Məhkəmə qərarları › İş №1(051)-54/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-54/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-54/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – X3 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, 2 az yaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə, xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 03 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəllər aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlınğında pusquda durmuş o isə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətdən və həyətyanı sahədə yerləşən yarımtikilidən 1 ədəd 30 manat dəyərində üzərində “Regular 3 D Cinema” yazıları olan istifdə olunmuş anten boşqabı, 1 ədəd 20 manat dəyərində Türkiyə istehsalı olan “SuperMax” markalı istifadə olunmuş anten aparatı, 2 ədəd hər birinin dəyəri 25 manat olmaqla 50 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid amartizator, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində ABŞ istehsalı olan “APC” markalı “OKA” markalı avtomobilə aid amartizator qapağı, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid karbirator, 3 ədəd hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində Türkiyə istehsalı olan anten başlığı, 2 top hər metri 0.45 manat olmaqla 100 metr 45 manat dəyərində Türkiyə istehsalı kabel, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik ayırıcısı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik açarı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan lampa “patronu” , 1 ədəd 50 manat dəyərində 3 litrlik mis materialdan olan istifadə olunmuş somavarı, daha sonra isə fərdi yaşayış evinin açıq olan qapısıdan evə daxil olaraq oradan 1 ədəd 80 manat dəyərində Yaponiya istehsalı olan “Pioneer” markalı istifadə olunmuş moqintofon, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində Almaniya istehsalı olan “Höfer” markalı “OKA” markalı avtomobilə aid qranat, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində “Torberg” markalı “OKA” markalı avtomobilə aid qranat 2 ədəd hər birinin dəyəri 60 manat olmaqla 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid statyor, 1 ədəd 40 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid benzinnasos olmaqla “OKA” markalı avtomobilin ehtiyat hissələrini və müxtəlif məişət avadanlıqlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 725 (yeddi yüz iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 03 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəllər aparılmış razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlınğında pusquda durmuş Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətdən və həyətyanı sahədə yerləşən yarımtikilidən 1 ədəd 30 manat dəyərində üzərində “Regular 3 D Cinema” yazıları olan istifdə olunmuş anten boşqabı, 1 ədəd 20 manat dəyərində Türkiyə istehsalı olan “SuperMax” markalı istifadə olunmuş anten aparatı, 2 ədəd hər birinin dəyəri 25 manat olmaqla 50 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid amartizator, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində ABŞ istehsalı olan “APC” markalı “OKA” markalı avtomobilə aid amartizator qapağı, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid karbirator, 3 ədəd hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində Türkiyə istehsalı olan anten başlığı, 2 top hər metri 0.45 manat olmaqla 100 metr 45 manat dəyərində Türkiyə istehsalı kabel, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik ayırıcısı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik açarı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan lampa “patronu” , 1 ədəd 50 manat dəyərində 3 litrlik mis materialdan olan istifadə olunmuş somavarı, daha sonra isə fərdi yaşayış evinin açıq olan qapısıdan evə daxil olaraq oradan 1 ədəd 80 manat dəyərində Yaponiya istehsalı olan “Pioneer” markalı istifadə olunmuş moqintofon, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində Almaniya istehsalı olan “Höfer” markalı “OKA” markalı avtomobilə aid qranat, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində “Torberg” markalı “OKA” markalı avtomobilə aid qranat 2 ədəd hər birinin dəyəri 60 manat olmaqla 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid statyor, 1 ədəd 40 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid benzinnasos olmaqla “OKA” markalı avtomobilin ehtiyat hissələrini və müxtəlif məişət avadanlıqlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 725 (yeddi yüz iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 03.11.2020-ci il tarixdə yaşadığı ünvan 1-da olan zaman əmisi oğlu Təqsirləndirilən şəxs2 ora gəlmiş və onda 1 ədəd 3 litrlik tutumu olan somavarın olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, həmin somavarı hardan aldığını soruşduqda Müstəcəb bunun ona dəxli olmadığını demişdir. O, həmin somavarı sata biləcəyini demiş və həmin somavarı “Orxan” bazarının yanında 25 manata əvvəlcədən tanıdığı Yaşara satmışdır. Həmin vaxt Müstəcəb onun yanımda olmamışdır.Yaşardan aldığı 25 manatı Müstəcəblə birlikdə öz ehtiyacları üçün xərcləmişlər. 06.11.02020-ci il tarixdə o, yenidən Müstəcəblə görüşdükdə evi üçün anten boşqabı almaq istədiyini və bunun üçün təxminən 20-25 manat pulu olduğunu bildirmişdir. Həmin günün axşamı o, yaşadığı evə gəlmiş və ona anten boşqabı təşkil edəcəyini həmin anten boşqabnı almaq üçün topladığı 25 manatı isə birlikdə xərcləyəcəklərini bildirmişdir. O, həmin əşyaları hardan tapacağını soruşduqda Müstəcəb yenidən bunun ona dəxli olmadığını bildirmişdir, o da razılaşmışdır. Həmin gün axşam saat 23 radələrində Müstəcəb onun yaşadığı ünvana gəlmiş və ona özü ilə birlikdə getməli olduğumu bildirmiş, o da Müstəcəblə birlikdə getmişdir. Onlar Mingəçevir şəhəri Az.Qres qəsəbəsində çörək sexinin arxasına çatdıqda Müstəcəb ona gözləsini istəmiş və o, orada Müstəcəbi gözləmiş, Müstəcəb həmin küçə ilə getmiş, lakin hara getməsini deməmişdir. Hava qaranlıq olduğundan o, Müstəcəbin hara getməsini görməmişdir. Təxminən 30 dəqiqədən sonra Müstəcəb əlində 1 ədəd anten boşqabı və 1 ədəd torba ilə gəlmişdir. O, bunların nə olmasını soruşmuş Müstəcəb isə tanışının yeni anten boşqabı və aparatı aldığını köhnələri də ona verdiyini demişdir. O, əşyaları hansı tanışından almasını soruşmamış, əlində olan torbanın içinə baxmış və orada maşına aid ehtiyat hissələrinin olduğunu görmüşdür. Bundan sonra Müstəcəbdən bunların oğurluq olmasını soruşmuş, Müstəcəb isə gedib bu haqda evdə məlumat verəcəyini demiş və o da Müstəcəbə kömək etmişdir. Onun yaşadığı binanın yaxınlığına çatanda o torbanın içindən 1 ədəd anten aparatını və 3 ədəd anten başlığını götürmüş və evə getmişdir.Torbanı da Müstəcəb götürərək evə getmişdir. Axşam Müstəcəbin yaşadığı evə getmiş, orada yeyib içən zaman Müstəcəb həmin əşyaların oğurluq olmasını, ev boş olduğuna görə oradan oğurladığını demişdir. Həmçinin həmin vaxt Müstəcəbdən oğurluq əşyaları hardan almasını soruşmuş o isə oğurladığı əşyaların hər birinin evin hansı hissəsindən götürdüyünü ona demişdir. Həmin günün sabahı taksi sürücüsü Kamil adlı şəxslə Müstəcəbin yaşadığı evə getmiş, oradan oğurluq əşyaları taksiyə qoymuş və satmaq üçün bazara aparmışlar. Bazara gedən zaman yolda OKA markalı avtomobilə aid 4 ədəd qranatı taksi sürücüsünə 20 manata satmışdır. Sonra 2 top kabeli satmaq üçün bazara getmiş, orada əşyaları sata bilmədikdən sonra metalların alqı-satqısı ilə məşğul olan Fizulinin yerinə getmiş, həmin kabelləri Müstəcəb Fizulinin işçisinə 20 manata satmış və həmin vaxt o da orada imiş. Oradan qayıdan zaman o, maşında olan 1 ədəd moqnitofonu qranatları satdığı taksi sürücüsünə 5 manat müqabilində vermiş və sürücüyə 5 manatını qaytarıb moqnitofonu götürəcəyini demişdir.Yaşadığı evə çatanda Müstəcəb maşında qalan içərisində 2 ədəd amartizator və onun qapağı olan torbanı götürməsini və gəlib ondan götürəcəyini bildirmişdir. O, da həmin əşyaları evə aparmış, həmin gün evdə olan zaman polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə heç bir oğurluq hadisəsi törətməmişdir. 07.11.2020-ci il tarixdə Təbrizlə görüşən zaman sonuncu ona evə anten boşqabı quraşdırmaq istədiyini demiş, buna görə onunla birlikdə mağazadan anten quraşdırmaq üçün kabel almış, daha sonra anteni quraşdırmaq üçün dəmir almaq üçün mağazaya getdiyi üçün onun aldığı kabeli götürüb mağazanın yaxınlığında gözləmişdir. Bu zaman sahə rəisi Elnur Təbrizə yaxınlaşmış və onunla birlikdə maşına əyləşərək getmişdir. Sonradan Təbrizin oğurluq etdiyini onun bacısından eşitmişdir. Daha sonra onu da polis şöbəsinə dəvət edib izahatını alan zaman Təbrizin onunla birlikdə oğurluq etməsi barədə izahat verdiyini öyrənmişdir. Lakin Təbriz yalan demiş, onunla oğurluq etməmişdir. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində və məhkəmə iclasında elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğludur, onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. 06.11.2020-ci il tarixdə saat təxminən 23 radələrində evdə olan zaman Təbriz gəlmiş və yaxınlıqda olan evlərdən birində anten boşqabı gördüyünü və onu oğurlayaq evində qurlaşdırmaq istədiyini bildirmişdir. O da Təbrizlə razılaşmışdır. Bundan sonra ünvan 4 ünvanına getmiş, Təbriz ona gözləməsini demiş, o da həmin evin hasarının yaxınlığında Təbrizi gözləmişdir. Təbriz isə evin hasarından aşaraq həyətə daxil olmuşdur. Təxminən 5 dəqiqə sonra Təbriz həyətdən çıxmış, əlində 1 ədəd anten boşqabı və ağ rəngli torba olmuşdur. Torbanın içərisində isə avtomobil ehtiyat hissələri var imiş, lakin onların nə olmasını dəqiq bilməmişdir. Təbrizin oradan oğurladığı əşyaları evinə aparmasına kömək etmiş və Təbrizin evinin yaxınlığında əlində olan torbanı Təbrizə vermişdir.Səhəri gün 07.11.2020-ci il tarixdə o evi üçün inşaat malları almaq üçün MRT inşaat mallarının satışı mağazasına getməli imiş və təsadüfən Təbrizlə birgə Kamil adlı taksi sürücüsü ilə birgə getmişlər.Yolda Təbriz taksini saxlatdırmış, baqajdan torba götürərək düşmüş və başqa bir taksi sürücüsünə onu sataraq gəlmişdir. Sonra onlar MRT tikinti materiallarının satışı mağazasına girmişlər. Bundan sonra taksi sürücüsü Kamil ilə birgə Mərkəzi bazara getmiş, daha sonra Təbriz “arxa yola” metal alqı-satqısı ilə məşğul olan Fizulinin yerinə sürməsini demişdir. Həmin kabeli Fizulinin işçisinə 20 manata satmışlar, həmin puldan Təbriz ona pul verməmişdir. Həmin puldan Təbriz taksi sürücüsü Kamilə 5 manat pul vermişdir. Sonra Kamil onları Mərkəzi bazarın yanına düşürərək getmişdir. Sonra o, Təbrizlə başqa taksiylə yaşadıqları ünvana getmişlər. Sonra Təbrizlə birlikdə anten qurlaşdırmaqla məşğul olan Aqşin adlı şəxsin yanına gedib hansı qiymətə anten qurlaşdırdığını soruşmaq üçün getmişlər. Eyni zamanda Təbriz mağazadan anten qurlaşdırmaq üçün 12 manata 30 metr uzunluğunda kabel almışdır. Təbriz anten boşqabını qurlaşdımaq üçün lazım olan dəmiri almaq üçün yaxınlıqda olan mağazaya getmiş və o da Təbrizin aldığı kabeli götürərək mağazanın yaxıənlığında gözləmişdir. Təbrizi gözləyən zaman həmin ərazinin sahə rəisi Şahid1 Təbrizə yaxınlaşmış və Təbriz Elnurla birgə maşına əyləşərək getmişdir. O, isə nə baş verdiyini başa düşməmiş və Təbrizin ona verdiyi kabeli anasının yaşadığı evə aparıb vermişdir. Həmin gün axşam bacısı ona zəng edərək Təbrizin oğurluq etdiyini və xatırladığıqədəri ilə Təbrizin yaşadığı evdən 1 ədəd anten boşqabının və amartizatorun polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldüyünü demişdir. Bundan sonra o, tanışlarından oğurluq etdikləri evin əvvəllər şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs məxsus ev olmasını öyrənmişdir. Təxminən bir müddət əvvəl Əbülfətlə rastlaşmış və Təbrizin evindən nə oğurlamasını soruşmuşdur. Əbülfət Təbrizin evindən oğurladığı əşyaların bir qisminin qaytrıldığını ona dəymiş təxminən 300 manat maddi ziyanı isə hazıradək ödəmədiyini, ödəyəcəyi halda şikayətçi olmayacağını bildirmişdir. O, Əbülfətə dəymiş maddi ziyanının yanvanrın 25-dək ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən bağ evi 15 ildir ki ona məxsusdur, orada yaşamasa da hər gün ora nəzarət etmək üçün baş çəkir. 03 noyabr 2020-ci il tarixdən 06.11.2020-ci il tarixədək arvadı onkoloji xəstə olduğuna görə müalicə üçün Bakı şəhəri, Milli Onkologiya Mərkəzinə getmişdir. 06.11.2020-ci il tarixdə saat 18:00 radələrində ünvan 5 ünvanına, yaşadığı evə qayıtmışdır. 07.11.2020-ci il tarixdə saat 12:30 radələrində yenidən təsərrufat sahəsinə nəzarət etmək üçün getmişdir. Evə çatanda həyətə qoymuş olduğu nərdivanın yerinin dəyişdirildiyini görmüş və həyətə yad adamın daxil olmasını başa düşmüşdür.Dərhal qapını açıb içəri daxil olmuş və ev əşyalarının, OKA markalı avtomobilimə aid ehtiyat hissələrini saxladığı qutunun dağıdıldığını görmüşdür. Bundan sonra evdən “OKA” markalı maşınına aid 210 dəyərində olan manat 2 ədəd statyor, dəyəri 17 manat olan 1 ədəd benzinnasos, 270 manat dəyərində olan 6 ədəd qranat, 20 manat dəyərində olan 1 ədəd maqintofon, 30 manat dəyərində olan 5 ədəd elektrik ayırıcısı, 5 ədəd elektrik açarı, 5 ədəd lampa “patronu”, 30 manat dəyərində olan 1 ədəd anten aparatı, evin həyətindən 60 manat dəyərində anten boşqabı, 3 ədəd anten başlığı, evin həyətində olan anbar kimi istifadə etdiyim yarımikilidən, dəyəri 170 manat olan 2 ədəd amartizator və ona aid 2 ədəd amartizator qapağı, dəyəri 60 manat olan 1 ədəd karbirator, dəyəri 40 manat olan 2 top 4mm.lik kabel, 1 ədəd 3 litrlik mis materialdan hazırlanmış somavarın oğurlandığını görmüş və dərhal bu barədə polisə məlumat vermişdir. Lakin sonra təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tam ödəmişlər, ona görə də onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 8 ildir ki, Mingəçevir şəhəri ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir. 07.11.2020-ci il tarixdə saat 10 radələrində taksi kimi fəaliyyət götərdiyi Mingəçevir şəhəri, Təbriz küçəsində olan zaman əvvəllər dəfələrlə müştərisi olmuş, şəhər sakini kimi tanıdığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşmışdır. Təbriz onların əvvəllər VAZ- 21099 markalı avtomobillərinin olduğunu, avtomobili satdıqlarını və həmin avtomobilə məxsus 4 ədəd qranatı satdığını demişdir. O, həmin ehtiyat hissələrinə baxmış və Təbrizlə 20 manat müqabilində razılaşmışlar.Həmçinin qranatları yoxlatdıracağını əgər işlək olmasalar geri qaytaracağını demiş, Təbriz də razılaşmışdır. O, Təbrizdən aldığı 4 ədəd qranatı yaşadığı evə aparmışdır. Həmin günün sabahı Təbriz yenidən gəlib ona yaxınlaşmış, 10 manat müqabilində 1 ədəd moqintofon satdığını demişdir. O pulunun olmadığını demiş, Təbriz ona 5 manat pul verməsini, axşam gəlib pulunu qaytaran zaman moqintofonu götürəcəyini demiş və o da Təbrizlə razılaşmışdır.Moqintofonu ona verdikdən sonra Təbriz VAZ 2106 markalı avtomobilə əyləşərək getmiş, lakin avtomobildə başqa şəxslərin olub-olmamasına diqqət yerirməmişdir. Həmin gün axşam Təbriz gəlməmiş.Daha sonra polis əməkdaşları onun Təbrizdən aldığı 4 ədəd qranatın və 1 ədəd moqintofonun oğurluq olması ilə bağlı məlumat vermişlər. O, Təbrizdən aldığı 4 ədəd qranat və 1 ədəd moqintofonu Mingəçevir şəhər polis şöbəsinə gətirərək polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu ərazisində yük maşını sürücüsü kimi çalışır. Təqsirləndirilən şəxs1 onun qaynıdır, onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən bir neçə gün əvvəl 2020-ci ilin dekabr ayının ortalarında Mingəçevir şəhərinə gəlmişdir. Həmin vaxt Təbrizin anası Fərqumə və digər qohumları Təbrizin oğurluq etdiyini ona demişlər. Təbrizin oğurluq etdiyi evin sahibi Zərərçəkmiş şəxs isə şəhər sakini kimi tanıyır. Həmçinin anası Təbrizin Əbülfətə məxsus evdən oğurladığı 3 litrlik somavarı qohumları Şahid5 satdığını və həmin somavarı ondan götürərək aparıb Zərərçəkmiş şəxs verməsini istəmişdir. O da həmin gün Yaşarın yaşadığı Mingəçevir şəhəri Günəşli qəsəbəsinə getmiş və həmin somavarı ondan götürərək gətirib Əbülfətə vermişdir. Somavarı Əbülfətə verən zaman Əbülfət Təbrizin əmisi oğlu Müstəcəblə birlikdə ona məxsus evdən oğurluq etdiyini bildirmişdir. Lakin Təbrizin əmisi oğlu Müstəcəblə birlikdə yaxud təkcə Əbülfətə məxsus evdən oğurluq etməsi ilə bağlı dəqiq məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. 03.11.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhərində yerləşən “Orxan” Bazarında olarkən təsadüfən qohumu Təbrizlə rastlaşmışdır və Təbrizdən bazarda olmasının səbəbini soruşmuşdur. Həmin vaxt Təbriz bazara somavar satmaq üçün gəldiyini bildirmişdir. Təbriz somavarın ona məxsus olduğunu və ehtiyacı olduğu üçün somavarı satmaq istədiyini demişdir. O da həyət evində yaşadığı üçün somavar almaq istəyirmiş və əvvəlcə ağ rəngli torbanın içərisində olan somavara ötəri şəkildə baxmış və Təbrizlə razılaşaraq somavarı 35 manata ondan almışdır. O, 35 manat pulu Təbrizə verərək somavarı yaşadığı evə aparmışdır.Həmin somavarı evə aparıb baxdıqdan sonra onun 3 litrlik, mis materialdan hazırlanmış somavar olduğunu bilmişdir. Təxminən 1 ay sonra Təbrizin anası Fəqumə zəng edərək Təbrizin ona satdığı somavarın oğurluq olduğunu və onu gətirib verməsini istəmişdir. O da Təbrizin anasına gəlib somavarı götürmələrini demişdir və onlar gəlib somavarı götürmüşlər.Həmçinin həmin somavarı oğurluq olması haqqında məlumatı olmamışdır əgər məlumatı olsaydı, həmin somavarı almayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 7 ildir ki, Mingəçevir şəhəri ərazisində VAZ 2106 markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir.Təbiz Həsənovu və əmisi oğlu Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, şəhər sakini kimi tanıyır, onlarla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. 06.112020-ci il tarixdə axşam saatlarında Təbriz ona yaxınlaşaraq sabah ailəsi ilə birgə bazarlıq üçün şəhərə gedəcəyini demiş və səhər onu şəhərə aparması üçün ona 5 manat pul vermişdir. O, Təbrizlə yaxınlıqda yaşadığı üçün 07.11.2020-ci il tarixdə saat 8 radələrində Təbrizin yaşadığı ev gedərək onu gözləmişdir. Təbriz gələn zaman əlində ağ rəngli torba var imiş. Təbriz əlindəki torbanı maşının baqajına qoymuş,lakin o, torbanın içində nə olduğunu bilməmişdir.Təbriz maşının qabaq oturacağına mindi və o, Təbrizdən ailəsinin gəlib-gəlməyəcəyini soruşmuşdur. Təbriz isə ailəsinin artıq bazara getdiyini özünün işi olduğunu demişdir. Bundan təxminən 5 dəqiqə sonra əmisi oğlu Müstəcəb də maşına minmiş, o maşının arxa oturacağına əyləşmişdir. Beləliklə, o, Təbriz və Müstəcəbi bazara gətirməli imiş. “Sağ Sahildə” olan zaman Təbriz maşını saxlamasını istəmiş, baqajdan torba götürərək düşmüş və aparıb onu verib gələcəyini demişdir, lakin o torbada nə olduğunu bilməmişdir. Təbriz təxminən 10 dəqiqəyə qayıdıb gəlmişdir. Sonra tikinti materiallarının satışı ilə məşğul olan “MRT”-də düşmüşdür.Bir qədər sonra onun gəlmədiyini görən Müstəcəb özü düşüb Təbrizin ardınca getmiş və sonra Təbriz və Müstəcəb birlikdə gəlib maşına əyləşmişlər.Daha sonra o, Təbriz və X8 aparmiş, orada Təbriz düşmnüş, Müstəcəb isə maşında qalmışdır və bir qədər sonra Təbriz gələrək onları “arxa yola” aparmasını istəmişdir. Ora getdikdə isə metal alqı-satqısı ilə məşğul olan Fizulinin yerinə sürməsini demişdir və ora çatanda onlar avtomobildən düşmüşlər. Həmin vaxt Təbriz baqajda olan kabelləri götürdü, Təbriz və Müstəcəb kabelləri tərəziyə qoyub çəkərək satdılar.Bundan sonra o, oradan Təbriz və Müstəcəbi yenidən Mərkəzi Bazarın yaxınlığına aparıb düşürmüş, oradan taksi kimi fəaliyyət göstərdiyi yerə getmiş və sonradan isə onları görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir ŞPŞ-də İTB-nin sahə rəisi vəzifəsində çalışır. ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs 07.11.2020-ci il tarixdə ona məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradan OKA markalı avtomobilə aid ehtiyat hissələrini və məişət avadanlıqlarının oğurlanması barədə bildirmişdir. Zərərçəkmiş şəxs məxsus həmin ev onun xidməti ərazisinin daxilində olduğuna görə oğurluq edən şəxslərin müəyyən edilməsi üçün tədbirlər keçirərək əldə etdiyi məlumat əsasında həmin oğurluğu edən şəxsin şəhər sakini Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmiş və onu polis şöbəsinə təhvil vermişdir. Daha sonra əldə olunmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 da olduğu yer müəyyən edilərək araşdırmanın aparılması üçün polis şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhərində “arxa yol” adlandırılan ərazidə qara və əlvan metalların alqı-satqısı ilə məşğul olan X7 onun qayınatasıdır. 2020-ci ilin sentyabr ayından Fizuli Nağıyevin səhhətində problemlər yarandığından Fizuliyə məxsus həmin obyekti o, çalışdırmışdır. O, Mingəçevir şəhərində Az.Qres qəsəbəsində yaşadığı üçün Təqsirləndirilən şəxs1 şəhər sakini kimi tanıyır. Xatırladığı qədəri ilə 2020-ci ilin noyabr ayının əvvəllərində Təbriz onun işlədiyi obyektə 2 top kabel gətirmişdir. O həmin kabelləri tərəzidə çəkərək Təbrizə 19 manat pul vermişdir. Aldığı həmin kabellərin oğurluq olması haqqında qabaqcadan məlumatı olmamışdır. Həmçinin 15 gündə bir dəfə metalları satdıqları zavod gələrək həmin metalları onlardan alır. Təbrizdən aldığı həmin 2 top kabeli zavoda təhvil vermişdir və ona görə də həmin 2 top kabeli təqdim edə bilməmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07.11.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Bahar küçəsi 11 saylı evə naməlum şəxs və ya şəxslər daxil olaraq Oka markalı avtomobilə məxsus 2 ədəd statyor, 6 ədəd qaranat, hamam aksesuarları, 1 ədəd anten aparatı, evin giriş qapısının arxasından 1 ədəd maqnitofon, evin həyətində olan yarımtikilidən Oka markalı avtomobilə aid 2 ədəd amartizator, 1 ədəd karbirator, və 2 top 4 mm-lik kabel oğurlanmışdır. Cinayət işi materiallarında olan 08 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid2 satdığı Zərərçəkmiş şəxs məxsus Oka markalı avtomobilə aid 4 ədəd qranat, 1 ədəd moqnitofon Şahid2 götürülmüşdür. Odur ki, Şahid2 Məhəmməd oğlundan götürülmş Zərərçəkmiş şəxs məxsus 3 ədəd “Höfer” markalı və 1 ədəd “Torberg” markalı olmaqla 4 ədəd qranat və 1 ədəd “Pioneer” markalı moqnitofon maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işi materiallarında olan 16 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid5 satdığı və Şahid4 tərəfindən Zərərçəkmiş şəxs verilmiş 1 ədəd 3 litrlik tutumu olan, mis materialdan hazırlanmış somavar maddi sübut kimi tanınması üçün Zərərçəkmiş şəxs götürülmüşdür. Odur ki, Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd 3 litrlik tutumu olan, mis materialdan hazırlanmış somavar maddi sübut kimi tanınaraq saxlanılması üçün yenidən mülkiyyətçi Əbülfət Musayevə verilmişdir. Cinayət işi materiallarında olan 29 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birgə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edərək ona vurmuş olduqları maddi ziyanın 300 manatını ödəmişdir. Təqsirləndirilən şəxs2 ödədiyi 300 manat qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 fevral 2021-ci il tarixli 9/69 nömrəli rəyinə əsasən, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspertiza təhqiqatına təqdim edilmiş fotoşəkillərə əsasən 9 adda malların 2020-ci ilin noyaber ayına olan orta bazar qiyməti nəzəri qaydada yəxminən 370,00 manat müəyyən edilmişdir. Təqdim edilməyən 4 adda malların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 325,00 manat müəyyən edilmişdir. Digər 3 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında əvvəllər aparılmış razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlınğında pusquda durmuş Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq hasardan həyətyanı sahəyə keçməklə həyətdən və həyətyanı sahədə yerləşən yarımtikilidən 1 ədəd 30 manat dəyərində üzərində “Regular 3 D Cinema” yazıları olan istifdə olunmuş anten boşqabı, 1 ədəd 20 manat dəyərində Türkiyə istehsalı olan “SuperMax” markalı istifadə olunmuş anten aparatı, 2 ədəd hər birinin dəyəri 25 manat olmaqla 50 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid amartizator, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində ABŞ istehsalı olan “APC” markalı “OKA” markalı avtomobilə aid amartizator qapağı, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid karbirator, 3 ədəd hər birinin dəyəri 10 manat olmaqla 30 manat dəyərində Türkiyə istehsalı olan anten başlığı, 2 top hər metri 0.45 manat olmaqla 100 metr 45 manat dəyərində Türkiyə istehsalı kabel, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik ayırıcısı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan elektrik açarı, 5 ədəd hər birinin dəyəri 2 manat olmaqla 10 manat dəyərində Türkiyə istehsalı olan lampa “patronu”, 1 ədəd 50 manat dəyərində 3 litrlik mis materialdan olan istifadə olunmuş somavarı, daha sonra isə fərdi yaşayış evinin açıq olan qapısıdan evə daxil olaraq oradan 1 ədəd 80 manat dəyərində Yaponiya istehsalı olan “Pioneer” markalı istifadə olunmuş moqintofon, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində Almaniya istehsalı olan “Höfer” markalı “OKA” markalı avtomobilə aid qranat, 3 ədəd hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində “Torberg” markalı “OKA” markalı avtomobilə aid qranat 2 ədəd hər birinin dəyəri 60 manat olmaqla 120 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid statyor, 1 ədəd 40 manat dəyərində Rusiya istehsalı olan “OKA” markalı avtomobilə aid benzinnasos olmaqla “OKA” markalı avtomobilin ehtiyat hissələrini və müxtəlif məişət avadanlıqlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 725 (yeddi yüz iyirmi beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir və onun gətirdiyi dəlillər məhkəmədə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 06.02.2009-cu il təvəllüdlü Həsənov Fəqan və 20.04.2014-cü il təvəllüdlü Həsənov Vilayət adlı uşaqların ataları Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan MTSK-nın 2 saylı MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində MTSK-nın 2 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan MTSK-nın 4 saylı MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində MTSK-nın 4 saylı MİS-nə heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən, Qaradağ Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli hökmünün surətindən və Mingəçevir şəhər məhkəməsinin 25.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, Həsənov X5 Rayon Məhkəməsinin 26.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin 25.10.2019-cu il tarixli qərarı ilə 1500 manat cərimə cəzası 448 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 30.04.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 448 saat ictimai işlər cəzasını 29.04.2020-ci il tarixdə tam icra etdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə olunmuş 28 yanvar 2021-ci il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən, Mingəçevir şəhər məhkəməsinin 17.10.2016-cı il tarixli hökmünün surətindən və Şəki rayon məhkəməsinin 20.02.2018-ci il tarixli qərarının surətindən görünür ki, Həsənov X2 şəhər məhkəməsinin 17.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmmə cəzasına məhkum olunmuş, Şəki rayon məhkəməsinin 20.02.2018-ci il tarixli qərarı ilə cəzası 3 il 6 aya endirilmiş, 15.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsinə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən və himayəsində 2 azyaşlı uşağının olmasına CM-nin 59.1.14-cü maddəsinə əsasən, təqsiri səmimi etiraf edib peşman olmasına CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 07 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 09 noyabr 2020-ci il tarixli 4(051)-127 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 07 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 07 noyabr 2020-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 11 (on bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 18 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan “qətimkn tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan hörünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs2 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 18.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “OKA” markalı avtomobilə aid 3 ədəd “Höfer” 1 ədəd “Torberg” markalı 4 ədəd qranat, 1 ədəd “Pioner” markalı monqintofon, 2 ədəd amortizator və ona aid 2 ədəd “APC” markalı amortizator qapağı, 1 ədəd “Regular” markalı anten boşqabı, 1 ədəd “Supermax” markalı anten aparatı, 3 ədəd “Supermax” markalı anten başlığı, və 1 ədəd 3 litrlik tutumu olan mis materialdan hazırlanmış samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 07 noyabr 2020-ci il tarixdən 18 may 2021-ci il tarixdək həbsdə saxlandığı 6 (altı) ay 11 (on bir) gün, CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 18.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “OKA” markalı avtomobilə aid 3 ədəd “Höfer” 1 ədəd Torberg” markalı 4 ədəd qranat, 1 ədəd Pioner” markalı monqintofon, 2 ədəd amortizator və ona aid 2 ədəd “APC” markalı amortizator qapağı, 1 ədəd “Regular” markalı anten boşqabı, 1 ədəd “Supermax” markalı anten aparatı, 3 ədəd “Supermax” markalı anten başlığı, və 1 ədəd 3 litrlik tutumu olan mis materialdan hazırlanmış Somavarın zərərçəkmiş şəxsə qaytarılması nəzərər alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar