Məhkəmə qərarları › İş №1(051)-54/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-54/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-54/2022 22.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan, hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun oğlu X3 şəhərində yerləşən “Azəriqaz” idarəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2019-cu il dekabr ayında Yevlax rayonu, Havarlı kəndində 3000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 ilə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onun Azərbaycan Respublikası DİO-dan xaric edilmiş oğlu Şahid1 xidmətə bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq, 22 iyun 2020-ci il tarixdə günorta saat 15 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 20/1 saylı binanın qarşısında özünə məxsus VAZ 21014 markalı, **-DB-*** dövlət qeydiyyat nömrəli avtomobilin salonunda 10000 manat məbləğdə pulunu alaraq, qabacadan aralarında olan razılığa əsasən, həmin pulun 5000 manatını Şahid3 verərək, qalan 5000 manat pulu isə özü ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2019-cu ilin dekabr ayında Yevlax rayonu, Havarlı kəndində qonşuluqda yaşayan Telman adlı şəxs ona zəng vurub tanışı Rasim adlı şəxsin oğlu Orxanı Mingəçevir şəhəri. Qaz İdarəsinə işə düzəltmək istədiyini bildirmiş və onun köməklik etməsini istəmişdir. Onun həmin vaxt təcili olaraq pula ehtiyacı olduğundan, o, əvvəllərdə bir neçə şəxsi müxtəlif idarələrə işə düzəltdiyini və həmin şəxsi Mingəçevir şəhər Qaz İdarəsinə işə düzəltmək üçün 3000 manat pul verməli olduğunu bildirmişdir. O, 2020-ci ilin əvvəllərində özünə məxsus iki baş inəyi rahat baha qiymətə satandan sonra həmin şəxsin 3000 manat pulunu geri qaytaracağını düşünmüşdür. Sabahı gün Telman adlı şəxs ona zəng vurub Rasimin oğlunu Mingəçevir şəhəri, Qaz idarəsinə 3 000 manat müqabilində işə düzəltməyinə razı olduğunu bildirmiş və qısa müddət ərzində onunla görüşəcəklərini bildirmişlər. 20 dekabr 2019-cu il tarixdə Telman adlı şəxs ona zəng vurub Rasimin və Telmanın onunla görüşmək istədiklərini bildirmişlər. O, isə yaşadığı Yevlax rayonu Havarlı kəndində olduğunu bildirmişdir. Təxminən yarım saat sonra o, Yevlax rayonu Havarlı kəndində Telman və Rasimlə görüşmüşdür. Rasim Telman adlı qonşunun dostu imiş. Rasimlə tanış olmuş və Rasim oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsində işə düzəltmək istədiyini bildirmişdir. O isə Rasimə Bakı şəhərində tanışlarının olduğunu və həmin şəxsin vasitəsi ilə onun oğlu Orxanı qısa müddət ərzində işə düzəldə biləcəyini, lakin bunun müqabilində 3000 manat pul vermək lazım olduğunu bildirmişdir. 2019-cu ilin dekabr ayının 20-də Yevlax rayonu Havarlı kəndində Rasim adlı şəxs qonşusu Telmanın yanında ona oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsinə işə düzəltmək üçün 3000 manat pul vermişdir. O isə Rasimə qısa müddət ərzində oğlu Orxanın Mingəçevir şəhər Qaz İdarəsinə rəsmi qaydada işləmək üçün əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra o, Rasimdən aldığı 3000 manat pulu öz təcili olan xərclərinə xərcləmişdir. 2020-ci ilin əvvəllərində Rasim və Telman ona mütamadi olaraq zəng vuran zaman o, ilin əvvəli olduğu üçün və Qaz İdarəsində Kadrlar şöbəsinin müdirinin dəyişməsi səbəbindən bir müddət gözləməyi xahiş etmişdir. Bundan başqa 2007-ci il tarixdən o, Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğuldur, Şahid3 isə onunla Yevlax rayonu, Havarlı kəndində qonşuluqda yaşadığından, 2019-cu il tarixdə o, özünə məxsus avtomobil ilə Yevlax rayonu, Havarlı kəndindən çıxan zaman Raufun piyada getdiyini görmüş və Raufu avtomobilinə əyləşdirib Mingəçevir şəhərinə aparmışdır. 2019-cu il tarixdə taksi sürücüsü tanışı olan Sabir adlı şəxs Şəki şəhərində polis şöbəsində saxlanılan zaman o və Sabirin qardaşı Sabiri şöbənin qarşısında gözləmişdir. Bu zaman Rauf ona zəng vurub Sabirin tutulduğunu soruşub, daha sonra onu gözləməklərini xahiş etmişdir. Təxminən 40 dəqiqə sonra Rauf Şəki şəhər polis şöbəsinin qarşısına gəlmiş, polis şöbəsinə daxil olmuş və təxminən yarım saat sonra Sabiri polis şöbəsindən çıxarmışdır. Bundan sonra o, Raufun geniş əlaqələri olduğuna inanmışdır. 2020-ci ilin iyun ayında o və Rauf Mingəçevir şəhəri çayxanaların birində çay içən zaman Mingəçevir şəhəri 4 saylı MİS-nin rəisi Zərərçəkmiş şəxs2 Raufa zəng vurub bir məsələ barədə onlarla görüşmək istədiyini bildirmişdir. O və Rauf, Zərərçəkmiş şəxs2 rəhbərlik etdiyi 4 saylı MİS-ə getmiş, orada Zərərçəkmiş şəxs2 qohumu olan keçmiş polis əməkdaşı Şahid1 DİO-ya xidmətə bərpa olunmaq istədiyini bildirmişdir. Rauf və o, Rasimə bu məsələni həll edə biləcəklərini, lakin bir müddət onlara vaxt lazım olduğunu bildirmişdir. 2020-ci ilin iyun ayının ortalarında Rauf və o, ona məxsus avtomobil ilə Bakı şəhərinə DİN-də işləyən Paşa Orucovdan bu məsələ ilə maraqlanmağa getmişlər. X18 tanıyırmış. Bakı şəhərinə çatan zaman onlar ilk öncə Daxili İşlər Nazirliyinə getmişlər, lakin Raufun əlaqə saxladığı şəxs onları başqa bir ünvana çağırmışdır. O, Bakı şəhərini yaxşı tanımadığı üçün getdikləri ünvanın hara olduğunu bilməmişdir. Onlar başqa bir idarənin qarşısına getmişlər. Bu zaman idarənin qarşısında onlar Daxili İşlər Nazirliyinin əməkdaşı polkovnik rütbəli Paşa Orucov adlı şəxslə görüşmüşlər. O, həmin şəxs ilə görüşdükdən sonra Rauf onlara söhbət etmək üçün icazə verməyini istəmiş, o isə kənara çəkilmişdir. Paşa Orucov adlı polkovnik rütbəli şəxs və Rauf bir neçə dəqiqə söhbət etdikdən sonra Rauf onun yanına gəlmişdir. O, X11 nə dediyini soruşduqda, Rauf ona həmin şəxsin Rasimin qohumu olan Seymurun DİO-na yalnız rəsmi qaydada müraciət etdikdən sonra DİN-nə qəbul olmalı olduğunu bildirmişdir. Rauf və o, həmin gün Mingəçevir şəhərinə gəlmişlər. O və Rauf, Rasimdən Şahid1 DİO-da xidmətə bərpa etmək üçün 20000 manat pul istəməyə razılaşmışlar. Onlar düşünmüşlər ki, Şahid1 rəsmi qaydada müraciət edib qəbul olsa, 20000 manat onlara qalar. Əgər Seymurun müraciəti qəbul olunmazsa, Seymurdan aldıqları 20000 manat pulu geri qaytararlar. Onlar Mingəçevir şəhərinə gəldikdən sonra Rauf onun Rasimin yanına getməyini və onunla bu barədə danışmağı və yalandan Rasimə Şahid1 DİO-ya xidmətə qəbul olunması üçün 20000 manat pul vermək lazım olduğunu deməsini bildirmişdir. Mingəçevir şəhərinə gəldikdən sonra 2020-ci ilin iyun ayının ortalarında o, Rasimin işlədiyi 4 nömrəli MİS-ə getmiş və Rasimə Şahid1 işə qəbul olunması üçün 20000 manat pul vermək lazım olduğunu bildirmişdir. Rasim isə onun yanında Seymura zəng vurub işlədiyi MİS-ə çağırmışdır. Şahid1 gəldikdən sonra Rasim onları tanış etmiş və onlar Rasimin yanında Mingəçevir şəhəri 4 nömrəli MİS-in qarşısında söhbət etmişlər. O, Seymura DİO-ya xidmətə bərpa olunması üçün 20000 manat pul vermək lazım olduğunu bildirmişdir. Lakin Şahid1 ona 20000 manat pula imkanı çatmadığını, lakin DİO-ya xidmətə bərpa olmaq üçün 10000 manat pul verə biləcəyini bildirmişdir. O, ilk öncə narazılıq etsə də, daha sonra kənara çəkilib Raufa bu barədə bildirdikdən sonra Rauf ona Seymurla razılaşmağı və inandırmaq üçün Seymurun DİO-ya xidmətə bərpa olunduqdan sonra işləmədiyi xidmət illərinə görə alacağı birdəfəlik pulları onlara verməsini bildirmişdir. Bundan sonra o, Seymura 10000 manat müqabilində DİO-ya xidmətə bərpa etməyə və DİO-ya xidmətə bərpa etdikdən sonra işləmədiyi illərə görə alacağı birdəfəlik pulları onlara verməsini demişdir. Şahid1 isə razılaşmışdır. Həmçinin Raufun ona öncədən dediyi kimi o, Seymura DİN-nin rəsmi saytına girib müraciət etməsinin önəmli olduğunu bildirmişdir. Bundan sonra o, Raufla Mingəçevir şəhər ərazisində görüşmüş və o, Raufa Şahid1 razı olduğunu bildirmişdir. Bundan sonra o, mütamadi olaraq Seymur və Rasimə zəng vurub pulu təcili hazırlamalarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, Rasimə zəng vurub pulun gecikdiyini bildirən zaman Rasim Şahid1 atasının yanında olduğunu və Seymurun bankdan kredit götürmək üçün getdiyini bildirmişdir. Həmin günü günorta saatlarında o, Seymura zəng vurmuş və pulun hazır olub-olmadığını soruşan zaman Seymur 10000 manat pulun hazır olduğunu bildirmişdir. Bundan sonra o, Rasimə zəng vurub onları Mingəçevir şəhəri, S.Vurğun meydanı yaxınlığında çayxanada gözləməsini bildirmişdir. Daha sonra Seymur və atası Zərərçəkmiş şəxs1 yaşadıqları evin yanından özünə məxsus VAZ 21014 markalı avtomobil ilə götürmüş və Rasimlə görüşmək üçün çayxanaya getmişlər. O, Seymuru inandırmaq məqsədi ilə pulu vermək üçün onunla birgə Bakı şəhərinə gedəcəyini deyib aldatmış, lakin bir qədər sonra yalandan telefon ilə kənara çəkilib kimləsə danışırmış kimi edib yenidən onların yanına gəlmişdir. Pulu daha sonra özünün aparacağını bildirmişdir. Rasim pulu çayxanada deyil, münasib yerdə verilməsini təklif etmişdir. Bundan sonra onlar çayxanadan durmuş və Rasimin yaşadığı Mingəçevir şəhəri, D.Əliyeva küçəsində olan binanın qarşısına gəlmişlər. Avtomobildə Seymur və atası Adil arxada Rasim isə qabaq oturacaqda əyləşmişdir. xx.xx.2020-ci il tarixdə Seymurun atası Zərərçəkmiş şəxs1 oğlu Seymurun və Rasimin yanında ona Mingəçevir şəhəri, D.Əliyeva küçəsi binanın qarşısında avtomobilin salonunda oğlu Seymuru DİO-da xidmətə bərpa etməyi üçün 10000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs1 və oğlu Şahid1 qısa müddət ərzində Seymurun DİO-ya xidmətə bərpa olunacağını bildirmişdir. Bundan sonra Rasim avtomobildən enmişdir. Daha sonra o, Seymur və atası Adili yaşadıqları binanın qarşısında düşürtmüşdür. Daha sonra Raufa zəng vurmuş və Raufla həmin günü axşam saatlarında Mingəçevir şəhəri, H.Əliyev prospekti “Qaçqın qəsəbəsi” yaxınlığında yerləşən «Azpetrolun» qarşısında görüşmüşlər. Rauf onun avtomobilinə əyləşmiş və o, Zərərçəkmiş şəxs1 aldığı 10000 manat pulu Raufla hərəsinə 5000 manat olmaqla, yarıbayarı bölmüşlər. X16 Paşayevin DİN-nə rəsmi qaydada müraciət edib işə qəbul olunacağı halda pulu özlərinə götürəcəklər, lakin Şahid1 işə qəbul olunmadığı halda aldıqları 10000 manat pulu geri qaytaracaqları barədə razılaşmışlar. O, Şahid1 işə düzəltmək adı ilə aldığı və Şahid3la hərəsinə 5000 manat böldükləri pul ilə bəzi borclarını qaytarmışdır. Sonradan Adildən aldığı 10000 manat pulun onun payına düşən 5000 manatını Zərərçəkmiş şəxs1, Rasimdən aldığı 3000 manatın pulun isə 1000 manatını Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Qalan 2000 manatı isə ödəməyə imkanı olmamışdır. Həmin məbləği isə 2-3 aya qayta biləcəyi üçün vaxt istəmiş, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs2 onunla razılaşmamışdır. Hazırda əməlindən peşmandır. O, cinayət əməlini ehtiyac üzündən ilk dəfə törətmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, oğlu Şahid1 2001-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası DİO-da xidmət edirmişdir. 2018-ci ildə oğlu Şahid1 DİO-dan xidmətdən xaric edilmiş və həmin gündən heç yanda işləməmişdir.O, oğlu Şahid1 X9 xidmətə bərpa etdirmək üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində qohumu, Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Zərərçəkmiş şəxs2 oğlu Seymura zəng vurub Seyumuru DİO-ya bərpa etmək üçün köməklik edə biləcəyini bildirmiş və təxminən 3-4 gün sonra idarəyə yanına çağırmışdır. O, oğlu Seymurla axşam saatlarında telefon ilə danışarkən, Seymur ona qohumu Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Rasimin, tanışı olan Rəşad adlı şəxsin Seymuru DİO-ya xidmətə bərpa edə biləcəyini bildirmişdir. Həmin gün axşam saatlarında o, Seymurla evdə söhbət edən zaman Seymur Rasimin işlədiyi 4 nömrəli MİS-in qarşısında Rəşad adlı şəxslə danışdığını və Rəşadın oğlunu işə bərpa etmək üçün 20000 manat pul istədiyini bildirmişdir. Lakin Seymur həmin şəxsə 10000 manat pul verə biləcəyini bildirmiş. Rəşad isə 10000 manat pul və oğlunun işə bərpa olduqdan sonra 1 il 9 ay işləmədiyi xidmət illərinə görə alacağı pulları verməsi barədə razılaşmışlar. Sabahsı gün o özü Rasimin yanına getmiş və Rasimin rəhbərlik etdiyi idarədə onu qarşılayıb gözü aydın olduğunu və oğlunun DİO-na xidmətə bərpa edəcəklərini bildirmişdir. Rasim Rəşad adlı tanışının onun oğlu Orxanı da işə düzəltdiyini və ona Seymuru da Daxili İşlər Nazirliyində Paşa Orucov adlı polkovnik vasitəsi ilə xidmətə bərpa edə biləcəyini bildirmişdir. Onların maddi durumları yaxşı olmadığı üçün oğlu Seymur bankdan kredit götürmək istəyirmiş. Bundan sonra o, Rasimin yanına bir neçə dəfə getmişdir. Sonuncu dəfə gedəndə isə onun yanında Rasimə Rəşad adlı şəxs zəng vurmuş, Rasim isə həmin şəxsə Seymurun hazırda bankdan kredit pul götürmək üçün getdiyini, lakin atasının yəni onun yanında olduğunu bildirmişdir.Həmin günü oğlu Seymur bankdan 6000 manat kredit pul götürmüşdür. Qalan 4000 manat pulu isə qohumlardan borc almışlar. 22 iyun 2020-ci il tarixdə günorta saatlarında o, oğlu Seymur ilə yaşadıqları binanın qarşısında olan zaman Rəşad adlı şəxs onlara zəng vurub pulun hazır olub-olmadığım soruşmuşdur. Onlar isə həmin şəxsə pulun hazır olduğunu bildirmişlər. Rəşad adlı şəxs özünə məxsus VAZ 21014 markalı avtomobil ilə onları yaşadıqları binanın yaxınlığında olan 5+ marketin qarşısında götürmüşdür. Onlar Rəşadla birgə Mingəçevir şəhəri S.Vurğun parkına getmişlər. Onlar ora gedən zaman Zərərçəkmiş şəxs2 artıq onları orada gözləyirmiş. Onlar orada çay içən zaman Rasim onlara narahat olmamağı və 10 gün müddətində oğlu Seymurun DİO-ya xidmətinə bərpa olacağını bildirmişlər. Rəşad 10000 manat pulu Bakıya oğlu Seymur ilə birgə aparıb verəcəklərini bildirmişdir. Lakin Rəşad onların yanından durub kənarda bir neçə dəqiqə telefon ilə danışmış və bundan sonra Rasim 10000 manat pulu S.Vurğun parkında çay evində verilməsinin düzgün olmadığını və pulun özünün yaşadığı binanın qarşısında avtomobildə verməyin daha uyğun olduğunu bildirmişdir. Bundan sonra onlar çayxanadan durmuş və Rasimi yaşadığı binanın qarşısına aparmışlar. Rəşad avtomobili Rasimin yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən binanın qarşısında olan qarajın qarşısında saxlamışdır. O, oğlu Seymurun, qohumu Rasimin yanında 100 ədəd 100 manatlıq əskinaz olmaqla 10000 manat pulu Rəşada oğlu Seymuru DİO-ya xidmətə bərpa etdirmək məqsədi ilə vermişdir. Rəşad isə onlara 10 gün müddətində oğlu X15 Nazirliyinə çağıracaqlarını və DİO-da xidmətə bərpa olacağına söz vermişdir. Rasim avtomobildən düşdükdən sonra Rəşad onları yaşadıqları binanın qarşısına düşürtmüşdür. Bundan sonra onlar Rasim və Rəşadla mütamadi əlaqə saxlayan zaman həmin şəxslər onlara narahat olmamağı və qısa müddət ərzində oğlu X15 Nazirliyinə qəbula çağıracaqlarını bildirmişlər. Lakin onlar Rəşada 10000 manat verməklərindən 15 gün keçməsinə baxmayaraq, Rəşad və Rasim müxtəlif bəhanələr gətirərək onları aldadırlarmış. Bu səbəbdən onlar pullarını geri tələb etməyə başlamışlar. 30 iyul 2020-ci il tarixdə o və oğlu Seymur Rasim adlı şəxsin yaşadığı evinə getmişlər. Onlar Rasimdən inadla pullarını tələb edən zaman Rasim onların yanında Rauf adlı şəxsə zəng vurub onların Rasimdən pullarını tələb etdiklərini bildirmişdir. Rauf isə Rasimə Rəşada zəng vurmağını bildirmişdir. X12 kim olduğunu soruşan zaman Rasim onlara polkovnik Paşa Orucovun qohumu olduğunu və əsas işi Raufun vasitəsi ilə hazırlandığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın 5000 manatı ödənilmiş, qalan məbləğdə pulun isə yarısı ödənilməmiş qalmışdır. Həmin hissəsini isə Rauf ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında oğlunu Mingəçevir şəhər Qaz İdarəsinə daimi işə düzəltmək istəyirmiş. 2019-cu ilin dekabr ayında o, Yevlax rayonu, Havarlı kəndində yaşayan Telman adlı dostu ilə Mingəçevir şəhər ərazisində görüşən zaman o, Telmana oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsində daimi işə düzəltmək istədiyini bildirmiş, Telman isə ona Yevlax rayonu Havarlı kəndində yaşayan Rəşad adlı şəxsin əlaqələrinin geniş olduğunu və həmin şəxsin vasitəsi ilə oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsində işə düzəldə biləcəyini bildirmişdir. Telman onun yanında Rəşada zəng vurub onun oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəısində işə düzəldə biləcəyini soruşan zaman X19 idarəsinə işə düzəldə biləcəyini, lakin bunun müqabilində 3000 manat pul vermək lazım olduğunu bildirmiş, onlar isə razılaşmışlar. Bundan sonra o, oğlu Orxanı işə düzəltmək üçün Mingəçevir şəhəri Kapital Bankdan 2800 manat, oğlu Orxan isə Molbulakdan 1000 manat pul kredit götürmüşdür. O, Kapital bankdan kredit götürdüyü 2800 manat pulun 800 manatını özünün borcu olduğu üçün borcuna vermişdir. Oğlu Orxanın kredit götürdüyü 1000 manat və onun Kapital Bankdan götürdüyü puldan qalan 2000 manat pulu ümumilikdə 3000 manat pulu götürüb dostu Telmanla Yevlax rayonu Havarlı kəndində Rəşad adlı şəxslə oğlu Orxanı işə düzəltmək üçün Rəşad adlı şəxslə görüşmək üçün getmişlər. 20 dekabr 2019-cu il tarixdə o və Telman Rəşad adlı şəxslə Yevlax rayonu Havarlı kəndində görüşmüşlər. Görüş zamanı Rəşad onlara narahat olmamağı, əvvəllərdə 10 nəfərdən artıq şəxsi müəyyən idarələrə işə qəbul olunmasında köməklik etdiyini bildirmişdir. O, Rəşaddan oğlu Orxanı işə düzəltdiyi halda neçə gündən sonra işə çıxacağımı soruşan zaman Rəşad ona oğlu Orxanı 2020-ci ilin yanvar ayının 5- 6-sı işə çıxacağını bildirmişdir. 2019-cu ilin dekabr ayının 20-də o, oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsinə daimi işə düzəltmək üçün Rəşad adlı şəxsə dostu Telmanın yanında Yevlax rayonu Havarlı kəndində 3000 manat pul vermişdir. Rəşad isə oğlu Orxanı 2020-ci ilin yanvar ayının 5-6-sı Mingəçevir şəhəri Qaz İdarəsində işə başlayacağını bildirmişdir. Bundan sonra o, Mingəçevir şəhərinə geri qayıtmışdır. Lakin 2020-ci ilin yanvar ayının 6sı olan zaman Rəşad ona sənədlərin gecikdiyi üçün bir qədər gözləməli olduğunu bildirmişdir. Bundan sonra Rəşad onu hər ay müxətlif bəhanələrlə aldadıb oğlu Orxanın işini uzadırmış. O, Rəşadın onu aldatdığını başa düşüb Rəşada verdiyi pulu geri tələb etmiş, Rəşad isə ona qısa bir müddətdə pulunu geri qaytaracağını bildirmişdir. Lakin bu günə qədər Rəşad ondan aldığı 3000 manat pulu geri qaytarmamışdır. Bundan başqa Rəşad ona əlaqələrinin geniş olduğunu və digər nazirliklərdə, o cümlədən Daxili İşlər Nazirliyində də tanışı oldğunu bildirmişdir. Bundan sonra o, X17 Nazirliyində tanışının kim olduğunu soruşan zaman o, ona polkovnik Paşa Orucov ilə münasibətlərinin yaxşı olduğunu və həmin şəxsin vasitəsi ilə müəyyən işlər gördüyünü bildirmişdir. O isə qohumu Şahid1 X9 xidmətə bərpa etdirmək üçün Rəşada bu barədə bildirmişdir. Eyni zamanda o, qohumu Şahid1 Daxili X1 qəbul olunmasına da vaxtı ilə köməklik etmişdir. Lakin 2018-ci il tarixdə qohumu Şahid1 xidmətdə yol verdiyi nöqsanlara görə X7 xidmətdən xaric edilmişdir. O isə Seymura yazığı gəldiyi üçün Seymurun X9 bərpa olmasını istəmişdir. Rəşad isə qohumu Seymuru X9 xidmətə Daxli İşlər Nazirliyində işləyən polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa etdirə biləcəyini bildirmişdir. 2020- ci ilin iyun ayında o, Rəşada zəng vurub yanına dəvət etmişdir. Rəşad onun yanına əvvəlcədən tanımadığı Rauf adlı şəxslə birgə gəlmişdir. O, Rəşaddan qohumu Şahid1 DİO-dan xidmətdə göstərdiyi nöqsanlara görə xaric olunduğunu və Seymuru DİO-na xidmətə bərpa edilməsinə köməklik edə biləcəyini soruşmuşdur. Bu zaman Rəşad və Rauf DİN-də işləyən Paşa Orucovun vasitəsi ilə Seymuru xidmətə bərpa edə biləcəklərini və bu səbəbdən Bakı şəhərinə getməli olduqlarını bildirmişlər. Təxminən 2 gün sonra Rəşad və Rauf Bakı şəhərində Paşa Orucovla görüşdüklərini və Seymuru DİO-ya xidmətə bərpa etmək üçün 20000 manat pul vermək lazım olduğunu bildirmişlər. Bundan sonra o, Seymura zəng vurub Rəşad adlı şəxsin X9 xidmətə Nazirikdə işləyən polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa edə biləcəyini bildirmişdir. O, həmçinin Seymura uzun müddət X8 xidmət etdiyi üçün polkovnik Paşa Orucovla özünün də maraqlanmasını bildirmişdir. Həmin günü o, Seymuru işlədiyi 4 saylı MİS-ə dəvət etmişdir. O, Seymur və Rəşadı tanış etdikdən sonra Seymur və Rəşad idarənin qarşısında onun yanında söhbət etmişlər. Rəşad Seymuru DİO-na xidmətə bərpa etmək üçün 20000 manat pul tələb etmişdir. Lakin Seymur isə 10000 manat pul verə biləcəyini bildirmişdir. Rəşad ilk olaraq razılaşmasa da, daha sonra mobil telefon ilə kimləsə danışdıqdan sonra Seymura 10000 manat pul verməsini və DİO-na xidmətə bərpa olduqdan sonra işləmədiyi 1 il 9 ay müdətinə görə veriləcək birdəfəlik xidmət pullarının da ona verilməsini bildirmişdir. Seymur isə Rəşadla razılaşmış və Seymuru qısa müddət ərzində DİO-na xidmətə bərpa edəcəyinə söz vermişdir. Bir neçə gün sonra Seymur onun yanına gəlib DİN-nə ərizə ilə müraciət etdiyini və həmin günü də ona cavab gəldiyini bildirmişdir. Bu səbəbdən Seymur işə Rəşadın tanıdığı polkovnik Paşa Orucovun vasitəsi ilə bərpa olunacağına inanadığını bildirmişdir. Təxminən 4-5 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə o, evdə oturan zaman Rəşad ona zəng vurmuş və Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada gözləməyini bildirmişdir. O, Mingəçevir şəhəri S.Vurğun meydanında yerləşən çayxanaya getmiş, təxminən 15-20 dəqiqə sonra Rəşad Seymur və Adil Rəşada məxsus VAZ 21014 markalı avtomobil ilə çayxanaya gəlmişlər. Çayxanada oturub söhbət edən zaman ilk öncə Rəşad və Seymur Bakıya DİN-nə getməli imişlər. Lakin Rəşad kənara çəkilib teleofon ilə danışdıqdan sonra Bakı şəhərinə getmək lazım olmadığını bildirmişdir. Seymur və Adil Rəşada 10000 manat pulu vermək istəyirdi, lakin o, çayxanada pulu verməməyi, pulu başqa yerdə verməyi təklif etmişdir. Bundan sonra onlar avtomobilə əyləşmiş və Rəşad avtomobil ilə onun yaşadığı binanın qarşısına gətirmişdir. Bu zaman o, qabaqda, Seymur və atası isə avtomobildə arxada əyləşmişdilər. 2020-ci ilin iyun ayının 22-də onun yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/1 saylı binanın qarşısında Seymurun atası Adil cibindən ağ kağızda 10000 manat pulu çıxardıb onun və Seymurun yanında Rəşada Seymuru X9 xidmətə bərpa etmək məqsədi ilə vermişdir. Rəşad isə onların yanında 100 ədəd 100 manatlıq əskinazı sayıb avtombilin saxlanc yerinə qoymuşdur. Bundan sonra Rəşad qısa müddət ərzində Seymurun işə bərpa olunacağını bildirmişdir. Daha sonra o, Rəşadın Seymuru aldatdığını, Seymur və Adilin pullarını vermədiyini öyrənmişdir. O, dəfələrlə Rauf və Rəşada zəng vurub Zərərçəkmiş şəxs1 aldıqları 10000 manat pulu geri qaytarmalarını bildirirmişdir. Bir müddət sonra isə Seymur və atası Adil onun yaşadığı binanın qarşısına gəlib ona böhtan ataraq onun Rəşadla pulu yarıbayarı böldüyünü bildirmişlər. O isə onlara heç bir məbləğdə pul almadığını, məqsədinin yalnız Seymurun DİO-da xidmətə bərpa olunmasına kömək etmək olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın cəmi 1000 manat hissəsi ödənilmiş, qalan məbləğdə pul isə ödənilməmiş qalmışdır. Qalan 2000 manat məbləğdə pulu isə təqsirləndirilən şəxs qəsdən ödəmək istəmir. Müxtəlif bəhanələrlə boyun qaçırır. Odur ki, məhkəmədən göstərdiyi halların nəzərə alaraq təqsirləndirilən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2001-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası DİO-da xidmət etmişdir. 2018-ci il tarixdə o, DİO-dan xidmətdən xaric edilmiş və həmin gündən heç harda işləmir. O, X9 xidmətə bərpa edilmək üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 2020-ci ilin iyun ayında qohumu Mingəçevir şəhəri 4 saylı MİS-in müdiri Zərərçəkmiş şəxs2 ona zəng vurub onu DİO-ya bərpa etmək üçün köməklik edə biləcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs2 onu idarəyə yanına çağırmışdır. Rasim onu çağıran günü Rasimin yanına getmişdir. Rasimin yanına gedən zaman Rasim onu Rəşad adlı şəxslə tanış etmişdir. Rasim, o və Rəşad Mingəçevir şəhəri 4 saylı MİS-in qarşısında söhbət edən zaman Rəşad ona polkonvik Paşa Orucovun vasitəsi ilə onu DİO-na 20000 manat müqabilində xidmətə bərpa edəcəyini bildirmişdir. O isə Rəşada 20000 manat pula gücü çatmadığını, bankdan kredit götürüb 10000 manat pul verə biləcəyimi bildirmişdir. Rəşad isə bundan sona kənara çəkilib mobil telefon ilə danışdıqdan 10000 manat pula razı olduqlarını, lakin onun DİO-na xidmətə bərpa olunacağı halda işləmədiyi 1 il 9 ay müddətinə hesablanıb ona geri qaytarılan pulu həmin şəxslərə verəcəyini bildirmişdir. O isə DİO-na xidmətə bərpa olunmaq istədiyi üçün razılaşmışdır. O Rəşad ilə razılığa gəldikdən sonra Rasim onu inandırmaq üçün Rəşadın oğlu Orxanıda işə düzəltiyini bildirmişdir. O isə Rasimin onlarla qohum olmasına və Rasimin oğlu Orxanı işə düzəldə bildiyinə görə inanmışdır. O, xx.xx.2020-ci il tarixdə DİO-na xidmətə bərpa olmaq üçün Mingəçevir şəhər Kapital bankdan 6000 manat pul kredit götürmüşdür. Qalan 4000 manat pulu isə qohumlardan borc almışdır. 22 iyun 2020-ci il tarixdə günorta saatlarında o və atası Adil ilə yaşadıqları binanın qarşısında olan zaman Rəşad adlı şəxs onlara zəng vurub pulun hazır olub olmadığını soruşmuşdur. Onlar isə həmin şəxsə pulun hazır olduğunu bildirmişlər. Rəşad adlı şəxs özünə məxsus VAZ 21014 markalı avtomobil ilə onları yaşadıqları binanın yaxınlığında olan 5+ marketin qarşısından götürmüşdür. Onlar Rəşadla birgə Mingəçevir şəhəri S.Vurğun parkına getmişlər. Onlar ora gedən zaman Zərərçəkmiş şəxs2 artıq onları orada gözləyirmiş. Onlar orada çay içən zaman Rasim onlara narahat olmamağı və 10 gün müddətində oğlu Seymurun DİO-na xidmətinə bərpa olacağını bildirmişdir. Rəşad 10000 manat pulu Bakıya onunla ilə birgə aparıb verəcəyini bildirmiş, lakin Rəşad onların yanlarından durub kənarda bir neçə dəqiqə telefon ilə danışmış, bundan sonra Rasim 10000 manat pulu S.Vurğun parkında çay evində verilməsinin düzgün olmadığını və pulun onun yaşadığı binanın qarşısında avtomobildə verilməyin daha uyğun olduğunu bildirmişdir. Bundan sonra onlar çayxanadan durmuş və Rasimi yaşadığı binanın qarşısına aparmışlar. Rəşad avtomobili Rasimin yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən binanın qarşısında olan qarajın qarşısında saxlamışdır. Atası Adil onun və qohumları olan Rasimin yanında 100 ədəd 100 manatlıq əskinaz olmaqla 10000 manat pulu Rəşada onu DİO-da xidmətə bərpa etmək məqsədi ilə vermişdir. Rəşad və Rasim isə onlara 10 gün müddətində onu Daxili İşlər Nazirliyinə çağıracaqlarını və DİO-da xidmətə bərpa olacağına söz vermişdir. Bundan sonra Rəşad onları yaşadıqları binanın qarşısına düşürtmüşdür. Bundan sonra onlar Rasim və Rəşadla mütamadi əlaqə saxlayan zaman həmin şəxslər onlara narahat olmamağı və qısa müddət ərzində onu Daxili İşlər Nazirliyinə qəbula çağıracaqlarını bildirmişlər. Lakin onlar Rəşada 10000 manat verməklərindən 15 gün keçməsinə baxmayaraq Rəşad və Rasim müxətlif bəhanələr gətirərək onları aldadırlarmış. Bu səbəbdən onlar Rəşad və Rasimdən pullarını geri tələb etməyə başlamışlar. 30 iyul 2020ci il tarixdə o və atası Adil, Rasim adlı şəxsin yaşadığı evinə getmişlər. Onlar Rasimdən inadla pullarını tələb edən zaman Rasim onların yanında Rauf adlı şəxsə zəng vurub onların pullarını tələb etdiklərini bildirmişlər.Rauf isə Rasimə Rəşada zəng vurmaqlarını bildirmişdir. X12 kim olduğunu soruşan zaman Rasim onlara polkovnik Paşa Orucovun qohumu olduğunu və əsas işi Raufun vasitəsi ilə hazırlandığını bildirmişlər. O, Rəşaddan verdikləri pulu tələb edən zaman Rəşad bankdan kredit götürdükləri pulun bir aylıq krediti olan 210 manat pulu ödəmiş və Rəşad özü əl yazma ilə onlardan xx.xx.2020-ci il tarixdə 10000 manat pul aldığını ağ vərəqə yazaraq bildirmişdir. O, Rəşadın 10000 manat pulu onlardan almasını əlyazma ilə təsdiq edən vərəqəni istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında o, Mingəçevir şəhərində yaşayan Rasim adlı dostu ilə Mingəçevir şəhər ərazisində görüşən zaman Rasim ona oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsində daimi işə düzəltmək istədiyini bildirmiş, o isə Rasimə Yevlax rayonu Havarlı kəndində yaşayan Rəşad adlı şəxsin əlaqələrinin geniş olduğunu və Rəşadın vasitəsi ilə oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsində işə düzəldə biləcəyini bildirmişdir. O, Rasimin yanında Rəşada zəng vurub Rasimin oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəısində işə düzəldə biləcəyini soruşan zaman X19 idarəsinə işə düzəldə biləcəyini lakin bunun müqabilində 3000 manat pul vermək lazım olduğunu bildirmiş, onlar isə razılaşmışlar. 2 gün sonra Rasim ona 3000 manat pulun hazır olduğunu bildirmişdir. 20 dekbar 2019-cu il tarixdə o, dostu Rasim ilə birgə Yevlax rayonu Havarlı kəndinə Orxanı işə düzəltmək üçün Rəşad adlı şəxslə görüşmək üçün getmişlər. 20 dekabr 2019cu il tarixdə o və Rasim Rəşad adlı şəxslə Yevlax rayonu Havarlı kəndində görüşmüşlər. Görüş zamanı Rəşad onlara narahat olmamağı, əvvəllərdə 10 nəfərdən artıq şəxsi müəyyən idarələrə işə qəbul olunmasında köməklik etdiyini bildirmişdir. X5 işə düzəltdiyi halda neçə gündən sonra işə çıxacağını soruşan zaman Rəşad Orxanın 2020-ci ilin yanvar ayının 5-6-sı işə çıxacağını bildirmişdir. 2019-cu ilin dekabr ayının 20-də Rasim oğlu Orxanı Mingəçevir şəhəri Qaz İdarəsinə daimi işə düzəltmək üçün Rəşad adlı şəxsə onun yanında Yevlax rayonu Havarlı kəndində 3000 manat pul vermişdir. Rəşad isə Rasimin oğlu Orxanın 2019-cu ilin yanvar ayının 5-6-sı Mingəçevir şəhəri Qaz İdarəsində işə başlayacağını bildirmişdir. Bundan sonra Rasim və o, Mingəçevir şəhərinə geri qayıtmışlar. Lakin 2020-ci ilin yanvar ayının 6-sı olan zaman Rəşad ona sənədlərin gecikdiyi üçün bir qədər gözləməli olduqlarını bildirmişdir. Bundan sonra Rəşad onlara hər ay müxətlif bəhanələrlə aldadıb Orxanın işini uzadırmış. Onlar Rəşadın onları aldatdığını başa düşmüş və Rasim verdiyi pulu geri tələb etmişdir. Rəşad isə Rasimə az bir müddətdə pulu geri qaytaracağını bildirmişdir. Hazırkı cinayət işindən ayrılmış, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 məhkəmə istintaqında iş üçün əhəmiyyəti olduğuna görə sərbəst ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun ilə Yevlax rayonu, Havarlı kəndində qonşuluqda yaşayır. 2019-cu il tarixdə Rəşadla yaxın münasibətləri yaranmışdır. 2020-ci ilin iyun ayında o və Rəşad Mingəçevir şəhəri çayxanaların birində çay içən zaman Mingəçevir şəhəri 4 saylı MİS-nin rəisi Zərərçəkmiş şəxs2 ona zəng vurub bir məsələ ilə bağlı onlarla görüşmək istədiyini bildirdi. O və Rəşad, Zərərçəkmiş şəxs2 rəhbərlik etdiyi 4 saylı MİS-ə getdik və orada Zərərçəkmiş şəxs2 qohumu olan keçmiş polis əməkdaşı Şahid1 DİO-ya xidmətə bərpa olunmaq istədiyini bildirdi. Rəşad və o, Rasimə bu məsələni həll edə biləcəklərini, lakin bir müddət onlara vaxt lazım olduğunu bildirmişlər. O və Rəşad, Rasimə Şahid1 DİO-ya xidmətə bərpa etmək üçün 20000 manat pul istəməyə razılaşmışlar və düşünmüşlər ki, Şahid1 rəsmi qaydada müraciət edib qəbul olsa 20000 manat pul onlara qalacaq. Əgər Seymurun müraciəti qəbul olunmazsa, Seymurdan aldıqları 20000 manat pulu geri qaytaracaqlarmış. Bundan sonra o Rəşada Rasimlə görüşməsini və Şahid1 DİO-ya xidmətə qəbul olunması üçün 20000 manat pul vermək lazım olduğunu deməsini bildirmişdir. Mingəçevir şəhərinə gəldikdən sonra 2020-ci ilin iyun ayının ortalarında Rəşad Rasimlə görüşməyə getmişdir. O, həmçinin Rəşada Seymurun DİN-in rəsmi saytına müraciət etməsini deməsini bildirmişdir. Həmin günü Rəşad ona zəng vurub Seymurun yanında olduğunu və kənara çəkildiyini, Seymurun 20000 manat pul verməyə imkanı olmadığını, DİO-ya xidmətə bərpa olunmaq üçün 10000 manat verə biləcəyini bildirdi. O isə Rəşada Seymurla razılaşmasını və Seymuru inandırmaq üçün Seymurun xidmətə bərpa olunacağı halda işləmədiyi xidmət illərinə görə alacağı pulları onlara verməsini bildirmişdir. Həmin gün axşam saatlarında Rəşadla Mingəçevir şəhərində görüşmüşlər və Rəşad Seymurun razı olduğunu və Seymurdan xəbər gözlədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Rəşad ona zəng vurub Şahid1lə görüşüb 10000 manat pulu alacağını və onu Mingəçevir şəhəri, H.Əliyev prospekti “Qaçqın qəsəbəsi” yaxınlığında yerləşən, «Azpetrolun» yanında gözləməyini bildirmişdir. Təxminən yarım saat sonra Rəşad özünə məxsus avtomobil ilə onun yanına gəlmişdir. O, Rəşadın avtomobilinə əyləşmiş, Rəşad və o, Şahid1 DİO-ya xidmətə bərpa etmək adı ilə aldıqları 10000 manat pulu hərəsinə 5000 manat olmaqla bölmüşlər. Həmin puldan borclarını vermiş və bir qisminidə övladının müalicəsinə xərcləmişdir. Bir müddət sonra Rasim ona zəng edib Seymur və Zərərçəkmiş şəxs1lərin verdiyi pulları geri tələb etdiyini bildirsə də, maddi durumu yaxşı olmadığı üçün həmin pulu geri qaytara bilməmişdir. Sonradan vlideynləri pulun 2500 manat hissəsini qaytarmış, qalan məbləği də qaytaracaqlar. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan, sənədlərin götürülməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2020-ci il tarixdə 10000 manat pulun alınmasını təsdiq edən sənəd iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.20222-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs pul verilməsini təsdiq edən kağız sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(051)-100/2021 nömrəli hökmünün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirlini bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, işüzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Musayev X6 Rauf Hüseyn oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, aralarında olan razılaşmaya görə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə, həmçinin Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək və aldadaraq təkrarən dələduzluq etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun oğlu X3 şəhərində yerləşən “Azəriqaz” idarəsinə işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2019-cu il dekabr ayında Yevlax rayonu, Havarlı kəndində 3000 manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 ilə qabacadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib onun Azərbaycan Respublikası DİO-dan xaric edilmiş oğlu Şahid1 xidmətə bərpa etdirəcəyinə yalan vəd verib aldadaraq, 22 iyun 2020-ci il tarixdə günorta saat 15 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 20/1 saylı binanın qarşısında özünə məxsus VAZ 21014 markalı, **-DB-*** dövlət qeydiyyat nömrəli avtomobilin salonunda 10000 manat məbləğdə pulunu alaraq, qabacadan aralarında olan razılığa əsasən, həmin pulun 5000 manatını Şahid3 verərək, qalan 5000 manat pulu isə özü ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etiraf etməsi ilə yanaşı, tədqiq edilmiş digər təkzibedilməz sübutlara əsasən onun niyyəti, zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmək yolu ilə özünün borclarını ödəmək məqsədi ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib onları aldatmaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmək niyyəti onun zərərçəkmiş şəxsləri qabaqcadan fərdi qaydada və qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif üsullarla aldatması ilə eyni vaxtda yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq onların pul vəsaitləri almış, lakin həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarını təmin etməklə dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri əlverişsiz vəziyyətə salmaqla, onların etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs1 dəymiş ziyandan onun payına düşən 5000 manat hissəni, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan isə 1000 manat hissəni ödəməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sisatemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə doğulmuş Nərgiz və xx.xx.2017-ci il tarixdə doğulmuş Rəhman adlı iki nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış qəbzdən görünür ki, cinayət nəticəsində ona vurulmuş 10000 manat ziyandan 5000 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyandan 1000 manat ödəmişdir. Cinayət işinin materiallarında olan Yevlax rayonu, İHB-nin Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən talamaqda ifadə olunan, həmçinin bir başa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqa zidd cəzalanmalı əməldir. Mülkiyyət-vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları ələ keçirməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi-iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxs cinayətin zərərli nəticələrinin aradan qaldırılması istiqamətində real davranış nümayiş etdirməmiş, yəni cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəyən zərəri tam şəkildə ödəməmiş, nə də onlarla razılıq əldə etməmişdir. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi, cəzanın məqsədlərini təmin etmir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs1 vurulmuş 10000 manat puldan öz payına düşən 5000 manatı, digər Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan isə ona 1000 manat məbləğində pul ödənilsə də, qalan 2000 manat məbləğində pul Zərərçəkmiş şəxs2 ödənməsə də, bununla bağlı Zərərçəkmiş şəxs2 tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işinin materiallarında olan və iş üzrə maddi sübut kimi tanınan, 10000 manat məbləğində pulun Təqsirləndirilən şəxs verilməsini əks etdirən qəbz iş üzrə mühüm əhəmiyyətə malik olduğu üçün cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 noyabr 2020-ci il tarixdən 09 noyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Cinayət işinin materiallarında olan və iş üzrə maddi sübut kimi tanınan, 10000 manat məbləğində pulun Təqsirləndirilən şəxs verilməsini əks etdirən qəbz iş üzrə mühüm əhəmiyyətə malik olduğu üçün cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar