Məhkəmə qərarları › İş №1(051)-53/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-53/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-53/2022 15.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 14/1 mənzil 24-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, həmin psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram çəkilərdə olmaqla 8 ədəd ayrıayrı bükümlərə ayırıb, həmin bükümləri bir ədəd sellofan bükümə qoyaraq 04.09.2021-ci il tarixdə satış məqsədi olmadan tanışı Şahid6 müvəqqəti olaraq saxlamağa vermiş, Şahid6 Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 05 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçənin başlanğıcında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:05 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun bədəninin sol sinə nayihəsində qadın alt paltarının içərisindən Təqsirləndirilən şəxs ona verdiyi bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ-ci siyahının 12-ci bəndi və İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5, psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 435,23 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana, habelə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,247 qram olan psixotrop maddə metamfetamini əldə etdikdən sonra, qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə gətirmiş, həmin narkotik vasitə qurudulmuş marixuananın 428,15 qram olan hissəsini bir ədəd göy rəngli sellofan torbanın içərisində yaşadığı evin həyətindəki yay mətbəxindəki vannanın altında satış məqsədi olmadan gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 7,08 qram hissəsini, habelə 0,247 qram psixotrop maddə metamfetamini bir ədəd ağ rəngli kağız bükümündə və 1 ədəd kibrit qutusunda əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlayaraq özü ilə daşımış, 08.09.2021-ci il tarixdə saat 18:45 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhər Avtovağzalının yaxınlığındakı ərazidə tanışı Şahid8 idarə etdiyi «VAZ 21015» markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq həmin tarixdə saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildikdən sonra, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız bükümün içərisində təmiz çəkisi 7,08 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmin cibdə kibrit qutusunun içərisində 0,247 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri zamanı onun ərizəsinə əsasən yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində fərdi yaşayış evində axtarış keçirilərkən isə həmin evin həyətindəki yay mətbəxindəki vannanın altından 428,15 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 08.09.2021-ci il tarixdə tanışları Babək, Ramiz və Eldarla Şahin adlı sürücünün idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Yevlax rayonundan qayıdan zaman polis əməkdaşları onları Mingəçevir şəhəriniun girişində, “Azpetrol”un yanında saxlatdılar. Həmin vaxt o, üzərindəki içərisində heroin olan bükümü uddu. Onları polis şöbəsinə aparıb, üstünə baxış keçirildi. Sonra isə onu Mingəçevir şəhər xəstəxanaslna apardılar. Orada tibb işçiləri ona məhlul içirdirdilər, uddumuş olduğu büküm qusuntu ilə ifarz olundu. Bundan başqa onun üstündə, eləcə də yaşadığı evdə hər hansı bir narkotik vasitə olmamışdır, ya da Sevincə saxlamaq üçün narkotik maddə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdi ki, Şahid6 onun qonşusudur. Sevinclə əvvəllər yaxın münasibəti olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Sevinclə əvvəl narkotik vasitə və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təxminən 2021-ci ilin avqust ayının sonlarında Şahid6 polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1 həftə əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində hərəkətdə olan zaman 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin tapdı. Özü də psixotrop maddə olan metamfetamindən istifadə etdiyinə görə onu tanıdı və şəxsi istifadəsi üçün üzərində gəzdirməyə başladı. Həmçinin həmin psixotrop maddə metamfetamini ayrı-ayrılıqda bükümlərə ayıraraq üzərində saxlamağa başladı. 04.09.2021-ci il tarixdə Mingəçevir şəhəri Şəfa bağ massivində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşlarının onu axtarması haqqında məlumat əldə etdi. Həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan yolda onunla qonşuluqda yaşayan Şahid6 görmüş və içərisində ayırdığı həmin bükümlər olan sellofanı ona verdi ki, saxlasın və sonra həmin bükümləri Sevincdən götürsün. Sabahı gün 05.09.2021-ci il tarixdə ona məlum oldu ki, Sevinc polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılarkən üzərindən onun saxlamaq üçün verdiyi ayrı-ayrı bükümlərdə olmaqla psixotrop maddə metamfetamin aşkar olundu. Bundan sonra o, polis şöbəsində qeyd olunan hadisə ilə əlaqədar olaraq ifadə verən zaman Sevincin üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini ona vermədiyini bildirdi. Lakin hazırda isə o, Sevincdən aşkar olunmuş psixotrop maddə metamfetamini verdiyini səmimi olaraq etiraf edərək bildirdi ki, həmin vaxt bunu etiraf etməməsinin səbəbi cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxması olmuşdur. Bundan başqa, o, təxminən 15-20 gün əvvəl Yevlax rayonu Hacıselli kəndində kanalın kənarından piyada keçən zaman kanalın kənarında yabanı bitən çətənə bitkisinin olmasını aşkar etdi və şəxsi istifadəsi üçün onları yığıb yaşadığı Mingəçevir şəhərinə gətirdi. Belə ki, özü də narkotik vasitələrdən istifadə etdiyi üçün Yevlax rayonu Hacıselli kəndində yabanı halda bitmiş olan həmin narkotik tərkibli çətənə bitkisini yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin yaxınlığında olan narlıq ərzisidə quruduraq şəxsi istifadəsi üçün saxlamağa başladı. Həmin çətənə bitkisini yığıb qurutması haqqında heç kimin məlumatı olmamışdır. Həmçinin təxminən 7-8 gün bir neçə ay bundan əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin giriş qapısının qarşısından 1 ədəd ağ rəngli kağızına bükülmüş büküm tapdı. Bükümü açanda içərisindəki kütlənin narkotik vasitə- heroin olmasını gördü. O, əvvəllər narkotik vasitə heroin istifadə etdiyinə görə tapdığı kütləni, iyindən, rəngindən, görünüşündən və toz halında olmasından tanıdı. Həmin bükümü əynindəki qara rəngli idman şalvarın sağ yan cibinə qoydu ki, münasib vaxtda istifadə edər. 08.09.2021-ci il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı Babək adlı şəxs və Eldar taksi ilə onu Mingəçevir şəhəri Şafa bağ massivində olan un dəryirmanının yaxınlığından götürdülər. Onlar birlikdə Yevlax rayonuna getdilər. Onlar Yevlax rayonunda birinci işıqforun yaxınlığında olan zaman o, Yevlax rayonunda yaşayan tanışı ilə görüşmək üçün taksidən düşdü. Belə ki, onların Yevlax şəhərinə getmələrinin əsas səbəbkarı Babək oldu. Belə ki, Babək ondan istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almasını istədi. Onun da əvvəl Babəkə işi düşdüyündən Babəkin xahişini yerə salmadı və onlarla birlikdə Yevlaxa getdi. Onun Yevlax şəhərində əvvələr narkotik vasitə aldığı Fərid adlı şəxsə mesaj yazaraq ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirdi, lakin Fəridin ona narkotik vasitə satmayacağını bildirdiyindən ona mesaj yazdı və Babəki də özünə inandırmaq üçün Yevlaxa apardı. Babək ona narkotik vasitə almaq üçün 120 manat pul verdi. Yevlaxda düşüb bir qədər gözlədikdən sonra yenidən avtomobilə əyləşdi və Babəkə narkotik vasitə ala bilmədiyini bildirdi və taksi ilə Mingəçevir şəhərinə qayıdan zaman saat 18:45 radələrində Mingəçevir şəhəri Avtovağzalının yaxınlığında polis əməkdaşları onları saxlayan zaman o, üzərində olan və təxminən 7-8 gün bundan əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısından tapdığı 1 ədəd ağ rəngli kağızına bükülmüş içərisində narkotik vasitə olan heroin bükümünü uddu. Bu zaman polis əməkdaşları özlərini təqdim etdi və onları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün polis şöbəsinə dəvət etdilər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədi və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəldilər. Həmin vaxt vəkil X4 ona müdafiəçi kimi təyin edildi. Şəxsi axtarış keçiriləcəyi izah olundu. O, yenə də etiraz etmədi. Şəxsi axtarış zamanı ona təklif olundu ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. O isə üstündə narkotik vasitə olduğunu bildirərək üzərimdə olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd kibrit qutusunun içərisində kibritlər ilə ağ rəngli kağıza bükülmüş içərisində limon duzu olan bükümü və şalvarının sol cibindən 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 50 qəpiklik pul əskinazını könüllü olaraq təqdim etdi. Daha sonra isə o, üzərinə şəxsi axtarış keçrilən zaman polis əməkdaşlarının onları saxlayan zaman 1 ədəd içərisində narkotik vasitə olan heroini uduğunu bildirdi və polis əməkdaşlarının iştirakı ilə Mingəçevir ŞMX-na gedərək həmin udmuş olduğu narkotik vasitəni həkim müşayəti altında qusdu. Həmin bükümdə polis əməkdaşları və tibbi işçilərin iştirakı ilə sənədləşdirildi vıə elektron tərəzidə çəkildi. Yaşadığı evə polis əməkdaşlarının baxış keçirilməsinə etiraz etməməsi barədə Mingəşevir ŞPŞ-yə ərizə ilə müraciət etdi. Bundan sonra yaşadığı ünvana gedildi və o, könüllü olaraq yaşadığı evdə yay mətbəxindəki vannanın altında gizlətdiyi sellofana bükülmüş qurudulmuş marixuana olan bükümü təqdim etdi. Həmin büküm tərəzidə çəkildi və polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldü. Həmçinin bildirdi ki, onun üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri satmaq məqsədi olmamışdır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin NMQ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şahid8 idarə etdiyi “VAZ 21015” markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə hərəkətdə olarkən Mingəçevir şəhər Avtovağzalının yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxsla birlikdə avtomobildə olan Şahid7, Şahid9, Şahid10 və sürücü Şahid8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib saxlanılaraq polis şöbəsinə gətirildi. Polis şöbəsinə vəkil X4 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd ağ rəngli kağız bükümü, həmçinin idman şalvarının sağ yan cibindən içərisində ağ rəngli kütlə olan bükümü könüllü olaraq təqdim etdi. Təqsirləndirilən şəxs qeyd olunan ağ rəngli kütlənin limon duzu olduğunu bildirdi. İçərisində qurudulmuş marixuanaya bənzər kütlə olan büküm elektron tərəzidə çəkildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd ağ rəngli kağız bükümdə olan kütlənin narkotik vasitə-qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni təxminən 15-20 gün əvvəl Yevlax rayonu, Hacıselli kəndində kanalın kənarından yığaraq qurudub şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirdi. Sonra Həsənov X3 şəhər Avtovağzalının yaxınlığında saxlanılarkən üzərində olan və saxanılarkən udduğu bükümü qusdurma yolu ilə götürmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparıldı. Orada həkimlər tərəfindən Təqsirləndirilən şəxs xüsusi məhlul içirdildi və Təqsirləndirilən şəxs qusdurulduqdan sonra onun mədəsindən ifraz olunmuş qusuntu qalıqlarının içərisində olan 01 ədəd ağ kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs onun qusuntu qalıqlarını içərisindən aşkar edilərək götürlümüş narkotik vasitə olan heroini təxminən 7-8 gün əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısından yerdən tapdığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Mingçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yay mətbəxindəki vannanın alt hissəsindən 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan kütlənin narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirdi. Həmin büküm elektron tərəzidə çəkildi. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşdığı evin həyətindən aşkar olunmuş kütləni təxminən 15-20 gün əvvəl Yevlax rayonu Hacıselli kəndinin ərazisindən yabanı halda toplayaq qurudub şəxsi istifadəsi üçün saxladığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 1990-cı ildən Mingəçevir şəhər xəstəxansında həkim kimi işləyir. 08.09.2021-ci il tarixdə işlədiyi acil şöbəsində növbədə olan zaman Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları şəhər sakini Təqsirləndirilən şəxs qusdurulması ilə əlaqədar olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirdilər. Orada o və tibb bacısı Şahid5 iştirak etdilər. Təqsirləndirilən şəxs xüsusi məhlul içirildikdən sonra qusmağa başladı. Təqsirləndirilən şəxs qusuntu qalıqlarını arasından 01 ədəd büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs qusuntu qalıqlarının arasından aşkar olunmuş büküm polis əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan və müvafiq protokol tərtib olunduqdan sonra götürülmüşdür. Tərtib olunmuş protokola o da imza etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş tibbi bacısı Şahid5 da Şahid4 ifadəsinə uyğun ifadə verdi Şahid Quliyeva Sevinc Səməd qızı məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 04 sentyabr 2021-ci il tarixdə saat təxminən 21 radələrində çörək almaq üçün yaşadığı Şəfa bağ evlərində yerləşən mağazaya getdi. Mağaza onun yaşadığı evin yerləşdiyi küçənin başlanğıcında yerləşir. O, piyada yol ilə gedərkən həmin vaxt qonşuluqda yaşayan Vaqifin oğlu İlkinlə rastlaşdı. Keçib gedərkən İlkin onu çağırdı, o,dayandı. İlkin ona sellofana bükülmüş bükümü verib xahiş etdi ki, bükümü özündə saxlasın, səhər ondan özü götürəcəkdir. İlkin tələsdiyini deyib yanından uzaqlaşdı. İlkin dedi ki, verdiyini elə yerdə saxla ki, nəm çəkməsin. O da həmin bükümü götürüb marketə getdi, daha sonra yaşadığı evə gəldi və evdə sellofan bükümü açanda gördü ki, içərisində də əlavə kağız bükümlər vardır. Həmin kağız bükümün birini açanda gördü ki, şüşə kimi olan maddədir. Bu zaman o, həmin bükümlərin narkotik vasitə olmasını başa düşdü. Bükümləri sellofanda olmaqla əvvəlcə yaşadığı evin həyətində ağacların dibinə atdı. 05 sentyabr 2021-ci il tarixdə səhər tezdən o, dəfələrlə İlkinin mobil telefonuna zəng etdi ki, gəlib verdiyi içərisində narkotik vasitə olan bükümü götürsün, lakin İlkin zəngə cavab vermədi. Həmin gün saat 11-12 radələrində o, ağacın dibindən həmin bükümü zibilliyə tullamaq məqsədilə götürdü və əynində olan qadın alt paltarının sol sinə hissəsinin altına qoyaraq evdən küçəyə çıxdı. Küçə ilə gedərkən küçənin yaxınlığında polis əməkdaşları onu saxlatdılar və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etmədi və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəldi. Polis Şöbəsində ona hüquqları və vəzifələri izah olundu. Həmçinin, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olundu. Ona üzərində saxlanması qadağan olunan nə varsa təqdim olunması təklif olundu. O, yaxasında alt paltarının içərisində saxladığı, İlkinin ona verdiyi həmin sellofan bükümü polis işçilərinə təqdim etdi. Sellofan büküm açılarkən içərisində 8 ədəd kağız bükümlər aşkarlandı. Bükümlər açılarkən içərisindəkinin şüşəyə oxşar narkotik vasitə metamfetaminə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etdilər. O da həmin bükümü ona qonşusu İlkinin saxlamaq üçün verdiyini bildirdi. Aşkar olunmuş 8 ədəd narkotik vasitə metamfetaminə bənzər kütlələr birlikdə elektron tərəzidə çəkilib götürüldü. Şahid10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 07.09.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhərində karyer yolunda olarkən yolun kənarında siqaretin gümüşü rəngli kağız bükümünü gördü və diqqətini cəlb etdiyi üçün həmin bükümü götürüb açdı. O, özü əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğundan tanıdı və şəxsi istifadəsi üçün cibinə qoydu. Həmin bükümdə olan narkotik vasitənin bir hissəsini cibində olan 1 manatlıq əskinaza bükərək çəkdi. Sonra isə həmin narkotik vasitə olan bükümü və pul əskinazını cibinə qoydu. 08.09.2021-ci il tarixdə evdən çıxan zaman həmin, içərisində narkotik vasitə heroin olan büküm və bir manatlıq əskinaz da üzərində olmuşdur. Günorta saatlarında tanışı Babək adlı şəxslə 20 Yanvar küçəsində yerləşən “Güllübağ” adlanan ərazidə görüşdülər. Görüşən zaman o, 1 nəfər tanışı ilə Yevlax şəhərinə gedəcəyini və onun da getməsini istədi. O da Babəklə razılaşdıqdan sonra birgə Güllübağın yaxınlığında taksiyə əyləşdilər. Şəfa bağ massivində Babəkin tanışları Eldar və İlkin də avtomobilə əyləşdilər. Bundan sonra onlar Yevlax şəhəri istiqamətində yola düşdülər. Onlar Yevlax şəhərinin girəcəyində birinci işıqforun yanına çatan zaman İlkin sürücü Şahid8 avtomobili kənara çəkib saxlamasını dedi. Avtomobil dayandıqdan sonra Təqsirləndirilən şəxs düşüb getdi, təxminən 15 dəqiqə sonra isə gəlib Mingəçevir şəhərinə qayıdacağını dedi. Bundan sonra Şahid8 Mingəçevir şəhəri istiqamətində avtomobili idarə etməyə başladı. Təxminən saat 18:45 radələrində Mingəçevir şəhəri Avtovağzalın yanında YPX əməkdaşı onların olduqları avtomobilə “saxla” əmri verdi. Bundan sonra digər polis əməkdaşları da onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etdilər. Onlar da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldilər. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində heroin olan bir ədəd gümüşü rəngli büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid7, Şahid8 və Şahid9 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 61-62-ci vərəqlərində olan 08 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 7,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin idman şalvarının sağ yan cibində olan kibrit qutusunun içərisindən ağ rəngli kağız bükümdə 0,247 qram çəkidə psixotrop madddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 68-69-cu vərəqlərində olan 08 sentyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin həyətindəki yay mətbəxində vannanın altından göy rəngli sellofan torbada içərisində 428,15 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 103-106-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli, 17/672 saylı rəyində göstərilir ki, üzərində “ Təqsirləndirilən şəxs qusdurulma zamanı mədəsindən aşkar olunmuş…büküm.” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,034 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0,034 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,024 qram. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... kütlə....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,247 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,247 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,197 qram. Həmin ağ rəngli kağız büküm içərində təmiz çəkisi 0, 842 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 7,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 7,08 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,03 qram. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş ...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi – 428,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 428,15 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 428,10 qram. Təqdim edilmiş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin 171-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1323 saylı 02 noyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(051)-29/2022 saylı hökmünün surətindən görünür ki, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şahid6 05 sentyabr 2021-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,351 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, həmin psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram çəkilərdə olmaqla 8 ədəd ayrı-ayrı bükümlərə ayırıb, həmin bükümləri bir ədəd sellofan bükümə qoyaraq 04.09.2021-ci il tarixdə satış məqsədi olmadan tanışı Şahid6 müvəqqəti olaraq saxlamağa vermiş, Şahid6 Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçənin başlanğıcında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 12:05 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun bədəninin sol sinə nayihəsində qadın alt paltarının içərisindən Təqsirləndirilən şəxs ona verdiyi bir ədəd sellofan bükümün içərisində 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,042 qram, 0,028 qram, 0,044 qram, 0,046 qram 0,047 qram, 0,055 qram, 0,048 qram və 0,041 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ-ci siyahının 12-ci bəndi və İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5, psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 435,23 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana, habelə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,247 qram olan psixotrop maddə metamfetamini əldə etdikdən sonra, qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi yaşayış evinə gətirmiş, həmin narkotik vasitə qurudulmuş marixuananın 428,15 qram olan hissəsini bir ədəd göy rəngli sellofan torbanın içərisində yaşadığı evin həyətindəki yay mətbəxindəki vannanın altında satış məqsədi olmadan gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 7,08 qram hissəsini, habelə 0,247 qram psixotrop maddə metamfetamini bir ədəd ağ rəngli kağız bükümündə və 1 ədəd kibrit qutusunda əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlayaraq özü ilə daşımış, 08.09.2021-ci il tarixdə saat 18:45 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhər Avtovağzalının yaxınlığındakı ərazidə tanışı Şahid8 idarə etdiyi «VAZ 21015» markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq həmin tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildikdən sonra, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız bükümün içərisində təmiz çəkisi 7,08 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmin cibdə kibrit qutusunun içərisində 0,247 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri zamanı onun ərizəsinə əsasən yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində fərdi yaşayış evində axtarış keçirilərkən isə həmin evin həyətindəki yay mətbəxindəki vannanın altından 428,15 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə şahid ifadələri, maddi sübut, iş materialları ilə təkzib olunur, özünü müdafiə xarakterini daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 141-142 vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdiriən hal müəyyən edilmədi. Cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 53-cü vərəqində olan şübhəli şəxsi tutma haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 127-ci vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. İşin 198-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 220-ci vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 25 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə və 23.12.2021ci il tarixdən 25.12.2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli, 15.04.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,024 qram heroin, 0,197 qram psixotrop maddə-metafetamin və 435,13 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixə və 23.12.2021-ci il tarixdən 25.12.2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 4 (dörd) gün CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1(bir) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli 15.04.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,024 qram heroin, 0,197 qram psixotrop maddə-metafetamin və 435,13 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 270 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : imza var Məhburə Kərimova Düzdür: Məhkəmənin hakimi Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar