Məhkəmə qərarları › İş №1(051)-50/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2021 07.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X43 oğlunun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9,Zərərçəkmiş şəxs3 Məmmədsad oğlunun,Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Rasim oğlunun, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun və Zərərçəkmiş şəxs1 nümayəndəsi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X19 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 08.05.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0.04 ha torpaq sahəsini satacağına yalan vəd edib Zərərçəkmiş şəxs2 aldadılmasına nail olduqdan sonra 2017-ci ilin noyabr ayında sonuncunun yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı evin, 22 saylı mənzilində Şahid14 vasitəsi ilə Zərərçəkmiş şəxs2 1500 manat, 2018-ci ilin yanvar ayında həmin ünvanda Şahid14 vasitəsi ilə 1500 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs8 Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0,05 ha torpaq sahəsini satacağını yalan vəd edib, Zərərçəkmiş şəxs8 aldadılmasına nail olduqdan sonra sonuncudan 2017-ci ilin noyabr ayında Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "‘Beynəlxalq Bank”-ın Mingəçevir filialının qarşısında 3000 manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 3000 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs4 Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0,05 ha torpaq sahəsini satacağını yalan vəd edib Zərərçəkmiş şəxs4 aldadılmasına nail olduqdan sonra o, sonuncudan 2017-ci ilin dekabr ayında Mingəçevir şəhəri, Şahid14 küçəsində 2600 manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 2600 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0,05 ha torpaq sahəsini satacağını yalan vəd edib Zərərçəkmiş şəxs1 aldadılmasına nail olduqdan sonra o, sonuncudan 18.01.2018-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində 2600 manat, 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 25 saylı yaşayış binasının qarşısında 320 manat, 2020-ci ilin mart ayında özünün yaşadığı, A.Şaiq küçəsi 5 saylı yaşayış binasının qarşısında 200 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3140 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs3 Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən torpaq sahəsinə “Çıxarış” alınmasına köməklik edəcəyini yalan vəd edib, Zərərçəkmiş şəxs3 aldadılmasına nail olduqdan sonra 2018-ci ilin fevral ayında Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada o, Zərərçəkmiş şəxs3 2500 manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2500 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən, o, Zərərçəkmiş şəxs9 Musa qızına Mingəçevir şəhəri. Qaçaq Nəbi küçəsində yerləşən 0,04 ha torpaq sahəsini satacağını yalan vəd edib Günəş Bayraınovanın aldadılmasına nail olduqdan sonra o, sonuncudan 2018-ci ilin fevral ayında Mingəçevir şəhəri, Təbriz küçəsində 2000 manat, 2018-ci ilin mart ayında 240 manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 Musa qızına ümumilikdə 2240 manat məbləğdə pulu maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs7 Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 0,06 ha torpaq sahəsini satacağını yalan vəd edib Zərərçəkmiş şəxs7 aldadılmasına nail olduqdan sonra 2018-ci ilin mart ayında o, Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri, C.Əliyev küçəsi 15 saylı yaşayış binasının qarşısında 3600 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 məxsus 3600 manat məbləğdə maddi ziyan vurub Şahid17lə birlikdə aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən, Saday Vidadi oğlunun Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən evini almaq istəyən Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğluna həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsini sənədləşdirəcəyini Şahid11 vasitəsi ilə yalan vəd verib Zərərçəkmiş şəxs5 aldadılmasına nail olduqdan sonra Təqsirləndirilən şəxsla birlikdə Şahid11 vasitəsi ilə Zərərçəkmiş şəxs5 2018-ci ilin yay aylarında Mingəçevir şəhəri ərazisində 3350 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğluna məxsus 3350 manat məbləğdə maddi ziyan vurub aralarında bölərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Mingəçevir şəhəri ərazisində quşçuluq təsərrüfatı ilə məşğul olacaqlarını yalandan vəd edib Zərərçəkmiş şəxs6 aldadaraq 2018-ci ilin may ayında o, yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı yaşayış binasının yaxınlığında 1000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 1000 manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2017-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir şəhər Əmlak Şöbəsinin inzibati binasında yerləşən Reyestr xidmətində inzibatçı, yəni mühafizəçi vəzifəsində işləmişdir. Şahid17 da orada işlədiyi müddətdə tanımışdır. Belə ki, o, Elgizi torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Elgizin onun işlədiyi təşkilata gəlib müxtəlif sənədlər göstərərək torpaq sahəsi almaq və ya satmaq istədiyini görmüşdür. Lakin hər dəfə Elgizə torpaq sahəsi ilə bağlı Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi İdarəsinə müraciət etmək hüququ izah edilmişdir. 2017-ci ilin son aylarında o, Elgizin torpaq sahəsinin alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün Elgizə yaxınlaşıb, satılıq torpaq sahəsi olduğu təqdirdə ona da məlumat verməsini xahiş etmişdir. Bir neçə gün sonra Elgiz ona yaxınlaşıb torpaq sahəsi satıldığını bildirmişdir. O da Elgizdən torpaq sahəsinin yerləşdiyi yeri göstərməsini xahiş etmişdir. Buna görə də Elgizlə birlikdə Mingəçevir şəhərinin “Havarlı” küçəsi kimi adlandırılan, Q.Nəbi küçəsinə getmişlər. Orada boş torpaq sahəsinə çatdıqda Elgiz torpaq sahəsini ona göstərib həmin torpaq sahəsinin 0,40 ha olduğunu, heç kəsin adına olmadığını həmin torpaq sahəsinə dair şəhadətnamələrin özündə olduğunu demişdir. Həmçinin ona həmin ərazidə yerləşən torpaq sahəsinin 1 sotunun 400 manata olduğunu da demişdir. 2017-ci ilin xatırlamadığı ayında Mingəçevir şəhəri, Əmlak Şöbəsinin inzibati binasında işlədiyi müddət ərəfəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 onun Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində işlədiyini bildiyi üçün ona müraciət edərək, atasına məxsus torpaq sahəsinə sənəd almaqda köməklik etməsini xahiş etmişdir. Samir ona 4 sot torpaq sahəsinin Mingəçevir şəhəri, Naxçıvan küçəsində «İnterenerji zavodunun» yaxınlığında yerləşdiyini bildirmişdir. O da Samirə torpağın sənədinin düzəltməyi üçün 2000 manat pul lazım olacağını, lakin əvvəlcə bu işdə köməklik edəcək şəxslə, yəni Elgizlə danışıb Samirə xəbər edəcəyini demişdir. Bundan sonra Elgizlə telefonla əlaqə saxlayaraq Samirin ona dedikləri barədə Elgizə də məlumat vermişdir. Elgiz də ona bu işi həll edə biləcəyini dediyi üçün o, Elgizə bu işə görə Samirdən 2000 manat pul istədiyini, iş həll olunduqda ona həmin puldan nə qədər pul verəcəyini soruşduqda, Elgiz iş alındıqdan sonra ona hansı məbləğdə pul verəcəyini deyə biləcəyini bildirmişdir. Ertəsi gün Samirə zəng edib torpaq sahəsinə dair sənədləri hazırlaya bilib-bilməyəcəyini soruşduqdan sonra Elgizlə Mingəçevir şəhəri, Dövlət Əmlak Reyestr xidmətinin qarşısında görüşmüşlər. Görüş zamanı o, Elgizə torpaq sahəsinin yerləşdiyi yer barədə təkrarən məlumat verərək Samirlə görüşəcəyini də demişdir. Elgiz də ona təkrarən sənədi düzəldə biləcəyini, ona görə də pulu Samirdən götürə biləcəyini demişdir. Həmin gün o, X7 yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Samirdən 2000 manat pul almış, Samir isə ondan sənədin hansı müddətə hazır olacağını soruşduqda, o, Samirə Elgizlə danışdıqdan sonra ona dəqiq vaxt deyəcəyini bildirmişdir. Həmçinin o, Samirə saat 17 radələrində torpaq sahəsinin yanında görüşəcəklərini və həmin şəxsin də, yəni Elgizin də torpağa baxmağa gələcəyini bildirmişdir. Saat 17 radələrində o, Elgiz, Samir və Samirin atası Məmmədsad torpaq sahəsinin yerləşdiyi Mingəçevir şəhəri, Naxçıvan küçəsi, «İnterenerji zavodunun» yaxınlığında görüşmüşlər. O, Samiri və atasını Elgizlə tanış edib sənədi Elgizin düzəldəcəyini bildirmişdir. Torpaq sahəsinin yanında Samirin atası Məmmədsad torpaq sahəsi sənədləşdirdikdən sonra darvaza qoyulması üçün icazə alınmasında köməklik etməyi Elgizə bildirmiş, Elgiz isə buna görə əlavə olaraq 500 manat pul lazım olduğunu və 1 ay müddətində torpağın və darvazanın sənədinin hazır olacağını Samirin atasına demişdir. Samir və atası Məmmədsad Elgizlə razılaşdıqdan sonra oradan ayrılıb getmişlər. Həmin günü axşam Elgiz ona zəng edib Samirin torpaq sahəsinə sənədləri hazırlamaq üçün pul lazım olduğunu demiş, o isə Elgizə axşam vaxtı heç bir idarənin işləmədiyini, ertəsi gün pulu verəcəyini demişdir. Ertəsi gün o, işiylə əlaqədar olaraq Elgizlə görüşə bilməmişdir. Bu səbəbdən də axşam saatlarında yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı bina, 62 saylı mənzildə olarkən Elgizin göndərdiyi Zaur adlı şəxsə Samirdən aldığı 2000 manat pulu Elgizə çatdırması üçün vermişdir. Samirdən aldığı 2000 manat məbləğdə pulu Elgizə çatdırması üçün Zaur adlı şəxsə verərkən onun yanında heç kim olmamışdır. Pulu verdikdən 2 saat sonra Elgizə zəng edib 100 manat pula ehtiyacı olduğunu demiş, lakin Elgiz ona başqa yerdə olduğunu bildirdiyi üçün Elgizə 100 manat pulu Mingəçevir şəhər Bələdiyyəsinin yaxınlığında dayanan “Mercedes” markalı avtomobillə taksi faəliyyəti göstərən kişiyə verməyini, həmin kişidən pulu götürəcəyini bildirmiş, Elgiz də bu barədə onunla razılaşmışdır. Həmin günü axşam saatlarında o, Mingəçevir şəhər Bələdiyyəsinin yaxınlığında dayanan “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məğul olan kişiyə yaxınlaşıb həmin şəxsə pul verilibverilmədiyini soruşduqda həmin şəxs ona 100 manat pul çatacağını deyərək 100 manat pulu ona vermişdir. Təxminən 4 gün sonra Mingəçevir şəhəri Bələdiyyəsinin inzibati binasının qarşısında Samir ilə görüşmüşlər. Həmin vaxt Samir torpaq sahəsinə darvazanın qoyulması üçün icazənin alınmasına görə ona 400 manat məbləğdə pul vermişdir. O, Samirdən 400 manat aldığı barədə Elgizə məlumat verməmişdir. Təxminən 2-3 gün sonra Samir ona zəng edib 100 manatın hazır olduğunu və pulu atası Məmmədsaddan götürməyini dediyi üçün o, həmin gün Samirin yaşadığı mənzilə gedib pulu Samirin atası Məmmədsaddan almışdır. Bu zaman yanlarında heç kim olmamış, Samirdən aldığı 100 manat barədə də Elgizə heç bir söz deməmişdir. Təxminən 2-3 gün sonra Elgiz ona zəng edib Samirdən 500 manat aldığını və pulu verməyini istəmiş, lakin o, Elgizə torpağın sənədini hazır edəndən sonra darvazanın qoyulması üçün icazənin alınması zamanı 500 manatı verəcəyini demişdir. Elgizin vəd verdiyi müddət bitdikdən sonra Elgiz müxtəlif bəhanələrlə Samiri aldadıb sənədin hazır olacağını demişdir. Daha sonra Samir ona zəng edib Elgizin onu aldatdığını bildirmişdir. O da Elgizə zəng edib sənədi soruşduqda Elgiz ona qısa müddətdə sənədin hazır olacağını bildirmişdir. Bir müddət sonra Samir ona zəng edib Elgizin qeydiyyat nömrəsi olmayan sənəd verdiyini və qısa müddətdə qeydiyyat nömrəsini vurduracağını dediyini bildirmişdir. Lakin bir müddət sonra Samir işin alınmayacağını başa düşüb Elgizə zəng edib şikayət edəcəyini bildirdiyi üçün Elgiz də Samirə zəng edib pulun bir hissəsinin hazır olduğunu və pulu götürməyini demiş, lakin Samir pulu götürmək üçün taksi fəaliyyəti ilə məşğul olan Cəmil adlı şəxsi Elgizdən pulu almaq üçün göndərmişdir. Cəmil adlı şəxs pulu aldıqdan sonra ona zəng etmiş və Cəmil ilə Mingəçevir şəhəri “Əsgər” kafesinin qarşısında görüşmüşlər. Görüş zamanı Cəmil ona Elgizin Samirə 500 manat pul göndərdiyini demişdir. Lakin qeyd etdiyi məbləğdən başqa Samirə pul qaytarılmamış və ya vəd edilmiş iş həll edilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 dostu Abuzərin sayəsində tanımışdır. Zərərçəkmiş şəxs2 Abuzərin dostu Şahin adlı şəxsin anasıdır. 2017-ci ilin noyabr ayında Elgiz ona Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəbin yaxınlığında ucuz qiymətə, yəni 1 sotu 400 manata, ümumilikdə 1600 manata 4 sot torpaq sahəsinin satıldığını dediyi üçün o da bu barədə dostu Abuzərə ucuz torpaq sahəsinin olmasını və müştəri tapıb satmaq lazım olduğunu bildirmişdir. Abuzər bu barədə Bakıda olan dostu Şahinə məlumat verdikdən sonra, Şahin anası Validəyə zəng edərək dostu Abuzərin ucuz torpaq satdığını və hardansa pul tapıb torpaq sahəsini almağı demişdir. Ertəsi gün X1rşısında görüşən zaman Abuzər ona torpaq sahəsini Şahin adlı şəxsin almaq istədiyini demişdir. Abuzərlə görüşdükdən 2 gün sonra o, Abuzərə Elgizin sənədlərlə bağlı Bakıda olduğunu, Elgizə sənədə görə pul göndərmək lazım olduğunu və Şahinlə əlaqə saxlamağı demiş, Abuzər Şahinlə danışdıqdan sonra Şahin, anası Validənin 500 manat düzəltdiyini, qalan pulu 5-6 gün müddətində düzəldəcəyini Abuzərə telefon vasitəsi ilə demişdir. Abuzər Şahinin anası Validədən 500 manat pulu aldıqdan sonra həmin pulu Muğanbank vasitəsi ilə Elgizə torpaq sahəsinə dair sənədlərin düzəldilməsi üçün göndərmişlər. Pulu göndərdikdən 13 gün sonra Abuzər onun iş yerinə gedərək Şahinin zəng eədərək qalan 1100 manat pulun hazır olduğunu dediyini bildirmişdir. Bundan sonra o, Elgizə zəng edib qalan pulun da hazır olduğunu bildirmişdir. Elgiz də ona 1 saatdan sonra Mingəçevir şəhəri Dram teatrının yanında görüşməyi təklif etmişdir. Buna görə o, Abuzərə zəng edərək pulu Şahinin anası Validədən alıb gətirməsini demişdir. Abuzər 1100 manat pulu Şahinin anası Validədən aldıqdan sonra 1100 manat pulu onun işlədiyi və Mingəçevir Bələdiyyəsinin inzibati binasında yerləşən Dövlət Əmlak Komitəsinin Reyestr xidmətinin içərisində ona vermişdir. Pulu Abuzərdən götürdükdən sonra Elgizlə mobil telefon vasitəsi ilə danışıb Mingəçevir şəhəri, Dram Teatrın yanında görüşərək həmin pulu Elgizə vermişdir. Görüş zamanı Elgizdən sənədlərin nə vaxta hazır olacağını soruşduqda, Elgiz ona yaxın müddətdə sənədlərin hazır olacağını demişdir. Təxminən 10 gün sonra Elgiz ona zəng edərək sənədlərin düzəlməsi üçün əlavə olaraq 141 manat və 185 manat, həmçinin 4 sot torpağın hər sotu üçün əlavə olaraq 60 manatdan ümumilikdə 240 manat olmaqla pul verilməsini demişdir. Elgizlə danışdıqdan sonra o, Şahinə zəng edərək Elgizin sənədlərin düzəlməsi üçün 141 manat, 185 manat və 240 manat pul lazım olduğunu dediyini bildirmişdir. Şahin isə “Ezi” deyə müraciət etdiyi dostundan hələ ki, 240 manat götürdüyünü, qalan pulu isə yaxın müddətdə hazır edəcəyini ona demişdir. Həmin günü günortadan sonra “Ezi” ilə telefonla danışdıqdan sonra öz şəxsi avtomobiliylə Mingəçevir şəhəri, Köhnə uşaq xəstəxanasının yanında görüşüb 240 manat pulu götürdükdən sonra pulu avtobus vasitəsi ilə Bakıda olan Elgizə göndərmişdir. Pulu göndərdikdən təxminən 10 gün sonra Abuzər ona Şahinin verməli olduğu 141 manat və 185 manat puldan 320 manat pulu işlədiyi Mingəçevir şəhər Bələdiyyəsinin inzibati binasında yerləşən Dövlət Əmlak Reyestri xidmətinin içərisində vermişdir. O da pulu götürdükdən sonra Elgiz ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Mingəçevir şəhəri «Dram Teatrının» yaxınlığındakı parkda görüşərək 320 manat pulu Elgizə vermiş və yenə də sənədləri tez bir zamanda hazırlanmasını ondan tələb etmişdir. Təxminən 10 gün sonra Elgiz ona mobil telefon vasitəsi ilə zəng edərək Şahinin torpaq sənədinin gəldiyini, lakin sənədin qeydiyyat nömrəsinin olmadığını və az bir müddətdə Yevlax rayonu Reyestr xidmətində Rövşən adlı şəxs vasitəsi ilə qeydiyyat nömrəsini düzəldəcəyini deyərək, həmin sənədi götürüb Şahinin anasına verməyini bildirmişdir. Lakin o, işdən çıxa bilmədiyi üçün Abuzəri Elgizin yanına göndərib sənədi yanına gətizdirmişdir. Daha sonra o, Abuzər ilə Şahinin anası Validə adlı qadının yaşadığı binanın qarşısına gedib orada Validə ilə görüşərək Elgizin verdiyi sənədi Validəyə verərək sənədin qeydiyyat nömrəsinin hələ hazır olmadığını, yaxın 10 gündə qeydiyyat nömrəsinin yazılacağını deyib sənədi Validəyə verib oradan uzaqlaşmışdır. Bir müddət sonra Abuzər ona Şahinin Bakıdan qayıtdığını və görüşmək istədiyini demişdir. O, Elgiz və Abuzər X10 yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Görüş zamanı Elgiz yenə də az bir müddətdə torpaq sənədinin qeydiyyat nömrəsini Yevlax rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində işləyən Rövşən adlı şəxs vasitəsi ilə həll edəcəyini demişdir. Daha sonra Abuzər ona Elgizin Validədən sənədi qeydiyyat nömrəsini yazdırtmaq üçün aldığını demişdir. Bir müddət keçdikdən sonra Abuzər ona zəng edərək Validənin Mingoparkın yaxınlığında yerləşən “Asudə” adlı çayxanada Elgizlə və onunla mübahsiə etdiyini dediyi üçün o da həmin çayxanaya getmiş və orada Validənin Elgizdən sənədini tələb etdiyini, Elgizin isə yaxın zamanda sənədin hazır olacağını deməsini görmüşdür. Mübahisə bitdikdən sonra o, Abuzər və Validə çayxanadan çıxmış və Validə ona bu gündən sənədi Elgizdən yox, ondan və Abuzərdən tələb edəcəyini demişdir. Sonradan Zərərçəkmiş şəxs2 aldıqları pulu tam olaraq geri qaytarmışlar. Lakin Zərərçəkmiş şəxs2 söz verdikləri, yəni topraq sahəsi satmaqla və torpaq sahəsinə dair sənədin hazırlanması ilə bağlı hər hansı köməklik götərməmişlər. Bundan başqa, o, 2017ci ilin oktyabr-noyabr aylarında Elgiz ona Mingəçevir şəhəri, Havarlı küçəsi 17 saylı tam orta məktəbin qarşısında, Zibillik idarəsinin yanında 40 sot torpaq sahəsi olduğunu, torpaq sahəsinin 1 sotunu 400 manata satdığını, həmçinin əgər müştəri tapsa, hər tapdığı müştəridən alınan puldan ona da müəyyən qədər pul verəcəyini demiş və o da Elgizlə razılaşmışdır. 2017-ci ilin noyabr ayında o, bu barədə ilk olaraq yaxın qohumlarına yəni, qaynanası Rənaya məlumat vermişdir. Qayınanası Rəna da torpaq sahəsini yerini bəyəndiyi üçün 5 sot torpaq sahəsini almaq istədiyini və buna görə nə qədər pul verməli olduğunu soruşmuş, qayınanası Rənaya 4 sot torpaq sahəsinə görə 1600 manat, digər sənədlərə isə 1000 manat - ümumilikdə 2600 manat pul vermək lazım olduğunu demişdir. Ertəsi gün qayınanası ona zəng edib işlədiyi Mingəçevir şəhəri əşya bazarına çağırmış, həmçinin telefonda ona Elgiz adlı şəxsi də görmək istədiyini də bildirmişdir. O həmin gün Rənanın işlədiyi Mingəçevir şəhəri, əşya bazarına gedərək Elgizə də zəng edib qayınanasının torpaq sahəsi almaq istədiyini və Elgizi görmək istədiyini demişdir. Bir neçə saatdan sonra o, Elgizlə Mingəçevir şəhəri, əşya bazarının Şahid14 küçəsi tərəfdən giriş hissəsinin qarşısında görüşmüşlər. O, qayınanası Rənaya zəng edib gəldiyini bildirmiş, bir neçə dəqiqə sonra Rəna onların yanına gəlmişdir. Rəna onların yanına gəldikdən sonra Elgiz Rənaya torpağın sənədinin hazırlanması barədə məlumat vermişdir. Rəna isə həmin vaxt Elgizə 2600 manat puldan 1600 manat pulu indi verəcəyini, qalan pulu isə qısa müddətdə verəcəyini bildirmiş və Mingəçevir şəhəri əşya bazarının Şahid14 küçəsi tərəfdən giriş hissəsinin qarşısında Rəna 1600 manat pulu Elgizə verməsi üçün ona vermişdir. O isə həmin vaxt qayınanası Rənanın yanında 1600 manat pulu Elgizə vermişdir. Elgiz 1 ay 10 gün müddətində torpağın sənədlərinin hazır olacağını bildirmişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Təxminən 1 həftə müddətində qayınanası Rəna qalan 1000 manat pulu da hissə-hissə olmaqla onun yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı binanın 62 saylı mənzilində ona vermişdir. 3-4 gün sonra o, qayınanası Rənadan aldığı 1000 manat puldan 500 manatını Mingəçevir şəhəri Bələdiyyəsinin inzibati binasının qarşısında Elgizə vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Qalan 500 manat puldan 200 manat pul onun özünə çatacaq gəlir kimi özündə saxlamış, 300 manat pulu isə Elgizə sənədin hazır olduqdan sonra verəcəyini bildirmişdir. Elgizin söz verdiyi 1 ay 10 gün keçdikdən sonra Rəna ona zəng edib torpağın sənədinin hazır olub-olmadığı ilə maraqlanmış, o isə Elgizdən bu barədə maraqlandıqda Elgiz ona müxtəlif bəhanələr gətirərək sənədin gecikdiyini bildirmişdir. Daha sonra Elgizlə yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı binanın yanında görüşmüş, həmin vaxt Elgiz Rənanın sənədinin hazır olduğunu bildirərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona vermişdir. Lakin Elgiz şəhadətnaməyə qeydiyyat nömrəsinin vurulmadığını və sənədə qeydiyyat nömrəsi vurdurduqdan sonra hazır olacağını, sənədi verməkdə məqsədi isə onun sənədi qayınanası Rənaya göstərib Rənanı əmin etməsi olmuşdur. O, sənədi Elgizdən götürdükdən sonra evə qalxıb qayınanası Rənaya “WHATSAAP” şəbəkəsi vasitəsi sənədin şəkillərini çəkərək göndərmişdir. Ertəsi gün sənədi yenidən Elgizə qeydiyyat nömrəsi vurulması üçün geri qaytarmışdır. Elgiz sənədi götürdükdən sonra az bir müddətdə sənədə qeydiyyat nömrəsi vurduracağını bildirmişdir. Lakin, Elgiz hər dəfə müxtəlif bəhanələr gətirərək nə vəd etdiyi işi görməmiş nə də ki, qayınanası Rənadan aldığı pulu geri qaytarmamışdır. Buna görə də qayınanası Rəna Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun atasının yaxın dostu olmuş və ailəvi münasibətləri olmuşdur. 2017-ci ilin dekabr ayında o, Elgiz ilə bir neçə şəxsdən torpaq sahəsi almaq üçün pul alıb sənəd hazırlayacaqlarmış. Bu zaman onunla münasibəti yaxşı olan Firdovsinin oğlu Zabil ucuz qiymətə torpaq sahəsi tapmağını, lakin torpaq sahəsini onun adından satılmağını deməyimi xahiş etmişdir. O da bu səbəbdən Elgizə zəng edib Mingəçevir şəhəri, Havarlı küçəsində 6 sot torpaq sahəsini tanışı Firdovsinin almaq istədiyini demişdir. Zabil torpaq sahəsini atası Firdovsinin pulu ilə alıb, baha qiymətə satıb qalan pulu atası Firdovsiyə geri qaytaracaqdır. Həmçinin Zabil atasından əlavə pul almağını da ona demişdir. Lakin o, Zabilə Firdovsidən artıq pul ala bilməyəcəyini bildirmişdir. O, Firdovsiyə zəng edib sotu 400 manata 6 sot topraq sahəsinin Mingəçevir şəhəri, Havarlı küçəsində satıldığını demişdir. Firdovsi də həmin torpaq sahəsini almaqla bağlı onunla razılaşmışdır. Bundan sonra o və Firdovsinin oğlu Zabil Firdovsinin yaşadığı Goranboy rayonunun Borsunlu kəndinə getmişlər. O, Firdovsiyə torpaq sahəsinin 2400 manata olduğunu, həmçinin 600 manat əlavə rüsumlar üçün ödənilməli olduğunu da demişdir. Firdovsi də onunla razılaşmışdır. 2018-ci ilin yanvar ayında Firdovsi Mingəçevir şəhəri, Beynəlxalq bankın bankomatından 3000 manat pul çıxartmış, daha sonra o, Firdovsi, Zabil və torpaq sahəsi almaq istəyən qayınanası Rəna Mingəçevir şəhəri, Havarlı küçəsi kimi adlandırılan, yəni “Q.Nəbi” küçəsində Təmizlik və Sanitariya idarəsinin yaxınlığında yerləşən 17 nömrəli tam orta məktəb ilə üz-bəüz 6 sot torpaq sahəsinə baxmağa getmişlər. Torpaq sahəsinə baxdıqdan sonra Firdovsi torpaq sahəsini bəyənmişdir. Daha sonra onlar qayınanası Rənanı düşürdükdən sonra Firdovsi Zabilin yanında ona 3000 manat pul vermişdir. O, Firodvsiyə 1 ay müddətində torpağın sənədinin hazır olacağını bildirmiş və Firdovsini Zabil ilə bilrikdə yaşadığı evə aparmışlar. Daha sonra o, avtomobildə Firdovsidən aldığı 3000 manat puldan 300 manatını Zabil ondan istədiyi üçün anasının yanında Zabilə vermişdir. Həmin gün axşam saatlarında Elgizlə Mingəçevir şəhəri, Havarlı küçəsində yerləşən torpaq sahəsinin yanında görüşmüşlər. O, Elgizə Firdovsinin almaq istədiyi torpaq sahəsini göstərmiş, bu zaman Elgiz ona bir həftəyə torpaq sahəsinin sənədinin hazır olacağını demişdir. Həmin gün axşam saatlarında o, Mingəçevir Bələdiyyəsinin qarşısında Firdovsinin almaq istədiyi Mingəçevir şəhəri, Havarlı küçəsində yerləşən 6 sot torpaq sənədinin hazır olması üçün 2500 manat pulu Elgizə, 300 manat pulu Firdovsinin oğlu Zabilə verib, qalan 200 manat pulun isə özünə saxlamışdır. Elgiz isə əlavə olaraq 180 manat da pul verilməsini demişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Daha sonra o, Firdovsidən onun yaşadığı binanın qarşısında torpağın sənədinə əlavə rüsum kimi 100 manat pul almış və 2-3 gün sonra həmin pulu Mingəçevir Bələdiyyəsinin qarşısında Elgizə vermişdir. Təxminən 10 gün sonra o, Elgizdən sənədin hazır olub-olmaması barədə soruşduqda, Elgiz ona hazırda Bakı şəhərində olduğunu və 1 həftəyə Yevlax rayonunda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsində işləyən Rövşən adlı şəxsin vasitəsi ilə sənədi hazır edəcəyini bildirmişdir. Bir neçə gün sonra Elgiz ona Whatsap sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsin nömrəsindən Firdovsinin adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhdətnamənin şəklini göndərmişdir. O da Firdovsinin oğlu Zabilə zəng edib torpağın şəhadətnaməsinin hazır olduğunu bildirmişdir. Təxminən bir ay sonra Elgiz ona Firdovsinin adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni vermişdir. O da həmin şəhadətnaməni Firdovsinin oğlu Zabilə göstərmiş və qeydiyyat nömrəsi vurulduqdan sonra «Çıxarış» alınacağını bildirmişdir. Firdovsinin adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni də Elgizə geri qaytarmışdır. Lakin sonradan Elgiz onu müxtəlif bəhanələr gətirərək aldatmış, torpağa dair sənədləri hazırlamamış və pulu geri qaytarmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2017-ci ilin dekabr ayında Abuzər adlı tanışına Mingəçevir şəhəri, Havarlı küçəsində 8 sot münasib qiymətə topraq satıldığını və müştəri tapmasını demişdir. 2018-ci ilin yanvar ayında Abuzər ona bir nəfər şəxsin torpaq almaq istədiyini demişdir. O da Abuzərlə razılaşıb 2018-ci ilin yanvar ayının əvvələrində işlədiyi Mingəçevir şəhəri, Dövlət Reyestr xidmətinin inzibati binasının qarşısında dayanarkən Abuzər adını sonradan bildiyi Natiq adlı şəxslə onun yanına gəlmişlər. Natiqlə görüşdükdən sonra Natiq ona torpağın sotunun qiymətini və yerini soruşmuş, o da torpağın Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəblə üzbə-üz, Zibillik idarəsinin yanında yerləşdiyini və torpağın 1 sotunun 500 manata olduğunu Natiqə demişdir. Daha sonra Natiq ona torpaq sahəsini özünə yox, bacısı oğlu - Rusiya Federasiyasında yaşayan Teymur adlı şəxsə 5 sot torpaq almaq istədiyini demişdir. Natiqlə görüşdükdən sonra o, Elgizə zəng edərək topraq sahəsinə müştəri olduğunu demişdir. Təxminən 15 gün sonra Abuzər ona zəng edib Teymurun Rusiya Federasiyasından qayıtdığını və görüşmək istədiklərini demişdir. 18.01.2018-ci il tarixdə o, Natiq, Teymur, Abuzər, Teymurun qohumu Namiq adlı şəxslə pulu almaq üçün Mingəçevir şəhəri, Notariusun qarşısında görüşüb pulu notarius vasitəsi ilə almağa qərarlaşdırmışlar. Lakin, notariusda rüsum pulunun çox çıxacağını bildikdən sonra pulu ağ vərəqədə orada olan 5 nəfərin imzası ilə almaq qərarına gəlmişlər. Bu məqsədlə də Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən “Şeş-Beş” çay evinə getmişlər, orada Teymur 5 nəfər şəxsin imzası ilə 5 sot torpaq sahəsinə görə ona 2500 manat əlavə olaraq ona yol xərci üçün 100 manat pul vermişdir. O həmin vaxt Teymura torpağın sənədinin mart ayında hazır olacağını demişdir. O, Teymurdan pulu aldıqdan sonra Abuzərə həmin puldan 150 manat vermiş, özünə isə 100 manat pul götürüb Elgizə zəng edərək Teymurdan pulu aldığını bildirmişdir. Həmin gün günorta saatlarında o, X8 yaxınlığında yerləşən parkda görüşərək Elgizə 2350 manat pul verib torpağın sənədinin mart ayına qədər hazır olmalı olduğunu demişdir. Elgiz isə sənədin fevral ayında hazır olacağını bildirmişdir. 2018-ci ilin mart ayında Elgiz ona zəng edərək 141 və 181 manat - ümumilikdə 322 manatın alqı-satqı xərclərinə lazım olduğunu demişdir. O da Teymura zəng edərək əlavə xərclərə görə 322 manat lazım olduğunu demiş, ertəsi gün Teymurla Mingəçevir şəhəri İcra Hakimiyyətinin qarşısında görüşüb, 322 manat pulu Teymurdan aldıqdan sonra Mingəçevir Bələdiyyəsinin yaxınlığında yerləşən çayxanada Elgizlə görüşüb 322 manat pulu çayxanada Elgizə vermişdir. Təxminən 2-3 gün sonra Elgiz ona zəng edərək torpağın sənədinin hazır olduğunu, lakin sənədin qeydiyyat nömrəsinin olmadığını və qeydiyyat nömrəsi vurularkən torpağın hər sotunun rəsmləşdirilməsi üçün 60 manatdan pul lazım olduğunu demişdir. O da X38 Xidmətinin inzibati binasının qarşısında görüşmüş və Elgiz Teymurun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona vermişdir. O, sənədi Elgizdən aldıqdan sonra axşam saatlarında Teymura zəng edərək torpağın sənədinin hazır olduğunu bildirmişdir. Axşam saatlarında Teymur sənədi götürmək üçün onun yaşadığı binanın qarşısına getmiş və o, Teymurla birgə binanın qarşısında sənədə baxdıqdan sonra Teymura sənədin qeydiyyat nömrəsinin hazır olmadığını, lakin qeydiyyat nömrəsinin Yevlaxda Rövşən adlı şəxsin vasitəsi ilə düzələcəyini bildirmişdir. Teymur da sənədi ondan alıb çıxıb getmişdir. Daha sonra Elgiz ona zəng edərək Teymurun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni və torpağın hər sotuna görə 60 manatdan olmaqla pulu verməyini demiş, o, da Teymura zəng edib Elgiz deyənləri Teymura demişdir. Teymurda onunla razılaşmış və 2-3 gün sonra günorta saatlarında Teymur onun yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı binanın qarşısına gedərək 240 manat pulu və torpağın sənədini ona vermişdir. Teymur getdikdən sonra o, Elgizə zəng edib Teymurun sənədi və pulu verdiyini bildirmiş, sonra yaşadığı binanın qarşısında Elgizlə görüşərək torpağın sənədini və 240 manat pulu ona verib, 50 manat pula ehtiyacı oluğunu demişdir. Lakin Elgiz ona 240 manat puldan 30 manat verib qalan pulu reyestr xidmətinə ödəyəcəyini və az bir müddətdə sənədin hazır olacağını demişdir. Teymur Rusiya Federasiyasına getdikdən sonra torpağın sənədinin hazır olması ilə bağlı onunla Teymurun dayısı Natiq və qaynı Rüfət maraqlanmışdır. Natiq ona mütamadi olaraq zəng etdikdən sonra o, Natiqə torpağın sənədini Elgiz adlı şəxsin hazırladığını və onunla əlaqə saxlamağını demişdir. Natiq Elgizlə bir neçə dəfə görüşməyinə baxmayaraq Elgiz pulu verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də Elgizə zəng edərək bu işə görə Elgizin ona cəmisi 280 manat pul verdiyini, qalan pulun Elgizdə olduğunu, bu səbəbdəndə də Teymurla olan problemi həll etməsini tələb etmişdir. 2018-ci ilin sentyabr ayında Teymur Rusiya Federasiyasından qayıtdıqdan sonra torpağın sənədi ilə bağlı ondan maraqlandıqda o da torpağın sənədinin Elgizin hazırladığını və bu barədə Elgizlə əlaqə saxlamağı Teymura demişdir. Teymur da Elgizlə görüşmüş, həmin vaxt Elgiz ona zəng edərək Teymurla görüşən zaman Teymura bir ay müddətində pulu qaytaracağına və bu səbəbdəndə Teymurun qayını Rüfətin yanında ağ vərəqdə əlavə olaraq Elvin adlı şəxsin iştirakı ilə 4 nəfərin imzası ilə 2018-ci ilin oktyabr ayının 25-də pulu qaytaracığına imza atdığını demişdir. O, Elgizə inanmadığından Teymura zəng edib soruşmuş və Teymur da Elgiz dediyini təsdiqləmişdir. Lakin sonradan Elgiz Teymurun adına torpaq sahəsini sənədləşdirməmiş və alınmış pulu geri qaytarmamışdır. Bundan başqa onun, 2018-ci ilin yanvar ayında Səbuhi adlı sinif yoldaşı Mingəçevir şəhəri, “Uğur” marketdə işləmişdir. Səbuhi onun Mingəçevir şəhəri Dövlət əmlak komitəsində işlədiyini bilmişdir. Səbuhi ilə görüşən zaman Səbuhi ona Günəş adlı iş yoldaşının torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bundan sonra o, Elgizə zəng edib Mingəçevir şəhəri, Havarlı küçəsində satılıq torpaq sahəsinin olub-olmadığını soruşduqda Elgiz ona torpaq sahəsinin olduğunu demişdir. Təxminən 2-3 gün sonra o və Səbuhi “Uğur” marketin qarşısında Günəş və Günəşin bacısı oğlu Sübhan adlı şəxslərlə görüşmüşlər. Görüş zamanı o, Sübhanla söhbət edərək Mingəçevir şəhəri, Havarlı küçəsində 4 sot torpaq sahəsinə görə 2400 manat pul verilməli olduğunu demişdir. Sübhan isə maddi durumunun yaxşı olmadığını ona bildirdiyi üçün, Sübhana 2000 manat pulu əvvəlcə verməyi, qalan pulu isə sonra verməyini demişdir. Təxminən 2 həftə sonra Mingəçevir şəhəri Sağ sahildə yerləşən “Uğur” marketin qarşısında Sübhanla görüşmüş və Sübhan 2000 manat pulu Günəşin və Səbuhinin yanında ona vermişdir. O da Sübhan və Günəşə 1 ay müddətində sənədin hazır olacağını bildirmişdir. Pulu Sübhandan aldıqdan sonra Elgizlə Mingəçevir şəhər bələdiyyəsinin qarşısında görüşüb Sübhandan aldığı 2000 manat pulu sayıb Elgizə vermişdir. Təxminən 1 ay keçdikdən sonra Elgiz Mingəçevir bələdiyyəsinin qarşısında ona Günəşin adına olan torpağın şəhadətnaməsini göstərmiş və Sübhana verməyini bildirmişdir. O da həmin gün Sübhanla sonuncunun işlədiyi “Uğur” marketdə görüşüb, sənədi Sübhana göstərib qeydiyyat nömrəsi vurulduqdan sonra sənədin tam hazır olacağını bildirmişdir. Təxminən 5-6 gün sora Sübhana zəng edib qalan 400 manat pulu da verməyini bildirmişdir. Sübhanla Mingəçevir şəhər bələdiyyəsinin qarşısında görüşmüş, görüş zamanı Sübhan maddi durumu yaxşı olmadığına görə ona 240 manat pul vermişdir. O da Sübahndan aldığı 240 manat pulu öz haqqı kimi özündə saxlayaraq Elgizə pul verməmişdir. Bundan sonra mütamadi olaraq Elgizə zəng edib sənədin hazır olubolmadığını və sənədi tez bir zamanda hazırlamasını tələb etmişdir. Həmçinin Sübhanın xalası Günəş də mütəmadi olaraq telefon vasitəsi ilə ona zəng etmiş və onun yaşadığı evə gedərək torpağın sənədlərinin hazırlamağını, və ya pulu geri qaytarmağını ondan tələb etmişdir. Lakin, Elgiz sənədi hazır edə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs9 Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, o, bildirdi ki, Zərərçəkmiş şəxs5 şəxsən tanımır, bir neçə dəfə Saday adlı şəxsin yanında Sadayın evini almaq istəyən şəxs kimi görmüş və heç bir ünsiyyəti olmamışdır. Şahid11 Mingəçevir şəhər, 4 saylı tam orta məktəbdə təhsil alarkən fiziki hazırlıq müəllimi kimi tanımışdır. 2018-ci ilin aprel ayında Şahid11 onun işlədiyi binaya gəlmişdir. O, Sadayla görüşüb söhbət edərkən Sadaya Mingəçevir şəhər Dövlət Əmlak Reyestr xidmətində inzibatçı işlədiyini dedikdə Saday ona özünə məxsus evi satmaq istədiyini, lakin evin və torpaq sahəsinin «Çıxarışının» olmadığını, həmin sənədlərin hazırlanmasında köməklik etməyini ondan xahiş etmişdir. O da Sadaya işlədiyi Dövlət Əmlak Reyestr xidmətinə gəlməyini və ətraflı orada danışa biləcəklərini demişdir. Təxminən bir neçə həftə sonra Saday onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edib evinə alıcı olduğunu və təcili olaraq evinin sənədlərini düzəltdirmək istədiyini bildirmişdir. Həmin gün Saday onun işlədiyi Mingəçevir şəhər Dövlət Əmlak Reyestr xidmətinin binasının qarşısına gəlmiş, ona 4 sot torpaq sahəsinin və torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin sənədini hazırlamaq üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O da əvvəlcədən Elgizlə bir neçə belə torpaq sahəsinin sənədini hazırlamaq üçün pul aldığını və Elgizlə bu barədə əvvəlcədən danışdığı üçün Sadaya torpağın hər sotu üçün 400 manat, ümumi 1600 manat və digər sənədlərin hazır olmasına görə isə 1000 manat pul verilməli olduğunu bildirmişdir. Lakin Sadaya sənədlərin Elgiz tərəfindən hazırlanması barədə heç bir söz deməmişdir. Həmçinin Sadaya evin lahiyəsinin çəkilməsinin vacib olduğunu demişdir. Təxminən 2-3 gün sonra o, lahiyyə institutunun əməkdaşları ilə birlikdə Sadayın yaşadığı evə getmişlər, orada layihə institutunun əməkdaşları evin lahiyyəsini çəkmişlər. Bu zaman orada o və Saday olmuşdur. Təxminən 2-3 gün sonra Saday ona zəng edib pulun hazır olduğunu demiş və o, Sadayla Mingəçevir şəhəri 20 yanvar küçəsi ilə M.Maqomayev küçəsinin kəsişməsində yerləşən “Güllübağ” adlanan yerdə görüşmüşlər. Həmin vaxt Saday ona 2600 manat pul vermişdir. Bu zaman onların yanında heç kim olmamış və o, Sadaya torpağın sənədinin 20 günə hazır olacağını demişdir. 2 gün sonra o, Elgizə zəng edib Saday adlı şəxsdən 2600 manat pul aldığını demiş, Elgiz isə onun Sadaydan pulu almağından xəbəri olduğunu bildirmişdir. 3-4 gün sonra o, Elgiz və X13 inzibati binasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Elgiz ilkin olaraq sənədin şəhadətnaməsinin hazır olmasına görə 700 manat pul istəmişdir. O da Sadayın yanında Sadaydan aldığı puldan Elgizə 600 manat pul verib şəhadətnaməni gətirdikdən sonra qalan 100 manatı verəcəyini demişdir. Həmin günü axşam saatlarında Saday ona zəng edib Elgizin şəhadətnaməni ona verdiyini bildirmişdir. 2 gün sonra Elgiz ona zəng edib bu işdə özlərinə heç bir xeyir qalmayacağını və Sadaydan əlavə pul istəməsini demişdir. O da həmin gün Sadaya zəng edib Sadaya məxsus torpaq sahəsi üçün sənədləri hazırlanmasına köməklik göstərdikləri üçün özünə qazanc kimi 300 manat pul verməsini bildirmişdir. Saday da onunla razılaşmış, həmin gün Mingəçevir şəhəri, M.Maqomayev küçəsində Sadayla görüşüb Sadaydan 300 manat pul almışdır. Sonradan Elgiz ona zəng edib qalan pulu istədikdə, o, Elgizə Sadaydan aldığı pulu digər tanışı üçün sənəd hazırlaya bilmədiklərindən həmin şəxsə qaytardığını demişdir. Sadaydan aldığı 2900 manat puldan 1500 manat pulunu qohumu Əlinin pulunun qaytarılmasına yönəltmiş, Elgiz isə Sadayın torpağının sənədini hazırlayacağını demişdir. Bir müddət keçdikdən sonra Elgiz sənədin hazır olması üçün ondan 200 manat verməyini istəmiş və yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsi 2 saylı binanın yanında 200 manat pulu Elgizə vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Daha sonra Elgizin Sadayın özündən 400 manat pul aldığını eşitmişdir. Bundan sonra Saday mütəmadi olaraq ona və Elgizə zəng edərək torpaq sahəsinin sənədləri ilə maraqlanmış, lakin, Elgiz hər dəfə bir bəhanə ilə sənədlərin hazırlanmasının gecikdiyini bildirmişdir. Daha sonra o, Sadaydan evi almaq istəyən Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun Saday adlı şəxsdən şikayət etdiyini öyrənmişdir. Bundan başqa, o, Şahid13 Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə birgə oxuyarkən tanımış, belə ki, qonşu binalarda yaşayırlar. 2018-ci ilin mart ayının əvvəllərində yaşadığı binanın yanındakı avtomobillərin yuyulması məntəqəsində Süleymanla rastlaşarkən Süleyman ona qayınanasının torpaq almaq istədiyini və onlara münasib qiymətə torpaq sahəsi almaq üçün köməklik etməyini xahiş etmişdir. O da Süleymana Mingəçevir şəhəri, Havarlı küçəsində münasib qiymətə torpaq sahələrinin olduğunu demişdir. Lakin, Süleyman ona yaşadıqları əraziyə yaxın yerdə torpaq sahəsi almaq istədiyini bildirmişdir. O da Süleymana Mingəçevir şəhəri, Gəncə şossesi yaxınlığında 11 sot torpaq sahəsi olduğunu və əgər istəsə torpaq sahəsinə baxa biləcəklərini demişdir. Daha sonra o, Süleymana həmin torpaq sahəsini göstərmişdir. Bundan təxminən 3-4 gün sonra o, Süleymanın qayınanası və anası həmin torpaq sahəsinə baxmaq üçün getmişlər. Süleymanın qayınanası torpaq sahəsinə baxdıqdan sonra torpağın bir sotunun qiymətini soruşmuş, o isə torpağın bir sotunun 600 manata olduğunu demişdir. Süleymanın qayınanası isə 11 sot torpaq sahəsindən 6 sot torpaq sahəsi almaq istədiyini və bankdan kredit götürdükdən sonra pulu verəcəyini bildirmişdir. O da 1 ay müddətində sənədin hazır olacağını bildirmişdir. Danışıq aparıldıqdan sonra o, Elgizlə danışıb Elgizə də məlumat vermişdir. Elgiz isə sənədin alınmasını həll edə biləcəyini demişdir. Təxminən 3-4 gün sonra Süleymanla zəngləşib yaşadığı binanın yanında görüşmüşlər. Həmin vaxt Süleymanın yanında adını bilmədiyi qayınatası da olmuşdur. Görüş zamanı qayınatası torpaq sahəsi ilə bağlı söhbət etdikdən sonra o, Süleymana beh verməsini təklif etmişdir. Süleymanın qayınatası isə 100 manat ona torpaq sahəsini almaq üçün beh vermişdir. Təxminən 2 həftə sonra Elgiz ona zəng edib torpağın sənədinin hazır olduğunu və pulu vermək lazım olduğunu demişdir. O da bu barədə Süleymana məlumat vermişdir. Təxminən bir neçe gün sonra Süleyman ona zəng edib pulun hazır olduğunu demişdir. Həmin gün o, Elgiz ilə Süleymanın qayınanasının yaşadığı Mingəçevir şəhəri, 8 nömrəli tam orta məktəbin yaxınlığındakı binanın qarşısına getmişlər. Süleymanın qayınanası yaşadığı binanın bloklarının qarşısında oğlunun, yeznəsi Süleymanın və onun yanında olan Elgizin iştirakı ilə ona 3500 manat pul vermişdir. O isə sənədi hazırlayan şəxsin Elgiz adlı şəxs olduğunu demişdir. Lakin, Süleymanın qayınanası ona Elgizi yox onu tanıqlarını bildirmişdir. O da razılaşaraq bir ay müddətində sənədin hazır olacağını demişdir. Bundan sonra o, Elgizlə birlikdə yaxınlıqda yerləşən «Əsgər» kafesinin yanında dayanmışlar. Elgizlə aralarındakı əvvəcədən razılaşdıqları kimi 3600 manat pulun 2400 manatı sənədin hazırlanması xərclərinə sərf olunmalı, qalan 1200 manat pul isə aralarında tən yarı bölünəcəyini demişdir. Lakin o, Süleymanın qayınatasından əvvəlcədən 100 manat beh aldığı üçün 3500 manat puldan 500 manatı özünə götürmüş, qalan 3000 manatı isə Elgizə vermişdir. Bundan sonra o, mütəmadi olaraq Süleymanla əlaqə saxlayıb, sənədin az müddətdə hazır olacağını bildirmişdir. Təxminən bir ay sonra Elgizlə axşam saatlarında onun yaşadığı binanın qarşısında görüşmüşlər və Elgiz ona Süleymanın qayınanasının torpaq sənədinə aid şəhadətnaməni vermişdir. O, ertəsi gün səhər saatlarında Elgizdən aldığı şəhadətnaməni Süleymanın qaynı Taleh adlı şəxsə vermişdir. Bir müddət sonra Süleymanın qayınanası və Süleyman ona mütamadi olaraq zəng edib sənədin hazır olub-olmamasını, əgər hazır olmayacaqsa verdikləri pulu geri qaytarmasını tələb etmişlər. O da Elgizə zəng edib torpağın sənədinin hazırlanmasının lazım olduğunu bildirsə də, Elgiz ona müxtəlif bəhanələrlə sənədin gecikdiyini bildirmişdir. Lakin, Elgiz nə sənədi hazırlamış nə də verilən pulu geri qaytarmışdır. Beləliklə, Süleymandan aldıqları 3600 manat puldan 600 manat pul ona qalmış, 3000 manat pulu isə Elgizə vermişdir. Bundan başqa o, bildirdi ki, Sənan Cəlalovu uşaqlıqdan tanıyır və Sənanla qonşu binalarda yaşayırlar. Özü həvəskar olaraq döyüşkən xoruz, həmçinin toyuq və digər ev quşları saxlayır. 2018-ci ilin may ayında Sənan ona toyuq-cücə təsərrüfatı ilə məşğul olub pul qazanmaq istədiyini, lakin bu təsərrüfatdan çox da anlayışı olmadığını, bu səbəbdən də birlikdə ortaq olaraq fəaliyyət göstərməyi təklif etmişdir. Lakin o, Sənana pulu olmadığını bildirmişdir. Sənan özünün də pulunun olmadığını, lakin bankdan kredit götürə biləcəyini demişdir. Əvvəlcədən aralarında olan razılığa əsasən bankdan götürülən pulun aylıq ödənişinin yarısını Sənan, yarısını isə o, ödəməlidir. Sənan bankdan kreditə 1000 manat pul götürmüş və həmin 1000 manatı yaşadığı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi 5 saylı binanın qarşısında ona vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Əvvəlcədən aralarında olan razılığa görə bankdan götürülən 1000 manat pula yumurta verən toyuqlar alınmalı və aylıq gələn gəlir hesabına bankdan götürülən kreditin aylıq ödənişləri ödənilməlidir. O, Sənandan aldığı 1000 manat pulun 700 manatını toyuq təsərrüfatı ilə məşğul olmaq üçün Mingəçevir şəhəri İstilik Elektrostansiyasının yaxınlığında 8 sot torpaq sahəsi almışdır. Bundan sonra özünə məxsus 70 ədəd ördək, toyuq və digər ev quşlarını həmin torpaq sahəsində Sənanla birgə yerləşdirmişlər. Bundan sonra o, Mingəçevir Dövlət Əmlak Komitəsində işlədiyi üçün vaxtı olmadığından gündəlik olaraq ev quşlarının təsərrüfatı ilə Sənan məşğul olmuşdur. Bu səbəbdən də ev quşlarının gündəlik yem və dərmanlarının pulunu Sənana o, vermişdir. Sənandan aldığı 1000 manatdan qalan 300 manat pulu ev quşları təsərrüfatının gündəlik yeminə və dərmanına xərcləmişdir. Bir müddət sonra ona məxsus Sənanın baxdığı 70 ədəd ev quşları xəstəlikdən ölmüşdür. Sonradan Sənandan aldığı pulun 500 manatını ona geri qaytarmışdır. Eyni zamanda da o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 olan borcunu tam olaraq ödəmiş, həmçinin digər zərərçəkmiş şəxslərə də ödənişlər etmiş, qalan cüzi məbləğləri də onları razılığı ilə hissə-hisə ödəməyə söz vermişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla razılıq əldə etmişdir. Himayəsində 2 nəfər azyaşlı uşaqları var, Ailədə işləyib qazanc gətirən yeganə şəxsdir. O, cinayət əməlini ehtiyac üzündən İlk dəfə törətmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Musa qızı ifadəsində göstərdi ki, o, 2018-ci ilin yanvar ayında Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Uğur” gündəlik tələbat malları mağazasında işləmişdir. Həmin ərəfədə iş yoldaşı Səbuhi adlı şəxsin yanına adını sonradan bildiyi Zahid adlı şəxsin gəlib-getdiyini, onların arasında torpaq sənədləri ilə bağlı söhbət olduğunu eşitmişdir. Həmin ərəfədə bacısı və onun oğlu Sübhanın maddi durumları yaxşı olmadığı üçün onlara torpaq sahəsi alıb ev tikdirmək fikri olmuşdur. Bu səbəbdən də iş yoldaşı Səbuhidən Zahid adlı şəxslə aralarında olan torpaq satışı ilə bağlı söhbətlər barədə soruşduqda, Səbuhi ona Zahidin Mingəçevir bələdiyyəsində işlədiyini və torpaq sahələrinin satışı ilə məşğul olduğunu və 4 sot torpaq sahəsini 2000 manata satdığını demişdir. O, torpaq sahəsinin harada olduğunu soruşduqda, Səbuhi ona torpaq sahəsinin Mingəçevir şəhərinin əvvəllər Havarlı küçəsi kimi adlandırılan, Q.Nəbi küçəsində yerləşdiyini demişdir. O da Səbuhiyə torpaq sahəsi almaq istədiyini və onu Zahidlə görüşdürməsini xahiş etmişdir. Ertəsi gün o, Səbuhinin vasitəsi ilə Zahidlə işlədiyi “Uğur” marketin qarşısında görüşmüşlər. Zahiddən torpaq sahəsinin qiyməti və yeri ilə maraqlandıqda, Zahid Səbuhinin dediyi sözləri təsdiqləmişdir. O, Zahidən 2000 manat puldan əlavə xərcinin çıxıb-çıxmayacağını soruşduqda, Zahid ona narahat olmamağı və ondan 2000 manatdan artıq pul alınmayacağını bildirmişdir. Daha sonra Sübhan həmin torpaq sahəsinə gedib baxmışdır. Təxminən 10 gün sonra o, Səbuhidən Zahidə pulun hazır olduğunu və gəlib pulu götürə biləcəyini deməyini xahiş etmişdir. Həmin gün Zahid onun işlədiyi “Uğur” marketin qarşısına gəlmiş və o da bacısı oğlu Sübhanın yanında 2000 manat pulu Zahidə vermişdir. Zahid də ona 1 ay müddətinə sənədin hazır olacağını demişdir. Zahidin söz verdiyi 1 ay keçdikdən sonra o, mütəmadi olaraq Zahidə zəng edib sənədin hazır olub-olmadığını soruşduda, Zahid az bir müddətdə sənədin hazır olacağını demişdir. Bir müddət keçdikdən sonra Zahid onun işlədiyi yerə gəlib torpağın sənədinə aid şəhadətnamə göstərərək şəhadətnamənin üzərində qeydiyyat nömrəsi olmadığına görə nömrə vurulduqdan sonra torpağın sənədinin tam şəkildə hazır olacağını bildirmişdir. Bir müdət keçdikdən sonra Zahid bacısı oğlu Sübhandan torpağın sənədinin hazır olmasına görə əlavə 240 manat pul aldığını öyrənmişdir. Bundan sonra o, Zahidə zəng edib nə səbəbə görə 240 manat aldığını və danışıqlarında həmin məbləğin olmadığını bildirərək, verdiyi pulları Zahiddən geri tələb etmişdir. Həmin vaxtdan sonra sənəd hazır olmadığı üçün mütəmadi olaraq Zahidə zəng etmişdir. Lakin Zahid onun telefon zənglərinə cavab verməmişdir. Zahid onun telefon zənglərinə cavab vermədiyi üçün o da Zahidin yaşadığı evə getmişdir. Zahidgilin yaşadığı mənzildə söhbət zamanı Zahidin anası ona sənədin Elgiz adlı şəxs tərəfindən hazırlanacağını bildirmişdir. O da Zahidin anasından Elgizi çağırmasını tələb etmişdir. Zahidin anası Elgizi çağırdıqdan sonra sonuncu Zahidin yaşadığı mənzilə gəlmişdir. Zahidin anası Elgizin yanında ona torpağın sənədinin Elgizin hazırlayacağını demişdir. Elgiz də Zahidin anasının bu sözlərinə “İnşallah” deməklə kifayətlənmişdir. Həmin günədək o, Elgizi tanımamış, nə də ki Zahid ona Elgiz barədə hər hansı bir kəlmə işlətməmişdir. Bundan sonra o, Elgizlə bir neçə dəfə əlaqə saxlasa da, Elgiz ona hər hansı bir məbləğdə pul vermədiyini, ona görə də pulu ondan tələb etməyə haqqının çatmadığını bildirmişdir. Bundan sonra o, Zahidin yaşadığı evə getsə də, qonşular artıq Zahidin həmin evdə yaşamadığını qayınanasının evində yaşadığını bildirmişlər. Bundan sonra o, Zahidin qayınanasının yaşadığı evə getsə də, qapını açan olmamış, o da Zahidin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanın bir qismini ödəmiş, qalan məbləğlə də razılaşmışlar. Ona gör də ondan heç bir şikayəti yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X26 müdafiə etdiyi şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təmsil etdiyi Zərərçəkmiş şəxs1, Zahid və Abuzər adlı şəxslərin dayısı Şahid3 görə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 dayısı Şahid3 Mingəçevir şəhəri Dram Teatrında işləyir. Onun tanışı Abuzər adlı şəxsi dayısının əvvəlki iş yoldaşı olduğuna görə tanımışdır. 2018-ci ilin yanvar ayında dayısı Şahid3la Mingəçevir şəhəri, Dram Teatrın yaxınlığındakı çayxanada görüşüb söhbət edərkən dayısı ona münasib qiymətə torpaq sahəsinin satıldığını, istəsə tanışı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən Abuzərin vasitəsi ilə həmin torpaq sahəsini ala biləcəyini bildirmişdir. O da torpaq sahəsini almaq istədiyini bildirdikdən sonra təxminən 2018-ci ilin yanvar ayının ortalarında dayısı Natiq Abuzərə zəng edərək onun torpaq sahəsi almaq istədiyini demiş və günorta saatlarında Abuzərlə Mingəçevir şəhəri, Qələbə meydanının qarşısında görüşmüşlər. Görüş zamanı Abuzər ona Mingəçevir şəhəri 17 saylı tam orta məktəbin qarşısında sotu 500 manat olmaqla 5 sot torpaq sahəsinin olduğunu, bundan əlavə müəyyən xərclərin olacağını da demişdir. O, Abuzərdən əlavə xərclərin nə qədər olacağını soruşduqda, Abuzər ona bu barədə müdiri Zahid müəllimin məlumat verəcəyini demişdir. Təxminən 2-3 gün sonra o, dayısı Şahid3, Abuzər və Zahidlə Mingəçevir şəhəri, Qələbə meydanının qarşısında görüşüb Mingəçevir şəhəri 17 saylı tam orta məktəbin qarşısında yerləşən torpaq sahəsinə baxmaq üçün getmişlər. Həmin ünvana çatıb avtomobildən düşdükdən sonra Zahid ona açıq sahədə yerləşən torpaq sahəsindən 5 sot torpaq sahəsini göstərib, satılan torpağın həmin sahə olduğunu bildirmişdir. O da torpaq sahəsini bəyənmiş, Zahiddən əlavə xərclərin nə qədər olduğunu soruşduqda, Zahid ona əlavə olaraq 500 manat pul verəcəyini də bildirmişdir. Torpaq sahəsini almaqla bağlı razılaşdıqdan sonra o, Zahidə ertəsi gün notarius vasitəsi ilə pulu verəcəyini bildirmişdir. 18.01.2018-ci il tarixdə dayısı Natiq, qohumu Namiq, Zahid və Abuzərlə Mingəçevir şəhəri Notariat Kontorunun qarşısında görüşmüşlər, Notariat Kontorunda əlavə xərclərin olduğunu fikirləşdikləri üçün adi vərəqdə qeydlər apardıqdan sonra pulun verilməsi ilə bağlı razılaşmışlar. Bu məqsədlə də Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən “ŞEŞ-BEŞ” adlı çay evinə getmişlər. Həmin çay evində o, dayısı Natiq, qohumu Namiq, Abuzər və Zahidin birgə iştirakı ilə Zahidə 2500 manat pul vermişdir. Həmin pulun Zahidə verilməsi ilə əlaqədar ağ vərəqdə qeydiyyat aparmışlar və hər biri də həmin vərəqə imza etmişlər. Lakin vərəqdə 2600 manat qeyd olunmuşdur. Buna səbəb isə Zahidin əlavə xərclərin ola biləcəyini deməsi olmuşdur. O, Zahidə iş alınandan sonra əlavə olaraq 100 manat yox 200 manat da verməyə razı olduğunu bildirmişdir. Daha sonra Zahid ona 2 ay müddətində torpaq sənədini alacağını demişdir. Təxminən 1 ay yarım sonra Zahid ona əvvəlcədən dediyi kimi əlavə xərclərə görə 320 manat pul lazım olduğunu bildirmişdir. O da Zahidlə yaşadığı binanın arxasında görüşüb 320 manat məbləğdə pulu Zahidə vermişdir. Həmin vaxt Zahid ona təxminən 15 gün sonra sənədinin hazır olacağını demişdir. Təxminən 20 gün sonra o, Zahidə zəng etdikdə Zahid ona sənədinin gəldiyini, əlavə olaraq 220 manat pul lazım olduğunu demişdir. O da Zahidlə sonuncunun yaşadığı binanın qarşısında qaynı Rüfətlə birgə görüşmüşlər. Zahid ona qaynı Rüfətin yanında torpağın sənədini vermiş o, isə 220 manat məbləğdə pulu Zahidə vermişdir. Lakin Zahid ona torpaq sənədində qeydiyyat nömrəsinin olmadığını və yaxın müddətdə qeydiyyat nömrəsinin Yevlax rayonunda olan adı yadında saxlaya bilmədiyi bir nəfər şəxsin vasitəsi ilə düzəldəcəyini demişdir. Daha sonra Zahid ona sənədə qeydiyyat nömrəsinin vurulmağına görə o, Rusiya Federasiyasına gedəcəyi üçün yaxın bir nəfərə etibarnamə verməsini demişdir. Buna görə də o, qaynı Rüfətə Notarius vasitəsi ilə öz adından bütün səlahiyyətlərini həyata keçirmək üçün etibarnamə və torpağın sənədini də qaynı Rüfətə verib Rusiya Federasiyasına getmişdir. O, Rusiya Federasiyasında olduğu müddətdə Zahid qaynı Rüfətdən torpağın sənədini qeydiyyat nömrəsi düzəltdirmək adı ilə almış, lakin sonra sənədi geri qaytarmamışdır. 2018-ci ilin avqust ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra Zahidlə mütamadi olaraq əlaqə saxlayıb torpağın sənədi ilə maraqlandıqda Zahid müxtəlif bəhanələr gətirməklə ona yalan vədlər vermişdir. Zahidin onu aldatdığını başa düşüb pulunu geri qaytarmasını tələb etmiş, əks halda şikayət edəcəyini bildirmişdir. Şikayət edəcəyini bildikdən sonra ona Zahidin yeznəsi Emin adlı şəxs zəng edərək görüşüb söhbət etməyi təklif etmişdir. O da dayısı Natiq və Elvin adlı dostu Mingəçevir şəhəri “Güllübağ” adlanan yerdə Eminlə görüşmüşlər. Görüş zamanı Zahidin yeznəsi Emin Zahidin yaşadığı mənzili satışa çıxardığını, mənzil satıldıqdan sonra pulun geri qaytarılması üçün 2 ay müddətinə möhlət istəmişdir. Lakin o, Eminə 2 ay sonra mənzil satılmasa nə baş verəcəyini soruşduqda Emin ona yalnız mənzil satıldıqdan sonra ona pulu geri qaytaracağını bildirmişdir. O da bu səbəbdən Eminlə razılaşmamış və şikayət edəcəyini bildirmişdir. Təxminən sentyabr ayının əvvələrində ona Elgiz adlı şəxs zəng edib Zahidə verdiyi 3100 manat pulun Elgizin yaxın müddətdə verəcəyini demişdir. Bundan sonra sentyabr ayının ortalarında o, X8 yaxınlğındakı çayxanada görüşmüşdür. Həmin vaxt qaynı Rüfət də onların yanında olmuşdur. Görüş zamanı Elgiz Zahidə pul borcunun olduğunu, həmin borcun Zahid tərəfindən silinməsi ilə şərti ilə 3100 manat pulu qaytaracağını demişdir. O senytabr ayının 25-i Rusiya Federasiyasına gedəcəyi üçün Elgiz 3100 manat pulu 1 ay müddətinə qaynı Rüfətə verməsinə dair ağ vərəqdə yazmış və altından imzası ilə təsdiq etmişdir. Lakin, Elgiz hər dəfə müxtəlif bəhanələrlə ona yalan vədlər verib, aldadaraq pulu ona qaytarmamışdır. Bu səbəbdən də o, Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanı tam olaraq ödədiyindən, təmsil etdiyi şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yeləşən Beton Zavodun yaxınlığında 4 sot torpaq sahəsinə sənəd və qapı qoydurmaq üçün dəfələrlə Mingəçevir Bələdiyyəsinə müraciət etmiş, lakin müvafiq sənədləri ala bilməmişdir. Həmin ərəfələrdə Mingəçevir Bələdiyyəsinin inzibati binasına gedərkən həmin binadan yerləşən Dövlət Əmlak Komitəsində işləyən Zahid adlı qonşusu ilə rastlaşmış, Zahid ona nə səbəbə görə bələdiyyəyə gedib-gəldiyini sorusduqda o, Zahidə torpaq sahəsinə sənəd və həmin torpaq sahəsinə darvaza quraşdırılması üçün müvafiq sənədlər almaq istədiyini bildirmişdir. Zahid isə ona torpağa sənəd və qapı qoyulması üçün icazəni ala biləcəyini demişdir. Lakin 4 sot torpağın sənədləşdirilməsi üçün sotu 400 manatdan olmaqla 1600 manat, digər sənədlərə 500 manat, qapının qoyulmasına icazə alınmasına isə 500 manat verməli olduğunu bildirmiş, o da Zahidlə razılaşmışdır. Ertəsi gün o, atası Məmmədsadla həmin torpaq sahəsində çalışarkən Zahid ona zəng edib torpaq sahəsini ölçmək lazım olduğunu bildirmişdir. Bir neçə saatdan sonra Zahid yanında adının sonradan Elgiz olduğunu bildiyi şəxs və başqa tanımadığı bir nəfər şəxslə onların olduğu yerə getmişlər. Həmin şəxslər torpaq sahəsini ölçdükdən sonra çıxıb getmişlər. Təxminən 2-3 gün sonra o, X9 yaxınlığında yerləşən çayxanada görüşmüş və o, Zahidə 2500 manat pul vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Zahid ona 1 aydan sonra torpağın sənədinin hazır olacağını bildirmişdir. Bundan sonra o, Zahidlə mütəmadi olaraq əlaqə saxlayıb, torpağın sənədinin hazır olub-olmadığını soruşduqda Zahid ona tez bir zamanda sənədin hazır olacağını demişdir. 2017-ci ilin oktyabr-noyabr aylarında Elgiz adlı şəxs ona zəng edib, sənədin hazır olduğunu və görüşmək istədiyini bildirmişdir. O, Elgizlə Mingəçevir şəhərində yaşadığı binanın yanında görüşmüş, həmin vaxt Elgiz ona sənəd göstərmişdir. Lakin, həmin sənədin qeydiyyat nömrəsinin vurulmadığını, qeydiyyat nömrəsi vurulduqdan sonra ona təqdim edə biləcəyini deyərək sənədi ona verməyib özü ilə aparmışdır. Artıq bir neçə ay keçdikdən sonra o, işin alınmadığını başa düşüb, Zahiddən pulu geri tələb etmişdir. Bundan sonra Zahid müxtəlif bəhanələrlə telefon zənglərinə cavab verməkdən yayınmışdır. Təxminən 2018-ci ilin yanvar aylarında valideyni əməliyyat olduğu üçün pulunu Zahiddən və Elgizdən geri tələb etmiş, təxminən 2-3 gün sonra Elgiz ona zəng edib 500 manat pulu vermək istədiyini demişdir. Həmin vaxt Mingəçevir şəhəri ərazisində olmadığı üçün ailəvi taksi xidmətini göstərən Cəmil adlı şəxsə zəng edib Mingəçevir bələdiyyəsinin qarşısında Elgizlə görüşüb ondan 500 manatı götürüb yaşadıqları mənzilə verməyini demişdir. Cəmil də Elgizdən aldığı 500 manatı aparıb onun atası Məmmədsada vermişdir. Bundan sonra o, yenə də Zahidə mütamadi olaraq zəng edib pulunu geri tələb etsə də pulunu geri ala bilməmişdir. Təxminən 2018-ci may ayında o, Elgizlə Mingəçevir şəhəri, “Mingopark” adlı yerin yaxınlığında yerləşən kafede görüşmüş, söhbət zaman Elgiz ona 1500 manatı verəcəyini qalan 500 manatı isə Zahiddən almasını demişdir. Lakin, ötən müddət ərzində pulunu geri ala bilmədiyi üçün ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanı tam olaraq ödədiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınaraq ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızı X12 əridir. 2017-ci ilin dekabr ayında Zahid onların yaşadığı evə gedərək Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 nömrəli məktəb ilə üzbəüz, təmizlik idarəsinin arxasında 5 sot torpaq sahəsinin münasib qiymətə satıldığını bildirmişdir. Zahiddən torpaq sahəsinin 1 sotunun qiymətini soruşduqda Zahid ona torpağın 1 sotunu 400 manata, ümumilikdə 5 sot torpağın qiymətinin 2000 manata, lakin müvafiq sənədlərin hazırlanmasına görə də 600 manat, yəni ümumilikdə 2600 manat pul vermək lazım olduğunu demişdir. O da 5 sot torpaq sahəsini həmin qiymətə almaq istədiyini bildirmişdir. Zahid də ona torpağın sənədini Elgiz adlı şəxsin düzəltdiyini bildirmişdir. Söhbət zamanı Zahidə 1 həftə sonra 1600 manat məbləğdə pul verə biləcəyini, həmçinin torpağın sənədini hazırlayan adamı özü də şəxsən görmək istədiyini demişdir. Təxminən 1 həftə sonra o, pulu hazırladıqdan sonra yeznəsi Zahidə zəng edib, işlədiyi Mingəçevir şəhəri məişət əşyaları bazarında Elgizlə görüşüb pulu vermək istədiyini bildirmişdir. Bir qədər sonra Zahid və Elgiz birlikdə həmin yerə getmişlər. Onlar birlikdə Mingəçevir şəhəri, Şahid14 küçəsi məişət əşyaları bazarının çıxacağında görüşmüşlər. Söhbət zamanı o, Elgizdən torpağın sənədinin nə vaxta hazır olacağını soruşmuş, Elgiz isə sənədin 1 ay müddətində hazır olacağını bildirmişdir. O da əvvəlcədən hazırladığı 1600 manat pulu Mingəçevir şəhəri, Şahid14 küçəsi istiqamətdən məişət əşyaları bazarının çıxacağında Zahidə vermişdir. Zahid də elə həmin vaxt onun gözü qarşısında 1600 manat pulu sayıb Elgiz adlı şəxsə vermişdir. Bu zaman onların yanında başqa şəxslər olmamışdır. Daha sonra Zahid və Elgiz çıxıb getmişlər. Həmin gün o, Zahidlə görüşüb Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəbin qarşısında, təmizlik idarəsinin arxasında yerləşən 5 sot torpaq sahəsinə baxmaq üçün getmişlər. Zahid ona torpaq sahəsini göstərərək özləri üçün də həmin yerdən torpaq sahəsi almaq üçün Elgizə pul verdiyini bildirmişdir. Bundan sonra 1 ay müddətində qalan 1000 manat pulu da hissəhissə Zahidin yaşadığı mənzildə Elgizə verməsi üçün Zahidə vermişdir. Təxminən 1-2 ay keçdikdən sonra o, Zahidə zəng edib sənədin hazır olub-olmadığını soruşduqda Zahid Elgizin sənədi az bir müddətdə hazır edəcəyini bildirmişdir. 2018-ci ilin mart ayında Zahid ona zəng edərək Elgizin sənədi gətirib Zahidə verdiyini onların yaşadığı evə getməsini bildirdiyi üçün o da Zahidin yaşadığı mənzilə getmişdir. Elgiz Zahidin yanında onun adına olan şəhadətnaməni göstərmiş, lakin sənədə möhür vurulmadığına görə sənədi möhür vurdurduqdan sonra ona verə biləcəyini deyərək sənədi də özü ilə aparmışdır. Lakin bir müddət keçdikdən sonra o, sənədin hazır olub-olmadığını soruşduqda, Elgiz müxtəlif bəhanələrlə sənədi hazırlamaqdan yayınmışdır. 2018-ci ilin may ayında Elgizdən ona verdiyi 2600 manat pulu geri tələb etmiş, lakin Elgiz onun pulunu geri qaytarmamışdır. Bu səbəbdən də o, Mingəçevir ŞPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə razılıq əldə etdiyindən ondan heç bir şikayəti yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun nümayəndəsi və vəkili X26 müdafiə etdiyi şəxsin ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlu 2018-ci il ilin yay aylarında torpaq sahəsi alıb ev tikdirmək fikrinə düşmüşdür. Bu səbəbdən də Mingəçevir şəhəri ərazisində bir neçə topraq sahələrinə baxmış lakin, torpaq sahələrinin yeri xoşuna gəlmədiyi üçün almamışdır. Onun torpaq sahəsi almaq istəyindən qayınatası Qəzənfərin də məlumatı olmuş, Qəzənfər də ona münasib torpaq sahəsi axtarmışdır. 2018-ci ilin yay aylarında qayınatasıgilin qonşusu, adını sonradan bildiyi Sadayın arvadı onun qayınanası Nuriyyə özlərinə məxsus həyətyanı torpaq sahəsi olan evi satdıqlarını bildirmişdir. Bundan sonra qayınatası Qəzənfər də ona bu barədə məlumat vermişdir. O da arvadı Nuranə və qohumu Mübarizlə birlikdə həmin içərisində fərdi yaşayış ev olan torpaq sahəsinə baxmaq üçün getmişlər. Həmin fərdi yaşayış evi Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşirdi. Evə baxmağa getdikləri zaman onları evin sahibi Saday adlı şəxs qarşılamışdır. Saday onlara 4 sot torpaq sahəsinin içərsindəki evini 52000 manata satdığını, lakin evin sənədlərinin xüsusiləşdirilmədiyini demişdir. Saday 3000 manat evin və 4 sot torpaq sahəsinin sənədlərinin xüsusiləşdirilməsini lazım olduğunu bildirərək 3000 manatı əvvəlcədən ondan istəmiş ki, sənədləri hazır etsin və 3000 manatı sonda evin pulu verilən zaman 52000 manatdan çıxacağını da onlara bildirmişdir. O da bu barədə Sadayla razılaşmışlar. Təxminən 10 gün sonra arvadı Nuranə ona Sadayın arvadının zəng edərək evin sənədlərinin hazırlanması üçün pulu istədiklərini demişdir. O da ertəsi gün arvadı Nuranə ilə Sadayın yaşadığı evə getmişlər. Onlar evin həyətinə daxil olan zaman həyətdə bir neçə şəxsin olduğunu, həmin şəxslərin əllərində metrə ilə torpaq sahəsini ölçərək şəkillər çəkdiyini görmüşdür. Sadaydan həmin şəxslərin kim olduğunu soruşduqda Saday ona həmin şəxslərin torpağın sənədini hazırlayan şəxslər olduğunu və ölçü işləri götürdüklərini demişdir. Həmin şəxslər işlərini görüb küçəyə çıxdıqdan sonra o, arvadı Nuranə və Sadayın arvadının yanında Sadaya 3000 manat məbləğində pul vermişdir. Saday pulu aldıqdan sonra ona 1 ay müddətində sənədlərin hazır olacağını demişdir. Təxminən 10 gün keçdikdən sonra Saday onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edərək sənədlərin hazır olması üçün əlavə olaraq 400 manat lazım olduğunu demişdir. O isə işlə bağlı başqa yerdə olduğundan tanışı Babək adlı şəxsə zəng edib Sadayla görüşüb Sadaya 400 manat pul verməsini bildirmişdir. Sadaya da bu barədə məlumat verdikdən sonra X31 şəhəri, 20 yanvar küçəsində yerləşən elektronika mağazasında görüşüb 400 manat pulu Babəkdən almışdır. Sonra o, Babəkdən aldığı 400 manat pulu Babəkə geri qaytarmışdır. Təxminən 10-15 gün keçdikdən sonra Saday yenidən ona zəng edib sənədlərə görə əlavə olaraq 300 manat pul lazım olduğunu demişdir. Bir qədər sonra Sadayın 10-12 yaşlı oğluna 300 manat pulu yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 2 saylı binanın yanında vermişdir. Sadaya zəng edərək pulu onun övladına verdiyini və sənədin nə qədər vaxta hazır olacağını soruşduqda Saday ona sənədin qısa müddətdə hazır olacağını demişdir. Bir müddət keçdikdən sonra Saday mütəmadi olaraq ona zəng edərək sənədin hazır olmağına az bir müddət qaldığını və ondan əlavə də 10000 manat verməsini istəmiş, lakin o, Sadaya qanuni sənəd gətirməyincə pul verməyəcəyini demişdir. Hətta Saday bir neçə dəfə öz qayınatası ilə onun işlədiyi elektronika obyektinə gedib pul istəsə də, o, sənədi almayınca pul verməyəcəyini bildimişdir. Təxminən 2 aydan sonra Saday ona zəng edib sənədləri təsdiqlətmək üçün “ASAN” xidmətə getmək lazım olduğunu bildirmişdir. Ertəsi gün o, arvadı Nuranə ilə birlikdə “ASAN” xidmətin qarşısında Sadayla görüşüb içəri daxil olmuşlar. Saday “ASAN” xidmətdə notarius xidmətinə sənədləri təqdim edərkən orada sənədlərin düz olmadığını demişlər və onlar da sənədləri götürüb oradan uzaqlaşmışlar. O, Sadaydan sənədin nə səbəbə düz olmadığını soruşduqda, Saday ona anlaşılmazlıq olduğunu bu problemi tez bir zamanda həll edəcəyini demişdir. O isə Sadaydan sənədin qanuni hazırlanmasını tələb etmişdir. Təxminən 5-6 gün sonra o, arvadı Nuranə ilə birlikdə “ASAN” xidmətin qarşısında Sadayın atası və həmin vaxt tanıdığı Elgiz adlı şəxslə görüşüb “ASAN” xidmətə getmişlər. Bu zaman Elgiz adlı şəxs sənədləri orada olan notarius xidmətinə təqdim etmiş və o, sənədlərin təqdim olunmasına görə 5 manat dövlət rüsumu ödəmişdir. Həmin vaxt Elgiz sənədləşmə işlərinin aparılması üçün arvadı Nuranənin adından Şahid17 etibarnamə vermişdir. Çünki o, Sadaydan evi arvadı Nuranənin adına almalı imiş. “ASAN” xidmətdən çıxdıqdan sonra Elgiz adlı şəxs ona Yevlax rayonuna məktub göndərməsi bəhanəsi ilə 20 manat pul almışdır. O, Elgizdən sənədin nə qədər vaxta hazır olacağını soruşduqda, Elgiz ona 3 ay müddətində sənədin hazır olacağını demişdir. 3 ay keçdikdən sonra Yevlax rayonundan adını xatırlamadığı idarədən məktub gəlmiş və məktubda sənədlərin təsdiq olunmadığı qeyd olunmuşdur. Bundan sonra Sadaya zəng edib belə bir məktub gəldiyini bildirmiş, Saday isə ona bir az vaxt verməsini, məsələni həll edəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Saday ona aldadıldığını və həmin şəxslərdən pulu alan kimi pulu geri qaytaracağını bildirmişdir. O, Elgizə zəng edib sənədin nə səbəbə hazır olmadığını soruşduqda Elgiz ona sənədin məhkəməyə getməli olduğunu və orada hazır olacağını bildirmişdir. O, Elgizə Sadayın ona nə qədər pul verildiyini soruşduqda Sadayın ona 3000 manat verdiyin əlavə verilən 700 manatdan xəbəri olmadığını bildirmişdir. O, Sadayın onu müxtəlif bəhanələrlə yubatdığını və aldatdığını görüb Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymişziyanı tam olaraq ödədiyindən, ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan şəxs kimi tanıyır. Həvəskar şəxs kimi döyüşkən toyuqlar saxlayır. 2018-ci ilin aprel ayında Zahid ona yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi 48 saylı binanın qarşısında yaxınlaşıb özünün dövlət işində işləməsi səbəbindən çox vaxtı olmadığına görə toyuq saxlamaq təsərrüfatı ilə şərikli məşğul olmağı təklif etmişdir. Lakin, o, Zahidə bu təsərrüfatla məşğul olmaq üçün maddi imkanı və yeri olmadığını bildirmişdir. Zahid isə ona bu təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi olduğunu və ona müəyyən məbləğdə pul tapmağını demişdir. O, Zahidlə həmin günü Zahidin Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində olan torpaq sahəsinə baxmaq üçün getmişlər. Torpaq sahəsinə baxan zaman həmin torpaq sahəsində toyuq və digər ev quşları, həmçinin bu heyvanların qalması üçün müəyyən şəraitin olduğunu görmüşdür. Zahid bu təsərrüfatın müəyyən hissəsinin onun özünə, qalan hissəsinin isə digər bir şəxsə məxsus olduğunu demişdir. Bundan sonra o, Zahidə hazırda pulu olmadığını, bankdan kredit pul götürə biləcəyini demişdir. Həmçinin o, Zahidə krediti ödəməyə imkanı olmadığını da demişdir. Zahid isə ona kredit götürülən puldan təsərrüfat qurmaq üçün yumurta verən toyuqlar alınacağını və təsərrüfatdan gələn gəlirin aylıq bankdan götürülən kreditə ödəniləcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra, yəni 2018-ci ilin may ayında o, «Kapital Bankın» Mingəçevir filialından 1500 manat məbləğində kredit götürüb həmin 1500 manatdan 500 manat pulu öz şəxsi xərcləri üçün istifadə edərək 1000 manat pulu Zahidin yaşadığı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsi 5 saylı binanın arxasında Zahidə məxsus qarajın qarşısında toyuq saxlayıb, yumurta verən toyuqları alması üçün Zahidə vermişdir. Bu zaman onların yanında taksi fəaliyyəti ilə məşğul olan Cəmil adlı şəxs də olmuşdur. Zahid ona qısa bir müddətdə 1000 manat civarında yumurta verən toyuqları alacağını və şərikli olaraq bu təsərrüfatla məşğul olacaqlarını bildirmişdir. Bundan sonra Zahid ona yalnız ikisinə məxsus torpaq sahəsində təsərrüfat qurmağı, əlavə başqa bir şəxsin olmamasını demişdir. Bundan sonra Zahid onu Mingəçevir şəhəri İES-nin arxasındakı bağ sahələrində yerləşən torpaq sahəsinə aparmış və onunla həmin ərazidə yerləşən torpaq sahəsində təsərrüfatla məşğul olmaq barədə razılaşmışlar. Daha sonra Zahid özünə məxsus toyuq təsərrüfatını da həmin torpaq sahəsinə köçürmüşdür. O, hər gün həmin bağ sahəsinə toyuqlara baxmaq üçün getmişdir. Təxminən 3-4 ay o, Zahidə məxsus toyuqlara baxmışdır. Hər ay Zahiddən ona verdiyi 1000 manatdan heç bir toyuq-cücə almadığının səbəbini soruşduqda Zahid ona qısa bir müddətdə toyuqları alacağını bildirmişdir. Həmçinin Zahid ona əvvəlcədən söz verdiyi toyuqları almamaqla bərabər aylıq kredit pulunu da ödəməmiş, beləliklə aylıq 65 manat pul hər ay onun əmək haqqından tutulmuşdur. Bir neçə ay keçdikdən sonra o, Zahidin verdiyi 1000 manata təsərrüfatla məşğul olmaq üçün toyuq almadığını görüb Zahiddən pulunu geri tələb etmiş, lakin Zahid pulu geri qaytarmadığı üçün şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanın bir qismini ödəmiş, qalan məbləğlə də razılaşmışlar. Ona gör də ondan heç bir şikayət yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 istintaq zamanı vermiş olduğu ifadəsində göstərdi ki, Şahid13 onun qızının əridir. 2018-ci ilin mart ayında torpaq sahəsi alıb övladları üçün fərdi yaşayış evi tikdirmək fikri olmuşdur. Bu səbəbdən də münasib qiymətə torpaq sahəsi almaq üçün tanışlarından maraqlanmışdır. Süleyman taksi fəaliyyəti ilə məşğul olduğu üçün bu barədə Süleymana da demişdir. Bir müddət keçdikdən sonra Süleyman onun yaşadığı mənzilə gedərək Mingəçevir şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində işləyən Zahid adlı tanışının ucuz qiymətə Mingəçevir şəhəri, Gəncə şossesinin kənarında 11 sot torpaq sahəsi satdığını demişdir. O da Süleymana Zahidlə maraqlanıb həmin torpaq sahəsini almaq istədiyini demişdir. Sonra Zahidlə əlaqə saxlayaraq torpaq sahəsinə baxmaq istədiklərini demişlər. Zahid isə həmin torpaq sahəsinə başqa müştəri olduğunu və 100 manat beh vermək lazım olduğunu bildirmişdir. Buna görə də əri Çingiz Süleymanla telefon vasitəsilə əlaqə saxlayıb Zahidin yaşadığı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən “Əsgər kafesinin” qarşısında görüşmüşlər, həmin vaxt 100 manat behi Zahidə vermişlər. 2-3 gün sonra o, Süleyman və Zahid birlikdə həmin torpaq sahəsinə baxmaq üçün getmişlər. Həmin yerə çatdıqda Zahid torpaq sahəsinin 11 sot olduğunu və torpaq sahəsi 5 və 6 sotlara bölünüb satıldığını bildirmişdir. O isə Zahidə 6 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Zahid 6 sot torpaq sahəsinə 3600 manat verilməli olduğunu ona demişdir. Zahidin göstərdiyi torpaq sahəsinin satın alınması ilə əlaqədar Zahidlə razılaşdıqdan təxminən 3-4 gün keçdikdən sonra Zahid Süleymana və ona zəng edib torpağın sənədlərinin hazırlanması üçün qalan 3500 mant pulun verilməli olduğunu bildirmişdir. Lakin o, Zahidə bir müddət gözləməyini bildirsə də, Zahid torpağın sənədləşməsi üçün qalan 3500 manat pulun təcili verilməli olduğunu bildirmişdir. 2 gün sonra o, Zahidə zəng edib pulun hazır olduğunu bildirmişdir. 2018-ci ilin mart ayının ortalarında Zahid pulu almaq üçün onun yaşadığı Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi 15 saylı yaşayış binasının qarşısına getmiş, orada o, Süleyman və oğlu Taleh ilə birlikdə yaşadığı binanın blokunun qarşısında görüşmüşlər. Həmin vaxt Zahidin yanında tanımadığı sonradan adının Elgiz olduğunu bildiyi bir şəxs də olmuşdur. X36 Bələdiyyəsinin işçisi kimi təqdim etmişdir. Həmin vaxt o, yaşadığı Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində yerləşən 15 saylı binanın qarşısında oğlu Talehin, Süleymanın və Zahidin yanında gələn, lakin tanımadığı şəxsin yanında Zahidə 3500 manat pulu sayıb vermişdir. Zahid pulu sayıb cibinə qoymuş və mart ayının sonuna kimi torpağın sənədini ona verəcəyini bildirmişdir. Bundan sonra o, mütamadi olaraq Zahidlə əlaqə saxlasa da, Zahid hər dəfə ona narahat olmamağını qısa müddətdə sənədin hazır olacağını bildirmişdir. Lakin Zahidin söz verdiyi müddət keçdiyi üçün o, Zahidə zəng edib pulunu geri tələb etsə də, Zahid yenə də həmişəki kimi sənədin qısa bir müddətdə hazır olacağını ona bildirmişdir. Təxminən 2 ay keçdikdən sonra Zahid ona zəng edib sənədin hazır olduğunu və sənədi ona vermək istədiyini bildirmişdir. O da oğlu Talehə zəng edərək Zahidlə görüşüb sənədi Zahiddən götürməsini dediyi üçün Tərlan Zahidlə görüşüb torpağın sənədini Zahiddən almışdır. Tərlan sənədi gətirib ona verdikdən sonra artıq aldığı torpağın sənədi hazır olduğunu fikirləşərək Zahidə torpaq sahəsində ev tikmək istədiyini demiş, Zahid isə tələsməməyi, «Çıxarış» verdikdən sonra evi tikə biləcəyini ona bildirmişdir. Bundan sonra o, Zahidə mütamadi olaraq zəng etsə də, Zahidin torpağa dair «Çıxarışın» ala bilmədiyini görüb aldadıldığını başa düşərək ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyanın bir qismini ödəmiş, qalan məbləğlə bağlı isə razılaşmışlar. Ona gör də ondan heç bir şikayət yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 istintaq zamanı vermiş olduğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Zahidin atası Asif ilə yaxşı münasibətləri olmuşdur. Münasibətləri yaxşı olduğu üçün Asif ilə kirvəlik münasibətləri yaranmışdır. Zahidin Mingəçevir şəhəri, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində nəzarətçi kimi işləıdiyini bilmişdir. 2017-ci ilin noyabr ayında Zahid onun istifadəsində olan mobil telefona zəng edərək Mingəçevir şəhəri, Havarlı küçəsində 6 sot torpaq sahəsinin satıldığını və sotunun 500 manat olduğunu, həmin torpaq sahəsini almağı ona məsləhət görmüşdür. Lakin o, Zahidə torpaq sahəsi almaq istmədiyini bildirmişdir. Lakin, Zahid bundan sonra bir neçə dəfə ona zəng edərək həmin torpaq sahəsinin ucuz olduğunu və almağı məsləhət görürmüşdür. Lakin o, yenə də Zahidə cavab olaraq torpaq sahəsi almaq istəmədiyini bildirmişdir. 2018-ci ili yanvar ayında Zahid onun yaşadığı evə gələrək, həmin torpaq sahəsini almaq üçün ona 3000 manat pul verməyini bildirmişdir. Ertəsi gün o, oğlu Zabillə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Beynəlxalq Bankın» Mingəçevir filialının qarşısında Zahidlə görüşmüşlər. O, təqaüd kartında olan puldan 3000 manat pulu çıxardıb Mingəçevir şəhəri ərazisində 0,06 ha torpaq sahəsi almaq üçün oğlu Zabilin yanında Zahidə vermişdir. Daha sona Zahid, o və oğlu Zabili həmin torpaq sahəsinə baxmaq üçün Mingəçevir şəhəri, Havarlı küçəsinə getmişlər. Orada torpaq sahəsinə baxdıqdan sonra Zahid ona torpağa dair sənədin 1-2 ay müddətində hazır olacağını bildirmişdir. Lakin Zahid vəd etdiyi müddət ərzində Mingəçevir şəhəri “Havarlı” küçəsi adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsini onun adına sənədləşdirə bilməmişdir. O da Zahidin hər dəfə müxtəlif bəhanələr gətirdiyini görüb ondan pulunu geri istəsə də, Zahid hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirsə də, ona hər hansı məbləğdə pul qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ziyanın bir qismini ödəmiş, qalan məbləğlə də razılaşmışlar. Ona gör də ondan heç bir şikayət yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə islasında iştirakı mümkün olmamışdır. Məhkəmə zərərçəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abuzər və Zahid adlı şəxsləri oğlu Şahinin vasitəsi ilə tanımışdır. Belə ki, Abuzər oğlu Şahinin dostudur. 2017-ci ilin noyabr ayında Abuzər oğlu Şahinə zəng edərək ucuz qiymətə torpaq sahəsi satıldığını bildirmişdir. Oğlu Şahin də telefon vasitəsi ilə ona zəng edərək Mingəçevir şəhəri 17 saylı orta məktəbin yaxınlığında “Havarlı” küçəsi kimi adlandırılan Q.Nəbi küçəsində 3000 manata 0,4 ha torpaq sahəsi satıldığını bildirmişdir. O da oğlu ilə danışdıqdan sonra razılaşaraq həmin ərazidə yerləşən torpaq sahəsini almaq qərarına gəlmişlər. Lakin, onun özü bununla bağlı Abuzərlə hər hansı danışıq aparmamışdır. Təxminən 2017-ci ilin oktyabr ayının ortalarında oğlu Şahinin dostu Abuzər onların yaşadıqları mənzilə tək gəlmişdir. Söhbət zamanı Abuzər ona Mingəçevir şəhərinin “Havarlı” küçəsi kimi adlandırılan Q.Nəbi küçəsində Mingəçevir Bələdiyyəsinin balansında torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin satıldığını, Abuzərin Zahid adlı dostu həmin torpaq sahəsi ilə bağlı bütün sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Həmin torpaq sahəsinin müqabilində o Abuzərə 3000 manat məbləğdə pul verməli olmuşdur. Abuzərlə söhbət zamanı Abuzərə hazırda 3000 manat məbləğdə pulu olmadığını, 1500 manat məbləği verə biləcəyini, qalan 1500 manat məbləği isə sonra verəcəyini bildirmişdir. Abuzər də onunla razılaşmışdır. Həmin vaxt o, əri Mais və gəlini Pərvanənin yanında Abuzərə 1500 manat məbləğdə pul vermişdir. Bir qədər sonra qonşuları Röyala məxsus avtomobil ilə Abuzər, o və gəlini Pərvanə gedib həmin torpaq sahəsinə baxmışlar. Onlar Abuzərin göstərdiyi torpaq sahəsinə baxıb həmin torpaq sahəsinin yerləşdiyi yeri bəyənmişlər. 2018-ci ilin yanvar ayında Abuzər və dostu Zahid birlikdə yaşadıqları ünvana gəlmişlər. O, yaşadığı mənzildə əri Maisin, gəlini Pərvanəninin və Zahidin yanında Abuzərə 1500 manat məbləğdə də pulu verib Abuzərə ona torpaq sahəsini almaq üçün razılaşdığı 3000 manat məbləğdə pulu tam şəkildə verdiyini xatırlatmışdır. Həmçinin Abuzərə həmin torpağın sənədlərinin tez müddətdə hazırlanıb verilməsini təmin etməsini bildirmişdir. Abuzərin yanında olan Zahid də ona narahat olmamağını tezliklə sənədlərin hazırladılıb ona verilməsini təmin edəcəyini bildirmişdir. Təxminən 2 ay müddətində o, dəfələrlə Abuzər və Zahidə torpağın sənədləri ilə bağlı müraciət etsə də onlar hər dəfə müxtəlif bəhanə gətirərək toprağın sənədlərini verməkdən yayınmışlar. O da aldadıldığını fikriləşib qısa müddət ərzində ya torpağın sənədlərini hazırlamalarını, ya da pulunu geri qaytarmağı Zahid və Abuzərdən tələb etmişdir. 2018-ci ilin aprel ayında Elgiz adlı şəxs ona telefon vasitəsi ilə zəng edərək, onu Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən çayxanaya dəvət etmişdir. O da həmin çayxanaya getmiş, orada Elgiz və Abuzərlə görüşmüş, həmin vaxt Elgiz ona Zahid və Abuzərə verdiyi 3000 manat məbləğdə pulun sonuncular tərəfindən ona verildiyini, torpağın sənədini özünün verəcəyini bildirmişdir. O da Elgizin dediklərinə inanmışdır. Təxminən 1 ay sonra Elgiz onu yenə də həmin çayxanaya dəvət etmiş, orada Elgiz ona 3-4 vərəqədən ibarət sənəd təqdim edərək həmin sənədin onun alacağı torpağın sənədi olduğunu bildirmişdir. O da həmin sənədə baxdıqdan sonra sənədin saxta olduğundan şübhələnərək, Elgizdən pulunu geri tələb etməyə başlamışdır. Lakin nə Elgiz, nə Abuzər, nə də Zahid pulu geri qaytarmadıqları üçün onların barəsində şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bununla belə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs ziyanı tam ödədiyini və ondan heç bir şikayəti və tələbi olmadığını, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs9 Musa qızı onun xalasıdır. Təxminən 2018-ci ilin yanvar ayında xalası Zərərçəkmiş şəxs9 işlədiyi Mingəçevir şəhəri «Uğur» marketə getmişdir. Xalası Günəşlə görüşüb söhbət edən zaman xalası Zərərçəkmiş şəxs9 ona Mingəçevir şəhəri, Havarlı küçəsində sotu 500 manata 4 sot torpaq sahəsi satıldığını bildirmişdir. Həmçinin, ona həmin torpaq sahəsini iş yoldaşı Səbuhinin tanışı Zahid adlı şəxsin satdığını da bildirmişdir. O, xalasına imkanı olmadığı üçün həmin torpaq sahəsini ala bilməyəcəyini demişdir. Lakin xalası Günəş onun əvəzinə torpağın pulunu verə biləcəyini, pulu olanda pulunu geri qaytaracağı barədə razılaşmışlar. Sonradan o, xalasının iş yerinin yaxılığında Zahidlə görüşmüşdür. Zahid ona həmin torpaq sahəsinin 0,04 ha olduğunu və Mingəçevir şəhərinin əvvəllər “Havarlı” küçəsi kimi adlandırılan ərazisində yerləşdiyini 0,01 ha 500 manata olmaqla ümumilikdə 0,04 ha-nın 2000 manata satıldığını demişdir. O, Zahidlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Torpaq sahəsi Mingəçevir şəhərinin əvvəllər “Havarlı” küçəsi kimi adlandırılan, hazırda isə Q.Nəbi küçəsi adlanan küçədə yerləşmişdir. O, torpaq sahəsinə baxıb yerləşdiyi ünvanın xoşuna gəldiyini xalası Günəşə bildirdikdən təxminən 2-3 gün sonra xalası Günəş Zahidə zəng edib pulun hazır olduğunu bildirmişdir. Həmin günü o, xalası ilə birlikdə Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «Uğur» marketdə Zahidlə görüşmüşlər. Xalası Günəş onun yanında Zahidə 4 sot torpaq sahəsini almaq üçün 2000 manat pul vermişdir. Həmin vaxt onların yanında başqa bir şəxs olmamışdır. Zahid 2000 maant pulu götürüb 2018-ci ilin fevral ayında torpağın sənədinin hazır olacağını bildirmişdir. Lakin, fevral ayında onlar Zahidlə əlaqə saxlasalar da Zahid sənədin hazır olmadığını bildirmişdir. 2018-ci ilin mart ayında Zahid ona zəng edib torpağın sənədinin rəsmiləşdirilməsi üçün əlavə 240 manat pul vermək lazım olduğunu bildirmişdir. O da ertəsi gün X2rşısında görüşüb 240 manat pulu Zahidə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Zahid 240 manat pulu götürdükdən sonra torpağın sənədinin ayın sonuna hazır olacağını bildirmişdir. Lakin Zahid ayın sonunda yenə də yalandan vədlər verərək torpağın sənədinin yaxın müddətdə hazır olcağını bildirmişdir. 2018-ci ilin yay aylarında o, xalası Günəşlə Zahidin yaşadığı ünvan 4 ünvanına getmişlər. Zahidlə söhbət edərkən, Zahid torpağın sənədinin Elgiz adlı şəxsin hazırladığını onlara bildirmişdir. Onlar da Zahiddən Elgizi çağırmağı tələb etmişlər. Elgiz də Zahidgilə gəlib onlarla tanış olduqdan sonra Zahidin anası Sevil adlı qadın Elgizi göstərərək torpağın sənədinin hazır olması üçün pulu Elgizə verdiklərini və sənədi Elgizin hazır edəcəyini onlara bildirmişdir. Elgiz isə cavabında “inşallah” deyərək, Günəşə ilk növbədə onların sənədlərini hazır edəcəklərini bildirmişdir. Bundan sonra o və xalası Zahid Elgizə tez-tez zəng etsələr də, Elgiz və Zahid onlara yalandan vədlər verərək aldatmışlar. Zahidin onları aldatdığını başa düşüb xalası Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018ci ilin yanvar aylarında keçmiş iş yoldaşı Abuzərlə Mingəçevir şəhər Dram Teatrın qarşısında görüşmüşlər. Görüş zamanı Abuzər ona Əmlak Dövlət Reyestr xidmətində işlədiyini və Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəbinin qarşısında, «Zibillik» İdarəsinin yanında sotu 500 manatdan 9 sot torpaq sahəsinin olduğunu, Əmlak Dövlət Reyesrt xidmətində Zahid adlı şəxsin bu işi düzəldəcəyini, əgər istəyən olsa həmin torpaq sahəsindən sata biləcəyini demişdir. O, özü istəməsə də bacısı oğlu Teymurla danışıb, sonuncunun oradan torpaq sahəsi istədiyi halda onunla əlaqə saxlayacağını demışdir. Həmin gün axşam saatlarında Teymurla danışıb qeyd olunan ərazidən torpaq sahəsi satılması barədə Teymura məlumat vermişdir. Teymur isə ona torpaq sahəsinə baxdıqdan sonra onu ala biləcəyini bildirmişdir. Ertəsi gün Teymurla birlikdə Abuzərə zəng edib torpaq sahəsinə baxmaq istədiklərini demişdir. Teymurla o, Mingəçevir şəhəri, «Qələbə» meydanının qarşısında Abuzər və Dövlət Reyestr xidmətində işləyən Zahid adlı şəxslə görüşmüşlər. Zahidlə tanış olduqdan sonra torpaq sahəsinə baxmaq üçün Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəbin qarşısında yerləşən torpaq sahəsinə getmişlər. Zahid torpaq sahəsinin 2002-ci ilə aid olduğunu, lakin paylanmadığına görə arxivdə olduğunu və hazırda hissə-hissə satıldığını demişdir. Teymur torpaq sahəsini bəyənmiş və 5 sot torpaq sahəsi almaq istədiyini Zahidə demişdir. Zahid isə 2500 manat toprağa görə, 100 manat da sənədin Bakı və Yevlax şəhərlərinə göndərilməsinə görə yol haqqı kimi istəmişdir. Ertəsi gün, yəni 18.01.2018-ci il tarixdə pulu Zahidə vermək üçün Mingəçevir şəhəri Notariat Kontorunun qarşısında görüşmüşlər. Lakin, Notariusda əlavə xərcin çıxmaması üçün Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən “Şeş-Beş” çay evində o, Teymur, Zahid və Teymurun arvadının əmisi Namiq adlı şəxs görüşmüşlər. Onlar 5 nəfərin imzası ilə 2600 manat pulu Zahidə verilməsinə razılaşmışlar. Teymur 5 nəfərin imzası ilə 2600 manat pulu Zahidə vermiş, Zahid isə 3 ay müddətində sənədin hazır olacağını bildirmişdir. Daha sonra eşitmişdir ki, Teymur əlavə xərclərə görə hissə-hissə olmaqla ümumilikdə Zahidə 500 manat pul vermişdir. Pulu verdikdən 3 ay sonra Teymur Rusiya Federasiyasına getmiş, lakin, torpağın sənədini alarkən imza etməsi üçün qaynı Ülfətə etibarnamə vermişdir. Zahidə mütamadi olaraq zəng etmələrinə baxmayaraq Zahid müxtəlif bəhanələr gətirərək ona və Teymura yalan vədlər vermişdir. Zahid 5 ay müddətində onlara müxtəlif bəhanələr gətirdikdən sonra ona torpağın sənədinin Elgiz adlı şəxsdə olduğunu demişdir. O isə Elgizi tanımadığını bildirdikdə Zahid ona Teymurun qaynı Ülfətin Elgizi tanıdığını və Elgizin istifadəsində olan mobil nömrəni verərək Elgizlə əlaqə saxlamağını ona demişdir. O da Elgizə zəng edib Mingəçevir şəhəri, V.Hüseynov küçəsində yerləşən “Asudə” çay evində görüşməyə razılaşmışlar. Görüş zamanı Teymurun qaynı Ülfət də onların yanında olmuşdur. Görüşüb söhbət edərkən Elgiz ona pulu kimə veribsə həmin adamdandan istəməsini və özündə heç bir sənədin olmadığını bilmişdir. Bundan sonra o, Zahidə zəng edib bu barədə Zahidə məlumat vermişdir. Zahid isə Elgizlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Sonra Zahid ona bir müddət də gözləməyi, tezliklə yaranmış problemi həll edəcəyini demişdir. Təxminən 1 ay sonra Elgiz ona zəng edərək “Asudə” çay evındə görüşməyi təklif etmişdir. O da həmin görüşə Elvin adlı şəxslə getmişdir. Görüş zamanı Elgiz ona özündə olan 3-4 sənədi göstərərək, həmin sənədlərin şrift və qeydiyyat nömrəsinin olmadığını, yararsız olduğunu bildirərək həmin sənədləri cırıb atmışdır. Söhbət zamanı o, Elgizdən Zahidə verilmiş 3100 manat məbləğdə pulu geri qaytarmasını tələb etsə də Elgiz ona Zahidin cəmisi olaraq 2000 manat məbləğdə pul verdiyini, qalan 1100 manat puldan xəbərsiz olduğunu bildirmişdir. Həmçinin söhbət zamanı Elgiz Zahidlə bir neçə belə işlər gördüyünü və belə torpaq işlərini gördüyü zaman Zahidə torpağın hər sotuna görə 100-150 manat pul verdiyini demişdir. Elgizlə görüşdükdən sonra Zahidə zəng edib Zahidə verilmiş pulu qaytarmağını tələb etsə də, Zahid hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan yayınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun yeznəsidir. Teymurla münasibəti yaxşı olduğu üçün tez-tez Teymurun yaşadığı evə getmişdir. 2018-ci ilin yanvar ayının 18-də Teymurgilin yaşadığı evdə olan zaman Teymur ona Mingəçevir şəhəri, Havarlı küçəsində torpaq sahəsi aldığını və pulu vermək üçün torpaq sahəsini satan adamla görüşməyə gedəcəyini bildirmişdir. O da Teymurla birlikdə həmin şəxslərlə görüşməyə getmişdir. Həmin günü o, Teymur və əmisi Natiq adlarını sonradan bildiyi Abuzər və Zahid adlı şəxslərlə Mingəçevir şəhəri 1 saylı notariat kontorunun qarşısında görüşmüşlər. Teymur Zahidə pulu notarius vasitəsi ilə verməyi düşünmüşdür. Lakin, Notariat kontorunda rüsum çox olduğundan Teymur Zahidlə ağ kağız üzərində öz sözləri ilə yazılmış şəkildə pul verməklə bağlı razılaşmışlar. Həmin gün, yəni 18.01.2018-ci il tarixdə Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən ŞEŞ- BEŞ çay evində X32 şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəb ilə üzbəüz təmizlik idarəsinin arxasında 5 sot torpaq sahəsi almaq üçün onun, Abuzərin, Teymurun dayısı Natiqin və əmisi Namiqin yanında hər biri həmin kağıza öz xətti ilə şahidliklərinin təsdiq etmiş formada 2600 manat pul vermişdir. X39 bir ay müddətinə sənədin hazır olacağını bildirmişdir. Bundan sonra Teymur Zahidlə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2018-ci ilin mart ayında Teymur Rusiya Federasiyasına getmiş və gedən zaman ona torpağın sənədləri ilə bağlı Teymurun adından çıxış etməyi üçün ona etibarnamə vermişdir. X3 müddətdə o, Zahidlə mütəmadi olaraq əlaqə saxlamışdır. 2018ci ilin mart ayında Teymur ona zəng edib Zahidlə görüşüb Zahidə 220 manat pul verməyi demişdir. Həmin gün o, Zahidlə Mingəçevir şəhər stadionunun yanında görüşmüşlər. Həmin vaxt Zahidin yanında adını sonradan bildiyi Elgiz adlı şəxs də olmuşdur. Zahid onu Elgizlə tanış etdikdən sonra torpağın sənədlərini Elgizin hazırladığını ona bildirmişdir. Görüşüb söhbət edən zaman o, Elgizin yanında Zahidə 220 manat pul vermişdir. Zahid isə pulu Elgizə verəcəyini və Elgizin həmin pulu torpağın sənədinə verəcəyini demişdir. Lakin, o, Zahidin həmin pulu Elgizə verməyini görməmişdir. Belə ki, Zahid onun verdiyi pulu həmin vaxt Elgizə verməmişdir. Təxminən 15 gün sonra Zahid ona zəng edib torpağın sənədinin hazır olduğunu və görüşmək istədiyini bildirmişdir. Həmin gün o, Zahidlə Mingəçevir şəhəri, H.Əliyev adına parkın yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Zahid ona torpaq haqqında şəhadətnamə göstərərək şəhadətnamənin qeydiyyat nömrəsinin vurulmadığını, 1 həftə müddətində qeydiyyat nömrəsinində vurulacağını bildirmişdir. O da Zahidin ona sənəd göstərməsi barədə zəng edib Teymura məlumat vermişdir. 2 gün sonra Teymur Rusiya Federasiyasından geri qayıtmışdır. Teymur Rusiya Federasiyasından qayıtdıqdan sonra o, Teymurla birlikdə Zahidlə Mingəçevir şəhəri «Asudə» çayxanasında görüşmüşlər. Zahid sənədi yenə də ona və Teymura göstərərək sənədin qeydiyyat nömrəsinin vurulmadığını bildirmişdir. Zahid qeydiyyat nömrəsini Yevlax şəhərində vurdurduqdan sonra torpağın sənədinin rəsmiləşdiriləcəyini bildirmişdir. Daha sonra Teymur yenidən Rusiya Federasiyasına geri qayıtmışdır. Lakin, bundan sonra o, Zahidlə mütəmadi əlaqə saxlasa da Zahidin hər dəfə müxtəlif bəhanlər gətirdiyini görüb aldadıldıqlarını başa düşüb Zahiddən pulu geri tələb etmişlər. 2018-ci ilin sentyabrında Teymur artıq Rusiya Federasiyasından geri qayıtmışdır. Onlar Zahidə zəng edib Mingəçevir şəhəri Maqomayev küçəsində yerləşən çayxanaların birində görüşmüşlər. Bu zaman dostu Elvin də onların yanında olmuşdur. Zahid isə Elgiz ilə birlikdə gəlmişdir. Çayxanada söhbət zamanı Elgiz onların Zahidə verdikləri 3100 manat pulu Elgizin özü tərəfindən qaytarılacağını bildirmişdir. Lakin sonradan yenə də nə Elgiz, nə də Zahid pul qaytarmadıqları üçün Teymur Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 dostu Şahinin anasıdır. 2017-ci ilin noyabr ayının ortalarında axşam saatlarında Şahin ona zəng edərək yaşadıqları ünvana getməyini bildirmişdir. O da Şahingilin yaşadığı ünvana getmişdir. Orada ona məlum olmuşdur ki, Şahinin tanışı Abuzər Şahinin anası Validəyə Mingəçevir şəhərinin “Havarlı” küçəsi kimi adlandırılan, Q.Nəbi küçəsində yerləşən torpaq sahəsini Validəgilə satılması ilə bağlı razılaşmışlar. Validə Mirzəyevə həmin gün Abuzərə torpaq sahəsinin alınması üçün 1500 manat məbləğdə pul vermiş, qalan 1500 manat pulu isə sonra verəcəyini bildirmişdir. Bu səbəbdən də onlar yəni, o, Abuzər, Validə və Şahinin arvadı Pərvanə birlikdə Validənin alacağı torpağa baxmaq üçün həmin torpağın yerləşdiyi ərziyə getmişlər. Orada Validə torpağın yerləşdiyi əraziyə baxıb bəyənmişdir. Abuzər də torpaq sahəsini Validəyə göstərərkən həmin torpaq sahəsinin Validənin adına sənədləşdirəcəyini də Validəyə bildirmişdir. Torpaq sahəsinə baxdıqdan sonra o, Validəgili yaşadıqları ünvana aparmışdır. Sonradan ona məlum olmuş ki, 2018-ci ilin yanvar ayında da Validə Abuzərə yaşadığı mənzildə həmin torpaq sahəsnin almaq üçün əlavə 1500 manat məbləğdə də pul veribdir. Lakin üstündən bir müddət keçməsinə baxmayaraq, nə sənədlər hazırlanmış, nədə ki, Validəyə məxsus pulu geri qaytarmışlar. Bundan sonra da X45 ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı il tarixdən Eminin vasitəsi ilə tanımışdır. Daha sonra Zahidlə onun sıx əlaqəsi yaranmışdır. Belə ki, həmin vaxt Zahid Mingəçevir şəhəri, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində inzibatçı işlədiyini demişdir. 2017-ci ilin yay aylarında Zahidin pula ehtiyacı olduğu üçün ondan 1000 manat borc pul istəmişdir. O da Zahidə 1000 manat borc vermişdir. Bir müddət keçəndən sonra Zahid ona həmin puldan 500 manatını geri qaytarmış, qalan 500 manatı isə bir müddət sonra geri qaytarmaq barədə söz vermişdir. Həmçinin ona təklif etmişdir ki, yanında köməkçi kimi işləsin və bunun müqabilində ona ayda 150 manat əmək haqqı verəcəkdir. O da Zahidlə razılaşmışdır. 2017-ci ilin sentyabr ayında Zahid onu Mingəçevir şəhəri “Havarlı” küçəsi kimi adlandırılan Q.Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəb ilə üzbə-üz 40 sot torpaq sahəsi olan yerə aparıb ona həmin torpaq sahələrinin 2003-cü ildən dövlətin balansında olub satılmayan torpaq sahələri olduğunu bildirmişdir. Zahid, həmçinin orada olan torpaq sahəsinin sotunun 400 manat olduğunu və əgər müştəri tapsa torpağın hər sotu üçün ona da 50 manat pul verəcəyini bildirmişdir. Həmçinin Zahid ona həmin yerdə olan 40 sot torpaq sahəsinə aid şəhadətnamə çıxardıb göstərmişdir. Şəhadətnamənin vərəqələrində şəhadətnamənin 2003-cü ilə aid olduğu yazılmışdır. Bundan sonra o, tanışlarına ucuz qiymətə torpaq sahəsi satılması barədə məlumat vermişdir. 2017-ci ilin noyabr ayının sonlarında o, əvvəlcədən tanıdığı Şahin adlı şəxsə zəng edib ucuz qiymətə 4 sot torpaq sahəsi olduğunu və əgər istəsə, həmin torpaq sahəsinin alınmasında köməklik edə biləcəyini demişdir. Şahin də onunla razılaşmışdır. Lakin Şahin xəstə olduğu üçün Bakı şəhərində xəstəxanada müalicədə olmuşdur. Bu səbəbdən də Şahin ona pulu gedib onların evindən götürməyini bildirmişdir. Həmçinin o, Şahinə torpağın hər sotundan ona 50 manat pul qaldığını, lakin onunla münasibəti yaxşı olduğu üçün ondan heç bir gəlir əldə etməyəcəyini bildirmişdir. Bu barədə o, Zahidə məlumat vermiş, Zahid isə ona Şahinin ilkin olaraq 1500 manat pul verməli olduğunu Şahinin özünə deməyini xahiş etmişdir. Həmçinin o, Zahidlə Şahinin telefon vasitəsi ilə danışmağını təmin etmiş və Zahid Şahinə şəxsiyyət vəsiqəsini Bakı şəhərində Elgiz adlı şəxsə verməyini demişdir. Bundan 1 gün sonra o, Zahidlə Şahinin ailəsinin yaşadığı Mingəçevir şəhər uşaq xəstəxanasının yaxınlığında yerləşən mənzilinə getmişlər. Zahid avtomobildə gözləmiş o isə Şahinin ailəsinin yaşadığı ünvana qalxmışdır. Şahinin arvadı ona 1500 manat pul vermişdir. O da pulu götürüb aşağı düşmüşdür. Bu zaman Şahinin anası Validə ilə rastlaşmış, həmin vaxt Validəni Zahidlə də tanış edərək işi Zahidin düzəldəcəyini bildirib Şahinin arvadından aldığı 1500 manat pulu Zahidə vermişdir. Həmin gün o, Validə və Şahinin arvadı ilə birlikdə taksi ilə Mingəçevir şəhəri 17 saylı tam orta məktəb ilə üzbə-üz yerləşən torpaq sahəsinə baxmaq üçün getmişlər. Validə torpaq sahəsinə baxıb bəyənmişdir. Ertəsi gün o, Şahinlə danışmış və sonuncu ona 200 manat pulu dostu Əlizamindən almağını demişdir. O da Əlizamin ilə Mingəçevir şəhəri 1 nömrəli məktəbin qarşısında görüşüb Əlizamindən 200 manat pulu almışdır. Sonra Əlizamindən aldığı 200 manat pulu Zahidə vermişdir. Şahindən alınan puldan ona heç bir məbləğ çatmamışdır. Həmçinin Validədən alınan puldan Zahid və Elgizə nə qədər pul qaldığını bilmir. Təxminən iki ay keçdikdən sonra Zahid ona avtomobilindən şəhadətnamə çıxardıb Şahinin sənədinin hazır olduğunu deyib, sənədin möhürü olmadığını və möhür vurulduqdan sonra Şahinə veriləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Zahid onu Elgiz adlı şəxslə Mingəçevir Bələdiyyəsinin qarşısında tanış etmişdir. Zahid ona Elgizin sənədlərin digər mərhələsində köməklik edən adam olduğunu bildirmişdir. Həmçinin, sonradan ona məlum olmuşdur ki, Zahid ondan xəbərsiz Şahinlə də danışıb ondan da torpaq sahəsi almaq üçün müəyyən məbləğdə pul almışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər dövlət «Dram teatrında» işləyən tanıdığı Natiq adlı şəxslə görüşərkən Natiqə də satılan torpaq sahəsi barədə məlumat vermişdir. Natiq özü torpaq sahəsi istəməsə də, bacısı oğlu Teymurun torpaq sahəsi almaq istədiyini bildirmişdir. Ertəsi gün o, Natiq və Natiqin bacısı oğlu Teymur Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəb ilə üzbə-üz olan torpaq sahəsinə baxmaq üçün getmişlər. Teymur torpaq sahəsinə baxdıqdan sonra bəyəndiyini və torpaq sahəsinin qiymətini soruşmuşdur. O isə bir sot torpaq sahəsinin qiymətini 500 manat olduğunu demişdir. Teymur isə 5 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Teymur həmçinin torpaq sahəsinin sənədləri barədə soruşduqda o, torpağın sənədləşməsinin Mingəçevir şəhəri Dövlət Əmlak komitəsində işləyən Zahid adlı şəxsin hazırladığını bildirmişdir. Teymur da onunla razılaşıb torpaq sahəsini almaq istədiyini bildirmişdir. Təxminən 2-3 gün sonra Teymur ona zəng edib yenidən torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Bu vaxt Zahid də onun yanında olmuşdur. Görüşərkən Teymurun yanında bir nəfər tanımadığı qohumu da olmuşdur. Zahidlə Teymur elə orada tanış olmuşlar. Daha sonra o, Zahid, Teymur və Teymurun qohumu həmin torpaq sahəsinə yenidən baxmaq üçün getmişlər. Torpaq sahəsinin yanında Teymur Zahidə torpağın sənədləşməsi ilə bağlı suallar vermişdir. Bu zaman Zahid cibindən bir neçə başqa şəxslərə məxsus ona əvvəllər göstərdiyi 2003-cü ilə məxsus möhürü olmayan şəhadətnamələri Teymura göstərərək, Teymura torpaq sahəsinin sənədləri hazır olduqdan sonra ona belə bir şəhadətnamə verəcəyini bildirmişdir. Danışığa əsasən Teymur 5 sot torpaq sahəsinə görə 2500 manat pul verməli idi və Teymur 1 ay sonra Rusiya Federasiyasına gedəcəyini bildirib sənədləri tez bir zamanda hazılanmasını xahiş etmişdir. Həmçinin Teymurun dayısı Natiq müştəri tapdığına görə ondan özünə topağın hər sotuna 50 manat pul istəmişdir. 3gün sonra o, Zahid, Natiq Teymur və Teymurun adını bilmədiyi qohumu Mingəçevir şəhəri 1 saylı notariat kontorunun qarşısında görüşmüşlər. Teymur Zahidə 2500 manat pulu notarial qaydada təsdiq olunmuş formada vermək istəmişdir. Lakin 2500 manat pula görə notarial xərclərin çox olması səbəbindən pul notariusda verilməmiş, və notariat kontorundan çıxdıqdan sonra Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən “Şeş-beş” çay evinə getmişlər. Çay evində Teymur Zahidə onun, Natiqin və Teymurun adını bilmədiyi qohumunun yanında kağız üzərində hər birinin imzası ilə təsdiq olunmuş formada və verilən pulların seriya nömrəsi yazılmaqla 2500 manat pul vermişdir. Daha sonra Zahid Teymura sənədin bir ay müddətində hazır olacağını vəd vermişdir. Teymur getdikdən sonra Zahid Natigə çatası 250 manat pulun yalnız 100 manatını Natiqə vermişdir. Ona çatacaq olan puldan isə 200 manat pul vermişdir. Zahid Teymurun verdiyi 2500 manat puldan 200 manat ona, 100 manat isə Natiqə verdikdən sonra qalan 2200 manat pulu isə özündə saxlamışdır. Daha sonra Zahidin Elgizə nə qədər pul verməsindən və aralarındakı pul bölgüsündən xəbəri olmamışdır. Bundan sonra o, torpaq sahəsi satılmağı üçün heç bir müştəri tapmamış və Zahidlə Elgizin arasında baş verən münasibətlərdən xəbərdar olmamışdır. Çünki Zahid və Elgiz heç vaxt onun yanında söhbət etməmişlər. 2018-ci ilin aprel ayında Zahid onun vəzifəsinin qaldırıldığını və başqa yerə göndərildiyini bildirmişdir. Həmçinin Zahid son 3 ayda aylıq verməli olduğu 150 manat əmək haqqını verməmişdir. Bundan sonra o, Zahiddən ondan aldığı 1000 manat puldan qalan 500 manat pulu geri istəmiş, Bir müddət sonra Zahid 500 manat pulu Mingəçevir şəhər «Ekspress» bankın qarşısında geri qaytarmışdır. O, Zahidin yanında işləyən zaman Zahidin müxtəlif adamlardan pul almasından xəbərdar olmuşdur, həmin şəxslər tez-tez onun işlədiyi yerə gəlib Zahidi ondan soruşmuşlar. 2018-ci ilin sentyabr ayında o, Rusiya Federasiyasına getmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Həmçinin o, Zahidlə paralel binalarada qonşu kimi yaşamışlar. 2018-ci ilin yanvar ayında o, Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında kirayədə yaşamışdır. Zahidlə isə tez-tez görüşmüşlər. Zahid həmin ərəfələrdə Mingəçevir şəhəri Əmlak Komitəsində işləmişdir. Zahidlə çayxanada görüşən zaman Zahid ona kirayədə yaşadığını və istəsə ona ucuz qiymətə Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəb ilə üz-bəüz təmizlik idarəsinin arxasında 4 sot torpaq sahəsini 2000 manata sata biləcəyini demişdir. O da kirədə yaşadığı üçün Zahidin təklifi ilə razılaşmışdır. Lakin həmin vaxt maddi imkanı olmamışdır. Buna görə də pul toplayıb Zahidin dediyi torpaq sahəsini almağa çalışmışdır. Görüşdükləri vaxtlarda Zahid ona torpaq sahəsinn alınması və sənədlərin hazırlanmasını Elgiz adlı şəxslə birlikdə həll etdiklərini bildirmişdir. Bir neçə dəfə Zahidlə şəhər ərazisində görüşmüşlər. Eləcə də Zahid onun həmin vaxt işlədiyi Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Uğur” gündəlik tələbat malları mağazasına da gəlib getmişdir. Həmin mağazada da torpaq sahəsi ilə bağlı aralarında söhbətləri olmuşdur. Eləcə də Zahid ona qeyd olunan ərazidə əlavə də torpaq sahəsi olduğunu, tanışlarından istəyən olarsa digər şəxslərə də həmin yerdən torpaq sahəsi sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs9 Musa qızı da həmin zamanlar onunla birlikdə işləmişdir. Zahid onun iş yerinə gəlib gedərkən və orada aralarında söhbət olan zaman Zərərçəkmiş şəxs9 da onların söhbətləri barədə eşitmişdir. Günəş də ondan maraqlandıqda Günəşə həmin ərazidə torpaq sahəsi olduğunu və satıldığı barədə Zahidin ona məlumat verdiyini demişdir. Həmin vaxt onun maddi imkanı olmadığı üçün o, Zahiddən hər hansı torpaq sahəsi ala bilməmişdir. Günəş ona həmin torpaq sahəsini bacısı oğlu Sübhan adlı şəxsə almaq istədiyini də demişdir. Zahidlə telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra o, Mingəçevir şəhərinin “Havarlı” küçəsi kimi adlandırılan Q.Nəbi küçəsində əlavə torpaq sahəsi olduğunu və torpağın 0,04 ha-nı 2000 manata alıb sənədlərinin hazırlanmasına köməklik edəcəyini də demişdir. Günəş həmin vaxt Zahidlə görüşmək istədiyini dediyi üçün o da Zahidi işlədikləri mağazaya dəvət etmişdir. Görüşüb söhbət edən zamanı Zahid Günəşə həqiqətən də Mingəçevir şəhərinin “Havarlı” küçəsi kimi adlandırılan, Q.Nəbi küçəsində 0,04 ha torpaq sahəsinin 2000 manata ona satacağını və sənədlərini hazırlayacağını bildirmişdir. Günəş torpaq sahəsini almaq barədə razılaşmışlar. 2018-ci ilin fevral ayında işlədikləri Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Uğur” gündəlik tələbat malları mağazasının qarşısında Günəş Zahidə 2000 manat məbləğdə pul vermiş. Zahid isə 1 ay müddətində torpağın sənədinin hazır olacağını bildirmişdir. Lakin bir ay keçdikdən sonra Günəşin bacısı oğlu Sübhan adlı şəxs ona zəng edib torpağın sənədinin hazır olub-olmaması ilə maraqlandıqda o, Sübhana istəsə Zahiddən onun pulunu geri alıb verə biləcəyini demişdir. Sübhan da Zahidə verdikləri 2000 manat pulu geri istəmişdir. O da həmin günü Zahidlə yaşadığı binanın qarşısında görüşüb X37 verdiyi 2000 manat pulu almışdır. Lakin ertəsi gün Sübhan ona zəng edib Zahiddən aldığı 2000 manat pulu yenidən Zahidə geri qaytarmağı xahiş etmişdir. Bundan sonra Sübhandan verdiyi qərardan əmin olub-olmadığını bir daha soruşduqda Sübhan yenə də 2000 manat pulu Zahidə geri qaytarmağını demişdir. Ona görə də 2000 manat pulu yenidən Zahidə geri qaytarmışdır. Lakin bir müddət keçdikdən sonra Sübhan ona zəng edib Zahidin onu aldatdığını və telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Uzun müddət keçməsinə baxmayaraq, Zahid vəd etdiyi işləri görə bilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 yaşayış yerini dəyişdiyi üçün onun məhkəmə islasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid5 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Həmçinin Teymurun qaynı Ülfətlə də dostluq münasibətləri var. Teymurun Zahid adlı şəxsdən torpaq sahəsi almaq üçün 3100 manat pul verməsindən məlumatı olmuşdur. 2018-ci ilin sentyabr ayının 16-da o, Ülfət və Teymur Mingəçevir şəhəri, Maqomayev küçəsində yerləşən çayxanada əyləşən zaman Zahidlə Elgiz həmin çayxanaya gəlmişlər. Teymur Zahiddən ona verdiyi 3100 manat pulu geri qaytarmasını tələb etmişdir. Zahid isə qısa müddətdə pulu qaytaracağını bildirmişdir. Teymur isə Zahidə ona inanmadığını bildirmişdir. Bu zaman Elgiz Teymura həmin 3100 manat pulu Elgizin özü tərəfindən geri qaytarılacağına söz vermişdir. Lakin Zahid və Elgiz yenədə verdikləri vədi yerinə yetirməmişlər buna görə də Zərərçəkmiş şəxs1 Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid6 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və şahid Şahid14 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid8 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və şahid Şahid14 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid9 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 və şahid Şahid14 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid10 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlu onun qızı Nuranənin əridir. 2018-ci ilin yay aylarında Fikrətgil yaşamaq üçün həyətyanı sahəsi olan ev almaq istəmişlər. Həmin ərəfədə də onlarla qonşuluqda yaşayan Saday adlı şəxs öz yaşadığı həyətyanı sahəsi olan evi satmaq istəmişdir. Fikrətlə birlikdə gedib həmin evə baxdıqdan sonra Fikrət evi bəyənmişdir. Söhbət zamanı Saday evi 52000 manata satdığını Fikrətə bildirmişdir. Həmçinin evin sənədləri olmadığını evin sənədlərinə çəkiləcək xərci də ümumi 52000 manat puldan çıxacağını da Fikrətə demişdir. Sonradan ona məlum olmuş ki, Fikrət Sadaya evin sənədlərinin hazırlanması üçün ümumilikdə 3700 manat məbləğdə pul vermişdir. Lakin, Saday evin sənədlərini hazırlaya bilmədiyi və Fikrətin ona verdiyi pulu geri qaytara bilmədiyi üçün Fikrət də polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində Şahid17 və ya Təqsirləndirilən şəxs tanımadığını, Fikrətin onlara hər hansı məbləğdə pul vermədiyini göstərmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid11 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2018-ci ilin mart ayında maddi sıxıntları olduğu yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsində 4 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Bir müddət sonra Fikrət adlı şəxs gəlib onun evinə baxdıqdan sonra, evini almaq istədiyini demiş, 52 (əlli iki) min manata evi Fikrətə evi satmağa razılaşmışdır. Lakin, o, Fikrətə evin sənədlərinin hazır olmadığını və pulu olmadığı üçün evin sənədlərinə çəkilən xərci Fikrətin ödəməyini, sənəd alındıqdan sonra isə çəkilən xərcin evin satış qiyməti olan 5200 (əlli iki min) manat puldan çıxılaması barədə razılaşmışlar. Bu məqsədlə Mingəçevir Bələdiyəsinə müraciət etmək üçün bələdiyyənin yerləşdiyi inzibati binaya getmişdir. Mingəçevir Bələdiyyəsinin inzibati binasına daxil olub, 2-ci mərtəbəyə qalxmaq istəyən zaman 1-ci mərtəbədə onun əvvəllər Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə fiziki hazırlıq müəllimi işləyən zaman keçmiş şagirdi olmuş Zahid adlı şəxsi görmüşdür. Zahid onunla görüşdükdən sonra bələdiyyəyə gəlmə səbəbini soruşmuş o isə evin sənədlərinin hazırlanması üçün Bələdiyyəyə müraciət etmək istədiyini bildirmişdir. Zahid isə ona Mingəçevir şəhər Dövlət Əmlak Reyestr Xidmətində işlədiyini və onun evinin sənədlərinin hazırlanmasını münasib qiymətə həll edə biləcəyini demişdir. O, isə Zahidlə razılaşıb bələdiyyə sədrinin qəbuluna girmədən çıxıb getmişdir. Bələdiyyədən çıxdıqdan sonra Fikrətə zəng edib evin və torpağın sənədlərini hazırlamaq üçün bələdiyyəyə getdiyini və orada keçmiş şagirdi Zahid adlı şəxslə qarşılaşdığını və Zahidin münasib qiymətə sənəd işini həll edəcəyini demişdir. Fikrət də onunla razılaşmışdır. Təxminən 2 gün sonra Zahid ona zəng edib, torpaq sahəsini ölçmək lazım olduğunu bildirərək, bir neçə saatdan sonra 2 nəfər şəxslə onun yaşadığı evə gələrək həyətin ölçülərini götürmüşlər. O, həmin vaxt Fikrətə zəng edib, Zahidgilin gəldiyini bildirmiş, Fikrət də onun yaşadığı evə getmişdir. Evin qarşısında dayanıb o, Fikrət və Zahid söhbət edərkən Zahiddən sənədlərin hazır olması üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda Zahid 150 manat ölçü işlərini aparan adını bilmədiyi 2 nəfər şəxsə, sənədlərin hazır olması üçün isə 2500 manat pul vermək lazım olduğunu demişdir. Bu zaman Fikrət 2650 manat pulu onun yanında Mingəçevir şəhəri, 20 yanvar küçəsi 4/11 saylı evin həyətində Zahidə vermişdir. Zahid isə evin sənədlərini 20-25 gün müddətində həll etməyə çalışacağını bildirərək həmin 2 nəfər şəxslə birlikdə çıxıb getmişdir. Təxminən 2-3 gün sonra Zahid ona zəng edib sənədlərin 10 gün müddətində hazır olmağını, istədiyi təqdirdə əlavə 300 manat da vermək lazım olduğunu bildirmişdir. O isə Fikrətə zəng edib Zahidin dediklərini Fikrətə bildirmişdir. Fikrət də onunla razılaşmışdır. O, Fikrət ilə Mingəçevir şəhəri, 20 yanvar küçəsi ilə M.Maqomayev küçəsinin kəsişməsində yerləşən “Güllübağ” adlı dairədə görüşüb Fikrətdən 300 manat pul götürüb Zahidə zəng edərək 300 manatın hazır olduğunu bildirərək Zahidlə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən, “8“ market adlanan gündəlik tələbat məhsullarının satışı mağazasının yaxınlığında görüşüb 300 manat pulu Zahidə vermişdir. Lakin, təxminən 10 gün keçdikdən sonra o, Zahidə zəng edib torpaq sahəsinin sənədləri ilə maraqlansa da Zahid müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan sonra o, Zahidin işlədiyi Mingəçevir şəhəri, Dövlət əmlak Reyestr Xidmətinin qarşısına gedib Zahidlə görüşmüşdür. Həmin vaxt Zahid Elgiz adlı şəxsə zəng edib, yanına çağırmış, Elgiz gəldikdən sonra ona sənədləri Elgizin hazır edəcəyini bildirərək onun yanında Mingəçevir bələdiyyəsinin inzibati binasının qarşısında Zahid Elgizə 600 manat pul vermişdir. Bundan sonra o, mütəmadi olaraq Elgizə və Zahidə zəng edib sənədlərin hazır olub-olmaması barədə soruşmuşdur. Təxminən 15 gün sonra Zahid ona zəng edib axşam Elgizin onunla görüşəcəyini bildirmişdir. Axşam saat 21 radələrində Elgiz ona zəng edərək sənədin hazır olduğunu bildirərək, onu Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Asudə” çay evinə dəvət etmişdir. O, həmin çay evində Elgizlə görüşmüş, görüş zamanı Elgiz ona şəhadətnamə göstərərək şəhadətnamənin tam hazır olmadığını, möhür vurduqdan sonra hazır olacağını bildirmişdir. O da həmin şəhadətnaməyə baxaraq şəhadətnamədə Fikrətin arvadı Nuranənin adının yazıldığını görmüşdür. Çünki, razılaşmaya görə Fikrət evi ondan arvadı Nuranənin adına almalı olmuşdur. Lakin, o, Elgizin təqdim etdiyi şəhadətnaməyə baxdıqdan sonra həmin şəhadətnaməni Elgizin özünə qaytarmışdır. Bundan 20 gün son Elgiz ona zəng edib, sənədə möhür vurulması üçün əlavə olaraq 400 manat pul lazım olduğunu bildirmiş, o isə yenə də Fikrətə zəng edib əlavə 400 manat pul lazım olduğunu bildirmiş və Fikrətin yaşadığı binanın yanında Fikrətlə görüşüb 400 manat pulu ondan almışdar. Fikrətdən 400 manat aldıqdan sonra Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Asudə” çay evinin qarşısında Elgizlə görüşərək 400 manat pulu Elgizə vermişdir. Həmin vaxtdan sonra Elgiz və Zahidlə dəfələrlə əlaqə saxlasa da Elgiz və Zahid hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışlar. Həmçinin o, ifadəsində Elgizin ona Fikrətin arvadı Nuranənin adına olan «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə təqdim etdiyini, Təqsirləndirilən şəxs onun yaşadığı evin «Çıxarışını» hazırlamalı olduğunu, Fikrətdən 3700 manat pul aldığını, həmin pulun 2950 manatını Zahidə 400 manatını isə Elgizə evə dair çıxarış alması üçün verdiyini, 350 manat pulu isə Fikrətə satacağı evə beh kimi götürüdüyünü, həmin pulu da işlərin alınmadığını görüb Fikrətə geri qaytardığını göstərmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid12 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun əridir. 2018-ci ilin yay aylarında yaşadıqları bina evinin yaxınlığında olan qonşuları Saday adlı şəxsin arvadı onun anası Nuriyyəyə evlərini satmaq istədiklərini bildirmişdir. Anası Nuriyyə onlara bu barədə məlumat verdikdən sonra Fikrətlə razılaşıb həmin evə baxmaq qərarına gəlmişlər. Belə ki, ev xoşlarına gəlsə idi həmin evi almalıymışlar. Birlikdə, yəni əri Fikrət, o, atası və anası Saday yaşadığı evə baxıb bəyəndikdən sonra Fikrətlə Saday evin qiyməti barədə danışmışlar. Söhbət zamanı Saday evi 52 min manata satdığını, lakin evin heç bir sənədi olmadığını və sənədi almaq üçün də pulu olmadığını bildirmişdir. Saday onlara evin satış qiymətindən ona pul verməklərini, evin sənədlərini hazır olduqdan sonra ona verdikləri pulu evin satış qiyməti olan 52 min manatdan çıxacağını bildirmişdir. Onlar da bu barədə Sadayla razılaşmışlar. Daha sonra Sadayla Fikrətin görüşərək, ümumilikdə Fikrət evin ilkin sənədlərini hazırlamaq üçün Sadaya 3700 manat pul vermişdir. Lakin, bir müddət keçməsinə baxmayaraq Saday sənədləri düzəldə bilməmişdir. Sonradan o, əri Fikrət və Elgiz adlı şəxslə “ASAN” xidmət mərkəzinə getmişlər. Orada onun adından Elgizə etibarnamə vermiş ki, evin sənədlərini hazırlasın. Lakin, bir müddət sonra yaşadığı mənzilə onun adına Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən məktub gəlmişdir. O da həmin məktubu Fikrətə vermişdir. Fikrət həmin məktubun məzmunu ilə tanış olduqdan sonra aldadıldığımızı başa düşüb, məktubu aparıb Sadaya göstərərək ona verdikləri pulu geri tələb etmişdir. Həmçinin o, ifadəsində əri Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun qonşuluqda yaşayan Saday adlı şəxsə 3700 manat məbləğdə pulu Sadaydan alacaqları evin sənədlərinin hazırlanması üçün verdiklərini, nə özü şəxsən və ya kiminsə vasitəsi ilə hər hansı dövlət qurumuna torpaq sahəsi almaq üçün müraciət etmədiyini, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə hər hansı səbəblə müraciət etmədiyini, lakin alacaqları evin sənədlərinin hazırlanması üçün Elgiz adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid13 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid13 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhəri 4 nömrəli məktəbdə sinif yoldaşı olmuşlar. 2018-ci ilin may ayında Mingəçevir şəhəri, Gəncə şössesinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsində özünə məxsus avtomobili yuduzdurarkən sinif yoldaşı Zahidlə orada görüşmüşlər. Zahid ona özünün Mingəçevir şəhəri, Dövlət Əmlak komitəsində işlədiyini və ucuz qiymətə Mingəçevir Bələdiyyəsinin balansında olan torpaq sahələrinin olduğunu və əgər istəsə onun üçün də alıb verə biləcəyini demişdir. Zahid həmçinin bu işdə onun özünə də gəlir qaldığını bildirmişdir. Lakin o, Zahidə topraq sahəsi almaq istəmədiyni bildirmişdir. Zahid isə ona başqa şəxslərə də bu barədə məlumat verməyini və alınsa ona da torpaq satışından gəlir verəcəyini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra qayınanası Mehparə ona oğlu üçün torpaq sahəsi almaq istədiyini demişdir. 2-3 gün sonra o, avtomobilini Gəncə şossesinin yaxınlığındakı avtomobillərin yuyulması məntəqəsində yuduzdurarkən yenidən Zahidlə qarşılaşmış, Zahid yenə də ondan torpaq sahəsi almaq istəyib-istəmədiyini diyini soruşduqda o, qayınanasının torpaq sahəsi almaq istədiyini Zahidə demişdir. Zahid ona Mingəçevir şəhəri, Gəncə şossesinin yaxınlığında 6 sot topraq sahəsinin satıldığını bildirmişdir. O da qayınanasına bu barədə məlumat verəcəyini bildirmişdir. Bundan sonra Zahid mütəmadi olaraq ona zəng edərək israrla torpaq sahəsini almağı təklif etmişdir. O da bu barədə qayınanası Mehparəyə məlumat verdikdən sonra qayınanası ona Zahidin etibarlı adam olarsa torpaq sahəsini ala biləcəyini demişdir. Bundan sonra o, qayınatası Şahid16la birlikdə Zahidin yaşadığı Mingəçevir şəhəri, Abdulla Şaiq küçəsində yerləşən qarajın qarşısında Zahidlə görüşmüşlər. X33 torpaq sahəsi ilə bağlı söhbət etdikdə Zahid Çingizə 3600 manat pul verilməli olduğunu bildirmişdir. Daha sonra qayınatası Çingiz Zahidə 100 manat beh vermişdir. Təxminən 3-4 gün sonra Zahid ona zəng edib alacaqları torpaq sahəsinə sənədin alınması üçün qalan pulun verilməli olduğunu demişdir. Bundan sonra o, qayınanası Mehparə, qayınları Tərlan və Taleh ilə birlikdə Zahidlə qayınanasının yaşadığı Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi 15 saylı binanın 1-ci blokunun qarşısında görüşmüşlər. Zahidin yanında Elgiz adlı şəxs də olmuşdur. Zahid torpağın sənədlərini özünün hazırladığını, digər sənədləşmənin isə Elgiz tərəfindən aparıldığını bildirmişdir. Bundan sonra qayınanası onun, qayınları Tərlanın, Talehin və Elgizin yanında Zahidə 3500 manat pulu sayıb vermişdir. Zahid isə narahat olmamağı bir ay müddətində torpağın sənədlərinin hazır olacağını bildirmişdir. Zahidə pul verildikdən sonra ertəsi gün o, qayınanası Mehparə və qayını Taleh İsmayılov və Şahid15 Mingəçevir şəhəri, Gəncə şossesində yolun sağ tərəfində yerləşən 6 sot torpaq sahəsinə baxmaq üçün getmişlər. Torpaq sahəsinə baxdıqdan sonra torpaq sahəsini bəyənmişlər. Bir ay sonra o, Zahidə torpağın sənədi ilə bağlı zəng etsə də Zahid ona sənədin gecikməsini bildirmişdir. Lakin, o, Zahidə pulu geri qaytarmağını bildirsə də Zahid yenə də sənədin tezliklə hazır olacağını bildirmişdir. Təxminən 2 ay sonra Zahid ona sənədin hazır olduğunu demiş və onun qayını Tərlanla görüşərək torpağa dair sənədi Tərlana vermişdir. Sonradan Zahid ona sənədin üzərində möhür olmadığını, möhür vurulmasını Elgizinin həll edəcəyini ona demişdir. Lakin, Zahid onları hər dəfə müxtəlif bəhanələrlə yubadaraq sənədin veriləcəyini bildirsə də, nə torpağa dair sənədi tam hazır etməmiş, nə də ki, pulu geri qaytarmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid15 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 və Şahid13 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid16 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid16 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 və Şahid13 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Hazırkı cinyət işindən ayrılmış, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid17 məhkəmə istintaqında iş üçün əhəmiyyəti olduğuna görə sərbəst ifadə verərək göstərdi ki, o, 2017-ci ilin noyabr ayında Mingəçevir şəhəri, Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə öz işləri ilə bağlı getdiyi zaman orada Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncunun orada inzibatçı işlədiyini bilmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. 2017-ci ilin dekabr ayında Mingəçevir Bələdiyyəsinin inzibati binasının qarşısında Zahidlə görüşərkən Zahid ona bir nəfər şəxsə «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə» əsasən ona çıxarış alımasında köməklik etməsini xahiş etmişdir. O da Zahidə bu işi həll edə biləcəyini, bunun üçün ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax ərazi İdarəsindən «torpaq şəhadətnaməsi» sənədini təqdim edib, «Çıxarış» verilməsindən imtinasını aldıqdan sonra məhkəmə vasitəsi ilə torpaq sahəsinə dair elə həmin şəhadətnamə əsasında «Çıxarış» ala biləcəklərini demişdir. O, Zahiddən «Çıxarış» almaq istəyən şəxslərin kim olduğunu soruşduqda, Zahid ona həmin şəxslərin tanışları olduğunu bildirmişdir. Bundan sonra bu işə görə 1800 manat pul lazım olduğunu Zahidə demiş, Zahid də onunla razılaşmış, həmçinin Zahid ona «Çıxarış» almaq istəyən Validə adlı qadından 2550 manat məbləğdə pul alacağını demiş və razılığa əsasən alınan pulun 750 manatı Zahidə qalmalı idi. Həmin vaxt Zahidə əvvəlcə 1000 manat işin həll olunmasına, 200-300 manat isə özü üçün xərclərə görə lazım olduğunu demişdir. Təxminən 1 həftə sonra o, Bakı şəhərində olduğundan Zahid «Muğanbank» vasitəsi ilə 900 manat pulu ona göndərmişdir. Təxminən 2-3 gün sonra Zahid «Muğanbank» vasitəsi ilə ona Validənin işini həll etmək üçün əlavə olaraq 400 manat da pul göndərmişdir. Bakı şəhərindən Mingəçevir şəhərinə qayıtdıqdan sonra Zahid Validədən 2550 manatın hamısını aldığını bildirərək Mingəçevir Bələdiyyəsinin yaxınlığında 500 manat pulu Validənin işini həll etməyi üçün ona vermişdir. O da Zahidə təxminən 2-3 ay müddətinə Validənin «Çıxarışının» hazır olacağını bildirmişdir. Beləliklə, Zahid ona Validədən aldığı 2550 manat puldan 1800 manatnı pulu ona vermiş, qalan 750 manat pulu isə özündə saxlamışdır. O da Zahidə təxminən 3 ay müddətində sənədin hazır olacağını demişdir. Bundan sonra Validənin oğlu Şahid8 adına «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» hazırlaması üçün hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Torpaq Şöbəsinin rəisi işləmiş Şahzadə Məhərrəmova 1300 manat pul vermişdir. Bundan sonra təxminən 3 ay müddətində Zahid ona zəng edərkən Zahidə narahat olmamasını, sənədin yaxın müddətdə hazır olacağını deyirmiş. Bu müddət ərzində bir dəfə Zahid onu Validənin oğlu X10 yaxınlığında yerləşən çayxanada görüşdürmüş və o, Şahinə Zahidin və Abuzərin yanında işin dediyi vaxtda hazır olacağını demişdir. Zahidə dediyi vaxt tamam olduqdan sonra Zahid ona zəng edərək sənədin hazır olub-olmadığını soruşduqda, o, Zahidin ona həmin iş üçün aldığı puldan az məbləğ verdiyi üçün heç bir sənəd hazır olmadığını bildirmişdir. Sonradan o, Validənin oğlu Şahid8 adına olan «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməni Şahzadədən almışdır. Təxminən 2018-ci ilin aprel ayında Validə adlı qadın ona zəng edərək görüşmək istədiyini bildirmiş və Zahiddən onun işlədiyi “Asudə”adlı çay evinin yerini öyrənib həmin yerə getmişdir. Həmin vaxt o, Validənin oğlu Şahid8 adına olan şəhadətnaməni Validəyə vermişdir. Lakin sonradan Validəyə həmin torpaq sahəsinə dair Dövlət Reyester Xidmətinə və məhkəməyə müraciət etməyini bildirsə də, Validə onun dediklərini etməmişdir. Bu səbəbdən də o, torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Belə ki, təxminən 2018-ci ilin yanvar ayında Zahid ona zəng edərək Teymur adlı şəxsin Mingəçevir şəhəri, Havarlı küçəsi 17 saylı tam orta məktəbin qarşısından 5 sot torpaq sahəsi almaq istədiyini və ona «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin» qeydiyyat nömrəsini vurdurub «Çıxarış» almaq məqsədi ilə köməklik etmək üçün onunla görüşmək istədiyini demişdir. 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsla bir neçə belə torpaq sahəsinə dair sənəd düzəltmək üçün və sənədlərə çəkilən xərclər çıxıldıqdan sonra qalan pulu yarı bölmələri ilə bağlı razılığa gəlmişlər. Yanvar ayında X9 yaxınlığında yerləşən çayxanada görüşmüşlər, görüş zamanı o, Zahidə bu işlərin həll olunması üçün 2000 manat pul lazım olduğunu demişdir. Zahid isə Teymurdan hələ ki, 1300 manat pul aldığını ona bildirmişdir. O da Zahiddən 1000 manat işi həll etmək üçün 300 manatı isə özünə yol xərci məqsədi ilə çayxanada almışdır. Bu zaman yanlarında heç kim olmamışdır. O, Zahiddən aldığı pulun 1300 manatını torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlaması üçün Şahzadə Məhərrəmova vermişdir. Zahid ona mütamadi olaraq zəng etsə də, o, hər dəfə Zahidə Şahzadənin ona dedikləri vədləri verərək işi yaxın müddətdə həll edəcəyini bildirmişdir. Təxminən aprel aylarında Natiq adlı şəxs ona zəng edərək Teymurun dayısı olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. O, Natiqi Mingəçevir şəhəri “Asudə” çay evində görüşməyə dəvət etmişdir. Natiq “Asudə” çay evinə gəldiyi zaman Natiqlə bir-birini tanımışlar. Natiq ondan Teymurun torpaq sahəsi alması üçün verdiyi 2600 manat pulu tələb etdikdə, o, X34 işi ilə bağlı 1300 manat pul aldığını bildirmişdir. X35 şəxsən ona pul vermədiyini, bu səbəbdən də 2600 manat pulu Zahiddən tələb etməsini demişdir. Natiqlə görüşdükdən sonra Zahid ona zəng edərək nə səbəbə Natiqə belə bir söz dediyini soruşduqda, o, Zahidə işin həlli üçün qalan pulu nə vaxt versə həmin vaxt da işi həll edib sənədləri verəcəyini bildirmişdir. Təxminən 20 gün sonra Natiqlə yenidən “Asudə” çay evində görüşmüş, görüş zamanı o, yenə də Natiqə pulu Zahidə verdikləri üçün pulu Zahiddən də istəmələrini demişdir. 2018-ci ilin may ayında o, Zahidə sənədə şrift vurulması üçün əlavə olaraq 140 manat pul lazım olduğunu demiş və Mingəçevir şəhəri mərkəzi stadionunun qarşısında yerləşən çayxanada Zahiddən 140 manat pul almışdır. Teymurun sənədinin hazırlanması üçün də Şahzadəyə 1300 manat məbləğdə pul verib Zərərçəkmiş şəxs1 adına «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməni Şahzadədən almışdır. X46 aldığı pulu tam şəkildə ona vermədiyi üçün o, Şahzadə Məhərrəmovdan aldığı şəhadətnaməni Teymura verməmişdir. Təxminən avqust aylarında Elvin adlı tanışı ona zəng edərək Teymurdan pulun alınması ilə bağlı danışmış və görüşməyi təklif etmişdir. Ertəsi gün günorta saatlarında Teymur, Elvin, Rüfət adlı şəxs və o, Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən uşaq şəhərciyi adlanan yerdə çayxanda görüşmüşlər. Görüş zamanı o, Teymurdan alınan 3100 manat pulu yalnız Zahidə olan 8000 manat borcundan Zahidin həmin məbləği sildiyi təqdirdə, qaytaracağını bildirmişdir. Teymur isə öz növbəsində Zahidə zəng edərək bu barədə məlumat verdikdən sonra Zahid həmin məbləğin Elgiz tərəfindən Teymura qaytarılacağı təqdirdə onun borcundan 3100 manat hissəsini siləcəyini demişdir. Həmin gün o, ağ vərəqə Teymurun Rusiya Federasiyasına getmə səbəbindən Rüfət adlı şəxsin adına qəbz yazaraq 3100 manat pul borcunu qaytarmasını öhdəsinə götürmüş, yanlarında olan şəxslərin hər biri qəbzi imzalamışlar. Razılığa əsasən o, 3100 manat pulu Teymura 2018-ci ilin oktyabr ayının 25-nə qədər ödəməliymiş. Lakin sonradan Təqsirləndirilən şəxs ondan şikayət etdiyi üçün pulu ödəməkdən imtina etmişdir. Həmçinin 2017-ci ilin oktyabr ayında Zahid ona zəng edib Samir adlı şəxsin Mingəçevir şəhəri, Naxçıvan küçəsində 4 sot torpaq sahəsinə «Çıxarış» almaq lazım olduğunu bildirmişdir. O da ona kömək etməyə razılaşmış və həmin gün o, Zahid Samir və Samirin atası Məmmədsad adlı şəxslə birgə Samirə məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 4 sot torpaq sahəsinə baxmağa getmişlər. Ertəsi gün günorta saatlarında o, Zahid və Samir adlı şəxslə Mingəçevir Bələdiyyəsinin qarşısında görüşmüşlər. Söhbət zamanı o, Samirə torpağa dair «Çıxarış» ala biləcəyini deyib, tək Mingəçevir bələdiyyəsinin binasına daxil olaraq rüsümları öyrəndikdən sonra bayıra çıxıb torpağın hər sotunun sənədləşməsi üçün 400 manat və əlavə xırda rüsumlar ödəməli olduğunu bildirmişdir. Həmin gün günortadan sonra Mingəçevir bələdiyyəsinin qarşısında Zahidlə görüşmüşlər. Zahid ona Samirdən torpağın sənədinin hazır olunması üçün aldığı 2000 manat pul vermişdir. Zahidə müştəri tapdığına görə 400 manat pul vermişdir. Həmin puldan da Şahzadəyə verib ondan Samirin adına «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə almışdır. Sonradan Samir sənədlərin hazırlanmasının gecikdiyi üçün ondan pulu geri tələb etsə də o, Samirə pulu kimə veribsə həmin şəxsdən yəni, Zahiddən istəməsini demişdir. 2018-ci ilin may ayında Samir ona zəng edərək anasının gözündən əməliyyat olunduğu üçün təcili pula ehtiyacı olduğunu, verdiyi pulu geri qaytramağını tələb etmişdir. O da həmin gün Samir adlı şəxsin göndərdiyi tanımadığı taksi sürücüsünə 500 manat pul verib Samirə çatdırmasını tapşırmışdır. Şahzadə Məhərrəmov ona həmin sənədlərin tam hazır olunmasına söz versə də, sözünə əməl etmədiyi üçün sənədləşməsinin sonrakı mərhələsi həll olunmamışdır. Bundan başqa o, 2017-ci ilin dekabr ayında Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edib, bir nəfər şəxsin Mingəçevir şəhəri, Havarlı küçəsi, 17 saylı tam orta məktəb ilə üz-bəüz, təmizlik idarəsinin yaxınlığında yerləşən 5 sot torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bundan qabaq da o, Zahidlə bir neçə şəxsdən, onlara torpaq sənədinin hazırlanıb satılması üçün pul almışlar. O, Zahiddən bu şəxsin kim olduğunu soruşduqda, Zahid həmin şəxsin öz qayınanası olduğunu bildirmişdir. Zahid qayınanası Rənanın torpaq sənədinin hazırlanması üçün ona “Muğan bank” vasitəsi ilə 1300 manat pul göndərmişdir. O da həmin puldan 1100 manat məbləğdə pulu Mingəçevir şəhərinə qayıdıb, Zərərçəkmiş şəxs4 adına «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə hazırlaması üçün Şahzadə Məhərrəmovaya vermişdir. Həmçinin, Şahzadə Məhərrəmovdan da həmin şəhadətnaməni alıb Zahidə vermişdir. X47 əlavə olaraq veriləcək pulları vermədiyi üçün Zərərçəkmiş şəxs4 da adına torpaq sahəsinin sənədləşdirilməsi həll edilməmişdir. Bundan başqa 2018-ci ilin aprel-may aylarında Təqsirləndirilən şəxs ona zəng edərək bir nəfər şəxsin torpaq sahəsinə «Çıxarış» alınmasında köməklik etməsini bildirmişdir. O da Zahiddən bu şəxsin kim olduğunun və nə qədər pul verəcəyini soruşmuş, Zahid həmin şəxsin özünün əvvəllər fiziki hazırlıq müəllimi olduğunu, həmin şəxsin adının Saday olduğunu və fərdi yaşayış evinin 4 sot torpaq sahəsinin sənədlərinin təsdiqlədib çıxarış alınması lazım olduğunu bildirmişdir. O, yenidən Zahiddən Saday adlı şəxsdən nə qədər pul aldığını soruşduqda, Zahid Saday adlı şəxsdən pul almadığını, lakin sənədlərin hazır olmasına görə Sadaydan 2400 manat pul alacağını ona demişdir. Zahid həmçinin, Sadayın fərdi yaşayış evi olan 4 sot torpaq sahəsinin koordinatlarının çəkilməsinə ehtiyac olduğunu, torpağın dövlət və ya bələdiyyə balansında olub-olmadığını yoxlamaq lazım olduğunu da ona demişdir. O, torpaq sahəsi ilə bağlı həmin məsələlərə aydınlıq gətirəcəyini Zahidə demişdir. Təxminən 10 gün sonra Zahid ona zəng edib koordinatları ölçmək lazım olduğunu və Saday adlı şəxsin ona zəng edəcəyini, Sadayla görüşüb koordinatları götürməyi bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Saday adlı şəxs ona zəng edib nömrəsini Zahidin verdiyini və koordinatların ölçülməsinə görə zəng etdiyini bildirmişdir. O da Mingəçevir şəhəri Dövlət Əmlak Komitəsinin işçisi Azər adlı şəxslə birgə Sadayın yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Əmlak komitəsinin işçisi Azər adlı şəxs 4 sot torpaq sahəsinin koordinatlarını götürdükdən sonra o, Sadaydan Zahidə nə qədər pul verəcəyini soruşduqda Saday Zahidə 2500 manat torpağın sənədinə görə, 300 manat torpağın sənədlərinin hazırlanmasının tezləşdirilməsinə, 150 manat isə lahiyənin çəkilməsinə görə verdiyini ona bildirmişdir. Buna cavab olaraq Zahidin ona pul vermədiyini Sadaya demişdir. Sadayın evindən çıxdıqdan sonra Zahidə zəng edib Sadaydan aldığı pul barədə ona məlumat verməməsinin səbəbini soruşduqda, Zahid ona narahat olmamasını, yaxın müddətdə onunla görüşəcəyini bildirmişdir. Təxminən 5 gün sonra koordinatların cavabı gəlmiş və cavabda torpağın dövlət və ya bələdiyyə balansında olmadığı müəyyənləşdirilmişdir. Həmin gün Saday ona zəng edib torpağın sənədləri ilə bağlı maraqlandıqda o, Sadaya Zahidin ona pul vermədiyini, yalnız pulu aldıqdan sonra iş görəcəyini bildirmişdir. Həmin gün o, Saday və Zahid Mingəçevir şəhər, X48 yaxınlığında yerləşən Dövlət Məşğulluq idarəsinin qarşısında görüşmüşlər. Görüş zamanı Zahid ona torpağın sənədlərinin ilkin hazırlıq işləri üçün 700 manat pul verməli olsa da, Sadayın yanında ona 600 manat pul vermişdir. Qalan 100 manatı isə ilkin işlər görüldükdən sonra verəcəyini bildirmişdir. O, Zahiddən qalan pulun harada olduğunu soruşduqda Zahid Sadaydan öncə Əli adlı şəxsin torpaq sənədini düzəltməkləri üçün aldıqları 1800 manatdan 1000 manatını Əliyə geri qaytardığını bildirmişdir. Sadayın pulundan Əliyə verilən 1000 manat puldan 500 manat hissəsi onun payına, 500 manat isə Zahidin payına düşməli idi. Bundan sonra o, Fikrətin arvadı Şahid12 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlaması üçün Şahzadə Məhərrəmova müraciət etmişdir. Lakin həmin vaxt o, Şahzadə Məhərrəmova hər hansı məbləğdə pul verməmiş və ona pulu sonradan verəcəyinə dair razılaşmışdır. Şahzadə də Şahid12 adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona vermişdir. O, şəhadətnaməni Şahzadədən aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən imtina qərarı alınması üçün məktubla müraciət etmişdir. Həmçinin o, Sadayla Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Asudə” çay evində əyləşən zaman Sadaydan 400 manat öz şəxsi ehtiyacları üçün borc almışdır. İmtina qərarı gəldikdən sonra o, Zahiddən qalan 1200 manat pulu istəsə də, Zahid ona pulu verməmiş, bu səbəbdən də Saday adlı şəxsin sənədlərinin hazırlanması mümkün olmamışdır. Bundan başqa 2018-ci ilin mart ayında Zahid ona bir nəfər şəxsin Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən torpaq sahəsini almaq istədiyini bildirdikdə o da Zahidlə maraqlanıb bu barədə məlumat verəcəyini demişdir. Həmçinin, Zahid ona Gəncə şossesindən köhnə üzümçülük sovxozuna dəmir yolunu keçdikdə sağ tərəfdə boş torpaq sahəsi olduğunu da demişdir. Sonra o, bu barədə Mingəçevir şəhər Əmlak Şöbəsində işləyən tanışı Şahzadə Məhərrəmovdan maraqlanmış, Şahzadə Məhərrəmov da ona bu məsələni həll edəcəyini bildirmişdir. Belə ki, ona Mingəçevir şəhəri Gəncə şossesində boş torpaq sahəsi olduğunu demiş, o da bu barədə Zahidə bildirmişdir. Həmçinin Zahidə həmin torpaq sahəsini almaq istəyən adamla qiymət barədə danışa biləcəyini bildirmişdir. Bundan sonra Zahid ona Mingəçevir şəhəri Gəncə şossesində torpaq sahəsi almaq istəyən şəxslərlə torpaq shaəsinin 1 sotunu 600 manata danışıb razılaşdığını bildirmişdir. Belə ki, həmin şəxslərə 3600 manat məbləğdə pul müqabilində 6 sot torpaq sahəsi üçün sənəd hazırlamalıymış. Sonradan o, Zahidlə birlikdə Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən binanın qarşısına getmişlər, orada Zahid torpaq alan şəxslərlə onu tanış etmişdir. Torpaq almaq istəyən qadının adı Mehbarə, kürəkəninin adı isə Süleymandır. Görüş zamanı Mehbarə yaşadıqları binanın blokunda Zahidə 2500 manat məbləğdə pulu onun yanında vermişdir. Pulu Mehbarədən aldıqdan sonra Zahidlə birlikdə yaxınlıqda yerləşən “Əsgər” kafesinə getmişlər. Orada Zahid ona 1700 manat məbləğdə pul verib, sənədləri hazır etdikdən sonra digər hissəsini də verəcəyini bildirmişdir. O da həmin puldan 1400 manat məbləğini Şahzadə Məhərrəmova «torpağın mülkiyyətə verilməsinə dair» Zərərçəkmiş şəxs7 adına şəhadətnamə hazırlaması üçün vermişdir. Sonradan da Şahzadə Məhərrəmov ona həmin ərazidə yerləşən torpaq sahəsi üçün Zərərçəkmiş şəxs7 adına şəhadətnamə vermişdir. O da həmin şəhadətnaməni Mehbarəyə çatdırılması üçün Zahidə vermişdir. X21 aldığı puldan ona əlavə olaraq 340 manat məbləğdə pul vermişdir. Həmin pul isə iş həll etdiyi üçün ona gəlir kimi qalırmış. Lakin sonradan Şahzadə Məhərrəmov həmin torpaq sahəsinə dair vəd verdiyi işləri həll etməmişdir. Bundan başqa 2017-ci ilin noyabr-dekabr aylarında Bakı şəhərində olan zaman Zahid ona zəng edib, qohumu Firdovsi adlı şəxsə Mingəçevir şəhəri, Havarlı küçəsində 5 sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Həmçinin, Zahid ona qohumu Firdovsidən hansı məbləğdə pul almasını soruşduqda o, torpağın sotunu 400 manata, 179 manat və 145 manat isə əlavə dövlət rüsumu, ümumlikdə isə 2626 manat pul verməli olduğunu bildirmişdir. Zahid 2626 manat puldan özünə nə qədər pul qalacağını soruşduqda, ona 1800 manat pul qalacağını qalan pulun isə Zahidə qalacağını bildirmişdir. Zahid isə özünə 826 manat pul qalacağını bildikdən sonra onunla razılaşmışdır. Bundan sonra Zahidə 1800 manat pul göndərməsini və bir ay müddətində Mingəçevir şəhəri, Havarlı küçəsində 5 sot torpaq sahəsini sənədləşdirəcəyini bildirmişdir. 2017-ci ilin dekabr ayında o, Bakı şəhərində olan zaman Zahid “Muğanbank” vasitəsi ilə Firdovsiyə Mingəçevir şəhəri, Havarlı küçəsində 5 sot torpaq sahəsini sənədləşdirmək üçün 800 manat pul göndərmişdir. O da Mingəçevir şəhərinə qayıtdıqdan sonra 500 manat məbləği Şahzadə Məhərrəmova verib qalanını sonra verəcəyini bildirmişdir. Şahzadə də pulun müqabilində «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə hazırlamalıymış. Daha sonra 2017-ci dekabr ayının sonunda Mingəçevir şəhərinə qayıtdıqda o, Zahidə qalan 1000 manat pulu verməsini demişdir. Zahid isə qohumundan pulu hələ almadığını, bayramdan sonra qohumlarının bankdan kredit götürüb verəcəyini bildirmişdir. Lakin bundan sonra o, dəfələrlə Zahidə zəng edib qalan pulu verməsini desə də, Zahid qohumlarının hələ də bankdan kredit götürmədiyini deyərək ona pul verməkdən yayınmışdır. Zahid ona pulun qalan hissəsini vermədiyi üçün o da Şahzadədən şəhadətnaməni alıb verə bilməmişdir. Bundan başqa, 2017-ci ilin dekabr ayında, Bakı şəhərində olan zaman Zahid ona zəng edib Mingəçevir şəhəri, Havarlı küçəsində olan torpaq sahəsinə müştəri tapdığını bildirmişdir. Zahid həmçinin ona müştəridən 4 sot torpaq sahəsi üçün 1500 manat pul aldığını və aldığı 1500 manat puldan 1400 manatını Muğanbank vasitəsi ilə göndərəcəyini qalan 100 manat pulu isə özündə saxlayacağını bildirmiş və Zahidlə razılaşmışdır. Ertəsi gün Zahid ona Günəş adlı qadının adına Mingəçevir şəhəri, Havarlı küçəsində olan 4 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün 1400 manat pulu Muğanbank vasitəsi ilə göndərmişdir. O Zahidin Havarlı küçəsində yerləşən torpaq sahələrinə aid torpaq haqqında təqdim etdiyi qeydiyyatsız şəhadətnamələrin təsdiqi üçün məhkəmə işlərini həll etməliymiş. Bakı şəhərində Muğanbankdan Zahidin ona göndərdiyi 1400 manat pulu aldıqdan sonra həmin 1400 manat pulu Mingəçevir şəhərinə gəlib Şahzadə Məhərrəmova vermişdir. Zahid ona Zərərçəkmiş şəxs9 Musa qızının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir. O da həmin şəhadətnaməni Zahidə vermiş ki, Günəş Bayarmovaya versin. 2018-ci ilin may ayında Zahidin anası Sevil ona zəng edib Günəş adlı şəxsin onun evinə gəldiyini və onu da yaşadıqları evə çağırmışdır. O, Zahidin anası yaşadığı evə getmiş, orada Zahidin anası Sevil onu Günəş adlı qadın və onun bacısı oğlu Sübhan adlı şəxslə tanış etmişdir. Sevil Günəşin yanında ondan torpağın sənədinin nə vaxt «Çıxarışının» alınacağını soruşduqda o, əlavə bir neçə sənədin təsdiqlənməsini lazım olduğunu və 35 manat pul lazım olduğunu bildirmişdir. Günəş isə Sevilin yanında ona sənədlərin təsdiq olunması üçün 35 manat pul vermişdir. Həmçinin orda ona məlum olmuş ki, Zahid Günəşdən 2240 manat məbləğdə pul almışdır. Zahid ona digər sənədlərin hazırlanması üçün nəzərdə tutulmuş pulu vermədiyi üçün Zərərçəkmiş şəxs9 da sənədləri hazırlanmamışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs2 Mais qızının izahatına əlavə edilmiş «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Şahid8 adınadır, seriya nömrəsi JN-559A, kodu 90200002-dir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsinə əlavə edilmiş A4 kağızın üzərinə yazılmış yazılardan görünür ki, Qədirov X24 Zahid Asif oğluna 2600 (iki min altı yüz) manat məbləğdə pul vermişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs izahatına əlavə edilmiş “Muğanbank” Mingəçevir filialından köçürmənin göndərilməsi barədə bildirişlərdən görünür ki, Təqsirləndirilən şəxs Şahid17 13.12.2017-ci il tarixdə 800 (səkkiz yüz) manat, 14.12.2017-ci il tarixdə 900 (doqquz yüz) manat, 15.12.2017-ci il tarixdə 1400 (min dörd yüz) manat, 22.12.2017-ci il tarixdə 1400 (min dörd yüz) manat məbləğdə pul göndərmişdir. Cinayət işinin materiallarında olan 18.12.2018-ci il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən Şahid12 müraciətinə əsasən onun adına olan JN 215F seriyalı şəhadətnamə üzrə Şahid12 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysteri xidmətində qeydiyyata alınmasının imkan xaricində olması bildirilmişdir. Cinayət işinin materiallarında olan 14 fevral 2019-cu il tarixli baxış keçirilmə və götürülmə barədə protokoldan görünür ki, təqdim olunan sənəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədir, seriya nömrəsi JN-558A, kodu 90200002-dir. Üzərində Azərbaycan Respublikasının gerbi vardır. Şəhadətnamə 5 vərəqədən ibarətdir.2-ci vərəqədə Zərərçəkmiş şəxs9 Musa qızının adı, həmin torpağın ona verilməsi haqqında qeydlər, 3-cü vərəqədə səlahiyyətli şəxslərin imzaları və möhürlər, 4-cü vərəqədə plan ölçülü və səlahiyyətli şəxsin imzası və möhrü vardır. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2020ci il tarixli 1037 nömrəli kompleks-məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, Şahid8 adına olan JN-559A saylı, X27 adına olan JN- 564A saylı, Zərərçəkmiş şəxs7 adına olan JN-3597F saylı, Zərərçəkmiş şəxs9 Musa qızının adına olan JN-558A saylı, X15 adına olan 2 ədəd JN-533A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin 2 və 3-cü səhifələrindəki “DTXK”-nin Mingəçevir şəhər şöb-n müdiri” sözlərinin alt hissəsindəki “M.Y” yazılarının qarşısındakı imzalar öz aralarında – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Şahid8 adına olan JN-559A saylı, X27 adına olan JN-564A saylı, Zərərçəkmiş şəxs7 adına olan JN-3597F saylı, Zərərçəkmiş şəxs9 Musa qızının adına olan JN-558A saylı, X15 adına olan 2 ədəd JN-533A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin 2 və 3-cü səhifələrindəki “DTXK”-nin Mingəçevir şəhər şöb-n müdiri” sözlərinin alt hissəsindəki “M.Y” yazılarının qarşısındakı imzalar X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Şahid8 adına olan JN-559A saylı, X27 adına olan JN-564A saylı, Zərərçəkmiş şəxs7 adına olan JN-3597F saylı, Zərərçəkmiş şəxs9 Musa qızının adına olan JN-558A saylı, X15 adına olan 2 ədəd JN- 533A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin 2 və 3-cü səhifələrindəki “DTXK”-nin Mingəçevir şəhər şöb-n müdiri” sözlərinin alt hissəsindəki “M.Y” yazılarının qarşısındakı imzaların - Şahid17 tərəfindən, Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin 3-cü bəndində göstərilənlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2020ci il tarixli 1303 nömrəli məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş JN-533A, JN-559A, JN- 558A, JN-564A, JN-533A, JN-3597F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin 2-ci və 3-cü vərəqələrində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərilərinə birbaşa vurulmuşdur. Cinayət işinin materiallarında olan 01.03.2019-cu il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, təqdim olunan sənəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədir, seriya nömrəsi JN3597, kodu 90200002-dir. Üzərində Azərbaycan Respublikasının gerbi vardır. Şəhadətnamə 5 vərəqədən ibarətdir.2-ci vərəqədə Zərərçəkmiş şəxs7 adı, həmin torpağın ona verilməsi haqqında qeydlər, 3-cü vərəqədə səlahiyyətli şəxslərin imzaları və möhürlər, 4-cü vərəqədə plan ölçülü və səlahiyyətli şəxsin imzası və möhrü vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluqla etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Şahid17 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2017-ci ilin noyabr ayında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Məhhəməd qızının 3000 manat pulunu ələ keçirərək ona 3000 manat, bundan başqa o, təkrarən 2017-ci ilin noyabr ayında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 oğlunun 3000 manat pulunu ələ keçirərək ona 3000 manat, bundan başqa o, təkrarən 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs4 2600 manat pulunu ələ keçirərək ona 2600 manat, bundan başqa o, təkrarən 2018-ci il yanvar ayında Zərərçəkmiş şəxs1 3140 manat pulunu ələ keçirərək ona 3140 manat, bundan başqa o, təkrarən 2018-cu ilin fevral ayında Zərərçəkmiş şəxs3 2500 manat pulunu ələ keçirib ona 2500 manat, bundan başqa o, təkrarən 2018-cu ilin fevral ayında Zərərçəkmiş şəxs9 Musa qızının 2240 manat pulunu ələ keçirərək ona 2240 manat, bundan başqa o, təkrarən 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs7 3600 manat pulunu ələ keçirib ona 3600 manat, bundan başqa o, təkrarən 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun 3350 manat pulunu ələ keçirib ona 3350 manat, bundan başqa o, təkrarən 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs6 1000 manat pulunu ələ keçirirək ona 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə özünün borclarını ödəmək məqsədi ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmək niyyəti onun zərərçəkmiş şəxsləri qabaqcadan fərdi qaydada müxtəlif üsullarla aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə torpaq sahələrini satacağına, çıxarış alacağına və quşçuluq təssərufatı ilə məşqğul olacaqları adı ilə aldadaraq onların pul vəsaitləri almış, lakin həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarını təmin etməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələrinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 22.11.2018–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.01.2018-ci il tarixdə doğulmuş Asif və 26.07.2019-cu il tarixdə doğulmuş Nilay adlı iki nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs8 tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyandan 1000 manat ödəmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs9 Musa qızı tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyandan 1000 manat ödəmişdir. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X23 tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyandan 1000 manat ödəmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs5 Əhmədiyyə oğlunun nümayəndəsi və vəkili X26 tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində təmsil etdiyi zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X26 tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində təmsil etdiyi zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 08.05.2021-ci il tarixli məhkəmə iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin 15 fevral 2021-ci ildən 08 may 2021-ci il tarixədək həbsdə , hazırki vaxtadək ev dustaqlığında saxlanıldığı müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə və ev dustaqlığında saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 9 ay 14 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərini, Yevlax və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzasının başlanğıcı İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 1000 manat, Zərərçəkmiş şəxs7 1000 manat və Zərərçəkmiş şəxs8 1000 manat məbləğində pulun ödənilsə də, qalan məbləğlə bağlı təqsirləndirilən şəxslə razılıq əldə edidiyindən, zərərçəkmiş şəxslər tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüquqlarının olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işinin materiallarında olan və iş üzrə maddi sübut kimi tanınan, X11 adına olan JN-2174H nömrəli, X4 adına olan JN-2786B nömrəli, X15 adına olan 2 ədəd JN- 533A nömrəli, Zərərçəkmiş şəxs7l qızının adına olan JN-3597F nömrəli, Şahid8 adına olan JN-559A nömrəli, Zərərçəkmiş şəxs9 Musa qızının adına olan JN- 558A nömrəli, X27 adına olan JN-564A nömrəli şəhadətnamələr iş üzrə mühüm əhəmiyyətə malik olduqlar üçün 200650174№-li cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə–xətşünaslı ekspertizası və məhkəmə– texniki ekspertizası ilə bağlı məhkəmə məsrəfi 183.52 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 183.52 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X20 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 192 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək həbsdə və 07 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 22 (iyirmi iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 9 (doqquz) ay 14 (on dörd) gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin, həmçinin Yevlax və Bərdə rayonlarının hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarına malik olmaları izah edilsin. Cinayət işinin materiallarında olan və iş üzrə maddi sübut kimi tanınan, X11 adına olan JN-2174H nömrəli, X4 adına olan JN-2786B nömrəli, X15 adına olan 2 ədəd JN- 533A nömrəli, Zərərçəkmiş şəxs7l qızının adına olan JN-3597F nömrəli, Şahid8 adına olan JN-559A nömrəli, Zərərçəkmiş şəxs9 Musa qızının adına olan JN- 558A nömrəli, X27 adına olan JN-564A nömrəli şəhadətnamələr iş üzrə mühüm əhəmiyyətə malik olduqlar üçün 200650174№-li cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 183.52 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X20 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar