Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2024 23.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər Konsensuss vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdam rayon Qiyaslı kəndində qeydiyyatda olmaqla Ağdam rayon Baharlı qəsəbəsi ev 254-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ildə avqust ayının 6-dan 7-nə keçən gecə saat 00 radələrində 01 iyul 2020-ci il tarixdə boşandığı keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi 4A saylı binanın 1-ci mərtəbəsində yerləşən 1 nömrəli mənzilin qarşısına gələrək mənzilin pəncərəsindən sonuncunun yataq otağında paltarını dəyişdiyini və telefonla bir nəfər tanımadığı kişi cinsli şəxslə səsgücləndirici vasitəsi ilə danışdığını görərək gələcəkdə məhkəmədə aralarında yaranacaq mülki mübahisə üzrə qanunsuz üstünlük əldə etmək və məhkəmənin qərarı ilə birgə nikahlarından olan övladlarını himayəsində saxlamasına nail olmaq məqsədi ilə Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan ona məxsus şəxsi və ailə həyatının olan, yəni sonuncunun yataq otağında soyunması, alt paltarında telefonla danışmasını əks etdirən məlumatları gizli qaydada istifadəsində olan “REDMİ 8” markalı mobil telefonla video çəkiliş apararaq qanunsuz topladıqdan sonra cinayətkar niyyətini davam etdirmək və Zərərçəkmiş şəxs danışdığı şəxsin kimliyini müəyyən etmək niyyəti ilə sonuncunun razılığı əsasında mənzilə daxil olaraq danışdığı şəxsin kimliyini deməsini tələb etməklə mübahisə yaratmış, Zərərçəkmiş şəxs məlumat verməyəcəyini dediyi üçün həmin şəxsi kimliyini müəyyən etmək məqsədi ilə sonuncunun istifadəsində olan “Samsung A53” markalı mobil telefonunu götürmüş, lakin Zərərçəkmiş şəxs ondan telefonu geri almaq istəyərkən əli ilə sonuncunun əlini sıxaraq arxaya qatlaması nəticəsində hər iki bazunun orta 1/3-nin iç səthinin qançırları yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan, o cümlədən sol əlin İV barmağının distal falanqasının proksimal ucunun qəlpəli-yerini dəyişmiş sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurub mobil telefonunu götürərək hadisə yerindən qaçmış, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs şəxsi və ailə həyatının sirri olan məlumatları özündə əks etdirən video çəkiliş materiallarını +**********9 mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqi vasitəsiylə anası Şahid3 və Zərərçəkmiş şəxs ailə üzvlərinə göndərməklə Zərərçəkmiş şəxs aid şəxsi və ailə həyatının sirri hesab olunan sağlamlıq vəziyyəti, ailə tərkibi, dostluq münasibətləri, intim görüntüləri və s. haqqında olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamış və həmin məlumatları yaymışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, Jaləni həqiqətən də videoya çəkmişdir. Ancaq onu videoya çəkmək də məqsədi anasına göstərmək idi. Çünki Jalənin anası deyirdi ki, onun qızı heç kimlə danışmır və münasibəti yoxdur. Onun şəxsiyyət vəsiqəsi Jaləgilin evinə düşmüşdür. O, övladı Nihatla onların evinə gəlmişdir. O, uzun müddət qapını döysə də, lakin Jalə qapını açmadı. Təxminən 15 dəqiqə oğlu ilə birgə qapının ağzında dayandılar. Oğlu Nihat dedi ki, pəncərənin çağır o, telefonla danışır ona görə eşitmir. O, ondan sonra yenə qapını döydü, lakin qapını açmadı. Təxminən 40 dəqiqə orada gözlədilər. Uzun müddətdən sonra Jalə qapını açdı. Ondan çığıraraq onun üzərinə hücum çəkdi. Oğlu Nihat bildirdi ki, gedək burdan. Qapı açıldıqdan sonra o, vəsiqəsini götürdü. O, Jalədən soruşdu ki, telefonla sevgi barəsində kimlə danışdığını soruşdu. O zaman Jalə ona cırmaq atdı. Ondan sonra uşaqla maşına oturub oradan uzaqlaşıblar. Həmin gün o, Jaləni telefonla danışdığı zaman telefona çəkmişdi. Çəkdikdən sonra isə o, çəkdiyi videonu Jalənin anasına göndərmişdir. Həmin videonu o, başqa şəxslərə göndərməmişdir. Videonu isə Jalənin anasına göndərməkdə məqsədi anasına onun qızının düz yolda olmadığını bildirmək idi. O, uzun müddət Rusiya Federasiyasında olub. Bura gəlməkdə məqsədi isə uşaqları görmək idi. Uşaqları götürməkdə məqsədi isə onları gəzdirmək idi. Uşaqların götürəndən sonra o, Ağdama getmişdir. Uşaqları ona demişdi ki, onlara çox pis baxırlar. Uşaqlara yaxşı baxmırdı. Onun barmağını o, qırmayıb. Onun barmağını onun bacısı qırıb. O, onunla orada heç bir münaqişəyə girməyib. O halda onun barmağını necə qıra bilərdi. O, Jaləyə heç bir təzyiq göstərməyib. Həmin vaxt o, sadəcə onu çəkib və cəmi bir dəfə çəkiliş edib. Ondan sonrada o, çəkilişləri saxlayıb, sonra da anasına göndərib. Onun anası isə həmin çəkilişi Jalənin anasına göndərib. Başqa heç kimə də göndərməyib. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2020-ci ildə Təqsirləndirilən şəxs ilə məhkəmə qaydasında boşandıqdan sonra Təqsirləndirilən şəxs Rusiya Federasiyasına köçmüş və arada bir uşaqlarını görmək üçün Mingəçevir şəhərinə gəlmişdir. Carı ilin avqust ayının 7-də işlədiyi "xxxx" MMC-nin Bakı şəhər ofisində keçiriləcək tədbirdə iştirak etməyi nəzərdə tutmuşdur. Həmin ərəfədə Təqsirləndirilən şəxs Rusiya Federasiyasından uşaqlarla görüşməyə gəlmişdir. Həmin vaxt övladlarını X7 və Şahid3 Nicat qızını ondan götürüb Ağdam rayonuna getmişdir. 2023-cü ilin avqust ayının 6-dan 7nə keçən gecə saat 00 radələrində ünvan 1 ünvanda yerləşən kirayə yaşadığı evdə Bakı şəhərinə yol avtobusu ilə çıxmağına hazırlaşarkən qapının döyülməsini eşidərək bacısı Şahid2 onu yola salmasına gəlməsini zənn edib qapını açmışdır. Lakin qapını açarkən Təqsirləndirilən şəxs qəflətən onun üzərinə hücum çəkərək boğazından əlləri ilə tutaraq boğmağa çalışmış, lakin bir təhər əlindən qaçaraq həyətə çıxmış və qonşuları köməyə çağırmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs arxasınca düşərək onu döymüş və əlində olan “Samsung A53” markalı mobil telefonunu zorla ələ keçirərək sol qolunun orta barmaqlarını sındırmış və yanından qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, bu barədə Nizami 21/1, mənzil 20-də yaşayan valideynlərinə bildirmiş və Bakıya işə getməli olduğundan anası Əzizə Həsənovanın “Samsung A10S” markalı mobil telefonu götürərək saat 01 radələrində sədərək avtobusu ilə yola çıxmışdır. Bakıda şirkətdə təxminən günorta saat 13 radələrində işlərini bitirdikdən sonra avtobus ilə Mingəçevir şəhərinə geri dönmüşdür. Yolda olduğu zaman anasının mobil telefonuna “whatsapp” tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs anası Şahid3 bir neçə ədəd videofayl gəlmişdir. Həmin videogörüntülərə baxdıqda ona 06 avqust 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs evinə gəlməmişdən əvvəl çöl tərəfdən aynabənddən əynini dəyişdiyi zaman onu gizlin olaraq mobil telefonuna çəkmiş və həmin videoları anasına göndərmişdir. Bundan bir neçə dəqiqə sonra ona bacısı Şahid1 zəng edərək Təqsirləndirilən şəxs həmin videoları ona da göndərdiyi barədə məlumat vermişdir. Bu zaman o, videogörüntüləri göndərən Şahid3 ilə telefon vasitəsi ilə danışaraq hansı səbəbdən oğlunun bu cür hərəkət etməsini soruşmuş, sonuncu isə onu təhqir edərək onu əxlaqsızlıqla məşğul olmasında ittiham etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə danışaraq sonuncunun gecə Bakı şəhərinə gedəcəyini bildirdiyindən onu həmin vaxt yola salmağa gələcəyini vədd etməsini, buna görə həmin gün gecə saatlarında yaşadığı ünvana getməsini, lakin orada Təqsirləndirilən şəxs binaya daxil olmasının görməsini, bu səbəbdən də sonuncunun Zərərçəkmiş şəxs yola salacağını düşünərək evinə geri dönməsini bildirmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 avqust 2023-cü il tarixdə təqribən saat 13 radələrində evdə olduğu zaman Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsindən ona “whatsapp” tətbiqi üzrə bir neçə ədəd videofayllar daxil olmuşdur. Həmin videofayllarda Zərərçəkmiş şəxs axşam saatlarında yaşadığı mənzildə güzgü qarşısında əynini dəyişdiyi əks olunmuşdur. Bu zaman o, məsələyə aydınlıq gətirməsi üçün əvvəl Zərərçəkmiş şəxs mobil telefonuna, daha sonra isə anası Əzizə Həsənovanın mobil telefonuna zəng etmişdir. Həmin vaxt mobil telefonu bacısı Zərərçəkmiş şəxs götürmüş və ona carı ilin avqustun 6dan 7-nə keçən gecə Təqsirləndirilən şəxs onun evinə gələrək onunla mübahisə yaratmasını, onu döyərək xəsarət yetirməsini və mobil telefonunu götürərək qaçmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs evinə gəlməmişdən əvvəl onu gizlin olaraq mobil telefonuna çəkmiş və həmin videogörüntüləri whatsapp tətbiqi vasitəsi ilə anası Şahid3, o isə öz növbəsində anası Əzizə Həsənovanın telefonuna göndərərək onu əxlaqsızlıqla məşğul olmasında ittiham etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona göndərdiyi görüntülər onda mövcud deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Şirinovun ifadəsində göstərilən xüsusatları təsdiq edərək oğlu Təqsirləndirilən şəxs ona 07 avqust 2023-cü il tarixdə göndərdiyi videogörüntüləri nəvələrinin tərbiyəsinə görə narahat olduğuna və Zərərçəkmiş şəxs illərdi ailəsinə yalan söylədiyinə görə, onun əxlaqsızlığını sübuta yetirmək üçün həmin görüntüləri Əzizə Həsənovaya və Emin Həsənova göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, X4 məxsus “Samsung A10S” marklı mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, “whatsapp” tətbiqində “+**********4” saylı mobil telefon nömrəsinin istifadəçisi “Nubar Orenburq” adlı söhbət vardır. Həmin söhbətə daxil olunarkən baxışda iştirak edən Əzizə Həsənova həmin Rusiya Federasiyasına aid edilmiş mobil telefon nömrəsinin keçmiş kürəkəni Təqsirləndirilən şəxs anası Şahid3 məxsus olmasını bildirdi. Həmin whatsapp söhbətinə baxdıqda Nubar Orenburq adlı şəxsdən 07 avqust 2023-cü il tarixdə saat 12:53də 5 ədəd videogörüntünün, saat 13:22-də isə 18 saniyəlik səs yazısının göndərilməsi görsənir. Əzizə Həsənova həmin görüntülərdə qızı Zərərçəkmiş şəxs yaşadığı mənzildə əyninin dəyişməsinin əks olunmasını bildirdi. Bundan sonra söhbətdə 09 avqust 2023-cü il tarixdə saat 09 radələrində “Nubar Orenburq” adlı şəxsdən 3 ədəd, müvafiq olaraq 08 saniyə, 3 dəqiqə 44 saniyə və 46 saniyə səs yazıları göndərilmişdir. Saat 10:18-də isə Əzizə Həsənova tərəfindən 3 dəqiqə 50 saniyəlik səs yazısı cavab olaraq göndərilmişdir. Əzizə Həsənova həmin səs yazılarında Şahid3 təhqir edici ifadələrlə danışması və qızının əxlaqsızlıqda ittiham etməsini bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, X4 məxsus “Samsung A10S” markalı mobil telefonunda müvafiq qaydada 01 ədəd “CD” diskə köçürülmüş 05 ədəd videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci videogörüntü 2:15 saniyə olmaqla həcmi 28.6 MB-dir. Həmin görüntünün həyət tərəfindən aynabəndən çəkilməsi müşahidə edilir. Hava qaranıqdır. Görüntüdə Zərərçəkmiş şəxs yataq otağında mobil telefon vasitəsi ilə açıq mikrofonla kişi cinsli bir nəfər şəxslə yüksək tonla ümumi müzakirə aparılması və aynabənd qarşısında əynini geyinərək hazırlaşması görsənir. Görüntülərin 01:42 dəqiqəsində Zərərçəkmiş şəxs həmin naməlum şəxslə telefon vasitəsi ilə danışaraq alt paltarda olmaqla kısa qol köynəyini geyinir, sonra həmin köynəyi əynindən çıxardır və alt paltarda aynabəndin qarşısında bir neçə saniyə dayanaraq əlindəki qara köynəyə baxır. Bundan sonra telefon vasitəsi ilə danışdığı şəxsə “koftamda batdı üzünə nəhlət, səni öldürəjəm” deyə ifadəsi işlədərək görüntü bitir. İkinci videogörüntü 1:07 saniyə olmaqla həcmi 13.4 MB-dir. Həmin görüntü mobil telefonuna video çəkən şəxsin kölgəsi görsənərək Zərərçəkmiş şəxs yaşadığı mənzilin aynabəndin qarşısına yaxınlaşması müşahidə edilir. Hava qaranlıqdır. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə şəxsi söhbətinə davam edir. Görüntülərdə Zərərçəkmiş şəxs həmin şəxsə Camal adı ilə müraciət edərək nalayiq ifadələr işlətməklə eyni zamanda paltarlarını şkafa yığır. Üçüncü video 1:41 saniyə olmaqla həcmi 19.8 MB-dir. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə aynabəndin qarşısında iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edir. Dördüncü video 1:15 saniyə olmaqla həcmi 20.9 MB-dir . Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edərək yataq otağını səliqəyə salır. Beşinci video 1:46 saniyə olmaqla həcmi 14.5 MB-dir. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edərək aynabəndin qarşısında kosmetik vasitələrdən istifadə edir. Beləliklə baxış zamanı müəyyən edilmişdir ki, Əzizə Həsənovanın mobil telefonuna göndərilən axşam saatlarında çəkilmiş 5 ədəd videogörüntülərdə Zərərçəkmiş şəxs yaşadığı mənzilin yataq otağında mobil telefon vasitəsi ilə mikrofonla bir nəfər kişi cinsli şəxslə danışaraq əynində olan paltarların dəyişməsi və aynabənd qarşısında yola çıxmağa hazırlaşması əks olunub. 01 ədəd “CD” diskə köçürülmüş 05 ədəd videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci videogörüntü 2:15 saniyə olmaqla həcmi 28.6 MB-dir. Həmin görüntünün həyət tərəfindən aynabəndən çəkilməsi müşahidə edilir. Hava qaranıqdır. Görüntüdə Zərərçəkmiş şəxs yataq otağında mobil telefon vasitəsi ilə açıq mikrofonla kişi cinsli bir nəfər şəxslə yüksək tonla ümumi müzakirə aparılması və aynabənd qarşısında əynini geyinərək hazırlaşması görsənir. Görüntülərin 01:42 dəqiqəsində Zərərçəkmiş şəxs həmin naməlum şəxslə telefon vasitəsi ilə danışaraq alt paltarda olmaqla kısa qol köynəyini geyinir, sonra həmin köynəyi əynindən çıxardır və alt paltarda aynabəndin qarşısında bir neçə saniyə dayanaraq əlindəki qara köynəyə baxır. Bundan sonra telefon vasitəsi ilə danışdığı şəxsə “koftamda batdı üzünə nəhlət, səni öldürəjəm” deyə ifadəsi işlədərək görüntü bitir. İkinci videogörüntü 1:07 saniyə olmaqla həcmi 13.4 MB-dir. Həmin görüntü mobil telefonuna video çəkən şəxsin kölgəsi görsənərək Zərərçəkmiş şəxs yaşadığı mənzilin aynabəndin qarşısına yaxınlaşması müşahidə edilir. Hava qaranlıqdır. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə şəxsi söhbətinə davam edir. Görüntülərdə Zərərçəkmiş şəxs həmin şəxsə Camal adı ilə müraciət edərək nalayiq ifadələr işlətməklə eyni zamanda paltarlarını şkafa yığır. Üçüncü video 1:41 saniyə olmaqla həcmi 19.8 MB-dir. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə aynabəndin qarşısında iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edir. Dördüncü video 1:15 saniyə olmaqla həcmi 20.9 MB-dir . Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edərək yataq otağını səliqəyə salır. Beşinci video 1:46 saniyə olmaqla həcmi 14.5 MB-dir. Görüntülərdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə açıq mikrofonla danışdığı kişi cinsli şəxslə iş üçün əhəmiyyət kəsb etməyən söhbətə davam edərək aynabəndin qarşısında kosmetik vasitələrdən istifadə edir. Beləliklə baxış zamanı müəyyən edilmişdir ki, Əzizə Həsənovanın mobil telefonuna göndərilən axşam saatlarında çəkilmiş 5 ədəd videogörüntülərdə Zərərçəkmiş şəxs yaşadığı mənzilin yataq otağında mobil telefon vasitəsi ilə mikrofonla bir nəfər kişi cinsli şəxslə danışaraq əynində olan paltarların dəyişməsi və aynabənd qarşısında yola çıxmağa hazırlaşması əks olunub. 08 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə Ağdam rayon ərazisində saxlanılaraq, Mingəçevir ŞPŞ-yə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. İbtidai istintaq dövründə Həsənova Təqsirləndirilən şəxs carı ilin avqust ayının 6dan 7-nə keçən gecə Zərərçəkmiş şəxs qəsdən sağlamlığa az ağır zərər vurduğu zaman götürdüyü sonuncuya məxsus “Samsung a53” markalı mobil telefonu xx.xx.2023-cü il tarixdə şəhər polis şöbəsində istintaq dövründə Zərərçəkmiş şəxs qaytarmışdır. Cinayət işinə əlavə edilmiş Mingəçevir ŞMX PHŞ-dan daxil olmuş məktubdan görsənir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xəstəxananın acil şöbəsinə müraciət etmiş və rentgen müayinəsi zamanı İV-cü barmağının distal falanqasının proksimal küncünün (İİİ) barmaq tərəfdə yerdəyişən sınığı aşkar edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 454 №-li rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hər iki bazunun orta 1/3-nin iç-arxa səthinin qançırları, sol əlin İV barmağının distal falanqasının proksimal ucunun qəlpəli-yerini dəyişmiş sınığı küt alətlərin(əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlərdən qançırlar sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Sol əlin İV barmağının distal falanqasının proksimal ucunun qəlpəli-yerini dəyişmiş sınığı səhhəti uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 805 №-li rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən nahiyəsində heç bir xəsarəti yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş Ağdam rayon Məhkəməsinin 20 may 2020ci il tarixli 2(013)-218/2020 №li qətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2013-cü il tarixli nikahları pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü Nihat və xx.xx.2016-cı il təvəllüdlü Nübar adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası Zərərçəkmiş şəxs himayəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli 2(013)-1293/2021 saylı qətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2012ci il təvəllüdlü Nihat və xx.xx.2016-cı il təvəllüdlü Nübar adlı uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs verilmişdir. Öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin, üzərində hadisə izlərinin saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə Zərərçəkmiş şəxs aid videogörüntüləri əks 01 ədəd CD disk, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla 18 dekabr 2023-cü il tarixli qərarla cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş və ona yenidən ittiham elan edilmişdir. 21 noyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Əməlin tövsif edilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 156.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 156.1-ci maddələrinə tövsif edilmiş və ona yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilməsi, əlavələr edilməklə ona yenidən ittiham edilməklə ona yenidən ittiham elan olunması haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.1-ci maddəsi xx.xx.2023-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək, əlavələr ediməklə ona AR CMnin 127.1 və 156.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, o, məhkum olunmayan şəxsdir. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şirinov X2 şəhəri Nizami prospekti ev 21/2, mənzil 20-də qeydiyyatdadır, həmin müddət ərzində onun haqqında şikayət daxil olmamışdır. İşdə olan Ağdam rayon İcra Hakmiyyəti Başcısının Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Birinci Baharlı köçkün qəsəbəsində atasına məxsus 254 saylı evdə müvəqqəti qeydiyyatdadır, ailə tərkibi arvadı: X8, oğlu: X7 və qızı X5r. İşdə olan Ağdam rayon İcra Hakmiyyəti Başcısının Birinci Baharlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs tez-tez Rusiya Federasiyasına getdiyi üçün daimi olaraq qəsəbə ərazisində yaşamır. Yaşadığı müddət ərzində qonşuları ilə daim yaxşı münasibətdə olmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin dindirmə protokolları, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkətlərini əks etdirən 01 ədəd CD disk və rəsmi sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün maddi sübutların saxlanc otağına təhfil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkən şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.1 və 156.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsini özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 156.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 68.3. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən n islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 156.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ilk dəfə böyük ictimai təhkükəı törətməyən cinayətlər törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri təyin ediməli, AR CM-nin 68-ci maddəsinə əsasən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla qəti cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 gün şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Ağdam rayonunun hüdudlarını tərk etməmək, Ağdam rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay müddətə islah işləri cəzası 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 127-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 08:00-dək yaşayış yerini və Ağdam rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Ağdam rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs aid videogörüntüləri əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd CD disk cinayət işində saxlanılsın. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-50/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver