Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-52/2022 22.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş və Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28.01.2022-ci il tarixdə saat 23:00 radələrində yaşadıqları ünvan 1 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərkən, sonuncuya «niyə mənim şəxsi işlərimə qarışırsan» deyərək münaqişə yaratmaqla qonaq otağındakı masanın üzərində olan təhqiqata məlum olmayan mətbəx bıçağını əlinə götürüb həmin bıçaqla bir dəfə sonuncunun qarın nahiyəsinin ön divarına vuraraq, ona qarının ön divarında kəsilmişdeşilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla 2002-ci ildə tanış olub ailə həyatı qurmuş və 2006-cı ildə birgə nikahdan övladı Şahid1 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət xoşbəxt yaşamışlar. Lakin son bir neçə ildir ki, həyat yoldaşı Zərərçəkmiş şəxsla aralarında tez-tez qısqanclıq zəmnində münaqişələr yaranmışdır. Hətta bu səbəbdən 2018-ci ildə həyat yoldaşı Zərərçəkmiş şəxsla boşanmışdır. Lakin buna baxmayaraq birgə nikahdan bir övladları olduğu üçün onun xətrinə bir yerdə yaşamışlar. Sonuncu dəfə 28.01.2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evin qonaq otağında divanda əyləşib özünə məxsus mobil telefonla internetdə maraqlı səhifələrə baxan zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs oraya gələrək ondan mobil telefonunu verməsini tələb etmişdir. Bu zaman o, mobil telefonunu Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək oğlu Şahid1 yanında şərəfini alçaltmışdır. Bu səbəbdən əsəbiləşərək qonaq otağında olan masanın üzərindəki kiçik həcmli mətbəx bıçağını əlinə götürüb qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs qarın nahiyyəsinin qanadığını görüb qorxaraq qaçıb evdən getmişdir. Hadisə yerindən uzaqlaşarkən isə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağını yaxınlıqdakı məişət tullantıları yerinə atmış və bir qədər sonra isə etdiyi əməldən peşman olub geri evə qayıtmışdır. Bundan sonra dərhal ŞMX-ın TTYS-na zəng edib çağırış etmişdir. Tez bir zamanda həkim briqadası yaşadıqları ünvana gəlib Zərərçəkmiş şəxs tibbi yardım göstərmiş və bundan sonra həkimlər hadisə ilə bağlı polis orqanına məlumat vermişlər. Daha sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş və həmin vaxt Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarına şikayət ərizəsi ilə müraciət etdiyini bildirmişlər. Daha sonra zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2002-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olub ailə həyatı qurmuşdur. 2006-cı ildə birgə nikahdan övladı Şahid1 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət xoşbəxt yaşamışlar. Lakin son bir neçə ildə aralarında qısqanclıq zəmnində münaqişələr yaranmış və bu səbəbdən də 2018-ci ildə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə boşanmışlar. Lakin buna baxmayaraq yenə də Təqsirləndirilən şəxs onunla bir evdə yaşamışdır. Sonuncu dəfə 28.01.2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evin qonaq otağında televizora baxan zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs divanda əyləşib öz mobil telefonu ilə oynamasını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonunu ona verməsini tələb etmişdir. Sonuncunun isə onun bu tələbini rədd etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşib Təqsirləndirilən şəxs nalayiq şəkildə təhqir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərində olan kiçik həcmli bıçağı əlinə götürüb qəsdən onun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun qarın nahiyyəsinin qanadığını görüb qorxaraq qaçıb evdən getmişdir. Bu zaman ona xəsarət yetirdiyi mətbəx bıçağını da özü ilə aparmış və təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs geri evə qayıdaraq ondan etdiyi əmələ görə üzr istəmiş və dərhal ŞMX-ın TTYS-na çağırış etmişdir. Tez bir zamanda həkim briqadası onun ünvanına gələrək tibbi yardım göstərmiş və polis orqanına baş verən hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra onun yaşadığı ünvana polis əməkdaşlarının gəlib hadisə ilə bağlı araşdırma aparmışlar. Bu zaman ünvana gələn polis əməkdaşlarına rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Daha sonra aşkar cinayət əməli törətmiş şəxs onunla barışmışdır. Ona görə də əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ailəvi dostudur. 28.01.2022-ci il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olan zaman dostu Zamanın oğlu Rasim ona zəng edərək atası və anası arasında dava-dalaş baş verməsini və onların yaşadıqları ünvana getməyini söyləmişdir. Bundan sonra dostu Zamanın evinə gedən zaman orada həkim briqadasının ona tibbi yardım göstərməsinin şahidi olmuşdur. Nə baş verdiyini Şahid1 soruşarkən anası Arzunun öz mobil telefonu ilə oynayan zaman atası Zama ondan telefonunu verməsini tələb etmiş, bu zaman anası Arzu da özünə aid telefonu atası Zamana verməmişdir. Nəticədə onların arasında münaqişə yaranmış, bu zaman atası Zaman anası Arzunu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra anası Arzu da əsəbləşərək qonaq otağındakı masanın üzərində olan kiçik həcmli mətbəx bıçağını götürüb qəsdən atası Zamanın qarın nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. bundan sonra anası Arzu zəng edib TTYS-na çağırış etmiş, tez bir zamanda həkim briqadası oraya gələrək atası Zamana tibbi yardım göstərmişdir. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 28.01.2022-ci il tarixdə saat 23:00 radələrində yaşadıqları ünvan 1 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə edərkən, sonuncuya «niyə mənim şəxsi işlərimə qarışırsan» deyərək münaqişə yaratmaqla qonaq otağındakı masanın üzərində olan təhqiqata məlum olmayan mətbəx bıçağını əlinə götürüb həmin bıçaqla bir dəfə sonuncunun qarın nahiyəsinin ön divarına vuraraq, ona qarının ön divarında kəsilmişdeşilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 29.01.2022-ci il tarixli, 63 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - qarının ön divarında kəsilmiş-deşilmiş yara, kəsici-deşici əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən 28.01.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-in BƏSİİ-dən alınmış 09.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərərçəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə və vəkil xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-52/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-52/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver