Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-55/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı X2 nümayəndəsi və vəkili Müdafiəçi2, barəsində şikayət verilmiş şəxslər X7 və X5, onların müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinə Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəməyə müraciət edərək X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 və X8 onun barəsində dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Baş Nazirinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər orqanlara bilə-bilə yalan məlumatlarla şikayət etmiş, böhtan və təhqir etməklə onun şərəf və ləyaqətini alçaltmışdır. Odur ki, məhkəmədən onlara cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı X2 nümayəndəsi Müdafiəçi2 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayətçi Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı X1 Xəzər Azər oğlu və X5 Azərbaycan Respublikası CM–in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri və barələrində ittiham hökmü çıxarılmasına dair xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş, lakin hazırda şikayətə baxılmamasını və sənədləri geri qaytarılmasını məhkəmədən xahiş edir. Barəsində şikayət verilmiş X7, X8 və onların vəkili Müdafiəçi1 ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittihamçının nümayəndəsinin, barəsində şikayət verilmiş şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətçi tərəfindən şikayətə baxılmaması və sənədlərin geri qaytarılması barədə vəsatət daxil olduğundan şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 302.1. və 302.1.8-ci maddələrinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2. və 302.2.3- maddələrinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 , 302–ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-55/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-55/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver