Məhkəmə qərarları › İş №1(051)-5/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-5/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-5/2024 26.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa Bağ massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.672 qram olan narkotik vasitə - heroini əynindəki ağ rəngli köynəyinin sol döş cibində saxlayaraq, daşımış, 10 avqust 2022-ci il tarixdə saat 12:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Kolxoz bazarının» yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına şübhəli şəxs qismində aparılıb üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli köynəyinin sol döş cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş bükümdə 0,043 qram çəkidə narkotik vasitə - heroini üzərində saxlayaraq daşıyıb, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Zərif» şadlıq sarayının yaxınlığında əvvəlcədən tanıdığı Şahid8 20 manata qanunsuz olaraq satmış, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,152 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Şahid8 satdığı 0,043 qram çəkidə narkotik vasitə heroin xx.xx.2022-ci il tarixdə saat 20 radələrində sonuncunun üzərinə Mingəçevir ŞPŞ-də şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Zərif» şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı 0,152 qram çəkidə narkotik vasitə - heroin onun əynində olan qara şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş hər iki epizod üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, ilk olaraq cinayət məcəlləsinin 234.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamlarla razı deyildir, ona qarşı irəli sürülən CM-nin 234.1-ci maddəsi ilə tərtib edilmiş ittiham əsassızdır. Narkotik vasitə onun olmamışdır. Həmin narkotik vasitəni onun üzərinə zorla qoymuşlar. Düzdür narkotik vasitədən istifadə edir, lakin həmin gün tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Əməliyyatçılar onu səhər saat 10-nun yarısında oğurluq etdiyinə görə tutub polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra onu 3-cü mərtəbəyə qaldırılmışlar. Orada ona Mingəçevir şəhər ərazisində oğurluq etməsi barədə bildirilən zaman o, oğurluq etmədiyini bildirdikdə tanımadığı 10-15 nəfər polis əməkdaşları bədəninin hər yerindən yumruq və təpiklə vurmuşlar. Polis şöbəsində təxminən 4 saat onu döymüşlər. Daha sonra zərərçəkən polis şöbəsində bildirmişdir ki, oğurluğu edən Təqsirləndirilən şəxs deyildir. Həmin günü onu şöbədən buraxmadılar. Saat 17:00-da onun əməlini sənədləşdirdilər ki, guya narkotik vasitə onun üzərində olmuşdur. Orxan adlı polis əməkdaşı onun yanına gəlib köynəyinin döş cibinə narkotik vasitə qoyaraq özünü döydürməməyini və narkotik vasitənin onun olmasını demişdir. Ona demişlər ki, narkotik vasitəsini tapmışdır kimi ifadə versin. Həmin narkotik vasitəni guya Tural adında şəxsə satması kimi sənədləşdirdilər. O isə döyülməkdən qorxduğu üçün razı olmuş və Emirin əvvəlcədən ona dediyi kimi ilkin olaraq ifadə vermişdir. Emir adlı polis əməkdaşı həmçinin onun şalvarının sol yan cibinə narkotik vasitə qoyaraq həmin narkotik vasitənin onun olduğunu demişdir. Orada Emir ona 2 gündən sonra buraxacağını, ona narkotik vasitəni Namiq adlı şəxsdən aldığını deməyini, həmçinin Namiqdən aldığı narkotik vasitəni isə Turala satmağını deməsini tələb etmişdir. O isə qorxduğu üçün razılaşmışdır. Sonra onu sanksiyaya çıxardılar lakin prokuror imtina etdi. Sonra onun telefon danışıqları da yoxlanıldı lakin heç nə aşkar edə bilmədilər. Əgər o satan olsa idi telefon vasitəsi ilə nələrsə aşkar edə bilərdilər. Onun üstündə nə narkotik maddə olmayıb nə də narkotik maddə satmayıbdır. Onun elə bir imkanı da yoxdur ki, narkotik maddə satsın. Düzdür narkotik maddədən istifadə edir, lakin mütəmadi olaraq istifadə etməmişdir. Hesab edir ki, istintaq düzgün aparılmayıb. Ona qarşı haqsızlıq olunub. Hər iki maddə üzrə onu haqsız yerə ittiham ediblər. O, tutulan zaman üstündə heç bir narkotik maddə olmayıb. Narkotik maddəni onun üstünə şöbədə qoyublar. Ona polis şöbəsində fiziki güc tətbiq edərək zorla həmin narkotik maddənin onun olduğunu boynuna qoyublar. Bir daha qeyd edir ki, tutulan zaman üzərində heç nə olmamışdır, ittihamda qeyd olunanları təzyiq altında boynuna almışdır. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la Mingəçevir şəhərində yaşayan Şahid8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid8 Mingəçevir şəhəri, Samux küçəsi, Zərif şadlıq sarayının yaxınlığında onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Şahid8 Mingəçevir ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X4 dəvət olundu və vəkilin iştirak ilə Şahid8 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Şahid8 izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Şahid8 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Şahid8 təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Daha sonra onun və digərlərinin iştirakı ilə Şahid8 üzərinə baxış keçirildi və baxış zamanı Şahid8 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş büküm aşkar olundu. Şahid8 əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş bükümə baxış keçirilən zaman içərisində spesifik iyindən və rəngindən narkotik vasitə olan heroin olması müəyyən olundu. Həmin narkotik vasitəyə oxşar bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Şahid8 əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş bükümdə olan kütlənin ümumi çəkisi 0.2 qram olması müəyyən edildi. Sorğu zamanı Şahid8 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan heroin olmasını və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs 20 manat müqabilində Mingəçevir şəhəri, Samux küçəsi, Zərif şadlıq sarayının yaxınlığında aldığını bildirmişdir. Narkotik vasitə heroinə oxşar kütlə qablaşdırıldı və zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞnin 76 nömrəli möhürü ilə möhürləndi. Bundan başqa ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o. Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Samux küçəsi, Zərif şadlıq sarayının yaxınlığında onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Hacıyev X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X5 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlama'sı, satışı və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Daha sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin kağızına bükülmüş büküm aşkar olundu. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş bükümə baxış keçirilən zaman içərisində spesifik iyindən və rəngindən narkotik vasitə olan heroin olması müəyyən olundu. Həmin narkotik vasitəyə oxşar bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş bükümdə olan kütlənin ümumi çəkisi 0.16 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Namiq Qasımovdan 19 manat müqabilində almış olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini üzərində bir qədər istifadə etdikdən sonra həmin narkotik vasitəni 20 manat müqabilində xx.xx.2022-ci il tarixdə Mahmuodov Tural Şahid oğluna 20 manat müqabilində satmış olduğunu bildirdi. Narkotik vasitə heroinə oxşar kütlə qablaşdırıldı və zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi Həmçinin Şahid1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs dedikləri yalan olduğunu xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid8 Mingəçevir şəhər Samux küçəsi Zərif şadlıq sarayının yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-nə gətirldiyini, və Şahid8 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs aldığını bildirdiyini, bundan sonra Mingəçevir ŞPŞ-nin TB-nin əməkdaşı Elşən Şükürovun raportuna əsasən xx.xx.2022-ci il tarixdə o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Zərif şadlıq sarayının yanında saxlayıb polis şöbəsinə dəvət etdiyini və polis şöbəsinə gəldikdən dərhal sonra vəkil Çingiz Məmmədov şəxsin hüquqlarını müdafiə etməsi üçün dəvət edildiyini və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduğunu, Təqsirləndirilən şəxs dedikləri tamamilə uydurma olduğunu və həmin vaxt Qoşqar adlı polis əməkdaşı onların yanında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. İfadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində o. Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid7 və Şahid6 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti, mərkəzi bazarın yaxınlığında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Hacıyev X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X5 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Daha sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyinsol döş cibindən bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş büküm aşkar olundu. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli köynəyin sol döş cibindən aşkar edilmiş bükümə baxış keçirilən zaman içərisində spesifik iyindən və rəngindən narkotik vasitə olan heroin olması müyyən olundu.. Həmin narkotik vasitəyə oxşar bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarın sol döş cibindən aşkar edilmiş bükümdə olan kütlənin ümumi çəkisi 1.06 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan heroin olmasını və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Samux küçəsi Zərif şadlıq sarayının yaxınlığından piyada gedən zaman yerdən bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş büküm tapdığını və içərisinə baxan zaman içərisindəkinin rəngindən və spesifik iyindən narkotik maddə olan heroin olduğunu bildi və istifadə etmək üçün əynindəki ağ rəngli köynəyin sol döş cibində qouyduğunu bildirdi. Narkotik vasitə heroinə oxşar kütlə qablaşdırıldı və zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞnin 76 nömrəli möhürü ilə möhürləndi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, ƏHQ-nin inspektoru Şahid7 və Mingəçevir ŞPŞ-nin, İTB-nin sahə polis nəfəri Şahid6 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Mingəçevir ŞPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs onun xidməti ərazisində yəni Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığını, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı cəzaçəkmə müəssəsində cəza çəkdiyini bildiyini və ərazinin əməliyyat müvəkkili kimi Təqsirləndirilən şəxslə dəfələrlə proflaktiki söhbətlər apardığını bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatların tamamilə yalan olduğunu belə ki, xx.xx.2022-ci il tarixdə onun Təqsirləndirilən şəxs ümumiyyətlə görmədiyini və şəxsin barəsində əməliyyat məlumatı olub polis şöbəsinə gətirilməsindən xəbəri olmadığını, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1 yanında heç bir fiziki zor tətbiq etmədiyini və Şahid1 onun üzərinə narkotik vasitə qoyması barədə Təqsirləndirilən şəxs dediklərini şər böhtan hesab etdiyini bildimişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməkdaşı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Elxanı tanıyır, aralarında heç bir ədavət olmamışdır. Elxanla metal bazada işləmişlər dəmir yığmışlar. Əvvəllər narkotik vasitədən istifadə ediblər. Lakin Elxana heç bir narkotik vasitə satmamışdır. Narkotik vasitədən də istifadə etmişlər. Həmin gün onu polislər günorta saatlarında Zərif şadlıq evinin yanında tutub polis şöbəsinə gətirmişlər. Elxanla həmin gün bir yerdə olmuşlar və narkotik vasitədə olan heroindən istifadə etmişlər. Onu polis şöbəsinə gətirəndə orada həmin günü Elxanı da görmüşdür. Narkotik vasitəni Elxan bilmədiyi bir yerdən almışdır. Lakin o, həmin gün narkotik vasitəni almaq üçün Elxana pul verməmişdir. Yəni Elxan ona narkotik vasitəni satmamışdır. Lakin ibtidai istintaqda verdiyi ifadəni düz verməmişdir. Elxanla pula görə ədavətləri olmuşdur ona görə ibtidai istintaq zamanı hirsli olduğu üçün Elxanın əleyhinə səhv ifadə vermişdir. Onlar narkotik vasitəni yalnız bir yerdə istifadə ediblər. Elxan ona və başqalarına heç vaxt narkotik vasitə satmamışdır. Elxanın həmin narkotik vasitəni haradan aldığını bilmir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 həmin tarixdə saat 20:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40 radələrində CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görür ki, Şahid8 üzərindən aşkar edilmiş narkotik vasitə heroin şəxsi istehlak miqdarından olmadığına görə şəxsin barəsində şübhəli şəxs statusuna xitam verilmişdir. Cinayət işinin aidiyyatı üzrə verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə şəhər polis şöbəsinin istintaq bölməsinə verilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünr ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********** nömrəli cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünr ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir Cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrə altında istintaqı aparılan cinayət işi, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmişdir Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi əlamətləri olduğundan həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinin aidiyyətı üzrə verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə şəhər polis şöbəsinin istintaq bölməsinə verilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:35 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmiş, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki ağ rəngli köynəyin sol döş cibindən bir ədəd siqaretin rəngli kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman həmin bükümün içərisindəki kütlənin ümumi çəkisi 1.06 qram narkotik vasitə olan heroin olması aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin rəngli kağzına bükülmüş bükümü könüllü olaraq təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman həmin bükümün içərisindəki kütlənin ümumi çəkisi 0.16 qram narkotik vasitə olan heroin olması aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli baxış protokoldan görünür ki, Şahid8 üzərinə şəxsi axtarış keçirilən zaman Şahid8 könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin rəngli kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman həmin bükümün içərisindəki kütlənin ümumi çəkisi 0.2 qram narkotik vasitə olan heroin olması aşkar olunmuşdur xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid8 Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə ondan 20 manat müqabilində Mingəçevir şəhəri, Samux küçəsi, Zərif şadlıq sarayının yaxınlığında narkotik vasitə olan heroin aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus KGTEL Bİ 10 markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus “KGTEL Bİ 10” markalı mobil telefonda onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olan ***-***-**-** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 15:37-də. xx.xx.2022-ci il tarixdə saat 15:50-də. xx.xx.2022-ci il tarixdə saat 16:07-də xx.xx.2022-ci il tarixdə saat 16:11 -də, xx.xx.2022-ci il tarixdə saat 16:12-də, xx.xx.2022-ci il tarixdə saa 16:19-də qısa zənglər olması və Şahid8 ilə əlaqə saxlaması aşkar olundu. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsinə olan Mingəçevir şəhər Məhkəməsinin qərarına əsasən əldə edilmiş ***-***-**-** mobil nömrəsinə daxil olan çıxan zənglər olan diskə tərəfimdən baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 21:22-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 31 saniyə, xx.xx.2022-ci il tarixdə saat 21:12-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 28 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:57- də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 41 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:56-da Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 135 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:43-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 46 saniyə xx.xx.2022-ci il tarixdə saat 20:43-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 15 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:42-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 91 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:20-də Namiq Həsənova məxsus ***- ***-**-** saylı mobil nömrə ilə 127 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:12-də Namiq Həsənova məxsus 055- ***-**-** saylı mobil nömrə ilə 55 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:57-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 105 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:21-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 58 saniyə, xx.xx.2022-ci il tarixdə saat 20:06- da Namiq Həsənova məxsus ***- ***-**-** saylı mobil nömrə ilə 89 saniyə, xx.xx.2022-ci il tarixdə saat 19:31-də Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 443 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:29-da Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 06 saniyə, xx.xx.2022-ci il tarixdə saat 08:21-da Namiq Həsənova məxsus ***-***-**-** saylı mobil nömrə ilə 107 saniyə və sair vaxtlarda mütəmadi olaraq Namiq Həsənovla telefon danışıqları görsənir. xx.xx.2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 17/711 N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0.152 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid8 üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü -ağ rəngli kağızı bükümdə təmiz çəkisi -0.043 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürlümüş ...” sözləri yazılmış zərfin içərisindəki heroinlə, təqdim edilmiş üzərində “Vət. Şahid8 üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki heroin tərkiblərinə görə eynidirlər. 220650116 nömrəli cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/627 N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0.672 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin haradan əldə etməsi, narkotik vasitələrin alveri ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün xx.xx.2022-ci il tarixdə əməliyyat tapşırığı verilmiş, xx.xx.2022-ci tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan əldə etməsi və narkotik vasitə olan heroini kimlərdən əldə etməsi barədə hər hansı bir məlumat əldə edilməmişdir. Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə ilkin xalis çəkisi 0.672 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.622 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş ilkin xalis çəkisi 0.152 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.102 qram olan narkotik vasitə olan heroin və Şahid8 aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.043 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.033 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 3(üç) ay müddətdə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 08 noyabr -Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. MKT İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Hacıyev X3 şəhəri köhnə xəstəxana ətrafında qeydiyyatsız yaşayır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neman oğlu barədə yaşadığı müddətdə qonşulardan və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edərək azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,672 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,622 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs aşkar edilmiş ilkin xalis çəkisi 0,152 qram olan müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,102 qram olan narkotik vasitə olan heroin və Şahid8 aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,043 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi qalıq çəkisi 0,033 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınması və saxlanılması üçün maddi sübutların saxlanc otağına təhfil verilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs Neman oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmamasını, əvvəlcədən tanıdığı Şahid8 ilə görüşməsi, Orxan adlı polis əməkdaşı onun yanına gəlib köynəyinin döş cibinə narkotik vasitə qoymasını, özünü döydürməməsini və narkotik vasitənin onun olmasını bildirməsini, həmin narkotik vasitəni guya Tural adında şəxsə satması kimi öyrədilməsi, Emirin əvvəlcədən ona dediyi kimi ilkin olaraq ifadə verməsi, Emir adlı polis əməkdaşı həmçinin onun şalvarının sol yan cibinə narkotik vasitə qoyaraq həmin narkotik vasitənin onun olduğunu deməsi, orada Emirin ona 2 gündən sonra buraxacağını, ona narkotik vasitənin Namiq adlı şəxsdən aldığını deməsini, həmçinin Namiqdən aldığı narkotik vasitəni isə Turala satmamağı ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Digər hal ekspert rəyi ilə də təsdiq edilir ki, Şahid8 üzərindən çıxan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin tərkiblərinə görə eyni olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Şahid8 ilə əvvəlcədən razılıq əldə narkotik vasitə olan heroini 20 manat məbləğində pul müqabilində ona satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin üzləşdirmə zamanı Şahid8 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Neyman oğlunun ondan pul müqabilində narkotik vasitə heroin aldığını sonuncunun üzünə qarşı demişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımaqla, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib gizlədərək saxlamaqla və qanunsuz olaraq narkotik vasitəni satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs Neman oğlunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Neman oğlu 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.672 qram olan narkotik vasitə - heroini əynindəki ağ rəngli köynəyinin sol döş cibində saxlayaraq, daşımış, 10 avqust 2022-ci il tarixdə saat 12:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Kolxoz bazarının» yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına şübhəli şəxs qismində aparılıb üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki ağ rəngli köynəyinin sol döş cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,672 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi bir ədəd siqaretin qızılı rəngli kağıza bükülmüş bükümdə 0,043 qram çəkidə narkotik vasitə - heroini üzərində saxlayaraq daşıyıb, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Zərif» şadlıq sarayının yaxınlığında əvvəlcədən tanıdığı Şahid8 20 manata qanunsuz olaraq satmış, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,152 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Şahid8 satdığı 0,043 qram çəkidə narkotik vasitə heroin xx.xx.2022-ci il tarixdə saat 20 radələrində sonuncunun üzərinə Mingəçevir ŞPŞ-də şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «Zərif» şadlıq sarayının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı 0,152 qram çəkidə narkotik vasitə - heroin onun əynində olan qara şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsini özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən atış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,672 və 0,152 qram olan narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmış, lakin məhkumluğu ödənilmədən 10 avqust 2022-ci il və 08 sentyabr 2022-ci il tarixlərində yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Hacıyev X2 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Hacıyev X2 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq (Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır), üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini, həmçinin 10 avqust 2022-ci il tarixində və xx.xx.2022-ci il tarixində AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməllərin törətməsi cinayətlərin təkrarlığını yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət və 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, (CPM- 158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,622 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,102 qram olan narkotik vasitə heroin, Şahid8 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,033 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 171,22 (bir yüz yetmiş bir manat iyirmi iki qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət və 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3– cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, 26 yanvar 2024–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş 0,622 qram narkotik vasitə - heroin və 0,102 qram narkotik vasitə - heroin, Şahid8 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,033 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 171.22 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar