Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-58/2020 24.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olunmayan, Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tanışları Şahid3, X1, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus Mingəçevir şəhəri, Borçalı bağ massivində yerləşən yaşayış evində olarkən Zərərçəkmiş şəxs onun qeyri-rəsmi münasibətdə olduğu Şahid2 mobil telefon nömrəsini istəməsinə görə həmin şəxslə aralarında sözlə mübahisəsi yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməsinə baxmayaraq sonuncunun içkili olması səbəbindən Zərərçəkmiş şəxsla mübahisəni davam etdirməmiş, bir qədər sonra Şahid3, X1, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus evin həyətyanı sahəsində oturub spirtli içki qəbul edən zaman Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq söyüşlər söyməsi və əli ilə onu göstərərək orada olan Akif İbrahimova “mən Azadənin nömrəsini istəyirəm, amma qoymur, elə bil arvadının nömrəsini istəyirəm” sözlərini deməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yenidən mübahisə yarandığı zaman o, masanın üzərindən götürdüyü qulplu fincanla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs təhqirləri səbəbindən sakitləşməyərək sonuncunu əl və ayaq zərbələri ilə döyüb Zərərçəkmiş şəxs alın, təpə və burun nahiyələrində yaralar, sol gözünün alt qapağında və sağ epiqastral nahiyədə qançırlar, yüngül dərəcəli beyin silkələnməsininəmələ gəlməsinə və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində telefon danışığı zamanı Akif İbrahimov ona Zərərçəkmiş şəxsla birlikdə AzDres qəsəbəsində “555” adlı kafedə oturub yeyibiçdiklərini bildirdi və onu da həmin kafeyə dəvət etdilər. Onların yanına getdiyi zaman orada A.İbrahimovdan başqa Zərərçəkmiş şəxs, Vaqif Əzimovu və Şaiq Nuruyevi də gördü. Özü də onlarla birlikdə oturub yemək yeyib, spirtli içki – araq qəbul etdikdən sonra söhbət əsnasında Zərərçəkmiş şəxs tanışı Şahid2 onun yanına gəldiyini və birlikdə istirahət məqsədi ilə onun bağ evinə getmək istədiklərini dedi. Sonuncu da bununla razılaşaraq öz tanış xanımını da çağıracağını və birlikdə bağ evinə gedəcəklərini bildirdi. Həmin gün saat təxminən 14-15 radələrində Şahid2 taksi ilə onların oturduğu kafeyə gəldi və birlikdə “555” çay evinin həyətində oturub yeyib içməyə davam etdilər. Bundan sonra Zərərçəkmiş şəxs tanışı Aleksandra Pavlovna taksi ilə kafenin yaxınlığına gəlib kafeyə daxil olmadan birbaşa Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz2106” markalı avtomobilə əyləşdi. oNLAR kafedən pivə və araq götürüb Şahid2 və Zərərçəkmiş şəxsla birlikdə sonuncunun avtomobilinə əyləşərək onun bağ evinə getdilər. Birlikdə evə daxil olduqdan sonra ilk növbədə evin aynabəndində oturub yeyib içməyə başladılar. Məclisin gedişində Zərərçəkmiş şəxs Şahid2 mobil nömrəsini ona verməyini bildirdi. Şahid2 da qəti şəkildə buna etirazını bildirərək mobil nömrəsini heç kimə verməyəcəyini dedi. Şahid2 dəfələrlə imtina etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs təkidlə onun mobil nömrəsini tələb etdiyindən o, Ənvərdən nə səbəbə Azadənin nömrəsini istəyərək onu narahat etdiyini soruşdu və bu səbəbdən aralarında sözlə mübahisə yarandı. Zərərçəkmiş şəxs mübahisə zamanı onun ünvanına təhqiramiz ifadələr işlətməsinə baxmayaraq, sərxoş olduğu üçün ona heç bir reaksiya vermədi. Bundan sonra Ənvər tanışı Şahid3la əlaqə saxlayıb onu da evinə dəvət etdi, Səxavət də təxminən 20 dəqiqə sonra onların yanına gəlib onlarla birlikdə oturdu. Həmin gün havanın temperaturu çox yüksək olduğu üçün sonradan həyətdə oturmaq qərarına gəldilər və həyətdəki stolda süfrəni düzəldib orada yeyib-içməyə davam etdilər. Həyətdə oturduqları zaman Ənvər tanışı Akif İbrahimovla əlaqə saxlayıb onu da evinə dəvət etdi. Akif gəldikdə özü ilə spirtli içki – araq da gətirdi. Akif İbrahimov bağa gəldikdən sonra Zərərçəkmiş şəxs daha da aqressivləşdi və Akifə əli ilə onu göstərərək “mən Azadənin nömrəsini istəyirəm, amma bu qoymur, elə bil arvadının nömrəsini istəyirəm” dediyi üçün o da qarşılıq olaraq Ənvərin ünvanına nalayiq ifadə işlətdi. Bundan sonra sonuncu yumruqla onun ağız nahiyəsinə zərbə vurduğu üçün süfrədəki dəmir materialdan olan qulplu stəkanı götürüb Ənvərin başına vurdu. Ənvərin başından aldığı xəsarətlərdən qan axmağa başladı. Bundan sonra hər ikisi də bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etdilər. Akif İbrahimov həmin vaxt onları aralamağa çalışdı, Şahid3 isə çox sərxoş olduğu üçün baş verənlərə reaksiya verə bilməmişdir.Akif İbrahimov hər ikisini araladı, ona Ənvərin çox sərxoş olduğunu, bu səbəbdən həmin evi tərk edərək sabah məsələyə aydınlıq gətirməli olduğunu məsləhət bildi. O, həmin evi tərk etməyə hazırlaşarkən Zərərçəkmiş şəxs bir daha onun və ailə üzvlərinin ünvanına qarşı nalayiq sözlər işlədib “onu hara aparırsan Akif onu bu dəqiqə atacam” deyib evə daxil oldu. Qısa müddət ərzində də evdən əli silahla çıxdı. Ənvər əlində silahla aynabəndə çıxdığı zaman Aleksandra qışqıraraq onun əlində silah olduğunu bildirdi. Ənvər əlindəki silahı ona doğru istiqamətləndirmək istəyərkən Akif, onun yanından ayrılıb dərhal Ənvərin yanına gedib silahı onun əlindən almağa çalışdı. Özü də onlara yaxınlaşdı. Zərərçəkmiş şəxs əlindəki silahla ona doğru nişan aldı. X8 üzbəüz şəkildə, duraraq hər iki əli ilə Ənvərin əlini silahdan aralayıb silahı onun əlindən almaq istədi. Lakin Ənvər müqavimət göstərdiyi üçün silahı ondan ala bilmədi. O da bu zaman kömək məqsədi ilə Ənvərin arxa tərəfindən yaxınlaşaraq sol əli ilə silahın lülə hissəsindən yapışıb Akiflə birlikdə silahı Ənvərin əlindən almağa çalışdı, sağ əli ilə isə arxa tərəfdən Ənvərin bədənindən tutaraq onun müqavimətini qırmağa və silahdan aralaşdırmağa çalışdı. Akif İbrahimov və o, dəfələrlə Ənvərdən silahı buraxmasını tələb etsələr də, Ənvər heç bir söz demədən onlara müqavimət göstərərək silahı buraxmadı. Bu zaman aralarında yaranmış tutaşma zamanı silahın lüləyi Akif İbrahimovun sinə nahiyəsinə doğru istiqamətləndi və həmin anda silahdan bir dəfə atəş açıldı. Atəş nəticəsində Akif İbrahimov sinə nahiyəsindən xəsarət alaraq yerə yıxıldı və qısa zaman kəsiyində hadisə yerindəcə öldü. Həmin vaxt Şahid3 çox sərxoş olduğu üçün həyətdəki stulda oturmuşdu və baş verənlərə heç bir reaksiya verə bilmədi, Şahid2 da həyətdə idi. Şahid1 isə evin içində idi, hadisə baş verdikdən, yəni silahdan atəş açıldıqdan sonra isə dərhal evdən çıxdı. Şahid1 evdən çıxaraq ətrafına baxmadan birbaşa hadisə yerini tərk etdi, Şahid2 aynabəndə doğru gələrək nə baş verdiyini soruşdu. O, Akifə güllə dəydiyini və təcili yardımla əlaqə saxlamasını ona bildirdi. Daha sonra X11 sinə nahiyəsinə baxaraq onun xəsarət aldığını gördü və telefonunu götürərək təcili tibbi yardımla əlaqə saxladı. Hadisə baş verdikdən təxminən 15 dəqiqə sonra təcili yardım briqadası gəldi və Akif İbrahimovu müayinə edərək onun öldüyünü bildirdilər. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasına gətirilmiş, məhkəmə iclasında iştirak etmiş, sonra ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, xx xxxx 2019-cu il tarixdə saat 12-13 radələrində tanışları Akif İbrahimov, Vaqif Əzimov və Şaiq Nuruyevlə birlikdə Mingəçevir şəhəri, AzDres qəsəbəsində yerləşən “555” adlı kafedə yeyib içdiyi zaman Zülfüqar Rəhimov da həmin kafeyə gəlib onlarla birlikdə oturdu. Həmin vaxt Zülfüqar Rəhimovu kafeyə kimin dəvət etməsindən məlumatı olmamışdır. Birlikdə kafedə yeyib içdikləri zaman X6 Rəhimovun qeyri-rəsmi münasibətdə olduğu bir xanımla onun bağ evinə gəlmək istədiyini bildirdi o, razılıq verdi. Həmin gün saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid2 taksi ilə kafenin yaxınlığına gəldi. Zülfüqar da onu qarşılayıb kafeyə gətirdi və birlikdə yeyib-içməyə davam etdilər. Həmin vaxt özü də uzun müddətdir ki, qeyri-rəsmi münasibətdə olduğu Şahid1 ilə telefon vasitəsi ilə əlaqə saxladı və onu bağ evinə dəvət etdi. Şahid1 da onunla razılaşaraq taksi ilə kafenin yaxınlığına gəldi və onun idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı “Vaz 2106” markalı avtomobilə əyləşdi. Həmin kafedən araq, pivə və qazan yemək götürdükdən sonra Zülfüqar, Azadə və Aleksandra ilə birlikdə onun idarə etdiyi maşınla Borçalı bağ massivində yerləşən ona məxsus bağ evinə getdilər. Evdə oturub yeyib-içməyə başladılar. Qadınlar pivə, onlar isə araq içdilər. Söhbət əsnasında Azadə ona çox gözəl bağı olduğunu dedi, o isə Azədəyə mobil telefon nömrəsini ona verməyini, əgər istəsə o, evdə olmadığı zamanlarda Aleksandra ilə birlikdə ona məxsus bağ evinə gəlib istirahət edə biləcəklərini dedi. Bundan sonra o, mobil telefonunu Azadəyə verdi və Azadə öz mobil telefonuna onun nömrəsini yazmağa başladı. Lakin Zülfiqar bundan qıcıqlanaraq onunla sözlə mübahisə etməyə başladı. Qısa müddət davam edən sözlə mübahisədən sonra ara sakitləşdi. Həmin vaxt tanışı olan Şahid3 mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayıb harada olduğunu maraqlandı, o da Səxavəti evinə dəvət etdi. Təxminən 20 dəqiqə sonra Şahid3 evə gəlib onlarla birlikdə yeyib-içməyə başladı. Hava çox isti olduğu üçün daha sonra həyətə düşüb orada oturaraq yeyib-içməyə davam etdilər. Bu vaxt tanışı Akif İbrahimov da onunla əlaqə saxladı. O, Akifi də evə dəvət etdi. Bundan təxminən 20 dəqiqə sonra Akif İbrahimov özü ilə spirtli içki – araq da gətirərək onların yanına gəldi. Məclisin gedişində Zülfüqarla yenidən aralarında sözlə mübahisə yarandı. Belə ki, Zülfiqar ondan pul istədi. Lakin o, Zülfiqara pulu olmadığını bildirdi. Bundan sonra Zülfiqar Akifə ondan pul istədiyini, lakin onun pul vermədiyini dedi. Akif ondan nə üçün Zülfüqara pul vermədiyini soruşdu. O, Akifə pulunun olmadığını dedikdə Zülfiqar onu nalayiq söyüşlərlə təhqir etdi. Bundan sonra Zülfüqarla mübahisə etməyə başladılar. Zülfiqar onu yumruqla vurdu, o, yerə yıxıldı. Bundan sonra Zülfiqar onu yumruq və təpik zərbələri ilə, həmçinin həyətdə yerdən götürdüyü uzun saplı dəmir bel ilə onun başına və bədəninə bin neçə dəfə zərbə vurdu. Həmin zərbələrin təsirindən başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldı. Təqsirləndirilən şəxs onu yerə yıxaraq döydüyü zaman ondan xeyli yaşlı olduğu, habelə fiziki cəhətdən daha zəif olduğu üçün ona müqavimət göstərə bilmədi. Akif İbrahimov onları ayırmağa çalışdı o, baş verənlərdən çox qəzəbləndiyi üçün ayağa qalxıb həyətdən evə getdi və otaqda olan özünə məxsus 16 mm kalibrli ov silahını patronla doldurub eyvana çıxdı. Həmin vaxt niyyəti havaya atəş açıb X3 Rüstəmovanı qorxudaraq onları evindən çıxartmaq oldu. Ov silahını götürüb eyvana çıxdığı zaman hər iki əli ilə silahın qundağından və lülə hissəsindən tutdu. Bunu görən kimi ona ilk yaxınlaşan Zülfüqar oldu və silahdan hər iki əli ilə yapışaraq onun əlindən almaq istədi. Lakin özü də silahı ona verməməmək üçün müqavimət göstərdi. Bu an Akif İbrahimov da onlara yaxınlaşaraq silahın lülə hissəsindən yapışıb onu buraxmağını istədi, hər üçü arasındakı bu dartınma zamanı silahın lüləsi mərhum Akif İbrahimova doğru tuşlanmış vəziyyətdə oldu. Həmin vaxt Akif İbrahmovun silahı buraxması barədə tələblərindən sonra silahı buraxdı, sonuncu bu zaman silahı özünə doğru çəkdikdə qəfil silahdan atəş açıldı və Akif İbrahimov yerə yıxıldı. Hadisə baş verdikdən sonra dərhal təcili tibbi yardımla əlaqə saxlamışdı, təcili yardım briqadası hadisə yerinə gələrək Akif İbrahimovu müayinə etdikdən sonra onun öldüyünü bildirdilər. Sonra da hüquq mühafizə orqanları hadisə yerinə gəldilər. Təqsirləndirilən şəxsin qanun daxilində cəzalanıdırılmasını xahiş edir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 10 ildir ki, münasibətləri vardı. Hadisənin baş verdiyi gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ona zəng edib məşğul olub-olmadığını maraqlandı və onunla görüşmək istədiyini bildirdi. Razılaşdıqdan sonra Zülfiqar AzDress qəsəbəsinə - gəlməyini ondan xahiş etdi. Saat təxminən 14-15 radələrində Təqsirləndirilən şəxs tanışları ilə birlikdə AzDress qəsəbəsində oturduğu “555” adlı kafeyə getdi. Kafeyə çatdıqda Təqsirləndirilən şəxs, Akif İbrahimovu, o cümlədən həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs və Vaqif Əzimovu gördü. Onlarla birlikdə kafedə oturub yemək yeyib spirtli içki qəbul etdi. Bir qədər sonra Zərərçəkmiş şəxs münasibətdə olduğu Aleksandra adlı xanımı da dəvət etmək istədiyini və razı olacağı təqdirdə birlikdə onun bağ evinə gedib istirahət edə biləcəklərini dedi. O da bu təklif ilə razılaşdı. Bundan sonra Zərərçəkmiş şəxs mobil telefonu vasitəsi ilə tanışı Şahid1 həmin yerə dəvət etdi, sonuncu da qısa müddət sonra taksi ilə kafenin qarşısına gəlib kafeyə daxil olmadan birbaşa Zərərçəkmiş şəxs idarə etdiyi və yolun kənarında saxladığı “Vaz 2106” markalı avtomobilə əyləşdi. Zülfiqarla Ənvər kafedən bir qədər yemək və spirtli içki götürdükdən sonra Ənvərin avtomobilinə minib onun bağ evinə getdilər. Həmin vaxt mərhum X9 Əzimov isə kafedə qaldılar. Zülfiqar, Ənvər və Aleksandra ilə birlikdə bağ evinə gedib əvvəl evin aynabəndində oturub yeyib-içməyə başladılar. Söhbət əsnasında Zərərçəkmiş şəxs telefon nömrəsini ona verməyini ondan xahiş etdi. O, qəti şəkildə buna etiraz etdi və Zülfiqara Ənvərin təkidlə onun mobil nömrəsini tələb etdiyini, lakin heç kimə nömrəsini vermək istəmədiyini dedi. Zülfiqar da Ənvərdən nə səbəbə onun mobil nömrəsini istədiyini soruşduqda aralarında sözlə mübahisə yarandı, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına dayanmadan təhqiramiz ifadələr işlətdi. O, Zülfiqara Ənvərin sərxoş olduğunu, onun sözlərinə heç bir reaksiya verməməsini xahiş etdi. Bu səbəbdən Zülfiqar da Ənvərin sözlərinə heç bir reaksiya vermədi. Zülfiqarla Ənvərin arasındakı sözlə mübahisə bir qədər sakitləşdikdən sonra yenidən yeyib-içməyə başladılar. Daha sonra Ənvərlə tanışı Şahid3 əlaqə saxladı, Ənvər də Səxavəti evinə dəvət etdi. Təxminən yarım saat sonra Səxavət Ənvərin bağ evinə gəlib onlarla birlikdə oturdu. Hava çox isti olduğu üçün birlikdə həyətdə oturmaq qərarına gəldilər və həyətdəki stolda süfrəni düzəldib orada yeyib-içməyə davam etdilər. Bir qədər sonra Ənvər tanışı Akif İbrahimovla əlaqə saxlayıb onu da evinə dəvət etdi. Akif də qısa müddət sonra onların yanına gələrək özü ilə spirtli içki – araq da gətirdi. Akif İbrahimov bağa gəldikdən sonra Zərərçəkmiş şəxs ona əli ilə Təqsirləndirilən şəxs göstərərək “mən Azadənin nömrəsini istəyirəm, amma qoymur, elə bil arvadının nömrəsini istəyirəm” dediyi üçün Zülfiqar daha da qızışdı və ayağa qalxıb Ənvərin ünvanına nalayiq ifadə işlətdərək süfrədəki dəmir materialdan olan stəkanla Ənvərin başına vurdu. Ənvərin başından aldığı xəsarətlərdən qan axmağa başladı, bundan sonra hər ikisi bir-birinə qarşı əl-qol hərəkətləri ilə fiziki zor tətbiq etdilər. Akif İbrahimov həmin vaxt onları aralamağa çalışdı, Şahid3 isə çox sərxoş olduğu üçün baş verənlərə reaksiya verə bilmədi. X4 aralayaraq onu kənara çəkdi, aranın qızışdığını, bu səbəbdən həyəti tərk etməsini ona məsləhət bildi, Zərərçəkmiş şəxs isə “onu vuracam” deyib evə doğru getdi, həmin vaxt evə əynini dəyişmək üçün gedən Şahid1 qışqıraraq “Silahı götürdü, əlində silah var” dedikdən sonra aynabəndə doğru baxdığı zaman Ənvərin əlində silah olduğunu gördü. Zərərçəkmiş şəxs silahı götürüb aynabəndə çıxdıqdan sonra həmin silahı hazır vəziyyətdə əlində saxlayıb nümayiş etdirdi. Lakin qarşısında heç kim olmadığı üçün silahı konkret olaraq kiməsə qarşı tuşlamadı. Həmin vaxt Zülfiqar Akiflə birlikdə aynabəndin yaxınlığında söhbət edirdi. Bunu görən kimi Akif İbrahimov və X5 yanına gedərək silahı Ənvərdən almaq istədilər. Akiflə Zülfüqar silahı Ənvərin əlindən almağa çalışdılar. Ənvər isə heç bir söz demədən, silahı buraxmamaq üçün onlara müqavimət göstərdi və bu səbəbdən onların arasında dartışma yarandı. Zülfüqar həmin vaxt əli ilə Ənvərə vurub silahı buraxmasını tələb etsə də, Ənvər silahı buraxmadı, bu zaman tappıltı səsi eşitdi və Akifin arxası üstə yerə yıxıldığını gördü. Zülfüqar isə dərhal əyilərək Akifi əli ilə silkələyərək onu ayıltmağa çalışdı, daha sonra ucadan Ənvərə “neynədin Akifi vurdun” dedi, Ənvər isə əlində silah şok olmuş kimi dayanıb onun bu sözlərinə heç bir reaksiya vermədi. Araya tam sakitlik çökdüyü üçün nə baş verdiyini anlamaq və şəxsi əşyalarını götürmək məqsədi ilə aynabəndə doğru getdi, bu zaman Akifin arxası üstə yerə yıxıldığını görüb su götürərək onun üzünü yuyub ayıltmağa çalışdı. Həmin vaxt onun yanında dayanmış Təqsirləndirilən şəxs isə Akif İbrahimovun odlu silahdan açılmış atəş nəticəsində xəsarət aldığını, bu səbəbdən təcili yardımla əlaqə saxlamağını ona dedi. Bundan sonra A.İbrahimovun sinə nahiyəsinə baxaraq xəsarət aldığını gördü. O, mobil telefonunu götürərək təcili tibbi yardımla əlaqə saxladı. Təxminən 15 dəqiqə sonra təcili yardım briqadası hadisə yerinə gəldi və Akif İbrahimovu müayinə edərək onun öldüyünü bildirdilər. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx xxxx 2019-cu il tarixdə saat təxminən 16- 17 radələrində mobil telefon vasitəsi ilə uzun müddətdir ki, tanışlığı olan Zərərçəkmiş şəxsla əlaqə saxlayıb harada olduğunu maraqlandı, Ənvər bağ evində tanışları ilə birlikdə oturub yeyib-içdiyini dedi və onu da dəvət etdi. O, Ənvərin Borçalı bağ massivində yerləşən həyət evinə getdi, ora çatdıqda Ənvərin tanışları Zülfüqar Rəhimov, Şahid2 və Şahid1 ilə birlikdə evin aynabəndində oturub onlarla yeyib-içməyə başladı. Ənvərlə Zülfiqar arasında süfrə arxasında Ənvərin Zülfüqarın tanışı Şahid2 mobil telefon nömrəsini istəməsinə görə aralarında sözlə mübahisə yaranmış və birbirinin ünvanına qarşı nalayiq sözlər işlətişlər. Mübahisə bir qədər sakitləşdikdən sonra X10 əlaqə saxladı və onu da evinə dəvət etdi. Hava çox isti olduğu üçün hər birinin razılığı əsasında aynabənddən həyətə düşüb orada oturaraq yeyib içməyə davam etdilər. Həmin vaxt Akif İbrahimov özü ilə spirtli içki – araq da gətirərək onlara qoşuldu. Həmin vaxt çox içkili və yorğun olduğu üçün Ənvərlə Zülfiqar aralarında sözlə mübahisənin sonradan münaqişəyə çevrilməsini, yəni tərəflərin bir-birinə qarşı fiziki zor tətbiq etməsini görməmişdi və bu barədə hazırda da heç nə xatırlamır. Ancaq Zərərçəkmiş şəxs ağlayaraq həyətdə oturduğu stola yaxınlaşdığını gördü. Bu zaman ondan nə baş verdiyini soruşduqda ona Akif İbrahimovun odlu silahdan atəş açılması nəticəsində aynabənddə öldüyünü dedi. Lakin həmin vaxt Zərərçəkmiş şəxs odlu silahın kimin əlində açıldığı barədə ona nə demədi. Özü də bu barədə ondan heç nə soruşmadı. Bu zaman aynabəndə doğru getdi və aynabənddə Akifi arxası üstə uzanıqlı vəziyyətdə gördü. Həmin vaxt ya Ənvərin, ya da ki, Zülfiqarın əlində silah görmədi, ümumiyyətlə silahın harada olmasını bilmədi. Təqsirləndirilən şəxs əməli digər şahid- Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 49-cu vərəqində olan məhkəmə tibb ekspertizasının 374 №li xx xxxx 2019-cu il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:– alın, təpə və burun nahiyyələrində yaralar, sol gözünün alt qapağında və sağ epiqastral nahiyədə qançırlar, küt əşyanın (alətin), ola bilsin, ekspertiza təqdim edilən üzərində naxışları olan ağ rəngli qulplu fincanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2019-cu tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşin 165-166-cı vərəqlərində olan məhkəmə tibb ekspertizasının 579 №li xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - alın, təpə və burun nahiyələrində yaralar yüngül dərəcəli beyin silkələnməsinin qalıq əlamətləri bərk küt əşyanın (alətin), ola bilsin, ekspertizata təqdim edilən üzərində naxışları olan ağ rəngli qulplu fincanın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşin 98-100-cü vərəqlərində olan məhkəmə psixiatrik və psixoloji ekspertizasının 396/171 №li xx xxxx 2019-cu il tarixli rəyində göstərilir ki, 1.Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2.Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. 3.Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji(psixoloji) affekt halda olmamışdır(keçirməmişdir.) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 19 radələrində tanışları Şahid3, X1, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus Mingəçevir şəhəri, Borçalı bağ massivində yerləşən yaşayış evində olarkən Zərərçəkmiş şəxs onun qeyri-rəsmi münasibətdə olduğu Şahid2 mobil telefon nömrəsini istəməsinə görə həmin şəxslə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməsinə baxmayaraq sonuncunun içkili olması səbəbindən Zərərçəkmiş şəxsla mübahisəni davam etdirməmiş, bir qədər sonra Şahid3, X1, Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə sonuncuya məxsus evin həyətyanı sahəsində oturub spirtli içki qəbul edən zaman Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq söyüşlər söyməsi və əli ilə onu göstərərək orada olan Akif İbrahimova “mən Azadənin nömrəsini istəyirəm, amma qoymur, elə bil arvadının nömrəsini istəyirəm” sözlərini deməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yenidən mübahisə yarandığı zaman o, masanın üzərindən götürdüyü qulplu fincanla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs təhqirləri səbəbindən sakitləşməyərək sonuncunu əl və ayaq zərbələri ilə döyüb Zərərçəkmiş şəxs alın, təpə və burun nahiyələrində yaralar, sol gözünün alt qapağında və sağ epiqastral nahiyədə qançırlar, yüngül dərəcəli beyin silkələnməsininəmələ gəlməsinə və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 110-cı vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. İşin 112-114-cü vərəqlərində olan Füzuli-Qubadlı Qarnozonu Hərbi-Trubunalın xx xxxxxx 1995-ci il tarixli, 1(97)-242/1995 saylı hökmündən və 103-cü vərəqində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Qarnozonu Hərbi-Trubunalın xx.xx.1995-ci il tarixli hökmə əsasən Azərbaycan Respublikası CMnin 243, 42-ci maddələri ilə 11(on bir) il müddətinə azadlıqdan məhtumetmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 44-cü maddəsinin 4-cü bəndinə əsasən qanuna görə beş ildən çox olmayaraq azadlıqdan məhrum etməyə nisbətən daha ciddi cəza təyin edilə bilən cinayət edilən gündən on il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən ittiham hökmü, hökm qanuni qüvvəyə mindiyi gündən etibarən beş il müddətinə azadlıqdan məhrum etməyə nisbətən daha ciddi cəzaya məhkum ediləndən on il keçdikdə icra edilməmişdirsə daha icra edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmənin xx xxxxxx 1995-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, hökmün icrası təxirə salınmış və həmin vaxtdan 25 il müddət keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən barəsində olan Füzuli-Qubadlı Qarnozonu Hərbi-Trubunalın xx xxxxxx 1995-ci il tarixli hökmü nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 26-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 75-76-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxx 2019-cu ildən başlanılması, qərarın xx xxxxxxxx 2019-cu ilə kimi qüvvədə olması göstərilmişdir. İşin 105-ci vərəqində olan Mingəçevir şəhər Prokurorluğunun müstəntiqinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 3 ay həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxarılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dən 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tamamilə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Prokurorluğunda saxlanılan bir ədəd fincan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 788 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 3 ay həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Prokurorluğunda saxlanılan bir ədəd fincan məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi Yoçu qızına ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 78 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********.Hesab № AZNAZ521BAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-58/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-58/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver