Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-55/2023 29.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi–Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və müdafiəçisi Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əli ilə sonuncunun burun nahiyyəsinə qəsdən bir neçə dəfə yumruq vuraraq ona sağ burun sümüyünün açıq yerdəyişən sınığı və sol əl nahiyyəsində yaralarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Sonuncu ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə qurduqdan sonra onu valideynlərinə məxsus Yevlax rayonu Varvara kəndinə gəlin aparmış, bir müddət orada yaşadıqdan sonra 2020-ci ildə Mingəçevir şəhərindən iki otaqlı ev almış və 2022-ci ilin sentyabr ayında ailəsini Mingəçevir şəhərində aldığı həmin iki otaqlı mənzilə köçürmüşdür. Azyaşlı uşaqlarını isə yaxınlıqdakı 16 saylı tam orta məktəbə qoymuşdur. Ancaq valideyinlərinə məxsus Yevlax rayonu Varvara kəndində yerləşən evdə təsərrüfatı olduğu üçün tez-tez oraya gedib baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yerləşən evindən çıxıb Yevlax rayonu Varvara kəndində yerləşən təsərrüfatına baş çəkmək üçün getmiş, 8 gün orada davamlı qalaraq təsərrüfatına nəzarət etmiş, xx.xx.2023- cü il tarixdə saat 05:00 radələrində Mingəçevir şəhərində yerləşən evinə qayıtmaq qərarına gəlmişdir. Həmişə evə gələndə, Gülərə zəng etmişdir, sonuncu dəfə də bir başa gəlmiş və evin blokuna çatanda Gülərə zəng etmiş, lakin telefon bağlı olmuşdur. Gecə saatlarında evinə gələrkən mənzilin qapısını böyük oğlu Şahid2 açmış, ondan anasının harada olmasını soruşan zaman qonaq otağında onlardan ayrı yatdığını söyləmişdir. Bundan sonra qonaq otağına girmək istəyən zaman həyat yoldaşı Zərərçəkmiş şəxs qapını kilidləməsini görmüşdür. Qonaq otağına eyvandan daxil olmaq üçün dəhlizlə həmin istiqamətdə gedən zaman eyvanda tanımadığı bir nəfər (kişinin) şəxsin dayandığını görmüş, həmin vaxt tanımadığı şəxsdən kim olmasını soruşan zaman, o, bazarda işlədiyini və arvadı çağırdığı üçün bu evdə olduğunu bildirib pəncərədən evə keçmişdir. O da evə keçən zaman görmüşdür ki, həmin şəxs divanda oturub şalvarını geyinir, o, onun üzərinə gedəndə arvadı Gülər stolu üzərinə çevirmiş və həmin şəxsin qaçmasına yardımçı olmuşdur. Həmin şəxs isə avtomobilə əyləşib qaçmışdır. Evdə həmin şəxsin sviteri və ayaqqabısı qalmışdır. Həmin şəxs qaçıb getdiyi üçün evə qayıtmış, bu zaman qonaq otağına daxil olub arvadı Zərərçəkmiş şəxs həmin şəxsin kim olmasını soruşduqda cavab ala bilməmişdir. Bundan sonra əsəbləşib arvadı Zərərçəkmiş şəxs burun və sifət nahiyyələrinə qəsdən bir neçə dəfə yumruqla vuraraq ona xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yıxıldığı yerdən qalxıb evdən qaçmağa çalışarkən qəsdən təpiklə onun qarın nahiyyəsinə vurub yenidən yerə yıxmış, Zərərçəkmiş şəxs yaxınlaşıb təpiklə onun sifət nahiyyəsinə zərbələr vuran zaman qapı qonşusu Şahid3 oraya gələrək onları ayırmağa çalışmışdır. Şahid3 onu sakitləşdirən zaman Zərərçəkmiş şəxs qaçıb evdən getmiş, bundan sonra istifadəsində olan mobil telefonla qaynatası Şahid1 zəng edib oraya çağırmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs ardınca çölə çıxsa da, onu tapa bilməmiş və geri qayıdıb qaynatası Şahid1 gəlməsini gözləmişdir. Təxminən bir saat sonra qaynatası Şahid1 oraya gələrək qızı Zərərçəkmiş şəxs soruşmuş, bu zaman ona qızı Zərərçəkmiş şəxs qaçıb evdən getməsini demişdir. Şahid1 qızı Zərərçəkmiş şəxs axtarmaq üçün bayıra çıxmış, lakin sonuncunu heç yerdə tapa bilməyib itkin düşməsi ilə bağlı həmin gün Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra isə həmin gün arvadı Zərərçəkmiş şəxs ondan DİN-nin 102 zəng mərkəzinə və Mingəçevir ŞPŞ-yə şikayət etməsini öyrənmişdir. Hesab edir ki, zərəçəkmiş şəxsin əxlaqa zidd olan hərəkəti nəticəsində o, əsəblərini cilovlaya bilməmişdir. Ona görə də əməlindən peşman deyildir. Məhkəmədən ifadəsində göstərilənləri nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2010-ci ildə tanış olub ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs onu valideynlərinə məxsus Yevlax rayonu, Varvara kəndində yerləşən evlərinə gəlin aparmış, bir müddət orada yaşadıqdan sonra 2020-ci ildə Təqsirləndirilən şəxs Mingəçevir şəhərində iki otaqlı mənzil almış, 2022-ci ilin sentyabr ayında isə onlar ünvan 2 ünvanına köçmüşlər. Həmin vaxtdan da orada yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs uşaqlarının təhsillərini davam etdirmələri üçün yaşadıqları evin yaxınlığında yerləşən 16 saylı tam orta məktəbə qoymuşdur. Son zamanlar Təqsirləndirilən şəxsla aralarında qısqanclıq zəminində mübahisələr yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs tez-tez evdən çıxıb valideynlərinə məxsus Yevlax rayonu, Varvara kəndində yerləşən evdəki təsərrüfata baş çəkmək üçün getmiş və günlərlə evə gəlməyib orada qalmış, bu səbəbdən də tez-tez aralarında mübahisələr yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində yaşadığı evin qonaq otağında yatılı olduğu zaman Təqsirləndirilən şəxs evə gələrək onunla cinsi əlaqədə olmaq istədiyini söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs aylıq qadın xəstəliyi olmasını izah edib onunla belə vəziyyətdə cinsi əlaqədə olmayacağını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə ola bilmədiyi üçün səs-küy salıb mübahisə yaratmağa başlamış, həmçinin onun üzərinə gələrək qəsdən saçından tutub yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qəsdən onun burun və sifət nahiyələrinə yumruqla zərbələr vurmuşdur. Həmin vaxt yıxıldığı yerdən qalxıb qaçmağa çalışan zaman Təqsirləndirilən şəxs təpiklə onu vurub yenidən yerə yıxmış və ona yaxınlaşaraq yenidən təpiklə bir neçə dəfə sifət və bədəninin müxtəlif nahiyələrinə eləcə də sol əlin üstünə zərbələr vuraraq xəsarət yetirmişdir. Elgiz onu döyən zaman qapı qonşusu Şahid3 da oraya gəlib onları ayırmış, qonşusu Şahid3 Təqsirləndirilən şəxs sakitləşdirən zaman qaçıb evi tərk etmişdir. Evi tərk etdikdən sonra yaxınlıqdakı 16 saylı tam orta məktəbin həyətinə gedib orada gözləmiş, bir qədər sonra isə geri qonşusu Şahid3 evinə gələrək səhərin açılmasını orada gözləmişdir. Bir müddət sonra isə atası Şahid1 onun itkin düşməsi ilə bağlı Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etməsini öyrənib DİN-nin 102 zəng mərkəzinə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra olduğu ünvana polis əməkdaşları gəlib hadisə ilə bağlı araşdırma aparmışlar. Bu zaman ünvana gələn polis əməkdaşlarına rəsmi olaraq şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda cinayət əməlini törətmiş şəxslə barışmamışdır. Bununla belə o, cinayət əməlini törətmiş şəxsin həbs olunmasını istəmir. Odur ki, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun ailə üzvləri 2022-ci ilin sentyabr ayının əvvələrindən qonşuluqda yerləşən mənzilə köçüb orada yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs və onun əri Təqsirləndirilən şəxsla münasibətləri hər zaman yaxşı olmuşdur. Lakin onların son zamanlar aralarında ailədaxili münaqişləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 05:00 radələrində yaşadığı evdə yatdığı zaman qonşu mənzildən səs-küy gəlməsini eşidib oraya getmiş, bu zaman qonşusu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyməsini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq ona xəsarət yetirməsini görmüşdür. Bundan sonra onları ayırmağa cəhd etmişdir. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsini söyləmiş, lakin mənzildə kənar şəxs görməmişdir. Onları ayırarkən Zərərçəkmiş şəxs qaçıb evdən getmişdir. Bir qədər sonra isə Təqsirləndirilən şəxs qaynatası Şahid1 zəng edib gəlib qızı Güləri aparmasını söyləmişdir. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs atası Şahid1 oraya gəlib qızını axtarmışdır. Lakin Təqsirləndirilən şəxs ona qızı Gülərin qaçıb evdən getməsi barədə məlumat vermişdir. Bundan sonra onları mənzildə qoyub geri öz yaşadığı ünvana qayıtmışdır. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gəlib səhərin açılmasını gözləmiş, daha sonra isə Zərərçəkmiş şəxs atası Şahid1 onun itkin düşməsi ilə bağlı Mingəçevir ŞPŞ-nə məlumat verməsini öyrənib özü DİN-nin 102 zəng mərkəzinə döyülməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Onlar 2010-cu ildə ailə həyatı qurduqdan sonra sonuncunun valideyinlərinə məxsus ünvanda yaşamışlar. Onların birgə nikahlarından 3 uşaqları doğulmuşdur. 2020-ci ildə kürəkəni Təqsirləndirilən şəxs Mingəçevir şəhərindən iki otaqlı mənzil almış və 2022-ci ilin sentyabr ayının əvvələrində isə ailəsini aldığı ünvan 1 ünvanına köçürmüşdür. Nəvələri də hazırda yaşadıqları evin yaxınlığında olan 16 saylı tam orta məktəbdə təhsil alırlar. Ancaq son zamanlar qızı Gülərlə kürəkəni Elgiz arasında tez-tez qısqanclıq zəminində mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində kürəkəni Elgiz ona zəng edərək qızı Güləri döydüyünü və gəlib onu aparmasını söyləmişdir. Bundan sonra yaşadığı Yevlax rayonu Xaldan kəndindən çıxıb kürəkəni Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir. Oraya gələn zaman qızı Zərərçəkmiş şəxs evdə tapmamışdır. Bu zaman kürəkəni Təqsirləndirilən şəxs ona qızı Gülərin yanında yad kişi tutmasını söyləmişdir. Ancaq o, buna inanmayıb qızı Güləri ətrafda axtarmağa başlamışdır. Həmin vaxt qızı Zərərçəkmiş şəxs tapmadığı üçün Mingəçevir ŞPŞ-yə gedib qızının itkin düşməsi ilə bağlı ərizə ilə müraciət etmiş, ancaq daha sonra qızı Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayıb Elgizin onu döyməsi səbəbindən qaçıb evdən getməsini söyləmişdir. Bundan sonra qızı Gülər kürəkəni Elgizdən DİN-nin 102 zəng mərkəzinə və Mingəçevir ŞPŞ-yə şikayət etməsini öyrənmişdir. Məhkəmə istintaqında Mingəçevir şəhər 16 saylı tam orta məktəbində pedaqoqpsixoloq vəzifəsində işləyən X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə onun atasıdır. Hal-hazırda atası ilə birgə Yevlax rayonun Varvara kəndində yaşayır. 27.01,2023-cü il tarixdə gecə saat 05 radələrində yaşadığı evdə yatılı olan zaman mənzilin giriş qapısının döyülmə səsinə ayılmış, həmin vaxt qapını açan zaman atası Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Bu zaman atası Təqsirləndirilən şəxs onunla hal-əhval tutduqdan sonra, anası Zərərçəkmiş şəxs soruşmuşdur. Həmin vaxt o, anası Zərərçəkmiş şəxs qonaq otağında tək yatdığını bildirmişdir. Bundan sonra atası Təqsirləndirilən şəxs ona gedib yatmasını söyləmişdir. Həmin vaxt öz yataq otağına keçib çarpayısına uzansa da, yata bilməmişdir. Təxminən 10 dəqiqə sonra valideyinləri arasında digər otaqda mübahisə yaranmasını eşitmiş, həmçinin atası Təqsirləndirilən şəxs babası Şahid1 zəng edib gəlib anası Güləri aparmasını söyləməsini eşitmişdir. Lakin yaranmış dava-dalaşdan qorxduğu üçün öz otağından bayıra çıxmamışdır. Təxminən bir neçə dəqiqə sonra anası Zərərçəkmiş şəxs onların yatdığı otağa girərək mobil telefonunu götürüb geri çıxmış, bundan bir qədər sonra qonşuluqda yaşayan Şahid3 da onların yatdığı otağa daxil olaraq anası Gülərin mobil telefonunun orada olub-olmamasını soruşmuş və otaqdan geri çıxıb getmişdir. Təxminən bir saat sonra isə babası Şahid1 oraya gələrək anası Güləri axtarmış, daha sonra isə atası Elgizin onu və kiçik qardaşlarını götürüb nənəsigilə aparmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, işdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin giriş dəhlizini və qonaq otağının giriş hissəsini göstərərək xx.xx.2023-cü il tarixdə öz yaşadığı ünvana gələn zaman arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində münaqişə olmasını, münaqişə zamanı qəsdən yumruq və təpiklə bir neçə dəfə sonuncunun burun və sifət nahiyyələrinə zərbələr vuraraq ona xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və X4–Təcrübi və X3 şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 40 saylı “canlı şəxsin ekspertizası barədə” rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - burun sümüyünün açıq yerdəyişən sınığı, sol əl nahiyəsində yaralar, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sol əlin arxa səthində yara sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmur, burun sümüyünün açıq az yerdəyişən sınığı ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 4 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun burun nahiyyəsinə qəsdən bir neçə dəfə yumruq vuraraq ona sağ burun sümüyünün açıq yerdəyişən sınığı və sol əl nahiyyəsində yaralarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterixə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İşdə olan Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il tarixdə doğulmuş Elgün, xx.xx.2015-ci il tarixdə doğulmuş Bəhrəm və xx.xx.2016-cı il tarixdə doğulmuş Ramal adlı uşaqları vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-55/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-55/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver