Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-57/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qəhrəmanova Hicran Taryel qızının iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Resublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Narçılar kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Günəşli Bağ massivi 2-ci küçədə yerləşən evdə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə şəhərin «Güllübağ dairəsi» istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun nəqliyyat vasitələrinin hərəkətini qadağan edən qırmızı işığında nəqliyyat vasitəsinin hərəkətini dayandırmalı olduğu halda, buna əməl etməyərək «Vaz 2106» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirərək, onun hərəkət istiqaməti üzrə yolu sağdan sola keçmək istəyən piyada, xx.xx.2010-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs bədəninin çoxsaylı sıyrıqları dərəcəsi təyin edilməyən və qasıq sümüyünün sınığı sağlamlığın uzun müddətə müvəqqəti pozulması ilə nəticələnən və ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Mingəçevir şəhəri İşıq İdarəsinin yaxınlığında yerləşən çörək sexində köməkçi kimi işləyirdi. Onlar gündəlik olaraq çörək sexində hazırlanan çörəkləri Mingəçevir şəhər ərazisində yerləşən marketlərə və kafelərə paylayırdılar. Çörək sexində “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və Vaz 21014 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər vasitəsi ilə həmin çörəklər şəhər ərazisində paylanılırdı. “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Elsəvər adlı sürücü idarə edir. O isə Elsəvərin yanında gedib avtomobildə olan çörəkləri kafelərə və marketlərə paylayırdı. 25.08.2021-ci il tarixdə axşam saatlarına kimi Elsəvərlə Mingəçevir şəhər ərazisində kafelərə və marketlərə çörəkləri payladı, daha sonra Elsəvər səhhətində narahatçılıq hiss etdiyi üçün “VAZ 2106” markalı avtomobili sexin həyətində qoyub çıxıb getmişdir. Axşam saat20 radələrində Mingəçevir şəhəri M.Maqomayev küçəsinin sonunda Güllübağ adlanan əraziyə yaxın yerləşən kafeyə çörək vermək lazım idi. Bu səbədən o, sexdə olan çörəkləri avtomobilə qoyub Mingəçevir şəhəri Güllübağ yaxınlığında yerləşən kafeyə aparmaq qərarına gəldi, sexdən avtomobilin açarını götürdü və avtomobilə çörəkləri qoyub avtomobil ilə çörək sexini tərk etdi. O, Mingəçevir şəhəri M.Maqomayev küçəsi ilə saatda 40-50 km/saat sürətlə hərəkət edirdi. Bu zaman qarşısında “Chevrolet” markalı avtomobil gedirdi. “Chevrolet” markalı avtomobil onun avtomobilinin önündə yavaş gedirdi. Bu zaman o, həmin avtomobilə avtomobilin işıqlarını yandırıb ona yol verməsini işarə etdi. Mingəçevir şəhəri M.Maqomayev küçəsi ilə Mingəçevir şəhəri R.Rza küçəsinin kəsişməsində olan işıqfora çatan zaman onun avtomobilinin qarşısında hərəkətdə olan avtomobil ona yol verdi, o, işıqforun yaşıl işığının sönməyinə 4 saniyə qalmış işıqforun yaşıl işığında keçdi. Bu zaman yolu sağdan sola azyaşlı bir oğlan uşağı keçirdi. Həmin uşaq onun hərəkət etdiyi 2 cərgəli yolun 1-ci cərgəsini keçən zaman o, avtomobil ilə həmin uşağın arxasından keçəcəyini düşündü və avtomobili sağa tərəf çəkdi, lakin bu zaman həmin uşaq geriyə doğru qaçmağa başladı, o, dərhal əyləci basdı və avtomobilin sağ tərəfi ilə uşağı vurdu. Zərbənin təsirinindən uşaq 1-2 metr avtomobildən kənara düşdü. O, avtomobili saxlayıb dərhal yerə düşdü. Yaxınlaşanda uşağın sağ olduğunu gördü və avtomobili uşağa yaxınlaşdırıb uşağı avtomobilə əyləşdirmək istədi. Lakin avtomobilin mühərriki işə düşmədi, bir neçə dəqiqə müddətində oraya çoxlu sayda insanlar toplandı. O isə qorxdu və dərhal sexin müdiri Seymura zəng vurdu. Həmin vaxtı oraya toplaşan insanlar onun avtomobil ilə vurduğu adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilə əyləşdirib Mingəçevir şəhər Mərkəzi xəstəxanasına apardılar. Bir neçə dəqiqə sonra Seymur gəldi. O, Seymura hadisəni danışdı və onlar birabaşa Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getdilər. Sonra polis əməkdaşları gəldilər. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, 25.08.2021-ci il tarixdə axşam saat 20 radələrində saçını kəsdirmək üçün yaşadıqları evin arxasında olan binanın altında olan bərbərxanaya getmək istəyirdi. Həmin vaxt hava artıq qaralmışdı. O, Mingəçevir şəhəri M.Maqomayev küçəsində işıqforun yaxınlığında yolu sağdan sola keçmək istəyirdi. O, işıqfora baxan zaman avtomobillər üçün işıqforun qırımızı işığının yandığını gördü və bundan sonra yolu sağdan sola keçməyə başladı. Yolu keçərkən sol tərəfə baxan zaman yaşıl rəngli avtomobilin sürətlə gəldiyini görüb geri qayıtmaq istədi. Lakin o, qaça bilmədi, avtomobilin ön hissəsi ona vuruldu. Zərbənin təsirindən o, yerə yıxıldı. Həmin vaxtı tanımadığı şəxslər onu Mingəçevir şəhər Mərkəzi xəstəxanasına apardılar. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qəhrəmanova Hicran Taryel qızı məhkəmə iclasında ifadəsində bildirdi ki, Hazırda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, oğlu Şahid1 Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən çörək sexinin sahibidir. Həmin sexdə gündəlik olaraq çörəklər bişirildikdən sonra sifariş əsasında avtomobillərlə marketlərə, kafelərə çatdırılır. Sexdə “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21014” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə çörəklər sifariş əsasında paylanılır. “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Elsəvər adlı sürücü, “Vaz 21014” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Kamran adlı sürücü idarə edir. “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı mülkiyyətçisi odur, lakin həmin avtomobildən sexdə çörək paylanılması üçün istifadə olunur və həmin avtomobili Elsəvər adlı sürücü idarə edir. Elsəvərrin yanında isə avtmobildən kafelərə və marketlərə çörəkləri Ruslan paylayırdı. Ruslan avtomobil idarə etmirdi. 25.08.2021-ci il tarixdə axşam saatlarında oğlu Şahid1 evə gələn zaman işçisi Təqsirləndirilən şəxs onun mülkiyyətində olan “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində avtoqəza törətdiyini bildirmişdir. Şahid X1 ifadəsində bildirdi ki, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən çörək sexində sürücü işləyir. Həmin sexdə gündəlik olaraq çörəklər bişirildikdən sonra sifariş əsasında avtomobillərlə marketlərə, kafelərə çatdırılır. Sexdə “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21014” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə çörəklər sifariş əsasında paylanılır. “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili o, “Vaz 21014” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Kamran adlı sürücü idarə edir. Həmin sexdə həmçinin Təqsirləndirilən şəxs da işləyirdi. Ruslan mütamadi olaraq onun yanında, sifariş əsasında kafelərə və marketlərə çörək aparan zaman avtomobildə olan çörəkləri avtomobildən kafe, restoran və marketlərə paylayırdı. Ruslanın sürücülük vəsiqəsi olmadığından heç bir halda avtomobili idarə etmirdi. 25.08.2021-ci il tarixdə axşam saat 19 radələrində onun səhhətində narahtçılıq olduğu üçün o, avtomobili sexdə qoyub işdən çıxıb evə getmişdir. Həmin günü axşam saatlarında o, Seymurla telefon ilə danışan zaman Seymur Ruslanın onun sexdə çörək paylamaq üçün idarə etdiyi avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində avtoqəza törətdiyini və hazırda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olduqlarını demişdir. Bundan sona o, dərhal Seymur və Ruslanın yanına getmişdir. Təqsirləndirilən şəxs əməli digər şahid- Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 29-cu vərəqində olan məhkəmə-tibb ekspertizasının 672 №li 26 avqust 2021-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:- bədənin çoxsaylı sıyrıqları və sağ qasıq sümüyünün sınığı yetirilmə müddəti qərarda göstərilən 25.08.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilədilər, ağırlıq dərəcəsinə görə:- bədənin çoxsaylı sıyrıqları sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur, sağ qasıq sümüyünün sınığı isə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İşin 35-38-ci vərəqlərində olan məhkəmə avtotexniki ekspertizasının 8/2704 №li 12 noyabr 2021-ci il tarixli rəyində göstərilir ki, “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Vaz 2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə saat 20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnu verən sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, buna əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Vaz 2106» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə şəhərin «Güllübağ dairəsi» istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işıqforun nəqliyyat vasitələrinin hərəkətini qadağan edən qırmızı işığında nəqliyyat vasitəsinin hərəkətini dayandırmalı olduğu halda, buna əməl etməyərək «Vaz 2106» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirərək, onun hərəkət istiqaməti üzrə yolu sağdan sola keçmək istəyən piyada, xx.xx.2010-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs bədəninin çoxsaylı sıyrıqları dərəcəsi təyin edilməyən və qasıq sümüyünün sınığı sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına ilə nəticələnən və ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. İşin 64-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qəhrəmanova Hicran Taryel qızının ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.1.1, 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, törədilmiş təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Məhkəmə, təqsirləndirilən şəxsin cinayəti yetkinlik yaşına çatmayan zaman törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin 85.2-ci maddəsinin tələbinə uyğun cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödəməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan “VAZ 2106” markalı 45BB 622 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil Müdafiəçi oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 500(beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “VAZ 2106” markalı 45BB 622 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2 qaytarılması nəzərə alınsın Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-57/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-57/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver