Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-58/2023 03.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 68.1.1-1 və 67.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri N.ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda 5 (beş) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-arılıqda təmiz çəkiləri: 1.85, 1.64, 2.08, 5.87 və 2.66 qram olmaqla ümumi təmiz çəkisi 14.10 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçənin sol yan cibində gizlədib saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 00:05 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ümumilikdə 14.10 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, tutulmazdan təxminən 2-3 gün əvvəl yaşadığı binanın yaxınlığındakı uçulub-dağılmış binada olarkən orada yerdə sellofan torba görüb götürdü. Həmin torbanı açıb içərisinə baxanda içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını müəyyən etdi. Marixuanadan istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitənin tanıdı və torbanı götürüb oradan evə qayıtdı. Evdə olan zaman həmin kütlənini bir hissəsindən istifadə etdi, yerdə qalan hissəsini də gələcəkdə istifadə etmək üçün 5 ədəd kağız bükümlərə qablaşdıraraq əynindəki qara rəngli gödəkçənin cibində gizlətdi. xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində Mingəçevir şəhəri N.Nərimanov prospektində piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O da etiraz etmədi və polis şöbəsinə gətirildi. Polis şöbəsində ona vəkil təqdim olunaraq üzərinə axtarış keçiriləcəyi bildirildi. Axtarış zamanı polis əməkdaşları ona üzərində olan bütün əşyaları təqdim etməsini dedilər. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin cibindən tapmış olduğu 5 ədəd ağ rəngli kağız bükümlərin içərisində qurudulmuş marixuana aşkar edilərək götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölməsində regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Hüseynov X1 şəhəri N.Nərimanov prsopektində piyada gedən zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdilər. Bundan sonra Hüseynov X1 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə şəxsi axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. O da etiraz etmədi. Təqsirləndirilən şəxs üzərində hər hansı saxlanması qanunsuz hesab edilən əşya varsa təqdim olunması təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefon və gödəkçənin sol yan cibindən 5 ədəd ağ rəngli kağız bükümləri aşkar edilərək götürüldü. Bükümlərin içərisi nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 05 (beş) ədəd ağ rəngli kağız bükümlərin içərisində olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı tutulmazdan 2-3 gün əvvəl yaşadığı binanın yaxınlığındakı uçulubdağılmış binada olarkən tapdığı, özü istifadə etmək məqsədi ilə saxladığını bildirdi. Şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölməsində regional şöbəsinin polis nəfəri Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 30-31-ci vərəqlərində olan 22 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefon və gödəkçənin sol yan cibindən 5 ədəd ağ rəngli kağız bükümlərin içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli, xüsusi görünüşlü və quruluşlu 17,30 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilməsi müəyyən olunmuşdur. İşin 39-41-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 16/1401 saylı rəyində göstərilir ki, üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş beş ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 05 (beş) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,85 qram, 1,64 qram, 2,08 qram, 5.87 qram, 2.66 qram ümumi təmiz çəkisi 14,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi—14,10qram, tədqiqata sərf edildi-0,1 qram(hər birindən 0,02 qram) qalıq -14 qram İşin 117-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 198 saylı 07 fevral 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoiddən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda 5 (beş) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-arılıqda təmiz çəkiləri: 1.85, 1.64, 2.08, 5.87 və 2.66 qram olmaqla ümumi təmiz çəkisi 14.10 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçənin sol yan cibində gizlədib saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 00:05 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ümumilikdə 14.10 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməli özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və iş materialları ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 82-ci vərəqində olan xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 87-88-ci vərəqlərində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2020-ci tarixli, 1(051)- 128/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2(iki) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10(on) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 5 (beş) ay 10 (on) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 1(bir) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin 83-85-ci vərəqlərində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Hüseynov X1 şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 68.1.1-1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, 1(bir) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 21 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 14 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 60.80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 14 qram qurudulmuş marixuana məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-58/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-58/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver