Məhkəmə qərarları › İş №1(051)-59/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-59/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-59/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olmayan, Kəlbəcər rayunu İstibulaq kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən evdə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni onun özünə yeni telefon almasına Zərərçəkmiş şəxs narazılıq etməsi səbəbindən o, Zərərçəkmiş şəxs yaşadığı evin qonaq otağında itələyib yerə yıxaraq, sağ ayağı ilə onun sifət nahiyyəsinə zərbə vurub, ona alt çənədə qançır, yanaqlarında şişkinlik, alt çənə sümüyünün qapalı sınığı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozumasına səbəb olmuş qəsdən sağlamlağına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə axşam saat 19:00 radələrində işdən evə gəldi. Anası və həyat yoldaşı Qəndaf evdə idilər. Onlara özünə kreditlə yeni mobil telefon aldığını dedikdən sonra Qəndaf ona soyuq davranmağa başladı. Onlar bir qədər evdə söhbət etdikdən sonra anası onları yeməyə dəvət etdi. Lakin Qəndaf yenə də soyuq şəkildə yemək yeməyəcəyini deyərək ona da telefon almağını bildirdi. O isə Qəndafa telefon almağa maddi imkanı olmadığını dedi. Sonra isə Qəndaf anası ilə sözlə mübahisə etdiyi üçün əsəbləşib Qəndafı boğaz nahiyyəsindən itələdi. Bu zaman Qəndaf müavizinətini saxlaya bilməyib yataq otağına tərəf getdi və yerə yıxıldı. O, Qəndafa nə üçün belə danışdığını dedikdə sonuncu ona yaxşı elədiyini dediyi üçün əsəbləşib ayağı ilə o, yerdə uzanıqlı vəziyyətdə olarkən onun üzünə zərbə vurdu. Anası Gülbahar onu aralaşdırdı. xx.xx.2021-ci il tarixdə isə axşam işdən evə gələrkən Qəndafın evdən çıxaraq anası evinə getdiyi bildi. Əməlində peşimandır. Şikayət verən Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə axşam saat 19 radələrində o, qayınanası Gülbaharla evdə olarkən həyat yoldaşı Rahib evə gəldi və mobil telefon aldığını dedi. O, maddi imkanları olmadığı halda mobil telefon aldığına görə Rahibə ö iradını bildirdi. Onlar söhbət edərkən qayınanası Gülbahar onu süfrəyə dəvət etdi, lakin o, ac olmadığını bildirdi. Bu zaman qayınanası ona qarnı qurdlu olduğunu, Rahibin aldığı telefonu gözünün götürmədiyini dedi. Bu zaman onların aarasında sözlə mübahisə yarandı. Rahib ona yaxınlaşıb anası ilə düzgün danışmasını bildirərək əlləri ilə onu boğmağa çalışdı, sonra isə saçından tutaraq qonaq otağından yataq otağına apararaq itələdi. O, yerə yıxıldı. Rahib ayaq zərbəsi ilə onun üzünə zərbə endirdi. Lakin həmin vaxt qorxduğu üçün Rahibdən şikayət etmədi, xx.xx.2021-ci il tarixdə isə Rahib evdə olmayan zaman o, anasının yaşadığı evə gedərək anasına döyüldüyünü, çənəsinin ağrıdığını dedi, anası da bundan sonra xx.xx.2021 -ci il tarixdə onu şəhər mərkəzi xəstəxanasına apardı. Orada onun çənəsində sınıq olduğu müəyyən edildi. O, bundan sonra həyat yoldaşı Rahibin onu döyməsi ilə əlaqədar olaraq Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək qanuni tədbir görülməsini tələb etdi. Təqsirləndirilən şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirdi ki, xx.xx.2021-ci il tarixdə axşam saat 19 radələrində oğlu işdən evə gəldi və onlara kreditlə yeni mobil telefon aldığını dedi. Bu zaman Qəndaf onunla soyuq davranmağa başladı. Onlar bir qədər evdə söhbət etdikdən sonra o, Qəndafı yeməyə dəvət etdi, sonuncu isə yenə də soyuq şəkildə yemək yeməyəcəyini, Rahibə nə üçün ona da telefon almadığını dedi. Rahib isə ona telefon işlətməyin qadağan olduğunu dedi, bir qədər sonra isə onlar mübahisə etməyə başladılar. X4 “sən qadınlarla danışırsansa məndə kişilərlə danışacam” deyən zaman əsəbi halda Qəndafı itələdi. Qəndaf yerə yıxıldı, bu zaman isə yerdə Rahibə söyüş söydüyü üçün Rahib bir dəfə də sağ ayaqla Qəndafın üzünə zərbə endirdi. O, isə bu zaman onları aralaşdırmağa çalışdı. O, Rahibi geri çəkib onun düzgün etmədiyini dedi və Rahib evdən çölə çıxdı. Bundan sonra öz aralarında baş verən mübahisə olduğu üçün barışacaqlarını düşündü. xx.xx.2021 -ci il tarixdə isə Qəndaf ona həyətə paltar asacağını dedi, lakin həmin gün o, sonradan bildi ki, Qəndaf həyətdən çıxıb anası-gilə gedib. Daha sonra isə oğlu polis şöbəsinə çağırıldığı üçün o, Qəndafın Rahibdən şikayət etdiyini bildi. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və Təqsirləndirilən şəxs ilə təxminən 5 ildir ki, evlidirlər. Onların bu nikahdan bir azyaşlı qız övladları vardır. xx.xx.2021-ci il tarixdə qızı Qəndaf onun yaşadığı evə gəldi. O, Qəndafın üzündə şişkinlik olduğunu görüb ondan nə baş verdiyini soruşduqda, sonuncu ağlayaraq Rahibin xx.xx.2021 -ci il tarixdə axşam saat 21 radələrində onu döydüyünü, ayaqla üzünə zərbə vurduğunu, çənəsinin ağrıdığını dedi. O, gecə olduğu üçün səbirli olmasını, səhər onu xəstəxanaya aparacağını bildirdi. Səhəri gün, yəni xx.xx.2021 -ci il tarixdə şəhər mərkəzi xəstəxanasına getdilər. Orada qızının çənəsində sınıq olduğu müəyyən edildi. Bundan sonra qızı ilə birlikdə şəhər polis şöbəsinə getdilər, qızı Rahibin onu döyməsi ilə əlaqədar olaraq Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət etdi. İşin 7-ci vərəqində olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 61 saylı rəyindən göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: alt çənəsində qançır, yanaqlarında şişkinlik, alt çənə sümüyünün qapalı sınığı, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2021 -ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığın uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs yaşadığı evin qonaq otağında itələyib yerə yıxaraq, sağ ayağı ilə onun sifət nahiyyəsinə zərbə vurub, ona alt çənədə qançır, yanaqlarında şişkinlik, alt çənə sümüyünün qapalı sınığı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozumasına səbəb olmuş qəsdən sağlamlağına az ağır zərər vurmuşdur. Bununla da əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şikayət verən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 37-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 34-35-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı var. Cəza təyin edilərkən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olması, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X1 göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar