Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-59/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hüquq verən saxtalaşdırılmış rəsmi sənədlərdən istifadə etməklə kredit müqaviləsi üzrə bankdan pul vəsaiti götürmək üçün şəxsiyyəti istintaqla məlum olmayan, pul müqabilində qanunsuz saxta rəsmi sənəd hazırlayan “Vəli” adlı şəxsə 03 iyul 2023-cü il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etmiş, 13 iyul 2023-cü il tarixdə saat 12 radələrində şəxsiyyəti istintaqla məlum olmayan “Vəli” adlı şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti, 58A ünvanının yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb istintaqla məlum olmayan tarixdə və şəraitdə saxtalaşdırılaraq qanunsuz hazırlanmış, üzərindəki möhür əksi birbaşa klişe ilə vurulmayan, axınlı printerdən çap edilmiş "xxxx" ASC-nin Mingəçevir Filialının 13 iyul 2023-cü il tarixli rəsmi sənəd hesab olunan hesabdan çıxarışını və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs adına rəsmi sənəd hesab olunan 023436 nömrəli Pensiya vəsiqəsini istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs həmin sənədlər əsasında bankdan kredit müqaviləsi üzrə kreditə pul vəsaiti götürüldükdə həmin vəsaitdən müəyyən məbləğin verilməsi şərti ilə satmış, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 13 radələrində bilə-bilə həmin saxta sənədləri istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri H.Əliyev prospekti 58A ünvanında yerləşən filialına təqdim etməklə istifadə etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, bir neçə dəfə banklardan kredit müqaviləsi ilə pul götürüb vaxtı-vaxtında ödənişlərini etmişdir. Lakin borcları olduğu və pula ehtiyacı olduğu üçün bankdan 10.000 manat kredit götürməli olmuşdur. Çünki ustalıqdan başqa da taksi fəaliyyəti ilə məşğul olur. Həmin ərəfələrdə avtomobildə nasazlıqlar yaranmış və onun da təmirinə pul lazım olmuşdur. 03 iyul 2023-cü il tarixdə Gəncə şəhərində yaşayan qardaşıgilə Mercedes markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən yoldan bir nəfər müştəri götürmüşdür. Həmin şəxs Yevlax rayonunda düşəcəyini bildirmişdir. Həmin şəxs avtomobilə əyləşdikdən etibarən yol boyu mobil telefonla danışmışdır. Həmin şəxs bir kəslə danışarkən 3.000 manat ver, digər şəxslə danışarkən ona 5.000 manat düşəcəyini demişdir. Həmin şəxsin danışığı onun diqqətini çəkdiyindən bu barədə maraqlanmaq istəmişdir. Həmin şəxs ona özünü Vəli kimi təqdim etmişdir. Həmin şəxs ona bildirmişdir ki, o, əvvəllər Bank Respublikada işləmişdir. O həmin şəxsə kredit lazım olduğunu demişdir. Həmin şəxs ondan əvvəllər bankda kreditinin olubolmadığını soruşmuşdur. O isə əvvəllər kredit götürdüyünü, lakin vaxtı-vaxtında ödədiyini demişdir. Həmin şəxs onda ona bildirmişdir ki, onun hansısa dövlət idarəsində işləməsi və əmək haqqı alması barədə sənəd düzəldəcəkdir. Həmin şəxs ondan bunun üçün şəxsiyyət vəsiqəsini istəmişdir. O da həmin şəxsə şəxsiyyət vəsiqəsini vermişdir. Həmin şəxs vəsiqəsinin şəklini mobil telefonuna çəkmişdir. Bundan sonra onun mobil telefonunu götürmüş və ona bildirmişdir ki, onu “Whatsapp” proqram təminatında yığacaqdır. Lakin həmin şəxs ona həmin zaman öz nömrəsini verməmiş və Yevlax rayonunda avtomobildən düşmüşdür. 10 iyul 2023-cü il tarixdə həmin şəxs ona “Whatsapp” mobil tətbiqindən +117 rəqəmi ilə başlayan nömrədən zəng edərək bildirmişdir ki, onun adı bank sistemində təmizdir və tapşırmışdır ki, 13 iyul 2023-cü il tarixdə Mingəçevir şəhərinə gəlsin, orada ona sənədlər verəcək və o sənədlərlə Bank Respublikadan kredit müqaviləsi ilə kredit götürə biləcəkdir. Vəli ona bildirmişdir ki, o həmin sənədlər əsasında 10.000 manat kredit müqaviləsi ilə pul götürə bilər və pul əldə etdikdən sonra ona 1000 manat verməlidir. O isə ona kreditini özü ödəyəcəyini buna görə 700 manat verə biləcəyini demişdir. 13 iyul 2023cü il tarixdə Mingəçevir şəhərinə getmiş və orada Bank Respublikanın Mingəçevir filialının qarşı tərəfində olan parkda “Vəli” adlı şəxslə saat təxminən 12 radələrində görüşmüşdür. Vəli ona bir ədəd fayla qoyulmuş bank kartı hesabından çıxarış və bir ədəd Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi təqaüd kitabçasını vermişdir. Hesabdan çıxarış Kapital Banka aid olmuş, kitabça isə güya onun polisdə işləyib təqaüdə çıxması barədə olmuşdur. Bundan sonra saat 13 radələrində o, həmin sənədlərlə birlikdə banka getmiş və sənədləri orada kredit mütəxəssisinə təqdim etmişdir. Bank işçisi xanım olmuşdur. Xanıma sənədləri təqdim etdikdən sonra işçi ona bir qədər gözləməsini tapşırmışdır. Daha sonra o, bankdan çıxıb çöldə gözləmişdir. Vəli isə parkda olmuşdur. Təxminən saat 14 radələrində ona SMS gəlmiş və o banka getmişdir. Orada işləyən xanım ona kredit veriləcəyini qeyd etmiş və ona təqaüd kitabçasını təqdim etmişdir. Bundan başqa qəbz vermişdir ki, kassadan pul götürsün. O, qəbzlə kassaya yaxınlaşaraq oradan 10.147 manat pul götürmüşdür. Bankdan çıxdıqdan sonra Vəli ilə əlaqə saxlamış və Vəliyə 700 manat pul vermişdir. Bundan başqa Vəli ondan həmin təqaüd barədə kitabçanı götürmüşdür. Beyləqan rayonunda "xxxx" ASC-nin filialı olmadığı üçün Vəli Mingəçevir şəhərinə gəlməyini bildirmişdir. Vəli nəyə görə Mingəçevirdə yerləşən filialdan pul götürə biləcəyini bildirdiyini bilmir. O, Mingəçevir şəhərinə tək gəlmişdir, qardaşı burada xidmət etdiyi üçün şəhəri yaxşı tanıyırdı. Hazırda əməlindən peşmandır. Bankdan götürdüyü krediti də hər ay gecikməsiz qrafika uyğun olaraq ödəyir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2009cu il tarixdən müxtəlif banklarda çalışmışdır. xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-nin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində işləyir. Onun əsas vəzifəsi istehlak kreditlərinin verilməsindən ibarətdir. 13 iyul 2023-cü il tarixdə 13 radələrində Təqsirləndirilən şəxs kredit müqaviləsi ilə pul götürmək üçün banka müraciət etmişdir. O da kredit mütəxəssisi olduğu üçün Təqsirləndirilən şəxs ona yönləndirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşı olub təqaüdə çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs özü ilə “Kapital Bank" ASC-dən çıxarış və pensiya kitabçasını da gətirmişdi. O, Təqsirləndirilən şəxs sənədlərinə baxıb imzalı və möhürlü olduğunu görmüşdür. Pensiya kitabçasının surətini çıxarıb onu Samirin özünə qaytarmışdır. Təqsirləndirilən şəxs sənədlərinə baxaraq 15.5 faizlə 10.250 manat kredit verə biləcəyini bildirmişdir. 1 faiz isə komissiya haqqı tutulur. Təqsirləndirilən şəxs özünü keçmiş polis əməkdaşı kimi təqdim etmiş, güc strukturlarında çalışan şəxsin adları portalda görünmədiyi üçün o, Təqsirləndirilən şəxs təqdim etdiyi hesabdan çıxarışı digər sənədlərlə birlikdə Baş Ofisə göndərmişdir. Özünə isə bankdan kənarda gözləməsini, çağırılacağını qeyd etmişdir. Bundan sonra həmin şəxsə 10.250 manat kredit verilməsinə razılıq verilmişdir. O da həmin şəxsin mobil telefonuna banka yaxınlaşması barədə SMS göndərmişdir. Həmin şəxs saat 14 radələrində banka daxil olmuşdur. Təqsirləndirilən şəxsla müqavilə bağlanmış və o, kassadan komissiya çıxıldıqdan sonra qalan 10.147 manat krediti götürərək getmişdir. İyul ayının ortalarında bankın baş ofisindən bir qrup şəxsin banklara saxta sənədlər təqdim edərək istehlak kreditləri götürdüklərini bildirmişlər. Onlara da kredit verdikləri işləri yoxlamaq tapşırılmışdır. O da sənədlərə baxan zaman Təqsirləndirilən şəxs da kredit sənədlərini təqdim edərək bu şəxsin sənədlərini də qeyd edildiyi kimi saxta ola biləcəyini bildirmişdir. Belə ki, həmin şəxsin kredit sənədlərinə baxan zaman “Kapital Bank" ASC tərəfindən verilmiş hesabdan çıxarış sənədləri və polis orqanından təqaüdə çıxması barədə təqaüd kitabçasının surəti olmuşdur. Onlar dərhal "xxxx" ASC-yə sorğu verərək həmin şəxsin onların müştəriləri olub-olmamasını dəqiqləşdirmişlər. Cavab olaraq Təqsirləndirilən şəxs onların müştərisi olmadığı bildirilmişdir. Həmin hesabdan çıxarışların saxta olduğunu dəqiqləşdirdikləri üçün bu barədə Baş ofisə məlumat vermişlər. Ona görə də Baş Ofisdə tərəfindən onun barəsində xidməti yoxlama aparılaraq kreditlərin verilməsində diqqətsizlik etdiyi üçün ona töhmət verilmişdir. Təqsirləndirilən şəxs saxta sənəd təqdim edərək kredit götürmüşdür, lakin ödənişlərini vaxtı-vaxtında edir. Bu günə qədər hər hansı bir gecikməsi yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, il yarımdır ki, "xxxx" ASC-nin nümayəndəsi işləyir. Daxili təhqiqat-monitorinq işlərində iştirak edir. 2023cü ilin iyul ayının ortalarından Respublika üzrə "xxxx" ASC-nin filiallarından verilmiş istehlak kreditləri ilə əlaqədar kredit müqaviləsi ilə pul əldə etmək üçün müraciət etmiş şəxsin təqdim etdikləri sənədlərin həqiqiliyini yoxlamışlar. "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialında verilmiş istehlak kreditləri ilə əlaqədar həmin filialda araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 10250 manat istehlak krediti verilmişdir. Lakin həmin şəxsin təqdim etdiyi Kapital Bank hesabından çıxarışla bağlı "xxxx"a sorğu verilmişdir. Lakin "xxxx" tərəfindən verilmiş cavabda həmin hesabdan çıxarışın onlar tərəfindən verilmədiyi, üzərində olan möhürün düzgün olmadığını bildirmişlər və təqdim edilən hesabdan çıxarışın saxta olduğunu qeyd etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs başqa da "xxxx" hesabından çıxarış təqdim etmiş bir neçə şəxs də olmuşdur. Həmin şəxslər barədə məlumatda bildirmişdir. Təqsirləndirilən şəxs başqa məktubda adı çəkilən şəxslər barəsində də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ayrı-ayrı cinayət işləri başlanılmışdır. Təqsirləndirilən şəxs istehlak krediti verilmiş, onun təqdim etdiyi sənədlər sonradan yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxta sənəd əsasında istehlak krediti götürmüşdür. Lakin Təqsirləndirilən şəxs istehlak kreditini vaxtıvaxtında ödəyir, ödənişlərdən yayınması və ya gecikməsi yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan "xxxx" ASC Mingəçevir şəhər filialı tərəfindən "xxxx" ASC-nin Mingəçevir şəhər filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən məlumatlar, kart üzrə çıxarış saxtadır və onlar tərəfindən təqdim edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2023-cü il tarixli 31130***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Təqsirləndirilən şəxs "xxxx" ASC-dən 10.147 manat məbləğində kredit götürmüşdür. Cinayət işinin materiallarında olan saxtalaşdırılmış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 023436 nömrəli Pensiya vəsiqəsinin məzmunundan görünür ki, pensiya vəsiqəsi xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adınadır və ona yaşa görə əmək haqqından 920,07 manat miqdarında ömürlük pensiya təyin edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərin məhkəmə texniki ekspertizasının 16 avqust 2023-cü il tarixli 5/1156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx"ın Təqsirləndirilən şəxs adına ödəniş kartı üzrə çıxarışın mətni axınlı printerdə çap edilmişdir, üzərindəki ştamp əksi birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Cinayət işinin materiallarında olan 08 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, "xxxx" ASC-nin Mingəçevir Filialının 13 iyul 2023-cü il tarixli hesabdan çıxarışı maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda deyildir və ona hər hansı növ əmək pensiyası ödənilməyib. Cinayət işinin materiallarında olan qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 353 manat olmaqla ödənişlər etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 13 radələrində kredit müqaviləsi üzrə bankdan istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, H.Əliyev prospekti 58A ünvanında yerləşən filialına hüquq verən saxtalaşdırılmış rəsmi sənədləri təqdim etməklə istifadə edərək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 13 radələrində istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri H.Əliyev prospekti 58A ünvanında yerləşən filialına biləbilə saxta sənədləri təqdim etməklə istifadə etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 320.2–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, idarəetmə qaydası əleyhinə olan və bilə–bilə saxta sənədlərdən istifadə etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cəzanı yüngülləşdirən halların müəyyən edilməsi ilə yanaşı, istintaq orqanıtərəfindən ittiham aktında göstərilməsindən asılı olmayaq, cəzanı ağırlaşdıran halların dairəsi də müəyyən edilməlidir. Belə ki, istintaq orqanı ittiham aktında təqsirləndirilən şəxsin bilə-bilə saxta sənəddən istifadə etməklə bankdan kredit götürməsini, cinayətin tamah niyyəti ilə törədilməsi kimi qiymətləndirərək həmin halı cəzanı ağırlaşdıran hal kimi göstərmişdir. Məhkəmə sübuta yetirilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini, həmçinin təqsirkarın cinayətin törədilməsində məqsəd və niyyətini nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin istehlak krediti götürmək məqsədi ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış, hüquq verən "xxxx" ASC-nin Mingəçevir Filialının 13 iyul 2023-cü il tarixli rəsmi sənəd hesab olunan hesabdan çıxarışı və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs adına rəsmi sənəd hesab olunan 023436 nömrəli Pensiya vəsiqəsini bilə-bilə tamah niyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialına təqdim etməklə istifadə etməsi kimi göstərilməsi, törədilmiş cinayətin subyektiv cəhətinin zəruri tərkib əlaməti ilə ziddiyyət təşkil edir. Belə ki, CM-in 320.2-ci maddəsinin subyektiv cəhətinin zəruri tərkib əlanəti təqsirləndirilən şəxsin birbaşa qəsdlə əhatə olunan hərkətinin məqsədi bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmədə ifadə olunur. Əks halda əməldə cinayət tərkibi mövcud olmur. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, sübuta yetirlimiş cinayət əməlinə görə təqsirləndirilən şəxsin məqsədi bankın vəsaitini ələ keçirmək deyil, vaxtaşırı ödənişlər etməklə bankdan kredit kötürmək hüququ əldə etməkdən ibarət olmuşdur. Bu hal istintaq orqanı tərəfindən verilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda da öz əksini tapmışdır. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin barəsində CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanmasını əməldə cinayət tərkibi olmaması əsası ilə rədd etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin məqsədi özü və başqası üçün hər hansı maddi mənfəəti, yəni pulu, əmlakı əldə etmək olmamışdır. Təqsirləndirilən şəxsin məqsədi kredit götürmək hüququ əldə etmək üçün bilə-bilə hüquq verən saxta sənəddən istifadə etməkdə ifadə olunmuşdur. Bu hal isə onunla izah olunur ki, təqsirləndirilən şəxs zəruri ehtiyacını ödəmək üçün götürdüyü kredit məbləğini hər ay hissə-hissə olmaqla müəyyən edilmiş miqdarda vaxtı-vaxtında ödəyir. Göründüyü kimi təqsirləndirilən şəxs kredit müqaviləsi üzrə götürdüyü pul məbləğini ələ keçirmək üçün deyil, qaytarmaq şərtilə götürmüşdür. Əks yanaşma, təqsirləndirilən şəxsin əməlinin cinayətlərin məcmusu ilə tövsif edilməsinə səbəb olardı. Ona görə də təqsirləndirilən şəxsin cinayəti tamah məqsədi ilə törətməsi müəyyən edilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarının 46-cıbəndində tövsiyyə edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Ona görə görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan "xxxx" ASC-nin Mingəçevir Filialının 13 iyul 2023-cü il tarixli hesabdan çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-nin Mingəçevir Filialının 13 iyul 2023-cü il tarixli hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-59/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-59/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver