Məhkəmə qərarları › İş №1(051)-50/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2023 22.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci il tarixdə Bərdə rayonu Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-131/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-131/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəzasını çəkdiyi müddətdə islah olunmayaraq, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 423,37 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18.37 qram olan hissəsini üzərində gəzdirərək əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 405 qram olan hissəsini, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,802 qram olan narkotik vasitə tiryəki yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 4, mənzil 6 ünvanındakı mənzilində yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 31 saylı yaşayış binasının yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18,37 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən, 1 ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 405 qram olan qurudulmuş marixuana və 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,802 qram olan tiryək isə həmin gün saat 13 radələrində Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 4 saylı evin 6 saylı mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda da narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin avqust ayında idarə etdiyi avtomobillə Ağdaş rayonundan Mingəçevir şəhərinə qayıdarkən avtomobili yolun kənarında saxlayıb bayıra çıxmışdır. Bu zamana avtomobil yolunun kənarında yerləşən su kanalının ətrafında çətənə bitkisi kollarının bitdiyini görmüşdür. Həmin bitkilərə yaxınlaşarkən yerdə bir ədəd şəffaf sellofan büküm görüb yerdən götürüb açıb baxdıq da həmin bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu bilmişdir. Çünki özüdə narkotik vasitələrdən istifadə edir. Daha sonra ətrafdakı çətənə bitkisinin kollarına yaxınlaşaraq bitki kollarının üzərindəki yarpaqları bir ədəd sellofan torbanın içərisinə yığmışdır. Tapdığı narkotik vasitə tiryəki və yığdığı çətənə bitkisinin yarpaqlarını özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhərinə gətirmişdir. Çətənə bitkisinin yarpaqlarını özünə məxsus yaşadığı binanın qarşısında yerləşən avtomobil qarajında qurutmuşdur. Daha sonra həmin çətənə bitkisinin yarpaqlarını qurudaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və tiryəki yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti, 4 saylı evin 6 saylı mənzilinə aparmışdır. Həmin narkotik vasitə tiryək və narkotik vasitə qurudulmuş marixuandan gündəlik istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildə olarkən həmin yaşıl rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini şəffaf rəngli sellofan bükümə qablaşdırıb sonra istifadə etməsi üçün əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibində gizlətmişdir. Qalan hissəsini isə yaşıl rəngli torbanın, narkotik vasitə tiryəki isə şəffaf sellofan bükümün içərisində yaşadığı mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi 31 saylı yaşayış binasının yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da tünd göy rəngli gödəkçənin sağ yan cibindən açar, gödəkçənin sol iç cibindən bir qutu siqaret, bir ədəd alışqan, 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan büküm açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümü ilə birlikdə ümumi cəmi çəkisi 20,93 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin şəffaf rəngli sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zaman yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Daha sonra polis əməkdaşları ona Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş və o da polis əməkdaşları ilə birlikdə yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 4 saylı evin 6 saylı mənzilinə gedilmişdir. Yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədərək saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd yaşıl rəngli sellofan torba və içərisində narkotik vasitə tiryək olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş yaşıl rəngli sellofan torba digər şəxslərin yanında açılıb baxılarkən içərisində olan kütlənin yaşıl rəngli kəskin iyə malik, otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu, şəffaf sellofan bükümdəkinin isə qara rəngli kəskin iyə malik narkotik vasitə tiryək olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və yaşıl rəngli sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi 420 qram, şəffaf sellofan bükümü ilə birlikdə narkotik vasitə tiryəkin çəkisi isə 23,22 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin torba və büküm onun və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşimandır. Həmçinin himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağı vardır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid1 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsi 31 saylı yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən açar, gödəkçənin sol iç cibindən bir qutu siqaret, bir ədəd alışqan, 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən aşkar olunmuş şəffaf rəngli sellofan bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) şəffaf rəngli sellofan büküm narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümü ilə birlikdə ümumi cəmi çəkisi 20,93 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2022-ci ilin avqust ayında idarə etdiyi avtomobillə Ağdaş rayonundan Mingəçevir şəhərinə qayıdarkən avtomobil yolunun kənarında yerləşən su kanalının ətrafında bitmiş çətənə bitkisi kollarından yığıb qurutduğunu bildirmişdir. Həmçinin həmin zaman kolların dibindən 1 (bir) ədəd içərisində narkotik vasitə tiryək olan şəffaf büküm də tapmışdır. Həmin narkotik vasitələrdən bir qədərini üzərində, qalan hissəsini isə yaşadığı mənzildə gizlətmiş və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 4 saylı evin 6 saylı mənzilinə gedilmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə məlumat verilərək, Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında mənzilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 4 saylı evin 6 saylı mənzilinə baxış keçirilərkən mənzilin yataq otağı kimi istifadə etdiyi otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədərək saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd yaşıl rəngli sellofan torba və içərisində narkotik vasitə tiryək olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş yaşıl rəngli sellofan torba digər şəxslərin yanında açılıb baxılarkən içərisində olan kütlənin yaşıl rəngli kəskin iyə malik, otabənzər kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu, şəffaf sellofan bükümdəkinin isə qara rəngli kəskin iyə malik narkotik vasitə tiryək olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, yaşıl rəngli sellofan torba ilə birlikdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi 420 qram, şəffaf sellofan bükümü ilə birtlikdə narkotik vasitə tiryəkin çəkisi isə 23,22 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin torba və büküm onun və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra baxış keçirilən zamanı yazılmış protokol oxunmuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşağıdır. Onlar birlikdə yaşayırlar. Vüqar narkotik vasitələrdən istifadə etdiyi üçün əvəllər də cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da Vüqar narkotik vasitələrdən istifadə edir. Vüqar mütəmadi olaraq narkotik vasitə qəbul edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün tez-tez yaşadıqları mənzildə də mübahisələr yaradır. O, Vüqarın narkotik vasitələrdən istifadə edib yaşadıqları mənzildə mübahisələr yaratmasından və ona hər hansı zərər yetirməsindən qorxduğu üçün Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə mürcaiət etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə olarkən polis əməkdaşları yaşadıqları mənzilə gələrək mənzilə baxış keçirmək istədiklərini bildirmişlər, o da mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadə etdiyi yataq otağından narkotik vasitə aşkar edilmişdir. Lakin onun Vüqarın yaşadıqları mənzildə narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək saxlamasından məlumatı olmayıbdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 18,37 qram olan olan narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 405 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,802 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər...'' sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 18,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı... ünvandan aşkar olunmuş narkotik maddəyə bənzər kütlə” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd yaşıl rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi-405 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı...ünvandan aşkar olunmuş narkotik maddəyə bənzər...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 22,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana təkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 16 yanvar 2022-ci il tarixli 72 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Həmçinin Şahid3 barəsində cinayət təqibi rədd edilmişdir. Məhkəmə bioloji ekspertizasının keçilməsinə sərf edildikdən sonra qalıq çəkisi 18,32 qram və 404.90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 22,702 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq saxlanması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli 1(051)-131/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-131/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-131/2021 saylı hökmü təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 3 ay 22 gün hissəsi 1 il azaldılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin 31 yanvar 2022ci il tarixli qərarı ilə amnistiya aktına əsasən məhkumun cəzası 1 (bir) il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzanın icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, tutulmanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixədək 1 il 3 ay 16 günü icra olunmuş, 2 ay 10 günü icra olunmamış qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” və satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “tiryək”əldə edib üzərində saxlayıb daşımaqla və yaşadığı ünvan 5 ünvanında saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə çəkisi 423,37 qram olan narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18.37 qram olan hissəsini üzərində gəzdirərək əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibində saxlayaraq daşımış, həmçinin həmin narkotik vasitə qurudulmuş marixuanadan 1 (bir) ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 405 qram olan hissəsini, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22.802 qram olan narkotik vasitə tiryəki yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 4, mənzil 6 ünvanındakı mənzilində yataq otağındakı çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən 31 saylı yaşayış binasının yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11 radələrində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18,37 qram olan narkotik vasitə qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli gödəkcənin sol iç cibindən, 1 ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 405 qram olan qurudulmuş marixuana və 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,802 qram olan tiryək isə həmin gün saat 13 radələrində Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov prospekti 4 saylı evin 6 saylı mənzilinə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərarı ilə amnistiya aktına əsasən məhkumun cəzası 1 (bir) il müddətə azaldılmışdır. Cəzanı icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan və cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 17 dekabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, tutulmanın başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixədək 1 il 3 ay 16 günü icra olunmuş, 2 ay 10 günü icra olunmamış qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işi materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il tarixdə doğulmuş Mədinə adlı uşağı vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2021-ci il tarixli 1(051)–131/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 2 (iki) ay, 10 (on) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) ay 5 (beş) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 16 dekabr 2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinin 17 dekabr 2022–ci il tarixli 4(051)–118/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin başlanğıcı 16 dekabr 2022–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertizadan sonra qalıq çəkisi 18,32 qram və 404,90 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 22,702 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 107.91 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) ay 5 (beş) gün müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 18.32 qram və 404.90 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 22.702 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 107.91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar