Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-57/2021 19.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2№li evin 73 №li mənzilində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 13.1 1.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən "Qədiroğlu" restoranının otağında tanışları X2 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşib nahar edən zaman Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edərkən Əhməd Abdurahıuanovun ona aralarında yaranmış mübahisəyə aydınlıq gətirməsini özünün alçaldılması kimi qəbul edib restorandan bayıra çıxdıqdan sonra yüngül dərəcəli sərxoşluq vəziyyətində Ərəş küçəsində avtomobil yolunda heç bir əsaslı səbəb olmadan ətrafda olan Şahid1. Şahid2 və digər sakinlərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, üzərində olan bir tərəfi kəsici ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sol bazu və sarğı nahiyyələrindən vurub sonuncuya sol bazu və sağ sarğı nahiyyələrində yaraların əmələ gəlməsi ilə nəticələnən sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib Əhməd Abdurahıuanovun üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Şahid1 təxminən 3-4 il olar ki, tanıyır. Əkbərlə dostluq münasibətləri var. Bir neçə gün əvvəldən Əkbərlə xx.xx.2020- ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri Mərkəzi Bazarın arxasında yerləşən "Qədiroğlu'’ restoranında çörək yemək barədə razılaşdılar. xx.xx.2020ci il tarixdə o, Əkbər telefon vasitəsi ilə ona zəng edərək Mingəçevir şəhəri Mərkəzi Bazarın arxasında Ərəş küçəsində yerləşən Qədiroğlu restoranına dəvət etdi. O. həmin restorana gedib Əkbərgilin əyləşdiyi otağa keçdi. Gördü ki, Əkbərinyanında bir oğlan əyləşmişdir. O, həmin şəxsi əvvəllər tanımamışdır. Ona görə də otağa daxil olduqda həmin oğlanla tanış oldu, oğlan özünü Əhməd kimi təqdim etdi. Bir qədər əyləşdikdən sonra masaya spirtli içki çaxır gətirildi. O və Əhməd hər ikisi çaxırdan yarım stəkan içdilər. Çörək yeyən zaman əyləşdikləri otaqda qurlaşdırılmış televizorda Qarabağ müharibəsindən kadrlar göstərildi. Onlar da həmin kadrlara baxdılar. O, televizora baxaraq Xankəndinin və digər şəhərlərində işğaldan azad olunmasını bildirsə də Əhməd onunla razılaşmayaraq Xankəndinin və digər bir neçə rayonun işğaldan azad olunmamasını bildirdi. Bu zəmində aralarında mübahisə yaranmağa başladı və sözlə mübahisə etdilər. Əhməd təkidlə Xankəndi və digər bir neçə rayonların işğaldan azad olunmadığını ona sübut etməyə çalışırdı. O. isə Əhmədlə razılaşmadı. O, aralarında mübahisənin qızışdığını görüb Əhmədə mübahisəni dayandırmağı bildirdi. Bu zaman Əhməd kinayəli şəkildə ondan üzr istədi. O da ayağa qalxıb Əkbərə getməklərini bildirdi. Həmin zaman Əhməd masanın üzərindən şüşə butulkanı götürüb ona atdı. X5 mane olduğu üçün butulka onun yanından keçdi. Daha sonra Əhməd masanın üzərində olanları ona tərəf atmağa çalışdı. Əkbər Əhmədi otaqdan bayıra çıxardı, o isə otaqda Əkbərlə qaldı. Əkbər ona sakitləşməyini, Əhmədlə özü söhbət edəcəyini bildirdi. Həmin zaman Əhməd təkrarən qayıdıb otağa daxil olaraq əsəbi halda onun üzərinə gedərək onu vurmaq istədi. O isə ona restoranda dava salmamağı bildirdi. Bundan sonra Əhməd otaqdan bayıra çıxdı, o da Əhmədin ardı ilə çıxdı. Restorandan küçəyə çıxıb pilləkənlərlə aşağı düşərkən Əhməd ona "gəl otur ə maşına" dedi. Əhməd onu otaqda təhqir edib nalayiq sözlər işlətdiyi və təkrarən ona qarşı alçaldıcı ifadə işlədərək avtomobilə dəvət etdiyini görüb onu aparıb döyəcəyindən qorxdu. O da üzərində olan bıçağı çıxarıb açaraq Əhmədin oturacaq hissəsi və hər iki qoluna bıçaqla xəsarət yetirdi. Bu zaman kənardan bir nəfər şəxs yaxınlaşaraq bıçağı onun əlindən aldı. O da oradan aralaşıb Təbriz küçəsinə getdi. Əhmədə bıçaqla xəsarət yetirərkən nalayiq ifadələr işlətməmişdi, aralarında olan mübahisə yəni onun Əhmədə xəsarət yetirməsi təxminən 1 dəqiqə ərzində davam etmişdir. Əhmədə xəsarət yetirdiyi bıçağı həmin gün başqa bir adamla mübahisə edən adamın əlindən alıb cibinə qoymuşdur ki, onla mübahisə zamanı bir-birlərinə xəsarət yetirməsinlər. Bu hadisədən bir az sonra Əkbər ona zəng edib restorana dəvət etdi, o da bıçağı evə qoymağa imkan tapmadı və bıçaq cibində restorana getdi. Əməlindən peşimandır. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və ərizə verərək sonrakı məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 14 radələrində Əkbər ona zəng edib görüşmək istədiyini bildirdi. Bir az şəhər ərazisində görüşdükdən sonra birlikdə Ərəş küçəsində yerləşən “Qədiroğlu” restoranına getdilər. Bir qədər əyləşdikdən sonra Əkbərin tanışı Emil də onların əyləşdiyi otağa gəldi. O, Emillə həmin zaman tanış oldu. Çörək yeyərkən süfrəyə bir ədəd 0.5 litrlik şüşə butulkada spirtli içki çaxırda sifariş verdilər. Həmin çaxırdan o da yarım stəkan içdi. Həmin vaxt televizorda Qarabağ müharibəsindən kadrlar göstərilirdi. Onlar da həmin kadrlara baxarkən Emillə aralarında mübahisə yarandı. Mübahisə zamanı Emil ona xəstə olduğunu bildirdiyi üçün o da Emildən üzr istədi. Daha sonra yenə də masanın ətrafında əyləşdilər. O, Əkbərə onu həmin məclisə dəvət etməyini irad tutdu. Bundan sonra o, otaqdan çıxdı. X6 həmin otaqda qaldılar. O, hesabı ödəyib bayıra çıxdıqdan sonra Emilin onu arxadan səslədiyini eşidib dayandı. Həmin vaxt Emilin mübahisə etmək üçün onun üzərinə gəldiyini gördü. Emilə ətrafda insanlar olduğunu, buna görə də maşına əyləşib kənara getməyi təklif etdi. Lakin Emil qəflətən arxadan onu bıçaqla vurdu. Emil onun oturacaq nahiyyəsindən sağ və sol qollarımdan bıçaqla xəsarət yetirdi. Daha sonra hadisə yerinə çatmış Əkbər onu öz idarə etdiyi avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apardı, orada ona ilkin tibbi yardım göstərildi. Aralarında olan mübahisə, yəni Emilin ona xəsarət yetirdiyi zaman yaranmış mübahisə təxminən 1 dəqiqə çəkdiyini, mübahisə zamanı Emil ona qarşı hər hansı nalayiq sözlər işlətməmişdi, eləcə də o, Emilə qarşı hər hansı nalayiq sözlər işlətməmişdi. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə o, Əhmədlə birlikdə “Qədiroğlu” restoranına getdilər. Onlardan sonra Emil də gəldi. Birlikdə əyləşib çörək yedilər. Çörək yeyən zaman əyləşdiyikləri otaqda quraşdırılmış televizorda Qarabağ müharibəsindən kadrlar göstərilirdi. Onlar da həmin kadrlara baxdılar. Həmin vaxt Emillə Əhmədin arasında mübahisə yaranmağa başladı. Belə ki, Emil Xankəndinin işğaldan azad olunmasını bildirsə də Əhməd isə Xankəndinin işğaldan azad olunmadığını bildirdi. Bu zəmində onlar sözlə mübahisə etdilər. X4 arasında mübahisə daha da böyüdü. Belə ki, onlar bir-birinə qarşı səbəbsiz yerə irad tutmağa başladılar. Mübahisə zəminində Əhməd əlini masaya vurub, digər əli ilə süfrədə olan şüşə butulkanı Emilin üzərinə itələdi. Emil kənara çəkildiyi üçün butulka ona dəymədi. O da mübahisənin daha da qızışdığını görüb ayağa qalxaraq Əhmədi otaqdan bayıra çıxardı. Emillə otaqda təxminən 2 dəqiqə söhbət edərək ona da mübahisə etməklərini irad tutdu. Bundan sonra hər ikisi otaqdan bayıra çıxdılar. O, kassaya hesabı ödəmək üçün yaxınlaşmaq istəyərkən Emil ondan irəlidə restoranın binasından bayıra çıxdı. Həmin zaman gördü ki, Emillə Əhməd restoranın qarşısında mübahisə edirlər. O da dərhal bayır çıxıb onlara yaxınlaşıb onların yaxlaşdıqlarını görüb aralaşdıraraq Əhmədin qolundan tutaraq avtomobilə doğru aparmaq istəyərkən Əhmədin bədənindən qan axdığını gördü. O, Əhmədi avtomobilin qabaq oturacağında əyləşdirib dərhal Mingəçevir şəhər Mərkəzi xəstəxanasına apardı. Orada Əhmədə ilkin tibbi yardım göstərildi. Xəstəxanada ona məlum oldu ki, Emil Əhmədin sol qol nahiyyəsindən və arxa nahiyyəsindən bıçaqla xəsarət yetiribdir. Təqsirləndirilən şəxs əməli Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə sübuta yetirilir. İşin 55-ci vərəqində olan məhkəmə tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 777 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol bazu və sarğı nahiyyələrində yaralar kəsici-deşici əşyanın (alətin) təsirində əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İşin 117-119-cu vərəqlərində olan məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2020ci il tarixli 17/607 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edirəm bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, turist bıçağıdır, soyuq silah hesab edilmir. İşin 124-125-ci vərəqlərində olan Gəncə şəhər psixonevroloji dispanserinin xx xxxxxx 2021-ci il tarixli 53 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirilməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma( kompensasiya) mərkəsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər rayonlararası psixi nevroloji dispanserinin xx.xx.2020-ci il tarixli 1304 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu ildən “Şəxsiyyətin orta dərəcəli emosional davamsız pozuntusu dayanıqsız vəziyyəti” diaqnozu ilə qeydiyyatdadır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir». Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında həmçinin silah və silah qismində istifadə edilən əşyaların anlayışına və onların tətbiqi məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, «CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. … Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.» Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13.1 1.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən "Qədiroğlu" restoranının otağında tanışları X2 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşib nahar edən zaman Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edərkən Əhməd Abdurahıuanovun ona aralarında yaranmış mübahisəyə aydınlıq gətirməsini özünün alçaldılması kimi qəbul edib restorandan bayıra çıxdıqdan, sonra yüngül dərəcəli sərxoşluq vəziyyətində Ərəş küçəsində avtomobil yolunda heç bir əsaslı səbəb olmadan ətrafda olan Şahid1. Şahid2 və digər sakinlərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sol bazu və sarğı nahiyyələrindən vurub sonuncuya kəsici deşici xassəyə malik alətin təsirindən əmələ gəlməyə xarakterik olan sol bazu və sağ sarğı nahiyyələrində yaraların əmələ gəlməsi ilə nəticələnən sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib Əhməd Abdurahıuanovun üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İşin 101-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş ailə tərkibi arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərin görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü Zeynəb və 2013-cü il təvəllüdlü Əbülfəz adlı 2 nəfər azyaşlı uşaqları var. İşin 128-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqların olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, psixonevroloji dispansedə qeydiyyatda olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü, 59.1.9, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məsuliyyəti ağırlaşdıran hal yoxdur. İşin 74-75-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(051)-129/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 13 noyabr 2020-ci ildən hesablanmışdır. İşin 91-94-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(051)-133/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2010-cu il tarixli qərarında göstərilir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarınm məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Məhkumlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxsla hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam təqtimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 51.06 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay 6 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 6 ay 24 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 2 il 6 ay sınaq müddəti təyin edilsin. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam təqtimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 51.06 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-57/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-57/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver