Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-51/2020 21.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxssatış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,603 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xx xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayaraq daşımış və həmin gün saat 17:10 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən”Araz” supermarketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən göstərilən narkotik vasitə olan heroin onun əynində olan qara qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsməhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə olan heroin istifadə etmişdir. xx.xx.2020-cu il tarixdə səhər saat 09-radələrində Şəki şəhəri, 31-ci rayon M.Füzuli küçəsində piyada gəzən zaman yerdən bir ədəd siqaretin qara kağızma bükülmüş büküm tapmış və maraqlı olduğu üçün bükümü açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür.Bükümün içərisindəki narkotik vasitə olan heroini özü istifadə etdiyinə görə narkotik vasitə olan heroin olduğunu görmüşdür.O, içərisində heroin olan siqaretin qara kağızına bükülmüş bükümü əynimdə olan qış gödəkçənin sağ yan cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində onun xahişi ilə dostu Vüsal ilə birlikdə Vüsala məxsus **-BV-*** dövlət qeydiyyat nömrəli VAZ 21074 markalı avtomobil ilə Mingəçevir şəhərinə gəzməyə gəlmişlər. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində dostu Vüsal ilə birlikdə Mingəçevir şəhəri Araz marketin qarşısında olan zaman xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində Şəki şəhəri M.Füzuli küçəsində tapdığı narkotik vasitə əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir.Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçının qərarı ilə tutulmuş və ona maddi durumu yaxşı olmadığı üçün dövlət hesabına vəkil təyin edilmişdir.Həmin gün saat 18 radələrində polis şöbəsinin müvəqqəti saxlama yerində hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur.O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir.Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyim ona bildirilmişdir.Daha sonra üzərinə vəkilinin iştirakı ilıə videokameradan istifadə etməklə şəxsi-axtarış keçirilmişdir.Onun üzərindən əynində olan qış gödəkçəsinin sağ yan cibində bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur.Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və heroinə oxşar kütlənin ümumi çəkisi 0.840 qram olmuşdur. Bundan sonra o polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-cu il tarixdə səhər saatlarında Şəki şəhəri, M.Füzuli küçəsində piyada gəzən zaman yerdən tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir.Daha sonra polis işçiləri üzərinə şəxsi müayinə zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Şəki şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” supermarketin qarşısında VAZ 2107 markalı avtomobildə olan zaman görmüş və yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər.Bundan sonra Bayramov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir.Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızma bükülmüş büküm aşkar olunmuşdur.Aşkar olunmuş həmin bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitəmüəyyən edilmişdir.Həmin narkotik vasitəyə oxşar l(bir) ədəd siqaretin qara rəngli kağızma bükülmüş bükümün içindəki kütlələnin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş və içərisində narkotik vasitəyə oxşar kütlə bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm ilə birlikdə çəkisi 0.84 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş l(bir) ədəd siqaretin qara rəngli kağızına bükülüş bükümdə olan kütlənin heroin olduğunu, həmin heroini xx.xx.2020-ci il tarixdə yaşadığı Şəki şəhəri 31-ci rayon M.Füzuli küçəsində piyada gəzən zaman yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərdiyi xususatları öz ifadələrində təstiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 və Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 14 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-qara rəngli kağız bükümdə, təmiz çəkisi - 0.603 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 170 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinentdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə olunmuş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. X1 ona şamil edilən cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZĞUNLUĞU, İMPLUSİV TİP XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60,31 xəstəliyi keçirmişdir və keçirir.Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər ( Mingəçevir şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2020-cu il tarixli 150 saylı arayış, X2 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 042 saylı arayış) anamnestik məlumatlar və hazırkı ekspertiza ( ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz və kobud olması, söhbət zamanı əsəbiləşərək ekspert komissiyası ilə yersiz mübahisə etməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir.Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZĞUNLUĞU, İMPLUSİV TİP XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60,31 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələdsində olduğundan o, ona şamil edilən hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2020-ci il tarixdə öz hərəkətlərinə cavab verə bilmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs AR CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və ona hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs hal- hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Odur ki, həmin rəy sübüt növü kimi tanınmalıdır. İşə əlavə olunmuş Calğalı-bulaq məhəllə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Vaqif adlı uşağı vardır. Cinayət işinə əlavə olunmuş Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş elektron məhkəmə portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir və bununla əlaqədar 130 manat sosial ödəniş alır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Şəki rayon məhkəməsinin xx xxx 2020-ci il qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(075)- 22/2020 saylı hökmü ilə təyin olunmuş 2 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan, yəni 2 il 3 ay 12 gün hissəsi 1 il 1 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli xx xxxxxx 2020-ci il tarixdə yəni Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarılmamışdan törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CMnin 66.5 və 66.2-ci maddələrinə əsasən təyin ediməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşaqların olmasını cəzanıyüngülləşdirənhal kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının həmin məhkəmənin xx.xx.2020-ci il qərarı ilə əvəz edilmiş 1 il 1 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli. Əvvəlki hökmlə çəkilən cəza hazırkı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin başlanğıcı Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il qərarı ilə həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanmalı və həmin tarixdən həsbdə olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə İİ qrup əlil olduğu üçün tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs yaşadığıərazininnarkolojidispanserindəqeydəalınmalıdır. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 0,553 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 71,94 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: 27013141. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının həmin məhkəmənin xx.xx.2020-ci il qərarı ilə əvəz edilmiş 1 il 1 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək 02 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Əvvəlki hökmlə çəkilən cəza hazırkı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzanın müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin başlanğıcı Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il qərarı ilə həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablansın və həmin tarixdən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,553 qram heroin qalığı məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: 27013141. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti veriləb ilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-51/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-51/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver