Məhkəmə qərarları › İş №1(051)-59/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-59/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-59/2022 19.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, ev 4, mənzil 67-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Şəfa bağ masivi 4-cü küçədə yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 aprel 2022-ci il tarixdə, saat 16:45-də açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin 06.02.2020-ci il tarxili hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub Mingəçevir şəhər Məhkəməsinin 17.11.2021-ci il tarixli qərarına əsasən “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasıl Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib islah olunmayaraq, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon torbanın içərisində olan göy-ağ rəngli kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 0.975 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 11.02.2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, keçmiş Ağciyər xəstəxanasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – heroin əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, o, Mingəçevir şəhəri, Şəfa bağ massivi 4-cü küçədə yaşayır. 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi ilə piyada gedərkən dəmir körpünün baş tərəfində yerdən şəffaf rəngli sellafona bükülmüş büküm tapmışdır. O, həmin büküm maraqlı olduğu üçün həmin bükümü yerdən götürüb açıb içərisinə baxmış və o, narkotik vasitədən istifadə etdiyi üçün bükümün içərisindəkinin nakotik vasitə olan heroin olmasını iyindən və rəngindən tanımışdır. Bundan sonra o, ətrafa baxmış və heç kimin görmədiyinə əmin olduqdan sonra həmin bükümü özü istifadə etmək üçün əynimdəki yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibinə qoymuşdur. Bundan sonra o, imkan düşdükcə həmin bükümün içərisində olan heroindən 2 dəfə təklikdə istifadə etmişdir. 11.02.2022-ciu il tarixdə saat 15 radələrində o, Şəfa bağ massivindən çıxıb keçmiş ağciyər xəstəxanasının yanı ilə piyada gedən zaman 07.02.2022-ci il tarixdə Mingəçevir Şəfa bağ massivində dəmir körpünün baş tərəfindən yerdən tapdığı narkotik vasitə olan heroin əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibində imiş. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Daha sonra onun maddi durumu yaxşı olmadığından növbətçi vəkil polis şöbəsinə dəvət olunmuş və həmin gün saat 15 radələrində polis şöbəsinin NH-nin qarşısında hüquqlarını müdafiə etmək üçün vəkil X3 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilərkən əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən bir ədəd şəffaf sellafon torbaya bükülmüş göy-ağ rəngli büküm və bir ədəd şpris aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərimdən qanunla daşınması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və heroinə oxşar kütlənin ümumi çəkisi 1.26 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 07.02.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən dəmir körpünün baş tərəfindən yerdən tapmışdır. Həmçinin o verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni 07.02.2022-ci il tarixdə saat 11 radələrində Şəfa bağ massivi dəmir körpünün baş tərəfindən yerdən tapmış, cibində olan şprisi cibində olan narkotik vasitə olan heroindən istifadə etmək üçün gəzdirdiyini və cibində olan narkotikdən iki dəfə istifadə etdiyini və hər dəfəsində yeni şprisdən istifadə etdiyini bildirmişdir.Həmçinin o bildirmişdir ki, o narkotik bvasitələrin satışı ilə məşğul deyil, yalnız narkotik vasitədən özü üçün istifadə edir. Etdiyi əməldən peşandır. Məhkəmədən ona cəza təyin edərkən cavanlığını və törətdiyi əməldən səmimi peşmanlığını nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 11.02.2022-ci il tarixdə saat 15 radələrində mən və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Samux küçəsi, keçmiş ağciyər xəstəxanasının yaxınılığından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Daha sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən bir ədəd şəffaf rəngli sellafonın içərisində bir ədəd göy-ağ rəngli bükümə bükülmüş büküm aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd göy-ağ rəngli bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd göy-ağ rəngli bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə oxşar kütlənin ümumi çəkisi 1.26 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd göy-ağ rəngli kağıza bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 07.02.2022-ci il tarixdə təxminən saat 11 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi ilə piyada gedən zaman dəmir körpünün baş tərəfindən yerdən taparaq əynindəki yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibinə qoyub üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işi materiallarında olan 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellafon torbanın içərisində bir ədəd göy-ağ rəngli olan bükümün içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12.02.2022-ci il tarixli 17/143 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellafona bükülmüş 01(bir) ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0.975 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.975 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.925 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilməsi barədə qərarın çıxarılması nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18.02.2022-ci il tarixli 202 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 06.02.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəinin 17.11.2021-ci il tarixli qərarına əsasən “08 noyabr – Zəfər Günü münasibəti“ ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi 05.11.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən və Ədliyyə Nazirliyi yanında Penitensiar xidmətinin Şəki penitensiar müəssisəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2020-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05.11.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər İcra hakimiyyəti yanında MKT İstehsalat Birliyi tərəfindən verilmiş 187 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə qonşularından və ictimaiyətdən Mənzil Kommunal Təsərrüfatı Birliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, Mingəçevir şəhər Məhkəməsinin 06.02.2020-ci il tarxili hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub Mingəçevir şəhər Məhkəməsinin 17.11.2021-ci il tarixli qərarına əsasən “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasıl Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib islah olunmayaraq, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf rəngli sellafon torbanın içərisində olan göy-ağ rəngli kağıza bükülmüş bükümün içərisində təmiz çəkisi 0.975 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 11.02.2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, keçmiş Ağciyər xəstəxanasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – heroin əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və şəxsin əməlini etiraf edib səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, Amnistiya aktının tətbiq edilməsi barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki penitensiar müəssisəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli Qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Lakin qərarda onun üzərindən məhkumluğun götürülməsi qərara alınmamışdır. Buna baxmayaraq “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 7-ci bəndindən görünür ki, “Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün”. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman üzərindən məhkumluğu götürüldüyündən əməllərindlə cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olamasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, ilk dəfə az ağır cinayət törətməsini, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsinə baxmayaraq eyni xarakterli əməli təkrarən törətməsini, narkotik vasitələrin aludəçisi olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materialında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş Mingəçevir şəhər Məhkəməsinin 4(051)-13/2022 saylı Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,925 qram olan narkotik vasitə heroin qalığı məhv edilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,925 qram olan narkotik vasitə heroin qalığı məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar