Məhkəmə qərarları › İş №1(051)-58/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-58/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-58/2022 28.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Günəşli bağ massivi 15-ci küçə, ev 52-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 №li siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon torbanın içərisində olan bükümün içərisində təmiz çəkisi 27.931 qram olan narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 06.02.2022-ci il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi. 16-cı küçədə saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - tiryək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 06.02.2022-ci il tarixdə səhər saat 09 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivi 16-cı küçə ilə piyada gedən zaman yerdə bir ədəd şəffaf rəngli selllafon torbanın içərisində büküm gördü və maraqlı olduğu üçün həmin bükümü götürüb açıb içərisinə baxdı, narkotik vasitədən istifadə etdiyi üçün bükümün içərisindəkinin nakotik vasitə olan tiryək olmasını iyindən və rəngindən tanıdı. Bundan sonra o, ətrafa baxdı və heç kimin görmədiyinə əmin olduqdan sonra həmin bükümü özü istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın sol yan cibində qoyub gizlətdi. Həmin gün saat 13 radələrinə qədər bağın küçələrini gəzdi, Mingəçevir şəhəri Günəşli bağ massivi 15-ci küçəsinə tərəf piyada gedən zaman 16-cı küçənin giriş hissəsində dayanmış polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluqla məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldilər.Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı tapmış olduğu büküm onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuşdur. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin NMQ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06.02.2022-ci il tarixdə saat 13 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Günəşli bağ massivi 16-cı küçənin baş tərəfində piyada kedən zaman görüb yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Xəlilov X1 ŞPŞnə gətirildi. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb təqdim etsin. Onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən büküm aşkar olundu. Aşkar olunmuş həmin bir ədəd şəffaf rəngli sellafon bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd şəffaf rəngli sellafona bükülmüş bükümdə olan kütlənin tiryək olduğunu, tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 06.02.2022-ci il tarixdə təxminən saat 09:00 radələrində Mingəçevir şəhəri, 16-cı küçədə piyada keçən zaman yerdən taparaq əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoyub üstündə saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid3 məhkəmə iclasında verdiyi ifadəsi ilə, həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 24-25-ci vərəqlərində olan 06 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellafon torbada olan bükümün içərisində ümumi çəkisi 28.31 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İşin 35-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli, 17/128 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədədşəffaf sellafon bükümdə təmiz çəkisi - 27.931 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin təmiz çəkisi 27.931 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 27.831 qram. İşin 108-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 171 saylı 11 fevral 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 №li siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarından yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon torbanın içərisində olan bükümün içərisində təmiz çəkisi 27.931 qram olan narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 06.02.2022-ci il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi. 16-cı küçədə saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - tiryək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 57-63-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 1(051)-115/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 12 aprel 2019-cu il tarixdən 14 aprel 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşin 65-66-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 7(051)-58/2022 saylı qərarın surətindən görünür ki, Xəlilov X1 şəhər Məhkəməsinin 30.10.2019-cu il tarixli 1(051)-117/2019 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşin 55-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerdən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 94-96-cı vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 4(051)-10/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 06 fevral 2022–ci il tarixdən hesablanmışdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 06 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 27,831 qram narkotik vasitə- tiryək məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, 06.02.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 27,831 qram narkotik vasitə –tiryək məhv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar