Məhkəmə qərarları › İş №1(051)-51/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-51/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-51/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2005-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ massivi, 9cu küçə ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Mingəçevir şəhəri S.Vurğun meydanında olan S.Vurğun parkının içərisindəki çayxanaların yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə aralarında bir neçə ay əvvəl yaranmış və davam edən mübahisəli vəziyyət səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarın və ayaq nahiyyəsindən iki dəfə bıçaqla zərbə vuraraq, döş qəfəsində və sağ budunda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid yaralar xəsarətini yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, aylar öncə Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə yaranmışdır. Sonra o, işləmək üçün Xızı rayonuna getmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxsla telefonla danışan zaman onunla görüşmək istədiyini bildirmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs ona Mingəçevir kəndinə gəlməyini, yalnız orada görüşə biləcəyini bildirmiş, o, isə Zərərçəkmiş şəxs “Zərif” şadlıq sarayının arxasındakı qəbirstanlıq əraziyə dəvət etmiş, lakin Zərərçəkmiş şəxs gəlmədiyi üçün görüşə bilməmişlər. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində S.Vurğun meydanın yanında dayanan zaman Zərərçəkmiş şəxs velosipedlə gəlmiş, söhbət zamanı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs qolundakı saatı çıxarıb cibinə qoymuşdur. O, isə, Zərərçəkmiş şəxs onu vuracağını düşündüyü üçün əynindəki şalvarın arxa sağ cibində saxladığı bıçağı çıxarıb Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə vurmuşdur. Əslində məqsədi Elvinin ayağından zərbə endirmək olmuşdur. Elvin əyildiyindən bıçaq onun qarın nahiyyəsinə dəymişdir. Bundan sonra Elvin qalxaraq yenə onun üzərinə gəlmişdir. O, Elvinə gücü çatmayacağını ehtimal edərək yenə onu bıçaqla zərərsizləşdirməyə çalışmışdır. Bundan sonra o, yenidən bıçaqla Elvini vurmuş və zərbə onun sağ ayağının arxa yuxarı hissəsinə dəymişdir. Sonra Elvin əlinə keçən plakatı və çayxanın stolunu ona tərəf atdığı üçün o da Elvinə stol ataraq qaçıb oradan uzaqlaşıb getmişdir. Axşam saatlarında eve gedəndə polis əməkdaşları onun yaşadığı evə gələrək Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Hadisə zamanı ətrafda heç kim olmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin əvvəlki məhkəmə baxışında hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı polisə gələrkən təhqiqatçıya təhvil verdiyini bildirsə də növbəti baxış iclasında bıçağı Kür çayına atdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, aylar öncə Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisə yaranmışdır. Həmin mübahisədən sonra Təqsirləndirilən şəxsla görüşüb mübahisəni həll etmək istəmiş, lakin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Xızı rayonuna getmişdir. 2-3 ay bundan əvvəl Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, lakin görüşə bilməmişlər. xx.xx.2023-cü il tarixdə günorta 13 radələrində S.Vurğun meydanı tərəfindən velosipedlə keçən zaman Təqsirləndirilən şəxs görmüş və velosipedini saxlayaraq onunla görüşmüşdür. Sonra aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı o, qolundakı saatı çıxarıb cibinə qoymuşdur. Bu zaman Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla sağ əli ilə onun qarın nahiyyəsinə bir dəfə vurmuşdur. Sonra o, özünü qorumaq üçün biraz aralaşmış lakin Təqsirləndirilən şəxs yenidən bıçaqla zərbə endirdiyi üçün bıçaq onun sağ ayağının arxa yuxarı hissəsinə dəymişdir. Bundan sonra o, əlinə keçən plakat və çayxanın stolunu ona tərəf atmış, qarşılıq vermək üçün Təqsirləndirilən şəxs da orada əlinə keçən stolu ona tərəf ataraq qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs arxasınca getsə də sonuncunu itirmişdir. Sonra evə gedən zaman valideyni DİN-102 xidmətinə məlumat vermiş və təcili tibbi yardım avtomobili ilə Mingəçevir ŞMX-ya aparılmışdır. Sonra o, özü Mingəçevir ŞPŞ-nə müraciət etmişdir. Həmçinin, polis şöbəsində olarkən təhqiqatçı Elşən Şükürov ona bıçaq göstərərək həmin bıçaqla Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona maddənin sanksiyasında nəzərdə tutulan ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə arvadı Bənövşə Xasməmmədova ona zəng edərək oğlu Zərərçəkmiş şəxs xəsarət almasını bildirmişdir. O, isə tez bir zamanda özünü evə çatdırmış və oğlu Elvinin bıçaq xəsarəti almasını görmüş və bu zaman DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra təcili tibbi yardım çağırıb oğlunu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və oğlu Zərərçəkmiş şəxs Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bilidir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə dəfn mərasimində ofisiant işləyən zaman günorta saat 1-2 radələrində qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək bir nəfər şəxslə mübahisə edən zaman həmin şəxsi bıçaqladığını bildirmişdir. O, isə həmin vaxt səbirli olmasını, atasına zəng edəcəyini və gəlib onu götürüb Polis şöbəsinə aparmasını bildirmişdir. Atasına bir neçə dəfə zəng etdə də, atası telefona cavab verməmişdir. İşini yekunlaşdırıb yaşadıqları evə gedən zaman qardaşı Ələkbərin evdə olduğunu görmüş və evə çatdıqdan 5-10 dəqiqadan sonra yaşadıqları evə polis əməkdaşları gəlmiş və qardaşı Ələkbəri Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Qardaşı isə etiraz etmədən polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəgər PŞ-in TB-in təhqiqatçısı X4 ifadəsində bildirir ki, hadisə olan gün polis şöbəsində əməliyyat qrupunda növbədə olan zaman Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından ona məlumat daxil olmuşdur. Həmin hadisə ilə bağlı o, Mərkəzi Xəstəxanaya getmişdir. İş üzrə Zərərçəkmiş şəxs Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində ilkin olaraq zərərçəkmiş şəxslə şifahi söhbət aparılmışdır. Söhbət zamanı zərərçəmiş şəxs bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs ona bıçaqla iki dəfə zərbə vurmuşdur. Lakin cinayət aləti olmadığı üçün o, söhbət zamanı şifahi olaraq öz otağında özünə məxsus olan bıçağı ona göstərmiş, zərərçəkmiş şəxs isə həmin bıçağa oxşar bıçaq olduğunu demişdir. Lakin hadisənin törədildiyi bıçaq ona təqdim olunmamışdır. Sonra şəxsi işi ilə əlaqədar işdə olmadığı üçün, hadisə ilə bağlı araşdırmanın aparılması təhqiqatçı Qoşqar Əhmədliyə həvalə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər PŞ-in TB-in təhqiqatçısı X2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə bağlı icaatında məhkəməyədək sadələşdirilmiş icraat materialı olmuşdur. Ona araşdırma zamanı bıçaq təqdim olunmamışdır. İş üzrə təqsirləndirilən şəxs bildirmişdir ki, bıçağı Kür çayına atmışdır. Bundan başqa o, hadisə törədən şəxsin və hadisə zamanı istifadə etdiyi cib bıçağı ilə birlikdə izahatının alınması üçün hadisəni görən şəxslərin polis şöbəsinə gətirilməsi və göstərilən faktlar üzrə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı raportla müraciət etmişdir. Sonra o, tərəflərin izahatlarını almış və iş materialını yekunlaşdıraraq işi Mingəçevir Şəhər Məhkəməsinə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən S.Vurğun meydanındakı çayxanaların yaxınlığında törədilmişdir. (i.v.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X7 Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 818 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsində və sağ budunda yaralara kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan yüngül zərər vurmaya aiddirlər (i.v.11). Mingəçevir ŞPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Qoşqar Əhmədli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi faktı ilə əlaqədar hadisəni törədən şəxsin və hadisə zamanı istifadə etdiyi bıçaq ilə birlikdə, həmçinin hadisəni görən şəxslərin izahatlarının alınması üçün polis şöbəsinə gətirilmələri, eyni zamanda göstərilən faktlarla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün aiddiyəti üzrə ŞPŞ-nin cinayət-axtarış bölməsinə göstəriş verilməsinə dair şöbə rəisinə raportla müraciət etmişdir. Mingəçevir ŞPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Emin Şirəliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Qoşqar Əhmədlinin xx.xx.2023-cü il tarixli raportu əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs saxlanılaraq ŞPŞ-nin təhqiqat bölməsinə təhvil verilən zaman üzərində bıçaq aşkar edilməmiş, hadisəni görən şəxsləri müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 32). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli olması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. (AR CM-59.2) Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri və Yevlax rayon ərazisini hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhəri və Yevlax rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar