Məhkəmə qərarları › İş №1(051)-55/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-55/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-55/2021 22.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs qızının, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Laçın rayonu, Vəlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Tərəvəzçilik Sovxozunda qeydiyyatda olan vəyaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi : Təqsirləndirilən şəxs xx.xx.2021-ci tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozunda küçədə Zərərçəkmiş şəxs Şahid3 çatdırmasıüçün 200 manat pul verdiyini deməsi, sonuncunun isə bunu inkar etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona sağəlin 3-cü barmağının distal falanqasının yerdəyişməyən sınığı, sol əlin 3-cü barmağının qançırı, sol budunda, qarnında, sol bazuda, sol çiyin qurşağında, sağ bazuda və sol süd vəzisində, sol kürək nahiyyəsində sıyrıqlar ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Tərəvəzçilik sovxozunda İnqilabla rastlaşdığını, İnqilaba Mehribana çatdırmasıüçün 200 manat pul verməyini vəəgər Mehriban bunu inkar edərsəüzləşməyə hazır olmağını dediyini, Mehribanın yaşadığı evdən bir az aralıda İnqilabın geri qayıtmasını gözlədiyini, həmin vaxtı sərxoş vəziyyətdə olduğunu, az sonra Mehribanın İnqilaba məxsus avtomobillə gəldiyini, İnqilaba çatdırmasıüçün ona 200 manat pul verməsini Mehribanın inkar etdiyini, bu səbəbdən də aralarında mübahisə yarandığını, mübahisə zamanı yumruq və təpik zərbələri ilə Mehribanın müxtəlif nahiyyələrinə vuraraq döydüyünü, İnqilabın onları aralaşdıra bilmədiyi üçün avtomobilinə əyləşərək çıxıb getdiyini, Mehribanın vəziyyətinin normal olmadığını görüb onu öz yaşadığı evə apardığını, həmin vaxtı evdə anası Elza və atası Mirzənin olduğunu, özünə gəldikdən sonra Mehribanı yaşadığı evə doğru yola saldığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışdıqlarını bildirmiş və məhkəmədən barəsində olan cinayət işi üzrə xitam verilməsini xahiş etmişdir. Aşkar cinayət üzrə şikayət vermiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsindəxx.xx.2021-ci il tarixdə saat 18 radələrindəİnqilabın yaşadığı evə gəldiyini, Nəbinin ona 200 manat pul verib-verməməsini soruşduğunu, Nəbinin ona 200 manat pul verməməsini dediyini, bu zaman İnqilabın Nəbinin bir az aralıda gözləməsini dediyini, İnqilaba məxsus avtomobillə Nəbinin yanına getdiyini, həmin vaxtı Nəbinin sərxoş vəziyyətdə olduğunu, Nəbinin də yanında İnqilaba çatdırması məqsədilə ona 200 manat pul verməməsini dediyini, bu səbəbdən də onların aralarında mübahisə yarandığını, mübahisə zamanı Nəbinin yumruq və təpik zərbələri ilə onun müxtəlif nahiyyələrinə vurduğunu, İnqilabın onları aralaşdıra bilmədiyi üçün avtomobilinəəyləşərək çıxıb getdiyini, vəziyyətinin normal olmadığıüçün Nəbinin onu öz yaşadığı evə apardığını, həmin vaxtı evdə Nəbinin anası Elza və atası Mirzənin olduğunu, bir az özünə gəldikdən sonra Nəbinin onun yaşadığı evə yola saldığını, yaşadığı evə daxil olduqda oğlu Qurbanın və qızı Aydanın bədəninin müxtəlif nahiyyələrində xəsarət izləri olmasını gördüklərini, bu zaman Nəbi tərəfindən döyüldüyü barədə onlara məlumat verdiyini bildirmiş və halhazırda barışdıqlarına görə təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanıəməli törətmişşəxs Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmiş, bu əsasa görə işüzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarınıöyrənməklə aşağıdakılara əsasən hesab edir ki, işüzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun sağəlinin 3-cü barmağının distal falanqasının yerdəyişməyən sınığı, sol əlinin 3-cü barmağının qançarı, sol budunda, qarnının, sol bazuda sol çiyin qurşağında, sağ bazuda və sol süd vəzində, sol kürək nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isəTəqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmişşəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2-ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilətəqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olduğuandan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar