Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-59/2023 26.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu, Maşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu Məşəd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi, 41 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən gündəlik tələbat mallarının satışı ilə məşğul olduğu mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2022-ci ilin fevral ayından iyun ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs onun adına olan 416973******5727 nömrəli **********0954894 hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 12:37-də ünvan 2 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 400 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:18-də ünvan 3 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 110 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:37-də Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən “Araz Supermarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 100 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 14:00-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 50 manat, xx.xx.2022-ci il tarixdə saat 15:41-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat, xx.xx.2022-ci il tarixdə saat 15:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 14:08-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 15:04-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 15:02-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 120 manat, xx.xx.2022-ci il tarixdə saat 15:59-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 260 manat, xx.xx.2022-ci il tarixdə, saat 22:10-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 12:01-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 500 manat, xx.xx.2022-ci il tarixdə saat 21:48-də Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 21:02-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20manat,xx.xx.2022-ci il tarixdə saat 11:45-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 150 manat, xx.xx.2022-ci il tarixdə saat 12:32-də «Onlayn Ödeme MMC”vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 21:58-də ünvan 4 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış eManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 140 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 22:54-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat, xx.xx.2022-ci il tarixdə saat 13:31-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 11:02-də“Onlayn Ödeme MMC” vasitəsi ilə 15 manat, xx.xx.2022-ci il tarixdə saat 15:13-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 15:19-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 24 manat, xx.xx.2022-ci il tarixdə saat 15:45-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 28 manat, xx.xx.2022-ci il tarixdə saat 18:20-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 123 manat, xx.xx.2022-ci il tarixdə saat 09:47-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 600 manat,xx.xx.2022-ci il tarixdə saat 14:22-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 16:59-da“Onlayn Ödeme MMC” vasitəsi ilə 130 manat, xx.xx.2022-ci il tarixdə saat 19:52-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 18:50-də ünvan 4 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış eManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 201 manat, xx.xx.2022ci il tarixdə saat 14:34-də 200 manat, xx.xx.2022-ci il tarixdə saat 18:43-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 90 manat, xx.xx.2022-ci il tarixdə saat 19:30-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 16:28-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 220 manat, xx.xx.2022-ci il tarixdə saat 16:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 290 manat, xx.xx.2022-ci il tarixdə saat 16:51-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat, xx.xx.2022-ci il tarixdə saat 20:26-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 70 manat, xx.xx.2022-ci il tarixdə saat 21:17-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 160 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:17-də ünvan 5 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 400 manat, xx.xx.2022-ci il tarixdə saat 20:53-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 22:06-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 09:44-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 150 manat, xx.xx.2022-ci il tarixdə saat 15:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 17:25-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 18:25-də “OnlaynÖdeme MMC” vasitəsi ilə 35 manat, xx.xx.2022-ci il tarixdə saat 22:26-da ünvan 3 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat, xx.xx.2022-ci il tarixdə saat 17:22-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 5 manat, xx.xx.2022-ci il tarixdə saat 18:30-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 66 manat, xx.xx.2022-ci il tarixdə saat 20:59-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 66 manat, xx.xx.2022-ci il tarixdə saat 12:50də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 50 manat, xx.xx.2022-ci il tarixdə saat 23:41-də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 130 manat, xx.xx.2022-ci il tarixdə saat 23:42-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 23:49-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 15:32-də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 161 manat, xx.xx.2022-ci il tarixdə saat 21:57-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 120 manat, xx.xx.2022-ci il tarixdə saat 22:58-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 18:11 -də “Onlayn Ödeme MMC” vasitəsi ilə 200 manat, xx.xx.2022-ci il tarixdə saat 21:57-də ünvan 7 ünvanda yerləşən “AL Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 120 manat, xx.xx.2022ci il tarixdə saat 18:15-də ünvan 4 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 1 manat məbləğdə olmaqla,ümumilikdə elektron ödəmə sistemləri vasitəsi ilə göndərdiyi 7395 manat məbləğdə, tanışı Şahid2 vasitəsi ilə verdiyi 3000 manat məbləğdə, qeyd olunan müddət aralığında Mingəçevir şəhəri ərazisində özünün şəxsən verdiyi 7605 manat məbləğ olmaqla, ümumilikdə ona məxsus 18000 (on səkkiz min) manat məbləğdə pulu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs X3 18000 (on səkkiz min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2022-ci ilin yanvar ayından müvəqqəti olaraq Mingəçevir şəhərində yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin yanvar ayında Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən “OBA” marketdə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyətində mağaza işlədirdi. Həmin vaxtdan sonra da münasibətləri yaranmış və o, Lalənin bacıları ilə də tanış olmuşdur. Bundan sonra yaxın münasibətləri yaranmışdır. Belə ki, o, dəfərlələ Lalə və Lalənin bacılarına müxtəlif işlərdə köməklik göstərmişdir. Həmçinin Lalənin işlətdiyi mağazaya müxtəlif məhsulların verilməsinə köməklik etmiş, eləcə də dəfələrlə onlara pulla bağlı köməklik etmişdir. 2022-ci ilin fevral ayında Naibə ilə mobil telefon vasitəsi ilə danışarkən o, Laləyə 1800 manat borcu olduğunu bildirmişdir. Naibə isə ona özündə pul olduğunu və ona 1800 manat məbləğdə pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, öz adına olan kart hesabını Naibəyə göndərmiş, Naibə də ona 1800 manat məbləğdə pul göndərmişdir. Bundan sonra müxtəlif vaxtlarda Naibə və Lalə bacıları ona təxminən 8000 manat məbləğdə borc pul vermişlər. Bundan sonra bir neçə dəfə Laləgillə əlaqə saxladıqda ondan pul istəmiş, o da Laləgilə təxminən 400 manat məbləğdə pul göndərmişdir. Lakin, 2022-ci ilin yay aylarında Lalə ona telefon vasitəsi ilə zəng edərək onun Lalədən 14000 manat məbləğdə pul aldığını bildirmişdir. O, isə Laləyə bu məbləğdə pul almadığını bildirmişdir. Bundan sonra Lalə və bacıları onların yaşadıqları Ağdaş rayonu Maşad kəndinə getmişlər. Həmin vaxtlar o, Lalə və Naibəyə ümumilikdə 3500 manat məbləğdə pul qaytarmışdır. Həmçinin aralarında şifahi olaraq razılaşmışlar ki, o, hər ay Laləyə 500 manat məbləğdə pul verəcəkdir. Lakin imkanı olmadığı üçün aldığı pulu geri qaytarmamışdır. Bununla belə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, yaşadığı evin həyətyanı sahəsində yerləşən gündəlik tələbat malları mağazasını işlədir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanımışdır. Belə ki, daima Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “OBA” marketdən müxtəlif ərzaq məhsullarını alıb yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazada satır. 2022-ci ilin yanvar ayında yenə də həmin mağazadan müxtəlif ərzaq məhsullarını alarkən, təsadüfən Cəlal adlı şəxslə tanış olmuşdur. Belə ki, Cəlal onun müxtəlif ərzaq məhsullarından bir neçə ədəd aldığını görüb nə işlə məşğul olduğunu soruşmuş, o da Cəlala yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazada aldığı ərzaq məhsullarını satdığını bildirmişdir. Söhbət əsnasında Cəlal ona özünü sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək “OBA” marketlər şəbəkəsinin müxtəlif vəzifəli şəxslərini tanıdığını bildirmiş, həmin şəxslərin vasitəsi ilə ona yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik göstərə biləcəyini demişdir. Həmin zaman bir-birinə telefon nömrələrini vermişlər. Sonradan Cəlalla aralarında münasibət yaranmışdır. Cəlal onun yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik etmək üçün ondan 18000 manat məbləğdə pul istəmişdir. O isə həmin məbləğdə pulu qısa müddətə verə bilməyəcəyini, lakin bir neçə ay ərzində həmin pulu Cəlala verə biləcəyini bildirmişdir. Cəlal da onunla razılaşmışdır. Bundan sonra o, müxtəlif vaxtlar ərzində Təqsirləndirilən şəxs 18000 manat məbləğdə pul vermişdir. Belə ki, həmin pulların bir hissəsini Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsi ilə bir hissəsini isə əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Yəni 2022-ci ilin mart ayı ərzində o, Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına Mingəçevir şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsi ilə 1991 manat, 2022-ci ilin aprel ayında 3831 manat, 2022-ci ilin may ayında 1573 manat məbləğdə ümumilikdə 7395 manat məbləğdə pul göndərmişdir. Qalan pulu isə əlbəəl Mingəçevir şəhəri ərazisində görüşən zaman Cəlala vermişdir. Həmin pulun bir hissəsini, yəni 3000 manatı isə hisə-hissə olmaqla tanışı taksi fəaliyyəti ilə məşğul olan Fevral adlı şəxsin vasitəsi ilə Cəlala göndərmişdir. Hazırda işə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1f qızı ifadəsində göstərdi ki, bacısı Lalə yaşadığı evin həyətyanı sahəsində yerləşən gündəlik tələbat malları mağazasını işlədir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanımışlar. Belə ki, bacısı Lalə daima Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “OBA” marketdən müxtəlif ərzaq məhsullarını alıb yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazada satır. 2022-ci ilin yanvar ayında yenə də həmin mağazadan müxtəlif ərzaq məhsullarını alarkən təsadüfən Cəlal adlı şəxslə tanış olmuşdur. Cəlal özünü sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək “OBA” marketlər şəbəkəsinin müxtəlif vəzifəli şəxslərini tanıdığını və həmin şəxslərin vasitəsi ilə Laləyə yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik göstərə biləcəyini bildirmişdir. Həmin vaxt Lalə ilə Cəlal bir-birinə telefon nömrələrini vermişlər. Sonradan aralarında münasibət yaranmışdır. Cəlal Laləyə yaşadığı evin həyətyanı sahəsində yerləşən mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik etmək üçün 18000 manat məbləğdə pul istəmişdir. Lalə isə həmin məbləğdə pulu qısa müddətə verə bilməyəcəyini, lakin bir neçə ay ərzində həmin pulu Cəlala verə biləcəyini bildirmişdir. Cəlal da Lalə ilə razılaşmışdır. Bundan sonra Lalə müxtəlif vaxtlar ərzində Təqsirləndirilən şəxs 18000 manat məbləğdə pul vermişdir. Belə ki, həmin pulların bir hissəsini Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsilə, bir hissəsini isə əlbəəl Təqsirləndirilən şəxs vermiş, yəni 2022-ci ilin mart ayı ərzində bacısı X4 göndərdiyi kart hesabına Mingəçevir şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemləri terminalı vasitəsilə 1991 manat, 2022-ci ilin aprel ayında 3831 manat, 2022-ci ilin may ayında 1573 manat məbləğdə ümumilikdə 7395 manat məbləğdə pul göndərmişdir. Qalan pulu isə əlbəəl Mingəçevir şəhəri ərazisində görüşən zaman Cəlala vermişdir. Həmin pulun bir hissəsini, yəni 3000 manatı isə hissə- hissə olmaqla tanışı, taksi fəaliyyəti ilə məşğul olan Fevral adlı şəxsin vasitəsi ilə Cəlala göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Şahid1f qızı ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə Mingəçevir şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Daima Mingəçevir şəhəri, M.Maqomayev prospektində dayanır. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtlar Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən binada kirayə mənzildə yaşamışdır. Cəlal daima ona məxsus avtomobillə müxtəlif ünvanlara gedib gəlmişdir. Münasibətləri yaranan zaman Cəlal özünü ona sahibkar kimi təqdim etmişdir. Ona bildirmişdir ki, Bakı və Ağdaş şəhərlərində böyük ticarət obyektləri var. Zərərçəkmiş şəxs və bacılarını da Cəlala görə tanımışdır. Belə ki, həmin ərəfələrdə Cəlal ona məxsus avtomobillə bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Sonradan Cəlal ona bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib Lalədən pul alıb gətirməyini bildirmişdir. O da bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib Lalədən pul alıb gətirib yaşadığı evin yaxınlığında Cəlala vermişdir. Lakin həmin pulun məbləğini bilməmiş, çünki Lalə ona pulu verəndə o, pulu saymamışdır. Təxminən 2022-ci ilin aprel-may aylarından sonra Cəlalla görüşə bilməmişdir. Belə ki, Cəlal Mingəçevir şəhərindən çıxıb getmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə görüşəndə Lalə ona Cəlalın onlardan aldadıb 18000 manat məbləğdə pul aldığını bildirmişdir. Bununla, yanaşı məhkəmə, həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan baxış keçirilmə və götürülmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən qəbzlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs adına olan 416973******5727 nömrəli **********0954894 hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 12:37-də ünvan 2 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 400 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:18-də ünvan 9 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 110 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:37-də Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən “Araz Supermarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 100 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 14:00-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 50 manat, xx.xx.2022-ci il tarixdə saat 15:41 -də “Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat, xx.xx.2022-ci il tarixdə saat 15:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 14:08də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 15:04-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 15:02-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 120 manat, xx.xx.2022-ci il tarixdə saat 15:59-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 260 manat, xx.xx.2022-ci il tarixdə saat 22:10-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat, xx.xx.2022-ci il tarixdə saat 12:01-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 500 manat, xx.xx.2022-ci il tarixdə saat 21:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 21:02-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 11:45-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 150 manat, xx.xx.2022-ci il tarixdə saat 12:32-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat, xx.xx.2022-ci il tarixdə saat 21:58-də ünvan 4 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış eManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 140 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 22:54-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat, xx.xx.2022-ci il tarixdə saat 13:31-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat ll:02-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 15 manat, xx.xx.2022-ci il tarixdə saat 15:13-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 15:19-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 24 manat, xx.xx.2022-ci il tarixdə saat 15:45-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 28 manat, xx.xx.2022-ci il tarixdə saat 18:20-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 123 manat, xx.xx.2022-ci il tarixdə saat 09:47-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 600 manat, xx.xx.2022- ci il tarixdə saat 14:22-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə saat 16:59-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 130 manat, xx.xx.2022-ci il tarixdə saat 19:52- də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 18:50-də ünvan 10 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış eManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 201 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 14:34-də 200 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:43-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 90 manat, xx.xx.2022-ci il tarixdə saat 19:30da “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat, xx.xx.2022-ci il tarixdə saat 16:28-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 220 manat, xx.xx.2022-ci il tarixdə saat 16:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 290 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 16:51-də "Onlayn Ödeme MMC” vasitəsi ilə 10 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 20:26-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 70 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:17-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 160 manat məbləğdə, xx.xx.2022ci il tarixdə saat 18:17-də ünvan 2 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 400 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 20:53-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 22:06-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat məbləğdə, xx.xx.2022ci il tarixdə saat 09:44-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 150 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 15:48-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 17:25-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:25-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 35 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 22:26-da ünvan 9 ünvanda yerləşən “5+ Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 17:22-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 5 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:30-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 66 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 20:59-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 66 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 12:50-də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 50 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 23:41-də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 130 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 23:42-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 100 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 23:49-da “Onlayn Ödeme MMC” vasitəsi ilə 20 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 15:32-də ünvan 6 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 161 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:57-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 120 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 22:58-də “Onlayn Ödeme MMC” vasitəsi ilə 40 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:11 də “Onlayn Ödeme MMC” vasitəsi ilə 200 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 21:57-də ünvan 7 ünvanda yerləşən “AL Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 120 manat məbləğdə, xx.xx.2022-ci il tarixdə saat 18:15-də ünvan 10 ünvanda yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsi ilə 1 manat məbləğdə olmaqla, 2022-ci ilin mart ayı ərizində 1991 manat, 2022-ci ilin aprel ayında 3831 manat, 2022-ci ilin may ayında 1573 manat məbləğdə ümumilikdə 7395 manat məbləğdə pulun göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1f qızı ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qııznın etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda əmlakını ələ keçirməklə, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə X2 18000 (on səkkiz min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs X3 18000 (on səkkiz min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin dələduzluq kimi qiymətləndirilməsinə dair öz qənaətini onunla əsaslandırır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkzibedilməz sübutlara əsasən, onun niyyəti zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirib onu aldatmaqdan ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Günəş küçəsi, 41 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən gündəlik tələbat mallarının satışı ilə məşğul olduğu mağazanın “OBA” marketlər şəbəkəsinə qoşulmasına köməklik edəcəyini vəd edərək, zərərçəkmiş şəxsi aldadaraq, onun pul vəsaitlərini almış, lakin həmin pul vəsaitlərini geri qaytarmayaraq dələduzluq niyyətini həyata keçirmişdir. Bununla da təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əlverişsiz vəziyyətə salmaqla, onun etibarından suiistifadə etmək və aldatmaq yolu ilə əmlaklarını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq niyyətini gerçəkləşdirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla razılıq əldə edib barışmasını və himayəsində bir nəfər azyaşlı uşağının olmasını, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il tarixdə doğulmuş Xədicə, xx.xx.2008-ci il tarixdə doğulmuş Lalə adlı yetkinlik yaşına çatmayan və xx.xx.2010-cu il tarixdə doğulmuş Aminə adlı azyaşlı uşaqları vardır. İşdə olan "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqqətən ünvan 1 ünvanında yaşayır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsinə baxmayaraq, ona cəza təyin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilsə də, hazırda təqsirləndirilən şəxsin cinayət məsuliyyətin azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi midarda vəsaiti dövlət büdcəsinə ödəməmiş, həmçinin ödəsə belə cinayət işi materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai rayonu Polis İdarəsində AR CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Ona görə də təqsirləndirilən şəxsin CM-in 72–73-2 və 74-1-ci maddələri üzrə cinayət məsuliyyətindən azad olunması istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, AR CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən və o, AR CM-nin 178.2.4-cü maddəsi ilə barəsində olan hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilə bilməz. Bununla belə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsini məhkəmə onun barəsində cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş və cəza təyin edərkən nəzərə almışdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Bundan sonra isə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Eləcə də, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimakn tədbiri seçilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 01 ay 15 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 01 ay 15 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 03 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs hazırda Ağdaş rayonu Məşəd kəndində yaşayış yeri üzrə qeydiyyatda olsa da, faktiki olaraq ünvan 11 ünvanında yaşayır və Bakı şəhərində DVR seriyalı, 103547 nömrəli fərqlənmə nişanı əsasında taksi fəaliyyəti göstərməklə məşğul olur. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını faktiki yaşadığı və işlədiyi yer üzrə çəkməlidir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut yoxdur, həmçinin müsadirə edilməli olan əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-59/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-59/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver