunun adına «elektron baza məlumatları» olan torpaq sahəsinə sənədləşdirmənin və sair səlahiyyətlərin həyata keçirilməsi üçün Şahid5 tərəfindən Şahid1 xx.xx.2019-cu il tarixli, 753129 №-li etibarnamənin verilməsini təşkil etdikdən sonra kənardan bütün sənədləşmə prosesinin gedişatına təsir göstərərək, Şahid5 adına 0,20 ha torpaq sahəsinin elektron baza məlumatları Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsinə aid olduğu halda, DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsindən alacağı və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən «çıxarışda» və «plan-ölçü» sənədində ünvanın ünvan 3-nin 17 saylı Yevlax ərazi idarəsinin aidiyyəti əməkdaşlarının razılığını ala bilmədiyini anlayıb, Şahid5 adına Mingəçevir şəhərində ünvan qeyd olunmayan 0,20 ha torpaq sahəsinə yalnız xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli «Çıxarış»ın alınmasına nail olmuş və 2019-cu ilin sonlarında özünə torpaq sahəsi almaq niyyətində olan Zərərçəkmiş şəxs ilə tanışı Şahid6 vasitəsi ilə tanış olduqdan sonra aldatma və etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək niyyəti ilə sonuncuya Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və «Azərsu ASC-nin» balansında olan, hasarlanmış 0,20 ha torpaq sahəsini və Şahid5 adına olan, torpaq sahəsinin ünvanı qeyd olunmayan xx.xx.2019-cu il tarixli, ********** nömrəli «çıxarışı»nı göstərib, şəhərin Q.Nəbi küçəsindəki hasarlanmış 0,20 ha torpaq sahəsi ilə «çıxarışda» ölçüləri qeyd olunan torpaq sahələrinin eynilik təşkil etdiyini yalandan bildirib, məhkəmə qaydasında həmin torpaq sahəsinə ünvan sənədini, yəni «plan-ölçü» sənədini də alacağını vəd verməklə, sənəddə koordinatları və ünvanı əks olunmayan faktiki olaraq xəyali torpaq sahəsini Zərərçəkmiş şəxs satmaqla bağlı onun razılığını aldıqdan sonra, Şahid5 adına 0,20 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli «çıxarış»la bağlı sənədləşdirmənin və sair səlahiyyətlərin həyata keçirilməsi üçün Şahid5 tərəfindən Şahid7 xx.xx.2020-ci il tarixli, 792 saylı etibarnamənin verilməsini, daha sonra isə Şahid7la Zərərçəkmiş şəxs arasında həmin çıxarışda ünvanı qeyd olunmayan 0,20 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edib, vahid niyyətlə əhatə olunan qəsdlə reallıqda «çıxarışda» ölçüləri qeyd olunmuş torpaq sahəsi ilə naturada Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsi ilə eynilik təşkil etməyən xəyali torpaq sahəsinin Zərərçəkmiş şəxs satılmasını təşkil etməklə və buna görə xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində «Asan Xidmət» Mərkəzində Zərərçəkmiş şəxs 8000 manat, torpaq sahəsini əhatə edən hasarı sökməmək, torpaq sahəsinə məhkəmə qaydasında ünvan sənədi almaq və sair bu kimi yalan vədlər verməklə 2020-ci ilin yanvar ayının sonlarından mart aymadək hissə-hissə olmaqla əlavə 12.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləğdə pulunu alaraq, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə özünün şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyərinə görə əhəmiyyətli dərəcədə fərqlənən, «Azərsu ASC-nin» balansında olan, hasarlanmış, Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsini faktiki göstərib təklif etsə də, əslində elektron baza məlumatlarında Mingəçevir şəhəri, «Üçxoz» qəsəbəsində yerləşən Şahid5 adına olan 0,20 ha torpaq sahəsinin satılmasını təşkil etməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 5 saylı MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun barəsində 5 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və həmin cəzanı AR CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən, çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstutusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən birinci hökmlə təyin edilmiş çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, cinayət işi materiallarında olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 4949/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkmək üçün xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixədək o, cəzasının 1 ay 13 gününü çəkmiş, çəkilməmiş hissəsi isə 2 il 4 ay 17 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-13/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə Mingəçevir icra və probasiya şöbəsində qeydiyyata alındığı, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, Şahid2 «Avtokad» proqramı vasitəsi ilə hazırlayaraq 2019-cu ilin sonlarında ona verdiyi «Mingəçevir ŞİH-nin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə Şahid5 verilmiş torpaq sahəsinin planı M1 : 2000. Təsdiq edirəm: Mingəçevir Bələdiyyəsinin sədri C.Ə.Abdullayev» sözləri yazılmış aşağı hissəsində «X» və «Y» koordinatları əks olunmuş və üzərində «Nəsimi» küçəsi, «Sahil» küçəsi «Axmaz Ərazi» qeyd olunan, heç bir imza və möhür əksi olmayan tərtibatçı kimi Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin adı qeyd olunmuş torpaq sahəsinin «cizgisi», Təqsirləndirilən şəxs istifadəsində olan qarajdan aşkar olunmuş və digər sənədlərin içərisində olan özünə məxsus, üzərində möhür əksləri olan şəxsiyyət vəsiqəsinin surəti və üzərində möhür əksləri olan öz adından yazdığı ərizəsi, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən götürülmüş, X1 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçü» sənədinin verilməsinə əsas olan; Şahid5 Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarışın» verilməsinə əsas olan sənədlərin saxlandığı qovluq, X13 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və „ «Torpaq sahəsinin Plan və Ölçüsü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlanıldığı, X2 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçüsü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlandığı, X3 xüsusi mülkiyyət hüququnu təsdiq edən «çıxarış» və «plan-ölçü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlandığı qovluqlar, həmçinin X13 adına hazırlanmış «JN-3950A» seriya nömrəli və X3 adına hazırlanmış «JN-2174Hsaylı «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr iş üzrə əhəmiyyət kəsb edən halları özündə ehtiva etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan qarajdan götürülmüş, üzərində «Trodat printu 4642» sözləri yazılmış, içərisində dairəvi formada «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi. Mingəçevir şəlıər şöbəsi» sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişəsi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində «Horse» sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada «Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu. Şəki rayonlararası Yerquruluşu İdarəsi» sözləri həkk olunmuş möhür klişəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)- 13/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı, xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, Şahid2 «Avtokad» proqramı vasitəsi ilə hazırlayaraq 2019-cu ilin sonlarında ona verdiyi «Mingəçevir ŞİH-nin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarı ilə Şahid5 verilmiş torpaq sahəsinin planı M1 : 2000. Təsdiq edirəm: Mingəçevir Bələdiyyəsinin sədri C.Ə.Abdullayev» sözləri yazılmış aşağı hissəsində «X» və «Y» koordinatları əks olunmuş və üzərində «Nəsimi» küçəsi, «Sahil» küçəsi «Axmaz Ərazi» qeyd olunan, heç bir imza və möhür əksi olmayan tərtibatçı kimi Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin adı qeyd olunmuş torpaq sahəsinin «cizgisi», Təqsirləndirilən şəxs istifadəsində olan qarajdan aşkar olunmuş və digər sənədlərin içərisində olan özünə məxsus, üzərində möhür əksləri olan şəxsiyyət vəsiqəsinin surəti və üzərində möhür əksləri olan öz adından yazdığı ərizəsi, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən götürülmüş, X1 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçü» sənədinin verilməsinə əsas olan; Şahid5 Mingəçevir şəhərində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarışın» verilməsinə əsas olan sənədlərin saxlandığı qovluq, X13 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və „ «Torpaq sahəsinin Plan və Ölçüsü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlanıldığı, X2 xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və «Torpaq sahəsinin Plan və Ölçüsü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlandığı, X3 xüsusi mülkiyyət hüququnu təsdiq edən «çıxarış» və «plan-ölçü» sənədinin verilməsinə əsas olan sənədlərin saxlandığı qovluqlar, həmçinin X13 adına hazırlanmış «JN-3950A» seriya nömrəli və X3 adına hazırlanmış «JN-2174Hsaylı «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr iş üzrə əhəmiyyət kəsb edən halları özündə ehtiva etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istifadəsində olan qarajdan götürülmüş, üzərində «Trodat printu 4642» sözləri yazılmış, içərisində dairəvi formada «Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi. Mingəçevir şəlıər şöbəsi» sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişəsi yerləşdirilmiş bir ədəd möhürqabı, həmçinin üzərində «Horse» sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada «Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu. Şəki rayonlararası Yerquruluşu İdarəsi» sözləri həkk olunmuş möhür klişəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar