Məhkəmə qərarları › İş №1(051)-55/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-55/2020

21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-55/2020 21.05.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi ev 14, mənzil 29da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs qanunsuz olaraq 2 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri ayrı-ayrılıqda 0,525 qram və 0,401 qram olmaqla ümumi təmiz çəkisi 0,926 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 23:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14 saylı binanın blokunda saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan idman dəstinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin narkotik vasitə olan heroindən isifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Avtovağzalın yaxınlığında piyada gəzən zaman yerdən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər tapmışdır. Maraqlı olduğu üçün siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlərin içərisini açıb baxmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün bükümlərə açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu görmüşdür. O içərisində heroin bükümləri əynindəki idman dəstinin sol yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:35 radələrində Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14 saylı binanın blokunda olarkən tapdığı narkotik vasitə olan heroin əynindəki idman dəstinin sol yan cibində olmuşdur. Bu zaman 5 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin gün saat 23:55 radələrində polis şöbəsinin müvəqqəti saxlama binasının daxilində hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X1 iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman dəstinin sol yan cibindən içərisində heroin olan iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümlərdə olan kütlələrin spesifik iyindən və rəngindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və bükümlərin ayrı-ayrılıqda ümumi çəkiləri 0,62 qram və 0,49 qram olmaqla ümumi çəkisi 1,11 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Avtovağzalın yaxınlığında piyada gəzən zaman yerdən tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona cəza təyin edilərkən himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Bildirmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 23:35 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Mingəçevir ŞPŞ-in PPXB-nün polis nəfərləri Şahid5, Şahid4 və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 14 saylı binanın blokunda olarkən görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki idman dəstinin sol yan cibindən 2 (iki) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər çıxarıb stolun üzərinə qoymuşdur. Həmin iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümlərin içərisində heroinə oxşar narkotik vasitə olan kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd içərisində heroin olan bükümlərin gümüşü-ağ rəngli kağız ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 0,62 qram və 0,49 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən faktları bir daha təstiq etmişdir. İş üzrə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan idman dəstinin sol yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 2(iki) ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 51 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki iki ədəd gümüşü-ağ əngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,525 qram və 0,401 qram olmaqla ümumi təmiz çəkisi 0,926 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi.Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökümdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. E.Abduləzov əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmətəqsirləndirilənşəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıqhissikeçirməsini AzərbaycanRespublikasıCM-nin 59.2-cimaddəsinə əsasəncəzasınıyüngülləşdirənhallarkiminəzərəalır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsas onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəməyuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərəalaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Narkomaniyadan məcburi müalicə İİ qrup əlil olduğu üçün tətbiq oluna bilməz. Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalan 0,826 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 99,70 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,828 qram heroin məhv edilsin. İş üzrə 99,70 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar