Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-52/2024 26.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi,dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il 03 ay azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün müddəti vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Məmmədov X3 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 25 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunaraq məhkumluğunun ödənilməməsinə və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsinə baxmayaraq, islah olunmayaraq, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahısının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, 1 ədəd qızılı-ağ kağız bükümündə, təmiz çəkisi 0,328 qram narkotik vasitə - heroini üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Günəş küçəsinin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılıb, həmin gün saat 13:15-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,328 qram olan narkotik vasitə - heroin aşkar edilərək, götürülmüşdür. Bundan başqa o, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müvafiq miqdarları özündə əks etdirən 1 siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi, 484,03 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın 475 qram olan hissəsini yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30/1 nömrəli binanın 56 saylı mənzilindəki yataq otağındakı çarpayının arxa tərəfində bir ədəd şəffaf rəngli selofan torbanın içərisində saxlamış, 9,03 qram olan hissəsini isə əynində olan boz rəngli şalvarın sol yan cibində saxlayaraq, daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30/1 nömrəli binanın yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-nə aparılmış və üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 9,03 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin gün saat 16:02-dən 16:11-dək olan müddət ərzində onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 30/1 nömrəli binanın 56 №-li mənzilində axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs mənzilinin yataq otağında çarpayının arxa tərəfində saxladığı 475 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə o, Mingəçevir şəhəri, 1 nömrəli məktəbin yaxınlığında yerdən bir ədəd kibrit qutusu tapmışdır. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin kibrit qutusunun götürüb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüşdür. Sonra həmin narkotik vasitəni o, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlətmiş və həmin heroindən bir qədər istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Mingəçevir şəhəri, Günəş küçəsi ilə piyada gedən zaman 2 gün öncə tapmış olduğu narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində gizlətmişdir. Həmin vaxt polis əməkdaşları yaxınlaşıb onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməyi ona bildirmişlər. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd kağız büküm aşkar olunmuşdur. Həmin büküm içərisindəki kütlənin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və heroinin ümumi çəkisi 0.53 qram olmuşdur. Həmin narkotik vasitə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndi ilə Varavara kəndlərindən piyada keçən zaman yolun kənarında 01 ədəd sellafon torba tapmış və həmin sellafon torbanın içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmişdir. Sonra o, sellafon torbanı yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 30/1 saylı binanın 56 nömrəli mənzilində yataq otağında çarpayının baş hissəsində gizlətmişdir. O, hər gün həmin narkotik vasitənin üzərindən özü istifadə məqsədi ilə bir qədər götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o, yaşadığı evdən çıxan zaman yataq otağında gizlətdiyi narkotik vasitə olan qurudulmuş mariuxnanm üzərində bir qədər ağ rəngli kağız bükümə qoyub əynindəki boz rəngli şalvarın sol yan cibində özü istifadə məqsədi ilə götürmüşdür. Lakin evdən çıxıb binanın yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirdilər və onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları tərəfindən onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuş, o da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Axtarış zamanı onun əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin büküm narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 10.85 qram olmuşdur. Həmin narkotik vasitə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə onun yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 30/1, 56 saylı mənzilinə baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağında çarpayının arxasında 01 ədəd şəffaf rəngli sellafon bükümü təqdim etmişdir. Həmin sellafon torbada olan qurudulmuş marixuananın ümumi çəkisi 480 qram olması müəyyən edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Əliyev X7 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 30/1 saylı binanın qarşısında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirilmişdir. Onu polis şöbəsinə dəvət etmişlər, o da, polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuş, o da etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar edilmiş 01 ədəd kağız büküm açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitənin ümumi çəkisi 10.85 qram omuşdur. Sonra narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kağız bükümün içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni təxminən 3-4 gün öncə Yevlax rayonu Havarlı kəndi ilə Varvara kəndi arasındakı yolda yolun kənarından ağ rəngli sellafon torbada tapmış və həmin ağ rəngli sellafon torbanı yaşadığı evdə yataq otağında gizlətdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına axtarış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağındakı olan çarpayının arxa hissəsindən 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanı çəkən zaman çəkisinin 480 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm prosesdə iştirak edən şəxslərin yanında qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 12:40 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Hüseynov X4 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Günəşli küçəsində piyada gəzən zaman yaxınlaşıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirilmişdir. Onu polis şöbəsinə dəvət etmişlər, o da, polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuş, o da etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kağız büküm açıldıqda içərisindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0.53 qram olunaraq götürülmüşdür. Narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş Şahid1 məhkəməyə təleqram göndərərək, məhkəmə prosesində iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı veridyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümü aşkar edilmişdir. Həmin bükmün icərisində narlkotik vasitəyə oxşar kütlə olması müəyyən eidlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü Yexlax rayonu ərazisində sellofan torba tapdığını, həmin torbada marixuana olmasını gördüyünü, onun üzərindən götürüb kağız bükümə qoyub istifadəsi üçün üzərində daşıdığını, qalan kütələnin isə torbada yaşadığı evdə olduğunu vəı satmaq niyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd ədəd kağız bükümün içərisində narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 10.85 qram olmuşdur. Həmin narkotik vasitə zərfə qoyularaq ARDİN 76 nömrəli möhürü ilə möhürlənmiş və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. “Baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına axtarış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağındakı olan çarpayının arxa hissəsindən 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanı çəkən zaman çəkisinin 480 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm prosesdə iştirak edən şəxslərin yanında qablaşdırılmış, möhürlənmişdir (i.v. 36-39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/726 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 9,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan nzarkotik vasitə...” sözləri, adları və imzalar yazılmış sellofan bağlamanın içərisindəki- 01 ədəd şəffaf sellofan torbanın içərisindəki, təmiz çəkisi – 475.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (i.v.47-49). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 483.88 qram narkotik vasitə qurudulmuş marixuana və 0.278 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.195-199). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1980 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (i.v.234). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0.328 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir (i.v.109- 111). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:15-dən tutulmuş hesab edilmişdir (i.v.94). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.134-135). “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan gorünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.136-137). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:35-dən tutulmuş hesab edilmişdir (i.v.28). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-85/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X3 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 04 ay 15 gün vaxtından əvvəl şərti azd olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 180.1, 234.1, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndini tətbiq edilərək, qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixli AR MM–in xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il 03 ay azadlqıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 25 gün müddəti vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır (i.v.148-150). Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 297875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə X1 şəhərində doğulmuş, atası- Təqsirləndirilən şəxs, anası- X2r (i.v.151). 14 saylı MİS-i tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 153). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,328 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 484,03 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin tərar törədilməsi və residivi cəzanı ağırlaşdıran haldır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar CM-nin 59.1-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olması, CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və residividir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən, ağırlaşdıran hallar, Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı, cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 9 (doqquz ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir Şəhər PŞ–də məsul saxlanca verilmiş 483.88 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0.278 qram olan narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri olan 105 manat 07 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-52/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-52/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver