Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-51/2025 02.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də quraşdırıcı çilingər vəzifəsində işləyən, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(040)-5/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 5 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 ay 22 gün müddətə islah işləri cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs, sonuncunun arvadı Şahid2 Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə «xadiməçi» qismində işə düzəldəcəyini vəd verib, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun (Təqsirləndirilən şəxs) adına və istifadəsində olan "xxxx" ASC-də açdırdığı, **********17739 nömrəli «Leobank» plastik kart hesabına ünvan 3 ünvanından mobil tətbiqi vasitəsi ilə göndərdiyi 2000 manat, xx.xx.2024-cü il tarixdə eyni kart hesabına Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən «5+» marketdə quraşdırılmış «MPAY» terminalından göndərdiyi 1500 manat, xx.xx.2024-cü il tarixdə eyni kart hesabına Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən «5+» marketdə quraşdırılmış «MPAY» terminalından göndərdiyi 90 manat, xx.xx.2024-cü il tarixdə eyni kart hesabına ünvan 3 ünvanından mobil tətbiqi vasitəsi ilə göndərdiyi 310 manat, ümumilikdə 3900 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə və etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb, ələ keçirərək, dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, göstərmişdir ki, o, Laləni təxminən 2-3 ildir ki, tanıyır. Lalə Bakı şəhərində masaj xidməti göstərirdi. O, Laləni əvvəllər qeyri rəsmi münasibətdə olduğu Türkay adlı xanıma görə tanımışdır. Lakin daha sonra onun Türkayla münasibəti kəsilsə də Lalə ilə münasibət normal olaraq qalmışdır. 2023-cü ilin noyabr dekabr ayında Lalə ona zəng vurub uzun müddətdir görüşmədiklərini, o isə qısa müddətdə görüşəcəklərini bildirmişdir. 2023-cü ilin noyabr dekabr ayında o, Lalənin yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən evinə getmiş və həmin vaxt o, Lalənin yanında yaşayan Turanə adlı xanımla tanış olub aralarında qeyri rəsmi münasibət yarandığı üçün həmin vaxtdan o, Lalə ilə Turanənin qaldığı evə tez-tez gedib gəlməyə başlamışdır. Lalə onun əvvəllər “Nicoyl” bankda işlədiyini bildiyi üçün Mingəçevir şəhərində yaşayan tanışı Tural adlı şəxin arvadı Ülviyyəni Mingəçevir şəhərində məktəbə xadimə kimi işə düzəldə biləcəyini soruşduqda o, həmin vaxt onun maddi durumunun yaxşı olmadığından yalandan Laləyə dediyi şəxsi Mingəçevir şəhərində tam orta məktəbə xadimə kimi işə düzəldə biləcəyini bildirmişdir. Lalə ondan bunun üçün nə qədər pul vermək lazım olduğunu soruşduqda o, Laləyə bu barədə qısa müddətdə cavab verəcəyini bildirmişdir. O, 2-3 gün sonra Laləyə zəng vurub 2000 manat müqabilində həmin şəxsi məktəbə xadimə kimi işə düzəldə biləcəyini bildirmişdir. O, Laləyə həmin şəxsi 2000 manat müqabilində məktəbə işə düzəldə biləcəyini bildirsə də maddi durumunun yaxşı olmadığı üçün Lalənin dediyi şəxsdən 2000 manat pul aldıqdan sonra maddi sıxıntılarını həll edib daha sonra həmin şəxsin pulunu geri qaytaracağını düşünürdü. Yəni, onun pul almaqda məqsədi həmin şəxsi işə düzəltmək deyil qısa müddətdə maddi sıxıntılarını həll edib daha sonra həmin şəxsin pullarını geri qaytarmaq idi. 2023-cü ilin dekabr ayında ona Tural adlı şəxs zəng vurub özünü Lalənin tanışı kimi təqdim etmiş və işə qəbul edilmək istəyən şəxsin əri olduğunu bildirmişdir. O, Turala onun arvadı Ülviyyəni işə Minəçevir şəhərində xadimə kimi işə düzəltməyi üçün 2000 manat pul verməli olduğunu bildirmiş, bir müddət sonra Tural ona zəng vurub arvadı Ülviyyəni Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə xadimə kimi işə düzəltməyi üçün 4000 manat pul veməli olduğunu bildirmişdir. Bundan sonra Tural ona 2024-cü ilin yanvar və fevral ayında hissə-hissə olmaqla ona məxsus Leobank kart hesabına 3900 manat pul göndərmişdir. Həmçinin Tural arvadı Ülviyyənin sənədlərini tanımadığı qohumu vasitəsi ilə ona göndərmiş və Bakı şəhərində tanımadığı şəxs Ülviyyənin sənədlərini ona təqdim etmişdir. 2024-cü il fevral ayında Lalə onu Bakı şəhərində yaşadığı evə qonaq çağırmışdır. 2024-cü ilin fevral ayında o, Lalənin yaşadığı evə gedən zaman evdə Lalə, Turanə və ona pul göndərən Tural adlı şəxsin olduğunu görmüşdür. Evdə yeyib içmək məclisi qurulmuş və onlar bir qədər yeyib içən zaman Tural ondan hansı müddətdə arvadının işinin düzələcəyini soruşduqda o Turala 1-2 ay müddətində arvadının işinin düzələcəyini bildirmişdir. Həmin günü yeyib içən zaman Turalın Lalə ilə qeyri rəsmi münasibəti olduğunu bilmişdir. Məclisdən ilk öncə Tural çıxıb getmişdir. Lalə isə ona Turalın Bakı şəhərində qalmağa yeri olmadığını bildirdikdə o Laləyə onun çıxıb evinə gedəcəyini bildirmişdir. O, çıxıb getdikdən sonra Tural qayıdıb orada Lalə ilə birlikdə qalmışdır. Bir müddət sonra Tural ona zəng vurub arvadının işinin nə vaxt düzələcəyini soruşduqda o, Turala qısa müddətdə işinin alınacağını deyib aldadırmış. Lakin bir müddət sonra Tural artıq ondan pullarını geri tələb etməyə başlamışdır. O isə Turaldan almış olduğu 3900 manat pulu öz şəxsi xərclərinə xərclədiyi üçün həmin vaxt onun pulunu geri qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə geri ödəmişdir. Əməlindən səmimi peşmandır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin noyabr ayında TikTok sosial şəbəkəsində Lalə adlı xanımla tanış olmuş və onların mehriban münasibətləri yaranmışdır. Lalə ilə o, ancaq mobil telefonla və sosial şəbəkə üzərindən əlaqə saxlayırlarmış. Lakin o, Lalə ilə canlı görüşməmişdir. Lalə ona gözəllik salonu işlətdiyini deyirmiş. 2024-cü ilin yanvar ayında o, Lalə ilə mobil telefon ilə danışan zaman Lalə ona yaxşı vəzifədə işləyən qohumları olduğunu və istəsə onun ilə kimisə işə düzələ biləcəyini bildirmişdir. Bu zaman o, Laləyə arvadını Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə xadiməçi kimi işə düzəltmək istədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, bacısı X6 şəhəri, 17 saylı tam orta məktəbdə müəllimə işlədiyi üçün onlar həmin məktəbdə xadimə ştatının vakant olduğunu bilirdilər. O, Laləyə arvadını Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə xadimə kimi işə düzəltmək istədiyini bildirmiş, Lalə isə ona Təhsil Nazirliyində Samir adlı qohumunun işlədiyini və o, Bakıya həmin şəxslə görüşməyə dəvət etmişdir. O, həmin ərəfədə Samir adlı şəxslə danışmış, Samir ona arvadını Mingəçevir şəhəri 17 saylı tam orta məktəbə işə düzəltmək üçün 8000 manat pul vermək lazım olduğunu bildirmiş və ilk öncə 4000 manat sonra işə qəbul ilə bağlı əmr gəldikdən sonra qalan 4000 manatı verməli olduğunu bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş və Lalənin Bakı şəhərində Yasamal rayonunda yerləşən evində Samir adlı şəxslə görüşmüşlər. Lalənin evində o, Samir və Lalə yeyib içmiş və masa arxasında işə qəbul ilə bağlı danışmışlar. Samir Təhsil nazirliyində işlədiyini və ilk olaraq 4000 manat pul verməli olduğunu, 1 ay sonra işə qəbul olduqdan sonra qalan 4000 manatı verməli olduğunu bildirmişdir. O isə razılaşmış və daha sonra Samirlə siqaret çəkmək üçün çölə çıxan zaman Samirə arvadı Ülviyyəni işə düzəltməsi üçün 4000 manat pul vermişdir. Bu zaman onların yanında heç kim olmamışdır. Samir 1 ay müddətində arvadı Ülviyyənin əmrinin veriləcəyini bildirmiş, bundan sonra o, Mingəçevir şəhərinə geri qayıtmışdır. 2024-cü ilin yanvar ayında Samir ona zəng vurub arvadı Ülviyyənin Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə xadiməçi kimi əmrini verdirdiyini və qalan 4000 manat pulu göndərməyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, özünə məxsus bank kart hesabından Samirin adına olan bank kart hesabına 2000 göndərmiş və qalan pulu göndərəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 5+ marketdə yerləşən “mpay” terminaldan 1500 manat pulu Samirin adına olan “leo bank” kart hesabına göndərmiş və Samirə qalan pulu qısa vaxtda göndərəcəyini bildirmişdir. Bundan sonra eyni məqsəd ilə xx.xx.2024-cü il tarixdə Samirin adına olan “leo bank” kart hesabına Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 5+ marketdə olan “mpay" terminalından 90 manat pulu göndərmiş, daha sonra isə eyni məqsəd ilə xx.xx.2024-cü il tarixdə özünə məxsus bank hesabından Samirin adına olan “leo bank” kart hesabına 310 manat pulu arvadı Ülviyyəni Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə xadiməçi kimi işə düzəltmək üçün göndərmişdir. Lakin Samir bir müddət sonra onun zənglərinə cavab verməyərək verdiyi vədlərə əməl etməmiş və arvadı Ülviyyənin əmri verilməmişdir. Bundan sonra o, Laladən və Samirdən pulunu tələb etməyə başlamışdır. Lakin daha sonra həmin şəxslər onu bloka atdığı üçün həmin şəxslərlə əlaqə yarada bilməmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs ona Mingəçevir ŞPŞ-nə müraciə etdiyi günədək 400 manat pul göndərdiyini bildirmişdir. Samirin ondan aldığı məbləği tam olaraq ödədiyini, şikayəti olmadığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında əri Zərərçəkmiş şəxs onu Mingəçevir şəhərində yerləşən 17 saylı tam orta məktəbə xadiməçi kimi işə düzəltmək üçün Bakı şəhərində Samir adlı şəxslə tanış olduğunu bildirmişdir. X8 adlı şəxslə bu barədə danışdıqdan sonra Samir ərindən onu Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə işə düzəltmək üçün 8000 manat pul istəmişdir. 2024-cü ilin əvvəllərində Tural Bakı şəhərinə gedərək Samir adlı şəxslə görüşmüş və onun Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə işə düzəlməyi üçün ilkin olaraq 4000 manat pul vermişdir. Bundan sonra Samir adlı şəxs ərinə zəng vurub onun işə qəbul ilə bağlı əmrinin hazır olduğunu və qalan 4000 manat pulu göndərmək lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə X8in göndərdiyi “Leo bank” kart hesabına 2000 manat pul göndərmiş, xx.xx.2024-cü il tarixdə isə X8ə yenə də eyniməqsəd ilə 1500 manat pulu Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketdə olan “mpay” terminalından Samirə məxsus leobank kart hesabına göndərmiş, xx.xx.2024-cü il tarixdə X8ə məxsus Leobank kart hesabına 90 manat pulu Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “mpay” terminalından, xx.xx.2024-cü il tarixdə isə Samirə məxsus “Leo bank” kart hesabına 310 manat pul göndərmişdir. Samir qısa müddətdə onun işə çıxacağını bildirsə də daha sonra Samir verdiyi vədlərə əməl etməyərək onları aldatmışdır. Hazırda Samir onlardan aldığı məbləği tam olaraq ödəmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Samiri təxminən 2-3 ildir ki, tanıyırmış. Samir ilə ailəvi gediş gəlişləri vardır. 2023-cü noyabr ayında TikTok sosial şəbəkəsində Tural adlı şəxslə tanış olmuşdur. Tural Mingəçevir şəhərində yaşayırdı. O, Tural ilə Tik-Tokda mütamadi olaraq Tural ilə ünsiyyət saxlayırmış və səmimi münasibətləri yaranmışdır. Tural ilə TikTokda danışan zaman Tural arvadının işsiz oduğunu və əgər onun tanışı varsa onun arvadını məktəbə xadiməçi kimi işə düzəltməyinə köməklik etməyini xahiş etmişdir. Həmin vaxt Samir onlara qonaq gəlmiş və o, Samirə Tural adlı şəxslə səmimi münasibəti olduğunu və Mingəçevir şəhərində məktəbə xadiməçi kimi işə düzəldə biləcəyi tanışı olduğunu soruşduqda Samir yaxın tanışının vasitəsi ilə Turalın arvadını Mingəçevir şəhərində yerləşən orta məktəblərin birinə xadiməçi kimi işə düzəltməsinə köməklik edə biləcəyini bildirmişdir. Həmçinin bildirmişdir ki, Samir əvvəllər Nikoyl bankda işlədiyini bildiyi üçün onun əlaqələrinin geniş olduğunu düşünmüş və bu məqsəd ilə Samirdən Turala görə xahiş etmişdir. Samir Turalın arvadını Mingəçevir şəhərində yerləşən məktəblərin birinə xadiməçi kimi işə düzəltmək üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. Daha sonra onların mobil nömrələrini bir birilərinə vermiş və Samir ilə Tural özləri əlaqə saxlamışlar. Daha sonra o. Samirdən Turalın arvadı Ülviyyəni Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə işə düzəltmək istədiyini, Samirin isə bunun müqabilində əlavə olaraqda 2000 manat yəni ümumilikdə 4000 manat pul istəməsini bilmişdir. Samir onların evinə qonaq gələn zaman Turalın arvadı Ülviyyənin Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbə işə düzəltməsi üçün 3900 manat pul aldığını və qısa müddətdə Ülviyyənin Mingəçevir şəhərində yerləşən 17 saylı tam orta məktəbdə xadiməçi kimi işə başlayacağını bildirdi. 2024-cü ilin təxminən yanvar fevral aylarında Tural Bakı şəhərinə qonağ gəlmiş və o, Samirlə Turalı yaşadığı evə dəvət etmiş, yaşadığı evdə oturub yeyib içən zaman Samir Tural işlə bağlı danışmışlar. Lakin onlar danışarkən heç bir pul barədə söhbət getmirdi. Daha sonra Samir çıxıb getmiş, Tural isə həmin günü onun evində qonağ qalmışdır. Lakin daha sonra o, Turalın arvadının işinin alınmadığını və Samirin Turalı aldatdığını bilmişdir. Tural bu barədə ona iradını bildirdikdə o, da Samirə Turalın pulunu geri qaytarmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Turalın arvadını işə düzəltmək üçün aldığı puldan ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciəti əsasında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır (i.v.01). xx.xx.2024-cü il tarixli “sənədə baxış keçirmə və götürmə barədə” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bank kart hesabına 3900 manat pul göndərməsi öz əksini tapmışdır (i.v.8-12). xx.xx.2024-cü il tarixli “ittiham elan edilməsi üçün şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında” və həmin tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırlmışdır (i.v.35-39). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Həsənov X3 ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq aidiyyatı üzrə Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə təhvil verilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur (i.v.40-53). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittihamın elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi il təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır (i.v.60-61). xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 73-74). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3900 manat məbləğində pul aldığını etiraf etmişdir (i.v. 77-79). xx.xx.2024-cü il tarixli “sənədə baxış keçirmə və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan “Leo bank”a aid hesabdan çıxarışa baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə isə 310 manat Təqsirləndirilən şəxs hesabına yükləndiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlər hesabdan çıxarış ilə uyğundur və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3900 manat pul göndərməsi öz təsdiqini tapmışdır (i.v. 81-86). xx.xx.2024-cü il tarixli SB-01/426 №li Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız olaraq yaşayır (i.v 92). xx.xx.2024-cü il tarixli SB-01/427 №li Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 93). xx.xx.2024-cü il tarixli, 82148 saylı “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs narkoloji mərkəzdə qeydiyyatda durmur (i.v. 94). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə Qaradağ Rayon Məhkəməsi tərəfindən cinayət işinin icraatına xitam verilmiş, xx.xx.2024-cü il tarixdə Kəlbəcər RPŞ tərəfindən CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ tərəfindən CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir(i.v. 95-97). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 500 manatı Mingəçevir ŞPŞ-nin müstəntiqi, polis kapitanı X2 xidməti otağında təhvil almışdır (i.v. 99). Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(040)-5/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 5 faizi dövlət nəfmə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu üçün 2 gün müddətində islah işlərinin 4 gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 5 ay 22 gün müddətə islah işləri cəzası saxlanılmışdır (i.v. 118-127). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvədə saxlanması, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs 7900 manat məbləğdə pul verməsi ilə bağlı hissədə Zərərçəkmiş şəxs ifadələrinə tənqidi yanaşılması, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 130-137). xx.xx.2024-cü il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs etirazı barədə xüsusat vəsatət kimi qiymətləndirilib, əsassız hesab edilərək təmin olunmasının rədd edilməsi qərara alınmışdır (i.v. 143-144). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-51/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam şəkildə ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktuba əsasən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(040)- 5/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 5 faizi dövlət nəfinə tutulmaqla 05 ay 22 gün islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınsa da onun əmək haqqında tutulmalar aparılmadığından ona təyin olunmuş 05 ay 22 gün müddətinə islah işləri cəzası çəkilməmiş qalmışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşağı vardır. xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş aidiyyatı üzrə təhvil verilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X1 Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, təqsirləndirilən şəxs Həsənov X3 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs edilərək xx.xx.2025-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1- ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Himayəsində 1 azyaşlı uşağının olması (59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi (CM 59.1.13), təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsi (CM 59.2) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs Kəlbəcər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə tutulduğu 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 3 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, Bakı şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs Kəlbəcər Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində 1 il 1 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 3 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, Bakı şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-51/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-51/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver