Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-57/2023 22.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1973-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,370 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroini özü ilə daşıyaraq 0,177 qram olan hissəsini yaşadığı ünvan 2 ünvanındakı həyət evinin otağında bir ədəd kağız bükümün içərisində gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə olan – heroinin 0,193 qram olan hissəsini əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq özü ilə daşımış, 19 noyabr 2022-ci il tarixdə saat 16:20 radələrində Mingəçevir Şəhər Polis X2 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Nəsimi küçəsində yaşadığı evin yaxınlığında saxlanıldıqdan sonra saat 16:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd kibrit qutusunun içərisində olan kağız bükümün içərisindəki təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, həmçinin həmin gün saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən həyət evinin otağına baxış keçirilərkən həmin otaqdan kağız bükümün içərisində 0,177 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmayıb. Emir adlı polis əməkdaşı onu barəsində daha ağır maddə ilə cinayət işi açılacağı ilə hədələyərək təqsirli olmasını boynuna almağı tələb edib. O, narkotik vasitədən xəstə kimi istifadə edir. Polis əməkdaşları onu öz evinin həyətində tutublar. Belə ki, evdə heçkimin olmamasından istifadə edərək evə daxil olublar və o evə girərkən onu tutublar. O xəstədir və daima evdə olur. Baxış zamanı təqsirini boynuna alsa da, buna məcbur qalmışdır. Çünki təqsirsizliyini sübut edəcək heç bir sübutu yoxdur. Odur ki, barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, Nəsimi küçəsində ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. Bundan sonra Məcidov X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Çingiz Məmmədov dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını, buna görə də, üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisindən gümüşü rəngli büküm aşkar edilmişdir. Həmin bir ədəd gümüşü rəngli büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümün ümumi çəkisi 0.25 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd kibrit qutusunun içərisindəki gümüşü rəngli bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin narkotik vasitə olan heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığından tapdığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizəsi və razılığa ilə, eyni zamanda müdafiəçinin iştirakı ilə onun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həyət girişinin sol tərəfində hamam otağının yanında kühnə əşyaları saxlamaq üçün nəzərdə tutulan birmərtəbəli otağın gişinin sağ tərəfində yerləşən rəf ilə divarın arasında olan hissədən, yerdən bir ədəd siqaretin gümüşü rəngli bükümünə bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda görünüşündən və spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Eyni zamanda, o, xx.xx.2022-ci il tarixdə tapmış olduğu narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, digər hissəsini isə gələcəkdə istifadə eməsi üçün yaşadığı həyətdəki köhnə əşyaların yığılmış olduğu otaqda gizlətdiyin bildirmişdir. Eyni zamanda aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi ümumilikdə 0.24 qram olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etdiyini qeyd etmişdir. Əvvəllər də, bir neçə dəfə narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Belə ki, onun 84 yaşı var və təqaüdçüdür. Övladı Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün ondan hər gün pul tələb etmişdir. Pul vermədikdə isə evdə dava saldığını, ondan pul alana qədər ona qarşı arzuolunmaz ifadələr işlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş kibrit qutusunun içərisində 1 (bir) ədəd kağıza bükülmüş bükümün içərisində ümumi çəkisi 0.25 qram olan narkotik vasitə heroin aşkar edilmiş Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə tərtib edilmiş 19 noyabr 2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanındakı həyət sahəsinin köhnə əşyaların yığılması üçün nəzərdə tutulmuş birmərtəbəli otağın girişinin sağ tərəfində rəf ilə divarın arasında olan döşəmədən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində içərisində ümumi çəkisi 0,24 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/849N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0.193 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0.177 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli “DVD” diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvan 6 ünvanındakı həyət sahəsinin köhnə əşyaların yığılması üçün nəzərdə tutulmuş birmərtəbəli otağın girişinin sağ tərəfində rəf ilə divarın arasında olan döşəmədən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisində aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 Məcburi Narkolojitibbi yoxlamanın 16 yanvar 2023-cü il tarixli 71 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,370 qram, narkotik vasitə olan heroin məhkəməbioloji ekspertizasının tədqiqatına 0.10 qram sərf edildikdən sonra qalan qalıq 0,270 qram olan narkotik vasitə - heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən 06 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)-90/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin amnisiya aktının tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnisiya tətbiq edilməsi və Amnisiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-709/2021 saylı qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(051)- 90/2021 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi qərara alınmışdır. Mingəçevir şəhər məhkəməsinin 4(051)-112/2023 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin əvvəlinin 19 noyabr 2022-ci ildən hesablanması qərara alınmışdır. Mingəçevir şəhər məhkəməsinin 4(051)-4/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 15 (on beş) gün müddətə uzadılması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşularından və ictimaiyyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmayıb. Sübutların qiymətləndirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, şahidlərin ifadələri, baxış və götürülmə protokolu, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X7 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/849N°-li rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın 16 yanvar 2023-cü il tarixli 71 nömrəli rəyi nömrəli rəyləri sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 05-ci qrafasına əsasən təmiz çəkisi 0.370 qram olan narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, əvvəllər dəfələrlə həmin maddə ilə təqsirli bilinməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 69,10 (altmış doqquz manat on qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 19 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,270 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-57/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-57/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver