Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-51/2023 23.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs– xx.xx.1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Oğuz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 1 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Oğuz rayon məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müdddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış,məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti 7 №-li evin 16 №-li mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd №-si silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AKS-74 modelli, atəş üçün yararlı, döyüş təyinatlı, yivli - texniki cəhətdən saz avtomatı, 1 (bir) ədəd « Kalaşnikov » konstruksiyalı silahların funsional əhəmiyyət daşımayan, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, saz vəziyyətdə, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - sandıqçanı, 10 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli olmaqla həmin kalibrli « AK-74, AKS-74, AKS- 74U, RPK-74 » silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları 1 ədəd sellofan torbaya bükülmüş şəkildə üzərində saxlayaraq gəzdirmiş, 24 noyabr 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı binanın qarşısında yerləşən “Qələbə” çayxanasının həyətində saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək orada saat 20:15 radələrində üzərinə şəxsi axtarış keçirilərkən onun əlində olan 1 ədəd sellefan torbadan “Kalaşnikov” konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - sandıqça və 10 (on) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab olunan patronlar aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 1 ay əvvəl balıq tutmaq üçün Yevlax rayonu Havarlı kəndi yolunda “donbabeli” deyilən əraziyə getdi və orada kolkosun arasından 01 ədəd “Kalaşnikov” avtomatı, həmin avtomata məxsus daraq və patronlar tapdı. Həmin avtomatı özü ilə gətirib yaşadığı Mingəçevir şəhəri N.Nərimanov prospekti 7 saylı binanın blokundakı zirzəmidə gizlədərək saxladı. xx.xx.2022-ci il tarixdə həmin “Kalaşnikov” avtomatını aparıb atmaq məqsədilə sellofan torbaya bükərək özü ilə götürdü. Təxminən saat 20 radələrində Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı binanın arxasında yerləşən “Qələbə” çayxanasında çay içən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq odlu silah saxlaması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində ona vəkil təyin edildi və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə axtarış keçirilməsinə etiraz etmədi. Həmçinin ona üzərinə axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirildi. O da üzərinə axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etmədi. Üzərinə axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirildi. O, sellofan torbaya bükdüyü “Kalaşnikov” markalı, üzərində nömrə və nişanı olmayan, qara rənglə rənglənmiş odlu silahı təqdim etdi. Əməlində peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 20:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı binanın qarşısında yerləşən “Qələbə” çayxanasının həyətində olan zaman yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silah saxlama barədə polis şöbəsində məlumat olduğunu bildirdilər. Bundan sonra Əliyev X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, küt alət, narkotik vasitə və s. vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan sellofan torbaya bükülmüş vəziyyətdə olan odlu silahı könüllü olaraq təqdim etdi. Eyni zamanda üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmadı. Təqdim olunmuş həmin sellofan torbaya Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxış zamanı torbanın içərisində “Kalaşnikov” tipli odlu silah, həmin odlu silaha aid olan 1 ədəd sandıqça və 10 ədəd patron olması müəyyən olundu. Həmin 01 ədəd Kalaşnikov tipli odlu silah, 01 ədəd sandıqça və 10 ədəd patronun fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra həmin 01 ədəd Kalaşnikov tipli odlu silah, 10 ədəd patron və 01 ədəd sandıqça qablaşdırılaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd Kalaşnikov tipli odlu silahı, 01 ədəd sandıqçanı və həmin silaha aid 10 ədəd patron Yevlax rayonu, Havarlı kəndi ərazisində “Donbabeli” adlanan ərazidə balıq tutmaq üçün gedən zaman tapdığını, silahı tapdıqdan sonra yaşadığı binanın blokunda zirzəmidə saxladığını, atmaq məqsədilə üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid2, Şahid3 məhkəmə iclasında verdikləri ifadələr ilə, həmçinin Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 28-ci vərəqində olan 24 noyabr 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əlində olan bir neçə ədəd sellofan torbaya bükülmüş formada olan bir ədəd “Kalaşnikov” markalı, üzərində nömrə və nişan olmayan, qara rənglə rənglənmiş odlu silah və bir ədəd içərisində 10 ədəd patron olan daraq aşkar edilərək götürülmüşdür. İşin 36-39-cu vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 17/860 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 5,45 mm kalibrli, nömrəsi silinmiş, “Kalaşnikov” konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivliodlu avtomat silahıdır, sazdır. -MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş ”Silah təqdim edilən vəziyyətdə atəşə yararlıdırmı?” sualını cavablandırmaq mümkün olmadı. -Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron 5,45 mm kalibrli olub, həmin kalibrə malik (AK- 74, AKS-74, AKS-74U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İşin 111-116-cı vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 22/757R saylı rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş 01 ədəd №-si silinmiş silah, 5,45 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərinə sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -Təqdiqata təqdim edilmiş 10 ədəd patronlardan, 06 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində və 04 ədədi isə Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzrdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd №-si silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AKS-74 modelli, atəş üçün yararlı, döyüş təyinatlı, yivli texniki cəhətdən saz avtomatı, 1 (bir) ədəd « Kalaşnikov » konstruksiyalı silahların funsional əhəmiyyət daşımayan, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, saz vəziyyətdə, istifadəyə yararlı Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - sandıqçanı, 10 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli olmaqla həmin kalibrli « AK-74, AKS-74, AKS-74U, RPK-74 » silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları 1 ədəd sellofan torbaya bükülmüş şəkildə üzərində saxlayaraq gəzdirmiş, 24 noyabr 2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı binanın qarşısında yerləşən “Qələbə” çayxanasının həyətində saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək orada saat 20:15 radələrində üzərinə şəxsi axtarış keçirilərkən onun əlində olan 1 ədəd sellefan torbadan “Kalaşnikov” konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - sandıqça və 10 (on) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab olunan patronlar aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 109-cu vərəqində olan xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 100-102-ci vərəqlərində olan Oğuz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(054)- 30/2021 saylı hökmündən və 77-79-cu vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 1 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, Oğuz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 69-71-ci vərəqlərində olan Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(075)- 285/21 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 05 ay 01 gün azadlıqdan məhrumetmə cəzası 06(altı) ay azaldılmışdır. Cinayət işinə əlavə edilmiş Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(075)-159/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən onun əməllərində cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 228.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 23-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi kimi tanınmış və Mingəçevir şəhər PŞ-də saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomat, 07 ədəd atəş üçün yararlı parton və 01 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 30,60 (otuz manat, altmış qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mingəçevir şəhər PŞ-də saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomat, 07 ədəd atəş üçün yararlı parton və 01 ədəd Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 30,60 (otuz manat, altmış qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-51/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-51/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver