Məhkəmə qərarları › İş №1(051)-52/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-52/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-52/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Hacıselli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyən, məhkumluğu olmayan, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 03 iyul 2020-ci ildən 22 aprel 2024cü ilədək BOKT "xxxx" ASC-nin Mingəçevir filialında bir sıra vəzifələrdə işləmiş, qeyd olunan filialda satış (kredit) mütəxəssisi vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, filial müdiri Şahid5 tərəfindən təsdiq olunmuş 14 aprel 2021-ci il tarixli vəzifə təlimatına əsasən filiala müraciət etmiş müştərilərə kredit barədə məlumat vermək, kredit götürülməsi şərtlərini izah etmək, müştərilərin barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq, kredit verilməsinə dair sənədləri hazırlamaq, müştərilərə imzalatdırılmasına cavabdeh olmaq, məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün bu məlumatları əks etdirən sənədləri filial müdirinə təqdim etmək, təqdim etdiyi məlumatların düzgünlüyünə görə bilavasitə məsuliyyət daşımaq, müştərilərə kredit verilməsi üçün sənədləşməni, həmçinin kredit qovluğunu tam hazırlamaq və kreditin verilməsini yerinə yetirmək, daim Filialın imicini və mənafeyini qorumaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyd olunan normativ sənədin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, BOKT "xxxx" ASC-yə məxsus pul vəsaitini, yəni etibar olunmuş əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədilə, rəsmi sənədlər, yəni xx.xx.2022-ci il tarixdə likvid dəyəri 519 ABŞ dolları (həmin günün məzənnəsi ilə 882,30 manat), satış dəyəri 812,5 ABŞ dolları (həmin günün məzənnəsi ilə 1381,25 manat) olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kulonu girov qoyaraq həmin tarixli 010/2022/890 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında 1400 (bir min dörd yüz) manat kredit götürmüş Zərərçəkmiş şəxs1 adına 18 ay müddətinə illik 52 faizlə 1400 (bir min dörd yüz) manat kredit verilməsinə dair 27 dekabr 2022-ci il tarixli 000/2022/31819 nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, "xxxx" ASC-yə məxsus üzərində İnternational kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş Şahid5 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib Zərərçəkmiş şəxs1 adına 1400 (bir min dörd yüz) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olaraq həmin məbləğin 1042 (bir min qırx iki) manat hissəsi sonuncunun adına olan xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaitini 27 dekabr 2022-ci il tarixdə saat 16:53:56-da “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus terminaldan nağdlaşdırmış, təkrarən cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs1 adına 20 ay müddətinə illik 52 faizlə 1490 (bir min dörd yüz doxsan) manat kredit verilməsinə dair 03 mart 2023-cü il tarixli 000/2023/36834 nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, "xxxx" ASC-yə məxsus üzərində İnternational kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262- 7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş Şahid6 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib Zərərçəkmiş şəxs1 adına 1490 (bir min dörd yüz doxsan) manat məbləğində kredit sənədləşdirilməsinə nail olaraq həmin məbləğin 1245 (bir min iki yüz qırx beş) manat hissəsi sonuncunun adına olan xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 245 manat məbləğində pul vəsaitini 03 mart 2023-cü il tarixdə saat 17:01-17:02-də iki dəfə olmaqla “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus terminaldan nağdlaşdırmaqla, BOKT "xxxx" ASC-yə məxsus olmaqla Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş ümumilikdə 603 (altı yüz üç) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamış, nəticədə fiziki şəxs Zərərçəkmiş şəxs1 adına sonuncu dəfə sənədləşdirilmiş xx.xx.2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqaviləsi üzrə 1590 (bir min beş yüz doxsan) manat məbləğində əsas borc, 647,27 (altı yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1497,70 manat) məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci ilin noyabr ayından 2020ci ilin iyul ayınadək "xxxx" MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. BOKT "xxxx" ASC-də 2020-ci iyul ayından 2021-ci ilədək kredit mütəxəssisi, 2021-ci ildən 2022-ci ilədək aparıcı kredit mütəxəssisi, 2022-ci ildən 2023-cü ilədək böyük kredit mütəxəssisi, 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayınadək baş kredit mütəxəssisi, 2024-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək isə qrup rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində filial müdiri vəzifəsində Şahid5 və Şahid6, əməliyyatçı-xəzinədar vəzifəsində X1 və Şahid3, zərgər vəzifəsində isə Şahid4 işləmişdir. Filialda işləyən digər kredit mütəxəssislərinin idarədaxili kurasiya nömrəsi olduğundan kredit mütəxəssisi kimi kurasiya nömrəsi 34 olmuşdur. Belə ki, filiala ilk dəfə müraciət etmiş müştəriyə bağlanılacaq müqavilənin şərtləri barədə hansı kredit mütəxəssisi tərəfindən məlumat verilmişdirsə, həmin müştəri filialda müqavilə bağlandıqdan sonra kurasiya nömrəsinə malik olan kredit mütəxəssisin müştərisi hesab olunmuşdur. Növbəti dəfə həmin müştəri filiala müraciət etdikdə kurasiya üzrə kredit mütəxəssisi tərəfindən kredit bağlanılması ilə əlaqədar əməli köməklik göstərilmişdir. Kredit mütəxəssisi kimi vəzifəsi BOKT “İnternational ASC-nin Mingəçevir filialına müraciət etmiş vətəndaşlara kredit(borc) və girov müqaviləsinin şərtləri barədə məlumatlandırmaqdan ibarət olmuşdur. Şərtlərlə razılaşan vətəndaşın girov qoyduğu qızıl-zinət əşyalar zərgər vəzifəsində işləyən Şahid4 tərəfindən qiymətləndirildikdən sonra bağlanmış kredit(borc) və girov müqaviləsi əsasında həmin vətəndaşa kredit verilmişdir. Kredit verilərkən müqavilə “BOKT İnternational ASC-nin İdarə heyəti tərəfindən vəkil təyin edilmiş filial müdiri, girov qoyan şəxs, kreditin verilməsinə nəzarət edən əməliyyatçı-xəzinədar vəzifəsində işləyən şəxsin imzası ilə təsdiq edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2022-ci ilin mart ayından BOKT "xxxx" ASC-nin Mingəçevir filialında 34-cü kurasiya nömrəsinin müştərisi, yəni onun müştərisi olduğuna görə sonuncunu qeyd olunan tarixdən etibarən tanımışdır. Belə ki, Nurəddin 09 mart 2022-ci il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına gələrək ona yaxınlaşmış və anası Şahid1 məxsus ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulon qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmək istədiyini bildirmişdir. Nurəddin qeyd olunan qızıl-zinət əşyalarını ona təqdim etdikdən sonra qızıl-zinət əşyalarının qiymətləndirilməsi, Nurəddinə verilə biləcək kredit məbləğinin müəyyənləşdirilməsindən ötrü filialda zərgər vəzifəsində işləyən Şahid4 qızıl-zinət əşyalarını təqdim etmişdir. Bundan sonra Şahid4 qızıl-zinət əşyalarını tərəzidə ölçərək ümumilikdə həmin qızıl-zinət əşyalarının xalis çəkisinin 27,58 qram olduğunu bildirmiş və ayrı-ayrılıqda Zərərçəkmiş şəxs1 təqdim etdiyi qızıl-zinət əşyalarının əyarı müəyyən edilərək orta bazar qiymətinə uyğun olaraq 1 qramının likvidi hesablanmışdır. Bundan sonra qızıl-zinət əşyalarının həmin tarixə olan orta bazar qiymətinə, həmçinin BOKT "xxxx" ASC-nin aktiv şərtlərinə uyğun olaraq Nurəddinə 1400 manat məbləğində kredit verilə biləcəyini, kreditin müddətinin 18 aylıq nəzərdə tutulduğunu və aylıq 113.61 manat məbləğində ödəniş etməli olduğunu, 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişi gecikdirdiyi təqdirdə həmin müddətdən sonra gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0,2 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq tutulacağını bildirmişdir. Bağlanılacaq kredit müqaviləsi və həmin müqaviləyə əsasən nəzərdə tutulmuş şərtlər barədə Nurəddini məlumatlandırdıqdan sonra sonuncuya şərtlərlə razı olub-olmadığını soruşmuşdur. Qeyd olunan şərtlərlə Nurəddin razılaşdıqdan sonra sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Zərərçəkmiş şəxs1, zərgər vəzifəsində işləyən Şahid4 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar X1 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təqdim etdiyi qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkili çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsi ilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş Şahid5 elektron poçt ünvanına göndərilmiş, daha sonra həmin sənədlər sonuncu tərəfindən elektron poçt vasitəsi ilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT "xxxx" ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Zərərçəkmiş şəxs1 barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş Südabə Əlibəyli tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Südabə tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və 09 mart 2022ci il tarixli, 010/2022/890 nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları Südabə Əlibəyli, filial müdiri Şahid5 və girov qoymuş müştəri Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, həmçinin əlavə olaraq girov qoyulmuş qızıl-zinət əşyasının fotoşəkli və Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Südabə tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT "xxxx" ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra kim tərəfindən verildiyini xatırlamadığı şəxs tərəfindən "xxxx" ASC-yə məxsus olan üzərində İntemational kredit təşkilatı yazılan, “9931-1070-0137-1598” PAN nömrəli local plastik kart Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Həmin plastik kart hesabına 1400 manat məbləğində pul vəsaitindən komissiya və digər proseslərlə bağlı pul vəsaiti çıxıldıqdan sonra 1331 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Zərərçəkmiş şəxs1 plastik kart təhvil verildikdən sonra aylıq olaraq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdə borc pul vəsaitinin ödənişini həyata keçirmişdir. Nurəddin 27 dekabr 2022-ci il tarixdə təkrarən filiala yaxınlaşaraq pul vəsaitinə ehtiyacı olduğunu, 09 mart 2022-ci il tarixdə bağlanmış kredit(borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və həmin tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək kredit (borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 27 dekabr 2022-ci il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun 09 mart 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən Şahid4 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1400 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 360 manat məbləğində pul vəsaitinin köçürüləcəyi, kredit borcunun 18 ay müddətinə olmaqla aylıq 113,61 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra kredit verilməsi proseduruna uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Zərərçəkmiş şəxs1, zərgər vəzifəsində işləyən Şahid4 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar Şahid3 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş Şahid5 elektron poçt ünvanına göndərilmişdir. Həmin sənədlər filial müdiri Şahid5 tərəfindən elektron poçt vasitəsilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT "xxxx" ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Zərərçəkmiş şəxs1 barəsində verilmiş məlumatlar əsasında əməliyyatçıxəzinədar vəzifəsində işləmiş Şahid3 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və 27 dekabr 2022-ci il tarixli, 000/2022/31819 nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları Şahid3, filial müdiri Şahid5 və girov qoymuş müştəri Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT "xxxx" ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra kim tərəfindən verildiyini xatırlamadığı şəxs tərəfindən Nurəddinə "xxxx" ASC-yə məxsus olan üzərində İnternational kredit təşkilatı yazılan, “9931-1070- 0262-7493” PAN nömrəli local plastik kart təhvil verilmişdir. Zərərçəkmiş şəxs1la müqavilə bağlandıqdan və həmin müqaviləyə əsasən plastik kart təhvil verildikdən sonra sonuncu aylıq nəzərdə tutulmuş kredit ödənişini həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 üçüncü dəfə kredit götürməklə əlaqədar 03 mart 2023-cü il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət edərək 27 dekabr 2022-ci il tarixdə bağlanmış kredit(borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və 09 mart 2022-ci il tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək bununla əlaqədar kredit (borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 03 mart 2023-cü il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun 09 mart 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən Şahid4 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1490 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 247 manat məbləğində pul vəsaitinin köçürüləcəyi kredit borcunun 20 ay müddətinə olmaqla aylıq 112.90 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra kredit verilməsi proseduruna uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Zərərçəkmiş şəxs1, zərgər vəzifəsində işləyən Şahid4 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar Şahid3 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsi ilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş Şahid6 elektron poçt ünvanına göndərilmişdir. Həmin sənədlər filial müdiri Şahid6 tərəfindən elektron poçt vasitəsi ilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT "xxxx" ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Zərərçəkmiş şəxs1 barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş Şahid3 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları Şahid3, filial müdiri Şahid6 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT "xxxx" ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra Zərərçəkmiş şəxs1 27 dekabr 2022-ci il tarixdə təhvil verilmiş “9931-1070-0262-7493” PAN nömrəli local plastik kartın özündə olub-olmamasını və kartın parolunu xatırlayıb-xatırlamamasını soruşduqda sonuncu həmin plastik kartın özündə olduğunu və kartın parolunu xatırladığını bildirdiyindən və həmin PAN nömrəli kartın istifadə müddəti bitmədiyindən bağlanılmış 03 mart 2023-cü il tarixli müqaviləyə əsasən veriləcək kredit həmin plastik kart hesabına köçürülmüşdür. Zərərçəkmiş şəxs1 həmin müqaviləyə əsasən ödənişləri altı ay müddətinə həyata keçirdikdən sonra 27 sentyabr 2023-cü il tarixdə 4-cü dəfə filiala müraciət edərək 03 mart 2023-cü il tarixdə bağlanmış kredit (borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və 09 mart 2022-ci il tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək 800 manat məbləğində kredit götürmək üçün kredit(borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 27 sentyabr 2023-cü il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun 09 mart 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən Şahid4 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1590 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 800 manat məbləğində pul vəsaitinin köçürülə bilməyəcəyi, yəni həmin hesaba 335 manat məbləğində pul vəsaitinin köçürüləcəyi, kredit borcunun 16 ay müddətinə olmaqla aylıq 139.83 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra yuxarıda qeyd etdiyi prosedurlara uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Zərərçəkmiş şəxs1, zərgər vəzifəsində işləyən Şahid4 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar Şahid3 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktını toplu sənəd şəklində həmin vaxt filial müdiri Şahid6 əmək məzuniyyətində olması səbəbi ilə filial müdiri vəzifəsini icra etdiyindən elektron poçt vasitəsi Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT "xxxx" ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərmişdir. Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Zərərçəkmiş şəxs1 barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş Şahid3 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və 27 sentyabr 2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları, Şahid3, Zərərçəkmiş şəxs1 və onun tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT "xxxx" ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra tərəfindən "xxxx" ASC-yə məxsus olan üzərində İnternational kredit təşkilatı yazılan, “9931-1070-0396-9761” PAN nömrəli local plastik kart Zərərçəkmiş şəxs1 təhvil verilmiş və sonuncu filialı tərk edərək getmişdir. 27 sentyabr 2023-cü il tarixdə iş saatı axşam saat 18:00-da bitdikdən sonra Mingəçevir şəhərində 1941-1945 adlanan ərazidə təsadüfi olaraq Zərərçəkmiş şəxs1la qarşılaşmış və sonuncu ona təqdim olunmuş plastik kartdan pul vəsaitini çıxara bilmədiyini bildirmişdir. Sonuncunun bu sözlərindən sonra köməklik məqsədilə yaxınlıqda olan "xxxx" ASC-nin terminalına yaxınlaşaraq plastik kartı terminala salmışdır. Daha sonra həmin plastik karta şifrə tətbiq etmiş və plastik kartda mövcud olan 335 manat məbləğində pul vəsaitini çıxararaq Nurəddinə təhvil vermişdir. Qeyd olunan tarixdən bir neçə gün sonra Nurəddinlə birlikdə anası Şahid1 və özünü Nurəddinin xalası kimi təqdim etmiş adını bilmədiyi şəxs BOKT İnternational ASC-nin Mingəçevir filialına gələrək ona müraciət etmiş və Zərərçəkmiş şəxs1 800 manat kredit istəməsinə baxmayaraq sonuncuya təqdim olunmuş plastik bank kartına nəyə əsasən 335 manat məbləğində pul vəsaiti köçürüldüyünü soruşmuşdurlar. Qeyd olunan şəxslər sözlərinə əlavə edərək Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin olduğunu və imzası ilə təsdiq etdiyi müqavilə barədə hər hansısa məlumatlarının olmadığını, gələcək günlərdə kreditlə bağlı Nurəddinin təkrarən müraciət etdiyi təqdirdə yenidən onunla müqavilə bağlanılmamasını xahiş etmişdirlər. Qeyd olunan şəxslərin bu sözlərinə cavab olaraq Zərərçəkmiş şəxs1 bir neçə il müddətdir ki, müştərisi olduğunu və müqavilə bağlanmamışdan qabaq sonuncuya müqavilənin şərtləri barədə ətraflı məlumat verildiyini və bu şərtlərlə razılığı əldə olunduqdan sonra müqavilə bağlanılaraq imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Əlavə olaraq Nurəddinin əlillik dərəcəsinin olduğunu bilmədiyini və onun bağlanmış müqavilənin şərtləri ilə razılığının əldə olunması və müqaviləni imzası ilə təsdiq etdikdən sonra hesablanmış kreditin verildiyini qeyd etmişdir. Həmçinin bundan sonra qeyd olunan şəxslərə Zərərçəkmiş şəxs1 800 manat məbləğində kredit istəməsinə baxmayaraq bağlanmış 27 sentyabr 2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi əsasında təqdim olunmuş plastik bank kartına 335 manat məbləğində pul vəsaitinin köçürülməsinə səbəb kimi Nurəddinin əvvəlki tarixlərdə bağlamış olduğu müqaviləyə əsasən ödənilməmiş kredit borcunun yeni müqavilə əsasında ödənişinin həyata keçirildiyini və köhnə müqavilənin borcu bağlanmadığına görə yeni müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin əldə oluna bilməməsini izah etmişdir. Yəni bağlanmış müqavilə əsasında Nurəddinə 1590 manat məbləğində kredit verilməsinin nəzərdə tutulmasına baxmayaraq sonuncuya 335 manat kreditin verilməsinə səbəb Nurəddinin əvvəlki tarixlərdə bağlamış olduğu müqaviləyə əsasən ödənməmiş kredit borcunun olması olmuşdur. Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki,. müqavilələrə əsasən pul vəsaitləri “9931-1070-0262-7493” PAN nömrəli local plastik karta köçürüldüyündən və həmin plastik kart müştəri Zərərçəkmiş şəxs1 təhvil verildiyindən və həmin plastik kartın şifrəsi barədə sonuncunun məlumatı olduğundan, həmin kart hesabına xx.xx.2022-ci il tarixdə köçürülmüş 360 manat, xx.xx.2023-cü il tarixdə köçürülmüş 247 manat məbləğində pul vəsaiti terminallardan Zərərçəkmiş şəxs1 və onun yaxınlarından başqa hər hansısa şəxs tərəfindən nağdlaşdırıla bilməsi qeyri-mümkün olmuşdur. Təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2024-cü il tarixli, 4/978 nömrəli rəyində hansı səbəblə xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2022, xx.xx.2023-cü il tarixli Ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzaların, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzaların Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmasının qeyd olunması barədə heçnə deyə bilməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə işlədiyi BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət etdiyindən və həmin müraciətlər əsasında sonuncu ilə xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri bağlandığından kredit(borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktlarındakı imzalar əməliyyatçı-xəzinədar vəzifəsində işləyən Şahid3 tərəfindən icra olunduğundan sonuncu vermiş olduğu ifadəsinə həqiqətə uyğun olmayan xüsusatlar göstərmişdir. Şahid3 vermiş olduğu ifadəsində qeyd etdiyi, yəni sonuncunun nahar fasiləsində və üzrlü səbəblərlə əlaqədar işdə olmadığı vaxtda onun əvəzinə tərəfindən bir sıra sənədləşdirmə işlərinin aparılması, sonuncunun filiala qayıtdıqdan sonra müştərinin filiala gəlib-gəlməməsi, plastik kart təhvil alıb-almaması məzmunlu suallar ünvanlaması ilə bağlı göstərdiyi xüsusatlar düzgün olsa da, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciəti əsasında sonuncu ilə xx.xx.2022-ci il tarixdə 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixdə 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri bağlanılarkən Şahid3 işdə olmuş və həmin müqavilədəki, həmçinin müqaviləyə əlavə olan sənədlərdəki imzalar sonuncu tərəfindən icra olunmuşdur. Təyin edilmiş məhkəmə- xətşünaslıq ekspertizasının 22 iyul 2024-cü il tarixli, 4/978 nömrəli rəyində hansı səbəblə xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, Kredit (Borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imzanın, mülki işin 10-cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imzanın, Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imzanın, xx.xx.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçı-xəzinədar) qrafasındakı imzanın Şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmasının qeyd olunması barədə heçnə deyə bilməmişdir. Çünki həmin sənədlərdəki imzalar Şahid3 tərəfindən icra olunmuşdur. Təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2024-cü il tarixli, 4/978 nömrəli rəyində hansı səbəblə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzaların Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmasının qeyd olunması barədə heçnə deyə bilməmişdir. BOKT "xxxx" ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləmiş Şahid5 və Şahid6 Zərərçəkmiş şəxs1 ilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixlərdə kredit (borc) və girov müqaviləsi bağlanılmadan qabaq kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etmək məqsədilə kreditin verilməsi ilə əlaqədar tərəfindən müştəri barəsində tərtib edilmiş məlumatların düzgünlüyünü hər hansısa şəkildə yoxlamamış, tərəfindən elektron poçt vasitəsi ilə göndərilmiş məlumatları birbaşa olaraq Kredit Komitəsinə göndərmişdirlər. Ümumiyyətlə işlədiyi müddət ərzində filial müdiri vəzifəsində işləmiş Şahid5 və Şahid6 nadir hallarda müştərilərlə kredit müqaviləsi bağlanılmamışdan əvvəl onu filialda olan xidməti otaqlarına dəvət edərək tərəfindən elektron poçt vasitəsi ilə göndərilmiş məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə, yəni girov qoyulmuş qızıl-zinət əşyalarına əsasən hesablanmış kredit məbləğinin necə və hansı əsasla hesablama aparması ilə bağlı bir sıra suallar ünvanlamış və həmin suallar tərəfindən ətraflı şəkildə izah olunmaqla cavablandırıldıqdan sonra göndərmiş olduğu sənədlər filial müdiri tərəfindən elektron poçt vasitəsi ilə Kredit Komitəsinin, yəni ASC-nin Filialların idarə edilməsi və satış departamentində çalışan işçilərə göndərilmişdir. Zərərçəkmiş şəxs1la 27 sentyabr 2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqavilə bağlanmamışdan əvvəl müqavilənin şərtləri barədə sonuncu məlumatlandırılmış və ona 335 manat məbləğində kreditin təqdim olunmuş plastik karta köçürüləcəyi bildirilmişdir. Nurəddinə kartın bloklandığını və digər məbləğin kartdan silindiyini və 3 ay müddətində hər hansısa ödəniş həyata keçirməməsini və sonuncunun 2023-cü ilin noyabr ayında ödəniş cədvəlinə uyğun olaraq hər hansısa ödəniş etməməsinə görə 2023-cü ilin dekabr ayında Nurəddinlə əlaqə saxlayaraq 150 manat faiz gecikdirmə borcunun olduğunu bildirməmişdir. Həmçinin qardaşı X2rdaşı Şahid2 təqdim olunmuş plastik kartdakı pul vəsaitinin filialın müdiri Şahid6 tərəfindən ələ keçirildiyini bildirməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə 800 manat məbləğində kredit istəməsinə baxmayaraq sonuncu ilə qeyd olunan tarixdə 1590 manat məbləğində kredit müqaviləsinin bağlanılmasına səbəb Nurəddinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 800 manat məbləğində pul vəsaitinin köçürülə bilməyəcəyi təqdirdə sonuncunun maksimum həddə kredit əldə etməsi üçün BOKT "xxxx" ASC-nin həmin tarixdə olan aktiv şərtlərinə əsasən verilə biləcək ən yüksək məbləğin hesablanmasını həyata keçirməsi olmuşdur. Hesablama əsasında Nurəddinlə 1590 manatlıq müqavilə bağlanılmış, həmin pul vəsaitindən əvvəlki müqaviləyə əsasən ödənilməmiş pul vəsaiti çıxıldıqdan sonra təqdim olunmuş plastik karta 335 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti Nurəddin tərəfindən nağdlaşdırılmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini və ona qarşı şikayətin olmadığını, AR CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata müddət keçdiyindən həmin hissədə xitam verilməsini, müharibə veteranı olduğundan AR CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialında əvvəllər tanımadığı, qeyd olunan filialda kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşıb anası Şahid1 məxsus qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmək istədiyini bildirmişdir. Daha sonra ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulon qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl-zinət əşyalarının qiymətləndirilməsi və verilə biləcək kredit məbləğinin müəyyənləşdirilməsindən ötrü filialda zərgər vəzifəsində işləyən Şahid4 qızıl-zinət əşyalarını təqdim etmişdir. Bundan sonra Şahid4 qızıl-zinət əşyalarını tərəzidə ölçərək ümumilikdə həmin qızıl-zinət əşyalarının xalis çəkisinin 27,58 qram olduğunu bildirmiş və ayrı-ayrılıqda təqdim etdiyi qızıl-zinət əşyalarının əyarı müəyyən edilərək orta bazar qiymətinə uyğun olaraq 1 qramının likvidi hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının həmin tarixə olan orta bazar qiymətinə uyğun olaraq, həmçinin BOKT "xxxx" ASC-nin aktiv şərtlərinə uyğun olaraq 1400 manat məbləğində kredit verilə biləcəyini, kreditin müddətinin 18 aylıq nəzərdə tutulduğunu və aylıq 113.61 manat məbləğində ödəniş etməli olduğunu, 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişi gecikdirdiyi təqdirdə həmin müddətdən sonra gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0.2 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq tutulacağını bildirmişdir. Bağlanılacaq kredit müqaviləsi və həmin müqaviləyə əsasən nəzərdə tutulmuş şərtlər barədə Təqsirləndirilən şəxs tərəfindən məlumatlandırıldıqdan sonra sonuncu şərtlərlə razı olubolmadığını soruşmuş və qeyd olunan şərtlər uyğun olduğundan kredit (borc) və girov müqaviləsi bağlamağa razılıq vermişdir. Razılığı alındıqdan sonra girov qoymuş olduğu qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu, zərgər Şahid4 və qızılzinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar X1 ilə birlikdə özünəməxsus imza ilə təsdiq etmişdir. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq təqdim etdiyi qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş, daha sonra bağlanılacaq müqavilə ilə əlaqədar bir sıra sənədləşdirmə işləri aparılmağa başlanılmışdır. Təqdim etdiyi qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs tərəfindən təhvil alınaraq paketlənmiş və 09 mart 2022-ci il tarixli, 010/2022/890 nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli tərtib olunaraq Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuşdur. Təqdim olunmuş müqavilənin doğruluğunu imzası ilə təsdiq etdikdən sonra müqaviləni filial müdiri Şahid5 imzalamışdır. Daha sonra "xxxx"a məxsus olan üzərində İnternational kredit təşkilatı yazılan, “9931-1070-0137-1598” PAN nömrəli local plastik kart təhvil verilmişdir. Həmin plastik kartın təhvil verilməsi ilə bağlı “Plastik kartın təhvili” aktı tərtib olunmuş və həmin aktı onunla birlikdə əməliyyatçı- xəzinədar X1 və filial müdiri Şahid5 imzaları ilə təsdiq etmişdirlər. Plastik kart təhvil verildikdən sonra Mingəçevir şəhərində mövcud olan "xxxx" ASC-yə məxsus terminaldan 1400 manat məbləğində pul vəsaitindən komissiya və digər proseslərlə bağlı pul vəsaiti çıxıldıqdan sonra 1331 manat məbləğində pul vəsaiti nağdlaşdırmışdır. Qeyd olunan kredit məbləğinə əsasən aylıq müəyyən məbləğlərdə pul vəsaitini ödəmişdir. Həmin ödənişi aylıq ödədikdən sonra əlavə 800 manat məbləğində pula ehtiyacı yarandığından yenidən kredit götürmək üçün 27 sentyabr 2023-cü il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına gedərək kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Xəyala 800 manat məbləğində kredit götürmək üçün qızıl-zinət əşyalarının yenidən qiymətləndirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə girov qoyduğu və BOKT "xxxx" ASC-də saxlanılan anası Şahid1 məxsus ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulonun zərgər Şahid4 tərəfindən bazar dəyərinə uyğun hesablanmasını təmin etdikdən sonra girov qoymuş olduğu qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu o, zərgər Şahid4 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar Şahid3 ilə birlikdə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs BOKT "xxxx" ASC-nin aktiv şərtlərinə uyğun olaraq veriləcək kredit məbləğini hesabladıqdan sonra ilkin nəzərdə tutulmuş kredit məbləğini bilmədiyi, daha sonradan ona məlum olan 1590 manatlıq 27 sentyabr 2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqaviləsini və həmin müqaviləyə əlavə olan ödəniş cədvəlini hazırlamağa başlamışdır. BOKT "xxxx" ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmişdir. Daha sonra qeyd olunan tarixdə Təqsirləndirilən şəxs filial müdiri vəzifəsini icra etdiyindən sonuncu tərəfindən təqdim olunmuş müqavilənin doğruluğunu imzası ilə təsdiq etmiş və bundan sonra müqaviləni Təqsirləndirilən şəxs imzalamışdır. Müqavilə və həmin müqaviləyə əlavə olan sənədlər imzalandıqdan sonra Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus olan üzərində İnternational kredit təşkilatı yazılan, “9931-1070-0396-9761” PAN nömrəli local plastik kart təhvil vermişdir. Həmin plastik kartın təhvil verilməsi ilə bağlı “Plastik kartın təhvili” aktı tərtib olunmuş və həmin aktı onunla birlikdə əməliyyatçı-xəzinədar Şahid3 və filial müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişdir. Plastik kart təhvil verildikdən sonra həmin kartı Mingəçevir şəhərində 1941-1945 adlanan ərazidə mövcud olan "xxxx" ASC-yə məxsus terminala saldıqda hesabına 335 manat pul vəsaitinin köçürüldüyünü görmüş və həmin pul vəsaitini çıxarmışdır. Lakin hesabına 800 manat məbləğində pul vəsaiti köçürülməli olduğundan bununla əlaqədar Xəyalla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mobil telefonla danışıq zamanı Təqsirləndirilən şəxs harda olduğunu soruşduqda sonuncuya olduğu ünvanı bildirmişdir. Bundan sonra Xəyal olduğu ünvana gələrək “9931-1070-0396-9761” PAN nömrəli local plastik kartı "xxxx" ASC-nin terminalına salmışdır. Terminala plastik kartı saldıqdan sonra kart hesabında pul vəsaitinin olmadığını görən Xəyal kartın bloklandığını və bu səbəblə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini deyərək 3 ay müddətində hər hansısa ödəniş həyata keçirməməsini bildirmişdir. Xəyalın bu sözlərinə inanıb xx.xx.2023-cü il tarixdə 140 manat ödənişi həyata keçirdikdən sonra həmin tarixdən dekabr ayınadək hər hansısa ödəniş həyata keçirməmişdir. 27 sentyabr 2023-cü il tarixdə təqdim olunmuş plastik kart vasitəsi ilə 335 manat məbləğində pul vəsaiti nağdlaşdırdıqdan sonra yaşadığı ünvana gəldikdə anası Şahid1 BOKT "xxxx" ASC-nin Mingəçevir filialında bağlanmış 27 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən təqdim olunmuş plastik kart vasitəsi ilə 335 manat məbləğində pul vəsaitini nağdlaşdırdığını bildirmişdir. Bu barədə anası Şahid1 məlumatı olduqdan sonra sonuncu ilə birlikdə 28 sentyabr 2023-cü il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialının qarşısına gedərək Təqsirləndirilən şəxs mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs mobil telefonla aparılan danışıq zamanı filiala daxil olmamalarını, özünün çölə çıxaraq onlara yaxınlaşacağını bildirmiş və bir az keçdikdən sonra Təqsirləndirilən şəxs filialdan çıxaraq filialın qarşısında onlara yaxınlaşmışdır. Anası Şahid1 nəyə əsasən bağlanmış müqaviləyə görə təqdim olunmuş plastik karta 335 manat məbləğində pul vəsaitinin köçürüldüyünü Təqsirləndirilən şəxs soruşduqda sonuncu təqdim olunmuş plastik kartın bloklandığını və tərəfindən yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını və bununla bağlı filial rəhbərliyinin məlumatı olarsa, işdən çıxarılacağını bildirərək bu barədə hər hansısa şəxsə məlumat verilməməsini xahiş etmişdir. Xəyalın bu sözlərinə inanaraq və sonuncunun işdən çıxarılmaması üçün anası Mənsurə ilə birlikdə yaşadıqları ünvana qayıtmışdırlar. 2023-cü ilin noyabr ayında hər hansısa ödəniş həyata keçirmədiyindən 2023-cü ilin dekabr ayında Xəyal mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 150 manat faiz gecikdirmə borcunun olduğunu demişdir. Xəyalın bu sözlərinə cavab olaraq ona “təqdim olunmuş plastik bank kartına 800 manat pul vəsaitinin köçürülməli olduğu təqdirdə 335 manat pul vəsaitinin köçürüldüyünü və 3 ay müddətində hər hansısa ödənişin həyata keçirilməməsini dediyinə görə ödəniş həyata keçirmədiyini” demişdir. Xəyal bu sözlərinə cavab olaraq elə bir söz demədiyini və faizi, gecikdirməyə hesablanmış borc pulu və aralarında bağlanmış kredit (borc) və girov müqaviləsinə əsasən aylıq nəzərdə tutulmuş pul vəsaitilərini ödəməli olduğunu bildirmişdir. Əlacı qalmadığından “icu.az” veb saytında kredit ödənişi bölməsinə daxil olub 042238 müştəri kodunu daxil edərək xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 13 manat, 17.01,2024-cü il tarixdə 15 manat, 26.01,2024cü il tarixdə 100 və 28 manat olmaqla 128 manat, xx.xx.2023-cü il tarixdə 13 manat ödəniş həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə anası Şahid1 və sonuncunun dayısının qızı Sücayə adlı şəxslə birlikdə “BOKT” İnternational” ASC-nin Mingəçevir filialına gedərək nağda şəkildə 800 manat məbləğində pul vəsaitini kredit borcu ilə əlaqədar filialda kassir vəzifəsində işləyən adını bilmədiyi şəxsə təqdim edərək ödəniş həyata keçirmək istədiyini bildirmişdir. Qeyd olunan məbləğdə pul vəsaitini filialda ödədikdən sonra həmin tarixli qəbz təqdim olunmuşdur. Qəbz təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs ilə filialda söhbətləşərkən sonuncu kredit borcunun bağlanmadığını bildirdikdə anası Şahid1 Təqsirləndirilən şəxs borcunun olmasının qeyri-mümkün olduğunu bildirmişdir. Xəyal bununla bağlı ASC-yə ərizə ünvanlandığını və yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını və ünvanlanmış ərizə əsasında borcunun tamamilə bağlanılması nəticəsində girov qoymuş olduğu qızıl-zinət əşyalarının təhvil veriləcəyini bildirmiş və bununla bağlı məlumat verəcəyini demişdir. Xəyalın bu sözlərinə yenidən inanaraq 2024cü ilin fevral ayından həmin ilin aprel ayınadək Xəyalın girov qoymuş olduğu qızıl-zinət əşyalarının təhvil verilməsi ilə əlaqədar əlaqə saxlayacağını gözləmiş və həmin müddət ərzində hər hansısa ödəniş həyata keçirməmişdir. 2024-cü ilin aprel ayında BOKT "xxxx" ASC-nin işçisi kimi təqdim etmiş, şəxsiyyəti barədə məlumatı olmayan kişi cinsli şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək bağlanmış kredit müqaviləsi ilə əlaqədar gecikdirmə borcunun olduğunu və hansı səbəblə ödəniş həyata keçirmədiyini soruşduqda həmin şəxsə BOKT "xxxx" ASC-nin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs vermiş olduğu vədə əsasən hər hansısa ödəniş həyata keçirmədiyini bildirmişdir. Qeyd olunan şəxs Təqsirləndirilən şəxs işdən çıxdığını və yaranmış kredit borcu ilə əlaqədar filiala gedərək filial müdiri Şahid6 müraciət etməsini tövsiyə etmişdir. Həmin şəxsin sözlərinə əsasən filialda Şahid6 müraciət etmiş, sonuncu ondan kredit borcu ilə bağlı ödəniş həyata keçirmək üçün filiala müraciət etdiyini soruşduqda hal-hazırki tarixədək gecikdirilmiş borcunun olmasının səbəbi kimi Təqsirləndirilən şəxs vermiş olduğu vəd olduğunu göstərmişdir. Şahid6 Təqsirləndirilən şəxs işdən çıxarıldığını və bununla verənlərlə əlaqədar sonuncu ilə əlaqə saxlamalı olduğunu bildirmişdir. Bundan sonra Xəyal tərəfindən aldadıldığını başa düşərək olanlar barədə qardaşı Şahid2 məlumat vermiş və sonuncu baş verənlər barədə məlumatlı olduqdan sonra DİN-in “102” xidmət mərkəzinə zəng edərək müraciət ünvanlamışdır. Bundan sonra qardaşı Babək anası Şahid1yla birlikdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına yaxınlaşdıqda orada işləyən şəxslər qardaşı Şahid2 09 mart 2022-ci il və 27 sentyabr 2023-cü il tarixlərdən başqa adına 27 dekabr 2022-ci il tarixli, 000/2022/31819 nömrəli və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələrinin bağlandığını bildirmişdir. Bu barədə məlumat verildikdən sonra Babək mobil nömrəsinə zəng edərək 27 dekabr 2022-ci il və 03 mart 2023-cü il tarixlərdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialında kredit (borc) və girov müqaviləsi bağlayıbbağlamadığını soruşduqda sonuncuya həmin tarixlərdə müqavilə bağlamadığını, yalnız 09 mart 2022-ci il və 27 sentyabr 2023-cü il tarixlərdə müqavilə bağladığını bildirmişdir. Bundan sonra qardaşı Babəkə həmin filialda adına bağlanmış müqavilələrin əslləri təqdim olunmuş və bu zaman 27 dekabr 2022-ci il və 03 mart 2023-cü il tarixli müqavilələrdə adının qarşısında icra olunmuş imzaların ona məxsus olmaması müəyyən edilmişdir. Həmin müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılması ilə əlaqədar Babək Xəyalın qardaşı Xəzərlə əlaqə saxladıqda sonuncu Xəyalın heç bir təqsirinin olmadığını və sənədlərin filial müdiri Şahid6 tərəfindən saxtalaşdırıldığını bildirmişdir. Bununla bağlı qardaşı Babək BOKT "xxxx" ASC-nin Mingəçevir filialının müdiri Şahid6 mobil nömrəsinə zəng etdikdə sonuncu sənədlərin saxtalaşdırıldığını və bu barədə məlumatının olmadığını bildirmiş və baş vermiş hadisə ilə əlaqədar şəhər prokurorluğuna müraciət ünvanlamaqları ilə əlaqədar tövsiyə vermişdir. xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri onunla bağlanmadığından və filialdan “9931-1070-0262-7493” PAN nömrəli local plastik kart təhvil almadığına görə adına rəsmiləşdirilmiş qeyd olunan müqavilələrə əsasən “9931-1070- 0262-7493” PAN nömrəli local plastik kartdan xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2023-cü il tarixdə 247 manat məbləğində pul vəsaiti tərəfindən nağdlaşdırılmamış və həmin pul vəsaitlərini özü əldə etməmişdir. Zərərçəkmiş şəxs1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, BOKT "xxxx" ASC-nin Mingəçevir filialında bağlanmış 09 mart 2022-ci il tarixli, 010/2022/890 nömrəli və 27 sentyabr 2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqavilələrin hər səhifəsində girov qoyan yazısının qarşısındakı, həmin müqavilələrin ödəniş cədvəlləri vərəqlərində borclu-girov qoyan Zərərçəkmiş şəxs1 yazılan hissədə və girov qoyan yazısının qarşısındakı, qeyd olunan müqavilələrə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında təhvil verdi müştəri: Zərərçəkmiş şəxs1 yazısının, qəbul etdi müştəri: Zərərçəkmiş şəxs1 yazısının qarşısındakı, həmçinin 09 mart 2022-ci il tarixli və 27 sentyabr 2023-cü il tarixli plastik kartın təhvili aktlarındakı təhvil aldı (müştəri); yazısının qarşısındakı imzalar tərəfindən icra olunmuşdur. Həmçinin 09 mart 2022-ci il tarixli, 010/2022/890 nömrəli kredit(borc) və girov müqaviləsinin ödəniş cədvəlində 1. Borclu-girov qoyan: yazısının qarşısındakı “şərtlər ilə razıyam” yazısı, 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli müqaviləsinə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Qızılları Təhvil aldım. Zərərçəkmiş şəxs1” yazısı və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli müqaviləsinə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “xx.xx.2023” rəqəmləri tərəfindən icra olunmuşdur. Lakin 27 dekabr 2022-ci il tarixli, 000/2022/31819 nömrəli və 03 mart 2023-cü il tarixli 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələrin hər səhifəsində girov qoyan yazısının qarşısındakı, həmin müqavilələrin ödəniş cədvəlləri vərəqlərində borclugirov qoyan Zərərçəkmiş şəxs1 yazılan hissədə və girov qoyan yazısının qarşısında, qeyd olunan müqavilələrə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında təhvil verdi müştəri: Zərərçəkmiş şəxs1 yazısının, Qəbul etdi müştəri: Zərərçəkmiş şəxs1 yazısının və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit(borc) və girov müqavilənin ödəniş cədvəlində “Qızılları Təhvil aldım. Zərərçəkmiş şəxs1” yazısının qarşısındakı, həmçinin 27 dekabr 2022-ci il tarixli və 03 mart 2023-cü il tarixli plastik kartın təhvili aktlarındakı təhvil aldı (müştəri): yazısının qarşısındakı imzalar tərəfindən icra olunmamışdır. 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli müqaviləsinə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Qızılları Təhvil aldım. Zərərçəkmiş şəxs1” yazısı və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli müqaviləsinə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “xx.xx.2023” rəqəmlərini icra etməsinə səbəb isə 27 sentyabr 2023-cü il tarixdə kredit (borc) və girov müqaviləsini bağlaması ilə əlaqədar Təqsirləndirilən şəxs həmin qeydiyyatı aparmasını bildirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət edərək 800 manat pul vəsaitinə ehtiyacı olduğunu kredit mütəxəssisi Təqsirləndirilən şəxs bildirmiş və sonuncu tərəfindən qeyd olunan tarixdə tərtib olunmuş müqaviləni oxumadan imza çəkdiyindən həmin müqavilənin 1590 manatlıq kredit müqaviləsi olduğunu bilməmişdir. Qeyd olunan müqavilənin 1590 manatlıq kredit müqaviləsi olması barədə müqavilə bağlanılarkən təqdim olunmuş kredit müqaviləsinin nüsxəsinə bir müddət keçdikdən sonra baxdıqda məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə BOKT “İnternational’ ASC-nin Mingəçevir filialında bağlanmış kredit (borc) və girov müqavilələri kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq imzalaması üçün təqdim olunmuş daha sonra həmin müqavilələrə əsasən plastik kart sonuncu tərəfindən təhvil verilmişdir. Məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəndiyini və onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmış BOKT "xxxx" ASC ibtidai istintaq zamanı istintaq hərəkətlərinin aparılmasında iştirak etməmiş, eləcə də məhkəmə istintaqı zamanı dəfələrlə məlumatlandırılmasına baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs qismində tanınmasına baxmayaraq qeyd edilən cinayət əməlləri ilə bağlı hər hansı mövqe nümayiş etdirməmişdir. Bununla belə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayından etibarən BOKT "xxxx" ASC-nin Mingəçevir filialında əməliyyatçıxəzinədar vəzifəsində işləmişdir. Vəzifə öhdəlikləri filiala müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyalarının qiymətləndirməsində iştirak etmək və qiymətləndirmədən sonra müştəri kredit mütəxəssisi tərəfindən təklif olunmuş kreditlə razılaşdıqda kredit (borc) və girov müqaviləsinin hazırlanması, həmin müqaviləni, həmçinin müştərinin aylıq hansı məbləğdə ödəniş etməsi ilə bağlı tərtib olunmuş ödəniş cədvəllərini imza çəkməklə təsdiq etmək, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında zərgər, təhvil verən müştəri və o, imzaları ilə təsdiq etdikdən sonra qızıl-zinət əşyalarını müştəridən təhvil almaq və müştərinin adına BOKT "xxxx" ASC-nin elektron tətbiqi olan “Progress” adlı tətbiqdə hesab açaraq müştəriyə "xxxx" ASC-yə məxsus plastik kartların təhvil verilməsindən ibarətdir. Əməliyyatçıxəzinədar vəzifəsində işləməsi ilə əlaqədar "xxxx" ASC-yə məxsus plastik kartlar BOKT “İnternational ASC-nin inkassatorları tərəfindən BOKT "xxxx" Mingəçevir filialında ona təhvil verilmiş və həmin plastik kartları təhvil aldıqdan sonra müraciət etmiş müştərilərlə bağlanmış müqaviləyə əsasən BOKT "xxxx" ASC-nin digər elektron tətbiqi olan “Qızıl” adlı tətbiqdə plastik kart barədə məlumatların və müştəri barədə məlumatları qeyd etmiş və bu qeydiyyat işləri əsasında ASC-nin Əməliyyat şöbəsində işləyən işçilər tərəfindən məlumatlar təsdiq olunmuş, daha sonra həmin plastik kart hesabına pul vəsaiti köçürüldükdən sonra tərəfindən birbaşa olaraq və yaxud kredit mütəxəssisi vasitəsi ilə müştəriyə təhvil verilmişdir. Həmin kartlar lokal olmaqla, kartdan ancaq kreditlə bağlı istifadə edilmiş və karta və yaxud həmin kartdan başqa karta pul vəsaitinin köçürülməsi qeyri-mümkün olmuşdur. Həmin karta pul vəsaiti ancaq BOKT "xxxx" ASC-nin əməliyyat şöbəsinin işçilərinin təsdiqləməsi nəticəsində "xxxx" ASC tərəfindən köçürülmüş və həmin pul vəsaiti yalnız "xxxx" ASC və "xxxx" ASC-yə məxsus terminallar vasitəsi ilə nağdlaşdırılmışdır. Zərərçəkmiş şəxs1 şəhər prokurorluğuna ünvanladığı müraciəti ilə bağlı bildirmişdir ki, sonuncunu işlədiyi filiala müraciət etməsi nəticəsində tanımışdır. Belə ki, Nurəddin anası ilə birlikdə 2024-cü ilin mart ayından sonrakı dövr ərzində dəfələrlə işlədiyi filiala müraciət edərək girov qoyduğu qızıl-zinət əşyaları əsasında bağlanmış müqaviləyə zidd olaraq təhvil verilmiş plastik karta az məbləğdə pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Filiala müştəri kimi müraciət etmiş şəxslər çoxluq təşkil etdiyindən Nurəddinin filiala müraciət etdiyi vaxt sonuncunun zahiri görünüşünü və onun ilə hansı tarixdə kredit (borc) və girov müqaviləsi bağlanılmasını xatırlamamışdır. Nurəddinin filialda ünvanladığı şikayəti ilə bağlı idarədaxili araşdırma aparılmış və müəyyən edilmişdir ki, Nurəddinin girov qoymuş olduğu qızıl-zinət əşyaları əsasında ilk dəfə 09 mart 2022-ci il tarixdə, daha sonra sonuncu ilə 27 dekabr 2022-ci il tarixdə, 03 mart 2023-cü il tarixdə və 27 sentyabr 2023-cü il tarixdə kredit(borc) və girov müqavilələri bağlanmışdır. Bu barədə Zərərçəkmiş şəxs1 məlumat verildikdə sonuncu 27 dekabr 2022ci il tarixdə və 03 mart 2023-cü il tarixlərdə kredit (borc) və girov müqavilələri bağlamadığını bildirmişdir. Bütün bu olanlar filialda işləyən işçilərdə şübhəli əsaslar yaratmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 34-cü kurasiya üzrə filialda kredit mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştərisi olduğundan həmin müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırmasına əsas vermişdir. Çünki Zərərçəkmiş şəxs1 ilk dəfə 09 mart 2022-ci il tarixdə filiala müraciət etdikdə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya müştəri kimi əməli köməklik göstərilmişdir. Filialın müştəriləri çox vaxt növbəti dəfə müqavilə bağlamaq üçün kredit mütəxəssisləri ilə mobil telefonla əlaqə saxlayaraq girov qoymuş olduğu qızıl-zinət əşyalarının yenidən orta bazar qiymətlərinə əsasən yenidən qiymətləndirilməsini və əvvəlki tarixlərdə bağlanmış müqavilələrə əsasən ödənilməmiş borc məbləğləri ödənilməklə verilə biləcək kreditin məbləğini öyrənmiş və razılaşdıqdan sonra kredit (borc) və girov müqaviləsinin hazırlanmasını, hazırlandıqdan sonra filiala gələrək plastik kartı təhvil alacağını və müqavilələri imzaları ilə təsdiq edəcəklərini bildirmişdir. Bu hal dəfələrlə baş vermiş və həftənin iş günlərində nahar fasiləsində olduqda və yaxud üzrlü səbəblərlə bağlı filial müdiri tərəfindən 1-2 saatlıq müddətə icazə alaraq getdikdə tərəfindən görülməli olan işləri filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs özü icra edərək, yəni kredit (borc) və girov müqavilələrini “Progress” adlı tətbiqdə istifadəçi adından istifadə etməklə hazırlamış və filiala qayıtdıqdan sonra sonuncu ona müştəri gəldiyini və həmin müştəri ilə bağlı müqavilə hazırladığını və müştəriyə plastik bank kartı təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözlərinə inanaraq kredit (borc) və girov müqaviləsini və həmin müqaviləyə əlavə olan sənədləri öz imzası ilə təsdiq etmişdir. Belə ki, plastik kart təhvil verilməmişdən əvvəl plastik kartın təhvili aktında onun, müştərinin, filial müdirinin imzası ilə təsdiq olunmuş və həmin akt imzalanmış müqavilə və digər sənədlərlə birlikdə “Qızıl” adlı tətbiqə yüklənmişdir. BOKT ‘İnternational” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən sənədlər qeyd olunan tətbiqdə təsdiq olunduqdan sonra plastik bank kartına pul vəsaiti köçürülmüş və plastik kart müştəriyə təhvil verilmişdir. Bu hal dəfələrlə baş vermiş və Təqsirləndirilən şəxs iş yoldaşı kimi güvənərək hər hansısa dəqiqləşdirmə aparmadan sənədləri imzası ilə təsdiq etmişdir. Bundan başqa 27 dekabr 2022-ci il tarixdə filial müdirinin Şahid5, 03 mart 2023-cü il tarixdə Şahid6 olması, qeyd olunan tarixli müqavilələrə əsasən bir plastik kartın təhvil verilməsi, həmin tarixlərdə kredit mütəxəssisi vəzifəsində Təqsirləndirilən şəxs işləməsi, Zərərçəkmiş şəxs1 34-cü kurasiyanın müştərisi, yəni Təqsirləndirilən şəxs kurasiyası üzrə müştəri olması müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılması və həmin müqaviləyə əsasən plastik bank kartının sonuncu tərəfindən əldə olunaraq köçürülmüş pul vəsaitinin terminallardan nağdlaşdırılmasına əsas vermişdir. Şahid3 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə harda olduğunu və həmin tarixdə dəqiq nə baş verdiyini xatırlamasa da, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli müqavilədəki imzaların ona məxsus olmasına səbəb çox güman ki, qeyd olunan tarixdə nahar fasiləsində olarkən və yaxud üzrlü səbəblərlə əlaqədar işdə olmadığı vaxtda Təqsirləndirilən şəxs tərəfindən bir sıra sənədləşdirmə işləri aparılmış və filiala qayıtdıqdan sonra müştərinin gəlib-gəlməməsi, müsbət halda müştəriyə plastik kart təhvil verilib-verilməməsini soruşduqdan sonra sonuncunun müştərinin filiala gələrək müqavilələri imzası ilə təsdiq etməsini və plastik kartı təhvil almasını deməsinə inanaraq həmin müqavilədə nəzərdə tutulmuş qrafalarda öz imzası ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, kredit (borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imza, mülki işin 10-cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçı-xəzinədar:)” qrafasındakı imzalar tərəfindən icra olunmamış və həmin müqavilədəki və müqaviləyə əlavə olan sənədlərdə tərəfindən icra olunması üçün nəzərdə tutulmuş qrafalarda əvəzinə hansı şəxs tərəfindən imzaların icra olunması barədə və həmin sənədlərin hansı şəxs tərəfindən və hansı səbəblə saxtalaşdırılması barədə hər hansısa dəqiq məlumatı olmasa da, həmçinin qeyd olunan tarixdə harda olduğunu və həmin tarixdə dəqiq nə baş verdiyini xatırlamasa da, çox güman ki, bildirdiyi kimi həmin tarixdə nahar fasiləsində olarkən və yaxud üzrlü səbəblərlə əlaqədar işdə olmadığı vaxtda Təqsirləndirilən şəxs tərəfindən müqavilə hazırlanmış və həmin müqavilələr sonuncunun tərəfindən imzalanmışdır. BOKT "xxxx" ASC-nin Mingəçevir filialında əməliyyatçı-xəzinədar vəzifəsində işləməyə başladığı dövrdən sonra 19 dekabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək 3 gün müddətinə, 24 fevral 2024-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək 2 gün müddətinə, 04 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək əmək məzuniyyətində olmuş, qeyd olunan tarixlərdən başqa işlədiyi dövr ərzində əmək məzuniyyətində olmamış və əmək məzuniyyətində olduğu dövr ərzində əməliyyatçı-xəzinədar vəzifəsini filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müvəqqəti olaraq icra etmişdir. BOKT "xxxx" ASC-nin inkassatorları tərəfindən filialda ona təhvil verilmiş "xxxx" ASC-yə məxsus plastik kartlar filialda mövcud olan kassada saxlanılmış və həmin kassaya məsul şəxs olmuşdur. Zərərçəkmiş şəxs1 ünvanlamış olduğu müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılanadək həmin kassanın kilid açarı olmamış, yəni həmin kassadan filialda olmadığı dövr ərzində filialda işləyən istənilən işçi tərəfindən plastik kartın götürülməsi əlçatan olmuşdur. Nurəddinin müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparıldıqdan sonra sənədlərin hər hansısa şəxs tərəfindən saxtalaşdırılması nəticəsində plastik karta köçürülə biləcək pul vəsaitinin ələ keçirilməsinin qarşısını almaq məqsədi ilə həmin kassaya kilid düzəltdirmiş və həmin kilidin açarı hal-hazırda özündə mövcud olmaqla başqa hər hansısa şəxsdə mövcud olmamışdır. BOKT "xxxx" ASC-nin Mingəçevir filialında girov qoyulmuş qızıl-zinət əşyaları əsasında müştəriyə verilə biləcək kredit barədə məlumat verildikdən sonra həmin müştərinin veriləcək kreditlə razılaşdığı təqdirdə girov qoyulmuş qızıl-zinət əşyaları kredit mütəxəssisi tərəfindən təhvil alınmış və tərtib olunmuş girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında qızıl-zinət əşyalarının təhvil alınması ilə bağlı imzası ilə təsdiq etmişdir. Həmin aktda konkret hər hansısa sıra ardıcıllığı olmadan qızıl-zinət əşyalarını qiymətləndirən zərgər və filial müdiri imzaları ilə icra etmişdir. Bundan sonra o, bağlanılacaq müqavilənin hazırlanması məqsədi ilə verilmiş məlumatlar əsasında “Progress” adlı tətbiqdə kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə olan sənədləri hazırlamışdır. Həmin müqavilələr və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra tərəfindən “Qızıl" adlı tətbiqdə çap edilmiş və konkret hər hansısa sıra ardıcıllığı olmadan onun, filial müdirinin və girov qoymuş müştəri tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən “BOKT İnternational ASC-nin Mingəçevir filialında qiymətləndirmə və zərgərlik üzrə mütəxəssis vəzifəsində işləmişdir. Vəzifə təlimatına əsasən vəzifə öhdəlikləri yarımqiymətli və yaxud qiymətli daşları və metalları qiymətləndirmək, bazarda yarımqiymətli və yaxud qiymətli daşların qiymətində baş verən dəyişiklikləri izləmək, optik alətlərdən istifadə etmədən adi göz ilə dəqiq baxmaqla yarımqiymətli daşların həqiqiliyini, keyfiyyətini və dəyərini qiymətləndirmək, qiymətləndirmə apararkən audit və mühasibat uçotu haqqında qanunların tələblərinə əməl etmək, hər yoxlamanın nəticəsi barədə müvafiq aktlar tərtib etmək, tərtib edilmiş aktlara yoxlamanın nəticəsindən asılı olaraq zəruri sənədlər, o cümlədən izahatlar, üzləşmə, müqayisə cədvəllərini əlavə etməkdən və digər öhdəliklərdən ibarətdir. Belə ki, qiymətləndirmə və zərgərlik üzrə mütəxəssis kimi BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyalarının orta bazar qiymətinə əsasən qiymətləndirməsini həyata keçirərək həmin qiymətləndirmənin nəticəsi girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında qeyd edildikdən sonra həmin aktda imzası ilə təsdiq etmişdir. Bundan başqa BOKT "xxxx" ASC-nin Mingəçevir filialında müştəri olmuş şəxs təkrarən müraciət etdikdə əvvəlki tarixdə qiymətləndirilmiş qızıl-zinət əşyaları BOKT "xxxx" ASC-nin inzibati binasından inkassatorlar vasitəsi ilə filiala gətirilmədən tərəfindən orta bazar qiymətinə uyğun olaraq qiymətləndirilmiş və bununla bağlı yenidən akt tərtib olunmuşdur. Zərərçəkmiş şəxs1 hansı tarixdə BOKT İnternational” ASC-nin Mingəçevir filialına müraciət etməsini xatırlamasa da, onun filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon tərəfindən qiymətləndirilmiş və nəticədə sonunucu ilə filialda kredit(borc) və girov müqaviləsi bağlanmışdır. Şahid4 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli girov qoyulmuş qiymətlilərin və dəyərlliərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzalar tərəfindən icra olunmasa da, aparılan araşdırma zamanı vermiş olduğu ilkin izahatında təqdim olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2023- cü il tarixli, xx.xx.2023-cü il tarixli Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhviltəslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzaların tərəfindən icra olunmasını bildirməsinə səbəb həmin imzaların özünəməxsus imza olmasına bənzətməsi olmuşdur. Çünki zərgər işlədiyi BOKT "xxxx" ASC-nin Mingəçevir filialına kredit əldə etmək üçün müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyaları çoxluq təşkil etdiyindən və bununla əlaqədar həmin qızıl-zinət əşyalarını əyarına, xalis çəkisinə və gündəlik orta bazar qiymətinə uyğun olaraq qiymətləndirdiyindən həmin girov qoyulmuş qızıl-zinət əşyaları ilə əlaqədar tərtib olunmuş girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında imzası ilə təsdiq etmişdir. Kifayət qədər qiymətləndirdiyi qızıl-zinət əşyalarına görə tərtib olunmuş aktları qiymətləndirici kimi imzası ilə təsdiq etdiyindən və hansı imzaların tərəfindən icra olunub-olunmamasını tam xatırlamadığından vermiş olduğu izahatında qeyd olunan xüsusatları göstərmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzaların tərəfindən icra olunmaması ilə əlaqədar bildirmişdir ki, həmin aktlarda tərəfindən icra olunması üçün nəzərdə tutulmuş qrafalarda əvəzinə hansı şəxs tərəfindən imzaların icra olunması barədə hər hansısa məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət edərək filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon qızıl-zinət əşyalarının tərəfindən qiymətləndirilməsini xatırlasa da, həmin qiymətləndirmənin hansı tarixdə icra olunduğunu, həmçinin qiymətləndirmə ilə əlaqədar akt tərtib olunubolunmadığını, müsbət halda aktda imza çəkdiyini tam xatırlamadığıdan şəhər prokurorluğuna vermiş olduğu ilkin izahatında dəqiqləşdirmə aparmadan və təqdim olunmuş müqavilədə icra olunmuş imzaların ona məxsus imzalara bənzətmədiyindən 09 mart 2022-ci il tarixli, 010/2022/890 nömrəli kredit (borc) və girov müqavilələrinə 1 nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktındakı qiymətləndirici: Şahid4 yazısının qarşısındakı imzanın kim tərəfindən icra olunması barədə məlumatı olmadığını və həmin tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş qızıl-zinət əşyalarının iştirakı olmadan qiymətləndirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət edərək filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon qızıl-zinət əşyalarının tərəfindən qiymətləndirilməsi həyata keçirildikdən sonra girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktının tərtib olunub-olunmamasını xatırlamadığından həmin aktlarda adının qeyd olunduğu “Qiymətləndirici” qrafasındakı imzaların kim tərəfindən icra olunması barədə hər hansısa məlumatı olmamışdır. 2017-ci ildən 2020-ci ilədək “BOKT İnternational ASC-nin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində, 2020-ci ildən 2023-cü ilin yanvar ayınadək isə “BOKT İnternational ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 zahirən tanımasa da, sonuncunun adına bağlanmış müqavilələrin kim tərəfindən saxtalaşdırılması və nəticədə həmin müqavilələrə əsasən təhvil verilən plastik bank kartından pul vəsaitinin kim tərəfindən nağdlaşdırılması barədə hər hansısa məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayınadək BOKT "xxxx" ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işlədiyindən xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2023-cü il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2022-ci il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzaların, xx.xx.2022-ci il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzaların Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmaması barədə, həmçinin həmin imzaların hansı şəxs tərəfindən hansı səbəblə saxtalaşdırılması ilə bağlı hər hansısa məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli Kredit (Borc) və girov müqaviləsində “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2022-ci il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit (borc) və girov müqaviləsi filial müdiri kimi onunla borclu-girov qoyan Zərərçəkmiş şəxs1 arasında bağlanmasına və həmin müqavilələrdəki imzaların ona məxsus olmasına baxmayaraq kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə uyğun olaraq ilkin müştəriləri qəbul edərək kredit barədə ətraflı məlumat verdiyindən və Zərərçəkmiş şəxs1 filialda müştəri kimi Təqsirləndirilən şəxs malik olduğu 34- cü kurasiyanın müştərisi olduğundan sonuncu Zərərçəkmiş şəxs1 filialda müştəri olduğu vaxtdan etibarən ona kredit verilməsi ilə bağlı sənədləşdirmə işlərini aparmışdır. Filial müdiri kimi təsdiq olunmuş vəzifə təlimatına əsasən kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq və kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etmək, həmçinin ayrılmış limit daxilində filialın kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək, BOKT "xxxx" ASC-nin kredit komitəsinin qərarları əsasında kredit müqavilələri bağlamaq və onların düzgünlüyünü təsdiq etmək vəzifə öhdəlikləri olsa da, həmçinin xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli kredit(borc) və girov müqaviləsi onunla Zərərçəkmiş şəxs1 arasında bağlansa da, qeyd olunan tarixdə baş verənləri xatırlamadığından çox gümanki həmin müqavilə və müqaviləyə əsasən nəzərdə tutulmuş sənədlər filialın əməliyyatçıxəzinədar vəzifəsində işləyən Şahid3 və borclu-girov qoyan Zərərçəkmiş şəxs1 tərəfindən imzalandıqdan sonra sonda tərəfindən imzalanması üçün kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş və həmin müqaviləyə və müqavilənin müvafiq sənədlərini nəzərdən keçirərək Xəyaldan müqavilədəki imzaların imzalanmış şəxslərə məxsus olub-olmaması barədə sual ünvanladıqdan sonra imzası ilə təsdiq etmişdir. İşlədiyi müddət ərzində kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq vəzifə öhdəliyi olsa da, filiala müraciət edən müştərilərin çoxluğu səbəbi ilə və hər bir müştərini ayrılıqda qəbul etməsi qeyri-mümkün olduğundan kredit mütəxəssislərinin vermiş olduğu məlumat əsasında müqavilələrin düzgünlüyünü dəqiqləşdirmişdir. xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli kredit (borc) və girov müqaviləsi ilə bağlı sənədləşdirmə işləri kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən hazırlandığından və həmin müqavilələrdəki imzalar çox güman ki, Xəyalın özü tərəfindən saxtalaşdırılmışdır. Həmçinin böyük bir ehtimalla xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli kredit müqaviləsi bağlanılarkən müştəri Zərərçəkmiş şəxs1 barəsində kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş məlumatların düzgünlüyünü yoxlamamış və hər hansısa dəqiqləşdirmə aparmadan Təqsirləndirilən şəxs vermiş olduğu məlumatların düzgünlüyünə inanaraq həmin məlumatların Kredit Komitəsinə çıxarılmasını təmin etmiş və həmin komitədən razılıq alındıqdan sonra tərtib olunmuş kredit (borc) və girov müqaviləsindəki qrafalarda özünəməxsus imzaları icra etmişdir. Qeyd olunanların nəticəsində Zərərçəkmiş şəxs1 adına kredit (borc) və girov müqaviləsi bağlanmış və çox gümanki həmin müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulmuş plastik kart Təqsirləndirilən şəxs tərəfindən əldə olunaraq həmin kart hesabına köçürülmüş pul vəsaiti sonuncu tərəfindən nağdlaşdırılaraq ələ keçirilmişdir. xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, kredit (borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imza, mülki işin 10-cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçı- xəzinədar” qrafasındakı imza-Şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə bağlı bildirmişdir ki, qeyd olunan müqavilələrin və müqaviləyə əsasən tərtib olunmuş digər sənədlərdəki imzalar Şahid3 əvəzinə çox güman ki Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 13 yanvar 2023-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək BOKT “İnternational ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləmişdir. BOKT "xxxx" ASC bank olmayan kredit təşkilatı olmaqla fəaliyyət istiqamətləri müraciət etmiş şəxslərə girov qoymuş olduğu qızılzinət əşyalarının qiymətləndirilməsi və həmin qiymətləndirmənin nəticəsində bağlanmış kredit (borc) və girov müqaviləsi əsasında müəyyən məbləğdə kreditin verilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 BOKT "xxxx" ASC- nin Mingəçevir filialına müraciət edərək xalis çəkisi ümumilikdə 27,58 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq kreditor-girov saxlayan şəxslə arasında bağlanmış müqavilə əsasında müəyyən məbləğdə pul vəsaiti əldə etmişdir. Həmin müqavilədə nəzərdə tutulmuş borc pulun ödənilməsi hər ay Zərərçəkmiş şəxs1 tərəfindən həyata keçirilməsinə baxmayaraq sonuncu pula ehtiyacı olması səbəbi ilə təkrarən müraciət edərək yenidən pul götürmək istəmiş və həmin müraciət əsasında sonuncunun təqdim etdiyi qızıl-zinət əşyalar yenidən qiymətləndirilmiş və həmin vaxta uyğun hesablanmış kredit məbləği bağlanmış müqavilə əsasında sonuncunun keçmiş müqavilədən qalıq qalmış krediti çıxılmaqla təqdim olunmuş plastik kart vasitəsinə köçürülmüşdür. Belə ki, filial müdiri kimi əmək məzuniyyətində olarkən, yəni xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 800 manat məbləğində pul vəsaitinə ehtiyacının olmasını bildirərək BOKT "xxxx" ASC-nin Mingəçevir filialına müraciət etmiş və həmin müraciət əsasında filialda kredit mütəxəssisi vəzifəsində işləmiş, filial müdiri vəzifəsini müvəqqəti olaraq icra edən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında 1590 manatlıq kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Zərərçəkmiş şəxs1 faiz məbləği ilə birlikdə 16 ay müddətində aylıq 139,83 manat məbləğində, ümumilikdə 2237,27 manat məbləğində ödəniş həyata keçirməsi qeyd olunmuşdur. Həmin müqavilə bağlandıqdan sonra Zərərçəkmiş şəxs1 "xxxx" ASC-yə məxsus “9931-1070-0396-9761” PAN nömrəli plastik kart təqdim olunmuş və həmin plastik karta müqavilədə 1,590 manat köçürülməsi nəzərdə tutulmasına baxmayaraq 335 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Buna səbəb isə Zərərçəkmiş şəxs1 adına bağlanmış əvvəlki kredit (borc) və girov müqaviləsinə əsasən ödənilməmiş kredit borcunun olması və köçürülmüş pul vəsaitindən həmin qalıq borcun avtomatik olaraq çıxılması olmuşdur. Bununla bağlı Nurəddin 2024-cü ilin aprel ayından sonra müraciət edərək 800 manat məbləğində pul vəsaitinə ehtiyacı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə təqdim olunmuş plastik kart vasitəsilə terminaldan 350 manat məbləğində pul vəsaiti çıxardığını bildirmişdir. Nurəddinin bu sözlərinə əsasən əvvəllər bağlanmış müqaviləyə əsasən qalıq qalmış kredit borcunun xx.xx.2023-cü il tarixdə yenilənmiş 1.590 manatlıq müqaviləyə əsasən avtomatik olaraq çıxıldığını və buna görə də, plastik bank kartına 350 manat məbləğində deyil, 335 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Bundan sonra Nurəddindən gecikdirmə borcunun olduğunu və hansı səbəblə ödəniş həyata keçirmədiyini soruşduqda sonuncu kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs sözlərinə əsasən ödəniş həyata keçirmədiyini bildirmişdir. Nurəddinə bu sözlərindən sonra Təqsirləndirilən şəxs işdən çıxdığını və baş verənlərlə əlaqədar sonuncu ilə əlaqə saxlamalı olduğunu demişdir. Qeyd olunanlardan sonra Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 və anası Şahid1 filiala müraciət etdikdə Nurəddinin adına 09 mart 2022-ci il və 27 sentyabr 2023-cü il tarixlərdən başqa 27 dekabr 2022-ci il tarixli, 000/2022/31819 nömrəli və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələrinin bağlanması müəyyən edilmiş, və bağlanmış 27 dekabr 2022-ci il tarixli, 000/2022/31819 nömrəli və 03 mart 2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələrinin əslləri Şahid2la Şahid1 təqdim olunduqda həmin müqavilələrdə Nurəddinin adının qarşısında icra olunmuş imzaların onaməxsus olmaması aşkar edilmişdir. Həmçinin filialda əməliyyatçı-xəzinədar vəzifəsində işləyən Şahid3 həmin müqavilələrə baxaraq müqavilədə adının qarşısında icra olunmuş imzaların onaməxsus imzalara bənzətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs malik olduğu 34-cü kurasiya üzrə müştəri olması qeyd olunan müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırmasına əsas vermişdir. Çünki Zərərçəkmiş şəxs1 ilk dəfə 09 mart 2022-ci il tarixdə filiala müraciət etdikdə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya müştəri kimi əməli köməklik göstərilmişdir. Həmçinin filialın müştəriləri çox vaxt növbəti dəfə müqavilə bağlamaq üçün kredit mütəxəssisləri ilə mobil telefonla əlaqə saxlayaraq girov qoymuş olduğu qızıl-zinət əşyalarının yenidən orta bazar qiymətlərinə əsasən yenidən qiymətləndirilməsini və əvvəlki tarixlərdə bağlanmış müqavilələrə əsasən ödənilməmiş borc məbləğləri ödənilməklə verilə biləcək kreditin məbləğini öyrənmiş və razılaşdıqdan sonra kredit (borc) və girov müqaviləsinin hazırlanmasını, hazırlandıqdan sonra filiala gələrək plastik kartı təhvil alacağını və müqavilələri imzaları ilə təsdiq edəcəklərini bildirmişdir. Şahid6 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qardaşı Şahid2 ilə birlikdə BOKT "xxxx" ASC-nin Mingəçevir filialına yaxınlaşaraq bağlamış olduğu 1590 manat məbləğində kredit götürmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə müqavilə bağlamasına baxmayaraq təqdim olunmuş plastik karta 350 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və buna görə də, onlara qeyd olunan xüsusatları dəqiqləşdirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə bağlanmış müqavilələrin saxtalaşdırılıb-saxtalaşdırılmamasının müəyyən edilməsi üçün Mingəçevir şəhər prokurorluğuna müraciət etməsini bildirmişdir. Həmçinin filialda əməliyyatçı-xəzinədar vəzifəsində işləyən Şahid3 müqavilələrdə imzası ilə təsdiq edib-etmədiyini müəyyənləşdirmək üçün sonuncuya müraciət etdikdə o, həmin müqavilələrdəki imzaları özünün icra etmədiyini və həmin imzaların kim tərəfindən icra olunmasını bilmədiyini demişdir. Nurəddinin qardaşı Babəklə aralarında baş tutmuş telefon danışığı zamanı isə araşdırma aparılması üçün Mingəçevir şəhər prokurorluğuna müraciət ünvanlamasını və bağlanmış müqavilələrin əsllərini araşdırma zamanı verilmiş rəsmi sorğu əsasında təqdim olunacağını, həmin sənədlərin saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı araşdırmanın nəticəsində hüquqi qiymət veriləcəyini bildirmişdir. 13 yanvar 2023-cü ilin yanvar ayından 11 oktyabr 2024-cü il tarixədək BOKT "xxxx" ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işlədiyindən və 27 sentyabr 2023-cü il tarixdə əmək məzuniyyətində olduğundan xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli nömrəli Kredit (Borc) və girov müqaviləsində “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2022-ci il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzalar, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzaların, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzaların Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmaması barədə, həmçinin həmin imzaların hansı şəxs tərəfindən hansı səbəblə saxtalaşdırılması ilə bağlı hər hansısa məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixli, 000/2023/36834 nömrəli Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzaların, xx.xx.2023-cü il tarixli Ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi filial müdiri kimi onunla borclu-girov qoyan Zərərçəkmiş şəxs1 arasında bağlanmasına və həmin müqavilələrdəki imzaların onaməxsus olmasına baxmayaraq kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə uyğun olaraq ilkin müştəriləri qəbul edərək kredit barədə ətraflı məlumat verdiyindən və Zərərçəkmiş şəxs1 filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştərisi olduğundan sonuncu Zərərçəkmiş şəxs1 filialda müştəri olduğu vaxtdan etibarən ona kredit verilməsi ilə bağlı sənədləşdirmə işlərini aparmışdır. Filial müdiri kimi vəzifə təlimatına əsasən kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq və kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etmək, həmçinin ayrılmış limit daxilində filialın kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək, BOKT "xxxx" ASC-nin kredit komitəsinin qərarları əsasında kredit müqavilələrini bağlamaq və onların düzgünlüyünü təsdiq etmək vəzifə öhdəlikləri olsa da, həmçinin xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqaviləsi onunla Zərərçəkmiş şəxs1 arasında bağlansa da, qeyd olunan tarixdə olanları xatırlamadığından çox güman ki həmin müqavilə və müqaviləyə əsasən nəzərdə tutulmuş sənədlər filialın əməliyyatçı-xəzinədar vəzifəsində işləyən Şahid3 və borclu-girov qoyan Zərərçəkmiş şəxs1 tərəfindən imzalandıqdan sonra sonda tərəfindən imzalanması üçün kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş və həmin müqaviləni və müqavilənin müvafiq sənədlərini nəzərdən keçirərək Xəyaldan müqavilədəki imzaların imzalanmış şəxslərə məxsus olub-olmaması barədə sual ünvanladıqdan sonra imzası ilə təsdiq etmişdir. İşlədiyi müddət ərzində kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq vəzifə öhdəliyi olsa da, filiala müraciət edən müştərilərin çoxluğu səbəbi ilə və hər bir müştərini ayrılıqda qəbul etməsi qeyri-mümkün olduğundan kredit mütəxəssislərinin vermiş olduğu məlumat əsasında müqavilələrin düzgünlüyünü dəqiqləşdirmişdir. xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit(borc) və girov müqaviləsi ilə bağlı sənədləşdirmə işləri kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən hazırlandığından və həmin müqavilələrdəki imzalar çox güman ki, Xəyalın özü tərəfindən saxtalaşdırılmışdır. Həmçinin böyük bir ehtimalla xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit müqaviləsi bağlanılarkən müştəri Zərərçəkmiş şəxs1 barəsində kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş məlumatların düzgünlüyünü yoxlamamış və hər hansısa dəqiqləşdirmə aparmadan Təqsirləndirilən şəxs vermiş olduğu məlumatların düzgünlüyünə inanaraq həmin məlumatların Kredit Komitəsinə çıxarılmasını təmin etmiş və həmin komitədən razılıq alındıqdan sonra tərtib olunmuş kredit(borc) və girov müqaviləsindəki qrafalarda özünəməxsus imzaları icra etmişdir. Qeyd olunanların nəticəsində Zərərçəkmiş şəxs1 adına kredit (borc) və girov müqaviləsi bağlanmış və çox gümanki həmin müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulmuş plastik kart Təqsirləndirilən şəxs tərəfindən əldə olunaraq həmin kart hesabına köçürülmüş pul vəsaiti sonuncu tərəfindən nağdlaşdırılaraq ələ keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə analoji məzmunlu ifadələr vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01-04). xx.xx.2023-cü il tarixli 000/2023/52479 saylı kredit və girov müqaviləsindən görünür ki, BOKT "xxxx" ASC ilə Zərərçəkmiş şəxs1 arasında kredit-girov müqaviləsi imzalanmış, müştəriyə 16 ay müddətində illik 52 % olmaqla 1590 manat məbləğində kredit verilmiş, girov olaraq boyunbağı, üzük və kulon qoyulmuşdur (i.v. 38-42). xx.xx.2024-cü il tarixli mədaxil orderindən görünür ki, müştəri Zərərçəkmiş şəxs1 800 manat məbləğində pulu 000/2023/52479 saylı müqavilə üzrə BOKT-a təhvil vermişdir (i.v. 50). 14 iyun 2024-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən əşya BOKT "xxxx" ASC-dən daxil olmuş 13 iyun 2024-cü il tarixli, 001- 373-024 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş kart hesabından çıxarışlara dair cədvəllərdir. Zərərçəkmiş şəxs1 adına rəsmiləşmiş xx.xx.2022-ci il tarixli, 010/2022/890 nömrəli kredit(borc) və girov müqaviləsinə əsasən 1400,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 6 manat plastik kartın komissiya haqqı, 10 manat hesaba görə ödəniş məbləği, 10 manat yüklülük məbləği, 15 manat zərgər haqqı, 28 manat komissiya haqqı olmaqla 69 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx 1598 nömrəli plastik kartdan xx.xx.2022-ci il tarixdə 1331,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə xx.xx.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 3 manat məbləğində pul vəsaiti filialda mövcud olan kassa vasitəsilə, xx.xx.2022-ci il tarixdə 4 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 59 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 151 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 20 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2022-ci i! tarixdə 144 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022ci il tarixdə 14 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 15 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 67 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 31,08.2022-ci il tarixdə 53 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 8 manat məbləğində pul vəsaiti “Emanat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 7 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 8 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “Emanat” vasitəsilə, xx.xx.2022-ci il tarixdə 9 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. Zərərçəkmiş şəxs1 adına rəsmiləşmiş xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1400,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 14 manat komissiya haqqı, 2 manat plastik kartın komissiya haqqı, 10 manat nağdsız əməliyyat haqqı, 5 manat yeni plastik kartı məbləği, 10 manat yüklülük məbləği, 34,17 manat dəbbə üzrə borcun ödənilməsi, 33,49 manat 010/2022/890 nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 906,34 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1040,00 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx 7493 nömrəli plastik kartdan xx.xx.2022-ci il tarixdə 360,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə xx.xx.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 113 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. Zərərçəkmiş şəxs1 adına rəsmiləşmiş xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1490 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 10 manat yüklülük məbləği, 15 manat komissiya haqqı, 12 manat nağdsız əməliyyat haqqı, 1 manat plastik kartın komissiya haqqı, 3,40 manat 000/2022/31819 nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 0,12 faiz borc məbləği, 1176,48 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1243,00 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx 7493 nömrəli plastik kartdan xx.xx.2023-cü il tarixdə 247,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, 31,03.2023-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023cü il tarixdə 114 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 115 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 119 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, 31,07.2023-cü il tarixdə 80 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 35 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 111 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. Zərərçəkmiş şəxs1 adına rəsmiləşmiş xx.xx.2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1590,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 10 manat yüklülük məbləği, 16 manat komissiya haqqı, 12 manat nağdsız əməliyyat haqqı, 5 manat yeni plastik kartı məbləği, 2 manat plastik kartın komissiya haqqı, 42,85 manat 000/2023/36834 nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 0,92 faiz borc məbləği, 1141,23 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1255 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx 9761 nömrəli plastik kartdan xx.xx.2023-cü il tarixdə 335 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə xx.xx.2023cü il tarixdə 140 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023- cü il tarixdə 51 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2023-cü il tarixdə 90 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2024-cü il tarixdə 13 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2024-cü il tarixdə 15 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 26.01,2024-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 26.01,2024-cü il tarixdə 28 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2024-cü il tarixdə 13 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, xx.xx.2024cü il tarixdə 800 manat məbləğində pul vəsaiti filialda mövcud olan kassa vasitəsilə, xx.xx.2024-cü il tarixdə 2 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 İbrahim oğlu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2039 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024- cü il tarixədək 1252 manat olmaqla ümumilikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3291 manat ödəniş həyata keçirilməsi müəyyən edilmişdir (i.v. 91-92) xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə BOKT "xxxx" ASC arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsi və 14 aprel 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və özündə cinayət hadisəsinin izlərini saxlamasına görə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli, 4/978 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli, 010/2022/890 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/52479 nömrəli “Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzalar, xx.xx.2022, xx.xx.2023-cü il tarixli Ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və sondakı “girov qoyan” sözünün qarşısındakı imzalar, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında” “Təhvil verdi müştəri” qrafalarındakı imzalar, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı(müştəri)” qrafalarındakı imzalar və mülki işin 17-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktın” sonundakı əlyazma və rəqəmlər - Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 13-15-ci vərəqlərində olan xx.xx.2023cü il tarixli 000/2023/36834 nömrəli “Kredit (Borc) və girov müqaviləsinin “girov qoyan” sözlərinin qarşısındakı imzalar, mülki işin 16 vərəqində olan “Ödəniş cədvəlində” “Kreditor- Girov saxlayan” qrafasındakı və sondakı “kredit verən” yazısının qarşısındakı imzalar, mülki işin 18-ci vərəqində olan Plastik kartın təhvil aktında “Filial müdiri” qrafasındakı imza - Şahid6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli 010/2022/890 nömrəli, xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli “Kredit (Borc) və girov müqavilələrində “kredit verən” sözünün qarşısındakı imzalar, mülki işin 4 və 10-cu vərəqlərində olan ödəniş cədvəllərində “Kreditor-Girov saxlayan” qrafasındakı və sondakı “Kredit verən” yazısının qarşısındakı imzalar, xx.xx.2022, xx.xx.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Filial müdiri” qrafasındakı imzalar - Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/52479 nömrəli “Kredit (Borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imzalar, mülki işin 16 və 22-ci vərəqlərində olan ödəniş cədvəllərində “Nəzarət” yazısının qarşısındakı imzalar, xx.xx.2023, xx.xx.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Plastik kartın təhvil aktlarında “Təhvil verdi xəzinədar (əməliyyatçı-xəzinədar:)” qrafasındakı imzalar - Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli Kredit(Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzalar, xx.xx.2022, xx.xx.2023cü il tarixli ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzalar, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzalar, xx.xx.2022, xx.xx.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzalar - Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, Kredit(Borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imzalar, mülki işin 10- cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, xx.xx.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçı- xəzinədar) qrafasındakı imza - Şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzalar - Şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur (i.v. 176-182). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixlərdə bağlanılmış kredit(borc) və girov müqavilələrinin onun tərəfindən hazırlandığını, qeyd olunan tarixlərdə imzalanması üçün müqavilələrin və plastik kartların onun tərəfindən təqdim olunduğunu və filialda sonuncudan başqa hər hansısa şəxsi tanımadığını, həmçinin xx.xx.2023-cü il tarixdə bağlanılmış kredit(borc) və girov müqaviləsinə əsasən 800 manat məbləğində kredit əldə etməli olmasına baxmayaraq bağlanmış müqavilə əsasında təhvil aldığı plastik kartdan 335 manat məbləğində pul vəsaitini nağdlaşdırmasının səbəbi kimi onun kartın bloklandığını, buna görə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını dediyini bildirmişdir (İİ cild i.v. 97-100). Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Xəyal Əhmədünin üzünə qarşı xx.xx.2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs1la bağlanılmış kredit(borc) və girov müqaviləsinə əsasən 800 manat məbləğində kredit əldə edilməli olmasına baxmayaraq bağlanmış müqavilə əsasında Nurəddinin təhvil aldığı plastik kartdan 335 manat məbləğində pul vəsaitini nağdlaşdırmasının səbəbi kimi onun kartın bloklandığını, buna görə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını dediyini bildirmişdir (İİ cild i.v. 101-104). Təqsirləndirilən şəxs ilə Şahid5 arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı Zərərçəkmiş şəxs1la xx.xx.2022-ci il tarixdə bağlanmış kredit (borc) və girov müqaviləsinin saxtalaşdırılması barədə məlumatının olmadığını, Zərərçəkmiş şəxs1 filialda Təqsirləndirilən şəxs müştərisi olduğunu və bağlanmış müqavilənin onun tərəfindən hazırlanması səbəbi ilə həmin müqavilənin onun tərəfindən saxtalaşdırıldığını bildirmişdir (İİ cild i.v. 105-107). Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 603 №li məlumatdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2013-cü il tarixdən “yüngül əqli gerilik, nevrotik reaksiyalarla” diaqnozu ilə dispanserdə psixiatrik müşahidədədir (İİ cild i.v. 109). xx.xx.2024-cü il tarixli “hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, hüquqi şəxs BOKT "xxxx" ASC-in zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (İİ cild i.v. 117) xx.xx.2024-cü il tarixli Yevlax şəhər İcra başçısının Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Hacıselli kəndində yaşayır (İİ cild i.v 120). Yevlax şəhər İcra başçısının Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v. 122). xx.xx.2024-cü il tarixli “vəsatətin rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vermiş olduğu yazılı vəsatətin əsassız olması səbəbindən rədd edilməsi qərara alınmışdır (İİ cild i.v. 130-131). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (İİ cild i.v. 144). 12 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 482-484 saylı yataqxanada qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v. 157). Ambulator məhkəmə psixiatrik ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 888 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yüngül dərəcəli kəmağıllıq (debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçməsinə baxmayaraq həmin xəstəlik əlamətləri yüngül ifadəli olması səbəbindən o, hadisəni düzgün dərk etmək, təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsi mötəbər hesab edilə bilər. Zərərçəkmiş şəxs1 hal-hazırda kənar şəxslərin qulluğuna ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs1 yüngül dərəcəli kəmağıllıq (debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçməsinə baxmayaraq həmin xəstəlik əlamətləri yüngül ifadəli olması səbəbindən o, ona qarşı törədilən hərəkətlərin faktiki xarakterini, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur (İİ cild 170-172). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi qeyd olunan cinayət əməlləri üzrə ətirdiyi dəlillər, əməllərini etiraf etməməsi və s. barədə irəli sürdüyü xüsusatlar toplanmış istintaq sənədləri ilə təkzib edildiyindən onun ifadələrinə tənqidi yanaşılmaqla, özünü müdafiə xarakterli olduğundan rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsindən həmin Məcəllənin 179.2.3, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi, xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Hacıselii kəndində anadan olmuş, ali təhsilli, subay, əwəllər məhkum Yevlax rayonu, Hacıselii kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, təsviri hissədə göstərilənlərə əsasən Şahid5 və Şahid6 əməllərində Azərbaycan Respublikasının CM-nin 314-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərdə Şahid5, Şahid6 və Şahid3 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından, iştirakları təsdiq olunmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməsi, xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və 14 aprel 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyindən və özündə cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 iyul 2024-cü il tarixli, 4/978 nömrəli rəyi və ambulator məhkəmə psixiatrik ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 888 nömrəli rəyi sübut növü kimi qiymətləndirilməsi, cinayətin törədilməsinə səbəb və şərait yaradan halların aradan qaldırılması üçün BOKT "xxxx" ASC-yə təqdimat göndərilməsi qərara alınmışdır (İİ cild i.v 173-206). xx.xx.2024-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 313-cü maddəsindən həmin Məcəllənin 179.2.3, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır (İİ cild i.v. 207-208). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmışdır (İİ cild i.v. 209-210). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild i.v. 246-247). Zərərçəkmiş şəxs1 xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizə ilə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəndiyini və onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. 30 yanvar 2026-cı il tarixli xəzinə mədaxil orderindən görünür ki, müştəri Zərərçəkmiş şəxs1 1687 manat BOKT international ASC-yə cari hesaba ödəniş etmişdir. BOKT "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, xx-xx/2026 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli 000/2023/52479 saylı kredit müqaviləsi üzrə götürdüyü 1590 manat kreditini xx.xx.2026-cı il tarixində tam bağlamışdır. Müştərinin heç bir borc öhdəliyi yoxdur. AZEMİS-dən gəlir məlumatlarının xx.xx.2026-cı il tarixli sorğulanmasına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizə ilə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, qeyd olunanları nəzərə alaraq Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə müddət keçdiyindən, həmin hissəyə xitam verilməsini AR CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata müddət keçdiyindən həmin hissədə xitam verilməsini, müharibə veteranı olduğundan AR CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 03 iyul 2020-ci ildən 22 aprel 2024-cü ilədək BOKT "xxxx" ASC-nin Mingəçevir filialında bir sıra vəzifələrdə işləyərkən vəzifəli şəxs kimi normativ sənədin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət törətməsi, onun əməlinin həm CM-in 179.2.3-cü, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsinin əlamətlərinə uyğun gəldiyindən, istintaq orqanı tərəfindən onun əməli CM-in 179.2.3 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin bir hərəkətlə CM-in xüsusi hissəsinin iki normasının əlamətlərinə uyğun gələn cinayəti törətməsi, CM-in xüsusi hissəsində təsbit edilmiş ümumi və xüsusi normalar arasında rəqabət yaratmışdır. CM-in 179.2.3-cü maddəsi, CM-in 308.1-ci maddəsinə münasibət xüsusi norma olduğundan, təqsirləndirilən əməli cinayətlərin məcmusunu yaratmır və bu halda normalar arasında mövcud olan rəqabət xüsusi normanın xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə, istinad olunan maddi və prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham onun bir hərəkətlə CM-in iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi ilə bağlı olduğundan, həmin cinayətləri BOKT "xxxx" ASC-nin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən, filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, verilmiş ittiham cinayətlərin ideal məcmusunu yaratmışdır və CM-in 179.2.3-cü maddəsi onun əməlini tam əhatə etdiyindən, verilmiş ittihamdan CMin 308.1-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında (39-cu bənd) izah olunur ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 03 iyul 2020-ci ildən 22 aprel 2024-cü ilədək BOKT "xxxx" ASC-nin Mingəçevir filialında bir sıra vəzifələrdə işləmiş, qeyd olunan filialda satış (kredit) mütəxəssisi vəzifəsində işləyərkən, filial müdiri Şahid5 tərəfindən təsdiq olunmuş 14 aprel 2021-ci il tarixli vəzifə təlimatına əsasən filiala müraciət etmiş müştərilərə kredit barədə məlumat vermək, kredit götürülməsi şərtlərini izah etmək, müştərilərin barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq, kredit verilməsinə dair sənədləri hazırlamaq, müştərilərə imzalatdırılmasına cavabdeh olmaq, məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün bu məlumatları əks etdirən sənədləri filial müdirinə təqdim etmək, təqdim etdiyi məlumatların düzgünlüyünə görə bilavasitə məsuliyyət daşımaq, müştərilərə kredit verilməsi üçün sənədləşməni, həmçinin kredit qovluğunu tam hazırlamaq və kreditin verilməsini yerinə yetirmək, daim Filialın imicini və mənafeyini qorumaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyd olunan normativ sənədin tələblərini yerinə yetirməyərək, vəzifə saxtakarlığı törədərək rəsmi sənədlər, yəni xx.xx.2022-ci il tarixdə likvid dəyəri 519 ABŞ dolları (həmin günün məzənnəsi ilə 882,30 manat), satış dəyəri 812,5 ABŞ dolları (həmin günün məzənnəsi ilə 1381,25 manat) olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kulonu girov qoyaraq həmin tarixli 010/2022/890 nömrəli kredit (borc) və girov müqaviləsi əsasında 1400 (bir min dörd yüz) manat kredit götürmüş Zərərçəkmiş şəxs1 adına 18 ay müddətinə illik 52 faizlə 1400 (bir min dörd yüz) manat kredit verilməsinə dair 27 dekabr 2022-ci il tarixli 000/2022/31819 nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, "xxxx" ASC-yə məxsus üzərində İnternational kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş Şahid5 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib Zərərçəkmiş şəxs1 adına 1400 (bir min dörd yüz) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olaraq həmin məbləğin 1042 (bir min qırx iki) manat hissəsi sonuncunun adına olan xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaitini 27 dekabr 2022-ci il tarixdə saat 16:53:56-da “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus terminaldan nağdlaşdırmış, təkrarən cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs1 adına 20 ay müddətinə illik 52 faizlə 1490 (bir min dörd yüz doxsan) manat kredit verilməsinə dair 03 mart 2023-cü il tarixli 000/2023/36834 nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, "xxxx" ASC-yə məxsus üzərində İnternational kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262- 7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş Şahid6 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib Zərərçəkmiş şəxs1 adına 1490 (bir min dörd yüz doxsan) manat məbləğində kredit sənədləşdirilməsinə nail olaraq həmin məbləğin 1245 (bir min iki yüz qırx beş) manat hissəsi sonuncunun adına olan xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 245 manat məbləğində pul vəsaitini 03 mart 2023-cü il tarixdə saat 17:01-17:02-də iki dəfə olmaqla “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan "xxxx" ASC-yə məxsus terminaldan nağdlaşdırmaqla, fiziki şəxs Zərərçəkmiş şəxs1 adına sonuncu dəfə sənədləşdirilmiş xx.xx.2023-cü il tarixli, 000/2023/52479 nömrəli kredit (borc) və girov müqaviləsi üzrə 1590 (bir min beş yüz doxsan) manat məbləğində əsas borc, 647,27 (altı yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1497,70 manat) məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş ümumilikdə 603 (altı yüz üç) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 179.2.3 və 313-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1–ci maddəsində göstərilən ardıcıllığa uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 313-cü maddəsi ilə ittiham olunduğu əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Ona görə də Təqsirləndirilən şəxs barəsində CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini 27 dekabr 2022-ci il və 03 mart 2023-cü il tarixlərdə törətmiş və həmin vaxtdan xx.xx.2026–cı il tarixədək ümumilikdə 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1–ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2–ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3–cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə ittiham olunduğu əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsinə razılıq verməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə o, Azərbaycan Respublikasının CM-in 313-cü maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Cinayət işi materiallarına əlavə edilmiş SX ******* №li hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsində iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müddətsiz olaraq 117862 №li veteranlıq vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə İ-15830 №li “vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1 və 1.2-ci bəndlərinə görə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, təqsirini boynuna almasını, dəymiş ziyanı tam şəkildə ödəməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Vətən müharibəsində iştirak etməsini, Vətən müharibəsində iştirakla əlaqədar medalla təltif olunmasını, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan, xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə BOKT "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və 14 aprel 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxs BOKT "xxxx" ASC-yə dəymiş maddi ziyan 603 manat tam həcmdə ödənilmişdir. Cinayət Prosessual Məcəllənin 179.1.-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 179.2.-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3.-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Zərərçəkmiş şəxs1 mülki iddianın geri qaytarılması ərizəsi nəzərə alınmaqla onun tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia geri qaytarılmalıdır. Mülki iddianın verilməsinə görə ödənilmiş 70 manat məbləğində pul Zərərçəkmiş şəxs1 geri qaytarılmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun barəsində başlanmış cinayət təqibinə xitam verildiyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313–cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3–cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiası zərərçəkmiş şəxsə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs1 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli, 000/2022/31819 nömrəli, xx.xx.2023-cü il tarixli, 000/2023/36834 nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə BOKT "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi və 14 aprel 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar