Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-5/2025 03.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs X14, müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxs X8 hüquqi varisi, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, mülki cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, tərcüməçi X16 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Türkiyə Respublikası, Dənizli şəhəri, Acıpayam rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin ümumi cərrahı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X24 işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı kimi peşə vəzifəsini lazımi səviyyədə yerinə yetirməyərək, 06 aprel 2023-cü il tarixdə “daşlı xolesistetkomiya” diaqnozu ilə "xxxx" MMC-yə daxil olmuş X8 üzərində həmin tibb müəssisəsində “laporoskopik xolesistetkomiya” cərrahi əməliyyatını texniki qüsurla həyata keçirib cərrahi əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasını zədələyərək qanaxmaya səbəb olmuş, xx.xx.2023-cü il tarixədək stasionarda müalicələr aldığı vaxtda xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirməmiş, 19 aprel 2023-cü il tarixdə yenidən həmin tibb müəssisəsinə daxil olmuş xəstəyə “qanaxma” diaqnozu təyin etməli olduğu halda “qanaxma şübhəsi” diaqnozunu qismən səhv təyin edərək baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələrini aparmayaraq və qanitirmənin səbəbini müəyyən etməyərək xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmuş, daha sonra xəstə yenidən 04 may 2023-cü il tarixdə "xxxx" MMC-yə “qanaxmalı hemangioma” diaqnozu ilə daxil olsa da, cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyib, xəstədə “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı”ının aparılmasını gecikdirərək həmin əməliyyatı xx.xx.2023-cü il tarixdə icra etmiş, habelə əməliyyat otağına damar cərrahı dəvət etməli və əməliyyatın ixtisaslaşmış mütəxəssis tərəfindən icra olunması üçün təşəbbüs göstərməli olduğu halda, ixtisaslaşmış mütəxəssisi dəvət etməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olmuşdur. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı tərcüməçi X16 iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X24 ona qarşı Azərbaycan Respublikası CM–in 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi, həmçinin ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etmədi və ifadəsində göstərdi ki, 1998-ci il tarixdə Türkiyə Respublikası Eskişehir Osmanqazi Universitetinin Tibb fakültəsini bitirmişdir. 2021-ci il tarixdən hal-hazırki dövrə kimi Mingəçevir şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ümumi cərrah vəzifəsində işləyir. X9 06 aprel 2023-cü il tarixdə hospitala etdiyi müraciət ilə bağlı tanımışdır. Sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əfqan Rzayev birinci dəfə 06 aprel 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Əfqanın şikayəti bir necə aydır ki, qarın nahiyəsində olan ağrılar, yeməkdən sonra köp əlamətlərindən olmuşdur. Əfqan Şəki şəhərində xatırlamadığı xəstəxanada ultrasəs müayinəsindən keçmiş, həmin müayinənin nəticəsinə görə öd kisəsində bir neçə daş olması müəyyən edilmişdir. X40 öd kisəsindən əməliyyat olmaq ilə bağlı onun fəaliyyət göstərdiyi xəstəxanaya müraciət etmişdir. Həmin gün əməliyyat üçün müvafiq analizlər, ağciyər rentgenoqrafiyası və ürək kordioqraması aparıldıqdan sonra “laparoskopik kolesistektomi” cərrahi əməliyyatı Əfqan Rzayevə aparılmış və əməliyyat fəsadsız keçmişdir. Əməliyyatdan sonra bir gün stasionar şöbədə ağrı kəsici və antibiotik verilərək gözlənilmişdir. Xəstənin vəziyyəti kafi olduğu üçün 07 aprel 2023-cü il tarixdə ambulator müalicə üçün evə buraxılmışdır. Həmin vaxtdan bir həftə sonra X40 cərrahi əməliyyat tikişlərinin sökülməsi üçün hospitala müraciət etmişdir. Əfqanın tikişləri sökülmüş vəziyyəti yaxşı qiymətləndirilmiş və dərmanları ilə bağlı müvafiq tövsiyyələr aldıqdan sonra yenidən evə buraxılmışdır. 19 aprel 2023-cü il tarixdə Əfqan Rzayevin adını və soyadını bilmədiyi arvadı ona zəng vurub, Əfqanın dilinin qatlandığını, təzyiqinin düşdüyünü demişdir. Həmin məlumatı aldıqdan sonra sonuncunun arvadından Əfqanı təcili Regional Hospitala gətirmələrini istəmişdir. Həmin gün Əfqan Rzayev yenidən Regional Hospitala müraciət etmiş, stasionar müalicəyə alınmışdır. Əfqanın ümumi qan analizinin nəticələrində mülayim dərəcədə qan azalması (8,3 qram DL) müəyyən edilmiş, eyni gün iki torba qan köçürülmüşdür. Qan köçürülməsindən sonra hemoqlobin 10,5 q/dl-yə qalxmışdır. Əfqanın qarnı yumuşaq olmaqla, kəskin qarın vəziyyəti aşkar edilməmişdir. Buna görə bir az qan itirməsi olduğu və sonra həmin qan itirməsinin dayandığı müəyyən edilmişdir. 21 aprel 2023-cü il tarixdə Əfqana qan artırıcı dərman vasitələri təyin edilməklə, ambulator müalicə üçün evə buraxılmışdır. Həmçinin sonuncu on gün sonra yenidən müayinəyə çağırılmışdır. 04 may 2023-cü il tarixdə o, digər şəxsin cərrahi əməliyyatında olduğu zaman, Əfqanın yoldaşı zəng vurub sonuncunun təzyiqinin aşağı düşdüyünü və huşsuz vəziyyətdə olduğunu bildirmişdir. Onun köməkçisi vasitəsi ilə Əfqanın yenidən hospitala təcili gətirilməsini istəmişdir. 04 may 2023-cü il tarixdə X29 Hospitala müraciət etmiş, sonuncu barəsində həmin hospitalın Təcili Yardım şöbəsində abdominal ultrasəs və ümumi qan analizi müayinələri aparılmış, hemoqolobinin 9,3 qr/dl olması, ultrasəs müayinəsində isə qaraciyər və dalaq ətrafında 450-500 ml, sağ, sol qalça çuxurunda nisbətən daha qatı, bir litr civarında olan maye izlənilmişdir. Əlavə olaraq qaraciyər qapısında akustik kölgələnmə verən hipereqogen sahə (hematoma? Meteorizm?) nəzərə çarpmışdır. Həmin nəticələr ilə bağlı X31 özü və yaxın qohumları ilə danışılıb, qarın nahiyəsində qan axma şübhəsi olduğu bildirilib, açıq cərrahi əməliyyat olunması tövsiyyə olunmuşdur. Yaxın qohumları tərəfindən xəstənin nə səbəbə yaxşılaşmadığı, qanaxmanın hansı tərəfdən olduğu soruşulmuşdur. Onun tərəfindən xəstənin yaxınlarına öd kisəsi əməliyyatından bu qədər müddət sonra cərrahi əməliyyat bölgəsindən qanaxmanın olmasının imkansız olması bildirilib, başqa bir yerdən və ya başqa bir səbəbdən qanaxmanın və yaxud daha əvvəl diaqnoz qoyulmamış başqa bir qan xəstəliyinin ola biləcəyi izah edilmişdir. X31 açıq əməliyyatdan imtina etməsi səbəbindən sonuncu üzərində yenidən 05 may 2023-cü il tarixdə laparoskopik olaraq qarın içi cərrahi əməliyyatı keçirilmişdir. Həmin əməliyyat zamanı qarın içində bir litrə yaxın köhnə qanla qarışıq maye görülüb, aspirator ilə həmin qan çəkilmişdir. Əməliyyat zamanı müəyyən edilmişdir ki, öd kisəsi yeri digər orqanlar və böyük piylik tərəfindən bağlanıb, yaxşılaşdırılmışdır. Təxmini olaraq 45 dəqiqəlik gözləmədə aktiv qanaxma aşkar edilməmişdir. Qaraciyərin dördüncü seqmentinin sol tərəfində omentum hissəsindən sarılmış qan yumağı olduğu təxmin edilən lezyon nəzərə çarpmışdır. Aktiv qanaxma olmaması səbəbi ilə laparoskopik olaraq müdaxilə edilməmişdir. Əməliyyat başa çatandan sonra X40 hospitalın Reanimasiya şöbəsinə köçürülmüşdür. O, 06 may 2023-cü il tarixdə saat 18 radələrində Reanimasiya şöbəsində olarkən anidən Əfqanın təzyiqinin düşməsi və qarnındakı kateterdən 150 ml təzə qanaxma görülməsi aşkar etdikdən sonra, təcili olaraq dörd ədəd qan, dörd ədəd də plazma Əfqan Rzayevə köçürülmüşdür. Bundan sonra Əfqan Rzayevin yaxınlarına məlumat verilərək, sonuncunu təcili olaraq açıq cərrahi əməliyyata alınması izah edilmişdir. Əfqan Rzayevin huşu özünə gəldikdən sonra, həmin vəziyyət sonuncuya başa salınıb açıq cərrahi əməliyyat olunması bildirilib, sonuncunun razılığı alınmışdır. 06 may 2023-cü il tarixdə saat 23:30-da Əfqan Rzayev üzərində qarın nahiyəsinin açıq cərrahi əməliyyatı aparılmışdır. Əməliyyat zamanı Əfqanın qarın boşluğunda təzə qan laxtaları aşkar edilib təmizlənmişdir. Qaraciyərin dördüncü seqmentinin solundakı lezyon, falsiformliqaman bağlanıb kəsildikdən sonra aşkar edilmişdir. Həmin lezyonun içinin qan laxtası ilə dolu olduğu təyin edilmişdir. Lezyonun ön divarı açılıb içindən bir miqdar qan laxtası təmizlənmişdir. Lezyonun kənarları qanaxma olmasın deyə tikilmişdir. Cərrahi əməliyyatında sonuna doğru qarın boşluğunun bağlanması hissəsinə keçildiyində lezyondan anidən çox miqdarda qanaxma baş vermişdir. Həmin vaxt yenidən tampon edilib, lezyonun ön və arxa divarından qalın tikiş ilə qan dayandıran sponqostandan istifadə edilərək qaraciyər tikilib, qanaxma müvəqqəti olaraq dayandırılmışdır. Lezyonun qaraciyər qapısına uzanan hemangioma ola biləcəyi fikirləşilib, bu halda başqa bir cərrahi müdaxilənin mümkün olmadığı müşahidə edilib, xəstə Əfqanın tezliklə “invaziv radioloji” şöbəsinə köçürülüb, damarın içərisindən embolektomiya edilməsinə qərar verilmişdir. Cərrahi əməliyyatdan sonra xəstə yaxınlarına xəstə Əfqanın vəziyyəti barədə məlumat verilib, əməliyyat zamanı çəkilən video göstərilmişdir. Həmin günün bazar günü olması və xəstə yaxınlarının İcbari Tibbi Sığortanın göndərişini gözləmək istəməsi səbəbindən bazar ertəsi günü təcili Bakı şəhərində yerləşən “Diaqnostika” mərkəzinə invazivradioloq həkim Ağakişinin qəbuluna göndərilməsinə qərar verilmişdir. 08 may 2023-cü il tarixdə həkim Ağakişi ilə əlaqə saxlanılıb təcili yardım nəqliyyat vasitəsi ilə Əfqanın Bakı şəhərinə göndərilməsi dəqiqləşdirilmişdir. X40 Bakı şəhərinə göndərilmək üçün hazırlaşdırılarkən vəziyyəti kəskin dəyişib pisləşmişdir. Bundan sonra Əfqana təcili yardım göstərilib, ürək dayanması üçün masaj edilib, ventilyasiya cihazına bağlanmışdır. Təqribən iki saata yaxın reanimasiyan tədbirləri göstərilməsinə baxmayaraq, X40 08 may 2023-cü il tarixdə saat 11:20-də "xxxx" MMC-də ölmüşdür. Komisyon məhkəmə-tibb ekspertizasının 387/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə razı deyil. Belə ki, Əfqan Rzayevin ölümünə səbəb “hemorragik şokla müşayət olunan qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə” olmuş, onun əməliyyatı texniki qüsurlu aparmağı olmamışdır. O, əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasını zədələməmişdir. Xəstədə damar zədələnməsi halı mövcud olmadığından, həmin hissəyə onun tərəfindən diqqət yetirilməsinə ehtiyac olmamışdır. Əfqan Rzayevə xx.xx.2023-cü il tarixdə “Qanaxma şübhəsi” diaqnozu onun tərəfindən düzgün təyin edilmişdir. Belə ki, xəstə daxil olarkən qan analizinin nəticələri Hb-8,3; Ht - 24,1; Leykosit - 25,51 olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat olunan zaman Hb - 16,0 olduğu halda, əməliyyatdan sonra Hb - 8,3-ə düşməsinə baxmayaraq, baş verən qanaxmanın səbəbi xx.xx.2023-cü il tarixdə onun tərəfindən icra edilmiş cərrahi əməliyyat zamanı ola bilməzdi. Çünki həmin vaxtı qanitirmə baş vermiş olsaydı, xəstə xx.xx.2023-cü il tarixə qədər yaşaya bilməzdi. Bundan əlavə olaraq qanda olan həmin nəticələrin aşağı düşməsinə səbəb göbələklə qidalanmaq, “Analgin” dərman preparatının qəbul edilməsi kimi kənar amillər də ola bilərdi. Buna görə o, xx.xx.2023-cü il tarixdə xəstəyə “qanaxma şübhəsi” diaqnozunu təyin etmiş və xəstəni qarın boşluğunun USM müayinəsindən keçirmişdir. Bundan əlavə olaraq xəstənin maddi vəziyyətini nəzərə alaraq qarın boşluğunun Kompüter Tomoqrafiya müayinələri aparılmamış, həmçinin, qarın boşluğunun KT müayinəsi qanaxmanın mənbəyini göstərə bilməzdi. Əfqan Rzayevin “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı” xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə saat 23:30-da icra edilmişdir. Bundan əlavə olaraq xəstə üzərində xx.xx.2023-cü il tarixdə “Laparoskopik baxış” cərrahiyyə əməliyyatı icra edilmiş, həmin əməliyyat zamanı qanaxma müşahidə edilməmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında xəstəyə qoşulmuş kateterdə qan müşahidə etdiyinə görə həmin vaxt “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı” icra etmişdir. Bu halda gecikmə kimi qiymətləndirilə bilməz. Əməliyyat otağına damar cərrahı dəvət edilmək zərurəti olmamışdır. Çünki qaraciyər üzərində aparılan cərrahi əməliyyatlarını damar cərrahları deyil, ümumi cərrahlar aparmalıdır. Bundan əlavə olaraq Mingəçevir şəhərində, o cümlədən Bakı şəhəri istisna olmaqla, ölkənin digər bölgələrində damar cərrahı olaraq ixtisaslaşmış həkim yoxdur. Xəstənin qaraciyərinin qapı venasının hemangiomasını cərrahi əməliyyat etmək üçün qaraciyərə gələn qan tam olaraq dayandırılmalı və bundan sonra qaraciyər hemangiomasını əməliyyat etmək olardı. Lakin bunun üçün Mingəçevir şəhərində və ətraf bölgələrdə müvafiq şəraiti olan tibb müəssisi olmamışdır. Bundan başqa digər bölgələrdə olan tibb müəssisəsinə xəstənin həmin vəziyyətdə çatdırılması mümkün olmazdı. Belə ki, xəstə həmin müddət ərzində yenidən qanitirmədən ölərdi. Hesab edir ki, onun hərəkətləri qaydalara uyğun olmuşdur. Ona görə də onun əməlində heç bir cinayətin tərkib əlamətləri yoxdur. Odur ki, məhkəmədən ona bəraət verilməsini və mülki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi, həm də mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildə X18 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladları doğulmuşdur. Təqribən 2023-cü ilin mart ayının ortalarında Əfqan Rzayevin qarın nahiyəsində ağrılar yaranmağa başlamış və buna görə də həkim qəbuluna getməyi qərara almışdır. Əfqan Rzayev birinci dəfə 31 mart 2023cü il tarixdə Şəki rayonu ərazisində yerləşən “X32” MMC-yə həmin ağrılar ilə bağlı müraciət etmişdir. Həmin tarixdə aparılmış “dopler ultrasəs” müayinəsi zamanı Əfqana “daşlı irinli xolesistit, öd kisəsinin hidropsu, hepatoz qaraciyər piy infiltrasiyası, meteorizm” diaqnozu qoyulmuşdur. Əfqanın qaraciyərində piylənmədən başqa heç bir narahatçılığı olmamışdır. Yuxarıda adı çəkilən xəstəxanada Əfqan Rzayevə bir kurs müalicə götürməsi təklif olunmuşdur. Əfqanın kənddə olan tanışları sonuncuya "xxxx" MMC-yə də müraciət etməyi təklif etmişdilər. Həmin təklif əsasında Əfqan Rzayev 06 aprel 2023-cü il tarixdə "xxxx" MMC-yə müraciət etmiş və həmin tarixdə MMC-nin baş həkimi Türkiyə Respublikası vətəndaşı X3 Rzayevə “kəskin daşlı xolestit” diaqnozu qoymaqla sonuncu üzərində “laporoskopik xolesistektomiya” əməliyyatı həyata keçirmişdir. Əfqan 07 aprel 2023-cü il tarixdə ambulator müalicə qəbul etməsi üçün evə buraxılmışdır. Həmin əməliyyatdan beş gün sonra 12 aprel 2023-cü il tarixdə Əfqan Şəki rayonu, Cəyirli kəndində yaşadığı mənzildə olarkən vəziyyəti ağırlaşmışdır. Həmin tarixdə sonuncunun vəziyyətinin yaxşı olmadığını görüb, yenidən "xxxx" MMC-yə müraciət etmişlər. 13 aprel 2023-cü il tarixdə Əfqan onun göstərdiyi xəstəxanada ultrasəs müayinəsindən keçmiş, müvafiq analizlər vermiş və qan azlığı olduğu üçün qan köçürülmüşdür. Həmin tarixdə Əfqan Rzayev yenidən ambulator müalicə üçün evə buraxılmışdır. Bundan sonra 18 aprel 2023-cü il tarixdə Əfqan Rzayevin yenidən vəziyyəti ağırlaşmışdır. Vəziyyətinin yaxşı olmadığını görüb Şəki rayon mərkəzi xəstəxanasının 103 xidmət mərkəzinə müraciət etmişlər. Həmin xəstəxanadan X38 gəlmiş və Əfqanı xəstəxanaya aparmışlar. 19 aprel 2023-cü il tarixdə İcbari Tibbi Sığorta üzrə X30 rayon mərkəzi xəstəxanasında Əfqan Rzayev ultrasəs müayinəsi olunmuş, sonuncuya “kəskin meteorizmlə əlaqədar andominal orqanlar vizualizə edilmir. Qarın boşluğunda 2220 ml həcmində maye izləndi” diaqnozu qoyulmuşdur. Əfqanı müayinə edən həkimlər həmin tarixdə cəld "xxxx" MMC-nin baş həkimi X24 ilə telefon vasitəsi ilə əlaqə saxlamış, Əfqanın əməliyyatını Kurtuluş Urgur apardığı üçün 19 aprel 2023-cü il tarixdə Şəki rayon mərkəzi xəstəxanasında təcili göndəriş hazırlanaraq, Əfqan təcili yardım nəqliyyat vasitəsi ilə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx"-da Əfqan Rzayevi yenidən müayinə edib, heç bir narahatçılıq olmadığını, qarın boşluğuna maye yığıldığını, həmin mayenin qan olmadığını və əməliyyatdan sonra belə halın normal olmasını bildirmişlər. Bundan başqa sonuncuya yenidən Regional Hospitalda qan köçürülmüşdür. Daha sonra hospital Əfqanı yenə də ambulator müalicə üçün evə buraxmışdır. Təqribən 06-07 may 2023-cü il tarixdə Əfqanın yenidən vəziyyəti pisləşmişdir. Vəziyyətinin yaxşı olmadığını görüb Əfqan Rzayevi yenidən Mingəçevir şəhəri ərazisində yerləşən Regional Hospitala gətirmişlər. Sonuncunun ağır vəziyyətdə reanimasiya şöbəsinə qaldırmışlar. 07 may 2023-cü il tarixdə baş həkim X24 yenə də əməliyyatından tam əmin olduğunu, xəstə Əfqanın qarın boşluğuna maye yığıldığını, həmin mayenin əməliyyat ilə bağlı heç bir əlaqəsi olmadığını və sonuncuya yenidən qan köçürülməsi lazım olduğunu onlara bildirmişdir. 07 may 2023-cü il tarixdə o və qohumları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 və “TƏBİB”-in 815 nömrəli qaynar xətlərinə dayanmadan zəng vurmuşlar. Onların həmin qurumlara zəng vurmalarına səbəb Əfqan Rzayevin həmin hospitalda düzgün müalicə almadığını bildirməklə, başqa ixtisaslaşmış xəstəxanaya aparmaq istəmələri olmasını çatdırmaq olmuşdur. Həmin qurumlar bazar günü olduğu üçün onlara heç bir kömək edə bilməyəcəklərini bildirmişlər. 08 aprel 2023-cü il tarixdə saat 03 radələrində Əfqanın vəziyyəti yaxşı olmadığı üçün Regional hospitalda açıq əməliyyata alınmışdır. Əməliyyat başa çatandan sonra həkim X24 heç bir narahatçılıq olmadığını, qanaxmanın qarşısını aldığını, xəstə Əfqanın yaxın zamanda düzələcəyini bildirmişdir. Həmin tarixdə saat 08 radələrində o, baş həkim X14 yanına getmişdir. Baş həkim ona xəstəni müayinə edib gəldiyini, heç bir narahatçılıq olmadığını, qısa zamanda xəstənin düzələciyini bildirmişdir. Onlar Əfqanın qarın nahiyəsinin şişdiyini gördükdən sonra atası Elşən Nağıyev baş həkimin otağa cəld girib, Əfqanın vəziyyətinin yaxşı olmadığını qarın nahiyəsinin şişdiyini bildirib, baş həkimdən hərəkət göstərməsini tələb etmişdir. Həmin hadisədən təqribən bir iki saat sonra X8 hospitalın Reanimasiya şöbəsində vəfat etdiyini öyrənmişlər. X8 məhkəmə tibbi ekspertizasında iştirak edərkən sonuncunun qarın nahiyəsində maye və laxta halında qan, qaraciyərində zədə aşkar edilmişdir. Baş vermiş hadisənin səbəbkarı birbaşa "xxxx" MMCnin baş həkimi X19r. Bu səbəbdən baş həkim X10 şikayətçidir. X8 hər hansı digər bir xəstəliyi və hər hansı bir qan xəstəliyi olmamışdır. X14 bilavasitə öz işinə vicdansız və laqeyd münasibəti səbəbindən həyat yoldaşı canından olmuş, iki azyaşlı uşağı atasız qalmışdır. Həyat yoldaşı əmək fəaliyyəti ilə məşğul idi. Özəl müəssisədə işləyirdi. Aylıq qazancı 800 manat idi. Onlar onun əmək haqqısına münasibətdə, habelə işdən kənar usta olduğu üçün əldə etdiyi vəsaitlə hər ay 2000 manat qazanc əldə edərək ailəni saxlayırdılar. Onun ölümü bütün ailəni çətin vəziyyətə saldı. Ailə başçısının ailəsini saxlamaq imkanlarından məhrum oldular. Çünki təqsirləndirilən şəxsin vicdansızlığı və işinə laqeydliyi səbəbindən onun çoxsaylı qurbanlarının biri də həyat yoldaşı olmuşdur. Ailənin büdcəsinə il ərzində ən azı 24000 manat gəlir daxil olurdu. Şəxs ailəni bu vəsaitdən məhrum etmişdir. Bu gün nə yaşamağa yerləri, nə də uşaqların saxlanılması üçün iş yeri və qazancları vardır. Evdə yeganə iş sahibi və qazancı olan mərhum həyat yoldaşı idi. Tərəfindən bilavasitə səhiyyə müəssisəsinə 719 manat, rentgen-uzi müayinələri üçün 500 manat, nəqliyyat xərcləri üçün 300 manat, habelə yas mərasiminin keçirilməsi üçün dəfn 3, 7, 40, 52 mərasimlərinin keçirilməsi üçün 10000 manat, habelə qəbir üstünün götürülməsi üçün 1200 manat xərclər edilmişdir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxs X11 və "xxxx" MMC-dən mənəvi ziyana görə 50000 manat, maddi ziyana görə 12719 manat məbləğində pulun, cəmi 62719 manat məbləğin, habelə 279 manat dövlət rüsumunun tutulub ona verilməsini və ədalətli qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs X8 hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 təmsil etdiyi şəxsin ifadəsinə uyğun ifadə verərək mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsin iş üzrə təqsiri olmadığına əsaslanaraq, mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, Şahid1 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Şahid1 xx.xx.2024-cü tarixdə şahid qismində dindirildiyi məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 1968-ci il tarixdə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsini bitirmişdir. 2018-ci il tarixdən "xxxx" MMC-də direktor müavini vəzifəsində işləmişdir. X9 06 aprel 2023-cü il tarixdə hospitala etdiyi müraciət ilə bağlı tanımışdır. Əfqan Rzayev birinci dəfə 06 aprel 2023-cü il tarixdə "xxxx" MMC-yə müraciət etmişdir. Əfqanın həkimi ümumi cərrah vəzifəsində işləyən X25 olmuşdur. 06 aprel 2023cü tarixdə Kurtuluş həkim onu Əfqan Rzayevin cərrahi əməliyyatına dəvət etmişdir. Xəstə üzərində Kurtuluş həkim tərəfindən “laparoskopik xolesistektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat zamanı o, kamera vasitəsi ilə qarın boşluğunu göstərilməsi və işıqlandırılması hərəkətlərini icra etmişdir. Əməliyyat yaxşı başa çatdıqdan sonra o, cərrahiyə otağını tərk etmişdir. Bundan sonra xəstənin heç bir müayinəsində iştirak etməmişdir. Növbəti dəfə X40 narahatçılığı ilə bağlı 04 may 2023-cü il tarixdə Regional Hospitala öz müalicə həkiminə müraciət etmişdir. Növbəti gün 05 may 2023-cü il tarixdə Kurtuluş həkim onu dəvət edib Əfqan Rzayevin qarın boşluğuna yenidən laporoskopik yolla baxmalı olduqlarını bildirmişdir. 05 may 2023-cü il tarixdə Əfqan Rzayev üzərində laparoskopik olaraq qarın içi cərrahi əməliyyatı keçirilmişdir. Cərrahi əməliyyat zamanı o, yenə də kamera vasitəsindən istifadə edib, qarın boşluğunu işıqlandırmışdır. Həmin əməliyyatda bir miqdar su ilə qarışmış qanlı maye aspirator vasitəsi ilə çəkilmişdir. Əməliyyat başa çatdıqdan sonra cərrahiyə otağını tərk etmişdir. Bundan sonra xəstənin müalicəsində iştirak etməmişdir. 08 may 2023-cü il tarixdə Regional Hospitalda vəzifəsini icra edən zaman Əfqan Rzayevin vəziyyətinin yaxşı olmadığı deyilmişdir. Həmin məlumatı aldıqdan sonra Reanimasiya şöbəsinə qalxıb xəstə ilə maraqlananda, həqiqətən Əfqanın vəziyyətinin yaxşı olmadığını müəyyən etmişdir. 08 may 2023-cü il tarixdə Əfqan Rzayev "xxxx" MMC-nin Reanimasiya şöbəsində ölmüşdür. X8 həkimi ümumi cərrah X25 olmuşdur. O, Əfqanın üzərində keçirilən hər iki əməliyyatda sonuncunun qarın boşluğunu işıqlandırmaqla, kamera vasitəsindən istifadə etmişdir. Cərrahi əməliyyatlar isə ümumi cərrah Kurtuluş həkim tərəfindən həyata keçirilmişdir. Əfqan Rzayevin cərrahi əməliyyatlarında bundan başqa onun heç bir rolu olmamışdır. Komisyon məhkəmə-tibb ekspertizasının 387/KEŞ saylı, xx.xx.2023-cü il tarixli və 612/KEŞ saylı xx.xx.2023-cü il tarixli rəyləri ilə razılaşmayaraq bildirmişdir ki, Əfqan Rzayevin ölümünə səbəb “hemorragik şokla müşayiət olunan qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə”nin olsa da buna səbəb ümumi cərrahın əməliyyatı texniki qüsurlu aparmağı olmamışdır. Xəstədə damar zədələnməsi halı mövcud olmadığından həmin hissəyə ümumi cərrah Kurtuluş Urgur tərəfindən diqqət yetirilməsinə ehtiyac olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X9 06 may 2023-cü il tarixdə hospitalda olan stasionar müalicəsi ilə bağlı tanımış, Əfqanın həkimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ümumi cərrah vəzifəsində işləyən X24 olmuşdur. 06 may 2023-cü il tarixdə saat 22 radələrində Regional Hospitalda öz əməliyyatını bitirib cərrahiyə otağından çıxmış, həmin vaxtı ümumi cərrah Kurtuluş həkimin xəstəsi olduğunu və həmin xəstənin vəziyyətinin ağır olduğunu görmüşdür. Həmin X40 olmuş, Kurtuluş həkim ondan Əfqan Rzayevin qarın boşluğunun açıq əməliyyatına girməyini xahiş etmiş, assistent kimi ümumi cərrah Kurtuluş həkimin Əfqan Rzayev üzərində keçirdiyi qarın boşluğunun açıq əməliyyatına girmişdir. Əməliyyat 06 may 2023cü il tarixdə təqribən saat 22-23 radələrində başlamış, əməliyyat zamanı assistent olaraq X31 yara sahəsini açıb həkim Kurtuluşa yalnız kömək etmişdir. X40 əməliyyatı zamanı qarın boşluğu açılmış, qarın boşluğunda təqribi ölçüsü 450-500 ml maye qarışıq qan laxtası təmizlənmişdir. Əfqanın qara ciyərinin dördüncü seqmentində təxmini ölçüsü 4-5 santimetr olan qansızma sahəsi müəyyən edilmişdir. Qaraciyarda olan qansızma sahəsi təmizlənmiş, içərisinə qan dayandıran iki ədəd surgisel yerləşdirilmişdir. Bundan sonra qaraciyərə iki ədəd tikiş qoyularaq qanaxma dayandırılmışdır. Əfqanın qarın boşluğu bağlanaraq cərrahi əməliyyat sonlandırılmışdır. 08 may 2023-cü il tarixdə xəstəsi olmadığı üçün Regional Hospitala getməmişdir. 09 may 2023-cü il tarixdə hospitalda olarkən Əfqan Rzayevin ölməsi barədə məlumat əldə etmişdir. X8 həkimi ümumi cərrah X24 olmuşdur. Əfqanın üzərində keçirilən sonuncu əməliyyatda assistent kimi çıxış etmiş, Əfqanın yarasının açılmasında həkim Kurtuluşun həmin sahədə işləməsində köməklik göstərmiş, Əfqan Rzayevin sonuncu cərrahi əməliyyatında bundan başqa heç bir rolu olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1988ci il tarixdə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə işi fakültəsini bitirmişdir. Təqribən 2020-ci ilin son aylarından hal-hazırkı dövrə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində həkim anestezioloq vəzifəsində işləyir. X9 06 aprel 2023-cü il tarixdə hospitala etdiyi müraciət ilə bağlı tanımışdır. X18 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əfqan Rzayev birinci dəfə 06 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nə müraciət etmişdir. Xəstənin həkimi ümumi cərrah Kurtuluş Urgur olmuşdur. Ümumi cərrah Kurtuluş həkim Əfqan Rzayevin üzərində “laparoskopik kolesistoektomiya” əməliyyatı keçirəcəyini bildirib, sonuncunun əməliyyata götürülməsinin planlaşdırılmasını ondan istəmişdir. Əfqan Rzayevin əməliyyat paketi, yəni analizləri və digər müayinələri onun tərəfindən yoxlanılıb, cərrahi əməliyyata icazə verilmişdir. O, həmin əməliyyatda həkim anesteziloq vəzifəsində çıxış etmişdir. 06 aprel 2023-cü il tarixdə Əfqan Rzayev ümumi narkoz altında “laparoskopik kelesistoektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Həmin əməliyyat zamanı heç bir fəsad baş verməmişdir. Xəstə əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülmüş, daha sonra Kurtuluş həkim tərəfindən müvafiq təyinat verilmişdir. Növbəti dəfə 04 may 2023-cü il tarixdə Əfqan Rzayevin yenidən xəstəxanaya müraciət etməsi ona məlum olmuşdur. 05 may 2023-cü il tarixdə Əfqan Rzayev üzərində həkim Kurtuluş Urgur tərəfindən qarın boşluğunun laparoskopik üsulla yoxlanılması cərrahi əməliyyatı keçirilmişdir. Həmin əməliyyatda da həkim anestezioloq vəzifəsində iştirak etmişdir. Əməliyyatdan öncə müvafiq yoxlamalar aparılmış, əməliyyata qərar verilmişdir. Əməliyyat zamanı Əfqan Rzayevin qarın boşluğundan maye qan və qan laxtası aşkar edilmiş, Kurtuluş həkim tərəfindən qan aspirator vasitəsi ilə təmizlənmiş, təqribən bir saat yarım yenidən qanaxma olması şübhəsi ilə əlaqədar gözlənilmiş, heç bir qanaxma aşkar edilmədiyi üçün əməliyyat başa çatdırılmışdır. Bundan sonrakı dövrdə xəstə Reanimasiya şöbəsinə köçürülmüşdür. Həmin gün xəstəyə səhərə kimi nəzarət etmiş, növbəti günə kimi xəstəyə nəzarət etdiyi vaxta təqribən az miqdarda 50 ml qanlı serroz maye drenaja gəlmişdir. 06 may 2023-cü il tarixdə saat 15 radələrindən sonra X31 drenajından qan gəlməyə başlamış, həmin vaxtı cərrah Kurtuluş həkim xəstəxanada olmuş, Əfqan Rzayev yenidən ultrasəs müayinəsi olunmuş və sonuncudan müvafiq qan analizləri götürülmüşdür. Götürülmüş analizlərdə qan dəyərlərinin aşağı düşməsi, xəstənin klinik göstəricilərinin dəyişməsi onlara yenidən açıq qarın boşluğu əməliyyatı keçirilməsi üçün əsas vermişdir. Əməliyyatdan öncə xəstəyə müvafiq qan və qan əvəzedicilər köçürülmüş, əməliyyata hazırlanmışdır. 06 may 2023-cü il tarixdə saat 23:30-da Əfqan Rzayev üzərində qarın nahiyəsinin açıq cərrahi əməliyyatı aparılmışdır. Əməliyyat zamanı Əfqanın qarın boşluğunda təzə qan laxtaları aşkar edilib təmizlənmiş, bundan sonra Əfqan Rzayevin qaraciyər nahiyəsində qapı venasının üzərində dördüncü seqmentdə hemangioma aşkar edilmişdir. Hemangioma üzərində qan laxtası olmuşdur. Qan laxtasının alt hissəsindən azaz qan sızmışdır. Hemangiomada olan qan laxtası təmizlənilən zaman güclü qanama başlamış, həmin nahiyəni Kurtuluş həkim tamponada edib, hemostatik süngər qoyaraq tikmişdir. Əməliyyatdan sonra yenidən qanaxmanın olub-olmaması üçün qarın boşluğu açıq saxlanılmış, həmin ərəfədə Bakı şəhərində olan “invaziv radioloji” həkimi ilə telefon əlaqəsi saxlanılmışdır. Bakı şəhərində olan həkim qanaxmanın dayandırıldıqdan və xəstənin vəziyyəti imkan verəndən sonra Bakı şəhərinə “invaziv radioloji” şöbəsinə gətirilməsini məsləhət bilmişdir. Əfqan Rzayevin açıq qarın boşluğunda heç bir qanaxma olmadığı üçün qarın boşluğu tikilərək bağlanmış, bundan sonra o, və Kurtuluş həkim xəstənin vəziyyətini nəzarətdə saxlamışdır. Həmin vaxtı xəstədə qan dəyərləri stabil qalmış, xəstə üzərində reanimasiyon tədbirlər davam etdirilmişdir. 07 may 2023-cü il tarixdə X22 şöbəsində stasionar müalicədə olmuş, Bakı şəhərinə getməsi üçün müvafiq tədbirlər görülmüşdür. 08 may 2023-cü il tarixdə Regional Hospitala işə gələndə Əfqan Rzayevin ölməsi barədə ona məlumat vermişlər. Təqsirləndirilən şəxs həkim əməliyyat apardığı hissədə heç bir qanaxma yox idi. Xəstə 2-ci əməliyyatı açıq əməliyyat keçirməyə qəti razı olmamış, 3-cü əməliyyat artıq xəstənin razılığı olmadan məcbur olub açıq əməliyyat keçirmişlər. 2-ci əməliyyatdan sonra əməliyyat yerindən drennaj qoymuşlar, günortaya kimi heç bir qanaxma olmamış, günortadan sonra mayedə qan görmüşlər deyə məcbur olub açıq əməliyyat etmişlər. Birinci ekspertiza zamanı iştirak etmiş, ekspert həkim Şahid4 qanaxmanın Təqsirləndirilən şəxs həkimin əməliyyat etdiyi yerlə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş, Məhkəmə Tibbi Ekspertizası və X5 Mingəçevir şəhər şöbəsinin tibbi eksperti Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Prokurorluğunun qərarına əsasən zərərçəkmiş Əfqan Rzayevin meyitini Məhkəmə Tibbi Ekspertizası və X5 Mingəçevir şəhər şöbəsinin meyidxanasında təşrih masasının üzərində "xxxx"ın həkimləri və zərərçəkmiş şəxsin qohumlarının iştirakı ilə baxış keçirmişdir. Kistoloji müayinə zamanı həkim qaraciyərə tamponada edib, hemostatik süngər qoyaraq tikmişdir. Əməliyyatda zədələnmə əlamətinə görə bilməzdi, çünki hemangioma partlamışdı. Travma olsaydı zədə görünərdi, lakin bu şişdir. Hemangioma öd kisəsinin əməliyyatı zamanı partlasaydı, Ə.Rzayevin həmin vaxtadək sağ qalması ehtimalı yox idi. Damar genişlənməsi zədələnməsə də, genişlənir və təzyiqə dözməyərək partlayır. Həmin damar genişlənməsini açıq gözlə görmək mümkün deyil. Hemangioma nahamar cırılmışdır, hamar olsaydı kəsici alətin təsiri olardı. Ə.Rzayev Şəkidə xəstəxanada müayinə zamanı qanaxma müşahidə edilmişdir. Əməliyyat yerlərində qanaxma olmamışdır. Qansızma olsaydı infeksiya olardı, qızdırma verərdi. Ehtiyatsızlıqdan heç bir dəlmə-deşik olmayıb. Əməliyyatın hemangioma ilə heç bir əlaqəsi yoxdur. Öd kisəsinin əməliyyatı zamanı qaraciyərə toxunması mümkün deyil. Hemangioma orqanizmin mübarizəsidir divar qalınlaşır, sonra isə zəifləyir və partlamaqla bitir. Steriolaşmış hemangioma –çapıq toxuma olub, fibroz toxuma əmələ gəlir. Hemangioma şiş xəstəliyidir. Ə.Rzayevin ölümünün səbəbi qanaxma olub. Qan damarda qalmışdı təzyiq vurduqca qan çıxır. Əməliyyatda texniki qüsur termini yoxdur, əməliyyat ya yaxşı keçmiş, ya da pis. Əməliyyat zamanı zədələnmə olsaydı 10 gün çəkməzdi. Hemangiomada qan sızır, sonra divarlar dözmür və partlama baş verir. İlk meyidə baxış keçirən o olmuşdur. Peresebtal fibroz ocaq-orqanizmin hərhansı bir hissəsində hansısa bir proses aparılır və bir müddət sonra qalan çapıq fibroz deməkdir. 35-40 yaşlarından sonra hər hansı bir sağlam insanı müayinə etsələr, onda da fibroz ocaqlar müəyyən etmək mümkündür. Bütün kalibirli venoz damarlar geniş və azqanlıdır ona görə ki, qanaxma olub və bu səbəbdən azqanlıdır. Qanaxma uzun müddət əvvəl axmış olsaydı damarlar yenə də belə azqanlı olması venozdan asılı deyil, qanaxma iki cür olur, tədrici və kəskin. Əgər kəskin qanaxma zamanı 300 qram da olsa qan axsaydı insan həyatını itirir, tədrici qanaxma zamanı orqan onu bərpa edir, sümük iliyində istehsal artır və kompensasiya olunur. Mərhumda tədrici qanaxma olub. Hansısa kəsici, deşici alət nəticəsində qanaxma dərhal başlayır. Hemogeomalarda damar divarlarının keçiriciliyi pozulur, zəifləyir, quruluşunu itirir, ona görə də o toxumalardan qansızmalar başlayır. Bu da uzun müddət davam edir. Hemogeoma cırılsa dərhal qanaxma başlayır. Cırılmasını rəyində qeyd etmişdir. Əgər fiziki təmasdan qanaxma başlayırsa onu dərhal əməliyyata götürməlidirlər. Əməliyyatdan əvvəl hemogioma olub ki, tədricən qansızma baş verib. Rəylərdə qeyd olunub ki, hemogeomada qansızma olub və onu dayandırmaq üçün həkim onu əməliyyata götürüb. Təcili əməliyyata götürməsə xəstə ölür. Hemogeoma o deməkdir ki, damar strukturunu itirir və qalınlaşmağa başlayır, damar şişib böyüyür. Hemogeoma olan yerdə qan damarları çox olur. Damarların qalınlaşmasını müalicə edən həkimlər bilər. Onlar ekspert kimi ancaq ölümün səbəbini aydınlaşdırırlar. Qaraciyərdə hemogeomanın əməliyyat zamanı zədələnməsini həkim əməliyyatdan sonra yoxlayır sonra əməliyyat yerini bağlayır. Görməsə həmin zaman sonradan şikayət varsa, uzi ilə müəyyən edə bilər. Koaqulyatorla zədələnməsini həkimlər bilər. Köhnə zədələnmədirsə, onlar fibroz toxuma əmələ gəlir. Hemogiomada köhnə yaralanma yoxdur. Kistoloji müayinədə bu zədə yoxdur. Laqoroskopik əməliyyat aparılarsa, hemogioma görünə bilər ya yox əməliyyat edən həkim deyə bilər. Laqoroskopik əməliyyatın uğurlu olub-olmamasını müəyyən edirlər, əgər tikişlərin aralarında qanaxma varsa uğursuzdur, ancaq qan izləri başqa yerdə olduğu üçün mikroskopik ekspertiza müəyyən edir. Hemogeomadan geniş qansızma artıb deyə xəstə ölüb. Qanaxma peretonik olmayıb, yəni iltihab olmayıb. Koaqulyasiyada iltihablaşma olur, aparat yaranı yandırır, fibroz əmələ gəlir. Əməliyyat nahiyyəsində fibroza rastlanmadı. Ölümün səbəbi birbaşa hemogeomada baş verən qansızma olmuşdur. Hemogeoma öz özündən cırılıb, fiziki toxunma olmayıb. Anevrizma damarın nazilmiş hissəsində iynə ucu boyda toxunma olanda qan təzyiqi artır və həmin deşiyi genişləndirir və qanaxma sürətlənir. Öd kisəsinin əməliyyat yeri ilə hemogeoma arasında 2-3 sm məsafə var. Müayinə zamanı xəstədə neykroz aşkarlanmamışdır. İşemik sahələr olmayıb, neykroz sahələr boş sahələrdi. Perforasiya deşilmə deməkdir. Qansızma olub. Hemogeoma olan sahə toxunulma neykrozlaşma yeni toxuma yaranır, nazik yerdən içəridən çölə doğru deşilib, uzun qansızma nəticəsində. Əməliyyat olunmasa da, qansızma nəticəsində deşilə bilər, anevrizma deməkdir. Uzun müddət qansızma olur, yıxılan zaman gücə düşər və qanaxma artma nəticəsində deşilir və insan ölür. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş ekspert Şahid5 ifadəsində göstərdi ki, təkrar komisyon məhkəmə-tibb ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 612/KEŞ nömrəli rəyini müdafiə edir və rəyə əsasən bildirir ki, Əfqan Rzayevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb “hemorragik şokla müşayiət olunan qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da əməliyyatın texniki qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsi baş vermiş, bu da qanaxmaya, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda da kəskin qanitirmədən onun ölümünə səbəb olmuşdur. Buna məsul şəxs cərrahi əməliyyatı icra edən həkim ümumi cərrahdır. Əfqan Rzayevin üzərində “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı aparıldıqdan sonra stasionarda konservativ müalicələr düzgün aparılmış, lakin xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirilməmiş (xəstə barədə tərtib olunmuş xəstəlik tarixi natamam yazılıb), bu da qanaxma ilə əlaqədar ölümün baş verməsinə səbəb olmuşdur. Damar zədələnməsinin əlaməti qaraciyər qapısında hematomanın olması, sonradan əməliyyat protokolunda zədələnmiş damarın tikilməsi və hemoqlobinin 16-dan 8,3-ə düşməsi olmuşdur. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Əfqan Rzayevə xx.xx.2023-cü il tarixdə “Qanaxma şübhəsi” diaqnozu qismən düzgün təyin edilmişdir, belə ki, “qanaxma şübhəsi” yox, “qanaxma” olmalı idi. Daxil olarkən qan analizinin nəticələri Hb - 8,3; Ht - 24,1; Leykosit - 25,51 olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat olunan zaman Hb - 16,0 olduğu halda, əməliyyatdan sonra Hb - 8,3-ə düşməsinə baxmayaraq, baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələri aparılmayıb, qanitirmənin səbəbi müəyyən edilməyib, bu da xəstənin vəziyyətinin ağırlaşmasına və sonda ölümünə gətirib çıxarmışdır. Xəstənin yaşama müddəti qanitirmənin sürətindən asılı olur. Hemoqlobinin 16-dan 8,3-ə düşməsi dərmanlar və qidalanma ilə əlaqəli ola bilməz. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Əfqan Rzayevin üzərində xx.xx.2023-cü il tarixdə icra edilmiş “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatının aparılmasına düzgün olaraq qərar verilmiş, lakin gecikdirilmişdir. xx.xx.2023-cü il tarixdə xəstəyə “qanaxma şübhəsi” diaqnozu təyin olunmuş və hemoqlobini aşağı düşməkdə davam etmişdir. xx.xx.2023-cü il tarixdə aparılan əməliyyata qədər çox (17 gün) gecikdirilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Mingəçevir şəhər "xxxx"da Əfqan Rzayevə aparılmış tibbi müdaxilə tədbirləri tam həcmdə olmamışdır. Belə ki, əməliyyat otağına damar cərrahı dəvət edilməli və əməliyyat müvafiq ixtisaslı mütəxəssis tərəfindən icra olunmalı idi. Əgər vaxtında əməliyyat ixtisaslı mütəxəssis damar cərrahının iştirakı ilə icra olunsaydı, ölümün qarşısının alınması şansı çox ola bilərdi. Profil üzrə ürək-damar cərrahı ixtisası var və qeyd olunan hallarda dəvət olunmalı idi, bu da səhiyyə nazirliyinin müvafiq klinik protokolları ilə tənzimlənir. X14 ifadəsində qeyd etdiyi “Xəstənin qaraciyərinin qapı venasının hemangiomasını cərrahi əməliyyat etmək üçün qaraciyərə gələn qan tam olaraq dayandırılmalı və bundan sonra qaraciyər hemangioması əməliyyat etmək olardı. Lakin bunun üçün Azərbaycan Respublikasında müvafiq şəraiti olan tibb müəssisəsi olmamışdır” fikrinin tibbi və elmi əsası yoxdur. Belə ki, əməliyyatdan əvvəl aparılmış müayinələrdə qapı venasında və ya qaraciyər qapısında hər hansı bir patologiyanın olması qeyd olunmayıb. Bu sırf əməliyyatdan sonra müəyyən edilmişdir. “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı aparılan zaman qaraciyərin və öd kisəsinin anatomik yerləşməsinə görə təmas olmur və cərrahın alətlə qaraciyərin zədələnməsi mümkün deyil. Orada yerləşən orqanları açıq-aydın gördüyü üçün hansısa orqanı zədələyə bilməz. Hemangioma patoloji sistemdir, qapı venasının hemangiomasının partlaması “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatla eyni vaxta düşüb. Bronxit də quru öskürəkdir, bu dövrdə qansızmaları olur. “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı aparılan zaman hemangioma partlamış olsaydı qanaxmanı cərrah dərhal görərdi, əməliyyatdan sonra baş vermiş qanaxmanı cərrah görə bilməzdi. Əməliyyat zamanı hemangiomanın partlaması olsaydı güclü qanaxma olardı, hissə-hissə qansızması olmazdı. 17 gün gecikmə olub, həkim açıq əməliyyatı gecikdirib, hemoqlobinin kəskin enməsi nəticəsində xəstə vəfat edib. xx.xx.2023-cü il tarixli rəydə qanaxma şübhəsi ilə yox, qanaxma ilə xəstə qəbul edilib, qanı artırsalar da tomoqrafiya aparılmayıb. Cərrah tərəfindən əməliyyatdan sonra lazımi tədbirlər aparılmamışdır. Uzi müayinəsi zamanı hemangiomanı aşkar edir, ölçüsünü həcmini göstərir. Son model uzi aparatı hemangiomanı aşkar edir. Hemangiomanın güclü partlamasından sonra ölüm baş verib. Anevrizmanın yığılması da xəstənin ölümünə səbəb ola bilər. Hemangiomanın qəfil partlaması nəticəsində xəstə ölüb. Əməliyyatdan sonra qan səviyyəsinin aşağı düşməsi mümkündür. Hemangioma vaxtında aşkar edilsəydi, xəstə ölə bilərdi ya yox bilmək olmaz. Açıq əməliyyat olsaydı, bıçaq yarası olsaydı xəstəni qurtarmaq olardı, lakin patoloji proseslərin qarşısını almaq mümkün deyil. Xəstənin müayinəsi zamanı diaqnostik səhvlər olub, xəstəni vaxtında başqa xəstəxanaya göndərə bilərdi. Həkim o, əməliyyat etdiyi sahədə problem olmadığını aydınlaşdırdıqdan sonra, başqa sahədə şübhə yarandığı halda xəstəni daha müasir müayinə aparatı olan bir xəstəxanaya yönəltməli idi. Təlimata uyğun olaraq xəstə uzi müayinəsindən keçirilməli idi. Hemangiomanın əməliyyatı damar cərrahına aiddir, həkimin hemangiomanın müəyyən edilə bilməməsi və qarşısını ala bilmədiyi nəzərdə tutulmur, sadəcə vaxtında başqa tibb müayinəsinin gecikdirilməsi arzu olunmaz nəticə baş vermişdir. Xəstənin ölümünə diaqnostik səbəblər çoxdur. Həkim göndəriş üçün konsilium keçirməli idi. Ondan başqa rəy verilərkən Elman Tağıyev və Samir Cəfərov iştirak etmişlər. S.Cəfərov cərrahdır, onun suallarını cavablandırır, razılaşmasaydı ayrıca rəy verəcəkdi. Rəy verilərkən məsuliyyət onun üzərində idi. Elman Tağıyevi isə mütəxəssis kimi dəvət etmişlər. Meyidin müayinəsi barədə rəylə tanış olurlar və uyğunsuzluğu aydınlaşdırmaq üçün mütəxəssis cavab verir. Xəstə əməliyyatdan sonra narahat olduğunu bildirdiyi zaman açıq əməliyyat etsəydi həkim, səbəbini görə bilərdi. Xəstə tam müayinə olsaydı, bəlkə də əməliyyata ehtiyac olmazdı. Birinci hemangiomanın müalicəsi aparılardı, sonra isə öd kisəsinin əməliyyatını aparardı. Hemangioma şişir, sonda zədələndiyi üçün partlayır. Xəstənin diaqnozu tam formalaşandan sonra əməliyyat olunmalı idi. “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatın yeri təmizdir, əməliyyat olunmasaydı xəstə bəlkə də yaşayırdı. Komission fikir əsasında rəy verilib. Harda venoz damar var, orada doluqanlılıq yaranır. Damar zədələnməsi damarın içərisində çöküntünün baş verməsi nəzərdə tutulur. xx.xx.2023-cü il tarixdə qanitirmə varsa, səbəbi araşdırılmayıb. Uzi həkimi müayinə zamanı qanaxmanın səbəbini aşkar edə bilməyibsə, cərrah həkim, xəstəni başqa xəstəxanada olan müayinə aparatına göndərməli idi. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş ekspert Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Xəzər rayonu şöbəsi üzrə məhkəmə-tibb ekspertizasının şöbə müdiri vəzifəsində işləyir. 1998-ci ildən işləyir. Məhkəmə tibbi ekspertizasının rəyini tərtib edərkən dəvət olunmuş cərrahın fikirlərinə qiymət verirlər. Cərrah verdiyi rəy əsasında hazırki rəyi tərtib edib imzaları ilə təsdiq etmişlər. Əməliyyat diski təqdim olunmayıb, ilkin məhkəmə tibbi ekspertin rəyi və digər rəylər təqdim olunub. Komissiyanın sədridir, komissiya üzvlərinin rəyini təsdiq edir. İxtisasca həkimdir, 1998-ci ildən işləyir. Koaqulyator qanaxmanın qarşısını alan aparatdır. Mütəxəssisin verdiyi rəyi təsdiq etmişdir. Qanaxma şübhəsi diaqnozu qoyulub, damar həkimi əməliyyata götürməli idi. Lakin 1 ay ərzində bu qanaxmaya qiymət verilməyib. Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat olunub, xx.xx.2023-cü il tarixdə müayinəyə gəlib, maye müşahidə olunur, yenə də heç bir həkim müdaxilə olmur. Həkimin səhvidir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Rəydə 2.13 bəndində «cərrahiyyə əməliyyatı zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsinə səbəb əməliyyatda istifadə edilən koaqulyator vasitəsi ilə toxumaların ayrılması hesabına və yatrogen zədələnmə nəticəsində işemik sahələr yaranmış və bir müddət sonra bu sahələr nekrozla fəsadlaşmışdır» qeyd edirlər, 5-ci bəndində də isə «Laparoskopik xolesistektomiya» əməliyyatının gedişi əks olunur. Ölümün səbəbinin yatrogen zədələnmə nəticəsində yox, qanaxma nəticəsində baş verdiyini göstərmişlər. Qanaxma nəticəsində xəstənin hemoqovik şoka düşməsidir. Açıq əməliyyatın diskinə baxmışlar, laqaroskopik əməliyyatın diski təqdim olunmamışdır. Əməliyyatların diski təqdim olunmadığı üçün kimsə əminliklə deyə bilməz ki, koaqulyator vasitəsindən istifadə olunub ya yox. Ekspertizaya təqdim olunmuş diskdə salfetlə qan qurudulur və tikilir, izah verilir ki, buradan qan axırdı və tikdilər, hazırda qanaxma yoxdur. Laqaroskopik əməliyyatın diski təqdim olunmadığı üçün əməliyyat edən həkim də əminliklə deyə bilməz ki, koaqulyator vasitəsindən istifadə etməyib. Əməliyyat zamanı həkimlər koaqulyator vasitəsindən istifadə edir və bu qadağan deyil, burada bir qəbahət yoxdur. Mikroskopik rəyə əsasən hər hansı bir damarın zədələnməsi önəmli deyil, önəmli odur ki, həmin qanaxmaya görə xəstə vaxtında klinikaya göndərilməyib, əməliyyat gecikdirilib, əməliyyat gecikdirildiyi üçün xəstə də hemogorrik şoka düşüb və vəfat edib. Xəstə kəskin deyil, xroniki qanaxma kimi qeydə alınıb və bu səbəbdən nəticəsi ölüm olub. Əgər xəstənin qarnında olan maye serroz mayesi olsaydı onun hemoqlobini 16 olardı, 8-ə düşməzdi. Qapı venasının və qapı venasının nahiyyəsində hemogeomanın zədələnməsi nəticəsində qanaxma baş verib. Hemogeomanın zədələnməsi nəticəsində xəstənin 1 ay ərzində sağ qalması mümkündür. Hemogeomanın ölçüsü önəmli deyil, hemogeomanın varlığı yoxluğu əməliyyatdan əvvəl aşkarlanmayıb. Əməliyyat öncəsi olan qaraciyərin müayinəsi zamanı hemogeomanın olması barədə heç bir raport yoxdur. Əməliyyat zamanı hər bir fəsad və nöqsan ola bilər, lakin həkim bu nöqsanla bağlı heç bir həkimlə məsləhətləşməyib. Mütəxəssis dəvət etməyib nöqsanı aradan qaldırmaq üçün və bir ay müddətində xəstəni bu vəziyyətdə saxlaması qəbahətdir. Qarın boşluğunda ultrasəs müayinəsi qan sözünü yaza bilməz, mayenin nə olduğunu əməliyyat edən həkim müəyyən edəcək, həkim xəstənin hemoqrafik müayinələrinə baxacaq, qan tərkibinə və sair təhlillərinə baxacaq və o, mayeyə baxacaq və bunu summar şəkildə düşünüb qərar qəbul edəcək ki, bu maye qandır. Çünki xəstənin qarnına iki litr maye yığılmağı ilə hemoqlabin 16-dan 8-ə düşə bilməz. Qarın boşluğunda bu miqdarda qanın olması həmin an təbil çalınmalı idi. Mütəxəssis dəvət olunmalı idi və ya xəstə Bakıya hospitalizasiya olunmalı idi. Ultrasəs müayinəsi də səhv edə bilər, qanı görməyə bilərdi, xəstə bu vəziyyətdə evə göndərilə bilməzdi. Laqoroskopik əməliyyatla bağlı açıq əməliyyatın videogörüntüsü nəticəsində rəy vermişlər, bir əməliyyatın videogörüntüsü təqdim olunub, onun əsasında rəy vermişlər. Əməliyyatdan öncə qarın boşluğunun müayinəsi, əməliyyata keçəndə isə həkim tərəfindən qarın boşluğu təftiş olunmalıdır. Əməliyyat həkimi qarın boşluğuna daxil olan zaman kamera ilə təftiş etməli idi. Kamera ilə diafraqmadan çanaxa qədər təftiş etməli idi, kamera ilə bu mümkündür. Gecikdirilmiş əməliyyat birinci əməliyyat üçün nəzərdə tutulmur, ikinci açıq əməliyyat üçün nəzərdə tutulub. Qanaxmaya görə ikinci əməliyyat gecikdirilib. Həkimin yerinə olsaydı, xəstənin qanaxma səbəbini və yerini müəyən etmədən xəstəyə iki litr qan vurub evə göndərməzdi. Həmin an qanaxmanın mənbəyini tapmaq üçün hər vasitədən istifadə etməli idi, açıq əməliyyatdan belə etməli idi. 19 apreldən may ayının 6dək gözləməli deyildi. Mütəxəssis dəvət etməli idi. Qanaxma problemini əməliyyat etmiş həkim həll etməli idi. Səhvi budur. Qan vurub evə buraxmamalı idi. Qan vurması səhv deyil, qan köçürməsi düzgün addımdır, evə buraxmamalı idi, qanaxmanın mənbəyini tapmalı idi 2 həftə vaxt keçib. Qeyd etdiyi kimi həkim yoldaşı xəstəyə münasibətini gözləməlidir, laqeyd yanaşıb, xəstəyə diqqət ayırmayıb, burada problem yaranıb. Rəyin verilməsi üçün xəstənin xəstəlik tarixçəsi ilə kifayətlənmişlər. Əgər kiçik ölçülü damar zədələnibsə, hemogeoma qapı venasında koaqulyatorla və ya qayçı ilə zədələnibsə ondan olan xırda-xırda qansızma ilə xəstə bir ay sağ qala bilər. Profoz qanaxma olmadığına görə. Mikroskopik müayinə hemogeomanın harada olmasını müəyyən edə bilməz. Qara ciyər qapı venasında deffektin, yəni serrozlaşmış hemogeomanın olmasını bildirir. Fibrozlaşma qara ciyərdə də var, hemogeomada da var. Dərin fibroz olmayıb, uzunmüddətli deyil. Rəydə göstərilən hemageomanın ölçüsüdür, zədələnən hissə isə 1mm ölçüdədir. Müayinə zamanı xəstənin qanında yüksək leykostoz var idi, hemoqlabin göstəricisi də yüksək idi. Əməliyyatdan əvvəl qandüşməsi olmayıb, əksinə sonradan olub, eritrosit çoxdur deyə hemoqlabin yüksək olub. Əməliyyatdan əvvəl qansızma olsaydı həkim laqoroskopik əməliyyat zamanı görərdi. Əgər həkim əməliyyatı səliqəli edirsə, qan itirmə olmur. Öd əməliyyatından sonra qangöstəriciləri normada idi düşməmişdir. Öd əməliyyatında yatrogen zədələnmə yoxdursa, heç bir problem yaranmır. Yatrogen zədələnmə bütün əməliyyatlar zamanı ola bilər. Yatrogen zədələnmə həkimin ehtiyatsızlığından və sair səbəblərdən əmələ gələ bilər. Əgər zədələnibsə artıq həkim diqqətli olmalıdır. Hemogeoma şiş deyil, bəd xassəli deyil, o, bir damar toxumasıdır, onun zədələnməsi də qəbahət deyil, hər zaman zədələnə bilər. Zədələnəndən sonra artıq diqqətli yanaşıb, adekvat müalicə aparılmalıdır. Bu ciddi bir qüsur deyil. Sadəcə xəstənin qeydinə qalıb mütəxəssisə vaxtında yönəltmək lazımdır. İşemik sahələr bütün daxili orqanlarda yaranır, ürəkdə və sair orqanlarda, qan toxumaların təchizatı pozulan zaman işemik sahələr yaranır. İşemik qan azlığı, qan çatışmamazlığı deməkdir. Hər hansı bir enerji qurğusu ilə hemageomanın bir yerində neykroz yaranıb. Əməliyyat zamanı neykroz yaranır, əməliyyat olunmadan neykroz yarana bilməz. Digər əməliyyatlar qanaxma mənbəyini tapıb, qanaxmanı durdurmaq məqsədi ilə aprarılıb. Lakin bu da gecikdirilib və adekvat olmayıb. Perforasiya deşilmə deməkdir. Qanaxma bir zaman olub, dayanması bu həkim üçün alladıcı olub, mütəxəssis həkimə aldadıcı olmazdı. Divarların qalınlaşması əməliyyatdan əvvəlki dövrdə ola bilməzdi. Normal qidalanmayan xəstədə iki litr qan yığılar. Normal qidalanmamaya qan azlığının aidiyyəti yoxdur. İki litr qan itkisinin səbəbi qanaxmadır. Qapı venasının cırılması qanaxmanın əsasıdır. Əməliyyatdan sonra qanaxmanın yerinin müayinəsi barədə görüntü təqdim olunub o da sol və ya sağ tərəf olduğu bilinmir. Qanaxma diaqnozu varsa, xəstəni evə buraxmamalı idi. Bu nöqteyi nəzərdən həkim səhlənkarlıq edib. Həkim qanaxmanın mənbəyini tapmayıb və mütəxəssiss dəvət edilməyib. 3-cü əməliyyatın mənbəyini tapsalar da, mütəxəssis dəvət etməyiblər, 4 saat ərzində Bakıdan belə həkim gəlib çatardı. Düzgün qərar versə də, düzgün icra etməyib. Yəni mənbəyi tapmadan qarın boşluğundan çıxılıb. Həkim özü qeyd edib ki, qaraciyər qapısında böyük piylik yapışmışdı, lakin onu ayırmamışlar, qarın boşluğunda qanaxmanın mənbəyini tapa bilməmişlər və əməliyyatı bitirmişlər. Lakin həkimin qanaxmanın mənbəyini müəyyən etmək üçün təkbaşına, yəni mütəxəssis həkim cəlb etmədən əməliyyata girməsi bir səhv, qanaxmanın mənbəyini tapmadan qarın boşluğundan çıxması ikinci səhv, yenidən mütəxəssis həkim cəlb etmədən açıq əməliyyat etməsi 3-cü səhvdir. Vaxtında həkim xəstəyə bildirsə idi ki, qanaxma var, o bunun qarşısında acizdir, Bakıya damar cərrahın yanına özünü çatdır desə idi, ölüm baş verməzdi. Neykrozlaşma əməliyyat vaxtı istifadə olunan qurğular vasitəsilə baş verir, 2-ci qanaxma olub, qanaxmaya vaxtında yardım göstərilməyib, xəstə vaxtında hospitalizasiya olunmayıb, hospitalizasiya olunsa da, xəstənin vəziyyəti düzgün qiymətləndirilmir, vəziyyət düzgün qiymətləndirilməyib və xəstə evə buraxılıb, xəstədə yenidən qanaxma olub, xəstə yenə də hospitalizasiya olub, həm laqoroskopik həm açıq əməliyyat qeyri adekvat olduğuna görə xəstə hemoqrafik şokdan ölüb. Neykroz olub-olmayıb əhəmiyyət kəsb etmir, patoloji-anatomik təftişlə və mikroskopik müayinə ilə neykroz müəyyən edilib. Meyidin tibbi ekspertin rəyində göstərilib. Hemogeomanın divarlarında olan mikroneykroz sahəsi və mikroprepasiya sahəsi patoloji-anatomik təftiş zamanı diqqətdən qaça bilər. Həmin nahiyyə patoloji-anatomik təftişə göndərilmədiyi üçün görünmür. Öd kissəsinin hidropsi, şişkinlik varsa, ödlə qaraciyər qapısında ara məsafəsi olmur. Hidropsinin 25-30 sm ölçüsü olur. Hidropsi olanda qapı venasında olan hemogeomaya yapışıq olur. Öd kisəsi qaraciyərə bitişik olur. Qaraciyərin qapı venasında hemageomanın ölçüsü və ya hansı ölçüdə olarsa, partlaması bu məsələyə aidiyyəti yoxdur. Kavernoz genişlənmiş – qapı venasının üzərində venoz tor venoz şəbəkə olur, qanaxma olan zaman onun bir şaxəsi zədələnən halda qanaxmanın dayanması üçün digər şaxələrdə tromboz yarana bilər. Qaraciyərdə ocaqlı pereseptal fibroz – septa hüceyrələrin arası deməkdir, orada qaraciyər toxuması ilə fibroz toxumasının əvəzləşdirilməsi deməkdir. Patoloji-anatomik təftiş zamanı piy distrofiyası olub. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, qərarlarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 08 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit Məhkəmə Tibbi Ekspertizası və X5 Mingəçevir şəhər şöbəsinin meyidxanasında təşrih masasının üzərində uzadılmışdır. Əynində paltarları yoxdur. Meyit kişi cinslidir, düzgün bədən quruluşludur. Boyunun uzunluğu 172 santimetrdir. Dərialtı piy təbəqəsi normal inkişaf etmişdir. Meyit nisbətən soyumuşdur. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif inkişaf etmişdir. Barmaqla təsir etdikdə itir və 15 saniyə müddətində yenidən bərpa olunur. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Saçları qaradır, uzunluğu 2-3 santimetrə qədərdir. Başın yumşaq toxuma örtüyündə xəsarətlər aşkar olunmur. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir, bəbəklər bərabər diametrdədirlər, buynuz qişa şəffafdır. Göz almasının birləşdirici toxumalarında qansızmalar yoxdur. Əllədikdə burun sümükləri tamdır. Burun dəlikləri sərbəst keçiricidirlər. Ağzı qapalıdır, dili ağız boşluğundadır, dişləri təbiidir, damaq hamardır, zədəsizdir. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Boynu adi ölçüdə və hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə qabırğalar tamdır. Xarici cinsiyyət üzvüləri kişi cinsli normal inkişaf etmişdir. Arxa keçəcək sərbəst və ətraf dərisi zədəsizdir. Ətrafları normal inkişaf etmişdir, ətraflarında patoloji hərəkətlilik yoxdur. Meyidin bədən səthində xəsarət aşkar olunmadı. Xüsusi əlaməti:- Qarnın ön divarında orta xətt üzrə köbəkdən aşağı və yuxarı ətraflarında 17 ədəd cərrahi tikişləri olan cərrahi əməliyyat kəsiyi vardır. Göbək həlqəsinin ətrafında, qarının sol yan orta kvadratında, qarının sol yuxarı kvadratında və qarının sağ yuxarı bayır kvadratında laparosintez əməliyyatından sonrakı əməliyyat kəsikləri vardır. Cinayət işinin materiallarında olan 17 may 2023-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci sənəd mərhum X8 şəxsiyyət vəsiqəsinin surətidir. İkinci sənəd “X32” Məhdud Məsuliyyətli Cəmiyyətində Əfqan Rzayev barəsində 31 mart 2023-cü il tarixdə keçirilmiş “Doppler Ultrasonography” müayinəsinin nəticəsidir. Həmin sənəddə aşağıdakılar qeyd olunmuşdur. Qaraciyər: ölçüləri (çəp vertikal) - 153 mm (N-150 mm-qədər), qalınlığı 105 mm (N-130 mm-ə qədər), konturları hamardır, exogenliyi exopozitivdir, piy infiltrasiyası var, exostrukturu homogendir. Qaraciyər venaları və qapı venası normaldır. Qaraciyər daxili öd yollan genəlməyib. Öd kisəsi: forması ovaldır, şar şəkli alıb, ölçüləri 9 Sx51 mm, divarının qalınlığı 5.2 mm( N-3 mm-ə qədər), möhtəviyyatı qatı, bulanıq, irinlidir, mənfəzində 21 mm, 42 mm ölçüdə iri daşlar və kisənin dibində 15 mm qalınlığında çöküntü var. Mədəaltı vəz: ölçüləri-baş 21 mm (N12-28 mm), cismi 19 mm (N12-24 mm), quyruq 25 mm (N-30 mm qədər). Konturları hamardır, parenximanın exostrukturu homogendir. Dalaq: ölçüləri :uzunluğu 83 mm (N-80- 120 mm), eni 39 mm (N-50- 70 mm), konturları düzgündür, exogenliyi normaldır,exostrukturu homogendir. Böyrəklər-Sağ böyrək-.yerləşməsi və forması normaldır, ölçüləri: uzunluğu 126 mm (N-75-120 mm), eni 48 mm (N-45-65 mm), parenximanın qalınlığı 19 mm (N-15-22 mm). Kortiko-medulyar differensasiya aydmdır. KLS genəlməyib, daş yoxdur. Sol böyrək: yerləşməsi və forması normaldır,ölçüləri: uzunluğu 130 mm (N-75 120 mm), eni 58 mm (N-4S-65 mm), parenximanın qalınlığı 16 mm (N-15- 22 mm). Kortiko-medulyar differensasiya aydındır. KLS genəlməyib, daş yoxdur. Sidik kisəsi: konturları hamardır. Divarının qalınlığı: 4.8mm (N-4 mm qədər), möhtəviyyatı şəffafdır. Prostat vəzin ölçüləri və strukturu normaldır. Bağırsaqlarda çox qaz var, peristaltika normaldır. NƏTİCƏ - Daşlı, irinli xolesistit, öd kisəsinin hidropsu, hepatozqaraciyərin piy infiltrasiyası, meteorizm. Üçüncü sənəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 07 aprel 2023-cü il tarixdə tərtib olunmuşdur. Həmin sənəddə X12 “kəskin daşlı xolesistit” diaqnozu qoyulmuşdur. Dördüncü sənəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 13 aprel 2023-cü il tarixdə tərtib edilmiş X18 barəsində ulturasəs müayinəsinin nəticəsidir. Həmin sənəddə Əfqan Rzayev barəsində “qaraciyər ölçüləri normal, parenximasının exogenliyi artıb. Həmin sənəddə Əfqan Rzayevə “Qaraciyər parenximasında patoloji lezyon (kütlə, kista) müşahidə olunmur. Qaraciyər daxili öd yolları N” diaqnozu qoyulmuşdur. Beşinci və altıncı sənədlər Əfqan Rzayev barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 13 aprel 2023-cü il tarixdə tərtib edilmiş analiz nəticələridir. Yeddinci sənəd Əfqan Rzayev barəsində Şəki rayon mərkəzi xəstəxanasında 19 aprel 2023-cü il tarixdə tərtib edilmiş ultrasonography müayinəsinin nəticəsidir. Həmin sənəddə Əfqan Rzayevə “Kəskin meteorizmlə əlaqədar andominal orqanlar vizualizə edilmir. Qarın boşluğunda 2220 ml həcmində maye izlənildi” diaqnozu qoyulmuşdur. Səkkizinci sənəd İcbari Tibbi Sığorta üzrə X30 rayon mərkəzi xəstəxanası X37 tərəfindən X12 19 aprel 2023-cü il tarixdə verilmiş göndəriş vərəqidir. X2 barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndəriş verilmişdir. Vərəqin içərisində olan üçüncü bölmədə “təcili” olması qeyd olunmuşdur. Vərəqin içərisində olan səkkizinci bölmədə “usm-qarın boşluğunda 2220 ml” maye” izlənilməsi göstərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 30 nömrəli rəyindən görünür ki, X8 meyidinin müayinəsi zamanı onun meyidində xəsarət və xəsarət izləri aşkar olunmamışdır. X8 meyidinin müayinəsi zamanı çıxarılmış öd kisəsinin yatağında patoloji prosses, irinləmə qanaxma və s. aşkar olunmamış, cərrahi əməliyyat sahəsində tikişləri normal germetik vəziyyətdə olmuş, qanaxma və s. aşkar olunmamışdır. X8 daxili müayinəsi zamanı qaraciyərin qapı venasında 5x6 sm ölçüdə içərisində qan və qan laxtaları olan anevrizma (hemoangioma), anevrizmanın (hemoangiomanın) cırılmış hissəsində qandayandırıcı qubkalarlar və cərrahi tikişlər, qarın boşluğunda 1200 ml duru və laxta halında qan aşkar olunmuşdur. X8 ölümünə səbəb, hemaorargik şokla müşayət olunan qapı venasının hemoangiomasından baş verən kəskin qanitirmə olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 11:20-də baş vermişdir. Cinayət işinin materiallarında olan komisyon məhkəmə-tibb ekspertizasının 24 iyul 2023-cü il tarixli 387/KEŞ nömrəli rəyindən görünür ki, Mingəçevir şəhər "xxxx"da Əfqan Rzayevin adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Kəskin daşlı xolosistit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Əfqan Rzayevə təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əfqan Rzayevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb “hemorragik şokla müşayət olunan qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da əməliyyatın texniki qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, cərrahi əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsi baş vermiş, bu da qanaxmaya, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda da kəskin qanitirmədən onun ölümünə səbəb olmuşdur. Buna məsul şəxs cərrahi əməliyyatı icra edən həkim-ümumi cərrahdır. Əfqan Rzayevin üzərində “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı aparıldıqdan sonra stasionarda konservativ müalicələr düzgün aparılmış, lakin, xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirilməmiş (xəstə barədə tərtib olunmuş xəstəlik tarixi natamam yazılıb), bu da qanaxma ilə əlaqədar ölümün baş verməsinə səbəb olmuşdur. Buna məsul şəxs həkim - ümumi cərrahdır. Əfqan Rzayevə xx.xx.2023-cü il tarixdə “Qanaxma şübhəsi” diaqnozu qismən düzgün təyin edilmişdir, belə ki, qanaxma şübhəsi yox, “qanaxma” olmalı idi. Daxil olarkən qan analizinin nəticələri Hb - 8,3; Ht - 24,1; Leykosit - 25,51 olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat olunan zaman Hb - 16,0 olduğu halda, əməliyyatdan sonra Hb - 8,3-ə düşməsinə baxmayaraq, baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və Kompüter Tomoqrafıya müayinələri aparılmayıb, qanitirmənin səbəbi müəyyən edilməyib, bu da xəstənin vəziyyətinin ağırlaşmasına və sonda ölümünə səbəb olmuşdur. Buna məsul şəxs həkim - ümumi cərrahdır. Əfqan Rzayevə xx.xx.2023-cü il tarixdə “Qanaxmalı hemangioma” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, diaqnoz “Qanaxmalı hemangioma. Damar zədələnməsi (çünki əməliyyatın adında böyük damarın tikilməsi qeyd edilir), daxili qanaxma. Qaraciyər qapısında hematoma. Kəskin qanitirmə” kimi qeyd edilməli idi. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim - ümumi cərrahdır. Əfqan Rzayevin üzərində xx.xx.2023-cü il tarixdə icra edilmiş “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı”nın aparılmasına düzgün olaraq qərar verilmiş, lakin gecikdirilmişdir. Buna məsul şəxs həkim - ümumi cərrahdır. Mingəçevir şəhər "xxxx"da Əfqan Rzayevə aparılmış tibbi müdaxilə tədbirləri tam həcmdə olmamışdır. Belə ki, əməliyyat otağına damar cərrahı dəvət edilməli və əməliyyat ixtisaslaşmış mütəxəssis tərəfindən icra olunmalı idi. Əgər vaxtında əməliyyat ixtisaslı mütəxəssisdamar cərrahının iştirakı ilə icra olunsaydı, ölümün qarşısının alınması şansı çox ola bilərdi. Buna məsul şəxs həkim - ümumi cərrahdır. X23 şəhər “Regional Hospital’da göstərilmiş qüsurlu tibbi xidmətlə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Buna məsul şəxs həkim - ümumi cərrahdır. Cinayət işinin materiallarında olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 612/KEŞ saylı rəyindən görünür ki, Əfqan Rzayevin meyiti müayinə olunmuş və onun ölümünə səbəb “hemorragik şokla müşayiət olunan qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da əməliyyatın texniki qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsi baş vermiş, bu da qanaxmaya, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda da kəskin qanitirmədən onun ölümünə səbəb olmuşdur. Buna məsul şəxs cərrahi əməliyyatı icra edən həkimümumi cərrahdır. Əfqan Rzayevin üzərində “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı aparıldıqdan sonra stasionarda konservativ müalicələr düzgün aparılmış, lakin xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirilməmiş (xəstə barədə tərtib olunmuş xəstəlik tarixi natamam yazılıb), bu da qanaxma ilə əlaqədar ölümün baş verməsinə səbəb olmuşdur. Damar zədələnməsinin əlaməti qaraciyər qapısında hematomanın olması, sonradan əməliyyat protokolunda zədələnmiş damarın tikilməsi və hemoqlobinin 16-dan 8,3-ə düşməsi olmuşdur. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Əfqan Rzayevə xx.xx.2023-cü il tarixdə “Qanaxma şübhəsi” diaqnozu qismən düzgün təyin edilmişdir, belə ki, “qanaxma şübhəsi” yox, “qanaxma” olmalı idi. Daxil olarkən qan analizinin nəticələri Hb - 8,3; Ht - 24,1; Leykosit - 25,51 olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə əməliyyat olunan zaman Hb - 16,0 olduğu halda, əməliyyatdan sonra Hb - 8,3-ə düşməsinə baxmayaraq, baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələri aparılmayıb, qanitirmənin səbəbi müəyyən edilməyib, bu da xəstənin vəziyyətinin ağırlaşmasına və sonda ölümünə gətirib çıxarmışdır. Xəstənin yaşama müddəti qanitirmənin sürətindən asılı olur. Hemoqlobinin 16-dan 8,3-ə düşməsi dərmanlar və qidalanma ilə əlaqəli ola bilməz. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Əfqan Rzayevin üzərində xx.xx.2023-cü il tarixdə icra edilmiş “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatının aparılmasına düzgün olaraq qərar verilmiş, lakin gecikdirilmişdir. xx.xx.2023-cü il tarixdə xəstəyə “qanaxma şübhəsi” diaqnozu təyin olunmuş və hemoqlobini aşağı düşməkdə davam etmişdir. xx.xx.2023-cü il tarixdə aparılan əməliyyata qədər çox (17 gün) gecikdirilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 387/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, Mingəçevir şəhər "xxxx"da Əfqan Rzayevə aparılmış tibbi müdaxilə tədbirləri tam həcmdə olmamışdır. Belə ki, əməliyyat otağına damar cərrahı dəvət edilməli və əməliyyat müvafiq ixtisaslı mütəxəssis tərəfindən icra olunmalı idi. Əgər vaxtında əməliyyat ixtisaslı mütəxəssis damar cərrahının iştirakı ilə icra olunsaydı, ölümün qarşısının alınması şansı çox ola bilərdi. Profil üzrə ürək-damar cərrahı ixtisası var və qeyd olunan hallarda dəvət olunmalı idi, bu da səhiyyə nazirliyinin müvafiq klinik protokolları ilə tənzimlənir. X14 ifadəsində qeyd etdiyi “Xəstənin qaraciyərinin qapı venasının hemangiomasını cərrahi əməliyyat etmək üçün qaraciyərə gələn qan tam olaraq dayandırılmalı və bundan sonra qaraciyər hemangioması əməliyyat etmək olardı. Lakin bunun üçün Azərbaycan Respublikasında müvafiq şəraiti olan tibb müəssisəsi olmamışdır” fikrinin tibbi və elmi əsası yoxdur. Belə ki, əməliyyatdan əvvəl aparılmış müayinələrdə qapı venasında və ya qaraciyər qapısında hər hansı bir patologiyanın olması qeyd olunmayıb. Bu sırf əməliyyatdan sonra müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Şəki RMX PHŞ-nin 18 may 2023-cü il tarixli PHŞ- 6-71/2-254/2023 nömrəli məktubundan görünür ki, Şəki rayonu Cəyirli kəndində anadan olmuş xx.xx.1977-ci il təvəllüdlü X18 xx.xx.2023-cü il tarixində saat 01:45 radələrində 103 xidməti maşını ilə “Şəki RMX” X37n X38 bölməsinə gətirilmiş, növbətçi həkim Dövlət Cəfərova tərəfindən müayinə olunmuş, “Öd daşı əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuş, tibbi yardım göstərilmiş, həkim cərraha yönləndirilmişdir. X33 tərəfindən təkrar müayinə olunmuş, “Öd daşı əməliyyatından sonrakı vəziyyət” diaqnozu təsdiqlənmiş, tibbi yardım göstərilmiş, ambulator müalicə yazılmışdır. Həkim X33 tərəfindən əməliyyat olunduğu "xxxx"a göndərilməsi məsləhət olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təsviri hissədə göstərilənlərə əsasən "xxxx" MMC-nin direktor müavini Şahid1, həmin MMC-nin həkim anestezioloqu Şahid2 və həkim uroloqu Şahid3 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından onların barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 1(051)-5/2025 saylı qərarı ilə X14 Azərbaycan Respublikası CM–in 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə "xxxx" MMC mülki cavabdeh qismində işə cəlb edilmişdir. Cinayət işinin materiallarında olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 979/KEŞ nömrəli rəyindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə X6 daxil olduqdan sonra ona daha öncə (xx.xx.2023-cü il tarixdə “İnvitro“ Tibb Mərkəzi) aparılmış ultrasonoqrafıya müayinə nəticəsinə əsasən, “Daşlı xolesistit” diaqnozu təyin edilmişdir. Digər hər hansı bir patologiya (qaraciyər qapısı nahiyəsində qapı venasının hemangioması) qeyd edilməmişdir. Müasir tibbi praktikada bir çox hallarda laparoskopik xolesistoektomiya cərrahiyyə əməliyyatlından əvvəl daha informativ müayinə üsulları MRT, retroqrad xolangiopankreoqrafiya və ya abdominal kontrastlı KT müayinəsinin aparılması daha məqsədəmüvafiq hesab edilir. Əgər yuxarıda sadalan müayinələr aparılmış olsa idi, qaraciyər qapısı nahiyəsində qapı venasında (portal vena) olan hemangioma aşkar oluna bilərdi. X8 üzərində “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Sonrakı mərhələdə xəstədə əməliyyatın ağırlaşması meydana çıxmış və bu ağırlaşma meyitin müayinəsinə əsasən, qapı venasının hemangiomasından (qaraciyərin qapısı nahiyəsində) baş verən kəskin qanitirmə ilə əlaqədar olmuşdur. Əməliyyatın texniki qüsuru ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Belə ki, cərrahiyyə əməliyyatı zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsinə səbəb əməliyyatda istifadə edilən koaqulyator vasitəsi ilə toxumaların ayrılması hesabına və yatrogen zədələnmə nəticəsində işemik sahələr yaranmış və bir müddət sonra bu sahələr nekrozla fəsadlaşmışdır. Daha sonra həmin nahiyə perforasiya olunmuş və kəskin qanitirmə baş vermişdir. Sonda tibbi müdaxilələrin adekvat olmaması isə xəstənin ölümünə səbəb olmuşdur. Qeyd olunan qüsur və çatmamazlıqlara məsul şəxs əməliyyatı icra edən həkim ümumi cərrahdır. X8 üzərində aparılmış “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı zamanı xəstənin qaraciyərinin müvafiq bölgəsində yerləşən hemangiomanın zədələməsi mümkündür. Bu zədələnmə yatrogen olaraq əməliyyat zamanı istifadə edilən koaqulyator vasitəsi ilə toxumaların ayrılması nəticəsində işemik sahələr yaranmış və bir müddət sonara həmin nahiyə nekrozla fəsadlaşmışdır. Xəstə müəyyən müddət ərzində bu patoloji vəziyyətlə yaşamış, lakin qanaxma xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə özünü kəskin şəkildə biruzə vermişdir. Aparılmış “Laparoskopiya” və “Laparotomiya” cərrahiyyə əməliyyatları adekvat olmadığı üçün xx.xx.2023-cü il tarixdə xəstədə bioloji ölüm faktı qeydə alınmışdır. Koaqulyator vasitəsi ilə yaranmış yatrogen zədələnmə əməliyyat icra edən həkim-cərrah tərəfindən vaxtında müəyyən edilə bilərdi. X8 üzərində aparılmış “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı zamanı onda mövcud olan qaraciyərin müvafiq bölgəsində yerləşən hemangioma əməliyyatı icra edən həkim cərrah tərəfindən ətraflı revizya aparılmaqla müəyyən edilə bilərdi. Patologiya müəyyən edilərək adekvat müalicə taktikası seçilməli idi. İş materiallarında olan tibbi sənədlərdə və videogörüntüdə “Laparoskopik xolesistektomiya” əməliyyatının gedişi əks olunur. Lakin bu tədqiqat materiallarında hər hansı bir yatrogen zədələnmənin olduğunu müəyyən etmək mümkün olmadı. X12 aparılmış “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatından sonra onda cərrahi ağırlaşma baş vermişdir. Bununla əlaqədar onun üzərində xx.xx.2023-cü il tarixdə “Laparoskopiya” və xx.xx.2023-cü il tarixdə “Laparotomiya” cərrahiyyə əməliyyatlarının aparılmasına düzgün qərar verilsə də, bu əməliyyatlar adekvat və düzgün yerinə yetirilməmişdir. X8 ölümünə səbəb olmuş hemorragik şokla müşayiət olunan qapı venasının hemangioması lokalizasiyasına görə ilkin əməliyyat zamanı yatrogen olaraq zədələnmiş və müəyyən müddət sonra özünü kəskin şəkildə (xx.xx.2023-cü il tarixdən) biruzə vermişdir. Təkrar müdaxilələr adekvat olmadığı üçün bu patoloji vəziyyətin qarşısının alınması mümkün olmamışdır. Əgər əməliyyat damar cərrahının iştirakı ilə icra olunsaydı, ölümün qarşısının alınması şansı çox ola bilərdi. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı kimi peşə vəzifəsini lazımi səviyyədə yerinə yetirməyərək, X8 üzərində həmin tibb müəssisəsində “laporoskopik xolesistetkomiya” cərrahi əməliyyatını texniki qüsurla həyata keçirib cərrahi əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasını zədələyərək qanaxmaya səbəb olması, stasionarda müalicələr aldığı vaxtda xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirməməsi, sonradan xəstəyə “qanaxma” diaqnozu təyin etməli olduğu halda “qanaxma şübhəsi” diaqnozunu qismən səhv təyin edərək baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələrini aparmayaraq və qanitirmənin səbəbini müəyyən etməyərək xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olması, daha sonra xəstə yenidən "xxxx" MMC-yə “qanaxmalı hemangioma” diaqnozu ilə daxil olsa da, xəstədə “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı”ının aparılmasını gecikdirərək, cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməməsi, həmin əməliyyatı icra edərkən əməliyyat otağına damar cərrahı dəvət etməli və əməliyyatın ixtisaslaşmış mütəxəssis tərəfindən icra olunması üçün təşəbbüs göstərməli olduğu halda, ixtisaslaşmış mütəxəssisi dəvət etməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olmuş hərəkətsizlik etməsi və onun əməlində Azərbaycan Respublikası CM-in 124-cü maddəsinin tərkibinin olması tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 124.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaq orqanının mövqeyi ilə ona görə razılaşmır ki, hazırkı işin faktiki hallarına görə təqsirləndirilən şəxs X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrah kimi peşə vəzifəsini yerinə yetirərkən zərərçəkmiş şəxs X8 üzərində “laporoskopik xolesistetkomiya” cərrahi əməliyyatını texniki qüsurla həyata keçirib cərrahi əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasını lazımi diqqət və ehtiyatlılıq göstərməyərək zədələyərək qanaxmaya səbəb olmuş hərəkətlər, sonra isə cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələrə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli və görə bilməli olduğu halda bunu görməyərək, “qanaxma” diaqnozu təyin etməli olduğu halda “qanaxma şübhəsi” diaqnozunu qismən səhv təyin edərək baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələrini aparmayaraq və qanitirmənin səbəbini müəyyən etməyərək xəstənin vəziyyətinin ağırlaşmasına, “qanaxmalı hemangioma” diaqnozu ilə daxil olsa da, xəstədə “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı”ının aparılmasını gecikdirilməsinə, əməliyyatı icra edərkən isə əməliyyat otağına damar cərrahı dəvət etməli və əməliyyatın ixtisaslaşmış mütəxəssis tərəfindən icra olunması üçün təşəbbüs göstərməli olduğu halda, ixtisaslaşmış mütəxəssisi dəvət etməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 ölümünə səbəb olan hərəkətsizliklər etmişdir. Belə olan halda təqsirləndirilən şəxsi “vəzifəli şəxs”, onun əməlinin isə səhlənkarlıq kimi tövsif edilməsi işin həqiqi hallarına uyğun hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda formalaşmış hüquqi mövqeyə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs X14 əməlində Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı kimi peşə vəzifəsini yerinə yetirərəkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olması, CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Göründüyü kimi qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi “vəzifəli şəxs” hesab edilmişdir. Ondan başqa Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Belə olan halda həkim ümumi cərrahın öz peşə vəzifəsini yerinə yetirməsi, hüquqi əhəmiyyət kəsb edən hərəkətlərə, yəni hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarların qəbul edilməsinə və yaxud hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olmamışdır. Belə ki, peşə-şəxsin gələcək həyatını tənzimləmək müəyyən bilik və bacarıqlar əldə etmək yolu ilə qazandığıfəaliyyət sahəsidir. (Məsələn: müəllim, həkim, mühəndis, dərzi, sürücü və s.) Peşə vəzifəsi isə şəxsin öz peşəsi çərçivəsində əldə etdiyi bilik və bacarıqlardan istifadə etməklə yerinə yetirməli olduğu konkret işdir. Vəzifəli şəxs isə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxsdir. Göründüyü kimi həkimlik vəzifə deyil, bilik və bacarıqlar hesabına əldə etdiyi peşə sahəsidir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, xəstəxanalarda, poliklinikalarda, başqa tibb müəssisələrində peşə vəzifələrini yerinə yetirən həkimlər Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” lərin dairəsinə daxil deyildir. Belə olan halda həkim ümumi cərrah kimi peşə vəzifəsini lazımi qaydada yerinə yetirməyən təqsirləndirilən şəxs Urgur Kurtuluşun əməli Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı kimi öz peşə vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, 06 aprel 2023-cü il tarixdə “daşlı xolesistetkomiya” diaqnozu ilə "xxxx" MMCyə daxil olmuş X8 üzərində həmin tibb müəssisəsində “laporoskopik xolesistetkomiya” cərrahi əməliyyatını texniki qüsurla həyata keçirib cərrahi əməliyyat zamanı doluqanlı damarlarla zəngin şiş toxumasını zədələyərək qanaxmaya səbəb olmuş, xx.xx.2023-cü il tarixədək stasionarda müalicələr aldığı vaxtda xəstədə əməliyyat zamanı baş vermiş damar zədələnməsi əlamətlərinə diqqət yetirməmiş, 19 aprel 2023-cü il tarixdə yenidən həmin tibb müəssisəsinə daxil olmuş xəstəyə “qanaxma” diaqnozu təyin etməli olduğu halda “qanaxma şübhəsi” diaqnozunu qismən səhv təyin edərək baş verən qanaxmanın mənbəyini aşkar etmək üçün xəstəyə qarın boşluğunun ultrasəs və kompüter tomoqrafiya müayinələrini aparmayaraq və qanitirmənin səbəbini müəyyən etməyərək xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmuş, daha sonra xəstə yenidən 04 may 2023-cü il tarixdə "xxxx" MMC-nə “qanaxmalı hemangioma” diaqnozu ilə daxil olsa da, xəstədə “Qarın boşluğunun açıq cərrahiyyə əməliyyatı”ının aparılmasını gecikdirərək həmin əməliyyatı xx.xx.2023-cü il tarixdə icra etmiş, habelə əməliyyat otağına damar cərrahı dəvət etməli və əməliyyatın ixtisaslaşmış mütəxəssis tərəfindən icra olunması üçün təşəbbüs göstərməli olduğu halda, ixtisaslaşmış mütəxəssisi dəvət etməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olmuşdur. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X14 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsindən həmin Məcəllənin 124.1–ci maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməkdə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı əməlində cinayət tərkibinin olmaması ilə bağlı verdiyi ifadəsini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin “Xəstənin qaraciyərinin qapı venasının hemangiomasını cərrahi əməliyyat etmək üçün qaraciyərə gələn qan tam olaraq dayandırılmalı və bundan sonra qaraciyər hemangioması əməliyyat etmək olardı. Lakin bunun üçün Azərbaycan Respublikasında müvafiq şəraiti olan tibb müəssisəsi olmamışdır” bildirdikləri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, ekspert rəyləri və şahid qismində dindirilmiş ekspertləri ifadələri ilə tam sübuta yetirildi ki, təqsirləndirilən tərəfindən aparılmış “Laparoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı zamanı doluqanlı damarlarla zəngin şiş toxumasının zədələnməsi baş vermiş, bu da qanaxmaya, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda da kəskin qanitirmədən onun ölümünə səbəb olmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsində istinad etdiyi dəlilləri sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, həkim öz peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə inzibati və yaxud cinayət məsuliyyəti daşıyır. Hazırkı iş üzrə təqsirləndirilən şəxs isə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkət və hərəkətsizliklər etmişdir. Onun öz peşə vəzifələrini lazımi qaydada yerinə yetirməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bu halda onun əməlində CM-in 124.1-ci maddəsinin tərkibi vardır. Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının 26 iyun 1997-ci il 360-İQ №-li Qanunun 51-ci maddəsində "Müalicə həkimi”nin müəyyən edilməsi, hüquqları və məsuliyyəti müəyyən edilmişdir. Qanunun tələbinə görə: "Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir. Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir. Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X17 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan adam öldürmə ilə əlaqədar olaraq ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİnin xx.xx.2023–cü il tarixli tələbnaməsindən görünür ki, X24 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X24 barəsində 9 saylı MİS-ə şikayət daxil olmamışdır. X14 əməlində Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs X24 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X24 barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsinin zəruri olub–olmaması məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 346.1.14–cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzaların təyin edilməsinin zəruri olub–olmaması məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2–ci, 46.3–cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14–cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011–ci il tarixli qərarında göstərmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri–mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsasən, həmçinin işin müəyyən edilmiş həqiqi hallarına uyğun olaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, belə qənaətə qəlir ki, təqsirləndirilən şəxs X14 barəsində həkimlik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin etmədən də cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı kimi peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023cü il tarixdə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs evlidir, ali təhsilli həkimdir, əvvəllər məhkum olunmamış, o, cinayəti lazımi diqqətlilik və ehtiyatlılıq göstərmədən ilk dəfə ehtiyatsızlıqdan törətmişdir. Bu hallar cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, hazırkı cinayətin törədilməsində təqsirli hesab edilmiş X14 "xxxx" MMC-nin həkim ümumi cərrahı fəaliyyəti ilə məşğul olma hüququnun saxlanılmasını qeyri–mümkün edən hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X14 əcnəbi, Türkiyə Respublikasının vətəndaşı olduğuna, həmçinin ona bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsinin zəruri olub–olmaması məsələsi də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, təqsirləndirilən şəxs X24 Azərbaycan Respublikasının vətəndaşı X15 ilə xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində nikah bağlamış və həmin nikah 07 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilməməlidir. Cinayət işinin materiallarında olan Nikah haqqında şəhadətnamədən görünür ki, Urgur X1 arasında xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Qeydiyyat şöbəsində bağlanmış nikah 07 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Şabanova (Urgur) Şahnaz Mürsəl qızı xx.xx.1986-cı il tarixdə Zaqatala rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, X17 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər X10 və "xxxx" MMC-dən maddi ziyana görə 12719 manat, mənəvi ziyana görə 50000 manat, cəmi 62719 manat və dövlət rüsumu kimi ödənilmiş 279 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia mülki cavabdeh "xxxx" MMC-yə münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə mülki iddianın mülki cavabdehlər X17 və "xxxx" MMC-yə qarşı verilməsi ilə bağlı qeyd edir ki, X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin həkim ümumi cərrahı vəzifəsində işləyərkən, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X8 xx.xx.2023-cü il tarixdə ölümünə səbəb olsa da, mərhum X8 ölümü ilə bağlı delikt nəticəsində mülki iddiaçıya dəymiş olan maddi və mənəvi zərər mülki cavabdeh X10 deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbinə uyğun olaraq mülki cavabdeh X14 həmin vaxt həkim ümumi cərrah işlədiyi mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq mülki iddiaçıya verilməli və iddia tələbi mülki cavabdeh X17 münasibətdə təmin edilməməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, X24 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində cərrah vəzifəsində işləyir, əmək haqqının məbləği 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələbi baxımından ödənilmiş əvəz miqdarında X17 qarşı geriyə tələb (reqres) hüququnun olması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq əlaqəli şəkildə tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3–cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxs ölmüşdür. Zərərçəkmiş şəxs mərhumun arvadıdır. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Mətləb, xx.xx.2020-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Həmin uşaqlar atasız, ailə isə ailə başçısız qalmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, mülki iddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mənəvi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020–ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin 1097.1,1097.3 və 1099-cu normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə mülki iddianın mənəvi zərərə görə hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçı iztirab və sarsıntı keçirmişdir. Birgə nikahdan doğulmuş Mətləb və Əli adlı uşaqlar atasız qalmışdır. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, mülki iddiaçı mənəvi zərərə məruz qalmışdır. Məhkəmə Mətləb adlı uşağının xx.xx.2015-ci il tarixdə, Əli adlı uşağın isə xx.xx.2020ci il tarixdə doğulmasını və onların hazırda azyaşlı olmalarını, mülki iddiaçının isə onlara təkbaşına baxmalı olmasını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 38000 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. Ona görə də məhkəmə hesab edir ki, mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan, qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə mülki cavabdeh "xxxx" MMC-dən 38000 manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1–ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2–ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3–cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərərçəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə, zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə mülki iddianın maddi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, mülki iddia həmin hissədə də qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, mülki iddiaçının 12719 manat məbləğində maddi zərərə məruz qalması, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Bununla belə sübutların olmamasına istinad edərək, mülki iddiaçının tamamilə maddi ziyana məruz qalmamasıqənaətinə gəlinməsi də ədalətli və işin həqiqi hallarına uyğun hesab edilə bilməz. Belə olan halda nəzərə alınmalıdır ki, mülki iddiaçının bir neçə dəfə öz hesabına Şəki rayonundan Mingəçevir şəhərinə gedib-gəlməsi, həmçinin formalaşmış adətlərə görə yas mərasiminin təşkil edilməsi və qəbirüstü abidənin qoyulması zamanı çəkilməsi zəruri olan xərclər qaçılmazdır. Belə olan halda məhkəmə mülki iddia tələbinin maddi ziyan hissəsini mülki iddiaçının tələb etdiyi məbləğdə deyil, 2000 manat məbləğində əsaslı təmin edilməsi ədalətli və işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən, mülki iddiaçının bir neçə dəfə Şəki rayonundan Mingəçevir şəhərinə gedib-gəlməsinə, həmçinin formalaşmış adətlərə görə yas mərasiminin təşkil edilməsinə, həmçinin qəbirüstü abidənin qoyulmasına görə çəkilməsi zəruri olan xərclərin qaçılmaz olduğunu nəzərə almışdır. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia maddi ziyana aid hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və mülki cavabdeh "xxxx" MMC-dən 2000 (iki min) manat məbləğində pul alınıb mülki iddiaçıya verilməlidir. Məhkəmə mülki iddianın qanuni həll edilməsi ilə bağlı cinayət işin materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar mülki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, mülki cavabdeh "xxxx" MMC-dən mənəvi zərərə görə 38.000 (otuz səkkiz min) manat, maddi zərərə görə 2000 (iki min) manat, cəmi 40.000 (qırx min) manat pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilməli və mülki cavabdeh "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun 210 (iki yüz on) manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən edilmədi. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 310 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, X24 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X14 məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X24 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh "xxxx" MMC-dən mənəvi zərərə görə 38.000 (otuz səkkiz min) manat, maddi zərərə görə 2000 (iki min) manat, cəmi 40.000 (qırx min) manat məbləğində pul tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə və X17 münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehə aid edilsin. Mülki cavabdeh "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun 210 (iki yüz on) manat məbləğində hissəsi alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 310 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-5/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-5/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver