Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-57/2020 21.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X1, Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu ildə Yevlax rayonu Xanabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gələrək özünə məxsus 1 ədəd taxta qayıqla suya girmiş, orada hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suya səpərək sahilə qayıtmış, 07 fevral saat 10:30-dək olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat olmaqla ümumi dəyəri 418 manat təşkil edən 38 ədəd çapaq balıqlarını xeyli miqdarda, yəni 418 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş,həmin gün qanunsuz tutduğu balıqları sahiləçıxararkən X8 X5 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən saxlanılıb baxış keçirilən zaman ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və həmin torlarla Mingəçevir su anbarından qanunsuz tutduğu 38 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax rayonu Xanabad kəndində qeydiyyatdadır, həmin ünvanda ailəsi ilə birlikdə daimi yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti ağır olduğu üçün balıq tutmaqla məşğul olur və bununla da ailəsinə qida əldə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrindəözünə məxsus 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələrini götürüb Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmişdir. Orada özü ilə gətirdiyi taxta qayıqdan istifadə edərək Mingəçevir su anbarına girmiş vəözünə məxsus 2 ədəd torları suya səpərək yaşadığı evə qayıtmışdır. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində yenidən Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gələrək taxta qayıqdan istifadə etməklə su anbarına girmiş və qurmuş olduğu torların yanına gəlmişdir. Torları yoxlayarkən xeyli sayda balıq tutduğunu görmüşdür. O, həmin balıqları torlarla birlikdə qayığa yığaraq sahiləçıxmaq istəyərkən saat 10:30 radələrində X8 X5 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 əməkdaşları yaxınlaşıb onu saxlamışlar. Polis əməkdaşlarına demiş ki, Mingəçevir su anbarından balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur. Baxış zamanı həmin əməkdaşlar istifadə etdiyi 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələrini və Mingəçevir su anbarından qanunsuz tutduğu balıqları aşkar edib maddi sübut kimi götürmüşlər. Həmin balıqlar sayıldıqda onların 38 ədəd çapaq balıqlarından ibarət olmaları müəyyən edilmişdir. Sorğu zamanı həmçinin izah etmiş ki, maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb ailəsinə qida əldə etməkdən ötrü həmin balıqları aşkar edilmiş balıqovlama vasitələri ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Bildirir ki, Mingəçevir su anbarından balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Rəsmi icazə olmadan balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş. Lakin, başqa çıxış yolu olmadığına görə, ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Bu barədə polis əməkdaşları müvafiq protokol tərtib etmişlər, həmin protokolu ucadan oxumuşlar və o, həmin protokolu düzgün yazıldığıüçün imzalamışdır. Bundan sonra onu X8 idarəsinə gətirmişlər, orada idarənin təhqiqatçısı ondan izahat almış və o, sorğu edilərkən polis əməkdaşlarına dediklərini həmin izahatında bir daha təsdiq etmişdir. Dəymiş ziyandan 79 manat ödəmişdir. Başa düşür ki, cinayət etmiş, hal-hazırda peşmandır. Mülki iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Mİngəçevir şəhəri istiqamətində Mingəçevir şəhər su anbarından qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş“Balıq və digər su bioresurslarınınsənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və həmin torlarla Mingəçevir su anbarından qanunsuz tutduğu 38 ədəd çapaq balıqlarımaddi sübut kimi götürülmüşdür. Faktla bağlı Təqsirləndirilən şəxs barəsində X8 X5 Polis Məntəqəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə protokol tərtib edilmişdir. Beləliklə Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə 418 manat ziyan dəymişdir. Həmin ziyandan cəmi 79 manat ödənilmiş. Qalan 339 manat maddi ziyan hələ dəödənilmədən qalmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini və ondan 339 manat maddi ziyanın tutulub Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə X8 X5 Polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirirmişlər. Həmin gün tədbir keçirilərkən saat 10:30 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs torla balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və 38 ədəd çapaq balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torun vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs izah etmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz tutduğu 38 ədəd çapaq balıqları tez xarab olan ərzaq mah hesab edildiyi üçün xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X9 təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələri isə müvəqqəti saxlanılmasıüçün maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla heç bir münasibəti və ədavəti olmamışdır və xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilk dəfə görürmüş. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, X8 X5 Polis Məntəqəsinin polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə X8 X5 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirirmişlər. Həmin gün tədbir keçirilərkən saat 10:30 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarında şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs torla balıq tutmasını görüb onu saxlamışlar. Keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və 38 ədəd çapaq balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin balıqları aşkar edilmiş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torun vasitəsi ilə Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından qanunsuz tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs izah etmişdir ki, Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz tutduğu 38 ədəd çapaq balıqları tez xarab olan ərzaq mah hesab edildiyi üçün xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X9 təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar və hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələri isə müvəqqəti saxlanılmasıüçün maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla heç bir münasibəti və ədavəti olmamışdır və xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilk dəfə görürmüş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 X5 Polis Məntəqəsinin polis nəfərləri Şahid5 Fidail oğlu, Şahid7 və Şahid3 Bəybəla oğlu da oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli Balıq ehtiyyatlarına vurulmuş ziyan barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarından 38 ədəd çapaq balıqlarını qanunsuz tutması nəticəsində Balıq ehtiyyatlarına 418 manat ziyan dəymişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamentinin xx xxxxxx 2020-ci il tarixli 28/41 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinin Təqsirləndirilən şəxs qarşı verilmiş iddia tələbində cavabdehdən 418 manat məbləğində pulun alınıb iddiaçının hesabına ödənilməsi xahiş olunur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyandan 79 manat ödəniş etmişdir. Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli qaimədən görünür ki, Təqsirləndirilən şəxs 38 çapaq balığı müsadirə olunaraq “xxxxxxxxx” Müəssisəsinə 2 manata satılmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə həmin sübutlar əsasında müəyyən etmişdir ki, balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri istiqamətində Mingəçevir su anbarının sahilinə gələrək özünə məxsus 1 ədəd taxta qayıqla suya girmiş, orada hər birinin uzunluğu 30 metr, eni 3 metr, gözlərinin ölçüsü 28x28 mm. olan balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torları suya səpərək sahilə qayıtmış, 07 fevral saat 10:30-dək olan müddət ərzində ayrıayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat olmaqla ümumi dəyəri 418 manat təşkil edən 38ədəd çapaq balıqlarını xeyli miqdarda, yəni 418 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş,həmin gün qanunsuz tutduğu balıqları sahiləçıxararkən X8 X5 Polis Məntəqəsinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya vəX6 əməkdaşları tərəfindən saxlanılıb baxış keçirilən zaman ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, balıq ovunda istifadəsi qadağan edilmiş, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor və həmin torlarla Mingəçevir su anbarından qanunsuz tutduğu 38 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Onun əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə aşağıdakılara əsasən hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin256.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa görə həmin Məcəllənin 256-cı maddəsinin “Qeyd” hissəsində “dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində “külli miqdar” dedikdə isə” sözləri “min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi” sözləri ilə əvəz edilmişdir. Həmin Qanunun 2.4-cü bəndinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərədair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayətişlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 10.3-cümaddəsinə əsasən,əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmişşəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxslərə, habelə cəza çəkən, yaxud cəzasınıçəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmişşəxslərəşamil edilir. Cinayət-Prosessual Məcəllənin 41.3-cümaddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Belə ki, məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 256-cı maddəsinin Qeyd hissəsinə edilmiş dəyişikliyə görə CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət min manatdan yeddi min manatadək olan məbləğdə ziyan vurulduğu hallarda yaranmasını bildirib, Təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edərək cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, məhkəmə xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 256-cı maddəsinin Qeyd hissəsinə edilmiş dəyişikliyə görə CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin min manatdan yeddi min manatadək olan məbləğdə ziyan vurulduğu hallarda yaranmasını və bu səbəbdən dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılmasından ötrü qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, tətbiqinə zərurət aradan qalxdığına görə Azərbaycan Respublikası CPMnin 175.2-ci maddəsinə əsasən ləğv olunmalıdır. Mülki iddiaya gəldikdə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmış «Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin» 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli 119 nömrəli qərarına əsasən ölçüsündən vəçəkisindən asılı olmayaraq, 1 ədəd balığı qanunsuz ovlamaqla balıq ehtiyatlarına vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) müəyyən edilmişəmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Beləliklə 1 ədəd çapaq balığının qanunsuz tutulması ilə vurulan ziyan:1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 38 ədəd çapaq balığına görə: 11 manat x 38 ədəd = 418 manat. Balıq ehtiyatlarına vurulan ziyan 418 (dörd yüz on səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, 418 manat dəymiş ziyandan 81 manat ödənildiyindən, 337 manat hissəsində mülki iddia təmin olunmalı, bununla da mülki iddia qismən təmin olunmalıdır. İşüzrəmaddisübutlar38 ədəd çapaq balıqlarının xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X9 təhvil verilməsi nəzərə alınmalıdır. X8 X5 polis məntəqəsində saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələri isəməhvedilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020ciiltarixli Qanunun 5-cimaddəsinin və Azərbaycan Respublikası CPM-nin 321, 383 və 384cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin vəo, cinayət məsuliyyətindən azad olunsun. KərimovYavərGülməmmədoğlununəməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılmasından ötrü qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 337 manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi X7 Departamentinin hesabına ödənilsin. İşüzrəmaddisübut38 ədəd çapaq balıqlarının xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən «xxxxxxxxxx» X9 təhvil verilməsi nəzərə alınsın. İşüzrəmaddisübutlarX8 X5 polis məntəqəsində saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd torlardan ibarət balıqovlama vasitələri isə məhv edilsin. Qərardan apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM HüseynMirzəliyev.
Məhkəmə qərarları › İş №1(051)-57/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-57/2020
21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver