Məhkəmə qərarları › İş №1(051)-58/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-58/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-58/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Azərbaycan küçəsi, ev 46, mənzil 27-də yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları Şahid2 və onun qardaşı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə onu öldürməklə hədələmələri ilə bağlı müraciəti əsasında Mingəçevir şəhər polis şöbəsinin Təhqiqat Bölməsində araşdırması aparılan material üzrə həmin tarixdə saat 14 radələrində şəhər polis şöbəsinin Təhqiqat Bölməsinə dəvət olunan Zərərçəkmiş şəxs, qardaşı arvadı Şahid1 ilə saat 14:09-da polis şöbəsinin inzibati binasından çıxdıqdan sonra, inzibati binanın yerləşdiyi və ictimai yer hesab olunan H.Əliyev küçəsi 37/17ünvanından bir qədər aralı məsafədən Zərərçəkmiş şəxs üzərinə tərəf gəlib, onunla mübahisə etməyə, ünvanına nalayiq ifadələr işlətməyə və onu hədələməyə başlamış, onun Zərərçəkmiş şəxs üzərinə aqressiv şəkildə gəldiyini görən Şahid1 qarşısına keçib, onun Zərərçəkmiş şəxs yaxınlaşmasına əngəl olmasına baxmayaraq, o, vətəndaşların və nəqliyyat vasitələrinin gur hərəkət etdiyi H.Əliyev küçəsində, öz yolu ilə hərəkət edən, ona qarşı hər hansı bir aqressiv hərəkət nümayiş etdirməyən və onunla münaqişəyə daxil olmaq niyyətində olmayan Zərərçəkmiş şəxs üzərinə hücum çəkmək üçün Şahid1 onun qarşısına keçməsinə və dalaşmasının qarşısını almaq cəhdlərinə məhəl qoymadan, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmək üçün ona bir qədər də yaxınlaşmış, qanunsuz hərəkətləri ilə bağlı Zərərçəkmiş şəxs ondan şikayət etmək və yardım almaq üçün iti addımlarla polis şöbəsinin inzibati binasına qayıdarkən, o, Şahid1 qarşısından qaçıb, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörtmətsizlik ifadə edən hərəkətlərə yol verib, özünü həmin vaxt küçədə olan Şahid1, habelə küçə ilə piyada və nəqliyyat vasitələri ilə hərəkət edən, şəxsiyyətləri istintaqa məlum olmayan xeyli sayda insanların gözü qarşısında, özünü onların fövqündə qoyaraq, habelə onlara qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək, polis şöbəsinin inzibati binasının həyətinə daxil olmaqda olan Zərərçəkmiş şəxs arxadan hücum çəkmiş və sol qolundan tutub, baş nahiyəsindən bir neçə dəfə yumruqla zərbələr vurub, Zərərçəkmiş şəxs beyin silkələnməsi ilə müşayiət olunan və başın yumşaq toxumalarının hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və bununla da Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2023-cü ilin iyul ayında ailəsi ilə birgə Mingəçevir şəhəri, 12 nömrəli məktəbin yaxınlığında yerləşən 4 nömrəli baxçada məskunlaşmışlar. Həmin vaxtlar onun Gəncə şəhərində hədiyyə edilən “alman” sortu iti var idi. 2023-cü ilin iyul ayının təxminən 20-dən sonra onunla qonşuluqda yaşayan Ruslan adlı şəxsin qızı ona yaxınlaşıb “əmi itini ver yemək verək, axşam geri qaytararıq” dedi. O isə uşaqlara itini oynatmaları üçün verdi. Həmin günü axşam saatlarında o, evə gələn zaman itinin geri qaytarılmadığını gördü və Ruslanın yaşadığı evin qapısını döydü və itini geri tələb etdi. Lakin Ruslanın arvadı itin qaçıb getdiyini və onlarda olmadığını bildirdi. O, sabahsı gün Mingəçevir şəhər Polis Şöbəsinə gəlib itinin oğurlanması ilə bağlı şikayət etdi. Həmin günü Ruslanın arvadı xalası Səkinəyə zəng vurub onun gedib itini götürməyini bildirdi. O, həmin günü gedib itini götürdü və daha sonra itini Gəncə şəhərinə aparan zaman iti ağzından köpük gələrək öldü. Daha sonra o, Mingəçevir şəhərinə gəldi və evin qarşısında olan zaman Ruslan qardaşı Rüstəmlə onu kənara çağırdı. O, Ruslan və Rüstəmin yanında söhbət edən Ruslan ona polislərə işlədiyini bildirib onu ağzından tüfənglə atacağmı bildirdi. O isə onlara kişi olmaqlarını, davaları varsa aralarında əlbayaxa həll etməyi dedi. Bu zaman Ruslan və Rüstəm evlərinə qaçaraq evdən tüfəng götürüb onu atacaqlarnı dedi və evə keçdilər. Bu zaman xalası Səkinə ona “qaç Anar” dedi. O isə Ruslanın onu tüfənglə vuracağından qorxduğu üçün ordan qaçaraq uzaglaşdı və AR DİN 102 xidmətinə müraciət etdi və Mingəçevir şəhər Polis Şöbəsinə gəldi.O, müraciət etdikdən sonra polis şöbəsinə Ruslanın qardaşı Rüstəm gəldi. Polis Şöbəsində ona qarnından bıçaqla vuracağını dedi. O isə sözü varsa sözünü və problemini çöldə həll etməklərini dedi. Lakin Rüstəm ona polislərə verməyə 5000 manat pulu olmadığını bildirdi. Bundan sonra o, arvadı Fatma və uşaqları Ramil və Nuray polis şöbəsindən çıxan zaman Rüstəm qardaşı arvadı Aygün ilə polis şöbəsindən çıxdı. O, ailəsi ilə polis şöbəsinin qarşısından gedən zaman Rüstəm ona “sənin qarnından bıçaqla vurub bıçaqlayıb sındıracam” dedi. O isə arvadının və uşaqlarının yanında onu təhqir etdiyi üçün onun üzərinə hücum edib baş nahiyyəsindən bir neçə dəfə yumruqla vurdu və daha sonra qaçaraq oradan uzaqlaşdı. Bir daha qeyd edir ki, onun hazırda ittiham olunan maddə üzrə heç bir günahı yoxdur. İttiham olunduğu CM-nin 221.1-ci maddəsindən söhbət gedə bilməz. O, heç kimi vurmamışdır. Həmçinin zərəçəkmişə bildiribki ona 100 manat olmaqla hissə-hissə ödəməsini və bu qaydada barışıq əldə edilməsini təklif etmişdir. Onun maddi vəziyyəti zəifdir, ona görə də zərərçəkənə tələb etdiyi ziyanı bir dəfəyə ödəyə bilmir. Hazırda zərərçəkənlə barışıq əldə etmişdir. Ona görə də barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, qardaşı Ruslan ünvan 3 ünvanda 10 ildir ki yaşayırlar. Həmçinin onlardan başqa orada başqa şəxslərdə yaşayır. Həmin şəxslərdən biridə Təqsirləndirilən şəxsdur. Onun və qardaşı Ruslanın Anarla həmişə normal münasibətləri olmuşdur. 2023-cü ilin iyul ayının ortalarında o və qardaşı Ruslan Bakı şəhərində olan zaman qonşuları Anarın gecə saat 03 radələrində gəlib qapılarını döyüb səs küy salaraq itini istədiyini bildirmişdir. O və qardaşı Ruslan bu məsələyə əsəbiləşsəkdə Mingəçevir şəhərinə geri qayıdan zaman Anarla görüşüb söhbət edəcəklərini düşündü. O və qardaşı 2023-cü ilin iyul ayının sonlarında Mingəçevir şəhərinə gəldilər. Lakin həmin vaxtlar Anar evdə deyildi. xx.xx.2023-cü il tarixdə o və qardaşı Ruslan evdə olan zaman Anarın gəldiyini gördü və Ruslanla birgə Anar yaxınlaşıb Anara hansı səbəbdən onlar evdə olmayan zaman gecə saat 03 radələrində gəlib onların qapısını təpiklə döydüyünü soruşdu.Bu zaman Anar onlara kobud cavab verdi və aralarında sözlə mübahisə yarandı. Bundan sonra Anar oradan çıxıb getdi. Həmin günü saat 13 radələrində onu və qardaşını Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etdilər. O və qardaşı arvadı Əhmədova X2 şəhər polis X5 izahat vermək üçün gəldilər. O, Mingəçevir şəhər Polis Şöbəsində izahat verən zaman Təqsirləndirilən şəxs ondan və qardaşı Ruslandan şikayət edərək guya Anarı tüfənglə hədələdiyini bildirmişdir. O, Mingəçevir şəhər Polis Şöbəsində izahat verən zaman deyilənlərin tamamilə uydurma olduğunu, onun və qardaşının ona heç bir söz demədiklərini, əksinə Anarın onların yaşadıqları evə onlar evdə olmayan zaman gecə saat 03 radələrində gəlib qapını döyüb narahat etdiyini, həmçinin onun və qardaşı Ruslanın Təqsirləndirilən şəxs nə tüfənglə nədə hər hansı bir odlu silah, kəsici deşici əşya ilə hədələməmişlər. O, polis şöbəsində izahat verib qardaşı arvadı Şahid1 ilə polis şöbəsindən çıxan zaman Təqsirləndirilən şəxs ondan öncə şöbənin darvazasından şöbənin qarşısına çıxdı. O, Anardan sonra polis şöbəsinin qarşısına qardaşı arvadı Aygün ilə çıxıb piyada gedən zaman Anarın ona dəqiq eşitmədiyi söz dediyini eşitdi. O isə əli ilə Anara işarə edərək çıxıb getməsini və ondan uzaq olmasını bildirdi. Bu zaman Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlədərək iti addımlarla onun üzərinə gəldi və ilk öncə onu vurmaq istəyən zaman qardaşı arvadı Şahid1 Anarın qarşısına keçdi. Lakin Anar qardaşı arvadı Aygünü itələyərək onu vurmaq istədiyini gördü. O, Anarın onu vurmaq istədiyini görüb polis şöbəsinin giriş qapısı tərəfə kömək üçün qaçmağa başladı. Lakin Anar qardaşı arvadı Aygünü itələyərək ucadan nalayiq ifadələr işlədərək ona çatıb polis şöbəsinin darvazasının giriş hissəsində onun sağ qolundan tutub onun baş nahiyyəsinə 4-5 dəfə yumruqla vurmağa başladı. Onun baş nahiyyəsinə bir neçə dəfə yumruqla vurduqdan sonra Anar qaçaraq oradan uzaglaşdı. Həmçinin bildirmişdir ki, hadisə günorta saat 14 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin qarsşında baş vermişdir. Həmin vaxt oradan tanımadığı şəxslər, piyada və avtomobil ilə hərəkətdə idilər və Anarın onu necə vurmasını və ucadan onun ünvanına nalayiq söyüşlər söyməsini eşidib və görürdülər. Hal-hazırda da Təqsirləndirilən şəxs barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmiş məhkəmədən həbslə əlaqədar olmayan cəza verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-yə yazmış olduğu ərizə ilə, həmçinin Təqsirləndirilən şəxs həmin tarixdə DİN-nin 102 xidmətinə və ərizə ilə Mingəçevir ŞPŞ-yə etmiş olduğu müraciətlərlə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs xalası Səkinə 4 saylı yarımçıq bağçada onunla qonşuluqda yaşayır. Səkinə öz yaşadığı evi Anara qalması üçün vermişdi. 2023-cü ilin iyun ayında Anarm azyaşlı uşağı onun azyaşlı uşağına baxması üçün it vermişdi. Həmin günün gecəsi Anar yaşadığı evə gedib narahatçılıq yaratmış və itini istəmişdir. Həmin söz-söhbət zamanı nə o, nə də ki qardaşı Rüstəm evdə olmamışlar. Bu hadisədən sonra onlar Anan görməmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində onlar Anarı gördü və onunla söhbət etmək istəyirdi və Anara hansı səbəbdən gecə vaxtı onun evinə gedib narahatçılıq yaradır. Lakin, Anar onlarla mübahisə etdi və onların ünvanına nalayiq sözlər dedi. Bununla yanaşı onu hədələmədiyi halda Anar DİN-nin 102 xidmətinə əsassız məlumat verdi. O həmin vaxtı əsəbi və təyziqi olduğu üçün oradan çıxıb getdi. Sonradan ona məlum oldu ki, Anarın müraciəti ilə bağlı Rüstəm izahat vermək üçün Mingəçevir ŞPŞ-yə getmiş, izahat verib polis şöbəsinin inzibati binasından çıxdıqdan sonra Anar yumruq zərbələri ilə onun başına vurub Rüstəmi döymüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkən Rüstəm onun qaynıdır. Anarın xalası onların qonşusudur. Anar xalasıgilin yanında qalır. Anarın bir iti var idi. O, işdə olan vaxt Anar itini gətirib onun uşaqlarına vermişdir. O, axşam işdən evə gələndə iti evdə görmüşdür. İtin kimin olduğunu soruşduqda iti Anarın verdiyini dedilər. Sonra o, uşaqlara, iti aparıb yiyəsinə verməyi bildirdi. Gecə saat 3-də it evdən yoxa çıxdı. Sonra Anar gecə yarısı içkili vəziyyətdə onların məhləsinə gəlmişdir. Anar onların hasarına çıxaraq ona ağzına gələni demiş və pis söyüşlər söymüşdür. Anara bildirdi ki, söyüş söyməsin, ayıbdır. O, gördü ki, Anar dayanmır onu polislə hədələdi. Həmin vaxt evdə qaynı Rüstəm də, öz yoldaşı da yox idi. Anar içkili vəziyyətdə idi. Anara bildirdi ki, onun itindən xəbəri yoxdur. Səhər Anarın xalası Səkinə gəldi. Səkinəyə itin harada olduğunu bilmədiyini dedi. Sonradan it tapılması barədə Anarın xalasına məlumat verdi. Anar şikayət etdiyi üçün onlar polisə izahat vermək üçün getmişdirlər. Orada gördü ki, Anar qaça-qaça gəlib arxadan Rüstəmə iki zərbə vurdu. Ondan sonra Rüstəm özündən getdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur. O, özünə məxsus ağ rəngli Hundai Elantra markalı **-BZ-*** d.q.n-li avtomobil ilə taksi fəaliyyət ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə arvadı Səkinə ona zəng vurub bacısı oğlu Anarın polis şöbəsinə getdiyini və Səkinəni polis şöbəsinə aparmağını bildirdi. xx.xx.2023-cü il tarixdə o, arvadı ilə Mingəçevir şəhər Polis şöbəsinə getdi. X12 və Anarın şikayət etdiyi şəxslərin izahatları alındıqdan sonra onlar polis şöbəsindən çıxdılar və arvadı Səkinə ilə polis şöbəsinin qarşısında ona məxsus avtomobilə əyləşdilər. Səkinə avtomobildə ön oturacaqda əyləşdi. O avtomobili hərəkətə gətirib üzü polis şöbəsi istiqamətində hərəkət etmək istəyən zaman Səkinə avtomobildə qışqıraraq “dalaşırlar, dalaşırlar maşını saxla” dedi və avtomobilin qapısını açıb Anarla Rüstəm tərəfə qaçmağa başladı. O, avtomobili biraz irəli sürüb dayanacaqda saxladı və avtomobildən düşən zaman Anar öz avtomobilinə tərəf qaçırdı. O, şöbənin qarşısına gələn zamn Rüstəmin qardaşı arvadının şöbənin qarşısında şəkəri qalxıb halı pisləşdiyi üçün yerə yıxıldığını gördü. Rüstəmin isə qışqıraraq Anarın ünvanına “məni vurdun sən, məni vurdun!!!” deyirdi. Daha sonra o və arvadı Səkinə avtomobilə əyləşib oradan uzaqlaşdılar. Həmçinin istintaq zamanı baş vermiş hadisə ilə bağlı olaraq videodiksə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mingəçevir şəhər Polis Şöbəsinin qarşısında Rüstəmin baş nahiyyəsindən vuran zaman onun avtmobildən onları görməsi bağlı verilən suala cavab olaraq hadisəni tam xatırlamadığını bildirmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş, iş üzrə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1993-cü il tarixdən Mingəçevir şəhəri, 4 saylı uşaq baxçasında məskunlaşmışlar. Onunla qonşuluqda Rüstəm və Ruslan adlı qardaşlar yaşayır. Onların münasibətləri həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində bacısı oğlu Anar onlara gəlmişdi. Onlar evdə olan zaman qonşusu Ruslan gəlib qapıdan Anarı küçəyə çağırdı. Anar isə durub Ruslanın yanına getdi. Təxminən 10 dəqiqə sonra o, narahat olduğu üçün küçəyə çıxanda Anarla Ruslanın söhbət etdiyini gördü. O, Anarı evə çağırdı. Həmin vaxt Ruslanın qardaşı Rüstəmdə gəldi. Ruslanın yaşadıqları evə girdiyini gördü. Rüstəm, qonşuları Mehralı Anarla söhbət edən zaman o, Ruslanın evdə çıxan zaman belində mətbəx bıçağı olmasını gördü və səs küy saldı. Bu zaman Anar qaçıb getdi. Daha sonra öyrəndi ki, Anar Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib. Bundan sonra o, əri Azərə zəng vurub gəlib onu Mingəçevir şəhər Polis Şöbəsinə aparmağı xahiş etdi. Mingəçevir şəhər Polis Şöbəsində o, Anar və digərləri izahat verdikdən sonra polis şöbəsində çıxdı və əri Azərin avtomobilinə əyləşdi. Azər avtomobili hərəkətə gətirmək istəyən zaman Anarın Rüstəm tərəfə gəldiyini görüb qışqıraraq Azərə avtomobili saxlamasını, dalaşmaqlarının qarşısını almaqlarını bildirdi. O, avtomobildən düşən zaman Anar qaçaraq öz avtomobilinə əyləşib avtomobili işə salıb uzaqlaşdığını gördü. Həmin vaxt orada Aygünün halı pisləşdi. Həmçinin istintaq zamanı baş vermiş hadisə ilə bağlı olaraq videodiksə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mingəçevir şəhər Polis Şöbəsinin qarşısında onun gözünün qarşısında Rüstəmin baş nahiyyəsindən vurması ilə bağlı verilən suala cavab olaraq hadisəni tam xatırlamadığını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsi də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhər ərazisində saxlanılaraq Mingəçevir ŞPŞ-nə təhfil verilmişdir. 16 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. 10 dekabr 2023-cü il tarixli əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. 11 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yenidən ittiham elan edilərək təqsirləndirilən şəxs kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X6 Mərkəzinin xx.xx.2023-cü il tarixli 548 saylı rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: beyin silkələnməsi ilə müşayiət olunan başın yumuşaq toxumalarının hematoması bərk küt əşyanın (alət-lərin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixdə cinayət işinə əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məmmədov X7 şəhər Polis Şöbəsinin darvazasından çıxdıqdan sonra onun arxasınca Mingəçevir şəhər Polis şöbəsinin darvazasından çıxan Zərərçəkmiş şəxs üzərinə hücum etmək istəyərkən Şahid1 Təqsirləndirilən şəxs qarşısına almağa çalışmasına baxmayaraq Təqsirləndirilən şəxs Şahid1nm hərəkətlərinə məhəl qoymaraq Zərərçəkmiş şəxs üzərinə hücum edərək onun qolundan tutub baş nahiyyəsindən bir neçə dəfə yumruq vuraraq sonuncuya yüngül bədən xəsarəti yetirmişdir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1589 saylı arayışdan görünür ki, Məmmədov X7 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1653 saylı arayışdan görünür ki, Məmmədov X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan 613 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov X7 şəhəri 20 Yanvar küçəsi ev 20, mənzil 14 ünvanda yaşamır. İşdə olan xasiyyətnamədən görünür ki, Məmmədov X7 şəhər 20 Yanvar küçəsi ev 20, mənzil 14 ünvanda yaşadığı müddətdə 12 saylı MİS-nə barəsində heç heç bir şikayət daxil olmamışdır. “Azemis” X3 verilmiş sorğuya əsasən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı iki nəfər uşaqları vardır. 18 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünr ki, zərərəçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış və götürmə protokolu, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 548 nömrəli rəyi sübut növü kimi qəbul edilmişdir. Cinayət işinə əlavə olunmuş 24 oktyabr 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan zərərçəkən X10 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi (CM-nin 59.1.12), həmçinin himayəsində az yaşlı uşaqlarının olması (CM-nin 59.1.4) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhər ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhər ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhər hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar