Məhkəmə qərarları › İş №1(051)-53/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-53/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-53/2023 17.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs X4 iştirakı ilə Təqsirləndirilən şəxs-xx xxxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Əhmədov X5 şəhər sakini, tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 etibarından sui-istifadə edərək və aldatmaqla ona məxsus əmlakı dələduzluq yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə həmin MMC ilə “Art Proje” şirkəti arasında bağlanmış 12 iyul 2020-ci il tarixli 2 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndində tikilən 432 şagirdlik məktəbin daşınma və xx.xx.2020-ci il tarixli 75 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən Mingəçevir şəhəri 12 saylı məktəbin əsaslı təmirində metal barmaqlığın və qismən tikinti işlərinin görülməsi müqabilində müxtəlif tarixlərdə “Art Proje” şirkəti tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ85İBAZ******************** saylı hesabına köçmüş ümumilikdə 29.800 manat məbləğində pul vəsaitinin işlərin görülməsinə sərf edilməsi üçün başqa şəxslərin hesablarına köçürülüb çıxarılaraq özünə təqdim edilməsində köməklik göstərilməsinə dair Dilqəm Əliyevin özünə müraciətindən sonra sonuncu ilə 2020-ci ilin oktyabr ayında Mingəçevir şəhəri ərazisində görüşləri zamanı özünün ona müvafiq köməkliyi göstərmək, qeyd edilən pul vəsaitini tanışları vasitəsilə bank hesabından çıxarıb bank xərcləri nəzərə alınmaqla ona təqdim edə biləcəyini yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan istifadə edib, cinayətdən xəbərsiz Mingəçevir şəhər sakinləri olan tanışları Şahid3 və Şahid2 vasitəsi ilə qeyd edilən məbləğin bankdan götürməklə ona çatdırılmasına köməklik göstərilməsi barədə görüntü yaratmaq məqsədi ilə sonuncularla özünün vasitəçiliyi ilə "xxxx" MMC arasında formal olaraq bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələri əsasında Şahid2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına köçürülmüş 14.900 manat və Şahid3 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına köçürülmüş 14.900 manat pul vəsaitini özünün tapşırığına əsasən Şahid2 və Şahid3 ünvan 2 ünvanında yerləşən həmin bankın Mingəçevir şəhər filialından xx.xx.2021-ci il tarixdə çıxarmalarından sonra həmin pul vəsaitini sonunculardan həmin bankın qarşısında şəxsən aldıqdan sonra Dilqəm Əliyevə verməyib özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Dilqəm Əliyevə məxsus 29.800 (iyirmi doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Dilqəm Əliyev ilə tanışlığı digər tanışı Mingəçevir Asan Xidmətin Vergilər departamentində işləyən Şahid4 adlı şəxsin vasitəsilə yarandı. Şahid4 təxminən 2020-ci ilin oktyabr-noyabr aylarından etibarən tanıyır. Həmin şəxslə tanışlığı Mingəçevir şəhərində yerləşən 8 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi işləyən Esmira Hacıyevanın vasitəsi ilə yaranmışdı. Belə ki, Esmira adlı qadın ilə əvvəllər qeyri-rəsmi münasibəti olmuşdur. Həmin zamanlar, işləmədiyi üçün maddi cəhətdən sıxıntıları var idi. Esmira adlı qadın isə gəliri olmadığını, sıxıntıları və bir az borcunun olduğu üçün nömrəsini bir nəfərə verəcəyini, həmin şəxsin işini gördüyü halda ona maddi cəhətdən köməklik edəcəyini bildirdi. Bir müddət sonra bir nəfər onun mobil nömrəsinə zəng edərək Esmira adlı qadından nömrəsini aldığını, “Asan xidmət”-də işlədiyini və görüşmək istədiyini bildirdi, həmin şəxslə görüşmək üçün Mingəçevir şəhərində yerləşən “Asan xidmət”-ə getdi, görüş əsnasında həmin şəxsin “Asan Xidmət”-də vergi müfəttişi işlədiyini, həmçinin adının Şahid4 olduğunu bildirdi, məhz həmin vaxtdan etibarən Məhərrəmlə münasibət yaratdı. 2020-ci ilin oktyabr-noyabr ayında Məhərrəm ondan yük maşını idarə edən, həmçinin sürücülük vəsiqəsi olan 4 nəfər şəxs tapmaqda ona köməklik etməyini, bunun əvəzində tapdığı hər yük maşınına görə 300 manat məbləğdə pul verəcəyini bildirdi, Şahid4 həmin yük maşının sahiblərinin adına VÖEN açılacağını, sonra həmin yük maşınlarının sahiblərinin bank hesabına pul köçürüləcəyini bildirdi. Şahid4 yük maşınlarının sahiblərinin adına VÖEN açılması və pul köçürülməsindən onlara nə xeyrin olduğunu soruşduqda sonuncu ona VÖEN-i olan sürücülərlə müqavilə əsasında həmin şəxslərin bank hesabına hansısa şirkət tərəfindən pul köçürələcəyini, sürücülər tərəfindən isə həmin pulun nağdlaşdırılaraq şirkətə qaytarılacağını, nağdlaşdırılan puldan isə hər sürücüyə görə ona 300 manat məbləğdə pul veriləcəyini dedi. Yəni Məhərrəmin sözündən şirkətin pulu nağdlaşdırmaq üçün fərqlənmə nişanı və VÖEN-i olan sürücülərin bank hesabına köçürmək yolu ilə pulu nağdlaşdırmaq istədiklərini anladı. Lakin sürücülərin bank hesabına pul köçsə də, onlar şirkət üçün faktiki olaraq heç bir iş görməyəcəklərini və sadəcə olaraq pulun nağdlaşdırılmasında iştirak edəcəklərini başa düşdü. Bu minvalla Şahid4 bu işin onun üçün məsuliyyət yaradıb-yaratmamağını soruşduqda sonuncu narahat olmamağını, nağdlaşan pulun elə sahibinə məxsus olduğunu, sadəcə nağdlaşdırmaq üçün belə bir xidməti müqaviləyə ehtiyacının olduğunu bildirdi. Danışığa əsasən tapdığı sürücülərlə birlikdə, onların "xxxx" ASC-nin Mingəçevir filialında açılmış hesablarına pul köçürüldükdən sonra onlarla birlikdə banka getməli, orada nağdlaşaraq sürücülərə verilən pulu gətirib Məhərrəmin özünə və onun yanında olan Dilqəm Əliyevə verməli idi. X9 "xxxx" MMC adlı şirkətin təsisçisi olduğunu və köçürülən pul vəsaitinin onun şirkətinə məxsus olduğunu bildi. İşin bütün detallarını Şahid4 öyrəndikdən sonra 4 nəfər yükdaşıyan nəqliyyat vasitəsi ilə olan sürücü tapmaqdan ötrü Mingəçevir şəhərində yerləşən meyvə-tərəvəz bazarında satıcı işləyən atası Şahid1 müraciət etdi, belə ki, atası Şahid1 özünə məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı, «Qazel» markalı yük avtomobili var idi. Həmçinin atasının iş yoldaşları, istifadələrində «Qazel» markalı yük avtomobilləri olan X10, X6, digər xatırlamadığı şəxsə müraciət edərək onların sənədlərinin şəkillərini «whatsapp» proqramı vasitəsi ilə Şahid4 göndərmiş, sonuncu isə həmin şəxslərin adına VÖEN açılacağını bildirdi. Həmin sürücülərdən bəzilərinin VÖEN-i olmadığı üçün onlar üçün Şahid4 tərəfindən VÖEN açılmış, bəzilərinin isə VÖEN-i əvvəlcədən oldu. Şahid4 ona hər biri sürücü üçün ayrı-ayrılıqda asan imza nömrəsi almağını xahiş etdi, Mingəçevir şəhərində yerləşən “asan imza” nömrələrini, 1 ədədi 27 manat olmaqla 4 ədəd ümumilikdə 135 manat pul verib «asan imza» üçün nömrə almış, həmin nömrələrin alınmasına görə 135 manat pulu ona Məhərrəm verdi. «Asan imza» üçün 4 nəfər sürücünün adına aldığı 4 nömrəni Şahid4 verdi. Lakin həmin nömrələrlə bağlı aparılan sənədləşmə işindən anlayışı olmadı. Sənədləşmə ilə bağlı bütün prosesləri Şahid4 etdi. Qeyd etdiyi kimi hər bir sürücünü tapdığına görə Şahid4 ona 300 manat olmaqla ümumilikdə 1200 manat məbləğdə pul verməli idi. Tapdığı 4 nəfər yük maşının sürücüsünün hər birinin bank hesabına ümumilikdə 59600 manat pul yüklənmişdir. Həmin sürücülər ilə Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-nin qarşısına gəldilər. Həmin vaxt Şahid4 də, Dilqəm Əliyev də "xxxx" ASC-nin qarşısına gəlmişlər. Sürücülər hesablarına yüklənmiş pul vəsaiti "xxxx" ASC-dən çıxarmaq üçün banka daxil oldular və Dilqəm Əliyev də həmin sürücülər ilə birlikdə banka daxil oldu. Təxminən 20 dəqiqə interval ilə 4 nəfər hesabına pul köçürüldü sürücülər hesablarına yüklənmiş nağd pulu bankdan çıxararaq atasına məxsus Vaz 3110 markalı avtomobildə ona verdilər. Dörd nəfər sürücü tərəfindən ona təqdim edilən pul ümumilikdə 60000 manata yaxın idi. Ancaq həmin puldan hər bir tapdığı sürücü üçün Məhərrəmlə razılaşdığı 300 manat olmaqla, ümumilikdə 1200 manat pulu ümumi məbləğdən götürdü, sonra isə qalan pulu Mingəçevir şəhəri, “Toxuculuq kombinatının” yanında Şahid4 ilə Dilqəmə verdi. Onlar pulu saymadı alıb, dərhal ondan ayrılıb çıxıb getdilər. Həmin vaxt Şahid4 ilə Dilqəm Əliyevin qeyri-qanuni iş görməsindən şübhələndi, lakin əlində hər hansı qeyri-qanuni iş görmələri barədə əsas olmadığı üçün bu barədə heç kəsə məlumat vermədi. Qeyd oluna sürücülərin heç birinə həmin 1200 manat puldan vermədi, onlara mütəmadi olaraq daşıma işləri tapşırmaqla onlara əvəzində əmək haqlarını və benzinlərini təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə Şahid4 yenidən ona zəng edərək yük maşını olan sürücü tapmasını və tapdığı hər bir sürücüyə görə yenidən 300 manat məbləğdə pul verəcəyini bildirdi, atası Şahid1 ilə bazarda işləyən Şahid2 və Şahid3 yük maşını olduğu üçün onlardan köməklik istədi, bunun üçün Şahid4 Şahid2 və Şahid3 şəxsiyyət vəsiqələrini və nəqliyyat vasitəsinin sənədinin şəklini çəkərək istifadəsində olan ***-***-**- ** mobil nömrəsinin “whatsapp” proqramı vasitəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “whatsapp” proqramına göndərdi, xx.xx.2021-ci il tarixdə Şahid4 ona zəng edərək Şahid2 və Şahid3 hesabına məbləğini hazırda xatırlamadığı məbləğdə pul köçürüldüyünü, Şahid2 və Şahid3 "xxxx" ASC-nin Mingəçevir filialına gedib, köçürülmüş pulu bankdakı hesablarından çıxarmalarını, daha sonra həmin pulu onlardan alıb, öz payına düşən 600 manatı götürüb, qalan hissəsini isə onunla Dilqəm Əliyevə verməli olduğunu dedi. Teyyub və Fəqanla birlikdə Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-nin qarşısına getmiş, həmin vaxt Şahid4 yanında gördüyü Dilqəm Əliyev də bankın qarşısında olmuş, sürücülər Dilqəm Əliyev ilə birlikdə banka daxil olmuş, həmin vaxt ərzində Dilqəm Əliyev bir neçə dəfə banka daxil olub bayıra çıxmış, Şahid2 və Şahid3 təxminən yarım saat sonra bankdan çıxdılar və hesablarından çıxardıqları pulu ona verdilər. Teyyub və Fəqandan təxminən 28200 manat civarında olan pulu təhvil aldı, əvvəlcədən Şahid4 və Dilqəm Əliyev adlı şəxslərin qanunsuzluq etdiyindən şübhələndiyindən pulu onlara vermədi və telefonunu söndürdü. Götürdüyü 28200 manat məbləğdə pulun böyük hissəsini borclarının qaytarılmasına sərf etdi, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasına getdi, orada olan zaman atası Şahid1 ona zəng vuraraq Dilqəm Əliyevin ondan Mingəçevir ŞPŞ-yə şikayət etdiyini bildirdiyindən xx.xx.2021-ci il tarixdə yenidən Azərbaycana qayıtdı. Əməlindən peşmandır. Hazırda Dilqəm ilə barışmışlar. Həm zərəçəkmiş şəxsə vurmuş olduğu ziyan zərərçəkmiş şəxsə, həm də vurulmuş ziyanın 25 faizi olan 7500 manatı dövlət büdcəsinə ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, "xxxx" MMC onun tərəfindən 2016-cı ildə təsis edilmişdir. 2017-ci ildə isə fəaliyyətə başladı. MMC-nin əvvəlki icraçı direktoru həyat yoldaşı X1 olsa da, MMC-nin fəaliyyəti ilə bağlı bütün əməliyyatlar və sənədləşmə işləri şəxsən özü tərəfindən aparılmışdır. Təsis etdiyi "xxxx" MMC-nin fəaliyyəti yaşayış və qeyri-yaşayış binalarında, o cümlədən tikinti sahələrində tikinti işlərinin aparılması üzrə bir sıra xidmətlərin göstərilməsidir. MMC podratçı və subpodratçı təşkilat kimi fəaliyyət göstərərək, əsasən qeyri-əmlak xarakterli xidmətlər, o cümlədən yük daşıma xidmətləri göstərməklə məşğuldur. MMC 2016-cı ildə 11 saylı Yevlax Ərazi Vergilər İdarəsində qeydiyyata alındı. Həmçinin MMC-nin Beynəlxalq və Kapital Bank ASC-lərdə bank hesabları yaradıldı. "xxxx" MMC əsasən subpodratçı kimi bu və ya digər dövlət orqanlarının və ya dövlət tərəfindən yaradılmış müəssisə və təşkilatlar tərəfindən tikinti sahəsində verilmiş bir sıra tapşırıqların icrasını, həmçinin podratçı təşkilatlarla aramızda bağlanan müqavilələr əsasında yuxarıda göstərilən xidmətləri həyata keçirir və bunun müqabilində qazanc əldə edir. Podratçı təşkilatlar, həmçinin tenderlərdə qalib olmuş dövlət təşkilatları ilə aralarında tikinti və yükdaşıma işlərinin icrası ilə bağlı müqavilə bağlandıqdan sonra rəhbərlik etdiyi şirkət tərəfindən verilən faktura sənədlərinə əsasən rəhbərlik etdiyi MMC-nin Kapital və Beynəlxalq Bank ASC-lərdə olan hesablarına podratçı (sifarişçi) təşkilatlar tərəfindən müəyyən edilmiş pul vəsaiti köçürülür, bundan sonra isə müqavilədə göstərilən xidmətlər və işlərin icrasını başlanır. Qeyd etdiyi kimi "xxxx" MMC 11 saylı Yevlax Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və vaxtı-vaxtında vergiləri ödəyir. 11 saylı Yevlax Ərazi Vergilər İdarəsinin Mingəçevir şəhər şöbəsinin mütəxəssisi Şahid4 adlı şəxs təxminən 2020-ci ilin noyabr ayından tanıyır. O, həmin vaxtdan etibarən təsis etdiyi MMC-nin faktiki olaraq qeyri-rəsmi mühasibidir. Yəni Şahid4 həmin dövrdən etibarən "xxxx" MMC-nin bank hesablarına daxil olan pul vəsaitini verilən və qəbul edilən qaimələr əsasında təyinatı üzrə istifadə olunması üçün bank əməliyyatları həyata keçirir. MMC-nin rəhbəri kimi qeyrirəsmi olaraq ona məxsus «Asan imza»nı Şahid4 vermiş, sonuncu onunla razılaşdırdıqdan sonra pul vəsaitləri ilə bağlı bütün əməliyyatları həyata keçirir, yəni pul vəsaitlərini qəbul edib, onu lazımı ünvanlara köçürür. MMC-nin rəsmi işçiləri həyat yoldaşı (icraçı direktor) Gülnar Allahverdiyeva, iş icraçısı isə qardaşı Tacəddin Əliyevdir. Subpodratçı təşkilat kimi digər işlər isə şirkətin müxtəlif fiziki şəxslərlə bağladığı xidməti müqavilələr əsasında həyata keçirilir. Pul vəsaitləri ilə bağlı əməliyyatlar isə yalnız elektron qaimə sənədləri əsasında həyata keçirilir. Kağız üzərində bağlanmış müqavilə əsasında faktiki olaraq heç bir bank əməliyyatı aparılmır. 2020-ci ildə daşınma və metalbarmaqlığın yığılması üçün təsis etdiyi "xxxx" MMC ilə "xxxx" MMC arasında bir neçə müqavilə bağlanmışdır. Müqavilələrə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndi və Mingəçevir şəhəri, 12 saylı məktəbdə daşınma və qismən tikinti işlərinin görülməsi ilə bağlı "xxxx" MMC ilə aralarında müqavilə bağlanmışdır. 2021-ci ilin təxminən sentyabr-oktyabr ayınadək "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında göstərdiyi və göstərəcəyi xidmətlərin qaiməsini Şahid4 verdikdən sonra sonuncu həmin qaimələri "xxxx" MMC-nin sisteminə vurmuş, rəhbərlik etdiyi MMC-nin bank hesabına vəsait köçürülmüşdür. Həmin məbləğin bir hissəsi təyinatı üzrə xərclənmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Məhərrəm ona zəng edərək "xxxx" MMC-nin Kapital və Beynəlxalq banklardakı hesabına «Litosfer MMC» və "xxxx" MMC-dən hazırda xatırlamadığı məbləğdə pul vəsaitinin köçürüldüyünü bildirmiş, "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən Mingəçevir şəhərində və Gəncə şossesində yerləşən 5 mərtəbəli yaşayış binasının dəmir, qəlp və daşıma işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. O da təxminən qarşıda olan ən azından 6 ay ərzində hər iki şirkətə yük daşınma işlərinin aparılması üçün həmin işləri görəcək şəxslər taparaq, qeyd olunan qaimə fakturalarda göstərilən işləri yerinə yetirmişdir. Həmin işləri vaxtamuzd və reysəmuzd şəxslər tərəfindən həyata keçirilmiş və hər reysə görə onlara hazırda xatırlamadığı məbləğdə ödənişlər aparılmalı idi. Vaxtamuzd və reysəmuzd işləyən şəxslərin VÖEN-i olmadığından şirkət olaraq hesabına köçmüş pulları onlara ödəmək üçün birbaşa həmin şəxslərlə müqavilə bağlaya bilməmiş, ona görə də məcbur qalıb VÖEN-i olan sürücülər tapıb onlarla xidmət müqaviləsi bağlayıb pulları həmin şəxslərin hesabına vurmuş, həmin şəxslər pulları bankdan çıxardıqdan sonra ona təqdim etmiş, öz növbəsində pulları aparıb vaxtamuzd və reysəmuzd işləyən işçilərə vermişdir. Qeyd edilən xidmət müqavilələri "xxxx" MMC ilə Cavid Əzəmmədov, Nazir Bayramov, Eltun və Zaur Dadaşov, Şahid1, Orxan, Sahib İbrahimov, Rəmzi Səlimov, Şaiq Nəbiyevlə bağlanmış, həmin müqavilələr əsasında rəhbəri olduğu şirkətdən həmin şəxslərin hesablarına pul köçmüş, köçən pul da bankda onlar tərəfindən çıxarıldıqdan sonra ona Məhərrəm Əzzizadə tərəfindən təqdim olunmuş, həmin vəsaiti vaxtamuzd işləyən işçilərə vermişdir. Cavid Əzəmmədov və Nazir Bayramov istisna olmaqla adları çəkilən sürücüləri ona Məhərrəm Əzzizadə tapmışdır. Həmçinin ona məxsus «asan imza» Şahid4 olmuş, sonuncu da onun tapşırığı ilə bank əməliyyatlarının həyata keçirilməsi ilə bağlı adından komanda verə bilmişdir. Məhərrəm ona xx.xx.2021-ci il tarixdə «Whatsapp» proqramı vasitəsi ilə Fəqan Baxşov və Şahid2 bank rekvizitləri, şəxsiyyət vəsiqələrinin surətlərini, habelə avtomobillərin texniki pasportu və sürücülük vəsiqələrinin şəklini ona göndərib, onlarla arxa tarixə müqavilə hazırlamağını və həmin müqaviləni ona verməyini xahiş etmiş, Şahid4 dediyi kimi hər iki şəxslə, yəni Şahid3 və Şahid2la aralarında bağlanacağı xidməti müqaviləni hazırlamış, həmin xidməti müqaviləni Şahid4 sözünə əsasən arxa tarixə hazırlamışdır. Səhv etmirsə də birini xx.xx.2021-ci il, digərini isə xx.xx.2021-ci il tarixlərə hazırlamış, bundan sonra hər iki şəxslə aralarında olan müqaviləni Şahid4 vermiş, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində "xxxx" ASC-nin Mingəçevir filialına getmiş, həmin vaxt orada hesablarına pul köçürdüyü Şahid2 və Şahid3 olduğunu görmüş, onlar bankın içərisində onların hesabına köçürülən pulu alıb getmişlər, hətta onların vergi və sosial ödənişlərini də ödəmişdir. Məhərrəmin deməyinə görə X12 Əhmədov adlı şəxs tapmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir filialının qarşısında olmuş, bundan sonra Şahid4 ona zəng edərək sürücülər Fəqan və Teyyubun hesabına köçürdüyü pulun 28200 manat hissəsinin Namiqin gətirib ona verəcəyini bildirmiş, həmin pulu götürüb subpodrat müqaviləsi bağladığı şirkətlər üçün işlərin görülməsini yerinə yetirən işçilərə verəcəkdi. "xxxx" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq elektron qaimələr əsasında köçmüş pulun böyük hissəsi ərazidə zibilin toplanaraq daşınması xidmətinə görə ödənmiş, həmin xidmət də reysəmuzd yük maşınları sürücüləri tərəfindən görülmüşdür. Həmin şəxslər də hər gün müxtəlif şəxslər olmuşdur. Ona görə də onlarla müqavilə bağlamaq çətinliyi olmuş, həmin şəxslər reysə görə pullarını tələb etmişlər. Amma həmin yük maşınların çoxusunun VÖEN-i olmadığından onlarla xidmət müqaviləsi də bağlamaq mümkün olmamışdır. Belə olan halda vergi ödəyicisi olan, lakin həmin işlərin görülməsinə cəlb edilməmiş, yük maşını olan şəxslərlə xidmət müqaviləsi bağlanmış, həmin şəxslərə köçmüş pullar götürülərək real işi görmüş şəxslərin hesabına ödənmişdir. Bütün prosedur bu şəkildə tənzimlənmişdir. Lakin 28.200 manat pul xx.xx.2021-ci il tarixdə sürücülər Fəqan və Teyyub tərəfindən götürüldükdən sonra Namiqə təhvil verilmiş sonuncu isə həmin pulları ona təqdim etməmişdir. Belə ki, həmin gün Məhərrəmlə danışıb, qurtardıqdan sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, bir qədər sonra bankın qarşısında Namiqlə görüşmüş, görüş zamanı Namiq ona pulun sürücülərin adına köçürülməsi ilə bağlı bütün göstərişlərin Şahid4 tərəfindən ona verildiyini, Məhərrəmin sözünə əsasən sürücülər Şahid2 və Şahid3 banka gətirdiyini, onlara fərqlənmə nişanının verilməsinin Məhərrəm tərəfindən təşkil olduğunu demiş, Namiqlə söhbət edərkən onun gəldiyi avtomobildə sükan arxasında sonradan adının Elgiz olduğunu bildiyi bir şəxs də əyləşmişdir. Elgiz adlı şəxs tərəfindən sürücülər Şahid2 və Şahid3 adına köçürülən pulu yaddan çıxarmağını, həmin pulun fərqli yerlərə sərf olunacağını, pulun köçürülməsi ilə bağlı Namiqlə arasında heç bir söhbətin olmadığını, ona görə də pulu Namiqdən tələb etməyə haqqının çatmadığını, pulu Məhərrəmdən tələb edə biləcəyini demişlər. Bir sözlə Təqsirləndirilən şəxs və Elgizin sözlərindən sonra sürücülər tərəfindən nəğdləşdirilən pulun təyinatı üzrə sərf olunmayacağını və artıq Namiq tərəfindən ələ keçirildiyini anlamışdır. Namiqi Məhərrəmin tapdığını bildiyi üçün artıq bu söhbətlərdə Şahid4 də şübhələnməyə başlamışdır. Həmin ərəfədə nəqliyyat departamentinin əməkdaşı Ramin adlı şəxslə də görüşmüş, sonuncu Şahid4 tapşırığı ilə sürücülər Şahid2 və Şahid3 «fərqlənmə nişanı» düzəltdiyinə görə 50 manat pul verməli olduğunu da bildirmişdir. Ona həmin pulu Məhərrəmin özündən ala biləcəyini bildirmişdir. Bu söhbətlərdən bir müddət sonra Məhərrəm bankın yanına gəlib onunla görüşmüş, həmin vaxt ondan sürücülər Şahid2 və Şahid3 köçürdüyü pulun nağdlaşdırma əməliyyatı aparıldıqdan sonra ona verməli olması ilə bağlı təklifin səbəbini Məhərrəmdən soruşduqda, sonuncu ona 1-2 saata hər bir şeyi açıqlayacağını bildirib çıxıb getmiş, bundan sonra həm Təqsirləndirilən şəxs, həm də onunla birlikdə gələn Elgiz, habelə Məhərrəmə dəfələrlə zəng etsə də, onlar zənglərinə cavab verməmişlər. Sonda bircə dəfə Məhərrəm telefon zənginə cavab verərək anasının səhhətinin pis olduğunu, ertəsi gün onunla əlaqə yaradacağını bildirmiş, ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə Məhərrəmlə şəhərdə görüşmüşlər, sonuncu ona Namiqin onu aldadaraq sürücülərin adına köçürülən pulu götürüb aradan çıxdığını, ancaq məsələni həll edəcəyini bildirmiş, Məhərrəmdən pulun necə olduğunu, kim tərəfindən ələ keçirildiyini soruşub, pulun ələ keçirilməsində onun da əlinin olduğunu üzünə qarşı demiş, lakin, Məhərrəm min cür bəhanələr uyduraraq, pulu qaytaracağını demişdir. Ona görə də Məhərrəmə bu işdə günahı yoxdursa, birlikdə polis şöbəsinə gedib, şikayət etməyi təklif etmiş, bir müddət sonra Məhərrəm ona zəng edərək, şəhərin H.Əliyev prospektində parkda olduğunu, ona təcili olaraq 2000 manat əlavə pul lazım olduğunu, həmin pulu tapıb ona verəcəyi təqdirdə 28200 manat pulu dirçəldəcəyini bildirmiş, bundan sonra Məhərrəmin dediyi istiqamətə getmiş, həmin vaxt Məhərrəmin Esmira adlı qadınla birlikdə olduğunu görmuş, Esmira və Məhərrəm ona məxsus avtomobildə oturub söhbət edərkən, Məhərrəm ona kriminal aləmin nümayəndələri vasitəsi ilə pulu qaytazdıracağını söyləmiş, lakin, sonradan Məhərrəm pulun qaytarılması ilə bağlı heç bir addım atmadığı və telefonlarına cavab vermədiyi üçün xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid2 Bəhman oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, təxminən 10 ildən artıqdır ki, Mingəçevir şəhərində yerləşən “Orxan Bazarı” adı ilə tanınan yarmarkada tərəvəz satışı və eləcə də fərdi qaydada sürücülük ilə məşğul olaraq tərəvəz məhsulları daşıyır. Şahid1 adlı şəxsi 10 ildən artıq ki, tanıyır. Nazim də, işlədiyi “Orxan Bazarı” adı ilə tanınan yarmarkada tərəvəz satışı ilə məşğuldur və onunla münasibəti yaxşı idi. 2021-ci ilin təxminən noyabr ayında Şahid1 ondan Qazel markalı 57-B0-832 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu üçün yükdaşıma adı ilə adına VÖEN açılacağını və hesabına pul vurulacağını, həmin pulu Şahid1 oğlu Təqsirləndirilən şəxs verməli olduğunu xahiş etdi, Şahid1la münasibəti yaxşı olduğu üçün razılaşaraq şəxsiyyət vəsiqəsini və özünə məxsus nəqliyyat vasitəsinin sənədini onun oğlu Təqsirləndirilən şəxs vermiş, sonuncu isə ona məxsus olan şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin fotoşəklini çəkərək ona geri qaytardı. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs mobil nömrəsi ilə əlaqə saxlayaraq hesabına pul yükləndiyini və onunla "xxxx" a getməyini xahiş etdi, həmin gün Təqsirləndirilən şəxs saat 17 radələrində Vaz 3110 markalı nəqliyyat vasitəsilə onu yaşadığı Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsinin yaxınlığından götürdü, sonradan onunla eyni bazarda işləyən Şahid3 da yaşadığı Mingəçevir şəhəri, M.Hüseyn küçəsində binanın arxasından götürdü, Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi Vaz 3110 markalı nəqliyyat vasitəsilə Mingəçevir şəhərində yerləşən “Beynəlxalq Bank’‘-ın qarşısına gəldilər. Orada Namiq onlara sonradan adını Dilqəm Əliyev olduğunu bildikləri şəxsi göstərib ona yaxınlaşmalarını dedi, buna görə də, Teyyubla birlikdə "xxxx"-a daxil olub, Dilqəmə yaxınlaşdılar. “Beynalxalq Bank”-ın içərisində təxminən 20 dəqiqə gözlədikdən sonra Dilqəm onları bankın mütəxəssisinin yanına dəvət edib mütəxəssisin onlara təqdim etdiyi sənədləri imzalamalarını bildirdi. Buna görə də, Fəqanla mütəxəssisin onlara təqdim etdiyi bank sənədlərini imzaladılar. Sənədləri imzaladıqdan sonra bankın kassasına yaxınlaşıb hər biri, yəni həm özü, həm də Fəqan ayrı-ayrılıqda 14900 manat məbləğində pulu aldılar. Pulu aldıqdan sonra "xxxx" ASC-dən bayıra çıxıb bayırda onları gözləyən Namiqlə birlikdə onun idarə etdiyi VAZ3110 markalı avtomobilə əyləşdilər. Avtomobilin içərisində Fəqanla bankdan aldıqları pulları Namiqə verdilər. Namiq ondan və Fəqandan pulları aldıqdan sonra ilk olaraq Fəqanı yaşadığı Mingəçevir şəhəri, M.Hüseyn küçəsi, 9 saylı binanın arxasında, daha sonra onu Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsinin yaxınlığından düşürdü. Həmin vaxtdan sonra Dilqəmi görmədi. Həmçinin Təqsirləndirilən şəxs verdikləri puldan onlara hər hansı məbləğ vəsait vermədi. Dilqəm Əliyevi əvvəllər tanımamış, ilk dəfə Dilqəm Əliyevi xx.xx.2021 -ci il tarixdə “Beynəlxalq bank“-dan pul alan zaman görmüş, həmin vaxtdan sonra da, Dilqəm Əliyevi görməmişdir. Təqsirləndirilən şəxs əməli digər Şahid3 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin şahidlər Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 1-ci cildinin 81-82-ci vərəqlərində olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2 nömrəli müqavilədən görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində tikilən 432 şagirdlik məktəbin daşınma işlərini "xxxx" MMC öz öhdəsinə götürmüşdür. İşin 1-ci cildinin 18-19-cu vərəqlərində olan xx.xx.2021-ci il tarixli Xidmət göstərilməsinə dair 10 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin təsçisçisi X8 və Şahid3 arasında daşınma və yükləmə işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. İşin 1-ci cildinin 48-60-cı vərəqlərində olan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə yük daşıma xidmətinə görə Şahid3 hesabına 14.900 manat vəsait köçmüşdür. İşin 1-ci cildinin 29-30-cu vərəqlərində olan xx.xx.2021-ci il tarixli Xidmət göstərilməsinə dair 21 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin təsçisçisi X8 və Şahid2 arasında daşınma və yükləmə işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. İşin 1-ci cildinin 220-ci vərəqində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məktuba əlavə edilmiş diskdən görünür ki, "xxxx" MMC-nin VÖENİ ********** olmaqla xx.xx.2017-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Şirkətin rəhbəri X7r. İşin 1-ci cildinin 183-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs Dilqəm Əliyevə dəymiş ziyanı tam şəkildə ödəmiş, həmçinin ziyanın 25% Dövlət nəfinə ödəmişdir. Ona görə də iş üzrə icraata ziyanı ödədiyinə görə xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu tərəfindən X2 Cinayət işi üzrə maddi ziyanın 25 faizi təyinatı üzrə 7500 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mingəçevir şəhər sakini olan tanışı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 etibarından sui-istifadə edərək və aldatmaqla ona məxsus əmlakı dələduzluq yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə həmin MMC ilə “Art Proje” şirkəti arasında bağlanmış 12 iyul 2020-ci il tarixli 2 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndində tikilən 432 şagirdlik məktəbin daşınma və xx.xx.2020-ci il tarixli 75 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən Mingəçevir şəhəri 12 saylı məktəbin əsaslı təmirində metal barmaqlığın və qismən tikinti işlərinin görülməsi müqabilində müxtəlif tarixlərdə “Art Proje” şirkəti tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ85İBAZ******************** saylı hesabına köçmüş ümumilikdə 29.800 manat məbləğində pul vəsaitinin işlərin görülməsinə sərf edilməsi üçün başqa şəxslərin hesablarına köçürülüb çıxarılaraq özünə təqdim edilməsində köməklik göstərilməsinə dair Dilqəm Əliyevin özünə müraciətindən sonra sonuncu ilə 2020-ci ilin oktyabr ayında Mingəçevir şəhəri ərazisində görüşləri zamanı özünün ona müvafiq köməkliyi göstərmək, qeyd edilən pul vəsaitini tanışları vasitəsilə bank hesabından çıxarıb bank xərcləri nəzərə alınmaqla ona təqdim edə biləcəyini yalandan bildirib onu aldatmaqla özü barəsində formalaşdırdığı inam və etibardan istifadə edib, cinayətdən xəbərsiz Mingəçevir şəhər sakinləri olan tanışları Şahid3 və Şahid2 vasitəsi ilə qeyd edilən məbləğin bankdan götürməklə ona çatdırılmasına köməklik göstərilməsi barədə görüntü yaratmaq məqsədi ilə sonuncularla özünün vasitəçiliyi ilə "xxxx" MMC arasında formal olaraq bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələri əsasında Şahid2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına köçürülmüş 14.900 manat və Şahid3 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına köçürülmüş 14.900 manat pul vəsaitini özünün tapşırığına əsasən Şahid2 və Şahid3 ünvan 2 ünvanında yerləşən həmin bankın Mingəçevir şəhər filialından xx.xx.2021-ci il tarixdə çıxarmalarından sonra həmin pul vəsaitini sonunculardan həmin bankın qarşısında şəxsən aldıqdan sonra Dilqəm Əliyevə verməyib özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Dilqəm Əliyevə məxsus 29.800 (iyirmi doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 29800 manat məbləğində ziyanın iyirmi beş faizini yəni, 7500 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Prosesual Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb və ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş "xxxx" MMC-yə aid hesabdan çıxarış, Şahid2 və Şahid3la "xxxx" MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələr cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1 Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş "xxxx" MMC-yə aid hesabdan çıxarış, Şahid2 və Şahid3la "xxxx" MMC arasında bağlanmış xidmət göstərilməsinə dair müqavilələr cinayət işi materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar