Məhkəmə qərarları › İş №1(051)-53/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-53/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-53/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun Müdafiəçi: Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Mingəçevir şəhəri, Nizami küçəsi ev 4B, mənzil 40-da qeydiyyata olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğluna verilmiş ittihama əsasən o, 27.07.2020-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs ilə Şahid ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Şahid bıçaqla vurmasını cüzi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə vuraraq sonuncuya sol sifətində qançır və şişkinliklə müşayət olunan sol almacıq sümüyünün qapalı sınığı əmələ gəlməsinə səbəb olan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid 3 il olar ki, tanıyır. Onun İsmətlə yaxın münasibəti vardır. 27.07.2020-ci il tarixdə saat 13 radələrində o, İsmətlə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında görüşmüşdür. Onlar əvvəlcə yaşadığı mənzilə gedərək orada yemək yemiş və içki içmişlər. Daha sonra onlar mənzildən çıxıb şəhərdə gəzməyə başlamışlar. O, dəqiq saatı bilməsə də evdən çıxarkən artıq hava qaralmışdır. Onlar Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəb tərəfə getməyə başlamışlar. Onlar 16 saylı məktəbin qarşısında əvvəldən tanıdığı Xəqani adlı şəxslə rastlaşmışlar. İsmətin Xəqaniyə 100 manat borcu olmuşdur. Xəqani İsmətdən borcunu qaytarmasını istəmişdir. Onlar söhbət edərkən o, yolun digər tərəfinə keçərək orada tanıdığı, lakin adlarını bilmədiyi şəxslərlə söhbət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra o, İsmətin Xəqani ilə əlbəyaxa dalaşdığını, İsmətin Xəqanini yumruqla vurduğunu görmüşdür. O, bundan sonra yolun digər tərəfinə keçmişdir. O, İsmətlə Xəqaniyə yaxınlaşanda Xəqaninin cibindən bıçaq çıxardaraq həmin bıçaqla İsməti iki dəfə vurduğunu görmüşdür. O, dərhal Xəqanini aralaşdırmış və Xəqaniyə bir neçə yumruq zərbəsi vurmuşdur. Xəqani bundan sonra oradan uzaqlaşıb qaçmışdır. O daha sonra İsmətin yaralı olduğunu və İsmətdən qan axdığını görmüşdür. O, bundan sonra tanımadığı bir nəfər şəxslə İsməti həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirmişdir. Bir qədər sonra İntiqam adlı şəxs də həmin avtomobilə əyləşmişdir. O, avtomobildə arxa oturacaqda, İsmətin yanında əyləşmiş və onlar İsməti xəstəxanaya aparmışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid uzun müddətdir ki, tanıyır. Onun əvvəllər İsmətlə heç bir mübahisəsi olmayıb. Hadisədən təxminən 2-3 gün əvvəl İsmət ondan 100 manat pul almış və bir gün sonra pulu qaytaracağını demişdir. Lakin İsmət sözünə əməl etməmiş və ondan aldığı pulu geri qaytarmamışdır. O, İsmətdən bir neçə dəfə pulunu qaytarmasını istəmişdir. Lakin İsmət müxtəlif bəhanələr gətirərək ona pulu qaytarmamışdır. 27.07.2020-ci il tarixdə saat 23 radələrində o, İsmətlə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəbin qarşısında rastlaşmışdır. Həmin vaxt İsmətin yanında əvvəldən tanıdığı Samir adlı şəxs də olmuşdur. O, İsmətdən ondan aldığı 100 manat pulu qaytarmasını istəmişdir. Həmin vaxt Samir ondan aralaşıb yolun digər tərəfinə keçmişdir. O, İsmətdən ona olan borcunu qaytarmasını istəmişdir. Lakin İsmət ondan aldığı pulu qaytarmayacağını demiş və onunla mübahisə etməyə başlamışdır. O, İsmətdən təkidlə pulu qaytarmasını istədikdə isə İsmət ona bir neçə yumruq zərbəsi vurmuş və ona pulu qaytarmayacağını demişdir. O bundan sonra İsməti bıçaqla vurmaq qərarına gəlmiş və həmin vaxt üzərində olan bıçağı çıxarıb İsmətin qarın nahiyəsindən bıçaqla vurmuşdur. O, İsmətin qarın nahiyəsindən vuranda bıçağı yaradan çıxartmamışdır. Bundan sonra İsmət bıçağı yaradan çıxardaraq onun bel nahiyəsindən bıçaqla vurmuşdur. Bıçaq bundan sonra yerə düşmüşdür. O daha sonra həmin bıçağı yerdən götürüb yenidən İsmətin bud nahiyəsindən bıçaqla vurmuşdur. Bu vaxt Samir onların yanlarına gəlmiş və onun sol göz nahiyəsindən yumruqla vurmuş və ona xəsarət yetirmişdir. O bundan sonra oradan qaçaraq uzaqlaşmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxslan barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Onun Xəqani ilə yaxın münasibəti olmuşdur. 27.07.2020-ci il tarixdə saat 13 radələrində o, tanışı Samirlə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən əşya bazarının yaxınlığında görüşmüşlər. Onlar əvvəlcə Samirin yaşadığı mənzilə gedərək orada yemək yemiş və içki içmişlər. Daha sonra onlar mənzildən çıxıb şəhərdə gəzməyə başlamışlar. O, dəqiq saatı bilməsə də evdən çıxarkən artıq hava qaralmışdır. Onlar Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 16 saylı tam orta məktəb tərəfə getməyə başlamışlar. Onlar 16 saylı məktəbin qarşısında əvvəldən tanıdığı Xəqani adlı şəxslə rastlaşmışlar. Onun Xəqaniyə 55 manat borcu olmuşdur. Xəqani ondan Xəqaniyə olan borcunu qaytarmağını istəmişdir. O, Xəqaniyə pulu qaytaracağını desə də, Xəqani ona qarşı nalayiq söyüşlər söyərək borcunu qaytarmağını demişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. O bundan sonra Xəqanini döyməyə başlamışdır. Mübahisə zamanı Xəqani cibində olan bıçağı çıxarıb onun sağ tərəfindən bıçaqla vurmuşdur. Bıçaq yaranın üzərində qalmışdır. O, Xəqaninin onu bıçaqla vurduğunu bilib yaradan bıçağı çıxartmış və həmin bıçaqla Xəqaninin bel nahiyəsindən zərbə vurmuşdur. Lakin halsızlaşdığı üçün bıçaq əlindən düşmüşdür. Bundan sonra Xəqani yerdən bıçağı götürərək onun sağ budundan bıçaqla vurmuşdur. Bundan sonra Samir Xəqanini aralaşdırmışdır. Xəqani bundan sonra oradan uzaqlaşıb qaçmışdır. Daha sonra Samir, İntiqam və tanımadığı bir nəfər şəxs onu həmin vaxt yolun kənarında dayanmış ağ rəngli “VAZ 2106” markalı avtomobilə mindirmiş və onu xəstəxanaya aparmışlar. İşdə olan 28.07.2020-ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd qara rəngli köynək və bir ədəd tünd boz rəngli şalvar ondan götürülmüşdür. İşdə olan məhkəmə-tibbi ekspertizasının 28.07.2020-ci il tarixli 486 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş xəsarətlər: qalça tinində yara, sol sifətində qançır və şişkinliklə müşayət olunan sol almacıq sümüyünün qapalı sınığı, qalça tinində yara kəsici-deşici əşyanın təsirindən, sol sifətində qançır və şişkinliklə müşayət olunan sol almacıq sümüyünün qapalı yerdəyişən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 27.07.2020-ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə qalça tinində olan yara sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Sol sifətində qançır və şişkinliklə müşayət olunan sol almacıq sümüyünün qapalı sınığı sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan məhkəmə ekspertizasının 29.10.2020-ci il tarixli 6/2242 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın üzərində aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqdim edilmiş paltarlardan Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Cinayət işi materiallarında olan maddi sübut kimi tanıma haqqında 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd köynək və bir ədəd şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan DİN BƏSİİ-nin 14.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əməli CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərək Zərərçəkmiş şəxs Şahid bıçaqla vurmasını cüzi bəhanə gətirib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib zərərçəkmiş şəxsi yumruqla vurub ona az ağır xəsarət yetirməsi qənaətinə gəlsə də, qeyd olunanların özünü nədə biruzə verdiyini, hansı hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər olduğunu, hansı hərəkətlərin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olduğunu konkretləşdirərək ittihamda əks etdirməmiş, yəni gəldiyi nəticəni əsaslandırmamış və bu öz əksini iş materiallarında tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tətdiq olunmuş sübutlarla hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqında müəyyən olunur ki, Təqsirləndirilən şəxs dostu Şahid Zərərçəkmiş şəxs tərəfindən bıçaqla vurulmasından sonra sonuncunu yumruqla vurub ona az ağır xəsarət yetirmişdir ki, bu da cüzi bəhanə kimi deyil əsaslı səbəb kimi qiymətləndirilməli idi. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə deyil, dostluq münasibətində olduğu Şahid bıçaqla vurulması səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onu yumruqla vurub ona az ağır xəsarət yetirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1–ci maddəsinə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs oğlunun onunla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğlu məhkəməyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam həcmdə aradan qaldırmışdır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində cinayət işi üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsaəsn Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan bir ədəd köynək və bir ədəd şalvar məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1–ci maddəsinə tövsif edilsin, zərərçəkmiş şəxslə barışıb vurulmuş zərəri aradan qaldırdığına görə barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan bir ədəd köynək və bir ədəd şalvar məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM. Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar