Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-54/2025 05.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə Rusiya Federasiyası Novosibirsk şəhəri, Kirovskiy rayonu Petuxova küçəsində yerləşən Pyateroçka mağazasının yanından keçərkən Rusiya Federasiyası Novosibirsk şəhərində anadan olan Zərərçəkmiş şəxs məxsus “Sberbank”a məxsus ****8260 nömrəli bank kartını tapmış, elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 11:59-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən "xxxx"-də 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 899 rubl 73 qəpik olmaqla 20 manat 60 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:13-də Rusiya Federasiyası Novosibirsk şəhəri Sibiryakov-Qvardeystsev küçəsi, ev 42/1 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 799 rubl 97 qəpik olmaqla 18 manat 31 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:19-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən "xxxx" MMC-də 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 799 rubl 78 qəpik olmaqla 18 manat 31 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:19-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən "xxxx" MMC-də 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 175 rubl olmaqla 4 manat məbləğdə pulu, xx.xx.2021-ci il tarixdə saat 12:25-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən 116 saylı yanacaqdoldurma məntəqəsində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 805 rubl olmaqla 18 manat 43 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:26-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən 116 saylı yanacaqdoldurma məntəqəsində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 384 rubl olmaqla 8 manat 79 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:46-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən ət ləzzətləri mağazasında 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 250 rubl olmaqla 5 manat 72 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:48-də Rusiya Federasiyası Novosibirsk şəhərində Y.Y.Semeoylenova fərdi sahibkara 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 548 rubl olmaqla 12 manat 54 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 12:49-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən Kochenevskaya PF supermarketində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 280 rubl olmaqla 6 manat 41 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 14:12-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən Sibiryakov-Qvardeystsev küçəsində avtomobildə 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 900 rubl olmaqla 20 manat 61 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 14:28-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən paltar və aksesuarlar mağazasında 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 329 rubl olmaqla 7 manat 53 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 14:34-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən Kochenevskaya PF supermarketində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 800 rubl olmaqla 18 manat 32 qəpik məbləğdə, xx.xx.2021 -ci il tarixdə saat 14:36-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən “Yarmarka” supermarketində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 650 rubl olmaqla 14 manat 88 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 14:43-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən "xxxx" MMC-də 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 899 rubl 78 qəpik olmaqla 20 manat 60 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 14:51-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən Zatulinskaya yanacaqdoldurma məntəqəsində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 900 rubl olmaqla 20 manat 61 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 15:23-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən “Pyateroçka” supermarketində 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 600 rubl olmaqla 13 manat 74 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 16:35-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən “Fasolka” kafe və restoranda 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 157 rubl olmaqla 3 manat 59 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 16:36-da Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən “Fasolka” kafe və restoranda 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 207 rubl olmaqla 3 manat 59 qəpik məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 16:52-də Rusiya Federasiyası Novosibirsk şəhərində yerləşən tərəvəz və meyvə mağazasında 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 215 rubl olmaqla 4 manat 92 qəpik məbləğdə olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 10 599 rubl 26 qəpik olmaqla 242 manat 72 qəpik məbləğdə pulu “Sberbank”a məxsus ****8260 nömrəli bank kartından, ******************** nörməli hesabdan istifadə etməklə qeyd olunan ünvanlarda quraşdırılmış post terminallar vasitəsilə ödənişlər həyata keçirdib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 iyul 2021-ci il tarixində saat 09:00 radələrində evdən çıxıb Novosibirsk şəhəri, Kirovskiy rayonu, Petuxova küçəsində yerləşən “Stolitsa” avtomobil bazarına tərəf getmişdir. Girişdən çıxaraq 15 metrə yaxın gedib, Pyateroçka mağazasının yanından keçərkən asfaltda “Sberbank Rusiya bank kartı görmüşdür. Həmin kartı əyilərək yerdən götürmüşdür. Bundan sonra bu kartla hər hansı ehtiyaclarını ödəyəcəyini düşünmüş və onu özü ilə aparmağa qərar vermişdir. Bundan sonra kartı gödəkçəsinin cibinə qoyub, işlədiyi E 0** XN *** region dövlət qeydiyyat nişanlı KAMAZ markalı avtomobilin dayandığı maşın bazarına getmişdir. Bundan sonra o, bu maşını Levoberejnıy Ticarət Şəhərinin yanında yerləşən zavoda sürmüş, həmin zavodda avtomobilə asfalt yükləmiş, sonra Yefremov meydanına getmiş və orada asfaltı boşaltmışdır. Bundan sonra maşını eyni şəkildə yükləmək üçün yenidən yuxarıda qeyd olunan zavoda tərəf getmişdir. Təxminən saat 11:00-da o, Sibiryakov- Qvardeytsev küçəsindən keçərkən "xxxx" yanacaq doldurma məntəqəsini görmüşdür. Bu zaman ağlına bayaq tapdığı bank kartı ilə ödəniş etmək gəlmişdir. Bəzi bank kartlarında 1000 rubl məbləğinə qədər təmassız ödəmə funksiyası mövcud olduğunu bilmişdir. Beləliklə, o, "xxxx" yanacaq doldurma məntəqəsinə daxil olaraq, orada yerləşən kassaya yaxınlaşmış və 900 rubl məbləğində yanacaq doldurmalarını xahiş etmişdir. Bundan sonra ödənişi nağdsız şəkildə edəcəyini bildirmiş, tapdığı bank kartını terminala yaxınlaşdırmış və terminal əməliyyatın uğurla başa çatdığını göstərmiş və yanacaqla bağlı ödəniş qəbul edilmişdir. Bundan sonra o, həmin bank kartına təmassız ödəmə xidmətinin tətbiq olunduğunu anlamışdır. Bundan sonra həmin bank kartından istifadə etmək qərarına gəlmişdir. O, həmin kart vasitəsilə ödəniş edərkən həmin bank kartının başqasına məxsus olduğunu və həmin bank kartında olan pul vəsaitinin ona aid olmadığını anlamış, ancaq buna baxmayaraq, həmin bank kartı ilə ödəniş etməyə davam etmişdir. Bundan sonra o, daha bir neçə dəfə "xxxx", "xxxx" kimi müxtəlif yanacaq doldurma məntəqələrinə gedərək 1000 rubla qədər məbləğdə ödənişlər etmiş, çünki o, məbləğin 1000 rubldan artıq olacağı təqdirdə kartın Pin-kodunu daxil etməli olacağını bilmişdir. Kart ona məxsus olmadığı üçün isə Pin-kodu bilməmişdir. Həmin vaxtdan çox uzun müddət keçdiyi üçün, yanacaq üçün dəqiq hansı məbləğlərdə ödəniş etdiyini xatırlamır. Bundan başqa həmin kartla Novosibirsk şəhəri, Petuxov küçəsi, 12v ünavnında yerləşən “Pyateroçka” mağazasında ödəniş etmişdir. Həmçinin o, evinin yaxınlığında yerləşən bir neçə mağazada ödəniş etmiş, yəni bütün alış-verişləri Kirovskiy rayonunda həyata keçirtmişdir. Bununla yanaşı həmin kart vasitəsilə geyim, qida məhsulları üçün ödəniş etmiş, bir neçə dəfə isə yemək üçün “Fasolka” kafesinə getmişdir. Həmin ərəfədə tapdığı kartdan etdiyi ödənişlər çox olduğu üçün dəqiq məbləği xatırlamır. Ancaq bütün ödənişlər 1000 rubla qədər olmuşdur. Bu kartla bütün ödənişlər xx.xx.2021-ci il saat 11:00-dan 17:00-dək həyata keçirtmişdir. Axşam saatlarında, xx.xx.2021-ci il təxminən saat 17:00 radələrində tapdığı həmin bank kartı ilə təqribən 10 000 rubl məbləğində ödəniş etdiyini anlamışdır. Sonucu dəfə yanaca doldurma məntəqəsində operator qız ona bildirmişdir ki, bu kart sənin deyilsə, apar polisə təhvil ver, yoxsa səni tutacaqlar. Ondan sonra o, həmin kartıyaxınlıqda yerləşən xatırlamadığı banka şəxsiyyəti barədə sənədi surəti ilə birlikdə təhvil vermiş, lakin heç bir sənəd almamışdır. Ondan bir neçə gün sonra onu polis çağırmış və izahatını almışdır. O da hadisəni olduğu kimi danışmışdır. Həmin vaxt ona tərcüməçi və vəkil təqdim edilmişdir. Ondan sonra o, kartdan istifadə etdiyi pul məbləğini zərəçəkmişə tam şəkildə ödəmişdir. Dəyən ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanıverdiyi ifadəsi arasında ziddiyyət vardır. Belə ki, təqsirləndirilən şəxs həm Rusiya Federasiyasının Novosibirsk şəhəri üzə DİN-nin İstintaq İdarəsində, həm də Mingəçevir şəhər X3 Bölməsində verdiyi ifadəsində həmin kartı xatırlamadığı yerə atdığını göstərmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə həmin kartı Rusiya Federasiyasında cinayətin törədildiyi ərazidə yerləşən xatırlamadığı banka təhvil verdiyini və heç bir sənəd almadığını göstərmişdir. Cinayət işinin materiallarında da həmin hal öz təsdiqini tapmır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, istifadəsində “Sberbank” bankın ***** 8260 nömrəli bank kartı mövcuddur. Karta 408 178 109 440 546 528 78 nömrəli hesab əlavə olunmuşdur, hesab Novosibirsk şəhəri, Dusi Kovalçuk küçəsi, ev 179/3 ünvanında yerləşən əlavə ofisdə açılmışdır. Kartına qoşulmuş mobil bankçılıq xidməti və telefonunda quraşdırılmış mobil proqram vardır. Kartın təmassız ödəmə üsulu var və kartı terminala yaxınlaşdıra və 1000 rubldan çox olmayan bir əməliyyat üçün PİN kodu daxil etmədən istifadə edərək alış-veriş etmək mümkündür. 14 iyul 2021-ci ildə Novosibirsk şəhəri, Kirovskiy rayonu, Sibiryakov Qvardeytsev küçəsindəki 62 saylı evdə olan zaman bir nəfər tanışı ilə görüşmüşdür. Görüş zamanı o, kartından pul köçürmüş, lakin mobil telefondan təmassız ödəniş üsulundan istifadə etdiyi üçün kartın özündən istifadə etməmişdir. Bank kartını sonuncu dəfə nə vaxt gördüyünü xatırlamadığı üçün deyə bilməmişdir. Elə həmin gün, 14 iyul 2021-ci ildə dostu ilə görüşmüş və ona borc pul verəcəyinə söz vermişdir. Pul köçürəndə kartda kifayət qədər pul olmadığını görmüş, amma buna əhəmiyyət verməmişdir. Pulu xərcləməsini düşünmüşdür. O, adətən kartdan gələn mesajlara baxmır və onlara əhəmiyyət vermir. Bir neçə gündən sonra kartını tapmaq qərarına gəlmiş və bunun üçün istifadə etdiyi evdə olan qadın çantalarının içərisində kartı axtarmağa başlamışdır. Kartı evdə tapmamış, ona görə də kartı itirdiyini düşünmüş, buna görə də bloklayıb yenidən çıxarmaq qərarına gəlmişdir. Yeni bank kartını xx.xx.2021-ci ildə almışdır. Bundan sonra pulu dəqiq hara xərclədiyini başa düşmək üçün hesabı üçün təfərrüatlar sifariş etmək və kart əməliyyatlarına baxmaq qərarına gəlmişdir. xx.xx.2021-ci ildə kartı ilə bağlı təfərrüatları əldə etmiş və aşkar etmişdir ki, bank hesabında onun etmədiyi əməliyyatlar və yanacaqdoldurma məntəqəsində çoxlu ödənişlər edilmişdir. Lakin o, nəqliyyat vasitəsi idarə etmir. Belə ki, təfərrüatları nəzərdən keçirərək 14 iyul 2021-ci il saat 11:59-da onun bank kartından istifadə etməklə "xxxx"də 899 rubl 73 qəpik məbləğində; saat 12:13-də Sibiryakov Qvardeytsev küçəsi, ev 42/1 ünvanında yerləşən Yanacaqdoldurma məntəqəsində 799 rubl 97 qəpik, saat 12:19-da "xxxx" MMC-də 799 rubl 78 qəpik məbləğində; saat 12:19-da "xxxx" MMC-də 175 rubl məbləğində; saat 12:25də 116 saylı yanacaqdoldurma məntəqəsində 805 rubl məbləğində; saat 12:26-da 116 saylı yanacaqdoldurma məntəqəsində 384 rubl məbləğində; saat 12:46-da ət ləzzətlərində 250 rubl məbləğində; saat 12:48-də Y.Y.Semeoylenova fərdi sahibkara 548 rubl məbləğində; saat 12:49-də Kochenevskaya PF supermarketində 280 rubl məbləğində; saat 14:12-də Sibiryakov - Qvardeytsev küçəsində avtomobildə 900 rubl məbləğində saat 14:28-də paltar və aksesuarlar mağazasında 329 rubl məbləğində; saat 14:34-də Kochenevskaya PF supermarketində 800 rubl məbləğində: saat 14:36- da “Yarmarka” supermarketində 650 rubl məbləğində; saat 14:43-də "xxxx" MMC-də 99 rubl 78 qəpik məbləğində; saat 14:51-də Zatulinskaya yanacaqdoldurma məntəqəsində 900 rubl məbləğində; saat 15:23-də “Pyateroçka” supermarketində 600 rubl məbləğində; saat 16:35-də “Fasolka” kafe və restoranlarında 157 rubl məbləğində; saat 16:36-da “Fasolka” kafe və restoranlarında 207 rubl məbləğində, saat 16:52-də tərəvəz və meyvə mağazasında 215 rubl məbləğində ödənişlər edilmişdir. Yuxarıda göstərilən əməliyyatların hamısı onun tərəfindən aparılmamışdır. Onları kimin həyata keçirə biləcəyini bilməmişdir. Ümumilikdə kartından 10 599 rubl 26 qəpik məbləğində ödəniş edilmişdir. Beləliklə, ona 10 599 rubl 26 qəpik ziyan dəymişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Daxili işlər orqanlarından bu faktın araşdırılmasını və təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Kartından vəsaitin oğurlanması maddi vəziyyətini xeyli pisləşdirmiş və planlaşdırılmamış xərclərlə nəticələnmişdir. Dindirilmə zamanı kartdakı pul vəsaitlərinin hərəkəti haqqında çıxarış əlavə etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin ödənilməsi üçün 10.599 rubl 26 qəpik məbləğində pulu almış, ona dəymiş ziyan tam ödənildiyi üçün bu faktla bağlı heç bir iddiası yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokollarından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Sberbank”a məxsus ****8260 nömrəli bank kartından təmassız ödənişlər olunan RF-nın Novosibirsk şəhəri, Kirovskiy rayonu, Petuxov küçəsi, 12 a ünvanında yerləşən 157 nömrəli "xxxx" MMC “İnterAvtoServis” avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nın Novosibirsk şəhəri, Sibiryakov-Qvardeytsev küçəsi 51a ünvanında yerləşən “Toplayn” avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nın Novosibirsk şəhəri, Sibiryakov- Qvardeytsev küçəsi 47a ünvanında yerləşən “Teboil” avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nın Novosibirsk şəhəri, Sibiryakov-Qvardeytsev küçəsi 47, korpus 3 ünvanında yerləşən “Ekonom Shop” ailəvi geyim və ayaqqabı hipermarketinə, RF-nın Novosibirsk şəhəri, Sibiryakov-Qvardeytsev küçəsi 47, korpus 2 ünvanında yerləşən “Fasolka” yeməkxanasına, RF-nın Novosibirsk şəhəri Kirovskiy rayonu, Sibiryakov-Qvardeytsev küçəsi 42/1 ünvanında yerləşən "xxxx" MMC Opti 5421 saylı avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nın Novosibirsk şəhəri, Sibiryakov-Qvardeytsev küçəsi 56/1a ünvanında yerləşən "xxxx" MMC "xxxx" avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nm Novosibirsk şəhəri, Petuxov küçəsi 67a ünvanında yerləşən "xxxx" MMC “Zatulinskaya” avtomobil yanacaqdoldurma məntəqəsinə, RF-nın Novosibirsk şəhəri, Petuxov küçəsi 12v ünvanında yerləşən "xxxx" MMC “Pyatyoroçka” mağazasına, RF-nın Novosibirsk şəhəri, Petuxov küçəsi 69, korpus 1 ünvanında yerləşən şəhər sosial qida yarmarkasına, RF-nın Novosibirsk şəhəri Kirovskiy rayonu, Sibiryakov-Qvardeytsev küçəsi 49/1, bina 7 ünvanında yerləşən “Ət ləzzətləri” mağazasına baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli sənədlərə (predmetlərə) baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs adına 10 iyul 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək “Sberbank Rusiya” PSC-nin bank hesabından çıxarış sənədlərinə baxış keçirilmişdir. Həmin çıxarışlara baxış keçirilərkən, Zərərçəkmiş şəxs adına olan “Sberbank Rusiya” PSC-nin bank kartından xx.xx.2021-ci il tarixdə ümumilikdə 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 10 599 rubl 26 qəpik olmaqla 242 manat 72 qəpik məbləğdə təmassız ödənişlər həyata keçirilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 4652-21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs heç bir psixi pozğunluqdan əziyyət çəkməyib və əziyyət çəkmir. Bu, psixiatr və narkoloq tərəfindən qeydiyyata alınmadığı barədə anamnestik məlumatlar və ardıcıl düşüncə, yaddaş və zəkanın təhlükəsizliyini ortaya qoyan bu müayinənin məlumatları ilə təsdiqlənir. R.M. Namazovda hüquq pozuntusu zaman hər hansı bir müvəqqəti psixi pozğunluq qeyd olunmayıb, ətrafdakı insanların vəziyyətinə düzgün yönəlib, onlarla adekvat nitq əlaqəsini qoruyub, hərəkətləri ardıcıl, məqsədyönlü və heç bir psixoloji hissərlə şərtlənməyib. Nəticə etibarilə, Qanun pozuntusu dövründə R.M. Namazov hərəkətlərinin həqiqi mahiyyətini və ümumi təhlükəsini dərk edə bilib və indi də onları idarə edə bilir. Ruhi vəziyyətinə görə R.M. Namazov iş üçün vacib olan halları düzgün qavraya bilir və onlar haqqında ifadə verir. Tibbi xarakterli məcburi tədbirlərə ehtiyac yoxdur. Narkomaniya sindromu (narkomaniya) və alkoqoldan asılılıq sindromu (xroniki alkoqolizmdən) R.M. Namazov əziyyət çəkmir, çünki nə anamnez, nə iş materialları, nə də bu müayinə nəticəsində formalaşmış asılılıq ilə qeyd olunan maddələrin sistematik istifadəsinə dair kifayət qədər məlumat müəyyən olunmayıb. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli internet saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsi olan www.cbar.az internet saytına baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0229 manata bərabər olması müəyyən olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 10 599 rubl 26 qəpik olmaqla 242 manat 72 qəpik məbləğində maddi ziyan vurmaqla elektron məlumat daşıyıcısından istifadə etməklə gizli oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə Rusiya Federasiyası Novosibirsk şəhəri, Kirovskiy rayonu Petuxova küçəsində yerləşən Pyateroçka mağazasının yanından keçərkən Rusiya Federasiyası Novosibirsk şəhərində anadan olan Zərərçəkmiş şəxs məxsus “Sberbank”a məxsus ****8260 nömrəli bank kartını tapmış, elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə müxtəlif saatlarda və ayrı-ayrı ünvanlarda 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 10 599 rubl 26 qəpik olmaqla, cəmi 242 manat 72 qəpik məbləğdə pulu “Sberbank”a məxsus ****8260 nömrəli bank kartından, ******************** nörməli hesabdan istifadə etməklə qeyd olunan ünvanlarda quraşdırılmış post terminallar vasitəsilə ödənişlər həyata keçirdib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, müharibə veteranı olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş 10 599 rubl 26 qəpik məbləğində maddi ziyan tam şəkildə ödənildiyindən, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan və 054153 nömrəli Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan 8 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 8 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs ümumilikdə 1 Rusiya rublu Azərbaycan manatına məzənnəsi 0.0229 olan 10 599 rubl 26 qəpik olmaqla 242 manat 72 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Lakin maddi ziyan tam həcmdə ödənilmiş, dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-54/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-54/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver