Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2022 13.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi-Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə, xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsində nəzarətçi işləyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, 1 ədəd kibrit qutusunda 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı 14 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 15 N°-li mənzilində tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə - qurudulmuş marixuananı əldə etmək üçün vasitəçi kimi onun yanında göndərdiyi qonşusu Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncudan Təqsirləndirilən şəxs1 məxsus 20 manat məbləğində pulu almaqla narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 həmin məbləğə qanunsuz olaraq satmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 20 manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana satın almaqda vasitəçilik etməsini xahiş edərək, bu məqsədlə Təqsirləndirilən şəxs2 20 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanına gedərək sonuncuya 20 manat məbləğində pul verməklə ondan 1 ədəd kibrit qutusunda olan şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı satın alıb üstündə daşımaqla Təqsirləndirilən şəxs1 çatdırmış, Təqsirləndirilən şəxs1 isə həmin 9,29 qram çəkidə narkotik vastəni əldə edərək, onun 2,66 qram olan hissəsini 1 ədəd qızılı-ağ rəngli bükümə, 0,60 qram olan hissəsini 1 ədəd göy-ağ rəngli kağız bükümə, 0,21 qram olan hissəsini 1 ədəd üzərində «WEST» yazısı olan siqaret dənəsinin içərisinə, qalan 5,82 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə qablaşdıraraq, əynindəki qara rəngli qış gödəkçəsinin sol və sağ yan ciblərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq, orada saat 21:05-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, ümumilikdə 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sol və sağ yan ciblərindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana alması üçün ona 20 manat məbləğində pul verərək qonşusu Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana almasını xahiş etmiş, heç bir qazanc əldə etmək məqsədi olmadan, o cümlədən şəxsi maraq güdmədən vasitəçilik etməyə razılaşaraq tanışı Təqsirləndirilən şəxs1 xahişinə əməl edib ondan 20 manat məbləğində pulu alaraq Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 7 üvanına gedərək sonuncudan həmin pulun müqabilində 1 ədəd kibrit qutusunda olan şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə naroktik vasitə-qurudulmuş marixuananı satın alıb heç bir mənfəət əldə etmədən həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 çatdırılmasında vasitəçilik etmək məqsədi ilə üstündə saxlayaraq daşımışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 7 ünvanında yerləşən mənzildə olarkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsindəki «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindəki «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə səsli mesajlar göndərərək əlaqə yaradıb 35 manatlıq narkotik vasitə-qurudulmuş marixuana istəmiş, 20 manatını əvvəl, qalanını isə sonra verəcəyini bildirmişdir. Razılaşmadan sonra xatırlamadığı yerdən tapdığı narkotik vasitə olan qurudulmuş marixuanının özündə olmasını Təqsirləndirilən şəxs2 demişdir. Bundan 4-5 saat sonra saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə gələrək onda satılıq narkotik vasitə-qurudulmuş marixuana olubolmadığını soruşduqda, ona satılıq narkotik vasitə olaraq son 1 ədəd kibrit qutusu qurudulmuş marixuana qalmasını demişdir. O da 20 manat məbləğində pul verərək həmin narkotik vasitəni alıb getmişdir. Ondan aldığı 20 manat pulun 3 manatına karta elektrik enerjisi yükləmiş, yerdə qalanını isə xərclərinə sərf etmişdir. Saat 22:00 radələrində yaşadığı mənzildə olan zaman qapı döyülmüşdür. Qapını açanda polis əməkdaşları özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini, müdafiəçi kimi təqdim olunmuş X1 hüquqlarını müdafiə edəcəyini bildirmişlər. Polis şöbəsində xx.xx.2021-ci il tarixdə saat 22:40 radələrində vəkil X1 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparılmaqla axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra üzərində video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki ağ rəngli şalvarın sol cibindən 1 ədəd «XİAOMİ» markalı mobil telefon polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Üzərindən qanunla qadağan olumuş hər hansı əşya akşar edilməmişdir. Daha sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparılarkən yazmış olduqları protokolu oxumuşlar. Həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Orada ondan əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmasını, satdığı narkotik vasitənin də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülməsini öyrənmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona təyin ediləcək cəzanın şərti edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə-qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Kür çayının sol sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsindəki parkda olan zaman Təqsirləndirilən şəxs2 da yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 mobil telefonundakı «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə səsli mesajlar göndərərək Təqsirləndirilən şəxs3 ilə əlaqə yaradıb, 35 manat pul müqabilində narkotik vasitə-qurudulmuş marixuana istəyib 20 manatını əvvəl, qalanını isə sonra verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən 15 nömrəli mənzilə gedib sonuncudan 1 ədəd kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana alıb gətirməsi üçün 20 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs2 pulu alıb getmiş, aradan az müddət keçmiş geri qayıdaraq Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitə-qurudulmuş marixuananı ona gətirmişdir. O, 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanadan Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün vermək məqsədi ilə bir hissəsini 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsinə doldurmuşdur. Sonra isə bir hissəsini isə göy-ağ və qızılı-ağ rəngli bükümlərə qablaşdırıb hamısını əynindəki qara rəngli qış gödəkçəsinin sağ və sol yan ciblərinə qoymuşdur. O və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitədən istifadə etmək üçün münasib yer axtarmağa gedərkən Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» adlanan kafenin yaxınlığında gəzən zaman Təqsirləndirilən şəxs3 satın aldığı narkotik vasitə-qurudulmuş marixuana üzərində olmuşdur. Bu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə polis şöbəsində məlumat daxil olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirmək istədiklərini və müdafiəçi kimi təqdim olunmuş Müdafiəçi1 hüquqlarını müdafiə edəcəyini bildirmişlər. Polis şöbəsində xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində vəkil Müdafiəçi1 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra üzərində video çəkiliş aparmaqla axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «SAMSUNG » markalı mobil telefon, 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsi, sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 1 ədəd qızılı rəngli kağız büküm, 1 ədəd göy rəngli kağız büküm, sağ iç cibindən 1 ədəd tibbi maska, salfet, «Beynəlxalq Bank»a aid plastik kart və əynindəki göy rəngli cins şalvarın arxa cibindən isə açarlar polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Kibrit qutusu, siqaret dənəsi və kağız bükümlər polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərilərində iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı o, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 14 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs3 20 manat pul göndərməklə satın alıb əynindəki qara rəngli rəngli qış gödəkçəsinin sol və sağ yan ciblərinə qoyub gizlədərək üzərində saxlamağını etiraf etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kibrit qutusu, siqaret dənəsi və kağız bükümlərin içindəki kütlələr elektron tərəzidə çəkilmişdir. Kibrit qutusunda olan qurudulmuş marixuananın çəkisi 8,08 qram, qızılı kağız bükümdə olan qurudulmuş marixuananın çəkisi 1,17 qram, tüng göy rəngli kağız bükümdə olan qurudulmuş marixuananın çəkisi 0,56 qram, siqaret dənəsində olan qurudulmuş marixuananın çəkisi 0,21 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfələşdirilərək möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərində axtarış aparılması zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmin narkotik vasitələri saxlamaqda məqsədi özü istifadə etmək olmuş, narkotik vasitələrdən heç kəsə satmaq və ya vermək məqsədi olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadəsində olan mobil telefon nömrəsi vasitəsi ilə heç vaxt Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlamamış, bunu Təqsirləndirilən şəxs2 vasitəsi ilə etmişdir. Təqsirləndirilən şəxs2 mobil telefonunda olan «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi Təqsirləndirilən şəxs3 ilə əlaqə saxladıqdan sonra hər dəfə bütün səs yazılarını və mesajları polis əməkdaşlarının və ya başqa şəxsin əlinə keçməməsi üçün onun yanındaca silmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Kür çayının sol sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hissəsindəki parkda olan zaman Təqsirləndirilən şəxs1 da yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ***-***-**-** mobil telefon nömrəsində olan «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə səsli mesajlar göndərərək Təqsirləndirilən şəxs3 ilə əlaqə yaradıb 35 manat pulun müqabilində narkotik vasitə-qurudulmuş marixuana istəmiş, 20 manatını əvvəl, qalanını isə sonra verəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 narkotik vasitə almağını xahiş etmiş və bunun üçün 20 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs3 ilə istifadəsində olan ***-***-**-** telefon nömrəsində olan «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə yaradaraq onun yaşadığı ünvan 8 ünvanında yerləşən 15 nömrəli mənzilinə getmiş, Təqsirləndirilən şəxs3 20 manat pulu alıb ona 1 ədəd kibrit qutusunda narkotik vasitəqurudulmuş marixuana vermişdir. Aradan az müddət keçmiş geri qaydaraq Təqsirləndirilən şəxs3 aldığı, 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı gətirib Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin bir hisəsini istifadə üçün 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsinə, bir hisəsini isə göy-ağ və qızılı-ağ rəngli bükümlərə qablaşdırıb hamısını əynindəki qara rəngli qış gödəkçəsinin sağ və sol yan ciblərinə qoymuşdur. Təqsirləndirilən şəxs1la birlikdə həmin narkotik vasitədən istifadə etmək üçün münasib yer axtarmağa gedərkən Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclər evi» adlanın kafenin yaxınlığında polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədikləri və müdafiəçi kimi təqdim olunan X4 hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2021-ci il tarixdə saat 21:20 radələrində vəkil X4 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda etiraz etməmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparılmaqla axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra üzərində video çəkiliş aparmaqla axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sol cibindən 1 ədəd siqaret, sağ cibindən 1 ədəd «SAMSUNG» markalı mobil telefon və 1 ədəd alışqan aşkar edilmişdir. Üzərindən qanunla qadağan olumuş hər hansı əşya akşar edilməmişdir. Daha sonra polis əməkdaşları üzərində axtarış aparılan zamanı yazmış olduqları protokolu oxumuşlar. Həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Sözü gedən narkotik vasitə-qurudulmuş marixuananı özünün və tanışı Təqsirləndirilən şəxs1 istifadəsi üçün 14 noyabr 2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 7-də yaşayan Təqsirləndirilən şəxs3 20 manat verib satın almaqla əldə etmişdir. Həmin narkotik vasitəni saxlamaqla daşımaqda məqsədi Təqsirləndirilən şəxs1 çatdırmaq və onunla birlikdə istifadə etmək olmuşdur. Həmin narkotik vasitələrdən heç kəsə satmaq və ya vermək məqsədi olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları mane oluqlarından Təqsirləndirilən şəxs1 ona üzərindən aşkar edilən narkotik vasitədən pay verə bilməmişdir. İstifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs3 göndərdiyi bütün mesaj və səs yazılarını ailə üzvləri və polis əməkdaşlarının əlinə keçməməsi üçün silmişdir. Bunu Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə almağının sübut edilə bilinməməsi üçün etmişdir. Həmişə də istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan «Whatsapp» ani mesajlaşma mübadilə sistemində olan məlumatları ələ keçirməyin mümkün olmadığını bildiyindən Təqsirləndirilən şəxs3 ilə həmin sistem vasitəsi ilə əlaqə yaratmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində ŞPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 14 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində PPXB-nin polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yanında xidmət aparan zaman orada iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşaraq həmin şəxslərə özlərini təqdim edərək kim olduqlarını soruşduqda onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Onlardan üzərlərində şəxsiyyət vəsiqəsi olub-olmamasını soruşanda üzərlərində şəxsiyyət vəsiqəsi olmadığını demişlər. Həmin şəxslərin özlərini şübhəli apardıqlarını və qaçmaq istədiklərini görüb şəxsiyyətlərinin müəyyənləşdirilməsi, üzərlərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Məmmədov X8 ŞPŞ-yə gətirilmiş, o da şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi1 dəvət olunmuş, əvvəlcə Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməyi təklif olunmuşdur. Bundan sonra saat 21:05 rədələrində vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «SAMSUNG GALAXY A3» markalı mobil telefon, 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsi, sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 1 ədəd qızılı rəngli kağız büküm, 1 ədəd göy rəngli kağız büküm, sağ iç cibindən 1 ədəd tibbi maska, salfet, «Beynəlxalq Bank»a aid plastik kart və əynindəki göy rəngli cins şalvarın arxa cibindən isə açarlar aşkar edilmişdir. Onun əynindəki qış gödəkçəsinin sol və sağ yan ciblərindən aşkar edilmiş 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsini, 1 ədəd kibrit qutusunu, 1 ədəd qızılı rəngli kağız bükümü, 1 ədəd göy rəngli kağız bükümünü açdıqda içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitəqurudulmuş marixuanaya bənzəməsi müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 4 ədəd kütlələr elektron tərəzidə çəkilmişdir. 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 8.08 qram, qızılı rəngli kağızda olan bükümdəki qurudulmuş mariuxanaya oxşar kütlənin çəkisi 1,17 qram, göy rəngli kağızda olan bükümdəki qurudulmuş mariuxanaya oxşar kütlənin çəkisi 0,56 qram, siqaret dənəsinin içərisindəki qurudulmuş mariuxanaya oxşar kütlənin çəkisi isə 0,21 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs1 özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasını, tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs3 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 20 manat məbləğində pulun müqabilində satın alıb gələcəkdə özü istifadə etməsi və Təqsirləndirilən şəxs2 da istifadə üçün vermək məqsədi ilə kağız bükümlərə və siqaret dənəsinə qablaşdırdığını bildirmişdir. Bundan sonra polis şöbəsinə vəkil X9 dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra saat 21:20 rədələrində vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol cibindən 1 ədəd siqaret, sağ cibindən 1 ədəd «SAMSUNG GALAXY J6» markalı mobil telefon və 1 ədəd alışqan aşkar edilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı o, tanışı Təqsirləndirilən şəxs1 əynindəki qış gödəkçəsinin sol və sağ yan cibindən aşkar edilmiş 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsinin, 1 ədəd kibrit qutusunun, 1 ədəd qızılı rəngli kağız bükümün, 1 ədəd göy rəngli kağız bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuananın tanışı Təqsirləndirilən şəxs1 məxsus olmasını, Təqsirləndirilən şəxs1 1 ədəd kibrit qutusunda olan narkotik vasitəyə oxşar kütləni onun vasitəsi ilə Təqsirləndirilən şəxs3 20 manata satın alıb gələcəkdə özü istifadə etməsi və ona da istifadə üçün vermək məqsədi ilə kağız büküm və siqaret dənəsinə qablaşdırdığını bildirmişdir. Bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs2 özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər də video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan sonra tədbirin davamı olaraq həmin gün saat 22:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 və o ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs3 yaşadığı binanın qarşısına getmişlər. Onun binanın qarşısında gəzməsini görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat daxil olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Səfərli X5 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil X6 dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs3 narkotik vasitə saxlaması, istifadə etməsi və satması ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs3 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra saat 22:45-də onun, vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli şalvarın sol cibindən 1 ədəd «XİAOMİ Mİ A2 LİTE» markalı mobil telefon aşkar edilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 üzərindən qanunla saxlanılması qadağan olmuş hər hansı əşya və ya maddə aşkar edilməməsi barədə müvafiq protokol tərtib olunaraq iştirakçılara oxunduqdan sonra iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da şahidlər Şahid2 və Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 14 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd «SAMSUNG» markalı mobil telefon, 1 ədəd üzərinə «WEST» yazılan siqaret dənəsi, sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd kibrit qutusu, 1 ədəd qızılı rəngli kağız büküm, 1 ədəd tünd göy rəngli kağız büküm, sağ iç cibindən 1 ədəd tibbi maska, salfet, «Beynəlxalq Bank»a aid plastik kart və əynindəki göy rəngli cins şalvarın arxa cibindən isə 1 ədəd açar aşkar edilmiş, kibrit qutusu, göy rəngli, qızılı rəngli kağız bükümlər və siqaret dənəsinin içərisindən kəskin spesifik iyli ümumi təmiz çəkisi 10,02 (on tam yüzdə iki) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəyə oxşar kütləni Təqsirləndirilən şəxs2 vasitəsilə 20 manat müqabilində Ceyhun adlı şəxsdən aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan 14 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol cibindən 1 ədəd siqaret, sağ cibindən 1 ədəd Samsung markalı mobil telefon və 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 20 manat pul alaraq digər tanışı Ceyhun adlı şəxsdən narkotik vasitə marixuana alaraq Valehə gətirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 14 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs3 əynindəki ağ rəngli şalvarın sağ cibindən 1 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Sənan adlı şəxsə narkotik vasitə marixuana satdığını etiraf etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 17/801 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik maddəyə oxşar kütlə.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: - 01 ədəd kibrit qutusunda, təmiz çəkisi - 5.82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 2,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 (bir) ədəd üzərində «WEST» yazısı olan siqaret dənəsinin içrəsindəki təmiz çəkisi - 0,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin siqaret dənəsinin içərisindəki təmiz çəkisi-0,12 qram olan bitki mənşəli kütlə narkotik vasitələr aid deyildir. Tədqiqta təqdim olunmuş 01 ədəd kibrit qutusunda, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd siqaret dənəsinin içərisindəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 məxsus mobil telefondakı “Whatsapp” ani ismarıclaşma proqramındakı Təqsirləndirilən şəxs2la baş tutmuş səsyazılarını özündə əks etdirən 1 ədəd DVD diskdəki məlumatlardan müəyyən edilir ki, 14 noyabr 2021-ci il tarixdə saat 15:19-dan saat 20:32-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsində olan “Whatsapp” ani ismarıclaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsində olan “Whatsapp” ani ismarıclaşma proqramına səsli mesajlar göndərərək Təqsirləndirilən şəxs3 ilə əlaqə yaradıb, 35 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana istəmiş, həmin məbləğin 20 manatını əvvəlcədən verəcəyini, yerdə qalan 15 manat məbləğində pulu isə sonradan çatdıracağını vəd etməsi mövzusunda danışıqlar aparmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Səfərli X5 şəhər Rayonlararası Narkoloji və Mingəçevir Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmurlar və həmin Dispanserlərə müraciət etməmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd “Xiaomi Mi A2 Lite” markalı mobil telefon maddi sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş “Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş “Samsung Galaxy J6” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Cinayət işinin materiallarında olan “ maddi sübut kimi tanımaq haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda, 1 (ədəd) qızıl-ağ rəngli kağız bükümdə, 1 (bir) göy-ağ rəngli bükümdə və 1 (bir) ədəd üzərində «WEST» yazısı olan siqaret dənəsinin içərisində ilkin xalis çəkisi təmiz çəkisi 9,29 qram olmaqla çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,20 qram sərf edildikdən sonra qalan qalıq 9,09 qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə 1 ədəd kibrit qutusunda 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı 14 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində qonşusu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 20 manat məbləğində pul müqbilində qanunsuz olaraq satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs3 pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Digər Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə naroktik vasitə-qurudulmuş marixuananı Təqsirləndirilən şəxs3 satın alıb, heç bir mənfəət əldə etmədən həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 çatdırılmasında vasitəçilik etmək məqsədi ilə üstündə qanunsuz saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, 1 ədəd kibrit qutusunda 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı 14 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 15 N°-li mənzilində tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə - qurudulmuş marixuananı əldə etmək üçün vasitəçi kimi onun yanında göndərdiyi qonşusu Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncudan Təqsirləndirilən şəxs1 məxsus 20 manat məbləğində pulu almaqla narkotik vasitə - qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 həmin məbləğə qanunsuz olaraq satmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 qanunsuz əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixunanı Təqsirləndirilən şəxs1 satmışdır. Ona görə də ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 20 manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana satın almaqda vasitəçilik etməsini xahiş edərək, bu məqsədlə Təqsirləndirilən şəxs2 20 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanına gedərək sonuncuya 20 manat məbləğində pul verməklə ondan 1 ədəd kibrit qutusunda olan şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı satın alıb üstündə daşımaqla Təqsirləndirilən şəxs1 çatdırmış, Təqsirləndirilən şəxs1 isə həmin 9,29 qram çəkidə narkotik vastəni əldə edərək, onun 2,66 qram olan hissəsini 1 ədəd qızılı-ağ rəngli bükümə, 0,60 qram olan hissəsini 1 ədəd göy-ağ rəngli kağız bükümə, 0,21 qram olan hissəsini 1 ədəd üzərində «WEST» yazısı olan siqaret dənəsinin içərisinə, qalan 5,82 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə qablaşdıraraq, əynindəki qara rəngli qış gödəkçəsinin sol və sağ yan ciblərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq, orada saat 21:05-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ümumilikdə 9,29 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkçəsinin sol və sağ yan ciblərindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, Füzuli küçəsində yerləşən «Gənclik» kafesinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana alması üçün ona 20 manat məbləğində pul verərək qonşusu Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana almasını xahiş etmiş, heç bir qazanc əldə etmək məqsədi olmadan o cümlədən şəxsi maraq güdmədən vasitəçilik etməyə razılaşaraq tanışı Təqsirləndirilən şəxs1 xahişinə əməl edib ondan 20 manat məbləğində pulu alaraq Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 7 üvanına gedərək sonuncudan həmin pulun müqabilində 1 ədəd kibrit qutusunda olan şəxsi istehlak miqdarından artıq miqdarda 9,29 qram çəkidə naroktik vasitə-qurudulmuş marixuananı satın alıb heç bir mənfəət əldə etmədən həmin narkotik vasitənin Təqsirləndirilən şəxs1 çatdırılmasında vasitəçilik etmək məqsədi ilə üstündə saxlayaraq daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətməsini,həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 5 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021– ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2021–ci il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq üçüncü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il tarixdə doğulmuş Aydan adlı bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir şəhər Qəbul Şöbəsi tərəfindən verilmiş 18 noyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 3-cü qrup əlil olduğuna görə sosial müavinət alır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 8 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 14 noyabr 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 16 noyabr 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 14 noyabr 2021–ci il tarixdən 16 noyabr 2021–ci il tarixədək 03 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, onun 14 noyabr 2021–ci il tarixdən 16 noyabr 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə məcburi müalicənin tətbiq edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 əlilliyi olan şəxs olduğu üçün ona məcburi müalicə təyin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 2-ci bölməsinin 3.2-ci maddəsində göstərilir ki, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində, 1 azyaşlı uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini,eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş Səma adlı bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 5 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 14 noyabr 2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs qismində tutulmuş və 16 noyabr 2021–ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin gün Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 14 noyabr 2021–ci il tarixdən 16 noyabr 2021–ci il tarixədək 03 (üç) gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, onun 14 noyabr 2021–ci il tarixdən 16 noyabr 2021–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ilkin xalis çəkisi təmiz çəkisi 9,29 qram olmaqla çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,20 qram sərf edildikdən sonra qalan qalıq 9,09 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd “Xiaomi Mi A2 Lite” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs3 qaytarılmalı, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş “Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş “Samsung Galaxy J6” markalı mobil telefonların qanuni sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekpertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 14 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 14 noyabr 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,20 qram sərf edildikdən sonra qalıq 9,09 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd “Xiaomi Mi A2 Lite” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş “Samsung Galaxy A3” markalı və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş “Samsung Galaxy J6” markalı mobil telefonların qanuni sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmaları nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vanyayayeviçdən müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-50/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver