Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2020 19.05.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin 03.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 27 ünvanda qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,983 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 yanvar 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayaraq daşımış və həmin gün saat 15:50 radələrində Mingəçevir ŞPŞ Cinayət Axtarış Bölməsinin və PPXB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Sağ sahil qəsəbəsi Təbriz küçəsində yerləşən çörək sexinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi –axtarış və götürmə keçirilərkən göstərilən narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkçəsinin sol yuxarı döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10.01.2020-cu il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağçiçəyim” mağazasının yanından keçərkən yerdən bir ədəd siqaretin qara kağızına bükülmüş büküm tapdı. Bükümü açıb baxdıqda içində narkotik vasitə olan heroin olduğunu gördü və özü istifadə etmək üçün əynində olan gödəkçənin sol yan çöl döş cibinə qoyub saxladı. 10.01.2020-ci il tarixdə saat təxminən 15:50 radələrində Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi, Təbriz küçəsində yerləşən çörək sexinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Tapdığı narkotik vasitə də həmin vaxt cibində idi. Polis şöbəsinə vəkil dəvət olundu. Üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi və üstündə olan narkotik vasitə heroini və üzərində olan digər əşyaları təqdim etdi. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.01.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi, Təbriz küçəsində yerləşən çörək sexinin qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs olan gödəkçənin sol yuxarı döş cibindən bir ədəd qara rəngli kağıza bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, həmin narkotik vasitə olan heroini 10.01.2020-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “Ağçiçəyim” mağazasının arxasından yerdən piyada gəzən zaman yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirdi. Bundan sonra heroinə oxşar kütlə elektron tərəzisində çəkildi və zərfə qoyularaq qablaşdırıldı. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir CAB-nin əməliyyat müvəkkili işləyən Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 10.01.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi, Təbriz küçəsində yerləşən çörək sexinin qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin, onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yuxarı döş cibindən bir ədəd qara rəngli kağıza bükülmüş büküm aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Heroinə oxşar həmin kütlə elektron tərəzisində çəkildi və zərfə qoyularaq qablaşdırıldı. İşin 23-24-cü vərəqlərində olan 10 yanvar 2020-ci il tarixli şəxsi müayinə və şəxsi axtarış keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtrış keçirilərkən o, əynindəki tünd qara rəngli gödəkcəsinin sol yuxarı döş cibində bir ədəd siqaretin qara kağızına bükülmüş bükümü, digər ciblərindən bir ədəd alışqan, içərisində 9 ədəd siqaret olan “Rothmans” markalı siqaret qutusunu, bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd məhkum olunmuş şəxsə nəzarət məqsədilə verilmiş elektron nəzarət cihazı, 2 ədəd bir manatlıq milli əskinazları, bir ədəd mənzil açarını könüllü təqdim etdi. Təqdim edilən büküm açılarkən içərisində tünd qəhvəyi rəngli, toz şəklində spesifik iyli narkotik vasitə-heroinə bənzər kütlə olunması müəyən olundu. İşin 31-33-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2020ci il tarixli, 13 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-qara rəngli kağız bükümdə, təmiz çəkisi – 0.983 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,983 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,933 qram. İşin 91-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 207 saylı 19 mart 2020ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinentdə qeydiyyata alınması məsləhət görülür. İşin 86-cı vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 04.01.2020-ci il tarixli, 151 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.08.2014-cü ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,983 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 yanvar 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayaraq daşımış və həmin gün saat 15:50 radələrində Mingəçevir ŞPŞ Cinayət Axtarış Bölməsinin və PPXB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Sağ sahil qəsəbəsi Təbriz küçəsində yerləşən çörək sexinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞyə aparılaraq üzərinə şəxsi –axtarış və götürmə keçirilərkən göstərilən narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkçəsinin sol yuxarı döş cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 1(051)-132/2019 saylı, 03 oktyabr 2019-cu il il tarixli hökmünün surətindən və DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev x1 şəhər məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1 və 69.3cü maddələri ilə təqsirli bilinib 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxsin əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən cinayətin törədilməsi xarakterini, əvvəl də eyni cinayət törətməsinə görə məsuliyyətə cəlb olunmasını, cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 19 may 2020-ci il tarixli, 278/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 5(beş) ay 21(iyirmi bir) günü icra edilməmiş qalmışdır. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1 (bir) il 5(beş) ay 21(iyirmi bir) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya hökmlərin məcmusu qaydasında qismən birləşdirilməlidir. İşin 09-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında 10 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 75-ci vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 12 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 10 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 19 may 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,933qram narkotik vasitə –heroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 10 yanvar 2020-cu il tarixdən 12 yanvar 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 21 (iyirmi bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 günə hesablamaqla 8 (səkkiz) ay 25 (iyirmi beş) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir ) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,933qram narkotik vasitə –heroin məhv edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-50/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2020
19.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver