Məhkəmə qərarları › İş №1(051)-51/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-51/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-51/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağdaş rayonu, Qobuüstü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 82/1, mənzil 13-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 72A, mənzil 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, «Dərya MK-12» markalı, 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahını əldə etmə və təyinatı üzrə istifadə hüququnu verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli, 2921 №-li şəhadətnaməni aldıqdan sonra, 03.12.2021-ci il tarixdə Bakı şəhərindən qanuni əsaslarla həmin tüfəngi əldə etdikdən sonra, 04.12.2021-ci il tarixdə saat 17 radələrində “Derya MK- 12” markalı, 12 kalibrli ov tüfəngini və dörd ədəd patronu özünə məxsus «Naz Lifan» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoyaraq bir ay əvvəl mübahisə etdiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, AzDress qəsəbəsində çay içməyə dəvət edərək avtomobilinə əyləşdirib Mingəçevir su anbarının kənarındakı buxtalara aparmış, avtomobildən düşdükdən sonra bir ay əvvəlki mübahisə ilə bağlı münasibətlərinə aydınlıq gətirməkdən ötrü hər üçü avtomobildən endikdən sonra aralarında gedən söhbət əsnasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “kişi ya döyülər, ya da öldürər” sözlərini deyərək avtomobilin arxa yük yerində saxladığı və gəzdirdiyi «Dərya MK-12» markalı, 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahınını çıxarıb, onu atəşə hazır vəziyyətə gətirərək gələcəkdə hədənin icra ediləcəyi üçün real əsaslar yaratmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında ədavətləri, düşməçilikləri olmamışdır. Şahid tanışıdır, Mingəçevir şəhər Nizami küçəsində yerləşən “Al ”marketdə işləyir. Zərərçəkmiş şəxs2 da əvvəllər Lalə ilə birlikdə marketdə işləmişdir. Elvini həmin vaxtdan tanıyır. Hazırda Şahid yenə də həmin marketdə işləyir, onun iş yoldaşı olmuş Elvin isə hazırda Mingəçevir şəhər Az Dres qəsəbəsində yerləşən “Al “ marketdə işləyir. Şahid həyat yoldaşı yoxdur boşanıbdır və himayəsində iki övladı var və mütəmadi olaraq həmin ailəyə maddi mənəvi dəstək olmuşdur. Təxminən 1 ay əvvəl o, Lalənin Elvinlə mobil telefonla danışmasını Lalənin işlədiyi marketdə olarkən eşitmişdir. Lakin onların münasibətinin nə olmasını Lalədən soruşmamışdır. Buna görə də təxminən 2021-ci ilin noyabr ayının 1-də səhər saatlarında o, Dres qəsəbəsinə getmiş, Elvini işlədiyi marketdə tapıb onunla salamlaşmış, daha sonra Elvindən mobil telefonunu verməsini istəmişdir. Lakin Elvin telefonu verməyib və nə üçün istəməsini soruşmuşdur. O, isə Elvinə səbəb olaraq birsöz deməmiş, lazım olmasını bildirmişdir. Bu zaman Elvin etiraz etdikdə və aralarında mübahisələri yaranmışdır. Həmin mübahisə marketin qarşısında çöldə baş vermişdir. Sözlə mübahisə baş vermiş, lakin Elvin yenə də telefonu nə üçün istədiyinin səbəbini bilməmişdir. Oradan qayıdıb gəlmişdir. Həmin gün günorta saatlarında Elvin ona zəng edərək görüşmək istədiyini bildirmiş, olduğu yeri soruşanda Mingəçevir şəhər H.Əliyev prospektində Atabank ASC-nin fillialının qarşısında olmasını Elvinə bildirmişdir. Özünə məxsus avtomobili ilə qeyd olunan yerə getmişdir. Gedəndə görüb ki, İstanbul kafesinin qarşısında Elvin və Zərərçəkmiş şəxs1 də oraya gəlmişdir. Elvinə onu nə üçün çağırdığını soruşanda Elvinin yanında gələn adını sonradan bildiyi Emin bildirib ki, “söhbəti Elvinlə yox, onun qardaşıdır onunla aydınlaşdır”. Bu zaman Emin ilə aralarında mübahisə yaranmışdır. Sözlə mübahisə zamanı sillə ilə Emini sifətindən bir dəfə vurmuş, Emin də onu iki dəfə yumruqla sifətindən vurmuşdur. Özünün sol ayağında deformasiya olduğundan və sağ ayağında qəlpələr olduğundan Eminin zərbəsinin təsirindən yerə yıxılmış, sonra Elvin və Emin çıxıb getmişlər. Daha sonra o, da oradan uzaqlaşmışdır. Daha sonra Elvinə dəfələrlə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Onlarla təkrar görüşməkdə məqsədi telefon məsələnin tam aydınlaşmaması və onu dəqiqləşdirmək istəyi olmuşdur. Lakin Elvin həmin vaxtdan sonra onunla görüşməmişdir. Daha sonra noyabr ayının 14-də Elvinə zəng edərək Eminin mobil telefonunu istəmiş və Eminlə onu vurduğuna görə söhbət etmək istədiyini bildirmişdir. Elvin dostu Eminin telefon nömrəsini vermiş, lakin onunla görüşməmişdir. Daha sonra Bakı şəhərinə getmiş 1 gün Bakı şəhərində qalıb sonra qayıdıb Mingəçevir şəhərinə gəlmişdir. Bir qədər vaxt keçdikdən sonra Bakı şəhərinə orada of tüfəngi almaq qərarına gəlmişdir. 28 May adlanan ərazidə yerləşən ovçular mağazasından ov tüfəngi almaq üçün müraciət etmiş tək şəxsiyyət vəsiqəsi təqdim edərək təxminən bir həftə sonra ona mağazadan zəng etmişlər ki, ov silahı hazırdır. O, da Bakı şəhərinə gedib və həmin mağazadan 12 kalibrli “Dərya MK-12” markalı yivsiz ov tüfəngi və müvafiq adına DİN-də qeydiyyatdan keçirilmiş sənədini almışdır. Sağlamlıq haqqında arayış və sair sənədlər almadan ov tüfəngini almışdır. Tüfənglə yanaşı bir neçə ədəd patron almış patronu və ov tüfəngini avtomobili yük yerinə qoymuşdur. 03.12.2021-ci il tarixdə Mingəçevir şəhərinə qayıtmış, gecə evində qalmış ov tüfəngi də maşının yük yerində qalmışdır. 04.12.2021-ci il tarixdə saat 08 radələrində avtomobilində Şüşə zavodunun arxasında su kənarına getmişdir. Orada tüfəngin vəziyyətini yoxlamaq üçün baxış keçirmişdir. Aldığı patronlardan bir ədədi tüfəngin güllə yuvasına yeritmiş atəşə hazır vəziyyətə gətirmişdir. lakin atəş açmamışdır. Ov tüfəngini həmin vəziyyətdə avtomobilin yük yerinə qoyub və sonra evinə getmişdir. Daha sonra həmin gün saat 17 radələrində Dres qəsəbəsinə getmiş və orada Elvin və Emin ilə görüşmüş, daha sonra onlara çay içərək söhbət etməyə getməyi təklif etmiş, daha sonra Elvin, onun yanında olan Emin və o, birlikdə ona məxsus avtomaşına əyləşib insanlar çox olan yerdə söhbət edə bilmədiyi üçün onlarla təklikdə söhbət edə bilmək üçün dəniz yoluna buxtalara getmişdir. 3-cü buxtada avtomaşından düşmüşlər. Yerdə olarkən Elvin və Emin avtomaşından düşdükdən sonra qaçıb getmişlər. Bundan sonra o, geriyə qayıdıb gələrkən polis əməkdaşları onu saxlatmış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində dövlət hesabına müdafiəçi təyin olunmuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş qanunla qadağan olunmuş əşya predmet aşkar olunmamışdır. Daha sonra isə nəqliyyat vasitəsinə baxış keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerində saxladığı ov tüfəngi aşkar olunmuş, həmçinin silahın güllə yuvasında bir ədəd patron, avtomobilin yük yerindən isə əlavə olaraq üç ədəd patron aşkar olunmuşdur. Daha sonra əməmlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 dostudur, Şahid və onun tanışı Məhəmədiyə Nuruyevi əvvəllər tanımamışdır. 2021-ci ilin noyabr ayının 1-də günorta saatlarında dostu Elvinlə görüşəndə o, bildirib ki, Məhəmmədiyə adlı şəxslə aralarında əsassız mübahisə yaranmışdır. Onlar birlikdə Məhəmədiyəni "xxxx" ASC-nin Mingəçevir şəhər fillalının qarşısına çağırmışlar, Məhəmədiyə ora gəldikdə Elvinlə mübahisənin səbəbini soruşanda Məhəmmədiyə onu sillə ilə vurdmuş, daha sonra Məhəmmədiyəni qucaqlayıb və sakitləşdirmək istəmiş bu zaman hər ikisi yerə yıxılmışlar. Daha sonra ayağa qalxmışlar, bu zaman Məhəmədiyə bıçaq çıxartmış və onlar oradan uzaqlaşmışlar. Həmin vaxtdan sonra təxminən bir ay keçmiş lakin aralarında hər hansı mübahisə və ya ədavət olmamışdır. Yenidən 04.12.2021-ci il tarixdə dostu Elvinlə görüşmək üçün onun işlədiyi Mingəeçvir şəhər Az Dress qəsəbəsində yerləşən mağazaya getmişdir. Orada Elvin işdən çıxarkən Məhəmmədiyə də ora gəlmiş, onlara yaxınlaşıb maşına oturmalarını demiş, lakin onlar razılaşmayaraq ehtiyyat etmişdir ki, bıçaq gətirmiş olar. Lakin Məhəmmədiyə çay içməyə getmək adı ilə onları aldatmış və Elvin və o birlikdə Məhəmmədiyənin avtomaşına əyləşmişlər. Bu zaman Məhəmədiyə avtomobili dəniz buxtası adlanan əraziyə doğru sürmüşdür. Dəniz yoluna getdiklərini gördükdə o, dəfələrlə Məhəmmədiyəyə uzağa getməyə gərək yoxdur, yol kənarında dayanıb danışaraq söhbət etməklərini demişdir. Lakin Məhəmədiyə məhəl qoymamış və yola davam etmişdir. X3 Anbarının 1-ci buxtasına girmişlər, lakin orada adamlar olmuşdur. Bu zaman Məhəmmədiyə geri dönüb növbəti buxtaya doğru gedəndə o, Whatsap mesajlaşma proqramı ilə Elvinə yazaraq Məhəmədiyənin keçmiş döyüşçü, müharibə iştirakçısı olmasını və silahı ola biləcəyini bildirmiş, avtomaşından düşərək qaçmağı təklif etmiş, bu zaman Məhəmmədiyə onlara bildirib ki, “yazdığınızı yazın, birazdan set tutmayacaq onsuz”. Onlar da 3-cü buxta adlanan yerə çatdıq avtomaşından düşmüş, bu zaman o, Məhəmədiyyənin qoluna girərək ki, cibində dəmir alət olub-olmamasını hiss edərək dəqiqləşdirmək istəmiş, söhbət zamanı Məhəmədiyə Elvinlə aralarındakı məsələ anlaşılmazlıq olmasını, lakin onunla söhbətə aydınlıq gətirməli olduğunu demişdir. O, da Məhəmmədiyədən üzrxahqlıq etmiş və bildirib ki, “istəyirsənsə məni vur”. Lakin Məhəmədiyə “kişi adam vurmaz ya döyülər ya öldürər” deyərək və maşının açarını zamokdan götürüb maşının yük yerinə doğru gedəndə onlar qaçmışlar. Qaçarkən silah atəşə hazır olma səsi eşitmişlər. Bu zaman onlar ziq-zaq formalı qaçmışlar. Qaçarkən o, geri baxanda Məhəmmədiyənin əlində silah olmasını görmüş, təpəlik əraziyə qaçmağa davam etmişdir. Elvin də həmçinin başqa istiqamətə qaçmışdır. Məhəmmədiyə isə arxalarınca gəlməmiş və atəş açmamışdır. Daha sonra onlar polisə məlumat vermişlər. Təqsirləndirilən şəxs onlara “kişi ya döyülər ya da öldürər ” deyərək hədələyib və avtomobilin arxa yük yerinə yönəldikdə onlar qaçmışlar. Həmin vaxt qaçmasalar ona qarşı sözlə və yaxud hər hansı formada etiraz bildirsələr Məhəmmədiyə rahatlıqla avtomobilində olan tüfənglə onları öldürə bilərdi. Həmçinin onlar qaçaraq gizlənlər də daha sonralar da Məhəmmədiyə onları taparaq öldürə yaxud ağır xəsatə yetirə bilərçiş. Çünki Məhəmmədiyə bir ay müddətində onlarla mübahisəni yenidən başlamamış və yalnız ov tüfəngi aldıqdan sonra onlarla görüşməyə gəlmişdir. Həmin gündən sonra 06.12.2021-ci il tarixdə ona məxsus mobil telefona Təqsirləndirilən şəxs mesaj daxil olmuş, həmin mesajda Təqsirləndirilən şəxs qeyd etmişdir ki, öldürmək istəmədiyi üçün hazırda yaşayırılar. Əgər öldürmək istəsəydi əlindən qaça bilməzlərmiş. Lakin fiziki qüsurlu və onlardan yaşca çox böyük olmasına habelə onların iki nəfər olduğu halda o təkbaşına onları kimsə olmayan yerə aparması orada söhbət etməyi bildirdikdə onlar artıq başa düşmüşlər ki, Məhəmmədiyənin onlarla dava etməyə fiziki gücü yoxdur. Həmçinin söhbət etmək məqsədi olsaydı onları insanlar olmayan yerə aparmazdı. Buna görə də onlar Məhəmmədiyənin onlara qarşı qəsdi olmasını təxmin etmişlər. Lakin Avtomşaından düşdükdən sonra Məhəmmədiyə maşının yük yerinə gedib silahı götürdükdə o, artıq qaçmağa başlamışdır. Məhəmmədiyənin onları öldürmək məqsədilə atəş açmaq imkanı olduğu halda lakin Məhəmmədiyə atəş açmamış onlar da qaçaraq gizlənmişlər. Onlar qaçmağa davam edərkən Məhəmədiyə silahı atəşə hazır vəziyyətə gətirəndə onlar həmin vaxt qaçmağa davam edirmişlər. Həmin vaxt Məhəmmədiyə atəş açsaydı onları vura bilib-bilməyəcəyini bilməsə də, çünki onun silahının xarakteri və xüsusiyyətləri ona məlum olmamışdır. Lakin onlara doğru atəş açmadığı üçün deyə bilər ki, Məhəmmədiyə onları qorxudaraq hədələmişdir. Əgər öldürmək məqsədi olsaydı ən azından atəş açaraq buna cəhd etmiş olarmış. Həmçinin sonra mobil telefonla göndərdiyi mesajda onları öldürmək istəmədiyi üçün hazırda sağ olmaqlarını, öldürmək istəsə əlindən qaça bilməyəcəklərini bildirməsi də təsdiq edir ki, Məhəmmədiyə onları öldürmək istəməmiş, öldürəcəyi ilə hədələmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində Mingəçevir şəhər Nizami küçəsində yerləşən “Al Market”-də mağaza müdiri işləmişdir. Onunla birlikdə Şahid da işləmişdir. Həmin müddət ərzində Lalənin tanışı Təqsirləndirilən şəxs tanışmışdır. Aralarında hər hansı ədavət mübahisə olmamışdır. 2021-ci ilin oktyabr ayından etibarən Dres qəsəbəsində yerləşən “Al Market”-ə mağaza müdiri təyin olunmuş və orada işə başlamışdır. Lalə isə əvvəlki marketdə işinə davam etmişdir. Mağazanın işləri ilə əlaqədar dəfələrlə mobil telefonla Lalə ilə danışmışlar. Aralarında hər hansı qeyri-rəsmi münasibət olmamışdır. 2021-ci ilin noyabrın ilk günlərində Məhəmədiyə onun işlədiyi mağazaya gəlmişdir. Onu çölə çağırıb və ondan mobil telefonunu istəmişdir. O, Məhəmmədiyəyə nə üçün telefonunu istədiyini soruşmuş, Məhəmmədiyə isə səbəbini bildirməmişdir. Buna görə də telefonu ona verməmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Lakin mübahisənin böyüməsinə imkan verməyib oradan uzaqlaşmışdır. Daha sonra Laləyə zəng edib və tanışı Məhəmmədiyənin hərəkətlərini ona danışmış və nə üçün telefon istəməsini soruşmuşdur. Lalə isə bildirib ki, Məhəmədiyə onunla aralarında olan danışıqları səhv başa düşüb ona görə gəlmişdir. Həmin gün saat 18 radələrində dostu Emin ilə birlikdə Mİngəçevir şəhərində yerləşən Atabankın qarşısına gedərək Məhəmədiyəni oraya çağırmışlar. Məhəmədiyə gəldikdə ondan mübahisənin səbəbini soruşmuşlar. Bu zaman Məhəmədiyə dostu Emini sillə ilə vurmuşdur. Bu zaman mübahisə yaranmış, Emin Məhəmədiyəni qucaqladıqda hər ikisi yerə yıxılmışlar. O, dostu Eminlə Məhəmmədiyəni aralaşdırmışdır. Ayağa qalxdıqdan sonra Məhəmədiyə bıçaq çıxartmış və onlar oradan uzaqlaşmışlar. Həmin vaxtdan bir neçə gün keçdi lakin aralarında hər hansı mübahisə olmamışdır. Təxminən 15 gün həmin hadisədən sonra Məhəmmədiyə ona zəng edib və Eminin mobil nömrəsini istəmişdir. Eminin mobil nömrəsini Məhəmmədiyəyə vermişdir. Lakin Məhəmədiyə dostu Eminə zəng etməmişdir. Yenidən 04.12.2021-ci il tarixdə Məhəmədiyə səhər saatlarında onun özünə zəng etmiş və onunla və dostu Eminlə görüşmək istədiyini bildirmişdir. İşdən çıxdıqdan sonra görüşəcəklərini ona bildirmişdir. Həmin gün saat 17 radələrində işdən çıxarkən dostu Emin də onu gözləyərkən Məhəmmədiyə də gəlib marketin yaxınlığında dayanmasını görmüşdür. Məhəmmədiyə onlara yaxınlaşaraq maşınna oturmalarını və gedib söhbət etmələrini demişdir. Lakin o, avtomobilə oturmaq istəməmiş, ehtiyyat etmişdir ki, Məhəmmədiyə bıçaq gətirmiş olar. Lakin Məhəmədiyə çay içməyə getmək adı ilə onları aldatmış və avtomaşına əyləşmişlər. Emin də onunla birlikdə maşına əyləşmişdir. Bu zaman Məhəmədiyyə avtomobili dəniz buxtası adlanan əraziyə doğru sürmüş, dəniz yoluna getdiklərini gördükdə dostu Emin dəfələrlə Məhəmədiyyəyə uzağa getməyə gərək yoxdur, dayan yol kənarında danışaq demiş, lakin Məhəmədiyyə məhəl qoymamış, və davam etmişdir. Əvvəlcə 1-ci buxtaya girmişlər lakin orada adamlar olduğundan geri dönüb növbəti buxtaya doğru gedəndə Emin ona vhatsapla yazaraq Məhəmədiyyənin keçmiş döyüşçü olmasını və silahı ola biləcəyini bildirmişdir. Avtomaşından düşərək qaçmağı təklif etmişdir. Bu zaman Məhəmmədiyə onlara bildirib ki, “yazdığınızı yazın, birazdan set tutmayacaq onsuz”. Onlar da 3-cü buxta adlanan yerə çatdıqda avtomaşından düşmüşlər. Bu zaman Emin Məhəmmədiyyənin qoluna girərək yerdə söhbət etmişlər. Söhbət zamanı Məhəmədiyyə onunla aralarında olmuş məsələ anlaşılmazlıq olmasını, lakin Emin ilə söhbətə aydınlıq gətirməli olduğunu demişdir. Emin Məhəmmədiyədən üzrxahqlıq edərək və bildirmişdir ki, “istəyirsənsə məni vur” demişdir. Lakin Məhəmədiyə “kişi adam vurmaz ya döyülər ya öldürər” deyərək və maşının açarını zamokdan götürüb maşının yük yerinə doğru gedəndə onlar qaçmışlar. Qaçarkən silah atəşə hazır olma səsi eşitdikdə bu zaman ziq-zaq formalı qaçmağa davam etmişlər. Qaçarkən geri baxanda Məhəmmədiyənin əlində silah olmasını görmüşdür. Təpəlik əraziyə qaçaraq Emin də həmçinin başqa istiqamətə qaçaraq uzaqlaşdıqda Məhəmmədiyə onların arxasınca gəlməmiş və atəş açmamışdır. Daha sonra polisə məlumat vermişlər. Təqsirləndirilən şəxs onlara “kişi ya döyülər ya da öldürər ” deyərək hədələyib və avtomobilin arxa yük yerinə yönəldikdə onlar qaçmışlar. Həmin vaxt qaçmasalar ona qarşı sözlə və yaxud hər hansı formada etiraz bildirsələr Məhəmmədiyə rahatlıqla avtomobilində olan tüfənglə onları öldürə bilərdi. Həmçinin onlar qaçaraq gizlənlər də daha sonralar da Məhəmmədiyə onları taparaq öldürə yaxud ağır xəsatə yetirə bilərçiş. Çünki Məhəmmədiyə bir ay müddətində onlarla mübahisəni yenidən başlamamış və yalnız ov tüfəngi aldıqdan sonra onlarla görüşməyə gəlmişdir. Məhəmədiyyə onlarla söhbət edərkən onları öldürməklə və sair formada hədələməmişdir. Lakin avtomobilin yük yerindən silahı götürdüyü məqamadək onları şübhələndirməməyə çalışmışdır. Təqsirləndirilən şəxs onlar qaçarkən silahı atəşə hazır vəziyyətə gətirdikdən sonra da onlar hələ tam olaraq gizlənə bilməmişlər qaçmaqda davam etmişlər. Hesab edir ki, Məhəmmədiyənin onları öldürmək istəsə atəş açardı ən azından cəhd edərmiş, lakin o, atəş açmamışdır. Daha sonra hadisədən bir neçə gün sonra da dostu Eminə göndərdiyi mesajda Məhəmmədiyə öz niyətini tam aydınlaşdıraraq bildirib ki, öldürmək istəsə onlar qaça bilməzlərmiş, Məhəmmədiyə onları öldürmək istəmədiyi üçün onlar sağ qalmışlar. Bundan da görünür ki, Məhəmmədiyə onları öldürmək məqsədində olmamışdır, silahla qorxudaraq hədələmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işi materiallarında olan 04.12.2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs məxsus Naz Lifan markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən bir ədəd tüfəng çantasının içərisində 1 ədəd Derya MK-12 markalı 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahı, həmin silahın lülə yuvasında patron və silha taxılmış maqazinin içərisində patronlar aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-ballistik ekspertizasının 19.01.2022-ci il tarixli 22\57R №-li rəyinə əsasən müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş 01 ədəd 640- G21YD-668A1 № silah zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 12 kalibrli DƏRYA MK-12 modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Həmin silah ov etmək məqsədilə nəzərdə tutulmuş odlu yivsiz ov tüfəngidir.Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar.Tədqiqata təqdim edilmiş 03 ədəd daraq zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 12x70 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli DƏRYA MK-12 modelli sürgülü, hamar lüləli ov tüfənglərinin komplekt hissəsidir-darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdırlar. DİN-in KTİ –də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın 3-cü sualında qeyd olunan « Həmin tüfəngdən əvvəllər hər hansı cinayətdə istifadə olunub-olunmaması müəyyən edilsin » sualına cavab verilmədi. Beləliklə, məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs «Dərya MK-12» markalı, 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahını əldə etmə və təyinatı üzrə istifadə hüququnu verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli, 2921 №-li şəhadətnaməni aldıqdan sonra, 03.12.2021-ci il tarixdə Bakı şəhərindən qanuni əsaslarla həmin tüfəngi əldə etdikdən sonra, 04.12.2021-ci il tarixdə saat 17 radələrində “Derya MK-12” markalı, 12 kalibrli ov tüfəngini və dörd ədəd patronu özünə məxsus «Naz Lifan» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoyaraq bir ay əvvəl mübahisə etdiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, AzDress qəsəbəsində çay içməyə dəvət edərək avtomobilinə əyləşdirib Mingəçevir su anbarının kənarındakı buxtalara aparmış, avtomobildən düşdükdən sonra bir ay əvvəlki mübahisə ilə bağlı münasibətlərinə aydınlıq gətirməkdən ötrü hər üçü avtomobildən endikdən sonra aralarında gedən söhbət əsnasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “kişi ya döyülər, ya da öldürər” sözlərini deyərək avtomobilin arxa yük yerində saxladığı və gəzdirdiyi «Dərya MK-12» markalı, 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahınını çıxarıb, onu atəşə hazır vəziyyətə gətirərək gələcəkdə hədənin icra ediləcəyi üçün real əsaslar yaratmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməklə hədələmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər barışmış, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə madi sübut kimi tanınmış və Mingəçevir şəhər polis şöbəsində saxlanılan 1 ədəd “Derya MK 125” markalı 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahı, 3 ədəd daraq, tədqiqat aparıldıqdan sonra 2 ədəd 12 mm kalibirli patron törədilən cinayətdə istifadə edilən alət və vasitələr olduğu üçün əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə madi sübut kimi tanınmış və Mingəçevir şəhər polis şöbəsində saxlanılan 1 ədəd “Derya MK 125” markalı 640-G-**-YD-***-A-1 nömrəli yivsiz lüləli odlu ov silahı, 3 ədəd daraq, tədqiqat aparıldıqdan sonra 2 ədəd 12 mm kalibirli patron törədilən cinayətdə istifadə edilən alət və vasitələr olduğu üçün əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar