Məhkəmə qərarları › İş №1(051)-53/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-53/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-53/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunın katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin müdafiəçisi X3 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri Tərəvəzçilik sovxozunda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda buna əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mingəçevir şəhəri, Nətavan küçəsi ilə Naxçıvan küçəsi istiqamətdə hərəkətdə olarkən avtomobili sağdan sola geriyə manevr etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən hərəkət yolunun mərkəzində olan 1.3 üfiqi nişanlanma (bütöv ağ xətti) xəttini kəsib keçmək qadağan olduğu halda buna əməl etməyərək hərəkətini 10-15 km/saat davam etdirərək yolun mərkəzində olan 1.3 üfiqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib əks hərəkət zolağına keçərək geriyə yəni, Mingəçevir şəhəri Natavan küçəsi ilə Tərəvəzçilik sovxozu istiqamətində hərəkətini davam etdirərkən, həmin vaxt Mingəçevir şəhəri,Nətavan küçəsi ilə avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada xx.xx.1991-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ qalça sümüyünün, qasın sümüyünün sirkə kasasından keçən sınığı və sağ incik sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın uzun müddətə daimi pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində özünə məxsus “VAZ 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobillə Mingəçevir şəhəri Tərəvəzçilik sovxozundan Mingəçevir şəhəri Nətavan küçəsi istiqmətində hərəkət etməyə başlamışdır. Hava şəraiti normal qaranlıq, yağmursuz, asflat isə quru olmuşdur. Nətavan küçəsinə çatdıqda orada olan ərzaq mağazasının bağlı olduğunu görmüş və Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən ərzaq mağazasına getməyə qərar vermişdir. Mingəçevir şəhəri, Nətavan küçəsi ilə idarə etdiyi avtomobili ilə saatda 20-30 km sürətlə hərəkət olan zaman qardaşı Etibar ona zəng vurmuşdur. Avtomobili yolun kənarına çəkib saxlamış və Etibar ilə danışan zaman Etibar ona bir paket siqaret almağı istəmişdir. Bundan sonra o, yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik sovxozuna geri qayıtmağa qərar vermiş və avtomobili ilə geriyə dönmək üçün manevr etmişdir. Bu zaman yolu sağdan sola keçmək istəyən piyada ani olaraq yolun kənarında olan səkidən yola enən zaman o piyadanı görüb dərhal əyləci basmışdır. Lakin piyada ani olaraq qarşısına çıxdığından o, avtomobilin sağön hissəsi ilə piyadanı vurmuşdur. Dərhal avtomobildən enib piyadanıözünə məxsus VAZ 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nöməli avtomobilinə əyləşdirib hərəkət etmişdir. Piyada adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona yaxşı olduğunu, heç bir nahiyyəsində ağrı olmadığını və Mingəçevir şəhəri Sənayə parkına işə gecikdiyini bildirmişdir. Lakin o, yenədə narahat olduğu üçün və həyacanlı olduğu üçün həmin şəxsi anasıŞəfiqə Məsimovanın yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 4 saylı binanın 21 nömrəli mənzilinə aparmışdır. Orada da piyada Zərərçəkmiş şəxs yaxşı olduğunu bildirsədə anasıŞəfiqə Mənsimova Zərərçəkmiş şəxs Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına aparmaq lazım olduğunu bildirmişdir. Daha sonra anası, o və Zərərçəkmiş şəxs Mingəçevir şəhəri Mərkəzi Xəstəxnasına getmişlər. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi olmadığıüçün avtomobili təsadüfi hallarda Tərəvəzçilik sovxozunda ara küçələrdə idarə etmişdir. Zərərçəkmiş şəxs yalan danışır, o, Nətavan küçəsi ilə Mingəçevir şəhəri Naxçıvan küçəsi istiqamətində hərəkət edərkən qardaşı Etibar ona zəng vurmuş və o qardaşı ilə danışarkən avtomobili yolun kənarında saxlamış və danışdıqdan sonra avtomobil ilə geri istiqamətdə yəni Mingəçevir şəhəri tərəvəzçilik sovxozu istiqamətində manevr edib hərəkəti etdirərkən yolun kənarında dayanmış Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuşdur. Əməlindən peşmandır. Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri Sənaye Parkında operator vəzifəsinə işləyir. Sənaye Parkında parkın işçilərini işə aparan avtobus saat 22:30-da yaşadığı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri Nətavan küçəsindən keçir. Bu məqsədlə o işə getmək üçün xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində Nətavan küçəsinə piyada çıxmışdır. O yolu soldan sağa keçmək istəyərkən Mingəçevir şəhəri Tərəvəzçilik sovxozu istiqamətində avtomobilin gəldiyini görmüş və o avtomobil yolunu artıq yarıya kimi keçmişdir. Yavaşyavaş addımlayaraq avtomobilin keçməsini gözləmiş, lakin bu zaman həmin avtomobil onu vurmuş, nəticədə yerə yıxılmışdır. Avtomobil onu vurduqdan dərhal sonra həmin avtomobilin sürücüsü onu öz avtomobilinə əyləşdirmişdir. O ilkin olaraq heç bir nahiyyəsində heç bir ağrı hiss etməmişdir. Avtomobilin sürücüsü ilkin olaraq onu anasının yaşadığı mənzilə aparmışdır. Lakin avtomobilin sürücüsünün anasının evində o ayaq nahiyyəsində ağrılar hiss etməyə başlamışdır. Bundan sonra həmin şəxs anası ilə birgə onu Mingəçevi şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Hadisə nəticəsində iki həftədən artıq müddətdə xəstəxananın cərrahiyyə şöbəsində öz vəsaiti hesabına müalicə almışdır. Həmin müddət ərzində təqsirləndirilən şəxs onunla maraqlanmamış, onun müalicəsi ilə əlaqədar maddi cəhətdən kömək göstərməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 5000 manat maddi, 10000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsini tələb edir. Bütün bunları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanuni cəzanın verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi, vəkil X3 məhkəmə iclasında göstərmişdir ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs iki həftədən artıq müddətdə xəstəxananın cərrahiyyə şöbəsində öz vəsaiti hesabına müalicə almışdır. Həmin müddət ərzində təqsirləndirilən şəxs onunla maraqlanmamış, onun müalicəsi ilə əlaqədar maddi cəhətdən kömək göstərməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 5000 manat maddi, 10000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumunun alınıb zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində oğlu Elbrus ona zəng vurub avtoqəza etdiyini və ona təcili olaraq yaşadığı binanın qarşısına düşməyini istəmişdir. O, dərhal binanın qarşısına düşmüşdür. Bu zaman Elbrus ona Mingəçevir şəhəri Nətavan küçəsində qadın piyadanı idarəetdiyi özünə məxsus avtomobil ilə vurdğunu və qorxduğu üçün vurduğu piyadanı avtomobilinə əyləşdirib ilkin olaraq onun yanına gəldiyini bildirmişdir. Bundan sonra Elbrusun avtomobil ilə vurduğu adını sonradan bildiyi Zərərçəkmiş şəxs Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində qardaşı Elbrusun yaşadığı Mingəçevir şəhəri Tərəvəzçilik Sovxozuna getmək qərarına gəlmişdir. Elbrusun maddi durumu yaxşı olmadığıüçün o, qardaşının ailəsinə ərzaq alıb aparmaq istəmişdir. O, həmin vaxtı qardaşı Elburusa zəng vurub nəsə lazım olub-olmadığını soruşmuş, Elbrus isə ona siqaret almaq üçün evdən çölə çıxdığını lakin hər yer bağlı olduğu üçün siqaret ala bilmdəiyini demişdir. O, Elburusa evə qayıtmağı və 20-25 dəqiqə sonra onun yaşadığı evə gələn zaman ona bir siqaret alıb gətirəcəyini bildirmişdir. Təxminən yarım saat sonra anası Şahid1 ona zəng vurub qardaşı Elbrusun idarə etdiyi özünə məxsus VAZ 2103 markalı avtomobil ilə piyada bir qadını vurdğunu və onun təcili olaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasına gəlməyini istəmişdir. Daha sonra o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma övladıdır. Qızı Zərərçəkmiş şəxs Mingəçevir şəhəri Sənaye Parkında növbəli operator vəzifəsində çalışır. Ceyran xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanından Sənaye Parkına işə getmək üçün evdən çıxmışdır. Təxminən 10 dəqiqə sonra tanımadığı nömrədən ona zəng gəlmiş və həmin şəxs ona qorxmamağı, qızı Zərərçəkmiş şəxs avtomobil vurduğunu və qızını həmin avtomobillə Mingəçevir Mərkəzi xəsətxanasına apardığını bildirmişdir. Qardaşı oğluna zəng vurub olanları danışmış və qardaşı oğlundan gəlib onu xətəxanaya aparmağını istəmişdir. Bundan sonra o qardaşı oğlu ilə birlikdə Mingəçevir şəhər Mərkəzi xəsətxanasına gəlmişlər. O ilk olaraq qızı Zərərçəkmiş şəxs xəstəxanada tapmasada sonra tanımadığışəxslərin qızı Ceyranı Xəstəxanaya gətirildiyini öyrənmişdir. Daha sonra qızı Zərərçəkmiş şəxs yanına gəlmiş və qızını həkimlər əməliyyat etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsi ilə, Şahid3 ifadəsindəki xüsusatlar təsdiq edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Nətavan küçəsi ilə asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 2103» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2019-cu il tarixli, 483 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ qalçasümüyünün, qasın sümüyünün sirkə kasasından keçən sınığı və sağ incik sümüyünün qapalı yerdəyişən sınığı, xx.xx.2019-cu il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddət daimi pozduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 5077 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Vaz 21033» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ- 21033 markalı avtomobili sürcülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda buna əməl etməyərək nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan idarə etdiyi «Vaz 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mingəçevir şəhəri, Nətavan küçəsi ilə Naxçıvan küçəsi istiqamətdə hərəkətdə olarkən avtomobili sağdan sola geriyə manevr etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən hərəkət yolunun mərkəzində olan 1.3 üfiqi nişanlanma (bütöv ağ xətti) xəttini kəsib keçmək qadağan olduğu halda buna əməl etməyərək hərəkətini 10-15 km/saat davam etdirərək yolun mərkəzində olan 1.3 üfiqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib əks hərəkət zolağına keçərək geriyə yəni, Mingəçevir şəhəri Natavan küçəsi ilə Tərəvəzçilik sovxozu istiqamətində hərəkətini davam etdirərkən, həmin vaxt Mingəçevir şəhəri,Nətavan küçəsi ilə avtomobil yoluna çıxıb yolu sağdan sola keçmək istəyən piyada xx.xx.1991-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ qalça sümüyünün, qasın sümüyünün sirkə kasasından keçən sınığı və sağ incik sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən sağlamlığın uzun müddətə daimi pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə dəTəqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan RespublikasıCM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə görəTəqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsindəçəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, məhkumun cəzaçəkmə müddətinin başlanğıcı, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Mülki iddianın həlli ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən, vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuşəməllə vurulmuş ziyanın ödənilməsi üçün mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyəşəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməli, Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) manat məbləğində maddi və 1500 (bir min beş yüz) manat mənəvi ziyan alınıb, Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən işüzrə109 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut «VAZ 2103» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılması üçün qaytarılması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkum Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) manat məbləğində maddi və 1500 (bir min beş yüz) manat mənəvi ziyan alınıb, Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut «VAZ 2103» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlanılması üçün qaytarılması nəzərə alınsın. İş üzrə 109 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X1 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar