Məhkəmə qərarları › İş №1(051)-57/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-57/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-57/2024 30.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş Rayon Məhkəməsinin 1(014)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(014)-55/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Mingəçevir şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hasardan aşıb keçməklə Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yerləşən 12 №-li fərdi yaşayış evinin həyətinə girib üzərində olan vintaçanla evin plastik pəncərəsinin kilidini açmaqla pəncərədən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan 1 ədədinin dəyəri 400 manat olan 2 ədəd taxtadan olan giriş qapılarını, 1 topunun dəyəri 60 manat olan 2 top ¼ A ölçüdə elektrik kabellərini, 1 topunun dəyəri 70 manat olan 2 top 2/4 ölçüdə elektrik kabellərini, 1 ədədinin dəyəri 20 manat olan 10 ədəd qapı kilidini, 1 ədədinin dəyəri 10 manat olan 2 ədəd 15 metr uzunluqda naqil uzadıcısını, 1 ədəd 150 manat dəyərində 10 litrlik tutuma malik qalay samovarı, 1 ədəd 80 manat dəyərində «BOSCH» markalı qazmaq alətini, 1 ədəd 40 manat dəyərində «BOSCH» markalı kiçik ölçülü qazmaq alətini, 1 ədəd 80 manat dəyərində «BOSCH» markalı laqondanı, 1 ədəd 100 manat dəyərində taxtaya bəzək vuran Frez dəzgahını, 1 ədədinin dəyəri 10 manat olan 2 ədəd avtomobil üçün «Artech» markalı səsgücləndiriciləri və 1 metrinin dəyəri 1 manat olan 2/4 ölçüdə 40 metr uzunluqda armaturu gizli olaraq talayıb vahid niyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1790 (min yeddi yüz doxsan manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahıya əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd qızılı rəngli kağız bükümün içərisində olan sellofan bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0.263 (sıfır tam mində iki yüz altmış üç) qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan sol ayağında olan qara rəngli corabında saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:25 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən 14 saylı tam orta məktəbin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:00-dən 17:09-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 0.263 (sıfır tam mində iki yüz altmış üç) qram çəkidə narkotik vasitə heroin sol ayağındakı qara rəngli corabın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan sonra o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahıya əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə – qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 453.87 (dörd yüz əlli üç tam yüzdə səksən yeddi) qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 8.87 (səkkiz tam yüzdə səksən yeddi) qramını sağ ayağındakı corabın içərisindəki kağız bükümdə, qalan 445 (dörd yüz qırx beş) qramını isə sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2023-cü il tarixdə saat 17:45-dən 18:00-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 8.87 (səkkiz tam yüzdə səksən yeddi) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ ayağındakı corabındakı kağız bükümün, qalan 445 (dörd yüz qırx beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın içrəsində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuana və heroindən istifadə edir. Əvvəllər narkotik vasitə saxladığına və oğurluq etdiyinə görə məhkum olunmuş, 2021-ci ilin noyabr ayında isə amnistiyaya qərarına əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində metal axtarmaq üçün Mingəçevir şəhəri, Şəfa bağ massivinin ərazisində gəzmişdir. Şəfa bağ massivində körpünün yerləşdiyi ərazidən təxminən 50 metr gedib sol tərəfə istiqamətlənəndə yolun sağ hissəsində taxta hasardan ibarət həyət evinin olduğunu, həmin həyət evinin içərisində tam hazır vəziyyətdə olmayan tikili olduğunu aşkar etmişdir. Bir qədər ətrafa nəzər salmış, ətrafda heç kəsin olmadığından tam əmin olduqdan, eyni zamanda tikilinin işıqlarının sönülü olduğundan həmin tikilidə heç kəsin yaşamamasına tam əmin olmuşdur. Daha sonra taxta hasarın üzərindən aşıb keçməklə həyətə daxil olmuşdur. Üzərində gəzdirdiyi vintaçanla plastik pəncərənin kilidini açıb pəncərədən tikiliyə daxil olmuşdur. Həmin vaxt qaranlıq olduğu üçün alışqanın işığı vasitəsi ilə içəriyə baxanda çoxlu sayda inşaat materialı və alət olmasını görmüşdür. Onları birdən aparmağın mümkün olmamasını görüb bu səbəbdən də həmin alətləri hissə-hissə oğurlayıb satmaq qərarına gəlmişdir. Bundan sonra xatırlamadığı müxtəlif vaxtlarda qeyd olunan fərdi yaşayış evinə təxminən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olaraq 1 ədəd laqondanı, 2 ədəd direli, 1 ədəd samovarı və 4 topa elektrik naqilini metal yığdığı ağ rəngli un kisəsinin içərisinə yığdıqdan sonra fərdi yaşayış evinə girdiyi qaydada hasar vasitəsi həyətdən çıxmışdır. Daha sonra ağ rəngli un kisəsini çiyninə alıb bir qədər piyada getmişdir. Təxminən “Rezin zavodu»n yaxınlığına çatdıqda dövlət qeydiyyat nişanını xatırlamadığı “Vaz2106” markalı avtomobili idarə edən taksi sürücüsü ilə yaşadığı evə yollanmışdır. Yaşadığı binanın blokundakı zirzəmiyə oğurladığı əşyalar olan ağ rəngli un kisəsini gizlətdikdən sonra yaşadığı mənzilə qalxmışdır. Heç kəsə bu barədə məlumat verməmişdir. Səhəri gün saat 07 radələrində yaşadığı mənzildən çıxaraq zirzəmidə gizlətdiyi ağ rəngli un kisəsinin içərisində olan təxminən 10 litrik samovarı götürərək tanışı Şahid5la birlikdə Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən «Ağ çiçəyim» adlanan gül dükanının yaxınlığında ikinci əl əşyaların qəbulu dükanına Asəf adlı şəxsə 40 manata satmışdır. Ertəsi gün isə eyni qaydada saat 07 adələrində yaşadığı mənzildən çıxmış, zirzəmidə gizlətdiyi un kisəsini çiyninə ataraq piyada yaxınlıqda yerləşən əraziyə getmişdir. Həmin ərazidə 4 top elektrik naqilini yandırmış, yanmış elektrik naqillərini ağ rəngli un kisəsinin içərisinə qoyub tanışı Şahid5la birlikdə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Zərif şadlıq sarayının yaxınlığında həyət evində yerləşən Mahir adlı şəxsə aid metal qəbulu məntəqəsinə getmişdir. Həmin metal qəbulu məntəqəsində mis metalını çəkərək təxminən dörd kiloqram olmasını müəyyən etmişlər. Buna görə də, ona 40 manat pul vermişlər. Eyni zamanda samovar və elektrik naqilləri satan zaman hər iki şəxsə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra isə xatılamadığı tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus tikilidən 2 ədəd taxta qapıları da oğurlamış, sonra qapıları gətirib zirzəmidə gizlətmişdir. Həmin gün səhər tezdən tanımadığı taksi ilə Ağdaş rayonuna yolu düşmüşdür. Çünki, qapılar iri olduğundan onları Mingəçevir şəhərində satacağı halda olanların üstünün açılmasından qorxmuşdur. Həmin gün günorta radələrində Ağdaş rayonunda bazarın yaxınlığındakı, indi xatırlamadığı küçəyə çatanda orada sex görmüşdür. Sexdə işləyən tanımadığı şəxsin təmirlə məşğul olmasını görüb oğurladığı iki ədəd qapını bir ədəd laqonda və direli həmin şəxsə ümumilikdə 55 manata satmışdır. Zərərçəkmiş şəxs evindən oğurladığı digər əşyalar və onları satdığı şəxslər indi tam yadında deyildir. Bundan sonra xx.xx.2023-cü il tarixdə axşam saat 18 radələrində Mingəçevir şəhəri C.Əliyev küçəsi ünıvanında yerləşən 8 nömrəli məktəbin yaxınlığında piyada gəzən zaman yolun kənarında siqaret qutusu olduğunu görüb əyilib götürmüş, içərisinə baxdıqda 3 ədəd tam siqaret, bir ədəd isə sınıq siqaret götürmüşdür. Siqareti çıxarmaq istədikdə yerə onun içərisindən büküm düşmüşdür. Ağ-qızılı rəngli bükümü açdıqda içərisində sellofona bükülmüş narkotik vasitə görmüş, əvvəllər istifadə etdiyi üçün kütlənin narkotik vasitə heroin olduğunu müəyyən etmiş və şəxsi istifadəsi üçün götürmüşdür. Həmin gün bir dəfə narkotik vasitədən istifadə etmiş, xx.xx.2023-cü il tarixdə günorta saatlarında şəhər ərazisində olarkən bükümü evdə tapmasınlar deyə üzərində, yəni sol ayağına geyindiyi qara rəngli corabın içərisində gizlətmişdir. Saat 16:20 radələrində Minəgçevir şəhəri A.Məmmədov küçəsi 3 A ünvanında yerləşən 14 nömrəli məktəbin qarşısı ilə hərəkətdə olarkən Mingəçevir ŞPŞ-nin polis əməkdaşları yaxınlaşaraq barəsində narkotik vasitələrin daşıması və istifadə etməsi barədə məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdikdə etiraz etmədən gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X4 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində vəkil X2 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sol ayağına geyindiyi qara rəngli corabın içərisindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə, içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildiyini, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində hazırda Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən 8 saylı tam orta məktəbin yaxınlığında piyada gəzərkən səkinin kənarından bükülünün içərisində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd heroin onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,45 ( sıfır tam yüzdə qırx beş) qram olmuşdur. Hamin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Bundan başqa təxminən 2023-cü ilin iyul ayında Ağdaş rayonu Nemətabad kəndində su kanalın sağ sahili ilə piyada gəzən zaman həmin ərazidə yabanı halda bitən çətənəni aşkar edib marixuanadan əvvələr də istifadə etdiyindən həmin yabanı halda bitkinin çətənə olduğunu başa düşmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin bitkini qara rəngli selofan torbanın içərisinə yığıb ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində yarpaqları qurumaları üçün yerə sərmiş, bu barədə isə heç kimə məlumat verməmişdir. Bundan sonra Ağdaş rayonu Nemətabad kəndində yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarından topladığı həmin narkotik vasitə olan qurudulmuş marixuananı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8 saylı binanın zirzəmisində quruduraq şəxsi istifadəsi üçün saxlamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün ona dövlət büdəcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin vəkil Müdafiəçi ona təqdim edilmişdir. Videoçəkiliş zamanı hal şahidlərinin iştirakının məcburi olmaması izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmişdir. Şəxsi axtarış zamanı təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. Üzərində narkotik vasitə olduğunu bildirərək əlindəki bənövşəyi rəngli sellefonu, sağ ayağındakı corabın içərisindən isə 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi sellofan torba və 1 ədəd ağ rəngli kağız büküm açılarkən içərisində olan kütlənin spesifik iyindən narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağız bükümün və bənövşəyi rəngli sellefonun içərisində olan həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin qurudulmuş marixuananı təxminən 2 ay əvvəl yəni 2023-cü ilin iyul ayında Ağdaş rayonu Nemətabad kəndindən su kanalının sağ sahilindəki ərazinin kənarında yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını topladığı ərazini dəqiq xatırlamadığından bilavasitə göstərə bilmir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 11.71 ( on bir tam yüzdə yetmiş bir ) qram olması, həmçinin 1 ədəd bənövşəyi rəngli sellefona bükülmüş büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 470 qram olması müəyyən edilmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Lakin ittiham aktında qeyd edilməmişdir. Məhkəmədən cəza təyin edilərkən onun ailəli olmaqla himayəsində 1 nəfər azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yerləşən 12 saylı mənzildə yerləşən bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsinin içərisində 3 otaqlı tikili vardır. Belə ki, həmin tikili hazır vəziyyətə gəitirilsə də, qismən təmirsiz qalmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında bağ evindən yaşadığı mənzilə yollanmış, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən bağ evinə gələn zaman plastik pəncərənin açıq olmasını və evin içərisində səliqə səhmanın pozulmasını görüb evi yoxlayanda bağ evində olan 1 ədəd 10 litrlik tutuma malik qalay samovarın, 1 ədəd «BOSCH» markalı laqondanın, 1 ədəd «BOSCH» markalı qazmaq alətinin (direl), 1 ədəd «BOSCH» markalı kiçik ölçülü qazmaq alətinin (direl), yerində olmadığını aşkar etmişdir. xx.xx.2023-cü il tarixdə eyni qaydada axşam radələrində yaşadığı mənzilə yollanmış, xx.xx.2023-cü il tarixdə isə bağ evinə qayıdan zaman 1 ədəd taxtaya bəzək vuran Frez dəzgahının, hər topunda 100 metr olmaqla 4 top o cümlədən ¼ ölçüdə 2 top elektrik kabellərin, 2/4 ölçüdə 2 topa kabellərin, 10 ədəd qapı kilidinin, 2 ədəd 15 metr uzunluqda naqil uzadıcısının (udlinitel), 2 ədəd avtomobil üçün «Artech» markalı səsgücləndiricilərin yerində olmadığını aşkar etdikdən sonra gəlib polis şöbəsinə ərizə ilə müraciət etmiş və ona məxsus bağ evinə baxış keçirilmişdir. Eyni qaydada təxminən iyun ayının 12-i həmin bağ sahəsinə oğlu Əkbərlə gələn zaman 2 ədəd taxtadan olan giriş qapıların, 2/4 ölçüdə 40 metr uzunluqda armaturun oğurlandığını aşkar etdikdən sonra oğlu Əkbər bu barədə DİN-nin 102 xidmətinə və şəhər polis şöbəsinə müraciət etmişdir. Sonradan ona məxsus əmlakı Səbuhi adlı narkomanın oğurlamasını öyrənmişdir. Təmir alətləri və materialların hansı ardıcıllıqla və nə vaxt oğurlanmasını bilimir. Sadəcə olaraq yuxarıda qeyd etdiyi vaxtlarda bağ evini yoxlayan zaman onların yerində olmamasını akşar etmişdir. Əşyaların hər birinin dəqiq oğurlanma vaxtını bilmir. Əmlakların xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində oğurlanmasını təxmin edir. Plastik pənəcərinin kilidi vintaçanla açılsa da, pəncərəni kilidinə zərər vurulmamışdır. Həmin pəncərəyə görə ona maddi ziyan dəyməmişdir. Zərər oğurlanmış əmlaklara görə vurulmuşdur. Yuxarıda göstərilənlərdən başqa evindən hər hansı əşya oğurlanmımışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2023-cü il tarixli 9/8394 №li rəyində göstərilən qiymətlərdən yalnız qapılarının qiymətinin 0 (sıfır) göstərilməsi ilə razı deyildir. Qapının birinin dəyəri 400 manatdır. Yerdə qalanların qiymətləri ilə tam razıdır. Təqsirləndirilən şəxs ona dəmiş maddi ziyanı ödəməmişdir. Ona görə də təqsirləndirilən şəxs barəsində müvafiq qərar çıxarılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin oğlu Şahid8 məhkəmə iclası zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs olan atası ilə eyni məzmunlu ifadə verərək onun söylədiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında hər hansı bir ədavət və qohumluq əlaqəsi olmamışdır. Münasibətləri normaldır. Təxminən 2023-cü ilin iyun ayının əvvəlləri Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək özünə məxsus samovarın olduğunu, həmin samovarı satmaq istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bilikdə Mingəçevir şəhəri Naxçıvan küçəsində «arabazarı» adlanan ərazidə yerləşən ikinci əl əşyaların satışı dükanına getmişlər. Səbuhi həmin 10 litrik samovarı 40 manata satmışdır. Samovarı alan şəxs Səbuhinin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmişdir. Səhəri gün isə Təqsirləndirilən şəxs mis metalının olduğunu, həmin mis metalını Mingəçevir şəhəri ərazisində mis metalı qəbul edən sexlərdən birinə satmaq istədiyini bildirmişdir. Onunla birlikdə getmək istədiyni bildirdikdə onunla razılaşmışdır. Daha sonra birlikdə Mingəçevir şəhəri Samux küçəsində yerləşən «Zərif» şadlıq sarayının qarşısındakı evin həyətində yerləşən metal qəbulu məntəqəsinə gəlmişdir. Həmin metal qəbulu məntəqəsində Təqsirləndirilən şəxs təqdim etmiş olduğu misi 40 manata satmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin əşyaları oğurlamaqda Səbuhiyə köməklik etməmiş, onların oğurluq olmasını da bilməmişdir. Səbuhi ona əşyaların özünə aid olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi “arabazar” adlanan ərazidə ikinci əl əşyaların alqısatqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Onlarla aralarında hər hansı ədavət və qohumluq əlaqəsi yoxdur. Təxminən 2023-cü ilin iyun ayının əvvəlləri əvvəlcədən tanımadığı iki nəfər şəxs işlədiyi dükana gəlmişlər. Həmin şəxslərdən biri satlıq samovarının olduğunu bildirmişdir. Həmin şəxsdən samovarın oğurluq olub-olmadığını soruşduqda o, samovarın özünə məxsus olduğunu, oğurluq olmadığını söyləmişdir. Həmin şəxslə aralarında olan razılığa əsasən 10 litrlik samovarı ondan 40 manat müqabilində almışdır. Sonra isə xatırlamadığı vaxtda həmin samovarı tanımadığı şəxsə satmışdır. Onun şəxsiyyət vəsiqəsinini fotoşəkillərini də çəkib özündə saxlamışdır. Daha sonra isə samovar satan şəxsin Səhui Həsənov olmasını bilmişdir. Təqsirləndirilən şəxs samovarı satın alan zaman Səbuhi samovarın özünə məxsus olmasını dediyindən onun oğurluq yolu əldə olunmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri, ünvan 8 ünvanında metal tədarükü işlədir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Onlarla aralarında hər hansı ədavət və qohumluq əlaqəsi yoxdur. Fərdi şəxslərdən metal alanda oğurluq olub-olmamasın soruşub şəxsiyyət vəsiqəsini tələb edir. Təxminən 2023-cü ilin iyun ayının əvvəlləri fərdi şəxslərdən alqı satqı zamanı mis və başqa metallar almışdır. Təqsirləndirilən şəxs 40 manat müqabilində 4 kiloqram mis almağını, ona şəxsiyyət vəsiqəsi təqdim etməyini xatırlamır. Olsa belə yəqin ki, oğurluq olub-olmadığını soruşub satın almış ola bilər. Şübhə etdiyi malları kimsədən satın almır. Səhhəti ilə əlaqədar olaraq çox şeyi tam xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 30 iyul 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən orta məktəbin qarşısında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Həsənov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş, onun iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacaqdır və bu halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 17:00 radələrində onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sol ayağına geyindiyi corabın içərisindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə içərisində narkotik vasitə «heroin»ə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş həmin 1 ədəd qızılı-ağ rəngli bükümün içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkilərin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “heroinə” oxşar kütlələr olması müəyyən olunmuşdur. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,45 (sıfır tam yüzdə qırx beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbin yaxınlığında piyada gəzən zaman yolun kənarından taparaq gizlətməklə üstündə saxladığını bildirmişdir. Bundan başqa 16 sentyabr 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2, Şahid3 və mən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı həmin gün saat 17:00 radələrində Həsənov X3 şəhəri A.Məmmədov küçəsi 8 ünvanında yerləşən binanın qarşısında piyada hərəkətdə olarkən onun sağ əlində bənövşəyi rəngli sellofan torba olmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdikdən sonra Həsənov X3 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş, onun iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 17:40 radələrində onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın və sağ ayağına geyindiyi corabındakı kağız bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş həmin 1 ədəd bənövşəyi rəngli torbanın və kağız bükümün içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkilərin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlələr olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin ümumi çəkisi 481.71 (dörd yüz səksən bir tam yüzdə yetmiş bir) olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alındı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd bənövşəyi rəngli torbanın və kağız bükümün içərisində olan kütlələrin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, özünə aid olduğunu, həmin narkotik vasitəni tutulmazdan təxminən 2 ay əvvəl yəni 2023-cü ilin iyul ayında Ağdaş rayonu Nemətabad kəndindən su kanalının sağ sahilindəki ərazinin kənarında yabanı halda bitmiş çətənə bitkisindən toplayıb qurutmaqla əldə etdiyini, özü istifadə etmək məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Nəbiyev X6 Emir Cavad oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı 07 iyun 2023-cü il tarixdə və 12 iyun 2023-cü il tarixdə təhqiqat bölməsinin təhqiqatçısı Ruslan Hüseynov tərəfindən hadisə yerinə baxış keçirilən zaman inşaat materialları və təmir alətləri oğurlanması ilə törədilən oğurluq hadisəsinin Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yerləşən 12 №-li fərdi yaşayış evinidə baş verməsi müəyyən edilmiş və bu barədə Ruslan Hüseynov tərəfindən fotoçəkiliş aparılmaqla protokol tərtib edilmişdir. Cinayət işi materiallarında olan 30 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, qeyd edilən gün saat 17:00-dən 17:09-dək şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs sol ayağına geyindiyi qara rəngli corabından 1 ədəd qızılıağ rəngli bükümdə içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli, 0,45 ( sıfır tam yüzdə qırx beş) qram çəkidə olan narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üstündə video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə saat 17:45-dən 18:00-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın və sağ ayağındakı corabındakı kağız bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli 481.71 (dörd yüz səksən bir tam yüzdə yetmiş bir) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17\575 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümün içərsindəki kağız bükümdə təmiz çəkisi – 0.263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,263 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,213 qr. Aparılmış tədqiqatın dəyəri 69,10 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17\701 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” adlar və imzalar yazılmış qara rəngli sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd bənövşəyi rəngli sellofan torbada, təmiz çəkisi – 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 8.87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurdulmuş marixunalar tərkiblərinə görə eynidirlər. 1. Marixuananın təmiz çəkisi – 445,0 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 444,9 qr. 2. Marixuananın təmiz çəkisi – 8,87 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 8,82 qr. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1853 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2023-cü il tarixli 9/8394 №-li rəyindən görünür ki, Resupbikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, mövcud qiymmətlərə, eləcə də Mərkəzdə toplanan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminənən aşadığakı kimi müəyyən olunur: 1 ədəd Taxtadan olan giriş qapısı, 1 top (100 metr) ¼ A ölçüdə elektrik kabel - 60.0 manat, 1 top (100 metr) 2/4 ölçüdə kabel - 70.0 manat, 1 ədəd qapı kilidi - 20.0 manat, 1 ədəd 15 metr uzunluqda naqil uzadıcı (udilinitel) - 10.0 manat, 1 ədəd 10 litrlik tutuma malik qalay samovar - 150.0 manat, 1 ədəd «BOSCH» markalı qazmaq aləti (direl) - 80.0 manat, 1 ədəd «BOSCH» markalı kiçik ölçülü qazmaq aləti (direl) - 40.0 manat, 1 ədəd «BOSCH» markalı laqonda - 80.0 manat, 1 ədəd Taxtaya bəzək vuran Frez dəzgah - 100.0 manat, 1 ədəd Avtomobil üçün «Artech» markalı səsgücləndirici – 10 manat, 1 metr 2/4 ölçüdə armatur - 1.0 manat, cəmi 621,0 manat təşkil etmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyun ayına olan orta bazar qyimətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 621.00 manat müəyüyən olunur. Qərarda və cədvəlin 1-ci bəndində göstərilən taxta qapı haqqında məlumat (ölçüsü keyfiyyət göstəriciləri və.s) olmadığından tədqiqat aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Cinayət işi materiallarında olan 23 dekabr 2023-cü il tarixli maddi sübut tanımaq haqqında qərardan görünür ki, istintaq zamanı xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd qızılı ağ rəngli kağız bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 0.263 (sıfır tam mində iki yüz altmış üç) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – heroindən məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0.213 (sıfır tam mində iki yüz on üç) qram olan narkotik vasitə - heroin və xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bənövşəyi rəngli sellafon torbada və kağız bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 453.87 (dörd yüz əlli üç tam yüzdə səksən yeddi) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,15 qram sərf edildikdən sonra qalan qalıq 453.72 (dörd yüz əlli üç tam yüzdə yetmiş iki) qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanca verilmişdir. Cinayət işi materiallarında olan 25 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış, şəxsi axtarış və götürmə protokolları, şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 2 ədəd disk, məhkəmə kimyəvi ekpretizasının 31 iyul 2023-cü il tarixli 9/575 №-li, məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2023-cü il tarixli 17\701 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1853 №-li, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2023-cü il tarixli 9/8394 №-li rəyləri, həyata keçirilmiş digər istintaq hərəkətlərinin nəticələrinə əsasən tərtib edilmiş protokollar və digər istintaq sənədləri və əldə olunmuş maddi sübutlar sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan 13 noyabr 2021-ci il tarixli, 206 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2016-cı il tarixdən 13 noyabr 2021-ci il tarixədək cəza çəkib və AR-sı MM-in xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4 bəndinə əsasən cəzanın çəkilməmiş bir ay 09 gün hissəsindən 1 saylı CM-dən xx.xx.2021-ci il tarixində azad olunub. Cinayət işi materiallarında olan 13 noyabr 2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə sorgusu əsasında alınmış və cinayət işi materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 1(014)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə sorgusu əsasında alınmış və cinayət işi materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 1(014)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(014)-55/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək, 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək və 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 5 (beş) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 5 (beş) gün müddət onun cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Mingəçevir MKT Kombinantın 3 saylı MİS-dən verilmiş xx.xx.2023-cü il tarixli 387 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətlərdə onun haqqında qonşulardan və kənar şəxslərdən MKTK-nin 3 saylı MİS-nə heç bir şikayət, narazıçılıq daxil olmayıb. Cinayət işi materiallarında olan Mingəçevir MKT Kombinantın 3 saylı MİS-dən verilmiş xx.xx.2023-cü il tarixli, 386 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü azyaşlı X5 adlı uşağı vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hasardan aşıb keçməklə Zərərçəkmiş şəxs yeni inşa etdirdiyi Mingəçevir şəhəri, Şəfa bağ massivi 1-ci küçədə yerləşən 12 №-li fərdi yaşayış evinin həyətinə girib üzərində olan vintaçanla evin plastik pəncərəsinin kilidini açmaqla pəncərədən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan 1 ədədinin dəyəri 400 manat olan 2 ədəd taxtadan olan giriş qapılarını, 1 topunun dəyəri 60 manat olan 2 top ¼ A ölçüdə elektrik kabellərini, 1 topunun dəyəri 70 manat olan 2 top 2/4 ölçüdə elektrik kabellərini, 1 ədədinin dəyəri 20 manat olan 10 ədəd qapı kilidini, 1 ədədinin dəyəri 10 manat olan 2 ədəd 15 metr uzunluqda naqil uzadıcısını, 1 ədəd 150 manat dəyərində 10 litrlik tutuma malik qalay samovarı, 1 ədəd 80 manat dəyərində «BOSCH» markalı qazmaq alətini, 1 ədəd 40 manat dəyərində «BOSCH» markalı kiçik ölçülü qazmaq alətini, 1 ədəd 80 manat dəyərində «BOSCH» markalı laqondanı, 1 ədəd 100 manat dəyərində taxtaya bəzək vuran Frez dəzgahını, 1 ədədinin dəyəri 10 manat olan 2 ədəd avtomobil üçün «Artech» markalı səsgücləndiriciləri və 1 metrinin dəyəri 1 manat olan 2/4 ölçüdə 40 metr uzunluqda armaturu gizli olaraq talayıb vahid niyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1790 (min yeddi yüz doxsan manat) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahıya əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd qızılı rəngli kağız bükümün içərisində olan sellofan bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0.263 (sıfır tam mində iki yüz altmış üç) qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan sol ayağında olan qara rəngli corabında saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:25 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən 14 saylı tam orta məktəbin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:00-dən 17:09-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 0.263 (sıfır tam mində iki yüz altmış üç) qram çəkidə narkotik vasitə heroin sol ayağındakı qara rəngli corabın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan sonra o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahıya əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə – qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 453.87 (dörd yüz əlli üç tam yüzdə səksən yeddi) qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 8.87 (səkkiz tam yüzdə səksən yeddi) qramını sağ ayağındakı corabın içərisindəki kağız bükümdə, qalan 445 (dörd yüz qırx beş) qramını isə sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2023-cü il tarixdə saat 17:45-dən 18:00-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 8.87 (səkkiz tam yüzdə səksən yeddi) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ ayağındakı corabındakı kağız bükümün, qalan 445 (dörd yüz qırx beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə sağ əlindəki bənövşəyi rəngli sellofan torbanın içrəsində aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasına və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasına, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə əməlində cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərdən birinin az ağır, digərinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu yaratdığına və həmin cinayətlər az ağır olduğuna görə, ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayətləri Ağdaş rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin ediməlidir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü ildə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü ildə müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü ildə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək, 31 avqust 2023-cü il tarixdən 02 sentyabr 2023-cü il tarixədək, 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək, eyni zamanda əvvəlki işlər üzrə 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək, 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək və 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək cəmi 11 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 155,07 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.213 qram narkotik vasitə heroin və 453.72 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)-102/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla üzərində 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək, 31 avqust 2023-cü il tarixdən 02 sentyabr 2023-cü il tarixədək, 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək, 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək, 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək və 31 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 11 (on bir) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.213 qram narkotik vasitə heroin və 453.72 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 155,07 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar