Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-52/2021 17.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən Şahid2 məxsus kafenin qarşısında sözlə mübahisə yaratmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Xəqani Ocaqquluyevi nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Şahid2 ilə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi ev 15 saylı binanın arxasında olan maşın qarajlarının qarşısı ilə söhbət edə-edə gedərkən Zərərçəkmiş şəxs yerdən tapmış olduğu dəmir parçası ilə Təqsirləndirilən şəxs vurmaq istəyən zaman sonuncu bir dəfə təpik ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vurmuş və Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış, daha sonra isə Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vuraraq sonuncuya alın nahiyəsində yara və sol almacıq nahiyələrində qançır ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində əvvəllər tanıdığı Rəşadla birlikdə olan zaman Rəşad onun işlədiyi Plakstik sexinin yanında yerləşən Şahid2 məxsus kafenin sanitar qovşağına getmək istəmişdi. Əvvəllər tanıdığı Xəqani adlı şəxs buna imkan verməmişdir. Bu səbəbə görə də Xəqani ilə Rəşad arasında sözlə mübahisə yaranmışdır. Həmin günü saat 20 radələrində o, Rəşad və Vüsal onun işlədiyi Plastik sexinin qarşısında dayanıb söhbət edən zaman Xəqani onlara yaxınlaşaraq nə üçün Rəşadla onun arxası ilə danışdığını bildirdi. Rəşad ilə Xəqani arasında yenidən mübahisə yarandı. Mübahisə zamanı Vüsal Xəqani ilə Rəşadı sakitləşdirərək sonuncunu həmin yerdən aralaşdırmışdır. O, işlədiyi Plastik sexinin qarşısında dayanan zaman Röyal ona yaxınlaşaraq həmin yeri tərk etməyini ona kobud şəkildə dedi. Sonra Röyal ilə onun arasında mübahisə yarandı. Mmübahisə zamanı Xəqani onların bu söhbətlərinə müdaxilə etmişdir. O isə Xəqanini həmin yerdən uzaqlaşmağını, daha sonra söhbət edəcəklərini bildirmişdir. Röyal ilə o, Mingəçevir şəhər Y.Mənsurov küçəsi 15 saylı binanın arxasında olan maşın qarjalarının qarşısı ilə söhbət edə-edə gedən zaman Xəqani yerdən tapmış olduğu əlində olan dəmir parçası ilə yaxınlaşaraq onu vurmaq istədi. O, özünü müdafiə etmək məqsədi ilə Xəqanini qarn nahivyəsinə bir dəfə təpik ilə zərbə vurdu və zərbənin təsirindən Xəqani yerə yıxıldı. Daha sonra o, əsəbləşdiyi üçün yerə yıxılmış olan Xəqanini baş nahiyyəsinə bir neçə dəfə yumruq ilə zərbə vurdu. Həmin vaxt Şahid2 Zərərçəkmiş şəxs ilə onu araladı. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Rəşad adlı şəxs onun ofisant işlədiyi Şahid2 məxsus olan kafenin sanitar qovşağına getmək istədi. O, həmin kafenin qapısının bağlı olduğunu və Rəşadın içəri keçməsinin mümkün olmadığını bildirdi. Bu səbəbə görə də Rəşad ilə onun arasında sözlə mübahisə yarandı. Rəşad ilə onun arasında olan mübahisə yekunlaşdı. Bundan bir neçə saat sonra onun ofsiant işlədiyi kafenin sahibi olan Şahid2 kafeyə gəldi. O, Rəşad ilə arasında olan sözlə mübahisəni Röyala danışdı. Həmin gün saat 20 radələrində Təyyar, Rəşad və Vüsal Təqsirləndirilən şəxs işlədiyi Plastik sexinin qarşısında dayanıb söhbət edirdilər. Bu zaman o, Rəşada yaxınlaşaraq onun arxası ilə nə danışdığını Rəşaddan soruşdu. Rəşad ilə onun arasında yenidən sözlə mübahisə yarandı. Mübahisə zamanı Vüsal Rəşadı sakitləşdirərək həmin yerdən aralaşdırdı. Daha sonra isə o, Təyyara həmin yerdən çıxıb getməsini və səs-küy salmamalarını bildirdi. Röyal ilə Təyyar arasında sözlə mübahisə yarandığı üçün o, Röyal ilə Təyyara yaxınlaşaraq sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs onun həmin yerdən uzaqlaşmağını, onunla sonra söhbət edəcəyini bildirərək nalayiq ifadələr işlətdi. Bundan sonra Röyal ilə Təyyar kafenin yaxınlığında olan Mingəçevir şəhər Y.Mənsurov küçəsi 15 saylı binanın arxasıda olan maşın qarajlarının qarşısı ilə söhbət edə-edə gedirdilər. O, yerdən tapdığı dəmir parçası ilə Təqsirləndirilən şəxs yaxınlaşdı, onu təhqir etdi və Təyyarı vurmaq istədi. Təqsirləndirilən şəxs bir dəfə təpik ilə onun qarın nahiyyəsinə zərbə vurdu. O, zərbənin təsirindən yerə yıxıldı. Sonra Təqsirləndirilən şəxs onun baş nahiyyəsinə bir neçə dəfə yumruq vurdu. Həmin vaxt Şahid2 onları aralaşdırdı. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Materiala əlavə olunmuş məhkəmə tibb ekspertizasının 51 №li xx.xx.2021-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - alın nahiyyəsində yara və sol almacıq nahiyyələrində qançır - küt alətin təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gelir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şikayət verən şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir və onun törətmiş olduğu əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir Materialda olan DİN Baş əməliyyat və Statistika informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Materiala əlavə olunmuş əməli törətmiş Təqsirləndirilən şəxs və şikayət verən şəxs Zərərçəkmiş şəxs oğlunun ərizələrindən görünür ki, onlar barışmışlar, bir-birilərinə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə şikayət verən şəxsin və əməli törətmiş şəxsin ərizələrini nəzərə alaraq hesab edir ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-52/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-52/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver